Manafov Fəxrəddin Manaf oğlu — Azərbaycan teatr və kino aktyoru,Azərbaycan SSR əməkdar artisti (1987), Azərbaycan Respublikasının Xalq artisti (2000), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2006).
Fəxrəddin Manafov | |
---|---|
Fəxrəddin Manaf oğlu Manafov | |
| |
Digər adı | Fərhad Manafov |
Doğum tarixi | |
Doğum yeri | Həsənabad, Xankəndi, Azərbaycan SSR |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | SSRİ Azərbaycan |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1977—h.h. |
Təhsili | M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu |
Mükafatları | |
IMDb | ID0541250 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Fəxrəddin Manafov 2 avqust 1955-ci ildə Xankəndidə çoxuşaqlı ailədə anadan olub. Bir müddət sonra isə ailə Bakıya köçüb. Uşaqlıqdan futbola böyük marağı olub. Çox yaxşı futbol oynayırmış. Hətta yaxın adamlar, ailə üzvləri onun gələcəkdə futbolçu olacağını düşünürmüşlər. 16 yaşı olarkən, 1971-ci ildə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik Aktyorlar evində kinomexanik kimi işə düzələn Fəxrəddin bir müddət sonra Almaniyaya hərbi xidmətə yola düşmüşdür. Hərbi xidmətdən qayıdıb sənədlərini M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna vermiş və 1975-1980-ci illərdə orada ali təhsil almışdır. Tələbəlik illərində, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərmişdir. 1980-ci ildə ali təhsilini başa vurub aktyorlar evindəki fəaliyyətini davam etdirmişdir. Orada rejissor Vaqif İbrahimoğlu ilə tanış olan F.Manafov bir müddət sonra Vaqif İbrahimoğlunun quruluşunda “Ac həriflər” tamaşasında səhnəyə çıxır. Aktyor müsahibələrinin birində həmin illəri belə xatırlayır:
“İlk dəfə aktyor evinin foyesində səhnəyə çıxanda o dövrün böyük sənətkarları Mehdi Məmmədov, Şəmsi Bədəlbəylini orda gördüm. Onların hamısı bilirdi ki, mən orda işləyirəm. Ancaq birdən-birə Vaqifin quruluşunda hazırlanan “Ac həriflər” tamaşasında səhnəyə çıxdım. Orda bir neçə sözü olan rol ifa edirdim. Yadımda deyil, ya Mehdi müəllim, ya da Şəmsi müəllim dedi ki, Fəxrəddinə deyin, səhnədən çıxsın, tamaşa gedir. Onda ətrafdakılar onlara dedilər ki, o da tamaşada iştirak edir. Vaqif məni səhnəyə belə gətirdi”..
Bir müddət sonra Fəxrəddin Manafov Vaqif İbrahimoğlunun yaratdığı "Yuğ" teatrında aktyor kimi fəaliyyət göstərməyə başlayır. Beləliklə, 1989-1993-cü illərdə "Yuğ" Dövlət teatrında aktyor işləyir. Ona ən çox uğur gətirən teatrda hazırlanan “Şəhriyar” tamaşasında ifa etdiyi Məhəmmədhüseyn Şəhriyar rolu olur. O vaxt İran səfiri həmin tamaşaya baxandan sonra deyir: “Fəxrəddin eyni ilə Şəhriyarın cavanlığıdır”. Ancaq həmin illərdə aktyor xeyli çətinlik yaşamış, kasıb həyat tərzi sürmüşdür. 68 manat, 40 qəpik maaş alan aktyorun məvacibi ona bəs etmir. Hər gün anasının verdiyi bir manata özünə dörd peraşki alır, gününü həmin peraşkilərlə yola verir. Tədris teatrında işlədiyi günlərin birində isə o, səhnədə huşunu itirib yıxılır. Həkim onu yoxlayanda, məlum olur ki, aktyorun aclıqdan ürəyi gedib. 1998-ci ildə Slovakiyada yaşayanda atasının ölüm xəbəri gəlir. Qardaşı ilə Azərbaycana gələn aktyor atasını dəfn edəndən sonra anası ilə söhbətləşir. Anası ona deyir ki, atanın ilini verəndən sonra mən də gedəcəm. Aktyorun atasının ölümündən bir il, bir ay keçir və ananın ölüm xəbəri gəlir...
1977-ci ildən bu günədək Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi filmlərə çəkilir. "Evləri köndələn yar", "İşgüzar səfər", "Park", "Şeytan göz qabağında", "Ölsəm bağışla", "Təhminə", "Otel otağı", "Dronqo", "Qraf Krestovski", "Əlvida, cənub şəhəri", "Hökmdarın taleyi", "Sübhün səfiri", "Mahmud və Məryəm" kimi ekran işlərində iştirak edib. Aktyora ən böyük uğuru isə, “Ölsəm bağışla” və “Təhminə” filmlərindəki rolları gətirmişdir.
1987-ci ildə Azərbaycan SSR-nin əməkdar artisti, 2000-ci ildə isə Azərbaycanın xalq artisti fəxri adlarına layiq görülub. 2006-cı ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.
Şəxsi həyatı
Fəxrəddin Manafov gənclik illərində Tədris teatrında işləyən vaxt Vahidə adlı xanımla tanış olur. Vahidə xanım da həmin teatrda aktrisa kimi fəaliyyət göstərir. Sonradan məşhur diktora çevrilən Vahidə xanımla Fəxrəddin Manafov ailə həyatı qururlar. Onların heç bir zaman övladı olmur. Vahidə xanım dəfələrlə aktyora başqa qadınla evlənməyi təklif etsə də, Xalq artisti xanımının bu istəyini qətiyyətlə rədd edir. Bir-birlərinə böyük məhəbbəti olan cütlüyün bu sevgisi illərlə davam edir. Fəxrəddin Manafov xanımı haqqında müsahibələrinin birində deyir:
“Hər bir insanın bir neçə örtülü qapısı olur. Mənim bircə qapım var ki, o qapı Vahidəyə açılır. O qapını açıb nə istədiyimi deyə bilərəm. Təsəvvür et ki, qaranlıq bir guşədir, mən sadəcə başımı o guşəyə salıb bütün ağrımı, sevincimi, sirrimi, arzularımı həmin qaranlığa deyə bilirəm. Hərçənd ki, Vahidə onların hamısını bilir. Mən insani tərəfdən çox peşmanlıq çəkmişəm. Yəni elə şeylər vardı ki, eləməməliydim. Etmişəm, amma mövqeyim düz idi. Düzdür, Vahidə mənə deyir ki, sən düz etmisən, hətta insan kimi də, dost kimi də doğru etmisən. Amma mənim elədiyim bu günə kimi məni ağrıdır. Vahidə mənim sirli ensiklopediyam, kitabımdı. Onun haqqında həyatım, sevdiyim insan sözlərini demirəm. Bunu demək artıqdı. Çünki bunlar onsuz da belədi. O, çox böyük qadındı. Mənə çox böyük köməyi dəyib”.
3 mart, 2021-ci ildə aktyorun həyat yoldaşı Vahidə Manafova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişir. Bu itki Xalq artisti üçün ağır olur. O, müsahibələrinin birində deyir: “Mənim ən yaxınım, böyük ağrı ilə deyirəm ki, dünyasını dəyişdi. Bu, həyat yoldaşım Vahidə xanım idi. Mən hər gün səhər gözümü açanda da, gecə yuxuda da, yatmazdan qabaq da bu ağrını yaşayıram. Fikirləşirəm ki, artıq qəribə bir ömür başlayıb həyatımda... Mən hətta ən yaxınlarıma, anama və atama belə demədiklərimi Vahidəyə deyirdim. Amma artıq bu gün bunları deyə biləcək kimsəm yoxdur”.
Filmoqrafiya
- Arzunu yarat (film, 1977)
- Üzeyir ömrü (film, 1981)
- Evləri köndələn yar (film, 1982) — Şamil
- İşgüzar səfər (film, 1982) — Ənvər
- Qaladan tapılan mücrü (film, 1982) — Nuriyev
- Qocalar, qocalar... (film, 1982) — Eldar
- Ömrün yolları (film, 1982) — Natiq
- Gəmi saatının sirri (film, 1983)
- Park (film, 1983) — Marat
- Köhnə bərə (film, 1984) — Eldar
- Tənha narın nağılı (film, 1984)
- Əlvida, yaşıl yay (film, 1985)
- İşarəni dənizdən gözləyin (film, 1986) — Şəfibəyov
- Qəm pəncərəsi (film, 1986) — Kefli İsgəndər
- Şəhərli biçinçilər (film, 1986) — Mədət
- ...Əks-səda doğuracaq (film, 1987)
- Şeytan göz qabağında (film, 1987) — Teymur
- Özgə ömür (film, 1987) — Tahirbəyov
- Alman klinikasına şəxsi səfər (film, 1988)
- Meyl (film, 1988)
- Doğma sahillər (film, 1989)
- Lətifə (film, 1989)
- Ölsəm... bağışla (film, 1989) — Yusif
- Təxribat (film, 1989)
- Gecə qatarında qətl (film, 1990) — Rüstəm
- Qətldən yeddi gün sonra (film, 1991) — Rauf
- Qəzəlxan (film, 1991)
- Dünən, bu gün, sabah (film, 1992)
- Təhminə (film, 1993) — Zaur
- Nigarançılıq (film, 1998)
- Otel otağı (film, 1998) — Kərim Əsgəroğlu
- Etimad telefonu (film, 2001) — Farik
- Dronqo (serial, 2002) (Rusiya) — Narkobaron Sadıqov
- Bir anın həqiqəti (film, 2003) — Mahir Cavadov
- Ovsunçu (film, 2002)
- Əkizlər (film, 2004) (Rusiya) — Ruslan Xocayev
- Qraf Krestovski (teleserial, 2004) — "NTV"(Rusiya, 2004)
- Əlvida, cənub şəhəri (film, 2006) — Rza
- Çalış, nəfəs alma (film, 2006)
- Hökmdarın taleyi (film, 2008) — İbrahim xan
- Silah (film, 2008) (Rusiya)
- Sübhün səfiri (film, 2012) — Abbasqulu ağa Bakıxanov
- Mahmud və Məryəm (film, 2013) — Ziyad xan
- Həyat çiçəyi (teleserial, 2013) — Aslan Quliyev
- Beş dəqiqə (film, 2015)
- Əli və Nino (film, 2015)
- Son səhnə (film)
- Birlikdə (film, 2024)
İstinadlar
- İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər 2023-06-28 at the Wayback Machine. president.az, 01.03.2019 (az.)
- Fəxrəddin Manafovun 60 yaşı tamam oldu: [Xalq artistinin yubileyi münasibətilə] //Hürriyyət.- 2015.- 3-6 avqust.- S.14.
- "Aclıqdan ürəyi getdi, yoldaşı ona başqa qadınla evlənməyi təklif etdi – Rasim Ocaqovu niyə əsəbiləşdirdi?". 2023-07-21 tarixində . İstifadə tarixi: 2022-08-03.
Xarici keçidlər
- Манафов Фахраддин Манаф оглы (rus.)
- Fəxrəddin Manafov
- Facebook səhifəsi
- Səda - Dövlət Rus Dram Teatrı premyeraya hazırlaşır (15.04.2016)
- Səda - “Kazanova: sevgi dərsləri” tamaşası nümayiş olunub (25.04.2016)
- “Mən brend deyiləm” - Xalq artisti Fəxrəddin Manafov - FOTOLAR 2016-04-28 at the Wayback Machine
- Фахраддин Манафов завершит сезон Русской драмы - ФОТО
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Manafov Fexreddin Manaf oglu Azerbaycan teatr ve kino aktyoru Azerbaycan SSR emekdar artisti 1987 Azerbaycan Respublikasinin Xalq artisti 2000 Azerbaycan Respublikasi Prezidentinin ferdi teqaudcusu 2006 Fexreddin ManafovFexreddin Manaf oglu ManafovAzerbaycanin medeniyyet ve incesenet xadimlerinin bir qrupunun Prezident Ilham Eliyev ve birinci xanim Mehriban Eliyeva ile gorusu zamani 1 mart 2019 cu il Diger adi Ferhad ManafovDogum tarixi 2 avqust 1955 68 yas Dogum yeri Hesenabad Xankendi Azerbaycan SSRMilliyyeti azerbaycanliVetendasligi SSRI AzerbaycanFealiyyeti aktyorFealiyyet illeri 1977 h h Tehsili M Eliyev adina Azerbaycan Dovlet Incesenet InstitutuMukafatlari 2000IMDb ID0541250 Vikianbarda elaqeli mediafayllarHeyatiFexreddin Manafov fanatlari ile gorusde dogum gununu qeyd ederken 2 avqust 2017 Fexreddin Manafov 2 avqust 1955 ci ilde Xankendide coxusaqli ailede anadan olub Bir muddet sonra ise aile Bakiya kocub Usaqliqdan futbola boyuk maragi olub Cox yaxsi futbol oynayirmis Hetta yaxin adamlar aile uzvleri onun gelecekde futbolcu olacagini dusunurmusler 16 yasi olarken 1971 ci ilde A M Serifzade adina Aktyor evinde kinomexanik Aktyorlar evinde kinomexanik kimi ise duzelen Fexreddin bir muddet sonra Almaniyaya herbi xidmete yola dusmusdur Herbi xidmetden qayidib senedlerini M Eliyev adina Azerbaycan Dovlet Incesenet Institutuna vermis ve 1975 1980 ci illerde orada ali tehsil almisdir Telebelik illerinde 1976 1978 ci illerde Tedris teatrinda aktyor kimi fealiyyet gostermisdir 1980 ci ilde ali tehsilini basa vurub aktyorlar evindeki fealiyyetini davam etdirmisdir Orada rejissor Vaqif Ibrahimoglu ile tanis olan F Manafov bir muddet sonra Vaqif Ibrahimoglunun qurulusunda Ac herifler tamasasinda sehneye cixir Aktyor musahibelerinin birinde hemin illeri bele xatirlayir Ilk defe aktyor evinin foyesinde sehneye cixanda o dovrun boyuk senetkarlari Mehdi Memmedov Semsi Bedelbeylini orda gordum Onlarin hamisi bilirdi ki men orda isleyirem Ancaq birden bire Vaqifin qurulusunda hazirlanan Ac herifler tamasasinda sehneye cixdim Orda bir nece sozu olan rol ifa edirdim Yadimda deyil ya Mehdi muellim ya da Semsi muellim dedi ki Fexreddine deyin sehneden cixsin tamasa gedir Onda etrafdakilar onlara dediler ki o da tamasada istirak edir Vaqif meni sehneye bele getirdi Bir muddet sonra Fexreddin Manafov Vaqif Ibrahimoglunun yaratdigi Yug teatrinda aktyor kimi fealiyyet gostermeye baslayir Belelikle 1989 1993 cu illerde Yug Dovlet teatrinda aktyor isleyir Ona en cox ugur getiren teatrda hazirlanan Sehriyar tamasasinda ifa etdiyi Mehemmedhuseyn Sehriyar rolu olur O vaxt Iran sefiri hemin tamasaya baxandan sonra deyir Fexreddin eyni ile Sehriyarin cavanligidir Ancaq hemin illerde aktyor xeyli cetinlik yasamis kasib heyat terzi surmusdur 68 manat 40 qepik maas alan aktyorun mevacibi ona bes etmir Her gun anasinin verdiyi bir manata ozune dord peraski alir gununu hemin peraskilerle yola verir Tedris teatrinda islediyi gunlerin birinde ise o sehnede husunu itirib yixilir Hekim onu yoxlayanda melum olur ki aktyorun acliqdan ureyi gedib 1998 ci ilde Slovakiyada yasayanda atasinin olum xeberi gelir Qardasi ile Azerbaycana gelen aktyor atasini defn edenden sonra anasi ile sohbetlesir Anasi ona deyir ki atanin ilini verenden sonra men de gedecem Aktyorun atasinin olumunden bir il bir ay kecir ve ananin olum xeberi gelir 1977 ci ilden bu gunedek Cefer Cabbarli adina Azerbaycanfilm kinostudiyasinda aktyor kimi filmlere cekilir Evleri kondelen yar Isguzar sefer Park Seytan goz qabaginda Olsem bagisla Tehmine Otel otagi Dronqo Qraf Krestovski Elvida cenub seheri Hokmdarin taleyi Subhun sefiri Mahmud ve Meryem kimi ekran islerinde istirak edib Aktyora en boyuk uguru ise Olsem bagisla ve Tehmine filmlerindeki rollari getirmisdir 1987 ci ilde Azerbaycan SSR nin emekdar artisti 2000 ci ilde ise Azerbaycanin xalq artisti fexri adlarina layiq gorulub 2006 ci ilden Azerbaycan Respublikasi Prezidentinin ferdi teqaudcusudur Sexsi heyatiFexreddin Manafov genclik illerinde Tedris teatrinda isleyen vaxt Vahide adli xanimla tanis olur Vahide xanim da hemin teatrda aktrisa kimi fealiyyet gosterir Sonradan meshur diktora cevrilen Vahide xanimla Fexreddin Manafov aile heyati qururlar Onlarin hec bir zaman ovladi olmur Vahide xanim defelerle aktyora basqa qadinla evlenmeyi teklif etse de Xalq artisti xaniminin bu isteyini qetiyyetle redd edir Bir birlerine boyuk mehebbeti olan cutluyun bu sevgisi illerle davam edir Fexreddin Manafov xanimi haqqinda musahibelerinin birinde deyir Her bir insanin bir nece ortulu qapisi olur Menim birce qapim var ki o qapi Vahideye acilir O qapini acib ne istediyimi deye bilerem Tesevvur et ki qaranliq bir gusedir men sadece basimi o guseye salib butun agrimi sevincimi sirrimi arzularimi hemin qaranliga deye bilirem Hercend ki Vahide onlarin hamisini bilir Men insani terefden cox pesmanliq cekmisem Yeni ele seyler vardi ki elememeliydim Etmisem amma movqeyim duz idi Duzdur Vahide mene deyir ki sen duz etmisen hetta insan kimi de dost kimi de dogru etmisen Amma menim elediyim bu gune kimi meni agridir Vahide menim sirli ensiklopediyam kitabimdi Onun haqqinda heyatim sevdiyim insan sozlerini demirem Bunu demek artiqdi Cunki bunlar onsuz da beledi O cox boyuk qadindi Mene cox boyuk komeyi deyib 3 mart 2021 ci ilde aktyorun heyat yoldasi Vahide Manafova uzun suren xestelikden sonra dunyasini deyisir Bu itki Xalq artisti ucun agir olur O musahibelerinin birinde deyir Menim en yaxinim boyuk agri ile deyirem ki dunyasini deyisdi Bu heyat yoldasim Vahide xanim idi Men her gun seher gozumu acanda da gece yuxuda da yatmazdan qabaq da bu agrini yasayiram Fikirlesirem ki artiq qeribe bir omur baslayib heyatimda Men hetta en yaxinlarima anama ve atama bele demediklerimi Vahideye deyirdim Amma artiq bu gun bunlari deye bilecek kimsem yoxdur FilmoqrafiyaArzunu yarat film 1977 Uzeyir omru film 1981 Evleri kondelen yar film 1982 Samil Isguzar sefer film 1982 Enver Qaladan tapilan mucru film 1982 Nuriyev Qocalar qocalar film 1982 Eldar Omrun yollari film 1982 Natiq Gemi saatinin sirri film 1983 Park film 1983 Marat Kohne bere film 1984 Eldar Tenha narin nagili film 1984 Elvida yasil yay film 1985 Isareni denizden gozleyin film 1986 Sefibeyov Qem penceresi film 1986 Kefli Isgender Seherli bicinciler film 1986 Medet Eks seda doguracaq film 1987 Seytan goz qabaginda film 1987 Teymur Ozge omur film 1987 Tahirbeyov Alman klinikasina sexsi sefer film 1988 Meyl film 1988 Dogma sahiller film 1989 Letife film 1989 Olsem bagisla film 1989 Yusif Texribat film 1989 Gece qatarinda qetl film 1990 Rustem Qetlden yeddi gun sonra film 1991 Rauf Qezelxan film 1991 Dunen bu gun sabah film 1992 Tehmine film 1993 Zaur Nigaranciliq film 1998 Otel otagi film 1998 Kerim Esgeroglu Etimad telefonu film 2001 Farik Dronqo serial 2002 Rusiya Narkobaron Sadiqov Bir anin heqiqeti film 2003 Mahir Cavadov Ovsuncu film 2002 Ekizler film 2004 Rusiya Ruslan Xocayev Qraf Krestovski teleserial 2004 NTV Rusiya 2004 Elvida cenub seheri film 2006 Rza Calis nefes alma film 2006 Hokmdarin taleyi film 2008 Ibrahim xan Silah film 2008 Rusiya Subhun sefiri film 2012 Abbasqulu aga Bakixanov Mahmud ve Meryem film 2013 Ziyad xan Heyat ciceyi teleserial 2013 Aslan Quliyev Bes deqiqe film 2015 Eli ve Nino film 2015 Son sehne film Birlikde film 2024 IstinadlarIlham Eliyev ve birinci xanim Mehriban Eliyeva medeniyyet ve incesenet xadimlerinin bir qrupu ile gorusubler 2023 06 28 at the Wayback Machine president az 01 03 2019 az Fexreddin Manafovun 60 yasi tamam oldu Xalq artistinin yubileyi munasibetile Hurriyyet 2015 3 6 avqust S 14 Acliqdan ureyi getdi yoldasi ona basqa qadinla evlenmeyi teklif etdi Rasim Ocaqovu niye esebilesdirdi 2023 07 21 tarixinde Istifade tarixi 2022 08 03 Xarici kecidlerVikianbarda Fexreddin Manafov ile elaqeli mediafayllar var Manafov Fahraddin Manaf ogly rus Fexreddin Manafov Facebook sehifesi Seda Dovlet Rus Dram Teatri premyeraya hazirlasir 15 04 2016 Seda Kazanova sevgi dersleri tamasasi numayis olunub 25 04 2016 Men brend deyilem Xalq artisti Fexreddin Manafov FOTOLAR 2016 04 28 at the Wayback Machine Fahraddin Manafov zavershit sezon Russkoj dramy FOTO