Quruluş nəzəriyyəsi və ya Butlerov nəzəriyyəsi — 1861-ci ildə məşhur rus kimyaçısı A.M.Butlerov tərəfindən kəşf edilmişdir. Quruluş nəzəriyyəsi radikal və tiplər nəzəriyyəsinin müsbət cəhətlərindən və valentlik qanunundan istifadə edərək, o vaxta qədərki məlum faktları düzgün izah etmiş, naməlum faktları və maddələri də qabaqcadan bilmişdir.
Nəzəriyyənin əsasları
Bu nəzəriyyəyə görə:
- Üzvi birləşmələrdə karbon dördvalentlidir və karbon valentlərinin dördü də eyni qiymətlidir;
- karbon atomları başqa atomlarla birləşə bildiyi kimi, bir-birlədə birləşərək uzun karbon zəncirləri əmələ gətirir. Karbon atomları bu zəncirlərin əmələ gəlməsinə öz valentlərinin bir qismini sərf edir, karbonun qalan valentləri isə hidrogen, oksigen və başqa atomlarla birləşməyə sərf olunur. Başqa atomlardan fərqli olaraq, karbon atomlarının zəncirləri davamlı olur;
- maddələrin molekullarında, atomlar arasinda müəyyən kimyəvi əlaqə vardır ki, A.M.Butlerova görə, bina kimyəvi quruluş deyilir. Hər bir kimyəvi maddəni yalnız ona məxsus bir quruluş formulu ilə ifadə etmək olar;
- maddənin kimyəvi xassəsi onun molekulunun tərkibindən və kimyəvi quruluşundan asılıdır;
- eyni molekul çəkili və eyni tərkibli maddələrin müxtəlif kimyəvi quruluşda olması izomerlik hadisəsini törədir;
- ayrı-ayrı reaksiyalar zamanı molekulların ancaq müəyyən hissəsi dəyişir, buna görə də reaksiya məhsullarını öyrənməklə maddələrin kimyəvi quruluşunu müəyyən etmək olar;
- molekulun tərkibinə daxil olan atomların kimyəvi xassəsi (reaksiya qabiliyyəti) onların molekuldakı mövqeyindən asılıdır. Bu xassələrin dəyişməsi, əsasən, həmin atomla bilavasitə birləşən qonşu atomların təsiri ilə izah olunur.
Quruluş nəzəriyyəsinin əhəmiyyəti
A.M. Butlerovun quruluş nəzəriyyəsi əsasında maddələrin quruluş formulunu müəyyən etmək asandır. Bu nəzəriyyəyə əsasən, aşağıdakı bəzi üzvi birləşmələrin quruluşu verilir. Qeyd etmək lazımdır ki quruluş nəzəriyyəsi molekulların fəza quruluşunu nəzərə almır. Molekulların fəza quruluşu anlayışı sonralar meydana çıxmış və daha sonra tapılan bu kimi bir çox yeni faktlar quruluş nəzəriyyəsinə əlavə olunaraq, onu daha da zənginləşdirmişdir. Beləliklə, quruluş nəzəriyyəsindən danışdıqda, maddənin bir müstəvi üzərində yerləşdiyi nəzərdə tutulur. Bu nöqteyi nəzərdən molekul quruluşunu ifadə etdikdə biz atomların hansı tərəfdən bir-birilə birləşdiyini nəzərə almırıq. Buna görə də metanın quruluş formulunu yazdıqda, hər hidrogen atomunun karbonunun bir valentini zəbt etdiyi göstərilir. A.M. Butlerovun quruluş nəzəriyyəsinin 100 ildən artıq tarixi olduğuna baxmayaraq, bu nəzəriyyə hələ də öz əhəmiyyətini itirməmişdir. Quruluş nəzəriyyəsi məlum faktlar və birləşmələrin təbiətini düzgün izah edir. Bu nəzəriyyə əsasında bir çox yeni faktlar və yeni maddələr əvvəlcədən təsəvvür edilmiş, sonralar tapılıb təsdiq olunmuşdur. A.M. Butlerov hələ özü sağ ikən quruluş nəzəriyyəsi əsasında, 4 butil spirti olduğunu əvvəlcədən göstərmişdi. A.M. Butlerovdan əvvəl bu spirtlərin hamısı məlum deyildi. A.M. Butlerov məlum olmayan bu spirtlərdən bir neçısini özü almış və başqalarının alınması üçün yol göstəmişdi. Kimyanın mübahisəli məsələlərindən biri olan, radikal və tiplər nəzəriyyəsi ilə aydınladırıla bilməyən izomerlik hadisəsini yalnız quruluş nəzəriyyəsi izah edə bilmişdi. Üzvi kimyanın sonrakı tərəqqisi quruluş nəzəriyyəsindən asılı olmuşdur. Stereokimya, tautomerlik, elektron nəzəriyyəsi və bu kimi maddələrin quruluşunu aydınlaşdırmaq məqsədi ilə sonralar irəli sürülən yeni nəzəriyyələr A.M. Butlerovun quruluş nəzəriyyəsinin təkmilləşməsinə səbəb olmuş, onu dərinləşdirmiş və bir daha təsdiq etmişdir. Bu nəzəriyyə öz mahiyyəti etibarilə dərin materialist və eyni zamanda dialektik nəzəriyyə olub, molekulun obyektiv varlığını düzgün əks etdirir.
Mənbə
- M.Mövsümzadə, P.Qurbanov "Üzvi kimya", Maarif-1983.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qurulus nezeriyyesi ve ya Butlerov nezeriyyesi 1861 ci ilde meshur rus kimyacisi A M Butlerov terefinden kesf edilmisdir Qurulus nezeriyyesi radikal ve tipler nezeriyyesinin musbet cehetlerinden ve valentlik qanunundan istifade ederek o vaxta qederki melum faktlari duzgun izah etmis namelum faktlari ve maddeleri de qabaqcadan bilmisdir Nezeriyyenin esaslariBu nezeriyyeye gore Uzvi birlesmelerde karbon dordvalentlidir ve karbon valentlerinin dordu de eyni qiymetlidir karbon atomlari basqa atomlarla birlese bildiyi kimi bir birlede birleserek uzun karbon zencirleri emele getirir Karbon atomlari bu zencirlerin emele gelmesine oz valentlerinin bir qismini serf edir karbonun qalan valentleri ise hidrogen oksigen ve basqa atomlarla birlesmeye serf olunur Basqa atomlardan ferqli olaraq karbon atomlarinin zencirleri davamli olur maddelerin molekullarinda atomlar arasinda mueyyen kimyevi elaqe vardir ki A M Butlerova gore bina kimyevi qurulus deyilir Her bir kimyevi maddeni yalniz ona mexsus bir qurulus formulu ile ifade etmek olar maddenin kimyevi xassesi onun molekulunun terkibinden ve kimyevi qurulusundan asilidir eyni molekul cekili ve eyni terkibli maddelerin muxtelif kimyevi qurulusda olmasi izomerlik hadisesini toredir ayri ayri reaksiyalar zamani molekullarin ancaq mueyyen hissesi deyisir buna gore de reaksiya mehsullarini oyrenmekle maddelerin kimyevi qurulusunu mueyyen etmek olar molekulun terkibine daxil olan atomlarin kimyevi xassesi reaksiya qabiliyyeti onlarin molekuldaki movqeyinden asilidir Bu xasselerin deyismesi esasen hemin atomla bilavasite birlesen qonsu atomlarin tesiri ile izah olunur Qurulus nezeriyyesinin ehemiyyetiA M Butlerovun qurulus nezeriyyesi esasinda maddelerin qurulus formulunu mueyyen etmek asandir Bu nezeriyyeye esasen asagidaki bezi uzvi birlesmelerin qurulusu verilir Qeyd etmek lazimdir ki qurulus nezeriyyesi molekullarin feza qurulusunu nezere almir Molekullarin feza qurulusu anlayisi sonralar meydana cixmis ve daha sonra tapilan bu kimi bir cox yeni faktlar qurulus nezeriyyesine elave olunaraq onu daha da zenginlesdirmisdir Belelikle qurulus nezeriyyesinden danisdiqda maddenin bir mustevi uzerinde yerlesdiyi nezerde tutulur Bu noqteyi nezerden molekul qurulusunu ifade etdikde biz atomlarin hansi terefden bir birile birlesdiyini nezere almiriq Buna gore de metanin qurulus formulunu yazdiqda her hidrogen atomunun karbonunun bir valentini zebt etdiyi gosterilir A M Butlerovun qurulus nezeriyyesinin 100 ilden artiq tarixi olduguna baxmayaraq bu nezeriyye hele de oz ehemiyyetini itirmemisdir Qurulus nezeriyyesi melum faktlar ve birlesmelerin tebietini duzgun izah edir Bu nezeriyye esasinda bir cox yeni faktlar ve yeni maddeler evvelceden tesevvur edilmis sonralar tapilib tesdiq olunmusdur A M Butlerov hele ozu sag iken qurulus nezeriyyesi esasinda 4 butil spirti oldugunu evvelceden gostermisdi A M Butlerovdan evvel bu spirtlerin hamisi melum deyildi A M Butlerov melum olmayan bu spirtlerden bir necisini ozu almis ve basqalarinin alinmasi ucun yol gostemisdi Kimyanin mubahiseli meselelerinden biri olan radikal ve tipler nezeriyyesi ile aydinladirila bilmeyen izomerlik hadisesini yalniz qurulus nezeriyyesi izah ede bilmisdi Uzvi kimyanin sonraki tereqqisi qurulus nezeriyyesinden asili olmusdur Stereokimya tautomerlik elektron nezeriyyesi ve bu kimi maddelerin qurulusunu aydinlasdirmaq meqsedi ile sonralar ireli surulen yeni nezeriyyeler A M Butlerovun qurulus nezeriyyesinin tekmillesmesine sebeb olmus onu derinlesdirmis ve bir daha tesdiq etmisdir Bu nezeriyye oz mahiyyeti etibarile derin materialist ve eyni zamanda dialektik nezeriyye olub molekulun obyektiv varligini duzgun eks etdirir MenbeM Movsumzade P Qurbanov Uzvi kimya Maarif 1983