Hacıbaba Abbasov (tam adı:Hacıbaba Səməndər oğlu Abbasov; 1 iyul 1931, Quba rayonu – 2001) — biologiya elmləri doktoru, professor.
Hacıbaba Abbasov | |
---|---|
Doğum tarixi | 1 iyul 1931 |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan |
Elm sahəsi | ixtiologiya |
Elmi dərəcəsi | biologiya elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | ADU “Onurğalılar zoologiyası” kafedrasının müdiri |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsi |
Həyatı
1 iyul 1931-ci ildə Qonaqkənd rayonunun Yerfi kəndində anadan olmuşdur. Yerfi kənd məktəbində və Quba kənd təsərrüfatı texnikumunda oxuduqdan sonra təhsilini davam etdirərək Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1954-cü ildə Elmlər Akademiyası zoologiya institutunun ixtiologiya laboratoriyasına aspirant qəbul edilir. 1959-cu ildə o, "Mingəçevir su anbarı əsas vətəgə balıqları körpələrinin biologiyası" mövzusunda dissertasiya müdafiə edərək biologiya elmləri namizədi adına layiq görülür. Bundan sonra o, demək olar ki, Respublikanın əsas balıq təsərrüfatı sularının, o cümlədən Naxçıvan MSSR-nın, Azərbaycanın Şimali-qərb hissəsi sularının vətəgə balıqları körpələrini daha geniş surətdə öyrənmişdir. O, 1962-ci ildə Xəzər dənizində neft yataqlarının axtarışı zamanı tətbiq edilən partladıcı maddələrin balıqlara təsirinin öyrənilməsində də iştirak etmişdir. Daha sonralar onu su anbarlarının, Kürətrafı göllərin, Xəzərətrafı liman və körfəzlərin balıqçılıqda mənimsənilməsi məsələləri maraqlandırmışdır. Bunlarla yanaşı o, həm də "İnsan və biosfer" proqramı üzrə növü areal daxilində öyrənən (Respublikada) qrupun rəhbəri olmuşdur. Hacıbaba Abbasov 1965–1969-cu illərdə Mingəçevir təcrübə laboratoriyasının rəhbəri olmuş, 1969–1973-cü illərdə Cənubi Xəzər balıqçılığı idarəsinin rəisi işləmiş, 1973–1982-ci illərdə Zoologiya institutunun ixtiologiya laboratoriyasına rəhbərlik etmişdir.
Azərbaycan Elmlər Akademiyasının Zoologiya institutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya rəhbəri kimi çalışan alim biologiya elmlər doktoru (1976), professor (1984) elmi dərəcələrini də almışdır.
1982-ci ildə Azərbaycan Dövlət Universitetinin "Onurğalılar zoologiyası" kafedrasının müdiri seçilmiş, ömrünün sonunadək (2001) bu vəzifədə çalışmışdır. O, "Su daşqınlarında çoxalan balıqların artırılmasının bioloji əsasları" (1972), "Azərbaycanın əsas vətəgə balıqları (çəkikimilər, xanıkimilər) körpələrinin biologiyası" (1983) adlı monoqrafiyaların, "Bizim balıqlar" adlı rəngli-şəkilli kitabın, 4 elmi-kütləvi və metodiki kitabçaların, 150-dən çox elmi məqalənin, bir dərs vəsaitinin müəllifidir.
4 mart 2001-ci ildə vəfat etmişdir.
Mənbə
- Tahir Həsənli. "Yerfililər", Bakı, Kitab Klubu, 2012.
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Hacibaba Abbasov tam adi Hacibaba Semender oglu Abbasov 1 iyul 1931 Quba rayonu 2001 biologiya elmleri doktoru professor Hacibaba AbbasovDogum tarixi 1 iyul 1931 1931 07 01 Dogum yeri Quba rayonu Azerbaycan SSR ZSFSR SSRIVefat tarixi 4 mart 2001Vefat yeri Baki AzerbaycanElm sahesi ixtiologiyaElmi derecesi biologiya elmleri doktoruElmi adi professorIs yeri ADU Onurgalilar zoologiyasi kafedrasinin mudiriTehsili Azerbaycan Dovlet Universitetinin Biologiya fakultesiHeyati1 iyul 1931 ci ilde Qonaqkend rayonunun Yerfi kendinde anadan olmusdur Yerfi kend mektebinde ve Quba kend teserrufati texnikumunda oxuduqdan sonra tehsilini davam etdirerek Azerbaycan Dovlet Universitetinin biologiya fakultesini ferqlenme diplomu ile bitirmisdir 1954 cu ilde Elmler Akademiyasi zoologiya institutunun ixtiologiya laboratoriyasina aspirant qebul edilir 1959 cu ilde o Mingecevir su anbari esas vetege baliqlari korpelerinin biologiyasi movzusunda dissertasiya mudafie ederek biologiya elmleri namizedi adina layiq gorulur Bundan sonra o demek olar ki Respublikanin esas baliq teserrufati sularinin o cumleden Naxcivan MSSR nin Azerbaycanin Simali qerb hissesi sularinin vetege baliqlari korpelerini daha genis suretde oyrenmisdir O 1962 ci ilde Xezer denizinde neft yataqlarinin axtarisi zamani tetbiq edilen partladici maddelerin baliqlara tesirinin oyrenilmesinde de istirak etmisdir Daha sonralar onu su anbarlarinin Kuretrafi gollerin Xezeretrafi liman ve korfezlerin baliqciliqda menimsenilmesi meseleleri maraqlandirmisdir Bunlarla yanasi o hem de Insan ve biosfer proqrami uzre novu areal daxilinde oyrenen Respublikada qrupun rehberi olmusdur Hacibaba Abbasov 1965 1969 cu illerde Mingecevir tecrube laboratoriyasinin rehberi olmus 1969 1973 cu illerde Cenubi Xezer baliqciligi idaresinin reisi islemis 1973 1982 ci illerde Zoologiya institutunun ixtiologiya laboratoriyasina rehberlik etmisdir Azerbaycan Elmler Akademiyasinin Zoologiya institutunda kicik elmi isci bas elmi isci laboratoriya rehberi kimi calisan alim biologiya elmler doktoru 1976 professor 1984 elmi derecelerini de almisdir 1982 ci ilde Azerbaycan Dovlet Universitetinin Onurgalilar zoologiyasi kafedrasinin mudiri secilmis omrunun sonunadek 2001 bu vezifede calismisdir O Su dasqinlarinda coxalan baliqlarin artirilmasinin bioloji esaslari 1972 Azerbaycanin esas vetege baliqlari cekikimiler xanikimiler korpelerinin biologiyasi 1983 adli monoqrafiyalarin Bizim baliqlar adli rengli sekilli kitabin 4 elmi kutlevi ve metodiki kitabcalarin 150 den cox elmi meqalenin bir ders vesaitinin muellifidir 4 mart 2001 ci ilde vefat etmisdir MenbeTahir Hesenli Yerfililer Baki Kitab Klubu 2012 Xarici kecidlerhttp azbiologiya blogspot com p mshur bioloqlar html