Cevriss Emane (fr. Gévrise Émane 27 iyul 1982, Yaunde, Kamerun) — Kamerun əsilli Fransalı cüdoçu. 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, üçqat dünya, beşqat Avropa çempionu. Karyerası ərzində 63 və 70 kiloqramadək çəki dərəcələrində çıxış edib. 2013-cü ildə Fransa dövləti tərəfindən "Xidmətlərə görə" ordeni ilə təltif olunub.
Cevriss Emane | |
---|---|
fr. Gévrise Émane | |
![]() | |
Şəxsi məlumatlar | |
Tam adı | Cevriss Emane |
Vətəndaşlığı | Fransız |
Doğum tarixi | |
Doğum yeri | Yaunde, Kamerun |
Boyu | 1.60 sm |
Çəkisi | 70 kq |
İdman növü | Cüdo |
Ağırlıq dərəcəsi | 70 kq |
Cüdo karyerası
Emane 2005-ci ildə Misirin paytaxtı Qahirə şəhərində keçirilmiş dünya çempionatında (70 kq-a qədər çəki dərəcəsində) gümüş medal qazanıb, bu medal idmançının peşəkar səviyyədə qazandığı ilk uğur sayılır. 2006-cı ildə Finlandiyanın Tampere şəhərində təşkil olunmuş Avropa çempionatının finalında Almaniya cüdoçusu üzərində təmiz qələbə (ippon) qazanaraq ilk dəfə Avropa çempionu titulunu qazanıb.
Emane dünya çempionu titulunu ilk dəfə 2007-ci ildə Rio-de-Janeyroda keçirilmiş cüdo üzrə dünya çempionatında qazanıb. O, həlledici görüşdə amerikalı Ronda Rauzini xal hesabı ilə məğlub edib.
2008-ci ildə Pekin Yay Olimpiya Oyunlarında ölkəsini 70 kq-a qədər çəki dərəcəsində təmsil edib. İlk görüşündəcə ispaniyalı məğlub olaraq mübarizəni dayandırıb.
2011-ci ildə Fransanın paytaxtı Paris şəhərində keçirilmiş dünya çempionatında ikinci dəfə dünya çempionu adını qazanıb. O, 63 kiloqram çəki dərəcəsinin final görüşündə yaponiyalı ikiqat dünya çempionu qalib gəlib.
2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında iştirak etmiş və 63 kq çəki dərəcəsində bürünc medal qazanmışdır.
İstinadlar
- "5GÉVRISE EMANE". Lequipe.fr. 2020-11-27 tarixində . İstifadə tarixi: 21 Oktyabr 2016.
- "Décret du 31 décembre 2012 portant promotion et nomination". 2013-10-02 tarixində . İstifadə tarixi: 2016-10-21.
- "WORLD CHAMPIONSHIPS CAIRO - EVENT". Judoinside.com. 2017-09-09 tarixində . İstifadə tarixi: 21 Oktyabr 2016.
- "EUROPEAN CHAMPIONSHIPS TAMPERE - EVENT". Judoinside.com. 2017-08-23 tarixində . İstifadə tarixi: 21 Oktyabr 2016.
- "WORLD CHAMPIONSHIPS RIO DE JANEIRO - EVENT". Judoinside.com. 2017-09-06 tarixində . İstifadə tarixi: 21 Oktyabr 2016.
- "France crowd explodes with title for Gevrise Emane". www.eju.net. 2020-11-26 tarixində . İstifadə tarixi: 2011-09-03.
- "57 63KG HALFMIDDLEWEIGHT WOMEN". Olympic.org. 2020-09-23 tarixində . İstifadə tarixi: 21 Oktyabr 2016.
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer