Dirsə xan oğlu Buğacın boyu - Kitabi Dədə Qorqud dastanına daxil olan boylardan biri.
Tədqiqi
«Kitabi-Dədə Qorqud» eposunun nəşr və tədqiq tarixi 200 illik bir dövrü əhatə edir. «Kitabi-Dədə Qorqud» dastanı haqqında ilk məlumatı Yakob Reyske (1716-1774) və Şərq əlyazmaları kataloqunu tərtib edən Fleyşer vermişdir. Lakin «Kitabi-Dədə Qorqud» dastanının nəşri və tədqiqinə XIX əsrdən başlanmışdır. Bu böyük abidəni ilk dəfə dünyaya tanıtdıran alman şərqşünası Fon Dits olmuşdur. O, Drezden kitabxanasında müqəddimə və 12 boydan ibarət “Dədə Qorqud” dastanlarını aşkar etmişdir. 1952-ci ildə isə italyan şərqşünası Ettori Rossi Vatikan kitabxanasında 6 boydan ibarət başqa bir nüsxəni üzə çıxarıb, geniş elmi müqəddimə ilə nəşr etdirir. 2019-cu ildə isə «Kitabi Dədə Qorqud»un yeni bir nüsxəsi – hazırda elm aləmində “Türkmənsəhra nüsxəsi” adı ilə tanınan nüsxənin olması barədə yeni faktlar üzə çıxdı. Dirsə xan oğlu Buğacın boyu həm Drezden nüsxəsinə həm də Vatikan nüsxəsinə həm də Türkmənsəhra nüsxəsinə daxil olan ortaq boylardan biridir. Bu boy Drezden nüsxəsində “Dirsə xan oğlu Buğac xan boyu” adlanır və ilk sıradadır. Vatikan nüsxəsində isə “Hekayəti Dirsə xan oğlu Buğac xan” adlanır ikinci boydur. Türkmənsəhra nüsxəsində isə boyun adı “İza Berilədiərən Nəsilsiz” adlanır və ilk boydur.
Məzmun
Bayandur xan hər il məclis təşkil edər, Oğuz bəylərini bu məclisdə toplayarmış. Yenə bu ziyafətlərin birində xan əmr edir ki, bir yerdə 3 ayrı rəngdə - qırmızı, ağ, qara rənglərdə otaqlar qurulsun. Oğlu olanlar ağ otaqda, qızı olanlar qırmızı otaqda, övladı olmayanlar isə qara otaqda otursun. Məclisdə iştirak edən xanlardan Dirsə xanın övladı olmadığı üçün xan qara otaqda oturur. Dirsə xan bu vəziyyətdən olduqca hiddətlənir və məclisi tərk edir. Dirsə xan evə üz tutur və yoldaşından övladları olmamasının səbəbini soruşur. Yoldaşı isə bunun Allahın qisməti olduğunu söyləyir və bildirir ki, övlad istəyirsə böyük bir ziyafət tərtib etsin, bütün Oğuz bəylərini ətrafına toplasın, yoxsullara və aclara əl tutsun, borclunu borcundan xilas etsin. Dirsə xan yoldaşının təklifi ilə məclis qurur və məclisin sonunda əlini Tanrıya açıb dua edir. Nəticədə bir müddət sonra Dirsə xanın bir oğlu dünyaya gəlir.
Oğlan 15 yaşına çatdıqda 3 dostu ilə birlikdə aşıq oynayarkən Bayandur xanın buğasının hücumuna məruz qalır. Böyük bir mübarizədən sonra buğanı öldürür. Dədə Qorqud gəlir, oğlana Buğac adı verir. Oğlan atasından taxt və bəylik alır.
Buğac xanın bəylik allıb, taxt sahibi olması Dirsə xanın ətrafındakı adamları qorxuya salır. Onlar Dirsə xanın yanına gəlib deyirlər:
“Dirsə xan sənin oğlun qalxıb yerindən durdu, köksü gözəl böyük dağa çıxdı. Sən var ikən ov ovladı, quş vurdu. Anası ilə dilbir olub, atasına qəsd etmək istəyir. Belə oğul nəyinə gərəkdir. Öldürsənə!”
Dirsə xan oğlu ilə ova çıxır və oğlunu ox ilə vurur. Ovdan qayıtdıqda oğlun görməyən ana qırx incə belli qızla Buğacı axtarmağa başlayır. Nəhayət oğlunu qanlar içində tapır. Buğac deyir:
“Ana ağlama, qorxma. Bu yaradan mənə ölüm yoxdur. Boz atlı Xızır yanıma gəldi, üç dəfə yaramın üstündə əl gəzdirdi. Bu yaradan sənə ölüm yoxdur, dağ çiçəyi ilə ana südü dərmanındır dedi. ”
Nəticədə Buğac ana südü və dağ çiçəyinin köməyi ilə 40 gün sonra sağalır. Bundan xəbər tutan 40 namərd xəyanətlərinin üzə çıxmasından təşvişə düşüb Dirsə xanın əl qolunu bağlayaraq kafir ellərinə aparmağa qərar verirlər. Buğac xan arxalarından yetişir və atasını 40 namərdin əlindən xilas edir. Xanlar xanı Bayandur xan gələrək oğlana yenidən bəylik verir.
Obrazlar
Hekayədə adı çəkilən obrazlar bunlardır: Bayandur xan, Dirsə xan, Dirsə xanının xanımı, Dədə Qorqud, Buğac, Xızır, 40 namərd, qırx qız.
Bayandur xan- Onun adı bu boyda 17 dəfə çəkilir. Onlardan üçündə “Xanlar xanı Xan Bayandur”, 13-də “Bayandur xan”, birində isə “Kam Qanın oğlu ” kimi bəhs olunur. Hekayədə hadisələri başladan şəxsdir. Dədə Qorqud onu klassik və ənənəvi romandakı kimi təqdim edir. O, ildə bir dəfə məclis təşkil edir, Oğuz bəylərinə qonaqlıq verir, atdan ayğır, dəvədən öküz, qoyundan qoç kəsir. Bayandur xan hekayənin əsas hadisəsini ortaya qoyur. Bütün hekayə bu hadisədən başlayır. Bayandur xanın bəylər üzərində hakim rolu var. Onun ordusu var, böyüyən hər bir gənc onun ordusuna qoşulur. Bayandur xan öküz və dəvəsini ildə iki dəfə yayda və payızda güləşdirir. O, bəylərlə onların döyüşünü izləyir. Dirsə xanın oğlu öküzü məğlub edir.
Dirsə xan qorxur ki, oğlunun mənəvi dəyişməsindən Bayandur xana şikayət edəcəklər. Bayandur xan hekayədə daha sonra görünmür. Bayandur xan adi tip deyil, xarakterdir. Cəmiyyətin davamlılığının nəsildən-nəslə keçəcəyini bildiyi üçün çadırlar qurmağı planlaşdırmış və buna nail olmuşdur. Dirsə xan isə qara çadırda oturmuş insanların prototipidir. Bu prototipin arxasından yüz minlərlə insanın təcrübəsini görə bilərik. Tarixdə nəsil artırmağa təşviq edən bir çox hadisələr var, lakin bu hekayədəki üsul etika və estetika cəhətdən daha məntiqlidir.
Dirsə xan - Haqqında İç Oğuzdan, yoxsa Dış Oğuzdan olması barədə heç bir məlumat olmayan Dirsə xanın adındakı “xan” ifadəsindən də anlaşıldığı kimi, Oğuz cəmiyyətini təşkil edən tayfalardan birinin başçısıdır. O, hekayədəki hadisələri davam etdirən şəxsdir. Hekayənin sujeti Buğac xanın anadan olub, ad almasına kimi birbaşa Dirsə xanın ətrafında cərəyan edir. Onun övladı yoxdur. Bu səbəbdən o, Bayandur xan tərəfindən təşkil edilən məclisdə qara otaqda oturur. Oğlu-qızı olmayan Dirsə xana oxşar münasibətə qazaxların “Koblandı batır” dastanında və “Dudar qız”, “Çəlkildək” və “Əlibək Batır” kimi rəvayətlərində rast gəlmək mümkündür. Dirsə xanın obasına qayıtdıqdan sonra arvadına söylədiyi sözlər arasında qəzəb və kin-küdurəti də göstərən aşağıdakı cümlə onun başqa bir xüsusiyyətinə diqqət çəkir:
“Bir adamın ki, oğlu-qızı olmaya,
onu Allah qarğayıbdır, biz də qarğayırıq dedilər"
Dirsə xan xanlar xanı Bayandurun istisna rəftar göstərməsi ilə övladsızlığının səbəbini arvadından “Səndəndir, yoxsa məndən?” deyə soruşur. Beləki, Dirsə xan uşaqsızlığı bütünlüklə xan qızı olan arvadından yaranan problem kimi görmür. Bu cümlə Dirsə xanın mənsub olduğu Oğuz cəmiyyətinin mədəni və inkişaf etmiş olduğuna işarədir.
40 namərd ona oğlundan yalan xəbərlər gətirdikdə bu hadisəni araşdırmadan onların sözünə inanır. Bu cəhətdən Dirsə xan Yusif və Züleyxa hekayəsindəki Yusifin atası ilə oxşardır. Lakin hadisələrin inkişafı və tragik tərəfləri fərqlidir. Öz adamları tərəfindən təhrik edilən Dirsə xan oğlunun bu davranışı ilə onu Oğuz cəmiyyətində çətin vəziyyətə saldığını düşünür. Bu söhbətlərin Bayandur xana çatması ilə nüfuzdan düşəcəyindən qorxur. Digər tərəfdən ailədəki nüfuzunu da itirdiyini hiss edir və oğlunu öldürmək qərarına gəlir. Ata-oğul arasında baş verən münaqişə atanın oğluna sui-qəsd törətməsi ilə kuliminasiya nöqtəsinə çatır. Törədilən xəyanət oğuz cəmiyyəti tərəfindən heç vaxt qəbul edilməyən bir davranışdır. Ancaq bu hadisə Dirsə xanın atalıq şüurunun formalaşması baxımından zəruri görünür.
Nəhayət hadisələrin sonunda Dirsə xan atalıq şüuruna, oğul isə övlad şüuruna çatmışdır. Ana və Xızırın müdaxiləsi ilə böhran sonlanır, ailə ilə cəmiyyətin birliyi və bütövlüyü arzu olunan səviyyədə qurulur. Müvəffəqiyyətlərinə görə Bayandur xan tərəfindən bəylik verilən Buğac xan səhnədə layiqli yerini tutarkən, ata səhnədən ayrılma vaxtının gəldiyini anlayır.
Dirsə xanın xanımı Xan qızı - Dirsə xanın xanımı və Buğac xanın anası haqqında boyda ətraflı məlumat verilmir. Biz sadəcə hekayədə bir neçə yerdə onun “xan qızı” olduğunu anlayırıq. Belə ki, Dirsə xan Bayandur xan tərəfindən qurulan məclisi tərk edib evinə döndükdə xanımına “xan qızı ” deyə müraciət edir. Bir digər hadisədə, atası ilə ova göndərdiyi oğlunu görməyən ananın sərf etdiyi sözlərdən “xan qızı” olması bir daha təsdiqini tapır.
Xan atamın qatına mən varayım
Ağır xəzinə ilə bol ləşkər alayım.
Daha sonra xanımı Dirsə xana müraciət edir:
“Xan babamm göygisü, Qadın anamın segisi,
Atanı-anam verdigi,
Göz açuban gördügim,
Könül verib sevdigim a Dirsə xan”.
Digər tərəfdən burada qədim türkün bütöv nikah-evlənmə məcəlləsi əks olunur: qızın ərə köçməsində ata-ananın ciddi iştirakı var - babamın (atamın) göygüsü, anamın segisi deyilir. Bu o deməkdir ki, ata və ana bu izdivaça birgə razılıq verir. Eyni zamanda qadın “göz açuban gördügüm” (yəni başqa heç kəsdə gözü olmayıb), “könül verib sevdigim’ ifadələrini işlədir. Beləliklə, qızın ər seçməkdə hüququ söylənir. Bu, yüksək cəmiyyətin xüsusiyyətidir. Həmin cəmiyyətdə qadın hüququnu bu sözlər də təsdiqləyır - Dirsə xan qadınına, qadını da ona eyni sözlər-təyinlərlə müraciət edir.
Onun fiziki xüsusiyyətlərinə yenə Dirsə xanın məclisdən qayıtdıqdan sonrakı xanımına müraciətində rast gəlirik. O başın baxtı, evin taxtıdır. Səlvi boyludur və qara saçları topuğuna qədər uzanır. Qaşları qurulu yay, yanaqları almaza bənzəyir. Buğac xanın hekayəsində ağıl, sağlam düşüncə, tarazlıq, uzlaşma və sədaqəti təmsil edən xan qızı, Dirsə xanın kənarda qalmasına səbəb olan uşaqsızlıq probleminin həllində başlıca rol oynayır.
Buğac xan - Uşaq, xüsusən də oğlan uşağı maldar və döyüşçü cəmiyyət olan Oğuz cəmiyyəti üçün əvəzsiz sərvətdir. Onun yoxluğu bir tərəfdən ailə anlayışının yox olması deməkdir, digər tərəfdən isə arzulanan sosial bütövlüyün əldə edilməsində maneədir. Bu hekayədə“ acların doydurulması, borclunun borcdan qurtulması, böyük məclis qurulması, Oğuz bəylərinin duaları” nəticəsində ana rəhminə düşən Buğac xan 9 ay sonra dünyaya göz açır. Doğulduqdan sonra baxıcılara verilən Buğac xan on beş yaşında ikinci dəfə qarşımıza çıxır. On beş yaş onun yeniyetməlik dövrüdür və rəvayət obrazın yetişib, fərdiləşməsi üçün lazım olan mühiti hazırlayır. Bu proses Bayandur xanın buğası ilə güləşməsi və Dədə Qorqud tərəfindən ad alması ilə başlayır. Qəhrəmanın vəhşi heyvanla, xüsusilə buğa ilə güləşib qazanması qədim epik ənənlərdən biridir və ilk dəfə Oğuz Xaqan dastanının Uyğur nüsxəsində qarşımıza çıxır. Türk alim Ziya Gökalp buğa ilə mübarizəsinə diqqət çəkərək Buğac xanın Oğuz xan olduğu fikrini irəli sürmüşdür.
Beləliklə buğa ilə mübarizəsini qazanıb ad alması üçün məclis təşkil edilməsi Dirsə xanın oğlunun cəmiyyət tərəfindən mənimsənib, fərdiləşməsi deməkdir.
Daha sonra atası tərəfdən sui-qəsdə məruz qalan oğul ana və Xızırın köməkliyi ilə ölümdən xilas olması, Dirsə xanı övlad qatili olmaqdan xilas edir. Həmçinin ailə bütövlüyünün aradan qalxmasına da mane olur. Sonda onu öldürmək istəyən atasını anasının təşviqi ilə xilas etməklə Buğac xan əsl alp, bacarıq və fəzilət sahibi olur. Bu hadisə həm də Oğuz cəmiyyətinə xas dəyərləri əks etdirmək baxımından da əhəmiyyətlidir. Çünki Oğuz cəmiyyətində oğul atasının arxasında durmalı, ata nə səhv edirsə etsin, onu düşmən əlində qoymamalıdır. Onun bu fəziləti də Dirsə xanın öz rolunu qəbul etməsinə əhəmiyyətli dərəcədə kömək edir.
Dədə Qorqud və Xızır - Dədə Qorqud həm bəşəri, həm də mifik xüsusiyyətlərə malik şəxsiyyətdir. O, həm müşahidəçidir, hadisələrin həlledici məqamlarında peyda olub ad verər, mükafatlandırar. Amma hadisələrin sonunda keçmiş və gələcək kimi şərh edilən dünya Günəş-Ay üçlüyünə indeksləşdirilən zamandan kənara çıxır. Dədə Qorqud danışarkən hekayədəki bütün personajlar dünyasını dəyişsə də o, fövqəlbəşəri kimliyi ilə hələ də mövcuddur.
Burada Xızır Dədə Qorqud kimi mifik şəxsiyyətdir. Dağda ölü qalan Buğac xanın yarasını müalicə edir, ana südünü, dağ çiçəyini dərman kimi göstərir.
Heyvanların da hekayədə missiyaları və funksiyaları var. Qoyun, qoç, dəvə, şir, pələng, ilan, qarğa, qarğa, turqay kimi it və quşlar dekorativ deyil, funksiya daşıyır. Onlar cansız təbiət rəmslərindəki kimi qeyri-funksional heyvanlar deyillər.
Arxetiplər
Ağ otaq - Oğlan övlad sahibi olan bəylərin oturduğu otaqdır. Burada ağ saflıq və məsumiyyət simvoludur. Eyni zamanda, həmin şəxsin keçmişdə bəndə olaraq heç bir günah etmədiyinin də göstəricisi sayıla bilər. Beləki, Allah keçmişdə saleh əməllər edənləri rəftarına görə mükafatlandırmış və nəslin davamına görə onların oğlan övladı dünyaya gəlmişdir.
Oğlan cəmiyyət üçün parlaq gələcəkdir. Döyüşçüdür. Öz xalqını qorumaq onun borcudur. Döyüşçü cəmiyyət olan oğuzlar arasında kişi fiquru cəmiyyətin yaşaması, soy-kökü davam etməsi, zəngin, firavan və təhlükədən uzaq həyat üçün zəruridir. Oğul sahibi olmamaq həm də adın itməsidir. Oğuz cəmiyyətində ad almaq üçün kişi çox çətin şəraitdə öz gücünü sübut etməlidir.
Qırmızı otaq - Qız övladı olan bəylərin oturduğu otaqdır. Qız Oğuz cəmiyyətində məhsuldarlığı və bolluğu simvollaşdırır. O tərbiyəçi, cəmiyyəti təhsil və sosial baxımdan formalaşdıran, nəsil yetişdirici kimi keyfiyyətlərinə baxmayaraq, həm də xarici təhlükələrə açıq vəziyyətdədir.
Qara otaq - Övladı olmayan bəylərin qonaq olduğu yer kimi yoxsulluğa, məhrumiyyətə işarədir. Uşaqsızlıq gələcəksizlik, sonluq və məhdudiyyət deməkdir. Burada qara rəng ölümü təmsil edir. Ağ çadır həm soyun, həm də adın davamını təmin etdiyi halda, qırmızı çadır nəslin davamını təmin etsə də, adın davam etdirilməsinə zəmanət vermir, ancaq qara çadır hər ikisinin, adın və soyun sonudur.
Xızır arxetipi - Hekayələrdə qəhrəmanlar bəzi maneələri ağılları ilə həll edir, digərlərinə isə fiziki gücləri ilə qalib gəlirlər. Qəhrəmanlar çətinliyə düşəndə, problemlərini həll etməyə gücü çatmayanda, qarşılaşdıqları maneələri və çətinlikləri necə aşacaqlarını bilmədiklərində, bir sözlə, çarəsizliyə və ümidsizliyə qapıldıqda, həmişə onların köməyinə gələn bir müdrik, bir şaman, bir Xızır var. Şamanizmdə və Anadolu ələviliyində adına tez-tez rast gəlinən Xızırın bu inanclarda mövcud olan “təbiət ruhu” və ya insanın “öz nurundan” yaradıldığını söyləmək mümkündür.
Kölgə arxetipi - O, adətən dəyişikliyə və inisiasiyaya məruz qalan insanların aşağı mənliyində yatan gizli cəhət kimi özünü göstərir. “Kölgə qəhrəmana fərdiləşmə prosesində irəlilədikcə yetkinləşməyə imkan verən əks qüvvədir.”Kölgə arxetipləri kimi görünən qırx namərd əslində paxıllıq etmək, yalan danışmaq və öz maraqlarını qorumaq üçün oğlu ataya öldürtməklə Dirsə xanın oğluna qarşı hiss etdiyi paxıllıq hissinin simvoludur. Bu hissdən kor olan Dirse xan qurban kəsməklə və dua etməklə əldə etdiyi hədiyyə olan oğlunu çox sorğu-sual etmədən öldürməklə zəifliyini göstərir. Burada kölgə işığa qalib gəlir və "alp tipi" olan Dirsə xan öz zəifliyinə təslim olur.
«Ana südü», «dağ çiçəyi» arxetipləri - Azərbaycan arxaik düşüncəsində ilkin etnik-mental arxetiplərə aiddir. «Ana südü» mifoloji semantikası etibarilə təkcə ana xaqanlığın yox, eyni zamanda onunla bağlı ana kultunun, «dağ çiçəyi» isə ümumən təbiət kultunun, konkret olaraq, dağ və bitki kultlarının dastandakı arxetipik simvollarıdır.
İstinadlar
- Qafarlı, 2019. səh. 5
- Qafarlı, 2019. səh. 6
- Kəlbizadə, 2020. səh. 119
- Erdem, 1998. səh. 72
- Duru, 2023. səh. 97
- Kitabi Dədə Qorqud, 2004. səh. 180
- Kitabi Dədə Qorqud, 2004. səh. 182
- Kılıç, 1997. səh. 82
- Aday, 2017. səh. 417
- Uç, 2003. səh. 50
- Aksoy, 2012. səh. 58
- Ekici, 2001. səh. 54
- Ensiklopediya, 2000. səh. 73
- Aksoy, 2012. səh. 59
- Ekici, 2001. səh. 57
- Abdulla, 1998. səh. 212
- Ensiklopediya, 2000. səh. 74
- Abdulla, 1998. səh. 212-213
- Aksoy, 2012. səh. 60
- Ekici, 2001. səh. 51
- Aksoy, 2012. səh. 68
- Ergin, 1997. səh. 184
- Aksoy, 2012. səh. 69
- Uç, 2003. səh. 51
- Aşkaroğlu, 2013. səh. 126
- Aşkaroğlu, 2013. səh. 127
- Aşkaroğlu, 2013. səh. 124
- İsmayılova, 2011. səh. 67
- Kanter, 2005. səh. 134
- Aşkaroğlu, 2011. səh. 130
- İsmayılova, 2011. səh. 69
Mənbə
- Dirsə xan oğlu Buğac boyun bəyan edər // Kitabi-Dədə Qorqud ensiklopediyası: II cild. II. Bakı: Yeni Nəşrlər Evi. 2000.
- Ramazan Qafarlı. “KİTABİ-DƏDƏ QORQUD” EPOSUNUN ARAŞDIRILMASI TARİXİNƏ QISA BİR NƏZƏR (PDF). III. Bakı. Dədə Qorqud Elmi Ədəbi Toplu. 2019. 3–20.
- Ə.Quliyev. Kitabi-Dədə Qorqud: Sadələşdirilmiş mətn. Bakı: Çaşıoğlu nəşriyyat. 2004. səh. 144.
- Kamal Abdulla. Dirsə xanın arvadına müraciəti // Azərbaycan dili sintaksisinin nəzəri problemləri: ali məktəblər üçün dərs vəsaiti. Bakı. 1998. 212–213.
- Samət Əlizadə, Tofiq Hacıyev. Kitabi Dədə Qorqud (Əsil və sadələşdirilmiş mətnlər) (PDF). Bakı: Öndər nəşriyyat. 2004. səh. 376. ISBN .
- Yeganə İsmayılova. «DƏDƏ QORQUD KİTABI» VƏ MÜASİR AZƏRBAYCAN ƏDƏBİ DÜŞÜNCƏSİ (PDF). Bakı: Elm nəşriyyatı. 2011. 368. ISBN .
- Muharrem Ergin. Dede Korkut Kitabı. Ankara: TDK. 1997.
- Melek Erdem. Dede Korkut Türkmenistan Varyantları. Ankara: Ankara Üniversitesi Sosyal Bilimler Enstitüsü. 1998.
- Sümeyra Duru. AXEL OLRİK‘İN EPİK YASALARI BAĞLAMINDA DİRSE HAN OĞLU BOĞAÇ HAN BOYUNUN İNCELENMESİ. 10. Çeşm-i Cihan: Tarih Kültür ve Sanat Araştırmaları Dergisi E-Dergisi. 2023. 95–110.
- Erdal ADAY. TÜRKLERDE TANRI ANLAYIŞI VE BAYINDIR HAN’A YANSIMASI. AKADEMİK BAKIŞ DERGİSİ. 2017. 414–425.
- Fikret Kılıç. Dede Korkut Kitabı’ndan “Dirse Han Oğlı Buğaç Han Boyı”Adlı Hikayenin Tema ve Yapı Bakımından Tahlili. Erzurum. Atatürk Üniversitesi Türkiyat Araştırmaları Enstitüsü Dergisi. 1997. 79–97.
- Hikmet Uç. The Story of Buğaç Han the Son of Dirse Han in the Book of Dede Korkut. 15. Milli Folklor. 2003.
- Metin Ekici. Dirse Han Oğlu Boğaç Han Anlatmasında Bireysellik ve Toplumsal Bütünlük. Milli Folklor. 2001. 50–59.
- Evrim Aksoy. DEDE KORKUT KİTABI’NDAKİ TİPLER ÜZERİNE BİR İNCELEME. İzmir: T. C.EGE ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ TÜRK HALK BİLİMİ ANABİLİM DALI. 2012.
- Vedi Aşkaroğlu. DEDE KORKUT HİKAYELERİNDEN DİRSE HAN OĞLU BUĞAÇ HAN ANLATISI ÜZERİNE SİMGESEL / ARKETİPSEL BİR ÇÖZÜMLEME. İzmir: T. C.EGE ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ TÜRK HALK BİLİMİ ANABİLİM DALI. Karadeniz Uluslararası Bilimsel Dergi , 1 (17). 2012. 120–132.
- Mehmet Fatih Kanter. Dede Korkut Hikayelerinin Arketipsel Sembolizm Yöntemiyle Çözümlenmesi. 7. İnsan Bilimleri Araştırmaları. 2005. 131–138.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Dirse xan oglu Bugacin boyu Kitabi Dede Qorqud dastanina daxil olan boylardan biri Dirse xan oglu Bugacin boyu Ressam Mikayil AbdullayevTedqiqi Kitabi Dede Qorqud eposunun nesr ve tedqiq tarixi 200 illik bir dovru ehate edir Kitabi Dede Qorqud dastani haqqinda ilk melumati Yakob Reyske 1716 1774 ve Serq elyazmalari kataloqunu tertib eden Fleyser vermisdir Lakin Kitabi Dede Qorqud dastaninin nesri ve tedqiqine XIX esrden baslanmisdir Bu boyuk abideni ilk defe dunyaya tanitdiran alman serqsunasi Fon Dits olmusdur O Drezden kitabxanasinda muqeddime ve 12 boydan ibaret Dede Qorqud dastanlarini askar etmisdir 1952 ci ilde ise italyan serqsunasi Ettori Rossi Vatikan kitabxanasinda 6 boydan ibaret basqa bir nusxeni uze cixarib genis elmi muqeddime ile nesr etdirir 2019 cu ilde ise Kitabi Dede Qorqud un yeni bir nusxesi hazirda elm aleminde Turkmensehra nusxesi adi ile taninan nusxenin olmasi barede yeni faktlar uze cixdi Dirse xan oglu Bugacin boyu hem Drezden nusxesine hem de Vatikan nusxesine hem de Turkmensehra nusxesine daxil olan ortaq boylardan biridir Bu boy Drezden nusxesinde Dirse xan oglu Bugac xan boyu adlanir ve ilk siradadir Vatikan nusxesinde ise Hekayeti Dirse xan oglu Bugac xan adlanir ikinci boydur Turkmensehra nusxesinde ise boyun adi Iza Beriledieren Nesilsiz adlanir ve ilk boydur MezmunBayandur xan her il meclis teskil eder Oguz beylerini bu meclisde toplayarmis Yene bu ziyafetlerin birinde xan emr edir ki bir yerde 3 ayri rengde qirmizi ag qara renglerde otaqlar qurulsun Oglu olanlar ag otaqda qizi olanlar qirmizi otaqda ovladi olmayanlar ise qara otaqda otursun Meclisde istirak eden xanlardan Dirse xanin ovladi olmadigi ucun xan qara otaqda oturur Dirse xan bu veziyyetden olduqca hiddetlenir ve meclisi terk edir Dirse xan eve uz tutur ve yoldasindan ovladlari olmamasinin sebebini sorusur Yoldasi ise bunun Allahin qismeti oldugunu soyleyir ve bildirir ki ovlad isteyirse boyuk bir ziyafet tertib etsin butun Oguz beylerini etrafina toplasin yoxsullara ve aclara el tutsun borclunu borcundan xilas etsin Dirse xan yoldasinin teklifi ile meclis qurur ve meclisin sonunda elini Tanriya acib dua edir Neticede bir muddet sonra Dirse xanin bir oglu dunyaya gelir Oglan 15 yasina catdiqda 3 dostu ile birlikde asiq oynayarken Bayandur xanin bugasinin hucumuna meruz qalir Boyuk bir mubarizeden sonra bugani oldurur Dede Qorqud gelir oglana Bugac adi verir Oglan atasindan taxt ve beylik alir Bugac xanin beylik allib taxt sahibi olmasi Dirse xanin etrafindaki adamlari qorxuya salir Onlar Dirse xanin yanina gelib deyirler Dirse xan senin oglun qalxib yerinden durdu koksu gozel boyuk daga cixdi Sen var iken ov ovladi qus vurdu Anasi ile dilbir olub atasina qesd etmek isteyir Bele ogul neyine gerekdir Oldursene Dirse xan oglu ile ova cixir ve oglunu ox ile vurur Ovdan qayitdiqda oglun gormeyen ana qirx ince belli qizla Bugaci axtarmaga baslayir Nehayet oglunu qanlar icinde tapir Bugac deyir Ana aglama qorxma Bu yaradan mene olum yoxdur Boz atli Xizir yanima geldi uc defe yaramin ustunde el gezdirdi Bu yaradan sene olum yoxdur dag ciceyi ile ana sudu dermanindir dedi Neticede Bugac ana sudu ve dag ciceyinin komeyi ile 40 gun sonra sagalir Bundan xeber tutan 40 namerd xeyanetlerinin uze cixmasindan tesvise dusub Dirse xanin el qolunu baglayaraq kafir ellerine aparmaga qerar verirler Bugac xan arxalarindan yetisir ve atasini 40 namerdin elinden xilas edir Xanlar xani Bayandur xan gelerek oglana yeniden beylik verir ObrazlarHekayede adi cekilen obrazlar bunlardir Bayandur xan Dirse xan Dirse xaninin xanimi Dede Qorqud Bugac Xizir 40 namerd qirx qiz Bayandur xan Onun adi bu boyda 17 defe cekilir Onlardan ucunde Xanlar xani Xan Bayandur 13 de Bayandur xan birinde ise Kam Qanin oglu kimi behs olunur Hekayede hadiseleri basladan sexsdir Dede Qorqud onu klassik ve enenevi romandaki kimi teqdim edir O ilde bir defe meclis teskil edir Oguz beylerine qonaqliq verir atdan aygir deveden okuz qoyundan qoc kesir Bayandur xan hekayenin esas hadisesini ortaya qoyur Butun hekaye bu hadiseden baslayir Bayandur xanin beyler uzerinde hakim rolu var Onun ordusu var boyuyen her bir genc onun ordusuna qosulur Bayandur xan okuz ve devesini ilde iki defe yayda ve payizda gulesdirir O beylerle onlarin doyusunu izleyir Dirse xanin oglu okuzu meglub edir Dirse xan qorxur ki oglunun menevi deyismesinden Bayandur xana sikayet edecekler Bayandur xan hekayede daha sonra gorunmur Bayandur xan adi tip deyil xarakterdir Cemiyyetin davamliliginin nesilden nesle kececeyini bildiyi ucun cadirlar qurmagi planlasdirmis ve buna nail olmusdur Dirse xan ise qara cadirda oturmus insanlarin prototipidir Bu prototipin arxasindan yuz minlerle insanin tecrubesini gore bilerik Tarixde nesil artirmaga tesviq eden bir cox hadiseler var lakin bu hekayedeki usul etika ve estetika cehetden daha mentiqlidir Dirse xan Haqqinda Ic Oguzdan yoxsa Dis Oguzdan olmasi barede hec bir melumat olmayan Dirse xanin adindaki xan ifadesinden de anlasildigi kimi Oguz cemiyyetini teskil eden tayfalardan birinin bascisidir O hekayedeki hadiseleri davam etdiren sexsdir Hekayenin sujeti Bugac xanin anadan olub ad almasina kimi birbasa Dirse xanin etrafinda cereyan edir Onun ovladi yoxdur Bu sebebden o Bayandur xan terefinden teskil edilen meclisde qara otaqda oturur Oglu qizi olmayan Dirse xana oxsar munasibete qazaxlarin Koblandi batir dastaninda ve Dudar qiz Celkildek ve Elibek Batir kimi revayetlerinde rast gelmek mumkundur Dirse xanin obasina qayitdiqdan sonra arvadina soylediyi sozler arasinda qezeb ve kin kudureti de gosteren asagidaki cumle onun basqa bir xususiyyetine diqqet cekir Bir adamin ki oglu qizi olmaya onu Allah qargayibdir biz de qargayiriq dediler Dirse xan xanlar xani Bayandurun istisna reftar gostermesi ile ovladsizliginin sebebini arvadindan Sendendir yoxsa menden deye sorusur Beleki Dirse xan usaqsizligi butunlukle xan qizi olan arvadindan yaranan problem kimi gormur Bu cumle Dirse xanin mensub oldugu Oguz cemiyyetinin medeni ve inkisaf etmis olduguna isaredir 40 namerd ona oglundan yalan xeberler getirdikde bu hadiseni arasdirmadan onlarin sozune inanir Bu cehetden Dirse xan Yusif ve Zuleyxa hekayesindeki Yusifin atasi ile oxsardir Lakin hadiselerin inkisafi ve tragik terefleri ferqlidir Oz adamlari terefinden tehrik edilen Dirse xan oglunun bu davranisi ile onu Oguz cemiyyetinde cetin veziyyete saldigini dusunur Bu sohbetlerin Bayandur xana catmasi ile nufuzdan duseceyinden qorxur Diger terefden ailedeki nufuzunu da itirdiyini hiss edir ve oglunu oldurmek qerarina gelir Ata ogul arasinda bas veren munaqise atanin ogluna sui qesd toretmesi ile kuliminasiya noqtesine catir Toredilen xeyanet oguz cemiyyeti terefinden hec vaxt qebul edilmeyen bir davranisdir Ancaq bu hadise Dirse xanin ataliq suurunun formalasmasi baximindan zeruri gorunur Nehayet hadiselerin sonunda Dirse xan ataliq suuruna ogul ise ovlad suuruna catmisdir Ana ve Xizirin mudaxilesi ile bohran sonlanir aile ile cemiyyetin birliyi ve butovluyu arzu olunan seviyyede qurulur Muveffeqiyyetlerine gore Bayandur xan terefinden beylik verilen Bugac xan sehnede layiqli yerini tutarken ata sehneden ayrilma vaxtinin geldiyini anlayir Dirse xanin xanimi Xan qizi Dirse xanin xanimi ve Bugac xanin anasi haqqinda boyda etrafli melumat verilmir Biz sadece hekayede bir nece yerde onun xan qizi oldugunu anlayiriq Bele ki Dirse xan Bayandur xan terefinden qurulan meclisi terk edib evine dondukde xanimina xan qizi deye muraciet edir Bir diger hadisede atasi ile ova gonderdiyi oglunu gormeyen ananin serf etdiyi sozlerden xan qizi olmasi bir daha tesdiqini tapir Xan atamin qatina men varayim Agir xezine ile bol lesker alayim Daha sonra xanimi Dirse xana muraciet edir Xan babamm goygisu Qadin anamin segisi Atani anam verdigi Goz acuban gordugim Konul verib sevdigim a Dirse xan Diger terefden burada qedim turkun butov nikah evlenme mecellesi eks olunur qizin ere kocmesinde ata ananin ciddi istiraki var babamin atamin goygusu anamin segisi deyilir Bu o demekdir ki ata ve ana bu izdivaca birge raziliq verir Eyni zamanda qadin goz acuban gordugum yeni basqa hec kesde gozu olmayib konul verib sevdigim ifadelerini isledir Belelikle qizin er secmekde huququ soylenir Bu yuksek cemiyyetin xususiyyetidir Hemin cemiyyetde qadin huququnu bu sozler de tesdiqleyir Dirse xan qadinina qadini da ona eyni sozler teyinlerle muraciet edir Onun fiziki xususiyyetlerine yene Dirse xanin meclisden qayitdiqdan sonraki xanimina muracietinde rast gelirik O basin baxti evin taxtidir Selvi boyludur ve qara saclari topuguna qeder uzanir Qaslari qurulu yay yanaqlari almaza benzeyir Bugac xanin hekayesinde agil saglam dusunce tarazliq uzlasma ve sedaqeti temsil eden xan qizi Dirse xanin kenarda qalmasina sebeb olan usaqsizliq probleminin hellinde baslica rol oynayir Bugac xan Usaq xususen de oglan usagi maldar ve doyuscu cemiyyet olan Oguz cemiyyeti ucun evezsiz servetdir Onun yoxlugu bir terefden aile anlayisinin yox olmasi demekdir diger terefden ise arzulanan sosial butovluyun elde edilmesinde maneedir Bu hekayede aclarin doydurulmasi borclunun borcdan qurtulmasi boyuk meclis qurulmasi Oguz beylerinin dualari neticesinde ana rehmine dusen Bugac xan 9 ay sonra dunyaya goz acir Dogulduqdan sonra baxicilara verilen Bugac xan on bes yasinda ikinci defe qarsimiza cixir On bes yas onun yeniyetmelik dovrudur ve revayet obrazin yetisib ferdilesmesi ucun lazim olan muhiti hazirlayir Bu proses Bayandur xanin bugasi ile gulesmesi ve Dede Qorqud terefinden ad almasi ile baslayir Qehremanin vehsi heyvanla xususile buga ile gulesib qazanmasi qedim epik enenlerden biridir ve ilk defe Oguz Xaqan dastaninin Uygur nusxesinde qarsimiza cixir Turk alim Ziya Gokalp buga ile mubarizesine diqqet cekerek Bugac xanin Oguz xan oldugu fikrini ireli surmusdur Belelikle buga ile mubarizesini qazanib ad almasi ucun meclis teskil edilmesi Dirse xanin oglunun cemiyyet terefinden menimsenib ferdilesmesi demekdir Daha sonra atasi terefden sui qesde meruz qalan ogul ana ve Xizirin komekliyi ile olumden xilas olmasi Dirse xani ovlad qatili olmaqdan xilas edir Hemcinin aile butovluyunun aradan qalxmasina da mane olur Sonda onu oldurmek isteyen atasini anasinin tesviqi ile xilas etmekle Bugac xan esl alp bacariq ve fezilet sahibi olur Bu hadise hem de Oguz cemiyyetine xas deyerleri eks etdirmek baximindan da ehemiyyetlidir Cunki Oguz cemiyyetinde ogul atasinin arxasinda durmali ata ne sehv edirse etsin onu dusmen elinde qoymamalidir Onun bu fezileti de Dirse xanin oz rolunu qebul etmesine ehemiyyetli derecede komek edir Dede Qorqud ve Xizir Dede Qorqud hem beseri hem de mifik xususiyyetlere malik sexsiyyetdir O hem musahidecidir hadiselerin helledici meqamlarinda peyda olub ad verer mukafatlandirar Amma hadiselerin sonunda kecmis ve gelecek kimi serh edilen dunya Gunes Ay ucluyune indekslesdirilen zamandan kenara cixir Dede Qorqud danisarken hekayedeki butun personajlar dunyasini deyisse de o fovqelbeseri kimliyi ile hele de movcuddur Burada Xizir Dede Qorqud kimi mifik sexsiyyetdir Dagda olu qalan Bugac xanin yarasini mualice edir ana sudunu dag ciceyini derman kimi gosterir Heyvanlarin da hekayede missiyalari ve funksiyalari var Qoyun qoc deve sir peleng ilan qarga qarga turqay kimi it ve quslar dekorativ deyil funksiya dasiyir Onlar cansiz tebiet remslerindeki kimi qeyri funksional heyvanlar deyiller ArxetiplerAg otaq Oglan ovlad sahibi olan beylerin oturdugu otaqdir Burada ag safliq ve mesumiyyet simvoludur Eyni zamanda hemin sexsin kecmisde bende olaraq hec bir gunah etmediyinin de gostericisi sayila biler Beleki Allah kecmisde saleh emeller edenleri reftarina gore mukafatlandirmis ve neslin davamina gore onlarin oglan ovladi dunyaya gelmisdir Oglan cemiyyet ucun parlaq gelecekdir Doyuscudur Oz xalqini qorumaq onun borcudur Doyuscu cemiyyet olan oguzlar arasinda kisi fiquru cemiyyetin yasamasi soy koku davam etmesi zengin firavan ve tehlukeden uzaq heyat ucun zeruridir Ogul sahibi olmamaq hem de adin itmesidir Oguz cemiyyetinde ad almaq ucun kisi cox cetin seraitde oz gucunu subut etmelidir Qirmizi otaq Qiz ovladi olan beylerin oturdugu otaqdir Qiz Oguz cemiyyetinde mehsuldarligi ve bollugu simvollasdirir O terbiyeci cemiyyeti tehsil ve sosial baximdan formalasdiran nesil yetisdirici kimi keyfiyyetlerine baxmayaraq hem de xarici tehlukelere aciq veziyyetdedir Qara otaq Ovladi olmayan beylerin qonaq oldugu yer kimi yoxsulluga mehrumiyyete isaredir Usaqsizliq geleceksizlik sonluq ve mehdudiyyet demekdir Burada qara reng olumu temsil edir Ag cadir hem soyun hem de adin davamini temin etdiyi halda qirmizi cadir neslin davamini temin etse de adin davam etdirilmesine zemanet vermir ancaq qara cadir her ikisinin adin ve soyun sonudur Xizir arxetipi Hekayelerde qehremanlar bezi maneeleri agillari ile hell edir digerlerine ise fiziki gucleri ile qalib gelirler Qehremanlar cetinliye dusende problemlerini hell etmeye gucu catmayanda qarsilasdiqlari maneeleri ve cetinlikleri nece asacaqlarini bilmediklerinde bir sozle caresizliye ve umidsizliye qapildiqda hemise onlarin komeyine gelen bir mudrik bir saman bir Xizir var Samanizmde ve Anadolu eleviliyinde adina tez tez rast gelinen Xizirin bu inanclarda movcud olan tebiet ruhu ve ya insanin oz nurundan yaradildigini soylemek mumkundur Kolge arxetipi O adeten deyisikliye ve inisiasiyaya meruz qalan insanlarin asagi menliyinde yatan gizli cehet kimi ozunu gosterir Kolge qehremana ferdilesme prosesinde ireliledikce yetkinlesmeye imkan veren eks quvvedir Kolge arxetipleri kimi gorunen qirx namerd eslinde paxilliq etmek yalan danismaq ve oz maraqlarini qorumaq ucun oglu ataya oldurtmekle Dirse xanin ogluna qarsi hiss etdiyi paxilliq hissinin simvoludur Bu hissden kor olan Dirse xan qurban kesmekle ve dua etmekle elde etdiyi hediyye olan oglunu cox sorgu sual etmeden oldurmekle zeifliyini gosterir Burada kolge isiga qalib gelir ve alp tipi olan Dirse xan oz zeifliyine teslim olur Ana sudu dag ciceyi arxetipleri Azerbaycan arxaik dusuncesinde ilkin etnik mental arxetiplere aiddir Ana sudu mifoloji semantikasi etibarile tekce ana xaqanligin yox eyni zamanda onunla bagli ana kultunun dag ciceyi ise umumen tebiet kultunun konkret olaraq dag ve bitki kultlarinin dastandaki arxetipik simvollaridir IstinadlarQafarli 2019 seh 5 Qafarli 2019 seh 6 Kelbizade 2020 seh 119 Erdem 1998 seh 72 Duru 2023 seh 97 Kitabi Dede Qorqud 2004 seh 180 Kitabi Dede Qorqud 2004 seh 182 Kilic 1997 seh 82 Aday 2017 seh 417 Uc 2003 seh 50 Aksoy 2012 seh 58 Ekici 2001 seh 54 Ensiklopediya 2000 seh 73 Aksoy 2012 seh 59 Ekici 2001 seh 57 Abdulla 1998 seh 212 Ensiklopediya 2000 seh 74 Abdulla 1998 seh 212 213 Aksoy 2012 seh 60 Ekici 2001 seh 51 Aksoy 2012 seh 68 Ergin 1997 seh 184 Aksoy 2012 seh 69 Uc 2003 seh 51 Askaroglu 2013 seh 126 Askaroglu 2013 seh 127 Askaroglu 2013 seh 124 Ismayilova 2011 seh 67 Kanter 2005 seh 134 Askaroglu 2011 seh 130 Ismayilova 2011 seh 69MenbeDirse xan oglu Bugac boyun beyan eder Kitabi Dede Qorqud ensiklopediyasi II cild II Baki Yeni Nesrler Evi 2000 Ramazan Qafarli KITABI DEDE QORQUD EPOSUNUN ARASDIRILMASI TARIXINE QISA BIR NEZER PDF III Baki Dede Qorqud Elmi Edebi Toplu 2019 3 20 E Quliyev Kitabi Dede Qorqud Sadelesdirilmis metn Baki Casioglu nesriyyat 2004 seh 144 Kamal Abdulla Dirse xanin arvadina muracieti Azerbaycan dili sintaksisinin nezeri problemleri ali mektebler ucun ders vesaiti Baki 1998 212 213 Samet Elizade Tofiq Haciyev Kitabi Dede Qorqud Esil ve sadelesdirilmis metnler PDF Baki Onder nesriyyat 2004 seh 376 ISBN 9952 416 08 2 Yegane Ismayilova DEDE QORQUD KITABI VE MUASIR AZERBAYCAN EDEBI DUSUNCESI PDF Baki Elm nesriyyati 2011 368 ISBN 978 9952 453 17 1 Muharrem Ergin Dede Korkut Kitabi Ankara TDK 1997 Melek Erdem Dede Korkut Turkmenistan Varyantlari Ankara Ankara Universitesi Sosyal Bilimler Enstitusu 1998 Sumeyra Duru AXEL OLRIK IN EPIK YASALARI BAGLAMINDA DIRSE HAN OGLU BOGAC HAN BOYUNUN INCELENMESI 10 Cesm i Cihan Tarih Kultur ve Sanat Arastirmalari Dergisi E Dergisi 2023 95 110 Erdal ADAY TURKLERDE TANRI ANLAYISI VE BAYINDIR HAN A YANSIMASI AKADEMIK BAKIS DERGISI 2017 414 425 Fikret Kilic Dede Korkut Kitabi ndan Dirse Han Ogli Bugac Han Boyi Adli Hikayenin Tema ve Yapi Bakimindan Tahlili Erzurum Ataturk Universitesi Turkiyat Arastirmalari Enstitusu Dergisi 1997 79 97 Hikmet Uc The Story of Bugac Han the Son of Dirse Han in the Book of Dede Korkut 15 Milli Folklor 2003 Metin Ekici Dirse Han Oglu Bogac Han Anlatmasinda Bireysellik ve Toplumsal Butunluk Milli Folklor 2001 50 59 Evrim Aksoy DEDE KORKUT KITABI NDAKI TIPLER UZERINE BIR INCELEME Izmir T C EGE UNIVERSITESI SOSYAL BILIMLER ENSTITUSU TURK HALK BILIMI ANABILIM DALI 2012 Vedi Askaroglu DEDE KORKUT HIKAYELERINDEN DIRSE HAN OGLU BUGAC HAN ANLATISI UZERINE SIMGESEL ARKETIPSEL BIR COZUMLEME Izmir T C EGE UNIVERSITESI SOSYAL BILIMLER ENSTITUSU TURK HALK BILIMI ANABILIM DALI Karadeniz Uluslararasi Bilimsel Dergi 1 17 2012 120 132 Mehmet Fatih Kanter Dede Korkut Hikayelerinin Arketipsel Sembolizm Yontemiyle Cozumlenmesi 7 Insan Bilimleri Arastirmalari 2005 131 138