Bu məqaləni lazımdır. |
Almaniyanın vergi sistemi
Xarici ölkələrin vergi sistemlərinin öyrənilməsi bu ölkələrin vergitutma təcrübəsini, vergitutma mexanizmlərinin inkişafının ümumi qanunauyğunluqlarını nəzərə almağa imkan verir. Bazar iqtisadiyyatına xas olan ölkələrin vergi sistemləri müxtəlif iqtisadi, siyasi və sosial amillərin təsiri nəticəsində təşəkkül tapmışdır. Vergilərin sayına, strukturuna, yığılma üsullarına, dərəcələrinə və digər əlamətlərinə görə ölkələrin vergi sistemləri bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Buna baxmayaraq bütün bu vergi sistemlərinə xas olan ümumi bir cəhət var. Bu da dövlətin vergi gəlirlərinin artırılması üçün yolların axtarılmasından və vergitutmanın əsas prinsiplərinin tələblərinə cavab verən optimal vergi sisteminin yaradılmasından ibarətdir.
üçün ən xarakterik cəhət iqtisadi həyatın müxtəlif sahələrinə dövlət müdaxiləsinin səviyyəsidir. Məsələn, ABŞ-da bu müdaxilənin səviyyəsi aşağı, İsveçdə yüksək, Yaponiya və Almaniyada isə bu ölkələrlə müqayisədə nisbətən orta səviyyədədir.
Dövlət müdaxiləsinin əsas məqsədi iqtisadiyyatın tənzimlənməsidir. Dövlət tənzimlənməsinin vasitələri isə vergi siyasəti və azad sahibkarlığa maliyyə dəstəyinin göstərilməsidir. İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin əsas məqsədi sabit iqtisadi artıma nail olmaq, əsas əmtəə və xidmətlərin qiymətlərinin sabitliyinin, əmək qabiliyyətli əhalinin tam məşğulluğunun və əhalinin gəlirlərinin müəyyən minimal səviyyəsinin təmin edilməsi və vətəndaşların sosial müdafiə sisteminin yaradılmasıdır.
Bütün bu məqsədlərə eyni zamanda nail olunması praktiki olaraq mümkün deyildir. Məsələn, qiymətlərə məhdudiyyət qoyulması iqtisadi artımı zəiflədir, məşğulluq səviyyəsinin aşağı düşməsinə səbəb olur. Balanslaşdırılmış nisbətin tapılması dövlətlərin iqtisadi siyasətinin əsasını təşkil edir.
İnkişaf etmiş ölkələrdə vergi siyasəti iqtisadiyyatda baş verən böhran halları ilə vergi dərəcələrini radikal şəkildə aşağı salmaqla mübarizə aparmaq ideyasına əsaslanır. Dövlətin vergi siyasəti ölkədə əlverişli vergi mühitinin formalaşmasına, investisiyaların təşviqinə yönəlməlidir.
Vergitutma səviyyəsinin yüksək olmasının nəyə gətirib çıxardığına aşağıdakı misallar əyani sübutdur. Məsələn, 1994-cü ildə Fransadan kapital axını 50 milyard ABŞ dollarından çox olmuşdur. Bu kapitalın əsas hissəsi güzəştli vergitutma rejimi olan ölkələrdə yerləşdirilmişdir. 1985–1994-cü illərdə Böyük Yeddiliyə daxil olan ölkələrdən Karib dənizi hövzəsi və Sakit okeandakı "vergi sığınacağı" ölkələrinə birbaşa investisiyaların həcmi 5 dəfə artmışdır.
İqtisadi cəhətdən inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə korporasiyaların mənfəət vergisinin və fərdi gəlir vergisinin dərəcələri 30–60%, faizlər, dividendlər və royalti şəklində bölüşdürülən mənfəətdən tutulan verginin dərəcəsi isə 15–35% intervalındadır. Həmin ölkələrdə şirkətlərin yaradılması şərtləri və maliyyə hesabatlarına nəzarət kifayət qədər sərtdir, vergi qanunvericiliyinin pozulmasına görə ağır cərimə və cinayət sanksiyaları tətbiq olunur.
Bu baxımdan Almaniyanın vergi sistemində hansı mühüm əhəmiyyətli prinsiplərə əməl edilməsinə, büdcənin hansı mənbələr hesabına formalaşmasına, aparılan vergi islahatlarına və vergi sisteminin inkişafının əsas istiqamətlərinə diqqət yetirilməsi məqsədəuyğun olardı.
Almaniyanın vergi islahatları
Almaniyada məqsədyönlü vergi islahatları həyata keçirilir. İqtisadi artımın stimullaşdırılması, bazar mexanizminin fəallaşdırılması aparılan islahatların məqsədini təşkil edir.
İslahatların vəzifələri: vergi yükünün yüngülləşdirilməsi, əlverişli investisiya mühitinin yaradılması, özünümaliyyələşdirmənin genişləndirilməsi, kicik təsərrüfat formalarının təşviqi, istehlak həcminin stimullaşdırılması. Almaniyanın vergi sistemində fərqli ödəyicilərinə, vergitutma bazasına, vergi dərəcəsinə görə 50-yə yaxın vergi növü ödənilir. Almaniyada əlavə dəyər vergisinin 16%, mənfəət vergisinin 25% təşkil etməsinə baxmayaraq burada vergi sistemini cəlbedici adlandırmaq düzgün olmazdı. Almaniyada vergi sisteminin ən mühüm prinsipləri aşağıdakılardan ibarətdir:
- vergilərin mümkün qədər minimum səviyyəyədə olması;
- vergilərin yığılması zamanı səmərəlilik prinsipinin gözlənilməsi (vergilərin yığılması ilə əlaqədar xərclərin aşağı səviyyəyədə olması);
- vergilərin rəqabətə maneçilik törətməməsi, kiminsə şansını dəyişdirməməsi;
- vergilərin struktur siyasətinə uyğun olması;
- vergi siyasətinin gəlirlərin daha ədalətli bölgüsünə yönəldilməsi;
- vergi sisteminin insanların şəxsi həyatına hörmət əsasında qurulması;
- vergitutma ilə əlaqədar olaraq insanların özlərinin şəxsi həyatlarının minimal dərəcədə dövlətə açıqlaması;
- vergi işçisinin vergi ödəyicisi barədə hər hansı bir məlumatı heç kəsə verməmək hüququnun olması;
- kommersiya(vergi) sirrinin saxlanılmasına zəmanət verilməsi;
- vergi sisteminin ikiqat vergitutmanı istisna etməsi;
- tutulan vergilərin həcminin insanların müdafiəsi və vətəndaşın dövlətdən ala biləcəyi nələr varsa hamısı daxil olmaqla dövlət xidmətlərinin həcminə uyğun olması.
Almaniyada vergilər dövlət gəlirlərinin əsas mənbəyi hesab olunur. Vergilər ölkənin dövlət büdcəsinin gəlirlərinin təqribən 80%-ni təşkil edir. Vergi sisteminin xüsusiyyətləri. Almaniyanın vergi sistemi digər sənayecə inkişaf etmiş ölkələrin vergi sistemindən əsaslı surətdə fərqlənir. Almaniyanın vergi sisteminin hüquqi təminatının başlıca xüsusiyyətləri əsas vergitutma obyektlərinin, vergilərin tutulmasının federasiyalar, ərazilər və icmalar arasında bölüşdürülməsi üzrə qarşılıqlı münasibətlərin və səlahiyyətlərin ölkənin Konstitusiyası vasitəsilə müəyyən ediklməsidir. Gəlirlərin tutulması və bölüşdürülməsi üzrə səlahiyyətlər baxımından Almaniyada vergilər aşağıdakı kimi qruplaşdırılır: federal, ərazi, birgə, yerli və kilsə vergiləri. Ən əhəmiyyətli vergilər (gəlir vergisi, əlavə dəyər vergisi, əmlak vergisi, aksizlər və başqaları) federal hakimiyyət orqanlarına məxsusdur. Ayrı-ayrı vergilərin, belə ki, mədən və torpaq vergilərinin tətbiqi və alınması qaydaları xüsusi qanunvericiliklə tənzimlənir. Bu qanunvericiliyə görə vergitutma bazasının müəyyən edilməsi, vergi güzəştəri və minimum azadolmalar federal hakimiyyətin səlahiyyətinə aiddir. Baza dərəcələrinə ərazi hakimiyyəti cavab verir, xüsusi əmsalları icma tətbiq edir. Əmsallar dövlətin maliyyə siyasətinin aləti kimi mühüm və səmərəli rol oynayır.
Almaniyada vergitutma obyektləri çox saylı və böyük əhatə dairəsinə malikdir və alınan vergilərin sayı 50-yə çatır. Büdcələrin strukturu və müxtəlif mənbəələr hesabına formalaşması istiqamətlərinə diqqət yetirək.
Federal və birgə vergilər
Federal büdcə aşağıdakı daxilolmalar hesabına formalaşır:
- federal vergilər: gömrük rüsumları, əlavə dəyər vergisi, sığorta fəaliyyətindən əldə edilən gəlirə hesablanan vergilər, veksel vergiləri, həmrəylik vergiləri, Avropa birliyi xətti üzrə vergilər, aksizlər (pivəyə alınan vergidən başqa);
- birgə vergilərdən alınan paylar;
- mədən vergisinin bölgüsündən alınan paylar.
Ərazi büdcəsi aşağıdakı mənbəələr hesabına formalaşır:
- torpaq vergisi: əmlak vergisi, vərəsəlik vergisi, torpaq sahəsi alarkən hesablanan vergilər, avtonəqliyyat vasitələri sahiblərindən alınan vergilər, pivənin istehsalı, idxalı və satışı ilə əlaqədar alınan vergilər, totalizatorlardan və lotereya uduçlrınin keçirilməsindən alınan vergilər, yangın əleyhinə mühafizədən vergilər, kazinoda dövriyyədən yığımlar.
- birgə vergilərdən alınan paylar;
- mədən vergisinin bölgüsündən alınan paylar.
Birgə vergilərə daxildir: əmək haqqından tutulan vergilər, gəlir vergisi, korporasiyalardan alınan vergilər, əlavə dəyər vergisi (daşınan malların dövriyyəsinə görə alınan vergilər daxil olmaqla) İcma büdcəsi aşağıdakı daxilolmalar hesabına formalaşır:
- yerli vergilər, mədən vergisi, torpaq vergisi, gəlirlərin istifadəsinin spesifik formalarına görə yerli aksiz və vergilər (it sahiblərindən alınan vergilər, əyləncə müəssisələrinin gəlirlərindən vergilər).
- əmək haqqından tutulan vergilər və gəlir vergisi hesabına daxilolmalardan ayrılan paylar;
- torpaq qanunvericiliyi çərçivəsində vergi ödənişləri.
Münasib dinlərə (kotolik, protestant, lyuteran) inananlardan kilsə vergilərinin alınması hüquqi baxımdan kilsənin səlahiyyətlərinə aiddir.
Federal və birgə vergilər
Federal vergilərin əsasını aksizlər təşkil edir. Bura mineral yanacağa vergilər, spirt və alkoqollu məmulatlara vergilər, tütün məmulatlarına vergilər, sığorta fəaliyyətindən gəlirlərə vergilər, gömrük rüsumları və başqaları daxildir. Həmin vergilər tam həcmdə federal büdcəyə köçürülür. Federal vergilər daxilində spirt-alkoqollu içkilər, tütün və tütün məmulatlarına hesablanan və ödənilən vergilər böyük əhəmiyyətə malikdir.
Federal və ərazi büdcələrinə daxil olan paylara (hissələrə) görə Federasiya və Ərazilər birgə vergilərə malikdirlər. Bura gəlir vergisi, korporasiyalardan alınan vergilər, dövriyyədən vergilər (əlavə dəyər vergisi) daxildir. Bu vergilər ölkənin büdcə sistemi üçün mühüm əhəmiyyətə malikdir. Buna görə də həmin vergilərin tətbiqi federal hakimiyyətin hüquqlarına aid edilir. Yeganə müasir vergi hesab edilən gəlir vergisi üç hakimiyyət arasında müvafiq səviyyədə aşağıdakı qaydada bölünmüşdür.
- 42,5 % – mərkəzi büdcəyə;
- 42,5 % – ərazi büdcəsinə;
- 15,0 % – mülk büdcəsinə.
Birbaşa vergilərin arasında əsas yeri gəlır vergisi tutur. Gəlirin əsas mənbələri əmək haqqı, bank faizləri, qiymətli kağızlardan əldə olunan dividentlər, yaşayış sahələrinin icarəyə verilməsi, fərdi əmək fəaliyyəti və s. Gəlir vergisi mütərəqqi şkala üzrə tutulur.
Vergi ödəyicilərinin gəlirlərinin ümumi məbləğinin 5–10%-i həcmində xüsusi xərcləri (sığorta ödənişləri, ixtisas artırma, xeyriyyəçiliklə əlaqədar xərcləri) gəlirlərindən cıxılır. Müxtəlif kateqoriyaya malik vergi ödəyiciləri tərəfindən təqdim olunan gözlənilməyən (planlaşdırılmayan) xərclər və dijər bu kimi minimumlar gəlirdən çıxılır.
Proqresiv (mütərəqqi) vergi dərəcəsi 15–46% intervalında dəyişir. Gəlirin 204 min avrodan cox olan hissəsi 47% dərəcəsi ilə vergiyə cəlb olunur. Bu zaman 18 yaşadək uşaqlara görə 1800 avro, 18 yaşdan böyük olan uşaqlara görə isə 2400 avro cıxılır. Vergitutma şkalasının dərəcəsi 0–51% intervalında proqresiv hesab edilir. Gəlir vergisinin dərəcələri ilə aşağıdakı cədvəldən tanış olmaq olar.
Gəlir vergisinin dərəcələri
Ümumi vergitutulan gəlir, avroMarqinal dərəcə, %-ləVerginin məbləği, avro
13 499-a qədər00
13500 – 1749522,90 – 25,0012 – 957
17496 – 114696 25,00 – 51,00970 – 37,892
114695-dən yuxarı5137 919
Əmək haqqına vergi bir sıra amillərdən asılı olaraq (ödəyicinin subay, ailəli olması, ailə üzrə hər ikisinin işləməsi) 6 mümkün qrupdan birinə aid edilməsi xüsusiyyəti ilə fərqlənir. İşəgötürən (sahibkar) hər bir işçi üçün vergi kartı aparır. İl uzrə vergi məbləğinin korrektirovkası keçirilir.
Korporasiyaların vergitutma obyekti onun mənfəətidir. 2001-ci ildən korporasiyaların mənfəət üzrə vergi dərəcəsi 25% müəyyən edilmişdir. Həmin vergi üzrə məhdudiyyətlər və qeyri-məhdud məsuliyyətlər mövcuddur. Qeyri-məhdud məsuliyyət o deməkdir ki, korporasiya Almaniyanın hüdudlarından kənarda yerləşir, lakin gəlirləri Almaniya ərazisində əldə edir. Qeyri-məhdudluq Almaniya ərazisinə aid edilir. Korporasiyaların gəlirlərindən vergilər müxtəlif hüquqi formada tədbitlərə görə tutulur. Həmin vergi üzrə bəyənnamə vergi orqanına (təşkilatına) 31 may tarixinədək təqdim edilir. Ödənişlər isə bərabər məbləğdə rüblər üzrə (10 mart, 10 iyun, 10 sentyabr, 10 dekabr tarixlərinədək) ödənilir. İşəgötürən aşağıdakı sosial fondlara ödənişləri həyata keçirir:
- pensiya sığortası (9,65% , vergitutma bazası – 8600 avro);
- tibbi sığorta (6,75%, vergitutma bazası – 6450 avro);
- məşğulluq fondu (3,25%, vergitutma bazası – 8600 avro).
Büdcənin gəlir hissəsində korporativ vergilərin xüsusi çəkisi 6% təşkil edir. Bu vergi faktiki olaraq mənfəətdən tutulan birbaşa vergidir və korporasiya statusu olan bütün iri və orta şirkətlərin istehsal-maliyyə fəaliyyətinin tənzimlənməsində mühüm rol oynayır. Almaniyada mənfəətdən korporativ verginin 2 dərəcəsi müəyyənləşdirilmişdir: bölüşdürülməyən mənfəət üçün 40%, bölüşdürülən mənfəət üçün isə 30%. Amortizasiya xətti metodla həyata kecirilir. Eyni zamanda qeyd olunmalıdır ki, 3-dək əmsalla dərəcə tətbiq etməklə, lakin 30%-dan cox olmamaqla hesablama aparıla bilər. Daşınan əmlak uzrə amortizasiya cədvəldə göstərilən dərəcələr üzrə xətti metodla hesablanır.
Daşınan əmlak üzrə amortizasiya dərəcəsi
Əmlakın növüDərəcəsi Avadanlıq10% Ofis avadanlığl20% Avtomobillər, yükdaşıyanlar20%-dən 25%-ə qədər Patentlər12,5%
Torpağa amortizasiya hesablanmır. Binaya 2 % dərəcəsi ilə xətti metodla amortizasiya hesablanır. Azalan qalıq metodunun tətbiqi zamanı aşağıdakı dərəcələtin tətbiqinə yol verilir: — birinci səkkiz il – 5%; — növbəti altı il –2,2%; — qalan otuz altı il – 1,255. Qudvill 15 il ərzində xətti metodla silinir. Vergi dövrü təqvim ili sayılır.
Əlavə dəyər vergisi
Əlavə dəyər vergisi məhsulun son istehlakçıya doğru hərəkətinin bütün mərhələlərində tutulan, ictimai və şəxsi istehlaka tətbiq olunan dolayı vergidir. Vergitutma obyekti məhsul, iş və xidmətlərin ümumi dövriyyəsinin dəyəridir. Deməli, əlavə əyər vergisinin vergitutma obyekti malların və xidmətlərin dəyəri hesab olunur. Büdcə gəlirlərində onun xüsusi çəkisi 28% təşkil edir. Əsas vergi dərəcəsi isə 16% təşkil edir. Əsas ərzaq məhsulları, kitab və jurnallar üzrə aşağı, yəni 7% dərəcəsi ilə vergi tutulur. Sahibkarların cari ildə dövriyyəsi 32,5 min avrodan az olarsa, onlar növbəti ildə ƏDV ödəməkdən azad olmaq hüququna malikdirlər. Fəaliyyər vergisinin obyekti kənd təssərüatı, meşə təsərrüfatı və fərdi əmək fəaliyyəti istisna olmaqla yerdə qalan fəaliyyət növləri ilə məşğul olan müəssisələrdir. Bu fəaliyyət növləri üçün iki vergi dərəcəsi tətbiq olunur: fəaliyyətdən əldə olunan gəlirin 5%-i və vergi tətbiq olunan əsas istehsal fondlarının dəyərinin 0,2%-i.
Ərazi vergiləri
Ərazi vergiləri daxilində ən əhəmiyyətli vergilər aşağıdakılardır: əmlak vergisi, vərəsəlik vergisi, avtomobil vasitələrinin sahiblərindən alınan vergilər və pivə üçün aksizlər. Əmlak vergisinin vergitutma obyekti vergi ödəyicilərinin əmlakıdır. Bu vergi tam həcmdə (bütövlükdə) federal-ərazi büdcəsinə daxil olur. Əmlakın qiymətləndirilməsi material dəyərlilər üzrə aparılır. Eyni zamanda güzəştlər əmlakın növləri qzrə müəyyən edilir. Vergi tutulan əmlakın dəyərindən vergi dərəcəsi fiziki şəxslər üçün 0,5%, hüquqi şəxslər üçün isə 0,6% müəyyən edilmişdir.
Kilsə və yerli vergilər. Qüvvədə olan qanunlara əsasən federal-ərazi kilsələri kilsə vergiləri toplamaq və öz vəzifələrinin icrası istiqamətində vəsaitdən istifadə üçün sərəncam vermək səlahiyyətlərinə malikdirlər. Kilsə vergilərinin vergitutma obyekti əsasən vergiödəyicilərinin hər bir uşağına görə 300 avro azaldılmaqla gəlir vergisi hesablanmış illik məbləğ hesab edilir. Kilsə xadimləri və ya kilsə icmasının üzvləri vergiödəyiciləri hesab edilir. Kilsə icmasının üzvülüyündən çıxmaq kilsə vergisinin ödənilməsinin dayandırılması deməkdir. Vergi dərəcələri federal-ərazilərdən asılı olaraq gəlir vergisinin 1%-dən 9%-dək dəyişir.
İcma büdcəsinə daxilolmaların əsasını (40%)vergi gəlirləri təşkil edir. Burada yerli vergilər, mədən vergisi, torpaq vergisi, yerli aksizlər, gəlirlərdən istifadənin spesifik formalarına görə vergilər (it sahiblərindən alınan vergilər, əyləncə müəssisələrinin gəlirlərindən vergilər) başlıca rol oynayır.
Mədən vergisi icmanın xərclərinin ödənilməsi (maliyyələşdirilməsi) üçün icmanın mühüm mənbəyi hesab olunur. Mədən müəssisələri və onların gəlirləri vergitutma obyekti hesab olunur. Buna görə də mədən vergisi xərclərə daxil edilir və vergitutulan gəlirin həcmini aşağı salır.
Torpaq vergisinin vergitutma obyekti hüquqi və fiziki şıxslərin torpaq mülkiyyətidir. Bu vergi növü üzrə ödəniş subyektlərin gəlirindən asılı deyildir. Torpaq vergisi icmalar tərəfindən tutulsa da, ancaq onun bir hissəsi ərazi büdcəsinə daxil edilir. Onun dərəcəsi aşağıdakı iki hissədən ibarətdir:
- mərkəzləşdirilmiş qaydada müəyyən edilən baza kəmiyyəti;
- icmaların əlavəsi.
Büdcədən maliyyələşən orqanlar, kilsə (kilsənin torpaq sahəsi, elmi məqsədlər üçün istifadə olunan torpaqlar) bu vergi növünü ödəməkdən azaddır. Vergi dərəcəsi kənd və meşə təsərrüfatı torpaqları qçün 0,6% və sair totpaq sahələr üçün 0,26%-dən 0,35%-dək müəyyən edilmişdir.
Vergi sisteminin inkişafının perspektivləri
Almaniyada vergi sisteminin təkmilləşdirilməsi obyektiv faktlarla müəyyən edilir. Vergitutmanın sosial-iqtisadi hüdudları və istehsal münasibətlərinin formalaşması prosesində dövlətin müdaxiləsinin zəruriliyi Qərb iqtisadçılarının fikrincə Almaniyada əsas vergi problemləri aşağıdakılardır:
- müasir vergi sistemi vergi ödəyiciləri tərəfindən çox çətin başa düşülür və vergi orqanları tərəfindən keyfiyyətli idarəetmə üçün çox çətindir. Bu artıq inzibati yığımların toplanmasına və vergidən yayınmaya gətirib çıxarır;
- fərdlərin vergiyə cəlb olunması vergi yukünün ədalətsiz bölünməsi ilə xarakterizə olunur: eyni məbləğdə gəlirlər eyni dərəcədə vergiyə cəlb olunur. Bu da vergi ödəyicisinin etirazına səbəb olur, vergi ödəyicisinin vergi ödənişi ilə bağlı düşüncənin təməli mənəvi baxımdan sarsılır;
- yüksək vergi dərəcələri iqtisadi qərarların qəbul edilməsi prosesinə mənfi təsir göstərir. Bu qrup vergiyə cəlb olunmaya daxil olan vergi ödəyiciləri isə fəaliyyətə maraqlarını (həvəs, stimul) itirirlər və vəsaitin toplanmasında çətinliklərlə üzləşirlər;
- vergitutma kompaniyaları iqtisadi cəhətdən deyil, vergi baxımından investisiya qoyluşuna və balansın yenidən qurulmasına məcbur edir. Bu isə investisiya qoyluşunun keyfiyyətinə və məhdud resursların bölgüsünə mənfi təsir göstərir;
- şəxsi gəlirlərin və şirkətlərin vergiyə cəlb edilməsində vergi dərəcəsinə görə böyük fərqlər şirkətləri vergitutma səbəbləri üzündən müəssisələri sistemləşdirmək barədə qərar qəbul etməyə məcbur edir.
Almaniya vergi sisteminin sadalanan aspektlərdə qeyri – mükəmməlliyi həmişə mövcud olmuşdur. Amma dövlət xərclərinin vergilərlə maliyyələşdirilməsi imkanlarının azalması, habelə təbii resursların daha səmərəli istifadəsinə cəhd göstərilməsi bu problemin həll edilməsi vacibliyini təxirəsalınmaz edir. Vergi sistemində islahatların aparılması Almaniya üçün mühüm əhəmiyyət kəsb edir. Fərdlərdən gəlir vergisinin mükəmməlləşdirilməsi persipektivlərinin əsas istiqamətlərindən aşağıdakıları qeyd etmək olar:
- vergitutma bazasının genişləndirilməsi; bu münasibətləri iki yanaşmaya bölmək olar: birinci yanaşma ondan ibarətdir ki, vergitutma bazasına yeni gəlir mənbələrinin cəlb olunması, məsələn müavinətlər, əsassən xəstəliyə və işsizliyə görə ödənilən məbləğlər və kapital artımından gəlirlər. İkinci yanaşma bəzi gəlir növlərinin vergiyə cəlb olunmasında güzəştlərin ləğvi, əsasən əlavə ödənişlərdə, vergiyə cəlb olunan gəlirdən xərclərin çıxılması imkanlarının azaldılması və vergi sistemində nəzərdə tutulmuş subsidiyaların ləğvi;
- vergi dərəcələrinə yenidən baxılması; demək olar ki, bütün vergi islahatları maksimum vergi dərəcələrinin azaldılmasını nəzərdə tutur, baxmayaraq ki, əksər ölkələrdə qeyd olunan dərəcələrlə vergiləri yalnız vergi ödəyicilərinin 0,2%-i ödəyir. Bu bəzi dövlətlərdə vergi ödəyicilərinin qruplarının azalması ilə müşayət olunur. Digər ölkələrdə minimum orta vergi dərəcələri tətbiq olunur. Ümumiyyətlə maksimum vergi dərəcələrinin aşağı salınması orta dərəcələrin dəyişdirilməsindən daha çox səmərəlidir;
- fərqli gəlir növlərinin bərabər vergiyə cəlb olunması rejimi; kapital artımından gəlir digər gəlir mənbələrindən fərqli olaraq güzəştlə vergiyə cəlb olunur. Daha neytral verji rejiminin təmin edilməsi məqsədilə bu fərqlərin aradan qaldırılması vacibdir.
Kompaniyaların gəlirlərindən vergilərin tutulması sahəsində islahatların keçirilməsi üçün aşağıdakı əsas istiqamətlərin tətbiqi məqsədəuyğundur:
- vergi güzəştlərinin ləğvi. Almaniyanın vergi sistemində kompaniyaların vergiyə cəlb olunmasında müxtəlif investisiya güzəştləri (investisiyalı vergi kreditləri, regional güzəştlər və s.) nəzərdə tutulur və "vergi" amortizasiyası əhəmiyyətli dərəcədə iqtisadi amortizasiyanı üstələyir. Ümumiyyətlə islahatlar inflyasiya nəticələrinin kompensasiya edilməsinə, "vergi" və iqtisadi amortizasiyaların yaxşılaşmasına yönəlmiş xüsusi investisiya güzəştlərinin və qaydalarının ləğvini nəzərdə tutmalıdır;
- vergi dərəcələrinin aşağı salınması. Vergitutma bazasının genişlənməsi vergi dərəcələrinin aşağı düşməsi ilə müşayət olunur;
- bölüşdürülmüş mənfəətdə diskriminasiyasının azalması. Bu cür tədbirlər bəzi hallarda səhmdarlara vergi krediti təqdim edir, vergiyə cəlb olunan gəlirdən ödənilmiş dividentlərin bir hissəsinin çıxılmasını şərait yaradır və ya ayrı (xüsusi) dərəcələr sisteminin tətbiqinə şərait yaradır.
Müəyyən çətinlik və məhdudiyyətlərə baxmayaraq vergilər və irəli sürülmüş təkliflər barədə geniş diskusiyalar Almaniya vergi sisteminin inkişafının istiqamətləri barədə fikir formalaşdırır. Vergi problemlərinin həlli yolları bir sıra sosial-iqtisadi və inzibati xarakterli məhdudiyyətlərlə qarşılaşır, milli gəlirin milliləşdirilməsi isə son həddə çata bilər. Bundan əlavə vergi siyasətinin xarici aspektlərini də, o cümlədən əsasən vergilərin ölkənin dünya bazarında rəqabətə davamlılığına göstərdiyi təsiri nəzərə almaq lazımdır.
Adekvat vergi siyasətinin həyata keçirilməsi üçün hər şeydən əvvəl sənayenin emal sahələrində və xidmət sferasında vergi yükünün gələcəkdə aşağı salınması kursunun saxlanılması zəruridir. Bu investisiya fəallığına yeni impuls verəcək, kölgəli təsərrüfat fəaliyyətindən imtina etməsi və gəlirlərin artırılması üçün motivasiyanı gücləndirəcək, innovasiya fəaliyyətini və yüksək texnologiyaların inkişafını stimullaşdıracaqdır. Bununla əlaqədar iqtisadiyyatın strukturunun diversifikasiyası və onun gələcəkdə inkişafı üçün zəruri şərtlər yaradılacaq.
Mənbə
- ADİU "Vergi və vergiqoyma" kafedrası i.f.d. Pərviz Rzayev
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Almaniyanin vergi sistemi Xarici olkelerin vergi sistemlerinin oyrenilmesi bu olkelerin vergitutma tecrubesini vergitutma mexanizmlerinin inkisafinin umumi qanunauygunluqlarini nezere almaga imkan verir Bazar iqtisadiyyatina xas olan olkelerin vergi sistemleri muxtelif iqtisadi siyasi ve sosial amillerin tesiri neticesinde tesekkul tapmisdir Vergilerin sayina strukturuna yigilma usullarina derecelerine ve diger elametlerine gore olkelerin vergi sistemleri bir birinden ehemiyyetli derecede ferqlenir Buna baxmayaraq butun bu vergi sistemlerine xas olan umumi bir cehet var Bu da dovletin vergi gelirlerinin artirilmasi ucun yollarin axtarilmasindan ve vergitutmanin esas prinsiplerinin teleblerine cavab veren optimal vergi sisteminin yaradilmasindan ibaretdir ucun en xarakterik cehet iqtisadi heyatin muxtelif sahelerine dovlet mudaxilesinin seviyyesidir Meselen ABS da bu mudaxilenin seviyyesi asagi Isvecde yuksek Yaponiya ve Almaniyada ise bu olkelerle muqayisede nisbeten orta seviyyededir Dovlet mudaxilesinin esas meqsedi iqtisadiyyatin tenzimlenmesidir Dovlet tenzimlenmesinin vasiteleri ise vergi siyaseti ve azad sahibkarliga maliyye desteyinin gosterilmesidir Iqtisadiyyatin dovlet terefinden tenzimlenmesinin esas meqsedi sabit iqtisadi artima nail olmaq esas emtee ve xidmetlerin qiymetlerinin sabitliyinin emek qabiliyyetli ehalinin tam mesgullugunun ve ehalinin gelirlerinin mueyyen minimal seviyyesinin temin edilmesi ve vetendaslarin sosial mudafie sisteminin yaradilmasidir Butun bu meqsedlere eyni zamanda nail olunmasi praktiki olaraq mumkun deyildir Meselen qiymetlere mehdudiyyet qoyulmasi iqtisadi artimi zeifledir mesgulluq seviyyesinin asagi dusmesine sebeb olur Balanslasdirilmis nisbetin tapilmasi dovletlerin iqtisadi siyasetinin esasini teskil edir Inkisaf etmis olkelerde vergi siyaseti iqtisadiyyatda bas veren bohran hallari ile vergi derecelerini radikal sekilde asagi salmaqla mubarize aparmaq ideyasina esaslanir Dovletin vergi siyaseti olkede elverisli vergi muhitinin formalasmasina investisiyalarin tesviqine yonelmelidir Vergitutma seviyyesinin yuksek olmasinin neye getirib cixardigina asagidaki misallar eyani subutdur Meselen 1994 cu ilde Fransadan kapital axini 50 milyard ABS dollarindan cox olmusdur Bu kapitalin esas hissesi guzestli vergitutma rejimi olan olkelerde yerlesdirilmisdir 1985 1994 cu illerde Boyuk Yeddiliye daxil olan olkelerden Karib denizi hovzesi ve Sakit okeandaki vergi siginacagi olkelerine birbasa investisiyalarin hecmi 5 defe artmisdir Iqtisadi cehetden inkisaf etmis ve inkisaf etmekde olan olkelerde korporasiyalarin menfeet vergisinin ve ferdi gelir vergisinin dereceleri 30 60 faizler dividendler ve royalti seklinde bolusdurulen menfeetden tutulan verginin derecesi ise 15 35 intervalindadir Hemin olkelerde sirketlerin yaradilmasi sertleri ve maliyye hesabatlarina nezaret kifayet qeder sertdir vergi qanunvericiliyinin pozulmasina gore agir cerime ve cinayet sanksiyalari tetbiq olunur Bu baximdan Almaniyanin vergi sisteminde hansi muhum ehemiyyetli prinsiplere emel edilmesine budcenin hansi menbeler hesabina formalasmasina aparilan vergi islahatlarina ve vergi sisteminin inkisafinin esas istiqametlerine diqqet yetirilmesi meqsedeuygun olardi Almaniyanin vergi islahatlariAlmaniyada meqsedyonlu vergi islahatlari heyata kecirilir Iqtisadi artimin stimullasdirilmasi bazar mexanizminin feallasdirilmasi aparilan islahatlarin meqsedini teskil edir Islahatlarin vezifeleri vergi yukunun yungullesdirilmesi elverisli investisiya muhitinin yaradilmasi ozunumaliyyelesdirmenin genislendirilmesi kicik teserrufat formalarinin tesviqi istehlak hecminin stimullasdirilmasi Almaniyanin vergi sisteminde ferqli odeyicilerine vergitutma bazasina vergi derecesine gore 50 ye yaxin vergi novu odenilir Almaniyada elave deyer vergisinin 16 menfeet vergisinin 25 teskil etmesine baxmayaraq burada vergi sistemini celbedici adlandirmaq duzgun olmazdi Almaniyada vergi sisteminin en muhum prinsipleri asagidakilardan ibaretdir vergilerin mumkun qeder minimum seviyyeyede olmasi vergilerin yigilmasi zamani semerelilik prinsipinin gozlenilmesi vergilerin yigilmasi ile elaqedar xerclerin asagi seviyyeyede olmasi vergilerin reqabete manecilik toretmemesi kiminse sansini deyisdirmemesi vergilerin struktur siyasetine uygun olmasi vergi siyasetinin gelirlerin daha edaletli bolgusune yoneldilmesi vergi sisteminin insanlarin sexsi heyatina hormet esasinda qurulmasi vergitutma ile elaqedar olaraq insanlarin ozlerinin sexsi heyatlarinin minimal derecede dovlete aciqlamasi vergi iscisinin vergi odeyicisi barede her hansi bir melumati hec kese vermemek huququnun olmasi kommersiya vergi sirrinin saxlanilmasina zemanet verilmesi vergi sisteminin ikiqat vergitutmani istisna etmesi tutulan vergilerin hecminin insanlarin mudafiesi ve vetendasin dovletden ala bileceyi neler varsa hamisi daxil olmaqla dovlet xidmetlerinin hecmine uygun olmasi Almaniyada vergiler dovlet gelirlerinin esas menbeyi hesab olunur Vergiler olkenin dovlet budcesinin gelirlerinin teqriben 80 ni teskil edir Vergi sisteminin xususiyyetleri Almaniyanin vergi sistemi diger senayece inkisaf etmis olkelerin vergi sisteminden esasli suretde ferqlenir Almaniyanin vergi sisteminin huquqi teminatinin baslica xususiyyetleri esas vergitutma obyektlerinin vergilerin tutulmasinin federasiyalar eraziler ve icmalar arasinda bolusdurulmesi uzre qarsiliqli munasibetlerin ve selahiyyetlerin olkenin Konstitusiyasi vasitesile mueyyen ediklmesidir Gelirlerin tutulmasi ve bolusdurulmesi uzre selahiyyetler baximindan Almaniyada vergiler asagidaki kimi qruplasdirilir federal erazi birge yerli ve kilse vergileri En ehemiyyetli vergiler gelir vergisi elave deyer vergisi emlak vergisi aksizler ve basqalari federal hakimiyyet orqanlarina mexsusdur Ayri ayri vergilerin bele ki meden ve torpaq vergilerinin tetbiqi ve alinmasi qaydalari xususi qanunvericilikle tenzimlenir Bu qanunvericiliye gore vergitutma bazasinin mueyyen edilmesi vergi guzesteri ve minimum azadolmalar federal hakimiyyetin selahiyyetine aiddir Baza derecelerine erazi hakimiyyeti cavab verir xususi emsallari icma tetbiq edir Emsallar dovletin maliyye siyasetinin aleti kimi muhum ve semereli rol oynayir Almaniyada vergitutma obyektleri cox sayli ve boyuk ehate dairesine malikdir ve alinan vergilerin sayi 50 ye catir Budcelerin strukturu ve muxtelif menbeeler hesabina formalasmasi istiqametlerine diqqet yetirek Federal ve birge vergilerFederal budce asagidaki daxilolmalar hesabina formalasir federal vergiler gomruk rusumlari elave deyer vergisi sigorta fealiyyetinden elde edilen gelire hesablanan vergiler veksel vergileri hemreylik vergileri Avropa birliyi xetti uzre vergiler aksizler piveye alinan vergiden basqa birge vergilerden alinan paylar meden vergisinin bolgusunden alinan paylar Erazi budcesi asagidaki menbeeler hesabina formalasir torpaq vergisi emlak vergisi vereselik vergisi torpaq sahesi alarken hesablanan vergiler avtoneqliyyat vasiteleri sahiblerinden alinan vergiler pivenin istehsali idxali ve satisi ile elaqedar alinan vergiler totalizatorlardan ve lotereya uduclrinin kecirilmesinden alinan vergiler yangin eleyhine muhafizeden vergiler kazinoda dovriyyeden yigimlar birge vergilerden alinan paylar meden vergisinin bolgusunden alinan paylar Birge vergilere daxildir emek haqqindan tutulan vergiler gelir vergisi korporasiyalardan alinan vergiler elave deyer vergisi dasinan mallarin dovriyyesine gore alinan vergiler daxil olmaqla Icma budcesi asagidaki daxilolmalar hesabina formalasir yerli vergiler meden vergisi torpaq vergisi gelirlerin istifadesinin spesifik formalarina gore yerli aksiz ve vergiler it sahiblerinden alinan vergiler eylence muessiselerinin gelirlerinden vergiler emek haqqindan tutulan vergiler ve gelir vergisi hesabina daxilolmalardan ayrilan paylar torpaq qanunvericiliyi cercivesinde vergi odenisleri Munasib dinlere kotolik protestant lyuteran inananlardan kilse vergilerinin alinmasi huquqi baximdan kilsenin selahiyyetlerine aiddir Federal ve birge vergilerFederal vergilerin esasini aksizler teskil edir Bura mineral yanacaga vergiler spirt ve alkoqollu memulatlara vergiler tutun memulatlarina vergiler sigorta fealiyyetinden gelirlere vergiler gomruk rusumlari ve basqalari daxildir Hemin vergiler tam hecmde federal budceye kocurulur Federal vergiler daxilinde spirt alkoqollu ickiler tutun ve tutun memulatlarina hesablanan ve odenilen vergiler boyuk ehemiyyete malikdir Federal ve erazi budcelerine daxil olan paylara hisselere gore Federasiya ve Eraziler birge vergilere malikdirler Bura gelir vergisi korporasiyalardan alinan vergiler dovriyyeden vergiler elave deyer vergisi daxildir Bu vergiler olkenin budce sistemi ucun muhum ehemiyyete malikdir Buna gore de hemin vergilerin tetbiqi federal hakimiyyetin huquqlarina aid edilir Yegane muasir vergi hesab edilen gelir vergisi uc hakimiyyet arasinda muvafiq seviyyede asagidaki qaydada bolunmusdur 42 5 merkezi budceye 42 5 erazi budcesine 15 0 mulk budcesine Birbasa vergilerin arasinda esas yeri gelir vergisi tutur Gelirin esas menbeleri emek haqqi bank faizleri qiymetli kagizlardan elde olunan dividentler yasayis sahelerinin icareye verilmesi ferdi emek fealiyyeti ve s Gelir vergisi mutereqqi skala uzre tutulur Vergi odeyicilerinin gelirlerinin umumi mebleginin 5 10 i hecminde xususi xercleri sigorta odenisleri ixtisas artirma xeyriyyecilikle elaqedar xercleri gelirlerinden cixilir Muxtelif kateqoriyaya malik vergi odeyicileri terefinden teqdim olunan gozlenilmeyen planlasdirilmayan xercler ve dijer bu kimi minimumlar gelirden cixilir Proqresiv mutereqqi vergi derecesi 15 46 intervalinda deyisir Gelirin 204 min avrodan cox olan hissesi 47 derecesi ile vergiye celb olunur Bu zaman 18 yasadek usaqlara gore 1800 avro 18 yasdan boyuk olan usaqlara gore ise 2400 avro cixilir Vergitutma skalasinin derecesi 0 51 intervalinda proqresiv hesab edilir Gelir vergisinin dereceleri ile asagidaki cedvelden tanis olmaq olar Gelir vergisinin dereceleriUmumi vergitutulan gelir avroMarqinal derece leVerginin meblegi avro 13 499 a qeder00 13500 1749522 90 25 0012 957 17496 114696 25 00 51 00970 37 892 114695 den yuxari5137 919 Emek haqqina vergi bir sira amillerden asili olaraq odeyicinin subay aileli olmasi aile uzre her ikisinin islemesi 6 mumkun qrupdan birine aid edilmesi xususiyyeti ile ferqlenir Isegoturen sahibkar her bir isci ucun vergi karti aparir Il uzre vergi mebleginin korrektirovkasi kecirilir Korporasiyalarin vergitutma obyekti onun menfeetidir 2001 ci ilden korporasiyalarin menfeet uzre vergi derecesi 25 mueyyen edilmisdir Hemin vergi uzre mehdudiyyetler ve qeyri mehdud mesuliyyetler movcuddur Qeyri mehdud mesuliyyet o demekdir ki korporasiya Almaniyanin hududlarindan kenarda yerlesir lakin gelirleri Almaniya erazisinde elde edir Qeyri mehdudluq Almaniya erazisine aid edilir Korporasiyalarin gelirlerinden vergiler muxtelif huquqi formada tedbitlere gore tutulur Hemin vergi uzre beyenname vergi orqanina teskilatina 31 may tarixinedek teqdim edilir Odenisler ise beraber meblegde rubler uzre 10 mart 10 iyun 10 sentyabr 10 dekabr tarixlerinedek odenilir Isegoturen asagidaki sosial fondlara odenisleri heyata kecirir pensiya sigortasi 9 65 vergitutma bazasi 8600 avro tibbi sigorta 6 75 vergitutma bazasi 6450 avro mesgulluq fondu 3 25 vergitutma bazasi 8600 avro Budcenin gelir hissesinde korporativ vergilerin xususi cekisi 6 teskil edir Bu vergi faktiki olaraq menfeetden tutulan birbasa vergidir ve korporasiya statusu olan butun iri ve orta sirketlerin istehsal maliyye fealiyyetinin tenzimlenmesinde muhum rol oynayir Almaniyada menfeetden korporativ verginin 2 derecesi mueyyenlesdirilmisdir bolusdurulmeyen menfeet ucun 40 bolusdurulen menfeet ucun ise 30 Amortizasiya xetti metodla heyata kecirilir Eyni zamanda qeyd olunmalidir ki 3 dek emsalla derece tetbiq etmekle lakin 30 dan cox olmamaqla hesablama aparila biler Dasinan emlak uzre amortizasiya cedvelde gosterilen dereceler uzre xetti metodla hesablanir Dasinan emlak uzre amortizasiya derecesiEmlakin novuDerecesi Avadanliq10 Ofis avadanligl20 Avtomobiller yukdasiyanlar20 den 25 e qeder Patentler12 5 Torpaga amortizasiya hesablanmir Binaya 2 derecesi ile xetti metodla amortizasiya hesablanir Azalan qaliq metodunun tetbiqi zamani asagidaki dereceletin tetbiqine yol verilir birinci sekkiz il 5 novbeti alti il 2 2 qalan otuz alti il 1 255 Qudvill 15 il erzinde xetti metodla silinir Vergi dovru teqvim ili sayilir Elave deyer vergisiElave deyer vergisi mehsulun son istehlakciya dogru hereketinin butun merhelelerinde tutulan ictimai ve sexsi istehlaka tetbiq olunan dolayi vergidir Vergitutma obyekti mehsul is ve xidmetlerin umumi dovriyyesinin deyeridir Demeli elave eyer vergisinin vergitutma obyekti mallarin ve xidmetlerin deyeri hesab olunur Budce gelirlerinde onun xususi cekisi 28 teskil edir Esas vergi derecesi ise 16 teskil edir Esas erzaq mehsullari kitab ve jurnallar uzre asagi yeni 7 derecesi ile vergi tutulur Sahibkarlarin cari ilde dovriyyesi 32 5 min avrodan az olarsa onlar novbeti ilde EDV odemekden azad olmaq huququna malikdirler Fealiyyer vergisinin obyekti kend tesseruati mese teserrufati ve ferdi emek fealiyyeti istisna olmaqla yerde qalan fealiyyet novleri ile mesgul olan muessiselerdir Bu fealiyyet novleri ucun iki vergi derecesi tetbiq olunur fealiyyetden elde olunan gelirin 5 i ve vergi tetbiq olunan esas istehsal fondlarinin deyerinin 0 2 i Erazi vergileriErazi vergileri daxilinde en ehemiyyetli vergiler asagidakilardir emlak vergisi vereselik vergisi avtomobil vasitelerinin sahiblerinden alinan vergiler ve pive ucun aksizler Emlak vergisinin vergitutma obyekti vergi odeyicilerinin emlakidir Bu vergi tam hecmde butovlukde federal erazi budcesine daxil olur Emlakin qiymetlendirilmesi material deyerliler uzre aparilir Eyni zamanda guzestler emlakin novleri qzre mueyyen edilir Vergi tutulan emlakin deyerinden vergi derecesi fiziki sexsler ucun 0 5 huquqi sexsler ucun ise 0 6 mueyyen edilmisdir Kilse ve yerli vergiler Quvvede olan qanunlara esasen federal erazi kilseleri kilse vergileri toplamaq ve oz vezifelerinin icrasi istiqametinde vesaitden istifade ucun serencam vermek selahiyyetlerine malikdirler Kilse vergilerinin vergitutma obyekti esasen vergiodeyicilerinin her bir usagina gore 300 avro azaldilmaqla gelir vergisi hesablanmis illik mebleg hesab edilir Kilse xadimleri ve ya kilse icmasinin uzvleri vergiodeyicileri hesab edilir Kilse icmasinin uzvuluyunden cixmaq kilse vergisinin odenilmesinin dayandirilmasi demekdir Vergi dereceleri federal erazilerden asili olaraq gelir vergisinin 1 den 9 dek deyisir Icma budcesine daxilolmalarin esasini 40 vergi gelirleri teskil edir Burada yerli vergiler meden vergisi torpaq vergisi yerli aksizler gelirlerden istifadenin spesifik formalarina gore vergiler it sahiblerinden alinan vergiler eylence muessiselerinin gelirlerinden vergiler baslica rol oynayir Meden vergisi icmanin xerclerinin odenilmesi maliyyelesdirilmesi ucun icmanin muhum menbeyi hesab olunur Meden muessiseleri ve onlarin gelirleri vergitutma obyekti hesab olunur Buna gore de meden vergisi xerclere daxil edilir ve vergitutulan gelirin hecmini asagi salir Torpaq vergisinin vergitutma obyekti huquqi ve fiziki sixslerin torpaq mulkiyyetidir Bu vergi novu uzre odenis subyektlerin gelirinden asili deyildir Torpaq vergisi icmalar terefinden tutulsa da ancaq onun bir hissesi erazi budcesine daxil edilir Onun derecesi asagidaki iki hisseden ibaretdir merkezlesdirilmis qaydada mueyyen edilen baza kemiyyeti icmalarin elavesi Budceden maliyyelesen orqanlar kilse kilsenin torpaq sahesi elmi meqsedler ucun istifade olunan torpaqlar bu vergi novunu odemekden azaddir Vergi derecesi kend ve mese teserrufati torpaqlari qcun 0 6 ve sair totpaq saheler ucun 0 26 den 0 35 dek mueyyen edilmisdir Vergi sisteminin inkisafinin perspektivleriAlmaniyada vergi sisteminin tekmillesdirilmesi obyektiv faktlarla mueyyen edilir Vergitutmanin sosial iqtisadi hududlari ve istehsal munasibetlerinin formalasmasi prosesinde dovletin mudaxilesinin zeruriliyi Qerb iqtisadcilarinin fikrince Almaniyada esas vergi problemleri asagidakilardir muasir vergi sistemi vergi odeyicileri terefinden cox cetin basa dusulur ve vergi orqanlari terefinden keyfiyyetli idareetme ucun cox cetindir Bu artiq inzibati yigimlarin toplanmasina ve vergiden yayinmaya getirib cixarir ferdlerin vergiye celb olunmasi vergi yukunun edaletsiz bolunmesi ile xarakterize olunur eyni meblegde gelirler eyni derecede vergiye celb olunur Bu da vergi odeyicisinin etirazina sebeb olur vergi odeyicisinin vergi odenisi ile bagli dusuncenin temeli menevi baximdan sarsilir yuksek vergi dereceleri iqtisadi qerarlarin qebul edilmesi prosesine menfi tesir gosterir Bu qrup vergiye celb olunmaya daxil olan vergi odeyicileri ise fealiyyete maraqlarini heves stimul itirirler ve vesaitin toplanmasinda cetinliklerle uzlesirler vergitutma kompaniyalari iqtisadi cehetden deyil vergi baximindan investisiya qoylusuna ve balansin yeniden qurulmasina mecbur edir Bu ise investisiya qoylusunun keyfiyyetine ve mehdud resurslarin bolgusune menfi tesir gosterir sexsi gelirlerin ve sirketlerin vergiye celb edilmesinde vergi derecesine gore boyuk ferqler sirketleri vergitutma sebebleri uzunden muessiseleri sistemlesdirmek barede qerar qebul etmeye mecbur edir Almaniya vergi sisteminin sadalanan aspektlerde qeyri mukemmelliyi hemise movcud olmusdur Amma dovlet xerclerinin vergilerle maliyyelesdirilmesi imkanlarinin azalmasi habele tebii resurslarin daha semereli istifadesine cehd gosterilmesi bu problemin hell edilmesi vacibliyini texiresalinmaz edir Vergi sisteminde islahatlarin aparilmasi Almaniya ucun muhum ehemiyyet kesb edir Ferdlerden gelir vergisinin mukemmellesdirilmesi persipektivlerinin esas istiqametlerinden asagidakilari qeyd etmek olar vergitutma bazasinin genislendirilmesi bu munasibetleri iki yanasmaya bolmek olar birinci yanasma ondan ibaretdir ki vergitutma bazasina yeni gelir menbelerinin celb olunmasi meselen muavinetler esassen xesteliye ve issizliye gore odenilen meblegler ve kapital artimindan gelirler Ikinci yanasma bezi gelir novlerinin vergiye celb olunmasinda guzestlerin legvi esasen elave odenislerde vergiye celb olunan gelirden xerclerin cixilmasi imkanlarinin azaldilmasi ve vergi sisteminde nezerde tutulmus subsidiyalarin legvi vergi derecelerine yeniden baxilmasi demek olar ki butun vergi islahatlari maksimum vergi derecelerinin azaldilmasini nezerde tutur baxmayaraq ki ekser olkelerde qeyd olunan derecelerle vergileri yalniz vergi odeyicilerinin 0 2 i odeyir Bu bezi dovletlerde vergi odeyicilerinin qruplarinin azalmasi ile musayet olunur Diger olkelerde minimum orta vergi dereceleri tetbiq olunur Umumiyyetle maksimum vergi derecelerinin asagi salinmasi orta derecelerin deyisdirilmesinden daha cox semerelidir ferqli gelir novlerinin beraber vergiye celb olunmasi rejimi kapital artimindan gelir diger gelir menbelerinden ferqli olaraq guzestle vergiye celb olunur Daha neytral verji rejiminin temin edilmesi meqsedile bu ferqlerin aradan qaldirilmasi vacibdir Kompaniyalarin gelirlerinden vergilerin tutulmasi sahesinde islahatlarin kecirilmesi ucun asagidaki esas istiqametlerin tetbiqi meqsedeuygundur vergi guzestlerinin legvi Almaniyanin vergi sisteminde kompaniyalarin vergiye celb olunmasinda muxtelif investisiya guzestleri investisiyali vergi kreditleri regional guzestler ve s nezerde tutulur ve vergi amortizasiyasi ehemiyyetli derecede iqtisadi amortizasiyani usteleyir Umumiyyetle islahatlar inflyasiya neticelerinin kompensasiya edilmesine vergi ve iqtisadi amortizasiyalarin yaxsilasmasina yonelmis xususi investisiya guzestlerinin ve qaydalarinin legvini nezerde tutmalidir vergi derecelerinin asagi salinmasi Vergitutma bazasinin genislenmesi vergi derecelerinin asagi dusmesi ile musayet olunur bolusdurulmus menfeetde diskriminasiyasinin azalmasi Bu cur tedbirler bezi hallarda sehmdarlara vergi krediti teqdim edir vergiye celb olunan gelirden odenilmis dividentlerin bir hissesinin cixilmasini serait yaradir ve ya ayri xususi dereceler sisteminin tetbiqine serait yaradir Mueyyen cetinlik ve mehdudiyyetlere baxmayaraq vergiler ve ireli surulmus teklifler barede genis diskusiyalar Almaniya vergi sisteminin inkisafinin istiqametleri barede fikir formalasdirir Vergi problemlerinin helli yollari bir sira sosial iqtisadi ve inzibati xarakterli mehdudiyyetlerle qarsilasir milli gelirin millilesdirilmesi ise son hedde cata biler Bundan elave vergi siyasetinin xarici aspektlerini de o cumleden esasen vergilerin olkenin dunya bazarinda reqabete davamliligina gosterdiyi tesiri nezere almaq lazimdir Adekvat vergi siyasetinin heyata kecirilmesi ucun her seyden evvel senayenin emal sahelerinde ve xidmet sferasinda vergi yukunun gelecekde asagi salinmasi kursunun saxlanilmasi zeruridir Bu investisiya fealligina yeni impuls verecek kolgeli teserrufat fealiyyetinden imtina etmesi ve gelirlerin artirilmasi ucun motivasiyani guclendirecek innovasiya fealiyyetini ve yuksek texnologiyalarin inkisafini stimullasdiracaqdir Bununla elaqedar iqtisadiyyatin strukturunun diversifikasiyasi ve onun gelecekde inkisafi ucun zeruri sertler yaradilacaq MenbeADIU Vergi ve vergiqoyma kafedrasi i f d Perviz Rzayev