Hənifə Məlikova-Abayeva (6 may 1856, Nalçik – 1929, Bakı) — Azərbaycanın ilk maarifçi qadınlarından biri. Həsən bəy Zərdabinin həyat yoldaşı.
Hənifə Məlikova | |
---|---|
Doğum tarixi | 6 may 1856 |
Doğum yeri | |
Vəfat tarixi | 1929 |
Vəfat yeri | |
Həyat yoldaşı | |
Uşaqları |
|
Fəaliyyəti | pedaqoq |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Hənifə Məlikova 6 may 1856-cı ildə Şimali Qafqazda, Nalçikdə anadan olmuşdur. 1872-ci ildə Tiflisdə Müqəddəs Nina qız məktəbində təhsilini bitirib. O zaman müsəlman qızların xristian ölkəsində təhsil alması çox nadir hadisə idi.
Hənifə Məlikova-Abayeva Maarifçilik fəaliyyəti
Həsən bəy Zərdabi ilə ailə həyatı quran Hənifə Məlikova Azərbaycan xalqının ilk maarifçi qadınlarından biri olmuşdur. Hənifə xanım 1875–1877-ci illərdə Həsən bəylə birlikdə Əkinçi qəzetinin nəşrində yaxından iştirak edib. O, bu haqda xatirələrində yazırdı:
Qəzet cəmiyyəti hərəkətə gətirmişdi. Həsən bəy yeni başlayan müxbirlərə və qəzetin əməkdaşlarına olduqca həssas yanaşırdı. Çox vaxt aldığı zəif məqalələri ehtiyatla sahibinə qaytarıb onun nöqsanlarını başa salırdı. |
Hənifə Məlikova Həsən bəy Zərdabi ilə Zərdabda yaşadıqları dövrdə, 1881-ci ildən başlayaraq öz evlərində pulsuz məktəb açıb, insanlara elm, savad öyrədib. Məlikovlar həmin vaxtlar yerli din xadimlərinin və o vaxtlar Zərdabda məskunlaşmış ermənilərin əlaltılarının təqib və təzyiqlərinə məruz qalırdılar. Hənifə Məlikova 16 il yoldaşı ilə birlikdə Zərdab kəndində polis nəzarəti altında yaşayıb. Daha sonra ailəsi ilə birgə Bakıya köçüb.
Həsən bəy Zərdabi uzun illər Bakıda müsəlman qız məktəbinin açılmasını arzulayırdı. Hacı Zeynalabdin Tağıyevin sərmayəsi ilə bu təşəbbüs baş tutur. Məktəbin müdirəsi təhsilli türk xanımı olmalı idi və Hənifə Məlikova 1901–1905-ci illərdə Bakıda ilk müsəlman qız məktəbinin müdirəsi vəzifəsini icra edib. Daha sonra o, 1909-cu ildən 1919-cu ilədək Bakı şəhər dövlət birinci rus-tatar qız məktəbində müdir vəzifəsində çalışıb.
Hənifə Məlikova Azərbaycan qadınlarının taleyində çox mühüm rol oynayıb. Belə ki, onun təşəbbüsü ilə Nicat Cəmiyyətinin bir şöbəsi kimi Bakı xanımlarının ilk təşkilatı yaradılıb. Həmin təşkilat tezliklə Bakı Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyətinə çevrilib. Hənifə xanım 1920–1926-cı illərdə Azərbaycan SSR Xalq Maarif Komissarlığında məsul vəzifədə çalışıb.
Hənifə Məlikovanın maarifçilik fəaliyyəti Zaqafqaziyanın demokratik dairələrində geniş şəkildə yayılmışdı. Həyatı əziyyət və bəzən də təqiblərlə dolu olan Hənifə Məlikova heç vaxt mübarizədən yorulmayıb. O, deyirdi:
Həyatımın məqsədi — bacardığım qədər avam kütlənin, xüsusən də qadınların hüquqları və istismara qarşı mübarizədə türk qadınlarının mədəni səviyyəsini qaldırmaq olmuş və olacaqdır. Düşünürəm ki, mən Sovet hakimiyyətinin proqramı ilə işləyirəm. Partiya ədəbiyyatını dərindən öyrənməyə vaxtım olmayıb. Mən partiyalılığı ancaq forma hesab edirəm, xoşbəxtəm ki, türk qadınının əsarətdən qurtarması üçün bütün perspektivlərin açıldığı dövrə kimi yaşamışam". |
Ailəsi
Hənifə Məlikovanın iki oğlu, iki qızı olub. Oğlanları barədə bu günə qədər heç bir məlumat yoxdur. Əlimərdan bəy Topçubaşovla ailə quran böyük qızı Pəri mühacirətdə dünyasını dəyişib. Digər qızı Qərib Soltanın sonralar gizli qəbri üzə çıxıb.
Vəfatı
Hənifə Məlikova 1929-cu ildə Bakıda vəfat etmişdir. Əvvəl şəhər qəbristanlığında dəfn edilmiş, sonralar cənazəsi həyat yoldaşı Həsən bəy Zərdabinin məzarının yaxınlığına – Fəxri Xiyabana köçürülmüşdür.
Qalereya
- Həsən bəy Zərdabi, Hənifə Məlikova və qızları Pəri xanım Topçubaşova.
- Hənifə Məlikova, qızı Pəri xanım Topçubaşova və oğlu Səfvət.
İstinadlar
- "Абаева Ханифа Асланбековна - просветительница / Hənifə Aslanbek qızı Abayeva - maarifçi" (rus. ). ourbaku.com. 6 noyabr 2020 tarixində . İstifadə tarixi: 6 noyabr 2020.
- Kifayət Əliyeva. "Bakıda ilk qız məktəbinin yaradıcısı kimi tarixə düşən Hənifə Məlikova–Zərdabi" (Azərbaycan). azertag.az. 9-10-2019 tarixində .
- Ülviyyə Tahirqızı. "Azərbaycan tarixində ilk maarifçi qadınlardan biri" (Azərbaycan). anl.az. 13-5-2018 tarixində .
- Savalan Fərəcov. "Müqəddəs əməllərin böyüklüyü: Hənifə xanım Abayeva" (Azərbaycan). medeniyyet.az. 15-3-2019 tarixində .
- "Görkəmli maarifçi və vətənpərvər" (Azərbaycan). news.milli.az. 13-5-2017 tarixində .
- Mərdanov, Misir. Azərbaycan təhsil tarixi (az.). Bakı: Təhsil nəşriyyatı. 2011. 126. 2020-02-16 tarixində . İstifadə tarixi: 2023-11-22.
Xarici keçidlər
- Ailə həyatını mətbuat vasitəsilə quran ilk azərbaycanlı — Həsən bəy Zərdabi (az.)
- Hənifə xanım Aslanbəy qızı Məlikova – Abayeva
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Henife Melikova Abayeva 6 may 1856 Nalcik 1929 Baki Azerbaycanin ilk maarifci qadinlarindan biri Hesen bey Zerdabinin heyat yoldasi Henife MelikovaDogum tarixi 6 may 1856 1856 05 06 Dogum yeri Nalcik Rusiya imperiyasiVefat tarixi 1929Vefat yeri Baki Azerbaycan SSR ZSFSR SSRIHeyat yoldasi Hesen bey ZerdabiUsaqlari Peri xanim Topcubasova Qeribsoltan Melikova Sefvet bey Melik Zerdabi Midhet bey Melikov d Fealiyyeti pedaqoq Vikianbarda elaqeli mediafayllarHeyatiHenife Melikova 6 may 1856 ci ilde Simali Qafqazda Nalcikde anadan olmusdur 1872 ci ilde Tiflisde Muqeddes Nina qiz mektebinde tehsilini bitirib O zaman muselman qizlarin xristian olkesinde tehsil almasi cox nadir hadise idi Henife Melikova Abayeva Maarifcilik fealiyyetiHesen bey Zerdabi ile aile heyati quran Henife Melikova Azerbaycan xalqinin ilk maarifci qadinlarindan biri olmusdur Henife xanim 1875 1877 ci illerde Hesen beyle birlikde Ekinci qezetinin nesrinde yaxindan istirak edib O bu haqda xatirelerinde yazirdi Qezet cemiyyeti herekete getirmisdi Hesen bey yeni baslayan muxbirlere ve qezetin emekdaslarina olduqca hessas yanasirdi Cox vaxt aldigi zeif meqaleleri ehtiyatla sahibine qaytarib onun noqsanlarini basa salirdi Henife Melikova Hesen bey Zerdabi ile Zerdabda yasadiqlari dovrde 1881 ci ilden baslayaraq oz evlerinde pulsuz mekteb acib insanlara elm savad oyredib Melikovlar hemin vaxtlar yerli din xadimlerinin ve o vaxtlar Zerdabda meskunlasmis ermenilerin elaltilarinin teqib ve tezyiqlerine meruz qalirdilar Henife Melikova 16 il yoldasi ile birlikde Zerdab kendinde polis nezareti altinda yasayib Daha sonra ailesi ile birge Bakiya kocub Hesen bey Zerdabi uzun iller Bakida muselman qiz mektebinin acilmasini arzulayirdi Haci Zeynalabdin Tagiyevin sermayesi ile bu tesebbus bas tutur Mektebin mudiresi tehsilli turk xanimi olmali idi ve Henife Melikova 1901 1905 ci illerde Bakida ilk muselman qiz mektebinin mudiresi vezifesini icra edib Daha sonra o 1909 cu ilden 1919 cu iledek Baki seher dovlet birinci rus tatar qiz mektebinde mudir vezifesinde calisib Henife Melikova Azerbaycan qadinlarinin taleyinde cox muhum rol oynayib Bele ki onun tesebbusu ile Nicat Cemiyyetinin bir sobesi kimi Baki xanimlarinin ilk teskilati yaradilib Hemin teskilat tezlikle Baki Muselman Qadinlarinin Xeyriyye Cemiyyetine cevrilib Henife xanim 1920 1926 ci illerde Azerbaycan SSR Xalq Maarif Komissarliginda mesul vezifede calisib Henife Melikovanin maarifcilik fealiyyeti Zaqafqaziyanin demokratik dairelerinde genis sekilde yayilmisdi Heyati eziyyet ve bezen de teqiblerle dolu olan Henife Melikova hec vaxt mubarizeden yorulmayib O deyirdi Heyatimin meqsedi bacardigim qeder avam kutlenin xususen de qadinlarin huquqlari ve istismara qarsi mubarizede turk qadinlarinin medeni seviyyesini qaldirmaq olmus ve olacaqdir Dusunurem ki men Sovet hakimiyyetinin proqrami ile isleyirem Partiya edebiyyatini derinden oyrenmeye vaxtim olmayib Men partiyaliligi ancaq forma hesab edirem xosbextem ki turk qadininin esaretden qurtarmasi ucun butun perspektivlerin acildigi dovre kimi yasamisam AilesiHenife Melikovanin iki oglu iki qizi olub Oglanlari barede bu gune qeder hec bir melumat yoxdur Elimerdan bey Topcubasovla aile quran boyuk qizi Peri muhaciretde dunyasini deyisib Diger qizi Qerib Soltanin sonralar gizli qebri uze cixib VefatiHenife Melikova 1929 cu ilde Bakida vefat etmisdir Evvel seher qebristanliginda defn edilmis sonralar cenazesi heyat yoldasi Hesen bey Zerdabinin mezarinin yaxinligina Fexri Xiyabana kocurulmusdur QalereyaHesen bey Zerdabi Henife Melikova ve qizlari Peri xanim Topcubasova Henife Melikova qizi Peri xanim Topcubasova ve oglu Sefvet Istinadlar Abaeva Hanifa Aslanbekovna prosvetitelnica Henife Aslanbek qizi Abayeva maarifci rus ourbaku com 6 noyabr 2020 tarixinde Istifade tarixi 6 noyabr 2020 Kifayet Eliyeva Bakida ilk qiz mektebinin yaradicisi kimi tarixe dusen Henife Melikova Zerdabi Azerbaycan azertag az 9 10 2019 tarixinde Ulviyye Tahirqizi Azerbaycan tarixinde ilk maarifci qadinlardan biri Azerbaycan anl az 13 5 2018 tarixinde Savalan Ferecov Muqeddes emellerin boyukluyu Henife xanim Abayeva Azerbaycan medeniyyet az 15 3 2019 tarixinde Gorkemli maarifci ve vetenperver Azerbaycan news milli az 13 5 2017 tarixinde Merdanov Misir Azerbaycan tehsil tarixi az Baki Tehsil nesriyyati 2011 126 2020 02 16 tarixinde Istifade tarixi 2023 11 22 Xarici kecidlerAile heyatini metbuat vasitesile quran ilk azerbaycanli Hesen bey Zerdabi az Henife xanim Aslanbey qizi Melikova Abayeva