"Hacı Zeynalabdin Tağıyevin portreti" — 1912-ci ildə Hacı Zeynalabdin Tağıyevin sifarişi ilə rəssam İsaak Brodski tərəfindən çəkilmiş portret.
Hacı Zeynalabdin Tağıyevin portreti | ||
---|---|---|
| ||
Rəssam | İsaak Brodski | |
Tarixi | 1912 | |
Texnikası | yağlı boya | |
Sifarişçi | Hacı Zeynalabdin Tağıyev | |
Saxlanıldığı yer | Milli Azərbaycan Tarixi Muzeyi |
Tarixi
İriölçülü (238x129 sm) bu portret 1912-ci ildə zamanında gənc olmasına baxmayaraq, Rusiya məkanında çox məşhur olan rus-sovet rəssamı İsaak İzrailoviç Brodski (1883–1939) tərəfindən Bakıda işlənib. Portretin çəkilməsi həmin vaxtlar Hacı Zeynalabdin Tağıyevin hamilik etdiyi Bakı orta texniki məktəbin yaradılmasının 25 illiyinə hazırlıqla bağlı olub. Həmin ərəfədə məktəbin pedaqoji şurası Rusiyanın Qafqazdakı canişini İllarion Vorontsov-Daşkova məktub yazaraq ondan Hacı Zeynalabdin Tağıyevin portretinin çəkilməsini və ümumi iclas salonunda yerləşdirilməsini, eləcə də kimya laboratoriyasına onun adının verilməsini xahiş etmişdi. Azərbaycanlı mesenatla mehriban münasibəti olan canişin Bakıdan gələn bu məktuba müsbət cavab verir. Bundan sonra onun işlənməsi üçün Sankt-Peterburqdan istedadlı fırça ustası 29 yaşlı İ. Brodski dəvət olunur. Ona təklif olunan müqavilədə Hacının portreti ilə yanaşı, daha üç nəfərin, o cümlədən, II Nikolayın portretini çəkmək sifariş olunurdu.
İ. Brodski qeyd edir ki:
Hacı o vaxtlar qocalmışdı, səksənə yaxın yaşı vardı. Elə ilk naturadan çəkiliş zamanı məlum oldu ki, çətinliklə uzun müddət bir yerdə otura bilir, bir neçə dəqiqədən sonra mürgüləyirdi. Bu məni məcbur etdi ki, yemək vaxtı ona diqqətlə göz qoyum, sonra isə yaddaşıma əsaslanıb işləyim. Ümumiyyətlə, Tağıyev hesab edirdi ki, üz cizgilərini, xüsusilə qırışları bütün incəliyinə kimi təsvir etməyə aludəçilik vacib deyil. Əsas diqqəti onun təntənəli geyiminə, xidmətlərinə görə aldığı müxtəlif ordenlərin dəqiq təsvirinə yönəltmək gərəkdir. Elə çəkmək lazımdır ki, ordenlərin hansı dərəcədən olduğu açıq görünsün. Bütün bunları eşidəndən sonra mən onun zövqünə tabe olmağa məcbur oldum. |
Xüsusiyyətləri
Əsərdə H. Z. Tağıyev qara geyimdə, ayaq üstə təsvir olunub. Onun təntənəli mərasimlər üçün nəzərdə tutulan geyimini göy lent, qılınc tamamlayır, müxtəlif orden və medallar bəzəyir. Hacının nurani siması, ağayana ciddi duruşu, naməlum istiqamətə yönəlmiş baxışları, ümumi kompozisiyanı tamamlayan müxtəlif məntiqli atributlar rəssam tərəfindən məharətlə işlənmişdir. H. Z. Tağıyevin qırmızı pərdənin fonunda, iri planda təsviri rəssamın obrazı qabarıq göstərmək istəyindən irəli gəlmişdir. Orijinal biçimli mizin üzərindəki kitab kompozisiyaya daxil edilmiş bəlkə də ən uğurlu və məntiqli təsvir elementlərindəndir. Bu, H. Z. Tağıyevin mütərəqqi fikirli və maarifpərvər olmasına işarə kimi qavranılır.
İstinadlar
- Aytac Sahəd. "Hacı Zeynalabdin Tağıyevin naturadan çəkilmiş portreti - Bir rəsmin dedikləri". 525-ci qəzet. 12.08.2020. 2022-09-04 tarixində . İstifadə tarixi: 2022-09-04.
- Ziyadxan Əliyev. "Hacı Zeynalabdin Tağıyevin naturadan çəkilmiş portreti haqqında..." "Ədəbiyyat qəzeti". 10.01.2019. 2022-09-04 tarixində . İstifadə tarixi: 2022-09-04.
- Зиядхан Алиев. "«Отец нации» в красках". kaspiy.az. 09.10.2016. 2022-09-04 tarixində . İstifadə tarixi: 2022-09-04.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Haci Zeynalabdin Tagiyevin portreti 1912 ci ilde Haci Zeynalabdin Tagiyevin sifarisi ile ressam Isaak Brodski terefinden cekilmis portret Haci Zeynalabdin Tagiyevin portretiHaci Zeynalabdin Tagiyevin portretiRessam Isaak BrodskiTarixi 1912Texnikasi yagli boyaSifarisci Haci Zeynalabdin TagiyevSaxlanildigi yer Milli Azerbaycan Tarixi MuzeyiTarixiIriolculu 238x129 sm bu portret 1912 ci ilde zamaninda genc olmasina baxmayaraq Rusiya mekaninda cox meshur olan rus sovet ressami Isaak Izrailovic Brodski 1883 1939 terefinden Bakida islenib Portretin cekilmesi hemin vaxtlar Haci Zeynalabdin Tagiyevin hamilik etdiyi Baki orta texniki mektebin yaradilmasinin 25 illiyine hazirliqla bagli olub Hemin erefede mektebin pedaqoji surasi Rusiyanin Qafqazdaki canisini Illarion Vorontsov Daskova mektub yazaraq ondan Haci Zeynalabdin Tagiyevin portretinin cekilmesini ve umumi iclas salonunda yerlesdirilmesini elece de kimya laboratoriyasina onun adinin verilmesini xahis etmisdi Azerbaycanli mesenatla mehriban munasibeti olan canisin Bakidan gelen bu mektuba musbet cavab verir Bundan sonra onun islenmesi ucun Sankt Peterburqdan istedadli firca ustasi 29 yasli I Brodski devet olunur Ona teklif olunan muqavilede Hacinin portreti ile yanasi daha uc neferin o cumleden II Nikolayin portretini cekmek sifaris olunurdu I Brodski qeyd edir ki Haci o vaxtlar qocalmisdi seksene yaxin yasi vardi Ele ilk naturadan cekilis zamani melum oldu ki cetinlikle uzun muddet bir yerde otura bilir bir nece deqiqeden sonra murguleyirdi Bu meni mecbur etdi ki yemek vaxti ona diqqetle goz qoyum sonra ise yaddasima esaslanib isleyim Umumiyyetle Tagiyev hesab edirdi ki uz cizgilerini xususile qirislari butun inceliyine kimi tesvir etmeye aludecilik vacib deyil Esas diqqeti onun tenteneli geyimine xidmetlerine gore aldigi muxtelif ordenlerin deqiq tesvirine yoneltmek gerekdir Ele cekmek lazimdir ki ordenlerin hansi dereceden oldugu aciq gorunsun Butun bunlari esidenden sonra men onun zovqune tabe olmaga mecbur oldum XususiyyetleriEserde H Z Tagiyev qara geyimde ayaq uste tesvir olunub Onun tenteneli merasimler ucun nezerde tutulan geyimini goy lent qilinc tamamlayir muxtelif orden ve medallar bezeyir Hacinin nurani simasi agayana ciddi durusu namelum istiqamete yonelmis baxislari umumi kompozisiyani tamamlayan muxtelif mentiqli atributlar ressam terefinden meharetle islenmisdir H Z Tagiyevin qirmizi perdenin fonunda iri planda tesviri ressamin obrazi qabariq gostermek isteyinden ireli gelmisdir Orijinal bicimli mizin uzerindeki kitab kompozisiyaya daxil edilmis belke de en ugurlu ve mentiqli tesvir elementlerindendir Bu H Z Tagiyevin mutereqqi fikirli ve maarifperver olmasina isare kimi qavranilir IstinadlarAytac Sahed Haci Zeynalabdin Tagiyevin naturadan cekilmis portreti Bir resmin dedikleri 525 ci qezet 12 08 2020 2022 09 04 tarixinde Istifade tarixi 2022 09 04 Ziyadxan Eliyev Haci Zeynalabdin Tagiyevin naturadan cekilmis portreti haqqinda Edebiyyat qezeti 10 01 2019 2022 09 04 tarixinde Istifade tarixi 2022 09 04 Ziyadhan Aliev Otec nacii v kraskah kaspiy az 09 10 2016 2022 09 04 tarixinde Istifade tarixi 2022 09 04