Sahəsi və sərhədləri
Qətər əmirliyi Ərəbistan yarımadasının şimal-şərqində, İran körfəzinin sahilində eyniadlı yarımadada yerləşir. Yarımadanın şimaldan cənuba uzunluğu 145 km, qərbdən şərqə 85 km, sahil xəttinin uzunluğu isə 410 km-dir. Yarımadanın yaxınlığındakı məskunlaşan və məskunlaşmayan bəzi adalar və adacıqlar (Aneybar, Xəlul, əl-Mərakkat, əl-Cəzirət əl-Əliyə, əl- Cəzirət əs-Sufliya, İbruk) və b. Qətər əmirliyinin tərkibinə daxildir.
Qətərin qərbində yerləşən və onun qonşuluğundakı bir sıra kiçik adacıqların hansı dövlətə məxsus olması hələlik həll olunmamışdır. Ölkənin hakim dairələri bu ərazilərin Qətərə məxsus olduğunu iddia edirlər. Son rəsmi məlumatlara görə Qətərin sahəsi 11,3 min kv. km-dir. O, yalnız Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə quru sərhədlərə malikdir. Qətərin quru sərhədlərinin ümumi uzunluğu 80 km-dir.
Qətərin relyefi
Səth quruluşuna görə Qətərdə şərti olaraq üç təbii-coğrafi bölgə (sahil, keçid və mərkəz) ayırmaq olar. Qətər yarımadasının sahil xətti olduqca girintili-çıxıntılıdır. Sahil bölgəsinin dəniz səviyyəsindən hündürlüyü 1 m-dən 10-15 metrə qədərdir. Bu bölgədə şoranlıqlar (səbhlər), əhəngdaşlı qayalar, qum təpələri, narın qumlu çimərliklər vardır. Yarımadanın cənubqərb qurtaracağında yerləşən şoranlıq (Səbh əs-Səlva) cənub və cənub-şərq istiqamətində 10–12 km məsafədə uzanır. Qərbdə bu şoranlıq Ukayr-Səlva yüksəkliyinin yamaclarına, şərqdə isə Duhan yüksəkliyinə qədər davam edir. Səbh əs-Səlvadan şimala əs-Səlva körfəzinin sahili boyunca Ubeynat burnuna qədər (85–90 km məsafədə) çimərliklər uzanır. Çimərlik quruda Duhan yüksəkliyinin yamacları ilə əhatələnir. Sahil bölgədə buxtalar çoxdur (Şakik, Doha, əs-Səlva və b.). Sahil zona mərcan rifləri ilə əhatə olunmuşdur.
Sahil xəttindən təqribən 30–35 km aralı yerləşən keçid bölgədə hündürlük tədricən 20-40 metrə qədər yüksəlir. Bölgənin eni şimalda 5-10, bəzi yerlərdə isə 30 km-ə çatır. Mərkəzi bölgədə hündürlük 40-60, Duhan, əl-Kərrar, əs-Səvab yaxınlığında isə 60-80 metrə qədər artır.
Təbii ehtiyatları
Qətər dünya əhəmiyyətli təbii qaz ehtiyatları ilə zəngindir. Bu ərazidə təbii qazla bərabər neft də çıxarırlar. Neftin başlıca yataqları qurudadır. Ölkədə çıxarılan neftin demək olar ki, 50 faizi Duhan şəhərinin yaxınlığında yerləşmiş yataqların payına düşür. Neft yataqları əsasən 1300-3500 metr dərinliklərdə yerləşir. XX əsrin 90-cı illərindən etibarən ölkənin gələcək iqtisadi inki-şafında böyük rol oynayacaq təbii qaz ehtiyatlarının əhəmiyyəti getdikcə artır. Şelf sularında kəşf edilmiş və istismara verilmiş Port-Fild dünyanın ən iri təbii qaz yataqlarından biridir (ehtiyatı 10 trilliyon kub metr). Bu zəngin yatağın kəşfindən sonra təbii qaz ehtiyatına görə Qətər Rusiya, ABŞ və İrandan sonra dördüncü yerə çıxmışdır. Dünya üzrə təbii qaz ehtiyatının təqribən 8 faizi Qətərdə cəmləşmişdir. Təsadüfi deyil ki, təyyarə ilə Doha şəhərinə enən sərnişinin gözünə ilk növbədə dəyən obyekt nəhəng təbii qaz çənləri olur. Təbii qaz Qətərin yeni iqtisadi rəmzidir və gələcəkdə ölkənin gerbindəki əyri yelkənli qayığı dəyişdirməyə qadirdir.
Qətərdə bu vaxta kimi digər faydalı qazıntı yataqlarının kəşfi üzrə geniş işlər aparılmamışdır. Lakin bununla belə neft kəşfiyyatı zamanı fosfor, kükürd, asbest və manqan filizi yataqları aşkar edilmişdir. Kəşf edilmiş bu yataqların ehtiyatları hələlik dəqiq qiymətləndirilməmişdir.
İqlimi və hidroqrafiyası
Qətərdə tropikdən subtropikə keçid xarakterli iqlim hakimdir. Ölkədə bütün ilboyu havalar isti və rütubətli keçir. Yayda üzücü istilər olur. İyul-avqust aylarının orta temperaturu 44 dərəcə olsa da, Ərəbistan və İranın səhra və yarımsəhralarından gələn hava axını temperaturun əksər hallarda 50 dərəcəyədək yüksəlməsinə səbəb olur. Qışda temperatur aşağı düşür. Dekabr və fevral aylarının orta temperaturu 10-20 dərəcə arasında tərəddüd edir.
Yay və qış aylarında gündəlik temperatur fərqi 10 dərəcəyə çatır. Qətərdə ilin on ayında şimal-qərb (yerli əhali bunu «şemal» küləkləri adlandırır) küləkləri əsir. Bu küləklər qışda yağıntı, yayda isə qonşu ərazilərin səhra və yarımsəhralarından toz və qum gətirir.
Yağıntı mövsümü noyabrdan başlayır və marta qədər davam edir. İlin başqa vaxtlarında yağıntı düşmür. Ölkənin cənubunda il ərzində düşən yağıntıların miqdarı 60 mm, şimalına isə 130 mm-dir. Yağıntılar noyabrdan marta qədər olan dövrdə də qeyri-bərabər düşür. Bəzən bütün ilboyu düşən yağıntı bir-iki gün ərzində düşür.
Qətərdə çay, göl və digər yerüstü su mənbəyi yoxdur. Ərazidə kiçik quru yataqlar (vadilər) vardır. Yağışlardan sonra su ilə dolan bu vadilərdəki su ya tezliklə buxarlanır, ya da torpağa hopur. Paytaxtın yaxınlığında yerləşmiş Məşrib ölkənin ən böyük vadisidir. Qətərdə yeraltı suların əhəmiyyəti böyük olsa da, bu sərvət tükənmək üzrədir.
Ölkənin şimalı cənuba nisbətən yeraltı sularla yaxşı təchiz olunmuşdur. Şimalda yeraltı sular atmosfer mənşəli olduğundan şirindir. Cənuba getdikcə yeraltı sular həm şorlaşır, həm də onların debiti azalır.
XX yüzilliyin əvvəllərində ölkədə 25 min əhali yaşayan zaman 20-30 su quyusu olduğu halda, 50-ci illərdə 286, 60-cı illərdə 433, 70-ci ildə 1205, 1980-cı ildə 1589 artezian quyusu qazılmışdır. Buna uyğun olaraq çıxarılan suyun miqdarının artmasına baxmayaraq 70-ci illərin ikinci yarısından «su qıtlığı» daha kəskin problemə çevrilir.
Qətər hökuməti dəniz suyunun təmizlənməsinə də xüsusi fikir verir.
Torpaq, bitki örtüyü
Sahil zonada bataqlıq, şoranlıq torpaqları, keçid zonasında çox zəif və az məhsuldar torpaqlar yayılmışdır. Lakin keçid zonasının şimal və şimal-şərqində, mərkəzdə və yarımadanın cənubunda əkinçiliyə yararlı sahələr də vardır. Bu sahələr daşdan, çınqıldan təmizləndikdən sonra və yeraltı sulardan müntəzəm istifadə nəticəsində suvarma tətbiq etməklə əkinçilik areallarına çevrilə bilər.
Bitki örtüyünü əsasən kserofit, halofit (şoranlıqlarda bitən bitkilər) və istiyə davamlı bitkilər təşkil edir. Kserofitlər ölkənin hər yerində, halofitlər və istiyə davamlı bitkilər isə məhdud ərazidə yayılmışdır. Yarımadanın mərkəzi hissəsində tikanlı bitkilər, yemlik taxıl, yovşan, qumotu, gəvən, qrunt və şose yolları boyunca bağayarpağı, yamac və dərələrdə quraqlığa davamlı quzuqulağı, çobanyastığı, leylək otu, qarayonca, qaranquşotu və s. bitir. Çınqıl və qumla örtülü dəniz sahilləri bitki örtüyündən məhrumdur. Vahələrdə xurma və müxtəlif meyvə ağacları üstünlük təşkil edir.
Qətərin fauna aləmi zəngin deyildir. Ərəbistan ceyranının nəsli kəsilməkdədir. Bu heyvanı artırmaq məqsədilə xüsusi fermalar yaradılmışdır. Mərkəzi yaylalarda dovşan, sürünənlər, sahildə isə quşların müxtəlif növləri vardır. Sahil suları dəniz heyvanları ilə zəngindir. Böyük Mirvari sayı (dayazlığı) adlandırılan bölgəni Qətər adası şərq və qərb hissəyə ayırır. Burada sənaye əhəmiyyətli 70 növdən artıq balıq və müxtəlif dəniz heyvanları yaşayır.
Ədəbiyyat
- Soltanova H.B., Məmmədov C.A. Yaxın və Orta Şərq ölkələrinin iqtisadi və sosial coğrafiyası (dərslik). Bakı , Bakı Universiteti, 2008.
İstinadlar
- Исаев В.А., Озолинг В.В. Катар. ОАЭ. М.: Мысль, 1984. 116 с.
- Исаев В.А., Филоник А.О. Государство Катар: проблемы развития // Институт изучения Израиля и Ближнего Востока. Институт Востоковедения РАН. М., 1999. 145 с.
- Nafi Zuhair Ahmed. Economic and social development in Qatar // F. Pinter, 1983. 145 p.
- Александров И.А. Монархии Персидского залива: этап модернизации. М.: Дело и сервис, 2000. 544 с.
- Key Kerim Kami. The State of Qatar: an economic and commercial survey // K. Key Publications, 1976. 60 p.
- El Mallakh Ragaei. Qatar: Development of an Oil Economy // Taylor & Francis, 1979. 183 p.; El Mallakh Ragaei. Qatar: Energy & Development // Croom Helm, 1985. 184 p.
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sahesi ve serhedleriQeter emirliyi Erebistan yarimadasinin simal serqinde Iran korfezinin sahilinde eyniadli yarimadada yerlesir Yarimadanin simaldan cenuba uzunlugu 145 km qerbden serqe 85 km sahil xettinin uzunlugu ise 410 km dir Yarimadanin yaxinligindaki meskunlasan ve meskunlasmayan bezi adalar ve adaciqlar Aneybar Xelul el Merakkat el Ceziret el Eliye el Ceziret es Sufliya Ibruk ve b Qeter emirliyinin terkibine daxildir Qeterin qerbinde yerlesen ve onun qonsulugundaki bir sira kicik adaciqlarin hansi dovlete mexsus olmasi helelik hell olunmamisdir Olkenin hakim daireleri bu erazilerin Qetere mexsus oldugunu iddia edirler Son resmi melumatlara gore Qeterin sahesi 11 3 min kv km dir O yalniz Seudiyye Erebistani ve Birlesmis Ereb Emirlikleri ile quru serhedlere malikdir Qeterin quru serhedlerinin umumi uzunlugu 80 km dir Qeterin relyefiSeth qurulusuna gore Qeterde serti olaraq uc tebii cografi bolge sahil kecid ve merkez ayirmaq olar Qeter yarimadasinin sahil xetti olduqca girintili cixintilidir Sahil bolgesinin deniz seviyyesinden hundurluyu 1 m den 10 15 metre qederdir Bu bolgede soranliqlar sebhler ehengdasli qayalar qum tepeleri narin qumlu cimerlikler vardir Yarimadanin cenubqerb qurtaracaginda yerlesen soranliq Sebh es Selva cenub ve cenub serq istiqametinde 10 12 km mesafede uzanir Qerbde bu soranliq Ukayr Selva yuksekliyinin yamaclarina serqde ise Duhan yuksekliyine qeder davam edir Sebh es Selvadan simala es Selva korfezinin sahili boyunca Ubeynat burnuna qeder 85 90 km mesafede cimerlikler uzanir Cimerlik quruda Duhan yuksekliyinin yamaclari ile ehatelenir Sahil bolgede buxtalar coxdur Sakik Doha es Selva ve b Sahil zona mercan rifleri ile ehate olunmusdur Sahil xettinden teqriben 30 35 km arali yerlesen kecid bolgede hundurluk tedricen 20 40 metre qeder yukselir Bolgenin eni simalda 5 10 bezi yerlerde ise 30 km e catir Merkezi bolgede hundurluk 40 60 Duhan el Kerrar es Sevab yaxinliginda ise 60 80 metre qeder artir Tebii ehtiyatlariQeter dunya ehemiyyetli tebii qaz ehtiyatlari ile zengindir Bu erazide tebii qazla beraber neft de cixarirlar Neftin baslica yataqlari qurudadir Olkede cixarilan neftin demek olar ki 50 faizi Duhan seherinin yaxinliginda yerlesmis yataqlarin payina dusur Neft yataqlari esasen 1300 3500 metr derinliklerde yerlesir XX esrin 90 ci illerinden etibaren olkenin gelecek iqtisadi inki safinda boyuk rol oynayacaq tebii qaz ehtiyatlarinin ehemiyyeti getdikce artir Self sularinda kesf edilmis ve istismara verilmis Port Fild dunyanin en iri tebii qaz yataqlarindan biridir ehtiyati 10 trilliyon kub metr Bu zengin yatagin kesfinden sonra tebii qaz ehtiyatina gore Qeter Rusiya ABS ve Irandan sonra dorduncu yere cixmisdir Dunya uzre tebii qaz ehtiyatinin teqriben 8 faizi Qeterde cemlesmisdir Tesadufi deyil ki teyyare ile Doha seherine enen sernisinin gozune ilk novbede deyen obyekt neheng tebii qaz cenleri olur Tebii qaz Qeterin yeni iqtisadi remzidir ve gelecekde olkenin gerbindeki eyri yelkenli qayigi deyisdirmeye qadirdir Qeterde bu vaxta kimi diger faydali qazinti yataqlarinin kesfi uzre genis isler aparilmamisdir Lakin bununla bele neft kesfiyyati zamani fosfor kukurd asbest ve manqan filizi yataqlari askar edilmisdir Kesf edilmis bu yataqlarin ehtiyatlari helelik deqiq qiymetlendirilmemisdir Iqlimi ve hidroqrafiyasiQeterde tropikden subtropike kecid xarakterli iqlim hakimdir Olkede butun ilboyu havalar isti ve rutubetli kecir Yayda uzucu istiler olur Iyul avqust aylarinin orta temperaturu 44 derece olsa da Erebistan ve Iranin sehra ve yarimsehralarindan gelen hava axini temperaturun ekser hallarda 50 dereceyedek yukselmesine sebeb olur Qisda temperatur asagi dusur Dekabr ve fevral aylarinin orta temperaturu 10 20 derece arasinda tereddud edir Yay ve qis aylarinda gundelik temperatur ferqi 10 dereceye catir Qeterde ilin on ayinda simal qerb yerli ehali bunu semal kulekleri adlandirir kulekleri esir Bu kulekler qisda yaginti yayda ise qonsu erazilerin sehra ve yarimsehralarindan toz ve qum getirir Yaginti movsumu noyabrdan baslayir ve marta qeder davam edir Ilin basqa vaxtlarinda yaginti dusmur Olkenin cenubunda il erzinde dusen yagintilarin miqdari 60 mm simalina ise 130 mm dir Yagintilar noyabrdan marta qeder olan dovrde de qeyri beraber dusur Bezen butun ilboyu dusen yaginti bir iki gun erzinde dusur Qeterde cay gol ve diger yerustu su menbeyi yoxdur Erazide kicik quru yataqlar vadiler vardir Yagislardan sonra su ile dolan bu vadilerdeki su ya tezlikle buxarlanir ya da torpaga hopur Paytaxtin yaxinliginda yerlesmis Mesrib olkenin en boyuk vadisidir Qeterde yeralti sularin ehemiyyeti boyuk olsa da bu servet tukenmek uzredir Olkenin simali cenuba nisbeten yeralti sularla yaxsi techiz olunmusdur Simalda yeralti sular atmosfer menseli oldugundan sirindir Cenuba getdikce yeralti sular hem sorlasir hem de onlarin debiti azalir XX yuzilliyin evvellerinde olkede 25 min ehali yasayan zaman 20 30 su quyusu oldugu halda 50 ci illerde 286 60 ci illerde 433 70 ci ilde 1205 1980 ci ilde 1589 artezian quyusu qazilmisdir Buna uygun olaraq cixarilan suyun miqdarinin artmasina baxmayaraq 70 ci illerin ikinci yarisindan su qitligi daha keskin probleme cevrilir Qeter hokumeti deniz suyunun temizlenmesine de xususi fikir verir Torpaq bitki ortuyuSahil zonada bataqliq soranliq torpaqlari kecid zonasinda cox zeif ve az mehsuldar torpaqlar yayilmisdir Lakin kecid zonasinin simal ve simal serqinde merkezde ve yarimadanin cenubunda ekinciliye yararli saheler de vardir Bu saheler dasdan cinqildan temizlendikden sonra ve yeralti sulardan muntezem istifade neticesinde suvarma tetbiq etmekle ekincilik areallarina cevrile biler Bitki ortuyunu esasen kserofit halofit soranliqlarda biten bitkiler ve istiye davamli bitkiler teskil edir Kserofitler olkenin her yerinde halofitler ve istiye davamli bitkiler ise mehdud erazide yayilmisdir Yarimadanin merkezi hissesinde tikanli bitkiler yemlik taxil yovsan qumotu geven qrunt ve sose yollari boyunca bagayarpagi yamac ve derelerde quraqliga davamli quzuqulagi cobanyastigi leylek otu qarayonca qaranqusotu ve s bitir Cinqil ve qumla ortulu deniz sahilleri bitki ortuyunden mehrumdur Vahelerde xurma ve muxtelif meyve agaclari ustunluk teskil edir Qeterin fauna alemi zengin deyildir Erebistan ceyraninin nesli kesilmekdedir Bu heyvani artirmaq meqsedile xususi fermalar yaradilmisdir Merkezi yaylalarda dovsan surunenler sahilde ise quslarin muxtelif novleri vardir Sahil sulari deniz heyvanlari ile zengindir Boyuk Mirvari sayi dayazligi adlandirilan bolgeni Qeter adasi serq ve qerb hisseye ayirir Burada senaye ehemiyyetli 70 novden artiq baliq ve muxtelif deniz heyvanlari yasayir EdebiyyatSoltanova H B Memmedov C A Yaxin ve Orta Serq olkelerinin iqtisadi ve sosial cografiyasi derslik Baki Baki Universiteti 2008 IstinadlarIsaev V A Ozoling V V Katar OAE M Mysl 1984 116 s Isaev V A Filonik A O Gosudarstvo Katar problemy razvitiya Institut izucheniya Izrailya i Blizhnego Vostoka Institut Vostokovedeniya RAN M 1999 145 s Nafi Zuhair Ahmed Economic and social development in Qatar F Pinter 1983 145 p Aleksandrov I A Monarhii Persidskogo zaliva etap modernizacii M Delo i servis 2000 544 s Key Kerim Kami The State of Qatar an economic and commercial survey K Key Publications 1976 60 p El Mallakh Ragaei Qatar Development of an Oil Economy Taylor amp Francis 1979 183 p El Mallakh Ragaei Qatar Energy amp Development Croom Helm 1985 184 p Xarici kecidler