Qəzənfər Yusif oğlu Əliyev (1930-1984) — görkəmli Azərbaycan şərqşünası, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Türkmənistanın Dövlət Mükafatı laureatı.
Qəzənfər Əliyev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan SSR, ZSFSR |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri |
Həyatı
Qəzənfər Əliyev 1930-cu il may ayının 15-də Gəncə şəhərində doğulmuşdur. Orta təhsilini 5 nömrəli şəhər məktəbində almış (1937-1947), Bakıda ADU-nun (indiki BDU-nun) şərqşünaslıq fakültəsində oxumuş (1948-1953), sonra Moskvada keçmiş SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasına daxil olmuşdur. Orada məşhur şərqşünas alim, SSRİ EA-nın müxbir üzvü Yevgeni Bertelsin rəhbərliyi altında "Nizami Gəncəvinin "Xosrov və Şirin" və Əmir Xosrov Dəhləvinin "Şirin və Xosrov" poemalarının müqayisəli təhlili" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (28 yanvar, 1958). SSRİ EA Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi (1956-1964), sonra baş elmi işçi olmuşdur. 1974-cü ildə "Farsdilli ədəbiyyatın təşəkkülü problemi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının üzvü olmuşdur.
Xarici ölkələrə — Əfqanıstana (1959-1962), İrana (1963-1965), Almaniyaya (1977, 1979), Çexoslovakiyaya (1980) elmi ezamiyyətlərində Azərbaycan xalqının mədəniyyət və ədəbiyyatına dair məruzələr etmişdir. Onun Şərq xalqları ədəbiyyatına həsr olunmuş müxtəlif mövzulu 160-dan çox elmi məqaləsi Azərbaycanda, eləcə də xaricdə, rus, Azərbaycan, özbək, türkmən, tacik, ingilis, alman, fars, çex və s. dillərdə nəşr olunmuşdur.
1984-cü ilin aprel ayında Bakı şəhərində vəfat etmiş, Gəncədə dəfn olunmuşdur.
Elmi fəaliyyəti
Qəzənfər Əliyevin elmi fəaliyyətinin əsas istiqamətini Nizami Gəncəvi irsinin və onun Şərq ədəbiyyatlarına təsirinin öyrənilməsi təşkil edir. Təsadüfi deyil ki, alimin ilk əsəri də, ölümündən sonra işıq üzü görmüş son araşdırması da bu mövzuya həsr olunmuşdur. Moskvada rus dilində nəşr edilən "Nizaminin mövzu və süjetləri Şərq xalqları ədəbiyyatında" adlı son kitabında XIII-XX əsrlərdə Nizami mövzularında müxtəlif dillərdə yazılmış 600-dən çox əsər və onların müəllifləri barədə məlumatlar toplanmışdır.
Nizami məktəbinin tədqiqi təbii olaraq, alimin diqqətini farsdilli ədəbiyyatda Nizamidən sonra ilk "Xəmsə" yazmış böyük hind şairi Əmir Xosrov Dəhləviyə və bütövlükdə Hindistanın farsdilli ədəbiyatına yönəltmişdir. Bunun nəticəsi kimi onun elmi yaradıcılığında başqa bir istiqaməti müəyyənləşdirən "Hindistanın farsdilli ədəbiyyatı" adlı monoqrafiyası meydana gəlmiş və müəllifinə böyük şöhrət qazandırmışdır. Dünya iranşünaslığı və hindologiyası tarixində ilk təcrübə olan bu kitab farsdilli ədəbiyyatın hind ədəbiyyatları içərisində müstəqil bir qol olduğunu elmi şəkildə sübuta yetirir.
1972-1979-cu illərdə Moskvada Əmir Xosrov Dəhləvi "Xəmsə"sinə daxil olan poemaların elmi-tənqidi mətnləri Qəzənfər Əliyevin bilavasitə iştirakı və redaktorluğu ilə çap olunmuş və Hindistanın özündə də yüksək qiymət almışdır. Bununla həm də bir mətnşünas olduğunu nümayiş etdirən alim geniş tərcüməçilik fəaliyyəti ilə də məşğul olmuşdur. O, Əmir Xosrov Dəhləvinin "Həşt behişt" poeması və qəzəlləri ilə yanaşı, Baba Tahirin dübeytilərini, Əbülfeyz Feyzinin "Nəl və Dəmən" poemasını, Mirzə Əsədulla xan Qalibin şeirlərini və digər bədii nümunələri rus dilinə çevirmiş, onlara məzmunlu müqəddimələr və dəyərli şərhlər yazmışdır. Bundan əlavə, Azərbaycan atalar sözləri və təsnifləri də onun tərcüməsində rusdilli oxuculara çatdırılmışdır.
1969-cu ildə Aşqabadda çap olunmuş "Türkmən şairi Bayram xan" adlı kitabı alimin elmi kəşfi sayılır. Moğollar dövrünün görkəmli dövlət xadimi və sərkərdəsi Bayram xan Baharlının bədii irsini üzə çıxarıb tədqiq etməklə, Qəzənfər Əliyev əslində türkmən ədəbiyyatının tarixini azı iki əsr əvvəldən başlamağa imkan yaratmışdır. Elə buna görə də o, çoxcildlik "Türkmən ədəbiyyatı tarixi"nin müəlliflərindən biri olmuş və bütün bu xidmətləri müqabilində 1980-ci ildə Türkmənistanın Dövlət Mükafatına layiq görülmüşdür.
Bundan başqa, Yevgeni Bertelsin beşcildlik "Seçilmiş əsərləri" Qəzənfər Əliyevin yaxından iştirakı ilə işıq üzü görmüşdür. 1981-ci ildə isə məşhur şərqşünas Aqafangel Krımskinin qırx il arxivdə yatıb qalan "Nizami və müasirləri" adlı çox qiymətli monoqrafiyası Q.Əliyevin ön sözü və redaktəsi (akademik Ziya Bünyadovla birlikdə) ilə Bakıda nəşr edilmişdir.
Qəzənfər Əliyev həm də ikicildlik "Rusca-farsca lüğət"in tərtibçilərindən biri olmuşdur.
Əsərləri
- Легенда о Хосрове и Ширин в литературах народов Востока. М., 1960
- Персоязычная литература Индии. М., 1968
- Байрам-хан - туркменский поэт. Ашхабад, 1969
- Темы и сюжеты Низами в литературах народов Востока. М., 1985
Xarici keçidlər
- Yarımçıq ömür
- Dərin tekstoloji və tipoloji araşdırmaların müəllifi olan fədakar alim
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qezenfer Yusif oglu Eliyev 1930 1984 gorkemli Azerbaycan serqsunasi filologiya elmleri doktoru professor Azerbaycan Yazicilar Birliyinin uzvu Turkmenistanin Dovlet Mukafati laureati Qezenfer EliyevDogum tarixi 1930Dogum yeri Gence Azerbaycan SSR ZSFSRVefat tarixi 1984Vefat yeri Baki Azerbaycan SSR SSRIDefn yeri KirovabadHeyatiQezenfer Eliyev 1930 cu il may ayinin 15 de Gence seherinde dogulmusdur Orta tehsilini 5 nomreli seher mektebinde almis 1937 1947 Bakida ADU nun indiki BDU nun serqsunasliq fakultesinde oxumus 1948 1953 sonra Moskvada kecmis SSRI Elmler Akademiyasi Serqsunasliq Institutunun aspiranturasina daxil olmusdur Orada meshur serqsunas alim SSRI EA nin muxbir uzvu Yevgeni Bertelsin rehberliyi altinda Nizami Gencevinin Xosrov ve Sirin ve Emir Xosrov Dehlevinin Sirin ve Xosrov poemalarinin muqayiseli tehlili movzusunda namizedlik dissertasiyasi mudafie etmisdir 28 yanvar 1958 SSRI EA Serqsunasliq Institutunda kicik elmi isci 1956 1964 sonra bas elmi isci olmusdur 1974 cu ilde Farsdilli edebiyyatin tesekkulu problemi movzusunda doktorluq dissertasiyasi mudafie etmisdir SSRI Nazirler Soveti yaninda Ali Attestasiya Komissiyasinin uzvu olmusdur Xarici olkelere Efqanistana 1959 1962 Irana 1963 1965 Almaniyaya 1977 1979 Cexoslovakiyaya 1980 elmi ezamiyyetlerinde Azerbaycan xalqinin medeniyyet ve edebiyyatina dair meruzeler etmisdir Onun Serq xalqlari edebiyyatina hesr olunmus muxtelif movzulu 160 dan cox elmi meqalesi Azerbaycanda elece de xaricde rus Azerbaycan ozbek turkmen tacik ingilis alman fars cex ve s dillerde nesr olunmusdur 1984 cu ilin aprel ayinda Baki seherinde vefat etmis Gencede defn olunmusdur Elmi fealiyyetiQezenfer Eliyevin elmi fealiyyetinin esas istiqametini Nizami Gencevi irsinin ve onun Serq edebiyyatlarina tesirinin oyrenilmesi teskil edir Tesadufi deyil ki alimin ilk eseri de olumunden sonra isiq uzu gormus son arasdirmasi da bu movzuya hesr olunmusdur Moskvada rus dilinde nesr edilen Nizaminin movzu ve sujetleri Serq xalqlari edebiyyatinda adli son kitabinda XIII XX esrlerde Nizami movzularinda muxtelif dillerde yazilmis 600 den cox eser ve onlarin muellifleri barede melumatlar toplanmisdir Nizami mektebinin tedqiqi tebii olaraq alimin diqqetini farsdilli edebiyyatda Nizamiden sonra ilk Xemse yazmis boyuk hind sairi Emir Xosrov Dehleviye ve butovlukde Hindistanin farsdilli edebiyatina yoneltmisdir Bunun neticesi kimi onun elmi yaradiciliginda basqa bir istiqameti mueyyenlesdiren Hindistanin farsdilli edebiyyati adli monoqrafiyasi meydana gelmis ve muellifine boyuk sohret qazandirmisdir Dunya iransunasligi ve hindologiyasi tarixinde ilk tecrube olan bu kitab farsdilli edebiyyatin hind edebiyyatlari icerisinde musteqil bir qol oldugunu elmi sekilde subuta yetirir 1972 1979 cu illerde Moskvada Emir Xosrov Dehlevi Xemse sine daxil olan poemalarin elmi tenqidi metnleri Qezenfer Eliyevin bilavasite istiraki ve redaktorlugu ile cap olunmus ve Hindistanin ozunde de yuksek qiymet almisdir Bununla hem de bir metnsunas oldugunu numayis etdiren alim genis tercumecilik fealiyyeti ile de mesgul olmusdur O Emir Xosrov Dehlevinin Hest behist poemasi ve qezelleri ile yanasi Baba Tahirin dubeytilerini Ebulfeyz Feyzinin Nel ve Demen poemasini Mirze Esedulla xan Qalibin seirlerini ve diger bedii numuneleri rus diline cevirmis onlara mezmunlu muqeddimeler ve deyerli serhler yazmisdir Bundan elave Azerbaycan atalar sozleri ve tesnifleri de onun tercumesinde rusdilli oxuculara catdirilmisdir 1969 cu ilde Asqabadda cap olunmus Turkmen sairi Bayram xan adli kitabi alimin elmi kesfi sayilir Mogollar dovrunun gorkemli dovlet xadimi ve serkerdesi Bayram xan Baharlinin bedii irsini uze cixarib tedqiq etmekle Qezenfer Eliyev eslinde turkmen edebiyyatinin tarixini azi iki esr evvelden baslamaga imkan yaratmisdir Ele buna gore de o coxcildlik Turkmen edebiyyati tarixi nin muelliflerinden biri olmus ve butun bu xidmetleri muqabilinde 1980 ci ilde Turkmenistanin Dovlet Mukafatina layiq gorulmusdur Bundan basqa Yevgeni Bertelsin bescildlik Secilmis eserleri Qezenfer Eliyevin yaxindan istiraki ile isiq uzu gormusdur 1981 ci ilde ise meshur serqsunas Aqafangel Krimskinin qirx il arxivde yatib qalan Nizami ve muasirleri adli cox qiymetli monoqrafiyasi Q Eliyevin on sozu ve redaktesi akademik Ziya Bunyadovla birlikde ile Bakida nesr edilmisdir Qezenfer Eliyev hem de ikicildlik Rusca farsca luget in tertibcilerinden biri olmusdur EserleriLegenda o Hosrove i Shirin v literaturah narodov Vostoka M 1960 Persoyazychnaya literatura Indii M 1968 Bajram han turkmenskij poet Ashhabad 1969 Temy i syuzhety Nizami v literaturah narodov Vostoka M 1985Xarici kecidlerYarimciq omur Derin tekstoloji ve tipoloji arasdirmalarin muellifi olan fedakar alim