Xoca Saleh Məhəmməd Bitikçi üsyanı — 1539–1540-cı ildə Astrabad bəylərbəyliyində Səfəvi hakimiyyətinə qarşı qaldırılmış üsyan. Üsyan köhnə Astrabad hakimi Xoca Müzəffərin qohumu Xoca Saleh Məhəmməd Bitikçi tərəfindən başladılmışdı. Məhəmməd Saleh özünü Astrabad hakimliyinin qanuni sahibi sayırdı. O Xarəzm hakimi Öməz Qazinin köməyi ilə Astrabad hakimliyini ələ keçirsə də, çox keçmədən Şah Təhmasibin üsyandan xəbər tutması ilə Məhəmməd Saleh üzərinə yeni qüvvələr göndərildi. Məğlub edilən Məhəmməd Saleh bir küpün içinə salınıb Təbrizin Sahib-abad məhəlləsindəki Nəsiriyyə məscidinin minarəsindən aşağı atıldı.
Üsyanın səbəbləri
1537-ci ildə Astrabadda da mərkəzi hakimiyyət əleyhinə üsyanlar baş verməyə başladı. Burada bir tərəfdən ənənəvi sülalə mənsubları hakimlik edirdilər və onlar öz mənafelərinin təmin etmək məqsədilə Səfəvi sarayının təsirindən çıxmaq istəyirdilər. Digər tərəfdən isə bu vilayətin hakimləri həmçinin nüfuzlu dairələri ilə özbək xanları arasında müəyyən əlaqələr varidi ki, bu əlaqələr Səfəvi hakimiyyəti əleyhinə qurulmuşdu. Üsyanların bir digər səbəbi isə yerli əhali ilə Səfəvi sarayının rəsmi məzhəbi arasındakı fərqliliklər idi. Səfəvi saray tarixçisi İsgəndər bəy Münşi Tarixi aləmara-yi Abbasi əsərində bölgədəki hərbi-siyasi vəziyyət haqqında məlumat verir:
Astarabad şəhəri sabiq zamanlarda Cürcan və Təbəristan vilayətlərinin hökumətgahı olmuşdur. Oranın camaatının əksəri saleh, mömin və pəhrizkar adamlar olmasına baxmayaraq, onların əhvali-ruhiyyəsi vəsvəsə, ehtiras və qalmaqaldan xali deyildir. Elə bil ki, Cürcan meşəsinin və dağının havası onlarda çaxnaşma əhvali-ruhiyyəsi yaradır. Astarabad əhalisi arasında özlərini siyahpuşlar ("qarageyimlilər") adlandıran bir toplum var ki, onların qiyamçılıq və tüğyan həvəsləri zehinlərinə fəsad qarışdırmış və onların firavanlıq sərmayəsini kasadlaşdırmışdır. O bölgənin qalmaqalçılarından digər bir qismi ictimaiyyət arasında yaka-türkmənlər kimi tanınan və Xarəzm sultanlarından asılı olan sayinxani qəbilələri toplumudur. Onlar dikbaşlıqları və özbaşınalıqları üzündən özlərini Astarabadın böyük səhrasına və geniş çölünə vurub, Gürgan və Ətrək çayları arasında məskunlaşmışdılar. Onlar məmləkətə zərər və ziyan yetirirdilər. Buna görə də o mülkün ərazisi qalmaqaldan xali olmur və oranın hakimlərinin başı döyüşdən və savaşdan açılmırdı. Amma Allah-taalaya şükür olsun ki, Allahın kölgəsi olan əlahəzrət şahın əbədi dövləti zamanında onun qəhrəmanlığının güclü məşəlinin işığı ilə tüğyanın yaratdığı zülm və qübar zülməti məhv oldu və yoxa çıxdı. İndi hər iki tərəfin (siyahpuş və sayinxani tayfalarının) şuluqçuları başlarını aşağı salıb, firavanlıqla yaşayırlar".
Məhəmməd Saleh Bitikçinin kimliyi haqqında
1537-ci ildə Astrabadda qiyam qaldırmağa təşəbbüs edən Məhəmməd Saleh Bitikçi bu vilayətin ənənəvi şəkildə hakimlik etmiş sülalənin nümayəndəsi idi və vilayətin idarəsini özünün haqqı hesab edirdi. Məlumdur ki, Bitikçi nəslinin nümayəndələrindən biri olan Xoca Müzəffər Bitikçi hələ ġah İsmayılın vaxtında Səfəvi sarayına itaətini bəyan etmişdi. Şah İsmayıl özbək qoşunları ilə döyüş üçün Xorasan vilayətinə yollananda Xoca Müzəffər Bitikçi onun görüşünə gəlmiş, qiymətli hədiyyələr təqdim etməklə Səfəvi hakimiyyətinə sədaqətini bəyan etmişdi. Xoca Müzəffər Bitikçinin hətta özbək qoşunlarına qarşı döyüşdə Səfəvi qoşunları tərkibində iştirak etməsi haqqında da mənbələrdə məlumat mövcuddur. Şah İsmayılın da ona xüsusi ehtiramı var idi və Xoca Müzəffər Bitikçi də bu ehtiramı qoruyub saxlamağa çalışırdı. Qarşılıqlı ehtiram üzərində qurulmuş bu münasibətlər isə öz növbəsində Astrabad daxilində və ətrafında sabit həyatın bərqərar olmasına yol açırdı.
Xoca Müzəffər Bitikçi vəfat etdikdən sonra hakimiyyət onun nəslindən olanlara keçmədi. Məhəmməd Saleh üsyanı zamanı Astrabad bəylərbəyi Sədrəddin xan Ustaclı idi. Bəzi mənbələrdə Məhəmməd Salehin Xoca Müzəffərin oğlu, bəzilərində nəvəsi bəzilərində isə qardaşı oğlu kimi göstərilib. Buradan onun Xoca Müzəffərin nəslindən olduğu anlaşılır.
Üsyanın başlaması
Həsən bəy Rumlu üsyan haqqında "Əhsən ət-Təvarix" əsərində, "Xoca Məhəmməd Saleh Bitikçinin Astarabadda qiyam qaldırması və onun Sədrəddin xanın mülazimlərinin əlində giriftar olması haqqında söhbət" başlığında məlumat verir:
"Bu il Xoca Müzəffər Bitikçinin oğlu Məhəmməd Saleh başını itaət boyunduruğundan çıxardı və üzünü tabelik qibləsindən çevirdi. O, Astarabad siyahpuşlarından bir dəstə toplayıb Astarabad vilayətinin qəsəbələrindən bəzilərini ələ keçirdi və Xarəzmə, Ömər Qazi sultanın yanına bol-bol töhfələrlə qasidlər göndərib yardım istədi, özünü onun tərəfdarları zümrəsinə aid etdi. Astarabad üzərində hakimiyyəti ələ keçirmək fikri Xarəzm hakiminin xoşuna gəldi. O, tayfalardan və səhra sakinlərindən xeyli ordu cəmləşdirib Astarabada yollandı. Məhəmməd Saleh Cürcan cəngəlliyindən çıxıb Ömər Qazi sultana qoşuldu. Xarəzmlilər izzət və ehtiram şərtlərini yerinə yetirdilər."
Rumlunun yazdığı kimi Məhəmməd Saleh yetəri qədər dəstə toplayıb əvvəlcə Astrabad vilayətinin yaşayış məntəqlərinə hücum çəkib öz hakimliyini elan etdi. Yetəri qədər əsgər toplaya bilmədikdə Daşkənd və Fərqanə valisi ilə Burak xanın qardaşı oğlu Ömər Qazi Sultandan kömək istədi. Xarəzm hakimi böyük bir qoşun dəstəsi toplayaraq Astrabad üzərinə hərəkət etdi. Özbək qoşunları Astrabad ətrafına yetişəndə Məhəmməd Saleh də ətrafında olan qoşun dəstəsi ilə Cürcan meşələrindən çıxaraq Ömər Qazi sultana qoşuldu. Bununla Astrabad ətrafında böyük bir hərbi qüvvə formalaşdı və vilayət daxilində mövcud olan Səfəvi qoşun dəstəsi ilə bu qüvvəyə müqavimət göstərilməsi imkandan kənara çıxdı.
Bu zaman Astrabad hakimi Sədrəddin xan Ustaclı idi. O yaxınları ilə məşvərət aparıb belə qərara gəldi ki, Ömər Qazi və Məhəmməd Salehin birləşmiş qüvvələri ilə mübarizə apara bilməyəcək. Bu səbəbdən Sədrəddin xan, vilayətin qoşun dəstəsi, hakim və əyanları Astrabadı tərk edərək Bistana doğru yola düşdü. O, buradan Şah Təhmasibə üsyan barədə xəbər yolladı və üsyançılara qarşı mübarizə aparmaq üçün kömək istədi.
Sədrəddin xan və vilayətdəki yerli qoşun dəstəsi Bistama yollandıqdan sonra Xoca Məhəmməd Saleh və onun ətrafında olan qüvvələr müqavimətə rast gəlmədən Astrabada daxil oldular. Bu zaman Ömər Qazi sultan Astrabadın idarəçiliyini Məhəmməd Salehə verib Xarəzmə yollandı.
İsgəndər bəy Münşi bu Ömər Qazinin gedişindən sonra baş verənləri belə təsvir edib:
"Məmləkətin yiyəsiz qaldığını görən Məhəmməd Saleh Astarabad şəhərinə daxil oldu, özbəklərin himayəsi ilə həmin vilayətdə öz hakimiyyət bayrağını dalğalandırdı və Xarəzm valisinə və onun adamlarına layiqli töhfələr, hədiyyələr və peşkəşlər verdi. Ömər Qazi sultan o vilayətin (Astrabadın) idarə olunmasını onun öhdəsinə buraxıb, Xarəzmə qayıtdı. Onun getməsindən sonra Məhəmməd Saleh qəflət və qürur badəsindən sərməst olub, əbləhcəsinə öz səltənət xalçasını sərdi və başına hökmdarlıq və istiqlal havası düşdü. Amma gecə-gündüz vaxtını eyşdə və işrətdə keçirirdi. Bir həftə ərzində kef çəkib, bihuş oldu. O, kefcilliyin tüğyanı və məstliyin həddən aşması şəraitində, dünyanın insanla məskunlaşmış dörddə bir hissəsindəki şəhərləri əbləhlik badəsində ona yoldaş olan şəxslərə paylayırdı və hər bir vilayəti öz aqibətini düşünməyən mülazimlərindən birinə tapşırırdı. Onun özündən də axmaq olan həmin səfehlər ona səcdə edib, dualarını və minnətdarlıqlarını bildirirdilər. Belə bir əhvalat məşhurdur ki, bir gün onun mülazimləri arasında hər birinin ürəyindən keçən bir şəhərə hakim təyin olunmaq istəyindən, məmləkət bölgüsü üstündə qalmaqal baş vermişdi."
Məhəmməd Saleh Bitikçinin öldürülməsi
Şah Təhmasibə üsyann barədə xəbərlər çatdıqda o əmr etdi ki, Əmir sultan Rumlu, Şahqulu sultan Ustaclu, Hüseyncan sultan Rumlu və Həsən bəy Şamlu onun üzərinə getsinlər. Lakin göndərilən birlik Bistana çatmamış Sədrəddin xan Ustaclı xəbər tutdu ki, Ömər Qazi Xarəzmə qayıdıb və Məhəmməd Salehin başı içki məclislərinə qarışıb. O, vaxt itirmədən Asrtabada hücum etdi. Vilayət idarəçiliyini ələ keçirəndən sonra günlərini daha çox eyş-işrətdə keçirən Xoca Məhəmməd Salehin başı yüngül əyləncələrə qarışdığından Sədrəddin xanın rəhbərliyi altındakı dəstəyə müqavimət göstərilməsi üçün özünü səfərbər edə bilmədi. Həsən bəy Rumlu yazır:
"O zaman Məhəmməd Saleh islaholunmaz adamlarla ney səsinə qulaq asmaqla və yeyib-içməklə məşğul idi. Qəflətən onun qulağına nağara və şeypur səsi gəldi. O mərdimazar sərsəm şəkildə fərar yolunu tutdu və meşəyə yönəldi. Sədrəddin xanın mülazimlərindən olan Şahverdi bəy Kəngərlü onu ələ keçirib gətirdi. Sədrəddin xan öz məkanında qərar tutdu."
Sədrəddin xan Məhəmməd Salehi tutub Şah Təhmasibin sarayına göndərdi. Şahın qarşısında kobud danışmasın deyə qızılbaşlar Məhəmməd Salehin dilinə çuvalduz batıraraq dilini ağzına salmağa mane oldular. Sonra isə şahın əmri ilə bir küpün içinə salıb Təbrizin Sahib-abad məhəlləsindəki Nəsiriyyə məscidinin minarəsindən aşağı atdılar.
Əbdi bəy Şirazi 1538–1539-cu il hadisələrindən bəhs edərkən yazır ki, Xoca Müzəffərin nəvəsi Məhəmməd Saleh Bitikçi Astrabadi cahilliyi üzündən üsyan edib Astrabadın Qızılbaş hakimi Sədrəddin xan Ustaclıya qarşı çıxdığına görə Dəli Şahverdi Kəngərli onu tutub bir kupə qoydu və Təbrizin Nəsriyyə məscidinin minarəsindən atdı.
İstinadlar
- Münşi, 2009. səh. 198
- Rumlu, 2017. səh. 427
- Süleymanov, 2020. səh. 113
- Süleymanov, 2020. səh. 114
- Rumlu, 2017. səh. 514
- Cavanşir, 2007. səh. 474
- Münşi, 2009. səh. 199-200
- Rumlu, 2017. səh. 515
- Bayramlı, 2015. səh. 67
Mənbə
- İsgəndər bəy Münşi Türkman. Tarix-i Aləmara-yi Abbasi (Abbasın dünyanı bəzəyən tarixi) (PDF). I. Bakı: Təhsil. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu. 2009. səh. 792.
- Həsən bəy Rumlu. Əhsənüt-təvarix. Kastamonu: Uzanlar. Namiq Musalı, Oqtay Əfəndiyev. 2017. 661. ISBN .
- Babək Cavanşir. İRAN’DAKİ TÜRK BOYLARI ve BOY MENSUBU KİŞİLER (SAFEVÎ DÖNEMİ – I. ŞAH TAHMASB HÂKİMİYETİNİN SONUNA KADAR / 1576). İstanbul: T.C. Mimar Sinan Güzel Sanatlar Üniversitesi Sosyal Bilimler Enstitüsü Tarih Anabilim Dalı Ortaçağ Tarihi Programı. 2007. səh. 896.
- Zabil Həsrət oğlu Bayramlı. AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİNİN QURULUŞU VƏ İDARƏ OLUNMASINDA TÜRK QIZILBAŞ ƏYANLARININ ROLU. Bakı: «AVROPA» nəşriyyatı. 2015. səh. 348.
- Mehman Süleymanov. Səfəvilər, Şah Təhmasib. V. Bakı: Maarif. 2020. səh. 800. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Xoca Saleh Mehemmed Bitikci usyani 1539 1540 ci ilde Astrabad beylerbeyliyinde Sefevi hakimiyyetine qarsi qaldirilmis usyan Usyan kohne Astrabad hakimi Xoca Muzefferin qohumu Xoca Saleh Mehemmed Bitikci terefinden basladilmisdi Mehemmed Saleh ozunu Astrabad hakimliyinin qanuni sahibi sayirdi O Xarezm hakimi Omez Qazinin komeyi ile Astrabad hakimliyini ele kecirse de cox kecmeden Sah Tehmasibin usyandan xeber tutmasi ile Mehemmed Saleh uzerine yeni quvveler gonderildi Meglub edilen Mehemmed Saleh bir kupun icine salinib Tebrizin Sahib abad mehellesindeki Nesiriyye mescidinin minaresinden asagi atildi Usyanin sebebleri1537 ci ilde Astrabadda da merkezi hakimiyyet eleyhine usyanlar bas vermeye basladi Burada bir terefden enenevi sulale mensublari hakimlik edirdiler ve onlar oz menafelerinin temin etmek meqsedile Sefevi sarayinin tesirinden cixmaq isteyirdiler Diger terefden ise bu vilayetin hakimleri hemcinin nufuzlu daireleri ile ozbek xanlari arasinda mueyyen elaqeler varidi ki bu elaqeler Sefevi hakimiyyeti eleyhine qurulmusdu Usyanlarin bir diger sebebi ise yerli ehali ile Sefevi sarayinin resmi mezhebi arasindaki ferqlilikler idi Sefevi saray tarixcisi Isgender bey Munsi Tarixi alemara yi Abbasi eserinde bolgedeki herbi siyasi veziyyet haqqinda melumat verir Astarabad seheri sabiq zamanlarda Curcan ve Teberistan vilayetlerinin hokumetgahi olmusdur Oranin camaatinin ekseri saleh momin ve pehrizkar adamlar olmasina baxmayaraq onlarin ehvali ruhiyyesi vesvese ehtiras ve qalmaqaldan xali deyildir Ele bil ki Curcan mesesinin ve daginin havasi onlarda caxnasma ehvali ruhiyyesi yaradir Astarabad ehalisi arasinda ozlerini siyahpuslar qarageyimliler adlandiran bir toplum var ki onlarin qiyamciliq ve tugyan hevesleri zehinlerine fesad qarisdirmis ve onlarin firavanliq sermayesini kasadlasdirmisdir O bolgenin qalmaqalcilarindan diger bir qismi ictimaiyyet arasinda yaka turkmenler kimi taninan ve Xarezm sultanlarindan asili olan sayinxani qebileleri toplumudur Onlar dikbasliqlari ve ozbasinaliqlari uzunden ozlerini Astarabadin boyuk sehrasina ve genis colune vurub Gurgan ve Etrek caylari arasinda meskunlasmisdilar Onlar memlekete zerer ve ziyan yetirirdiler Buna gore de o mulkun erazisi qalmaqaldan xali olmur ve oranin hakimlerinin basi doyusden ve savasdan acilmirdi Amma Allah taalaya sukur olsun ki Allahin kolgesi olan elahezret sahin ebedi dovleti zamaninda onun qehremanliginin guclu meselinin isigi ile tugyanin yaratdigi zulm ve qubar zulmeti mehv oldu ve yoxa cixdi Indi her iki terefin siyahpus ve sayinxani tayfalarinin suluqculari baslarini asagi salib firavanliqla yasayirlar Mehemmed Saleh Bitikcinin kimliyi haqqinda1537 ci ilde Astrabadda qiyam qaldirmaga tesebbus eden Mehemmed Saleh Bitikci bu vilayetin enenevi sekilde hakimlik etmis sulalenin numayendesi idi ve vilayetin idaresini ozunun haqqi hesab edirdi Melumdur ki Bitikci neslinin numayendelerinden biri olan Xoca Muzeffer Bitikci hele ġah Ismayilin vaxtinda Sefevi sarayina itaetini beyan etmisdi Sah Ismayil ozbek qosunlari ile doyus ucun Xorasan vilayetine yollananda Xoca Muzeffer Bitikci onun gorusune gelmis qiymetli hediyyeler teqdim etmekle Sefevi hakimiyyetine sedaqetini beyan etmisdi Xoca Muzeffer Bitikcinin hetta ozbek qosunlarina qarsi doyusde Sefevi qosunlari terkibinde istirak etmesi haqqinda da menbelerde melumat movcuddur Sah Ismayilin da ona xususi ehtirami var idi ve Xoca Muzeffer Bitikci de bu ehtirami qoruyub saxlamaga calisirdi Qarsiliqli ehtiram uzerinde qurulmus bu munasibetler ise oz novbesinde Astrabad daxilinde ve etrafinda sabit heyatin berqerar olmasina yol acirdi Xoca Muzeffer Bitikci vefat etdikden sonra hakimiyyet onun neslinden olanlara kecmedi Mehemmed Saleh usyani zamani Astrabad beylerbeyi Sedreddin xan Ustacli idi Bezi menbelerde Mehemmed Salehin Xoca Muzefferin oglu bezilerinde nevesi bezilerinde ise qardasi oglu kimi gosterilib Buradan onun Xoca Muzefferin neslinden oldugu anlasilir Usyanin baslamasiHesen bey Rumlu usyan haqqinda Ehsen et Tevarix eserinde Xoca Mehemmed Saleh Bitikcinin Astarabadda qiyam qaldirmasi ve onun Sedreddin xanin mulazimlerinin elinde giriftar olmasi haqqinda sohbet basliginda melumat verir Bu il Xoca Muzeffer Bitikcinin oglu Mehemmed Saleh basini itaet boyundurugundan cixardi ve uzunu tabelik qiblesinden cevirdi O Astarabad siyahpuslarindan bir deste toplayib Astarabad vilayetinin qesebelerinden bezilerini ele kecirdi ve Xarezme Omer Qazi sultanin yanina bol bol tohfelerle qasidler gonderib yardim istedi ozunu onun terefdarlari zumresine aid etdi Astarabad uzerinde hakimiyyeti ele kecirmek fikri Xarezm hakiminin xosuna geldi O tayfalardan ve sehra sakinlerinden xeyli ordu cemlesdirib Astarabada yollandi Mehemmed Saleh Curcan cengelliyinden cixib Omer Qazi sultana qosuldu Xarezmliler izzet ve ehtiram sertlerini yerine yetirdiler Rumlunun yazdigi kimi Mehemmed Saleh yeteri qeder deste toplayib evvelce Astrabad vilayetinin yasayis menteqlerine hucum cekib oz hakimliyini elan etdi Yeteri qeder esger toplaya bilmedikde Daskend ve Ferqane valisi ile Burak xanin qardasi oglu Omer Qazi Sultandan komek istedi Xarezm hakimi boyuk bir qosun destesi toplayaraq Astrabad uzerine hereket etdi Ozbek qosunlari Astrabad etrafina yetisende Mehemmed Saleh de etrafinda olan qosun destesi ile Curcan meselerinden cixaraq Omer Qazi sultana qosuldu Bununla Astrabad etrafinda boyuk bir herbi quvve formalasdi ve vilayet daxilinde movcud olan Sefevi qosun destesi ile bu quvveye muqavimet gosterilmesi imkandan kenara cixdi Bu zaman Astrabad hakimi Sedreddin xan Ustacli idi O yaxinlari ile mesveret aparib bele qerara geldi ki Omer Qazi ve Mehemmed Salehin birlesmis quvveleri ile mubarize apara bilmeyecek Bu sebebden Sedreddin xan vilayetin qosun destesi hakim ve eyanlari Astrabadi terk ederek Bistana dogru yola dusdu O buradan Sah Tehmasibe usyan barede xeber yolladi ve usyancilara qarsi mubarize aparmaq ucun komek istedi Sedreddin xan ve vilayetdeki yerli qosun destesi Bistama yollandiqdan sonra Xoca Mehemmed Saleh ve onun etrafinda olan quvveler muqavimete rast gelmeden Astrabada daxil oldular Bu zaman Omer Qazi sultan Astrabadin idareciliyini Mehemmed Salehe verib Xarezme yollandi Isgender bey Munsi bu Omer Qazinin gedisinden sonra bas verenleri bele tesvir edib Memleketin yiyesiz qaldigini goren Mehemmed Saleh Astarabad seherine daxil oldu ozbeklerin himayesi ile hemin vilayetde oz hakimiyyet bayragini dalgalandirdi ve Xarezm valisine ve onun adamlarina layiqli tohfeler hediyyeler ve peskesler verdi Omer Qazi sultan o vilayetin Astrabadin idare olunmasini onun ohdesine buraxib Xarezme qayitdi Onun getmesinden sonra Mehemmed Saleh qeflet ve qurur badesinden sermest olub eblehcesine oz seltenet xalcasini serdi ve basina hokmdarliq ve istiqlal havasi dusdu Amma gece gunduz vaxtini eysde ve isretde kecirirdi Bir hefte erzinde kef cekib bihus oldu O kefcilliyin tugyani ve mestliyin hedden asmasi seraitinde dunyanin insanla meskunlasmis dordde bir hissesindeki seherleri eblehlik badesinde ona yoldas olan sexslere paylayirdi ve her bir vilayeti oz aqibetini dusunmeyen mulazimlerinden birine tapsirirdi Onun ozunden de axmaq olan hemin sefehler ona secde edib dualarini ve minnetdarliqlarini bildirirdiler Bele bir ehvalat meshurdur ki bir gun onun mulazimleri arasinda her birinin ureyinden kecen bir sehere hakim teyin olunmaq isteyinden memleket bolgusu ustunde qalmaqal bas vermisdi Mehemmed Saleh Bitikcinin oldurulmesiSah Tehmasibe usyann barede xeberler catdiqda o emr etdi ki Emir sultan Rumlu Sahqulu sultan Ustaclu Huseyncan sultan Rumlu ve Hesen bey Samlu onun uzerine getsinler Lakin gonderilen birlik Bistana catmamis Sedreddin xan Ustacli xeber tutdu ki Omer Qazi Xarezme qayidib ve Mehemmed Salehin basi icki meclislerine qarisib O vaxt itirmeden Asrtabada hucum etdi Vilayet idareciliyini ele kecirenden sonra gunlerini daha cox eys isretde keciren Xoca Mehemmed Salehin basi yungul eylencelere qarisdigindan Sedreddin xanin rehberliyi altindaki desteye muqavimet gosterilmesi ucun ozunu seferber ede bilmedi Hesen bey Rumlu yazir O zaman Mehemmed Saleh islaholunmaz adamlarla ney sesine qulaq asmaqla ve yeyib icmekle mesgul idi Qefleten onun qulagina nagara ve seypur sesi geldi O merdimazar sersem sekilde ferar yolunu tutdu ve meseye yoneldi Sedreddin xanin mulazimlerinden olan Sahverdi bey Kengerlu onu ele kecirib getirdi Sedreddin xan oz mekaninda qerar tutdu Sedreddin xan Mehemmed Salehi tutub Sah Tehmasibin sarayina gonderdi Sahin qarsisinda kobud danismasin deye qizilbaslar Mehemmed Salehin diline cuvalduz batiraraq dilini agzina salmaga mane oldular Sonra ise sahin emri ile bir kupun icine salib Tebrizin Sahib abad mehellesindeki Nesiriyye mescidinin minaresinden asagi atdilar Ebdi bey Sirazi 1538 1539 cu il hadiselerinden behs ederken yazir ki Xoca Muzefferin nevesi Mehemmed Saleh Bitikci Astrabadi cahilliyi uzunden usyan edib Astrabadin Qizilbas hakimi Sedreddin xan Ustacliya qarsi cixdigina gore Deli Sahverdi Kengerli onu tutub bir kupe qoydu ve Tebrizin Nesriyye mescidinin minaresinden atdi IstinadlarMunsi 2009 seh 198 Rumlu 2017 seh 427 Suleymanov 2020 seh 113 Suleymanov 2020 seh 114 Rumlu 2017 seh 514 Cavansir 2007 seh 474 Munsi 2009 seh 199 200 Rumlu 2017 seh 515 Bayramli 2015 seh 67MenbeIsgender bey Munsi Turkman Tarix i Alemara yi Abbasi Abbasin dunyani bezeyen tarixi PDF I Baki Tehsil AMEA A A Bakixanov adina Tarix Institutu 2009 seh 792 Hesen bey Rumlu Ehsenut tevarix Kastamonu Uzanlar Namiq Musali Oqtay Efendiyev 2017 661 ISBN 978 605 030 641 5 Babek Cavansir IRAN DAKI TURK BOYLARI ve BOY MENSUBU KISILER SAFEVI DONEMI I SAH TAHMASB HAKIMIYETININ SONUNA KADAR 1576 Istanbul T C Mimar Sinan Guzel Sanatlar Universitesi Sosyal Bilimler Enstitusu Tarih Anabilim Dali Ortacag Tarihi Programi 2007 seh 896 Zabil Hesret oglu Bayramli AZERBAYCAN SEFEVI DOVLETININ QURULUSU VE IDARE OLUNMASINDA TURK QIZILBAS EYANLARININ ROLU Baki AVROPA nesriyyati 2015 seh 348 Mehman Suleymanov Sefeviler Sah Tehmasib V Baki Maarif 2020 seh 800 ISBN 978 9952 37 141 8