Azərbaycan camışı və ya Qafqaz camışı — Cənubi Qafqazda olan camışların 70 faizi Azərbaycanda saxlanılır. Gürcüstanda və Ermənistanda ərazisində camışlar olduqca azlıq təşkil edir. Sovet dönəmində Cənubi Qafqaz camışları müstəqil cins kimi qəbul edilərək "Qafqaz camış cinsi" adlandırmışlar. Camışların çox hissəsinin Azərbaycan Respublikasında olduğunu nəzərə alaraq Azərbaycan alimləri Cənubi Qafqazda olan bütün camışları "Azərbaycan camış cinsi" adlandırmışlar. Bu 1992-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təstiqlənmişdir.
Azərbaycan camışı | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. | ||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin | ||||
|
Azərbaycanda camışçılığın tarixi uzaq keçmişlərə gedib çıxır. Ölkənin təbii iqlim şəraiti heyvandarlığın bu sahəsinin intensiv inkişafı üçün olduqca əlverişlidir. Xüsusi ilə Kür, Araz qırağı, Qazax-Qarabağ düzlərində yetişdirilmişdir. Bu canlıların yemə az tələbkar olması və düzənin isti, subasar əraziləri camışların yetişdirilməsinə imkan verir. Xüsusi ilə qamışlarla qidalanırlar. Bu isə onun saxlanılmasını asanlaşdırır.
Xüsusiyyətləri
Azərbaycan camışları qara rəngə malik olurlar. Bu isə günəş şüalarının onlara ciddi təsir göstərməsinə, bədəninin qızdırmasına imkan verir. İsti günlərdə nohurlar, bataqlıq, durğun sular, gölməçələr və ya yaxud çay yataqlarında uzanmağı sevirlər. Suda olduqda camışın ancaq başı kənarda qalır, bu da onun suda yaşamaq adəti ilə əlaqədardır.
Bu cins camışlar arasında nadir hallarda ağ rəngli camışlar doğulur. Bu heyvanları "albinos" camışlar adlandırırlar. Albinos camışlar çox yaşamır və nəsil vermirlər.
Orta köklükdə olan camışlarda diri çəkinin 0,5 faizini dil, 0,86 faizini piylə birlikdə böyrək, 0,25 faizini beyin, 4,34 faizini içalat, 1,12 faizini baş əti, 5,2 faizini işgənbə və torcuq təşkil edir.
İnəklərdən fərqli olaraq şaxtaya dözümsüzdürlər. İnəklər −20 °C şaxtaya dözdükləri halda, camışlar −1 °C şaxtada artıq əziyyət çəkirlər. Səbəb isə camış orqanizimində piyin az olması ilə izah edilir. Camışlar inəklərə nisbətən az süd verir. Azərbaycan camışı gün ərzində 3–4 kq süd verir. Azərbaycanda südünün orta yağlığı 8,16 % olur. Cənubi Qafqaz bölgəsində 6–12 % arasında dəyişir. Bol su içdikdə südlərini 8–10 % artıra bilirlər. Bu cins camışlar təsərrüfatda 20–21 yaşınadək saxlamaq olur. 8–9 yaşından etibarən qocalma əlamətləri meydana gəlir. Getdikcə südlərini azaldırlar. Azərbaycanda orta yararlılıq müddəti 16 ildir. Dişilərin damazlıq fermalarda maksimal çəkisi 686 kq, erkəklərdə isə 720 kiloqrama çatır. Bəziləri vardır ki, 900–1000 kq çəki ala bilir.
Boğazlıq dövrü 305 gün davam edir. Balalar yenicə doğularkən 30–35 kq çəkiyə sahib olur
Azərbaycanda camışçılıq
Azərbaycanda yaradılmış südlük-ətlik yeni qaramal cinsi. 1935-ci ildən başlayaraq akademik A. Ə. Ağabəylinin rəhbərliyi ilə aparılan seleksiya-damazlıq işləri və normal bəsləmə şəraitində seçmə və taylaşdırma nəticəsində alınmışdır. 1970-ci ildə müstəqil cins kimi təsdiq olunmuşdur. Konstitusiyası möhkəm, dərisi qalın, az tüklüdür. Döş qucumu 196–214 sm-dir. Ana camışların çəkisi 400–500 kq-dır; törədici kəllərin çəkisi 800–1000 kq-a çatır. Azərbaycanda camışçılıq Şəki– Zaqatala, Quba–Xaçmaz zonalarında, Muğan-Salyan, Kür-Araz ovalıqlarının aran bölgələrində yetişdirilir. İldə orta hesabla 1300–1500 kq (rekord sağım 3500–3700 kq) süd verir; südün yağlılığı 8–10%-dir. Ət çıxımı 45–52%-dir. Azərbaycan camışlarının süd və ət məhsuldarlığını artırmaq üçün Hindista-nın "Murrah" camış cinsinin törədici kəl-lərindən və toxumundan istifadə edilir.
Camışçılıq Azərbaycanda südlük və ətlik istiqaməli olmuşdur. Südündən yerli əhalinin çox sevdiyi əla keyfiyyətli qatıq və süzmə, qaymaq, ayran və şor hazırlanır. Camış qatığı inək və qoyun qatığından qatı və yağlılığı ilə seçilir. Bu səbəbdən qiymətli hesab edilir. Qatıq və ayranının profilaktik əhəmiyyəti vardır. Azərbaycanda camış südünün standart yağlılığı orta hesabla 7,6 % olur. Nadir hallarda yüksək olma ehtimalı vardır. Sovet dönəmində camışlar 300 günlük sağım dövründə yemləmə və saxlama şəraitindən asılı olaraq 700–1500 kq və daha çox süd verirdilər. Son zamanlar aparılan damazlıq işləri ilə əlaqədar Azərbaycan camışlarının 2000–3000 kq süd verməsi müəyyən edilmişdir.
1991-ci ildə Bolqarıstanın Varna şəhərində prezidenti, BMT FAO (Kənd Təsərrüfatı) təkilatının məruzəçisi, Misirdən olan Şalaşı öz çıxışında Qafqazda ilk əhəlləşdirilmiş məhsul verən canlının camış olması fikirini irəli sürmüşdür.
Yerli üsul ilə nehrə çalxalamaqla 11–12 kq süddən 1 kq yağ əldə edilir. Halbuki, 1 kq yağ əldə etmək məqsədi ilə 22–24 kq inək südü tələb olunur.
Azərbaycanda camışın balası Balaq adlanır. Erkəklərinə isə Kəl deyilir.
1991-ci il məlumatına əsasən keçmiş SSRİ ərazisində 550 000 baş camış olmuşdur ki, onunda 85 % Azərbaycan SSR payına düşürdü. Üstəlik Qafqazda olan (xüsusi ilə Gürcüstan, Ermənistan və Dağıstan) camışların böyük qismi azərbaycanlıların həyətlərində saxlanılırdı.
Azərbaycanda müstəqillik illərində camışçılığa maraq olduqca azalmışdır. 2015-ci ildə 249.1 min, 2016-cı ildə 239.2 min, 2017-ci ildə 211.4 min, 2018-ci ildə isə 193.6 min başa qədər azlmışdır. Azərbaycanda illərə görə camışların sayı:
İllər | Camışların sayı (min) | Ana camışların sayı (min) |
---|---|---|
1968 | 425,8 | 161,5 |
1969 | 403,8 | 154,1 |
2004 | 308,6 | 147,9 |
2005 | 302,8 | 145,9 |
2006 | 298,9 | 142,4 |
2007 | 298,7 | 142,6 |
2008 | 288,4 | 137,0 |
2009 | 282,7 | 133,7 |
2010 | 277,1 | 131,3 |
2011 | 269,4 | 128,3 |
2012 | 265,9 | 126,6 |
2013 | 260,9 | 123,9 |
2014 | 256,7 | 120,2 |
İri camışçılıq rayonlarında camışların baş sayının azalması davam edir. Bunula belə 2001-ci ildə camışçılığın inkişafı məqsədi ilə Azərbaycan Camışçılıq Cəmiyyəti yaradılmışdır. Azərbaycanda 2005-ci ilə olan məlumata əsasən Yevlax rayonunda 28037 baş, Ağcabədi rayonunda 13166 baş, Bərdə rayonunda 16196 baş, Ağsu rayonunda 10015 baş, Beyləqan rayonunda 5109 baş, 2000-ci ilə görə isə Goranboy rayonunda 3487 baş, Şəmkir rayonunda 2860 baş, Kürdəmir rayonunda 14370 baş camış olmuşdur.
Əhəmiyyəti
Azərbaycanda tarixən camış kəlləri vasitəsilə xırmanlarda taxıl döyülür və yer şumlanırdı. Bu işlər hətta 1940-cı illərin sonlarına kəllərin köməyi ilə həyata keçirilirdi. Camış dərisi qalın və dözümlü olduğundan müxtəlif dəri məmulatları hazırlanırdı. Hətta camış gönündən möhkəm və yüksək keyfiyyətli Şatrı adlı çarıq hazırlanırdı.
Hazırda camış qatığı, qaymağı və yağı digər ev heyvanlarının eyni adı məhsullarından qiymətli hesab edilir. Ətinə gəldikdə isə əsasən balaq əti yeyilir. Hazırda balaq ətinin 1 kiloqramı 8 manata satılır.
Camışçılığın inkişafında rolu olan alimlər
Azərbaycanda camışçılığın inkişafında böyük rolu olan alimlərdən Ağaxan Ağabəylini, Zülfüqar Verdiyevi, Cahangir Axundovu, Turan Turabovu, Fikrət Abdinovu və s. adını çəkmək olar.
Maraqlı fakt
- 1960-cı illərdə Şəki rayonun Daşüz camışçılıq təsərrüfatında "Bülbül" ləqəbli camışın südündə yağlılıq səviyyəsi 14 % olmuşdur. Bu isə camışçılıqda olduqca nadir hadisədir.
- Azərbaycan SSR Ali Sovetinin deputatı olan camışların maşınla sağılması üzrə keçirilən ümumittifaq yarışının qalibi olmuşdur. O, hər camışdan 1647 kq süd sağaraq respublika birincisi olmuşdur.
İstinadlar
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan/ Kənd Təsərrüfatı Elmləri. Heyvandarlıq. səh 596.
- "Azərbaycan su camışı". 2014-06-19 tarixində . İstifadə tarixi: 2016-09-04.
- "Qafqaz camışı". 2020-12-05 tarixində . İstifadə tarixi: 2016-09-04.
- [1] 2022-03-26 at the Wayback Machine Sovet Ensiklopediyası. Camışlar
- Azərbaycan Milli Ensiklopediyası/ II CİLD // Azərbaycan camışı. səh 487.
- Azərbaycan Nazirlır Kabineti "Azərbaycan camışına keçmiş İttifaq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən "Qafqaz" camışı" adı verilməsi əsassız hesab edilməklə onun "Azərbaycan camışı" adı bərpa edilsin." [ölü keçid]
- "Azərbaycan camışı, ev heyvanı". 2022-03-26 tarixində . İstifadə tarixi: 2016-09-04.
- "Qafqazın ilk əhəlləşdirilmiş məhsul verən canlısı". 2023-06-29 tarixində . İstifadə tarixi: 2016-09-05.
- Azərbaycanda camışçılıqla bağlı son vəziyyət [ölü keçid]
- "The State Statistical Committee of the Republic of Azerbaijan". www.azstat.org. 2017-10-04 tarixində . İstifadə tarixi: 2019-01-25.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Azerbaycan camisi ve ya Qafqaz camisi Cenubi Qafqazda olan camislarin 70 faizi Azerbaycanda saxlanilir Gurcustanda ve Ermenistanda erazisinde camislar olduqca azliq teskil edir Sovet doneminde Cenubi Qafqaz camislari musteqil cins kimi qebul edilerek Qafqaz camis cinsi adlandirmislar Camislarin cox hissesinin Azerbaycan Respublikasinda oldugunu nezere alaraq Azerbaycan alimleri Cenubi Qafqazda olan butun camislari Azerbaycan camis cinsi adlandirmislar Bu 1992 ci ilde Azerbaycan Respublikasi Nazirler Kabinetinin qerari ile testiqlenmisdir Azerbaycan camisiElmi tesnifatXETA latin parametri doldurulmayib Beynelxalq elmi adiXETA HAQQINDA MELUMAT Bu parametr doldurulmayib latinSekil axtarisi Azerbaycanda camisciligin tarixi uzaq kecmislere gedib cixir Olkenin tebii iqlim seraiti heyvandarligin bu sahesinin intensiv inkisafi ucun olduqca elverislidir Xususi ile Kur Araz qiragi Qazax Qarabag duzlerinde yetisdirilmisdir Bu canlilarin yeme az telebkar olmasi ve duzenin isti subasar erazileri camislarin yetisdirilmesine imkan verir Xususi ile qamislarla qidalanirlar Bu ise onun saxlanilmasini asanlasdirir XususiyyetleriAzerbaycan camislari qara renge malik olurlar Bu ise gunes sualarinin onlara ciddi tesir gostermesine bedeninin qizdirmasina imkan verir Isti gunlerde nohurlar bataqliq durgun sular golmeceler ve ya yaxud cay yataqlarinda uzanmagi sevirler Suda olduqda camisin ancaq basi kenarda qalir bu da onun suda yasamaq adeti ile elaqedardir Bu cins camislar arasinda nadir hallarda ag rengli camislar dogulur Bu heyvanlari albinos camislar adlandirirlar Albinos camislar cox yasamir ve nesil vermirler Orta koklukde olan camislarda diri cekinin 0 5 faizini dil 0 86 faizini piyle birlikde boyrek 0 25 faizini beyin 4 34 faizini icalat 1 12 faizini bas eti 5 2 faizini isgenbe ve torcuq teskil edir Ineklerden ferqli olaraq saxtaya dozumsuzdurler Inekler 20 C saxtaya dozdukleri halda camislar 1 C saxtada artiq eziyyet cekirler Sebeb ise camis orqaniziminde piyin az olmasi ile izah edilir Camislar ineklere nisbeten az sud verir Azerbaycan camisi gun erzinde 3 4 kq sud verir Azerbaycanda sudunun orta yagligi 8 16 olur Cenubi Qafqaz bolgesinde 6 12 arasinda deyisir Bol su icdikde sudlerini 8 10 artira bilirler Bu cins camislar teserrufatda 20 21 yasinadek saxlamaq olur 8 9 yasindan etibaren qocalma elametleri meydana gelir Getdikce sudlerini azaldirlar Azerbaycanda orta yararliliq muddeti 16 ildir Disilerin damazliq fermalarda maksimal cekisi 686 kq erkeklerde ise 720 kiloqrama catir Bezileri vardir ki 900 1000 kq ceki ala bilir Bogazliq dovru 305 gun davam edir Balalar yenice dogularken 30 35 kq cekiye sahib olurAzerbaycanda camisciliqAzerbaycanda yaradilmis sudluk etlik yeni qaramal cinsi 1935 ci ilden baslayaraq akademik A E Agabeylinin rehberliyi ile aparilan seleksiya damazliq isleri ve normal besleme seraitinde secme ve taylasdirma neticesinde alinmisdir 1970 ci ilde musteqil cins kimi tesdiq olunmusdur Konstitusiyasi mohkem derisi qalin az tukludur Dos qucumu 196 214 sm dir Ana camislarin cekisi 400 500 kq dir toredici kellerin cekisi 800 1000 kq a catir Azerbaycanda camisciliq Seki Zaqatala Quba Xacmaz zonalarinda Mugan Salyan Kur Araz ovaliqlarinin aran bolgelerinde yetisdirilir Ilde orta hesabla 1300 1500 kq rekord sagim 3500 3700 kq sud verir sudun yagliligi 8 10 dir Et ciximi 45 52 dir Azerbaycan camislarinin sud ve et mehsuldarligini artirmaq ucun Hindista nin Murrah camis cinsinin toredici kel lerinden ve toxumundan istifade edilir Camisciliq Azerbaycanda sudluk ve etlik istiqameli olmusdur Sudunden yerli ehalinin cox sevdiyi ela keyfiyyetli qatiq ve suzme qaymaq ayran ve sor hazirlanir Camis qatigi inek ve qoyun qatigindan qati ve yagliligi ile secilir Bu sebebden qiymetli hesab edilir Qatiq ve ayraninin profilaktik ehemiyyeti vardir Azerbaycanda camis sudunun standart yagliligi orta hesabla 7 6 olur Nadir hallarda yuksek olma ehtimali vardir Sovet doneminde camislar 300 gunluk sagim dovrunde yemleme ve saxlama seraitinden asili olaraq 700 1500 kq ve daha cox sud verirdiler Son zamanlar aparilan damazliq isleri ile elaqedar Azerbaycan camislarinin 2000 3000 kq sud vermesi mueyyen edilmisdir 1991 ci ilde Bolqaristanin Varna seherinde prezidenti BMT FAO Kend Teserrufati tekilatinin meruzecisi Misirden olan Salasi oz cixisinda Qafqazda ilk ehellesdirilmis mehsul veren canlinin camis olmasi fikirini ireli surmusdur Yerli usul ile nehre calxalamaqla 11 12 kq sudden 1 kq yag elde edilir Halbuki 1 kq yag elde etmek meqsedi ile 22 24 kq inek sudu teleb olunur Azerbaycanda camisin balasi Balaq adlanir Erkeklerine ise Kel deyilir 1991 ci il melumatina esasen kecmis SSRI erazisinde 550 000 bas camis olmusdur ki onunda 85 Azerbaycan SSR payina dusurdu Ustelik Qafqazda olan xususi ile Gurcustan Ermenistan ve Dagistan camislarin boyuk qismi azerbaycanlilarin heyetlerinde saxlanilirdi Azerbaycanda musteqillik illerinde camisciliga maraq olduqca azalmisdir 2015 ci ilde 249 1 min 2016 ci ilde 239 2 min 2017 ci ilde 211 4 min 2018 ci ilde ise 193 6 min basa qeder azlmisdir Azerbaycanda illere gore camislarin sayi Iller Camislarin sayi min Ana camislarin sayi min 1968 425 8 161 51969 403 8 154 12004 308 6 147 92005 302 8 145 92006 298 9 142 42007 298 7 142 62008 288 4 137 02009 282 7 133 72010 277 1 131 32011 269 4 128 32012 265 9 126 62013 260 9 123 92014 256 7 120 2 Iri camisciliq rayonlarinda camislarin bas sayinin azalmasi davam edir Bunula bele 2001 ci ilde camisciligin inkisafi meqsedi ile Azerbaycan Camisciliq Cemiyyeti yaradilmisdir Azerbaycanda 2005 ci ile olan melumata esasen Yevlax rayonunda 28037 bas Agcabedi rayonunda 13166 bas Berde rayonunda 16196 bas Agsu rayonunda 10015 bas Beyleqan rayonunda 5109 bas 2000 ci ile gore ise Goranboy rayonunda 3487 bas Semkir rayonunda 2860 bas Kurdemir rayonunda 14370 bas camis olmusdur Ehemiyyeti Azerbaycanda tarixen camis kelleri vasitesile xirmanlarda taxil doyulur ve yer sumlanirdi Bu isler hetta 1940 ci illerin sonlarina kellerin komeyi ile heyata kecirilirdi Camis derisi qalin ve dozumlu oldugundan muxtelif deri memulatlari hazirlanirdi Hetta camis gonunden mohkem ve yuksek keyfiyyetli Satri adli cariq hazirlanirdi Hazirda camis qatigi qaymagi ve yagi diger ev heyvanlarinin eyni adi mehsullarindan qiymetli hesab edilir Etine geldikde ise esasen balaq eti yeyilir Hazirda balaq etinin 1 kiloqrami 8 manata satilir Camisciligin inkisafinda rolu olan alimlerAzerbaycanda camisciligin inkisafinda boyuk rolu olan alimlerden Agaxan Agabeylini Zulfuqar Verdiyevi Cahangir Axundovu Turan Turabovu Fikret Abdinovu ve s adini cekmek olar Maraqli fakt1960 ci illerde Seki rayonun Dasuz camisciliq teserrufatinda Bulbul leqebli camisin sudunde yagliliq seviyyesi 14 olmusdur Bu ise camisciliqda olduqca nadir hadisedir Azerbaycan SSR Ali Sovetinin deputati olan camislarin masinla sagilmasi uzre kecirilen umumittifaq yarisinin qalibi olmusdur O her camisdan 1647 kq sud sagaraq respublika birincisi olmusdur IstinadlarAzerbaycan Milli Ensiklopediyasi Azerbaycan Kend Teserrufati Elmleri Heyvandarliq seh 596 Azerbaycan su camisi 2014 06 19 tarixinde Istifade tarixi 2016 09 04 Qafqaz camisi 2020 12 05 tarixinde Istifade tarixi 2016 09 04 1 2022 03 26 at the Wayback Machine Sovet Ensiklopediyasi Camislar Azerbaycan Milli Ensiklopediyasi II CILD Azerbaycan camisi seh 487 Azerbaycan Nazirlir Kabineti Azerbaycan camisina kecmis Ittifaq Kend Teserrufati Nazirliyi terefinden Qafqaz camisi adi verilmesi esassiz hesab edilmekle onun Azerbaycan camisi adi berpa edilsin olu kecid Azerbaycan camisi ev heyvani 2022 03 26 tarixinde Istifade tarixi 2016 09 04 Qafqazin ilk ehellesdirilmis mehsul veren canlisi 2023 06 29 tarixinde Istifade tarixi 2016 09 05 Azerbaycanda camisciliqla bagli son veziyyet olu kecid The State Statistical Committee of the Republic of Azerbaijan www azstat org 2017 10 04 tarixinde Istifade tarixi 2019 01 25