Viktor Aleksandroviç Kabanov (15 yanvar 1934, Moskva, RSFSR, SSRİ – 31 mart 2006, Moskva) – Sovet və Rusiya kimyaçısı, polimerlər üzrə mütəxəssis, professor, kimya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının (REA) akademiki, Rəyasət Heyətinin üzvü və REA-nın Kimya və materiallar elmləri şöbəsinin akademik-katibi, Lenin, Dövlət və Davıdov müküfatları laureatı.
Viktor Kabanov | |
---|---|
Doğum tarixi | 15 yanvar 1934 |
Doğum yeri | |
Vəfat tarixi | 31 mart 2006 (72 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Elm sahələri | kimya |
Elmi dərəcəsi | |
İş yerləri |
|
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları | |
Həyatı
15 yanvar 1934-cü il tarixində Moskvada professor A. N. Kabanovun ailəsində dünyaya göz açıb. 1956-cı ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsini bitirib və həmin il MDU-nun Yüksək molekullu birləşmələr kafedrasına qəbul olunub. 1960-cı ildə namizədlik, 1966-cı ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 1968-ci ildən SSRİ Elmlər Akademiyasının müxbir üzvü, 1975–1991-ci illərdə SSRİ Elmlər Akademiyasının Ümumi və texniki kimya şöbəsinin akademik-katibinin müavini vəzifəsində çalışıb. 1987-ci ildə SSRİ Elmlər Akademiyasının həqiqi üzvü seçilib. 1988-ci ildən SSRİ Elmlər Akademiyasının (1991-ci ildən Rusiya Elmlər Akademiyasının) Rəyasət Heyətinin üzvü olub. 1988–2002-ci illərdə SSRİ Elmlər Akademiyasının Yüksək molekullu birləşmələr üzrə Elmi Şurasının sədri, 1991–2002-ci illərdə isə Rusiya Elmlər Akademiyasının Ümumi və texniki kimya şöbəsinin akademik-katibi vəzifəsini yerinə yetirib. Eyni zamanda M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Yüksək molekullu birləşmələr kafedrasının müdiri, "Rusiya Elmlər Akademiyasının Hesabatları" jurnalının baş redaktoru, "Yüksək molekullu birləşmələr" jurnalının redaksiya heyətinin üzvü olub.
1977–1981-ci illərdə Beynəlxalq Nəzəri və Tətbiqi Kimya İttifaqının Yüksək molekullu birləşmələr şöbəsinin sədri seçilən ilk rus alimi, Belçika Kral Akademiyasının xarici üzvü, Avropa Elmlər Akademiyasının üzvü, Ukrayna Milli Elmlər Akademiyasının xarici üzvü olub. 31 mart 2006-cı il tarixində vəfat edib. Moskvada Novodevichy qəbiristanlığında dəfn edilib.
Elmi fəaliyyəti
Viktor Kabanov — polimer elmi sahəsində dünya liderlərindən biri, böyük elmi məktəbin yaradıcısıdır. Onun əsas tədqiqat sahələri: kinetika və polimerləşmə mexanizmi, interpolimerlər kompleksləri və interpolielektrolit reaksiyaları, biopolimerlərin modelləşdirilməsi və bioloji aktiv polimer maddələrin yaradılması, polimer metal kompleksləri və gel-immobilizə olunmuş metal kompleks katalizatorları.
Kabanovun fundamental elmi nailiyyətləri arasında "Şüşə- kristal" faza keçidində bərk monomerlərin aşağı temperaturda yüksək sürətlə polimerləşməsi fenomeninin kəşvi və izahı mühüm yer tutur. Onun tərəfindən keşf edilən polianionlar üzərində 4-vinilpiridinin kortəbii polimerləşməsi biomakromolekulların formalaşmasını modelləşdirən qeyri-təbii polimerin ilk spesifik matriks sintezi olub.
Kabanov polimerləşmə proseslərinin xüsusi bir növü kimi vinil və allil monomerlərin kompleks-radikal polimerləşməsi konsepsiyasını yaratmış və əsaslandırmış, ion monomerlərin radikal polimerləşməsinin əsas xüsusiyyətlərini izah etmişdir. "Molekulyar tanınması" və supramolekulyar polielektrolit strukturlarının özü özünə yığılmasında həlledici rol oynayan interpolielektrolit komplekslərində makromolekulyar mübadiləsi və əvəz reaksiyasını keşf edib və araşdırıb. Alimin bu keşfi yeni nəsil peyvəndlərin yaradılmasında mühüm rol oynayıb.
Yeni texnologiyalar və tətbiqi
Fundamental tədqiqatlar üzərində işləyən Viktor Kabanov, eyni zamanda, onların tətbiqi ilə də məşğul olub. Onun rəhbərliyi altında aşağıdakı texnologiyalar inkişaf etdirilmiş və həyata keçirilmişdir: davamlı polipropilen iplərin istehsalı, "Grippol" – qripə qarşı ilk tam sintetik peyvənd və interpolielektrolit kompleksləri əsasında Çernobıl qəzası zonasında radioaktiv tozun yayılmasının qarşısını alan üsul.
Çernobıl qəzası
1986–1987-ci illərdə Viktor Kabanov, şöbəsinin digər üzvləri ilə Çernobıl qəzasının fəsadlarının aradan qaldırılmasında iştirak edib. O, tozun yayılmaması üçün polimer resept hazırlayaraq tətbiq etmişdir.
Mükafatlar, təltiflər
1975 — "Şərəf nişanı" ordeni
1984 – S. V. Lebedev adına SSRİ Elmlər Akademiyasının Mükafatı
1980 — Lenin mükafatı laureatı
1984–1986 – Qırmızı Əmək Bayrağı ordeni (Çernobılə görə)
1991 — Lenin ordeni
1994 — Xalqlar dostluğu ordeni
1995 — Yaponiya Polimer Cəmiyyətinin Beynəlxalq Mükafatı
1999 – Lomonosov mükafatı, akademik B. E. Sokolov adına Elmə Dəstək Fondunun mükafatı, III dərəcəli "Vətənə xidmətə görə" ordeni
2001 — Rusiya Dövlət Mükafatı və Demidov müküfatı.
İstinadlar
- Кабанов Виктор Александрович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Viktor Aleksandrovic Kabanov 15 yanvar 1934 Moskva RSFSR SSRI 31 mart 2006 Moskva Sovet ve Rusiya kimyacisi polimerler uzre mutexessis professor kimya elmleri doktoru Rusiya Elmler Akademiyasinin REA akademiki Reyaset Heyetinin uzvu ve REA nin Kimya ve materiallar elmleri sobesinin akademik katibi Lenin Dovlet ve Davidov mukufatlari laureati Viktor KabanovDogum tarixi 15 yanvar 1934 1934 01 15 Dogum yeri Moskva RSFSR SSRIVefat tarixi 31 mart 2006 2006 03 31 72 yasinda Vefat yeri Moskva RusiyaDefn yeri Novodevicye qebiristanligiElm saheleri kimyaElmi derecesi kimya elmleri doktoruIs yerleri Moskva Dovlet Universiteti Kimya fakultesi d Moskva Dovlet UniversitetiTehsili Moskva Dovlet Universiteti Kimya fakultesi d Uzvluyu Rusiya Elmler Akademiyasi SSRI Elmler Akademiyasi Ukrayna Milli Elmler AkademiyasiMukafatlariHeyati15 yanvar 1934 cu il tarixinde Moskvada professor A N Kabanovun ailesinde dunyaya goz acib 1956 ci ilde M V Lomonosov adina Moskva Dovlet Universitetinin Kimya fakultesini bitirib ve hemin il MDU nun Yuksek molekullu birlesmeler kafedrasina qebul olunub 1960 ci ilde namizedlik 1966 ci ilde ise doktorluq dissertasiyasini mudafie edib 1968 ci ilden SSRI Elmler Akademiyasinin muxbir uzvu 1975 1991 ci illerde SSRI Elmler Akademiyasinin Umumi ve texniki kimya sobesinin akademik katibinin muavini vezifesinde calisib 1987 ci ilde SSRI Elmler Akademiyasinin heqiqi uzvu secilib 1988 ci ilden SSRI Elmler Akademiyasinin 1991 ci ilden Rusiya Elmler Akademiyasinin Reyaset Heyetinin uzvu olub 1988 2002 ci illerde SSRI Elmler Akademiyasinin Yuksek molekullu birlesmeler uzre Elmi Surasinin sedri 1991 2002 ci illerde ise Rusiya Elmler Akademiyasinin Umumi ve texniki kimya sobesinin akademik katibi vezifesini yerine yetirib Eyni zamanda M V Lomonosov adina Moskva Dovlet Universitetinin Yuksek molekullu birlesmeler kafedrasinin mudiri Rusiya Elmler Akademiyasinin Hesabatlari jurnalinin bas redaktoru Yuksek molekullu birlesmeler jurnalinin redaksiya heyetinin uzvu olub 1977 1981 ci illerde Beynelxalq Nezeri ve Tetbiqi Kimya Ittifaqinin Yuksek molekullu birlesmeler sobesinin sedri secilen ilk rus alimi Belcika Kral Akademiyasinin xarici uzvu Avropa Elmler Akademiyasinin uzvu Ukrayna Milli Elmler Akademiyasinin xarici uzvu olub 31 mart 2006 ci il tarixinde vefat edib Moskvada Novodevichy qebiristanliginda defn edilib Elmi fealiyyetiViktor Kabanov polimer elmi sahesinde dunya liderlerinden biri boyuk elmi mektebin yaradicisidir Onun esas tedqiqat saheleri kinetika ve polimerlesme mexanizmi interpolimerler kompleksleri ve interpolielektrolit reaksiyalari biopolimerlerin modellesdirilmesi ve bioloji aktiv polimer maddelerin yaradilmasi polimer metal kompleksleri ve gel immobilize olunmus metal kompleks katalizatorlari Kabanovun fundamental elmi nailiyyetleri arasinda Suse kristal faza kecidinde berk monomerlerin asagi temperaturda yuksek suretle polimerlesmesi fenomeninin kesvi ve izahi muhum yer tutur Onun terefinden kesf edilen polianionlar uzerinde 4 vinilpiridinin kortebii polimerlesmesi biomakromolekullarin formalasmasini modellesdiren qeyri tebii polimerin ilk spesifik matriks sintezi olub Kabanov polimerlesme proseslerinin xususi bir novu kimi vinil ve allil monomerlerin kompleks radikal polimerlesmesi konsepsiyasini yaratmis ve esaslandirmis ion monomerlerin radikal polimerlesmesinin esas xususiyyetlerini izah etmisdir Molekulyar taninmasi ve supramolekulyar polielektrolit strukturlarinin ozu ozune yigilmasinda helledici rol oynayan interpolielektrolit komplekslerinde makromolekulyar mubadilesi ve evez reaksiyasini kesf edib ve arasdirib Alimin bu kesfi yeni nesil peyvendlerin yaradilmasinda muhum rol oynayib Yeni texnologiyalar ve tetbiqi Fundamental tedqiqatlar uzerinde isleyen Viktor Kabanov eyni zamanda onlarin tetbiqi ile de mesgul olub Onun rehberliyi altinda asagidaki texnologiyalar inkisaf etdirilmis ve heyata kecirilmisdir davamli polipropilen iplerin istehsali Grippol qripe qarsi ilk tam sintetik peyvend ve interpolielektrolit kompleksleri esasinda Cernobil qezasi zonasinda radioaktiv tozun yayilmasinin qarsisini alan usul Cernobil qezasi 1986 1987 ci illerde Viktor Kabanov sobesinin diger uzvleri ile Cernobil qezasinin fesadlarinin aradan qaldirilmasinda istirak edib O tozun yayilmamasi ucun polimer resept hazirlayaraq tetbiq etmisdir Mukafatlar teltifler1975 Seref nisani ordeni 1984 S V Lebedev adina SSRI Elmler Akademiyasinin Mukafati 1980 Lenin mukafati laureati 1984 1986 Qirmizi Emek Bayragi ordeni Cernobile gore 1991 Lenin ordeni 1994 Xalqlar dostlugu ordeni 1995 Yaponiya Polimer Cemiyyetinin Beynelxalq Mukafati 1999 Lomonosov mukafati akademik B E Sokolov adina Elme Destek Fondunun mukafati III dereceli Vetene xidmete gore ordeni 2001 Rusiya Dovlet Mukafati ve Demidov mukufati IstinadlarKabanov Viktor Aleksandrovich Bolshaya sovetskaya enciklopediya rus v 30 t pod red A M Prohorov 3 e izd Moskva Sovetskaya enciklopediya 1969