Xalac yaşayış yeri — Şərur rayonunun Xələc kəndindən 200 m cənubda, Araz çayının sol sahilində, eyni adlı dağın şimal yamacında yerləşən Eneolit dövrünə aid yaşayış yeri. Bütövlükdə Xələc yaşayış yeri e.ə. IV-III minillikləri əhatə edir.
Xələc yaşayış yeri burada açılan mərmər daş karxanasında gedən işlər zamanı dağıdılmışdır. Onun salamat qalmış hissəsinin sahəsi 0,5 hektardır. Abidədən toplanan yerüstü materiallar boz və çəhrayı rəngli gil qab parçalarından, əmək alətlərindən ibarətdir.
Xələc yaşayış yerində 2009-cu ildə Abbas Seyidov və Vəli Baxşəliyevin rəhbərliyi ilə arxeoloji qazıntı aparılmışdır. Məlum olmuşdur ki, burada insanlar son eneolit dövründən məskunlaşmışdır.
Yaşayış yerindən aşkar olunan keramika özünəməxsus xüsusiyyətlərinə görə "Xalac keramikası" adlandırılmışdır. Boyalı qabları ilə fərqlənən "Xalac keramikası" Yaxın Şərq və Şərqi Anadolu ilə sıx əlaqələr şəraitində inkişaf etmişdir.
Yerli əhali Xələc abidəsinin yerləşdiyi ərazidən qəbiristanlıq kimi istifadə edərkən ətrafa çoxsaylı maddi mədəniyyət nümunələri səpələnmişdir. Buradan saman və qum qatışıqlı gildən əldə hazırlanmış qırmızı rəngli keramika məmulatları – küpə, xeyrə, kasa tipli qablar toplanmışdır. Qabların bir qisminin xarici səthində daraqvari alətlə işlənmiş naxışlar vardır. Digər qisminin xarici, bəzən də daxili səthləri müxtəlif çalarlı qırmızı və çəhrayı rəngli boya ilə örtülmüşdür. Bəzi nümunələr yapma, çərtmə və cızma üsulu ilə bəzədilmişdir.
Yaşayış yerindən dən daşları, obsidian və çaxmaqdaşı lövhələri tapılmışdır. Çaxmaqdaşı lövhələrinin kürək hissəsinin daraqvari alətlə bəzədilməsi diqqət çəkmişdir. Tədqiqatçılar Xələc tapıntılarının Ovçular təpəsi materialları ilə yaxın olduğunu qeyd etmişlər. Üzəri boyalı keramika nümunələri Urmiya gölünün şimalındakı Eneolit abidələrinin keamikası ilə analogiya təşkil edir.
Dağı ətəyindən çəkilən suvarma kanalının kənarlarında isə İlk Tunc dövrünə - Kür-Araz mədəniyyətinə aid keramika nümunələri aşkarlanmışdır. Yaşayış yerindən bir qədər kənarda Orta Tunc dövrünə aid bütöv boyalı qab nümunələri də tapılmışdır. Həmin qablar həm ornamentlərinə, həm də formalarına görə I Kültəpə qablarının eynidir.
İstinadlar
- А. Г. Сейидов – Памятники Куро-Аракской культуры Нахичевани, Баку, 1993
- Xələc məqaləsi, Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, səh 201
- N. H. Əliyev – Xələc Eneolit yaşayış yeri, Azərbaycan ali məktəb aspirantlarının VIII elmi konfransı (tezislər), Bakı, 1985
Mənbə
- Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild. Bakı: Elm, 2007.
- Seyidov A., Baxşəliyev V. Xələc. Bakı: Elm, 2010.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Xalac yasayis yeri Serur rayonunun Xelec kendinden 200 m cenubda Araz cayinin sol sahilinde eyni adli dagin simal yamacinda yerlesen Eneolit dovrune aid yasayis yeri Butovlukde Xelec yasayis yeri e e IV III minillikleri ehate edir Xelec yasayis yeri burada acilan mermer das karxanasinda geden isler zamani dagidilmisdir Onun salamat qalmis hissesinin sahesi 0 5 hektardir Abideden toplanan yerustu materiallar boz ve cehrayi rengli gil qab parcalarindan emek aletlerinden ibaretdir Xelec yasayis yerinde 2009 cu ilde Abbas Seyidov ve Veli Baxseliyevin rehberliyi ile arxeoloji qazinti aparilmisdir Melum olmusdur ki burada insanlar son eneolit dovrunden meskunlasmisdir Yasayis yerinden askar olunan keramika ozunemexsus xususiyyetlerine gore Xalac keramikasi adlandirilmisdir Boyali qablari ile ferqlenen Xalac keramikasi Yaxin Serq ve Serqi Anadolu ile six elaqeler seraitinde inkisaf etmisdir Yerli ehali Xelec abidesinin yerlesdiyi eraziden qebiristanliq kimi istifade ederken etrafa coxsayli maddi medeniyyet numuneleri sepelenmisdir Buradan saman ve qum qatisiqli gilden elde hazirlanmis qirmizi rengli keramika memulatlari kupe xeyre kasa tipli qablar toplanmisdir Qablarin bir qisminin xarici sethinde daraqvari aletle islenmis naxislar vardir Diger qisminin xarici bezen de daxili sethleri muxtelif calarli qirmizi ve cehrayi rengli boya ile ortulmusdur Bezi numuneler yapma certme ve cizma usulu ile bezedilmisdir Yasayis yerinden den daslari obsidian ve caxmaqdasi lovheleri tapilmisdir Caxmaqdasi lovhelerinin kurek hissesinin daraqvari aletle bezedilmesi diqqet cekmisdir Tedqiqatcilar Xelec tapintilarinin Ovcular tepesi materiallari ile yaxin oldugunu qeyd etmisler Uzeri boyali keramika numuneleri Urmiya golunun simalindaki Eneolit abidelerinin keamikasi ile analogiya teskil edir Dagi eteyinden cekilen suvarma kanalinin kenarlarinda ise Ilk Tunc dovrune Kur Araz medeniyyetine aid keramika numuneleri askarlanmisdir Yasayis yerinden bir qeder kenarda Orta Tunc dovrune aid butov boyali qab numuneleri de tapilmisdir Hemin qablar hem ornamentlerine hem de formalarina gore I Kultepe qablarinin eynidir IstinadlarA G Sejidov Pamyatniki Kuro Arakskoj kultury Nahichevani Baku 1993 Xelec meqalesi Naxcivan Ensiklopediyasi AMEA Baki 2002 seh 201 N H Eliyev Xelec Eneolit yasayis yeri Azerbaycan ali mekteb aspirantlarinin VIII elmi konfransi tezisler Baki 1985MenbeVeli Baxseli oglu Baxseliyev Azerbaycan arxeologiyasi Ali mekteb telebeleri ucun vesait I cild Baki Elm 2007 Seyidov A Baxseliyev V Xelec Baki Elm 2010 Hemcinin bax