Vladislav Stanislav Reymont (əsl soyadı Reyment, pol. Władysław Stanisław Reymont; 7 may 1867[…] – 5 dekabr 1925[…], Varşava) — Polşa yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1924).
Vladislav Reymont | |
---|---|
pol. Władysław Stanisław Reymont | |
Doğum adı | Władysław Stanisław Rejment |
Doğum tarixi | 7 may 1867[…] |
Vəfat tarixi | 5 dekabr 1925[…](58 yaşında) |
Vəfat yeri |
|
Fəaliyyəti | yazıçı, roman yazıçısı, ssenarist, nasir |
Fəaliyyət illəri | 1896-cı ildən |
Əsərlərinin dili | polyak dili |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Vladislav Stanislav Reymont polyak ədəbiyyatının yetirdiyi ikinci Nobel laureatıdır. Rodom yaxınlığında, ruhani ailəsində doğulmuşdu. Kilsədə orqan çalan atası doqquz uşağını çox çətinliklə dolandırırdı. Vladislav kiçik yaşlarından ehtiyacın hər üzünü görmüş və həqiqi "həyat universitetləri" keçmişdi.
Təbii ki, belə şəraitdə yaxşı təhsildən söhbət gedə bilməzdi. Reymont üç sinifli məktəbi başa vurduqdan sonra Varşavada dərzi şagirdi olmuşdu. Lakin fəhlə tətilində iştirakına görə Lodza, valideynlərinin yanına qaytarılmışdı. Dözülməz şərait onu evdən qaçmağa, səyyar teatr dəstəsinə qoşulmağa məcbur etmişdi. Aktyor mühiti xoşuna gəlsə də, istedadının olmadığını anlayıb teatrdan uzaqlaşmışdı.
Həyatda yerini tapmaq üçün əzablı axtarışlar bir neçə il davam etmişdi. O, hətta bir müddət Çenstoxovo şəhərindəki məşhur monastırda rahib olmuşdu. Sonda atasının yardımı ilə dəmir yolunda bələdçi vəzifəsinə düzəlmişdi. Yaşam mücadiləsinin sürdüyü bütün bu illərdə boş vaxtını ən sevimli məşğuliyyəti olan mütaliəyə sərf edirdi. Polyakcadan başqa dil bilməsə də, həm doğma ədəbiyyatını, həm də XIX əsr ingilis və fransız ədəbiyyatını mükəmməl öyrənmişdi.
Mütaliə onda yazmaq həvəsi yaratmışdı. "Nələr yazmırdım!? — deyə sonralar Reymont xatırlayırdı. — Dramlar, uzun-uzun romanlar, hekayələr, şerlər… Sonra isə hamısını cırıb yandırırdım". Nəhayət, o, yazılarından bəzilərini Varşavadakı tanışına göndərir və təəccübünə baxmayaraq 1893-cü ildə bir neçə novellasının həftəlik məcmuələrin birində çap edildiyini öyrənir. Bu ərəfədə dəmiryolundakı işini itirdiyindən yaradıcılıqla məşğul olmaq üçün Varşavaya yollanır. Yaxşı bələd olduğu mövzu — Çenstoxovo monastırına ziyarətə gələnlər haqqında yazdığı "Yasna Qora zəvvarlığı" sənədli povesti (1894) onun böyük ədəbiyyatda uğurlu debütü sayıla bilər.
Reymont "intellektual" yazıçı iddiasında olmadığından əsasən özünə yaxın mövzulardan yazmağı sevirdi. Onun "Komediant" romanının (1895) qəhrəmanı səyyar teatrın aktrisası olan qadın idi. "Fermentlər"də (1897) isə həyatda yerini tapmaq üçün şəhərdən kəndə dönən gəncin timsalında müəllifin öz başına gələnlər təsvir olunmuşdu. "Vəd edilmiş torpaq" (1899) əvvəlki iki əsərlə müqayisədə daha bitkin təsir bağışlayırdı. Vladislav Reymont Rusiya imperiyasının tekstil mərkəzinə çevrilmiş Lodzun timsalında sənayeləşmənin mənəviyyata vurduğu zərbələri, kapital dünyasının yırtıcı təbiətini göstərməyə çalışmışdı. Roman 15 dilə tərcümə olunmuşdur. Məşhur polyak rejissoru Ancey Vayda onun motivləri əsasında Polşada və ölkə xaricində populyar olan eyni adlı bədii film (1975) çəkmişdir.
Maddi vəziyyətinin nisbətən yaxşılaşması Reymonta səyahət imkanı yaratmışdı. O, Fransanı və digər Avropa ölkələrini gəzib-dolaşmışdı. Belə səyahətlərin birində, 1902-ci ildə Varşava-Vyana qatarında uğradığı yol qəzası hətta yazıçının xeyrinə olmuşdu. O, yüngül zədələnsə də, həkimlərdən ciddi bədən xəsarətləri və beyin silkələnməsi haqda arayış əldə etmiş və dəmiryol şirkətindən o dövrə görə böyük məbləğ — 40 min rubl almışdı. Qəzanın başqa bir xeyri yazıçının müalicə həkimi Aureliya Şatsnayder-Çablovska ilə evlənməsi olmuşdu. Bədbəxt təsadüfün xoşbəxt sonluğu — ailə qurması və maddi vəziyyətini yaxşılaşdırması Reymonta bütün vaxtını və enerjisini yaradıcılığa sərf etmək imkanı yaratmışdı.
1902–1908-ci illərdə polyak yazıçısı əsas əsərini — 4 cildlik "Kəndlilər" romanını çap etdirdi. Mövzusuna, ruh və koloritinə görə başdan-başa Polşaya bağlı olan bu roman-epopeyada tədqiqatçılar həm də müəyyən universallıq görür və onu Tomas Hardinin, Emil Zolyanın romanları ilə müqayisə edirlər. "Kəndlilər", həqiqətən də, böyük ilham və zəhmətin bəhrəsi idi. Müəllif sonrakı yaradıcılığında bu romandakı bədii sənətkarlıq səviyyəsinə yüksələ bilməmişdi. Onun digər əsərləri içərisində avtobioqrafik səciyyəli "Xəyalpərvər"i (1911) və Kostyuşko üsyanına həsr edilmiş üç cildlik "1794-cü il" tarixi romanını (1914–1918) fərqləndirmək mümkündür.
Reymont otuz cildə yaxın nəsr əsərlərinin müəllifidir. Onun "Üsyan" adlı sonuncu povesti (1924) antiutopiya janrında qələmə alınıb. Müəllif hüquq bərabərliyi uğrunda mübarizəyə qalxan heyvanların timsalında Sovet Rusiyasının bədii modelini yaratmışdı. Sonralar eyni mövzu ingilis yazıçısı Corc Oruellin də diqqətini cəlb etmişdi. Oruellin Reymontun kitabından nə qədərəcədə təsirləndiyini söyləmək çətindir. Lakin sosialist Polşasında (1945–1990-cı illər) hər iki müəllifin əsəri qadağan olunmuş ədəbiyyat siyahısına daxil idi.
1924-cü ildə Vladislav Reymont "görkəmli milli eposa — "Kəndlilər" romanına görə" Nobel mükafatına layiq görüldü. Knut Hamsunun "Torpağın gücü" romanından sonra İsveç Akademiyası ikinci dəfə konkret ədəbi əsərə görə mükafat vermişdi. Həmin il Reymontun rəqibləri Maksim Qorki, Tomas Mann və Tomas Hardi idi. Polyak ictimaiyyəti isə Nobel laureatı kimi Stefan Jeromskini görürdü. Lakin sonuncunun antialman mövqeyi vəziyyəti mürəkkəbləşdirdi və üstünlük Vladislav Reymonta verildi. Fransada, ciddi ürək çatışmazlığından müalicə olunan müəllif Stokholma, mükafatın təqdimat mərasiminə gedə bilməmişdi. İsveç Akademiyasına ünvanladığı qısa məktubda laureat yazırdı: "1922–1923-cü ildən ürəyimdə ağrılar başlayıb. Deməyə sözüm çoxdur. Yazmaq istəyirəm. Lakin bilmirəm, ölüm imkan verəcəkmi?".
Ölüm imkan vermədi. İki ildən sonra Reymont artıq həyatda yox idi.
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Wladyslaw Stanislaw Reymont // Encyclopædia Britannica (ing.).
Mənbə
- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.
Xarici keçidlər
- Vladislav Reymontun tərcümeyi-halı (rusca) və foto şəkilləri
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vikipediyada bu adli diger sexsler haqqinda da meqaleler var bax Vladislav Vladislav Stanislav Reymont esl soyadi Reyment pol Wladyslaw Stanislaw Reymont 7 may 1867 5 dekabr 1925 Varsava Polsa yazicisi Edebiyyat uzre Nobel mukafati laureati 1924 Vladislav Reymontpol Wladyslaw Stanislaw ReymontDogum adi Wladyslaw Stanislaw RejmentDogum tarixi 7 may 1867 1867 05 07 Vefat tarixi 5 dekabr 1925 1925 12 05 58 yasinda Vefat yeri Varsava Varsava voyevodlugu d Polsa RespublikasiFealiyyeti yazici roman yazicisi ssenarist nasirFealiyyet illeri 1896 ci ildenEserlerinin dili polyak diliMukafatlari Vikianbarda elaqeli mediafayllarHeyatiVladislav Stanislav Reymont polyak edebiyyatinin yetirdiyi ikinci Nobel laureatidir Rodom yaxinliginda ruhani ailesinde dogulmusdu Kilsede orqan calan atasi doqquz usagini cox cetinlikle dolandirirdi Vladislav kicik yaslarindan ehtiyacin her uzunu gormus ve heqiqi heyat universitetleri kecmisdi Tebii ki bele seraitde yaxsi tehsilden sohbet gede bilmezdi Reymont uc sinifli mektebi basa vurduqdan sonra Varsavada derzi sagirdi olmusdu Lakin fehle tetilinde istirakina gore Lodza valideynlerinin yanina qaytarilmisdi Dozulmez serait onu evden qacmaga seyyar teatr destesine qosulmaga mecbur etmisdi Aktyor muhiti xosuna gelse de istedadinin olmadigini anlayib teatrdan uzaqlasmisdi Heyatda yerini tapmaq ucun ezabli axtarislar bir nece il davam etmisdi O hetta bir muddet Censtoxovo seherindeki meshur monastirda rahib olmusdu Sonda atasinin yardimi ile demir yolunda beledci vezifesine duzelmisdi Yasam mucadilesinin surduyu butun bu illerde bos vaxtini en sevimli mesguliyyeti olan mutalieye serf edirdi Polyakcadan basqa dil bilmese de hem dogma edebiyyatini hem de XIX esr ingilis ve fransiz edebiyyatini mukemmel oyrenmisdi Mutalie onda yazmaq hevesi yaratmisdi Neler yazmirdim deye sonralar Reymont xatirlayirdi Dramlar uzun uzun romanlar hekayeler serler Sonra ise hamisini cirib yandirirdim Nehayet o yazilarindan bezilerini Varsavadaki tanisina gonderir ve teeccubune baxmayaraq 1893 cu ilde bir nece novellasinin heftelik mecmuelerin birinde cap edildiyini oyrenir Bu erefede demiryolundaki isini itirdiyinden yaradiciliqla mesgul olmaq ucun Varsavaya yollanir Yaxsi beled oldugu movzu Censtoxovo monastirina ziyarete gelenler haqqinda yazdigi Yasna Qora zevvarligi senedli povesti 1894 onun boyuk edebiyyatda ugurlu debutu sayila biler Reymont intellektual yazici iddiasinda olmadigindan esasen ozune yaxin movzulardan yazmagi sevirdi Onun Komediant romaninin 1895 qehremani seyyar teatrin aktrisasi olan qadin idi Fermentler de 1897 ise heyatda yerini tapmaq ucun seherden kende donen gencin timsalinda muellifin oz basina gelenler tesvir olunmusdu Ved edilmis torpaq 1899 evvelki iki eserle muqayisede daha bitkin tesir bagislayirdi Vladislav Reymont Rusiya imperiyasinin tekstil merkezine cevrilmis Lodzun timsalinda senayelesmenin meneviyyata vurdugu zerbeleri kapital dunyasinin yirtici tebietini gostermeye calismisdi Roman 15 dile tercume olunmusdur Meshur polyak rejissoru Ancey Vayda onun motivleri esasinda Polsada ve olke xaricinde populyar olan eyni adli bedii film 1975 cekmisdir Maddi veziyyetinin nisbeten yaxsilasmasi Reymonta seyahet imkani yaratmisdi O Fransani ve diger Avropa olkelerini gezib dolasmisdi Bele seyahetlerin birinde 1902 ci ilde Varsava Vyana qatarinda ugradigi yol qezasi hetta yazicinin xeyrine olmusdu O yungul zedelense de hekimlerden ciddi beden xesaretleri ve beyin silkelenmesi haqda arayis elde etmis ve demiryol sirketinden o dovre gore boyuk mebleg 40 min rubl almisdi Qezanin basqa bir xeyri yazicinin mualice hekimi Aureliya Satsnayder Cablovska ile evlenmesi olmusdu Bedbext tesadufun xosbext sonlugu aile qurmasi ve maddi veziyyetini yaxsilasdirmasi Reymonta butun vaxtini ve enerjisini yaradiciliga serf etmek imkani yaratmisdi 1902 1908 ci illerde polyak yazicisi esas eserini 4 cildlik Kendliler romanini cap etdirdi Movzusuna ruh ve koloritine gore basdan basa Polsaya bagli olan bu roman epopeyada tedqiqatcilar hem de mueyyen universalliq gorur ve onu Tomas Hardinin Emil Zolyanin romanlari ile muqayise edirler Kendliler heqiqeten de boyuk ilham ve zehmetin behresi idi Muellif sonraki yaradiciliginda bu romandaki bedii senetkarliq seviyyesine yuksele bilmemisdi Onun diger eserleri icerisinde avtobioqrafik seciyyeli Xeyalperver i 1911 ve Kostyusko usyanina hesr edilmis uc cildlik 1794 cu il tarixi romanini 1914 1918 ferqlendirmek mumkundur Reymont otuz cilde yaxin nesr eserlerinin muellifidir Onun Usyan adli sonuncu povesti 1924 antiutopiya janrinda qeleme alinib Muellif huquq beraberliyi ugrunda mubarizeye qalxan heyvanlarin timsalinda Sovet Rusiyasinin bedii modelini yaratmisdi Sonralar eyni movzu ingilis yazicisi Corc Oruellin de diqqetini celb etmisdi Oruellin Reymontun kitabindan ne qederecede tesirlendiyini soylemek cetindir Lakin sosialist Polsasinda 1945 1990 ci iller her iki muellifin eseri qadagan olunmus edebiyyat siyahisina daxil idi 1924 cu ilde Vladislav Reymont gorkemli milli eposa Kendliler romanina gore Nobel mukafatina layiq goruldu Knut Hamsunun Torpagin gucu romanindan sonra Isvec Akademiyasi ikinci defe konkret edebi esere gore mukafat vermisdi Hemin il Reymontun reqibleri Maksim Qorki Tomas Mann ve Tomas Hardi idi Polyak ictimaiyyeti ise Nobel laureati kimi Stefan Jeromskini gorurdu Lakin sonuncunun antialman movqeyi veziyyeti murekkeblesdirdi ve ustunluk Vladislav Reymonta verildi Fransada ciddi urek catismazligindan mualice olunan muellif Stokholma mukafatin teqdimat merasimine gede bilmemisdi Isvec Akademiyasina unvanladigi qisa mektubda laureat yazirdi 1922 1923 cu ilden ureyimde agrilar baslayib Demeye sozum coxdur Yazmaq isteyirem Lakin bilmirem olum imkan verecekmi Olum imkan vermedi Iki ilden sonra Reymont artiq heyatda yox idi IstinadlarBibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Wladyslaw Stanislaw Reymont Encyclopaedia Britannica ing MenbeVilayet Quliyev Edebiyyat sahesinde Nobel mukafati laureatlari Baki Kitab alemi Nesriyyat Poliqrafiya Merkezi 2009 seh Xarici kecidlerVladislav Reymontun tercumeyi hali rusca ve foto sekilleriHemcinin bax