Kirk Kerkoryan (ing. Kirk Kerkorian Kirk Kerkorian, erm. Քըրք Քըրքորեան), Krikor Krikorian (erm. Գրիգոր Գրիգորեան ; 6 iyun 1917, Fresno, Kaliforniya, ABŞ – 15 iyun 2015, Los-Anceles, Kaliforniya) — erməni mənşəli Amerika iş adamı və milyarder. Qərargahı Beverly Hills, Kaliforniya ştatında yerləşən Tracinda Corporation holdinq şirkətinin prezidenti və sahibi olub. "Forbes" jurnalına görə 2007-ci ildə Kerkoryanın ümumi sərvəti 18 milyard dollar (Forbes siyahısında 7-ci yer), 2010-cu ildə — 3,1 milyard dollar (Forbes milyarderlər siyahısında 307-ci yer), 2012-ci ildə — 3,3 milyard dollar olaraq qiymətləndirilmişdir. 2015-ci ildə onun sərvəti təqribən 4.2 milyard dollar dəyərində idi. Las-Veqasdakı əsas iş adamlarından biri və "meqakurortun atası" kimi tanınırdı. Las-Veqasdakı otellərin və kazinoların 40% -i Kirk Kerkoryana məxsus idi. Beverli Hillsin ən varlı sakinlərindən biri idi.
Kirk Kerkoryan | |
---|---|
erm. Քըրք Քըրքորյան | |
Doğum tarixi | 6 iyun 1917 |
Doğum yeri | |
Vəfat tarixi | 15 iyun 2015(98 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | pilot, təşəbbüskar, maliyyəçi[d], boksçu, film prodüseri, iş adamı |
Fəaliyyət illəri | 1976-cı ildən |
Vikianbarda əlaqəli mediafayllar |
2004-cü ildə Ermənistanın Milli Qəhrəmanı adına layiq görülmüş və Vətən ordeni ilə təltif edilmişdir.
Tərcümeyi-hal
ABŞ-də Fresno şəhərində (Kaliforniya ştatı) erməni mühacir ailəsində anadan olmuşdur. 1800-cü illərin sonunda Maraşdan ABŞ-yə köç etmiş bir ailənin övladı idi. Atası Aharon Qriqoryan, anası Liliya Qriqoryan. 9 yaşından etibarən Kirk öz zəhməti ilə pul qazanmağa başladı. Səkkizinci sinifdən sonra avtomexanik işləmək və boksla məşğul olmaq üçün məktəbi tərk etdi. Qısa müddətdən sonra yerli həvəskarlar arası orta ağırlıqlı çəkidə çempion oldu.
1935-ci ilə qədər kiçik bizneslə məşğul idi. 1939-cu ildə aviasiya ilə maraqlanır.
Aviasiya məktəbində oxuyub, Britaniya Kral Hava Qüvvələrinin təlimatçı pilotu olub. İkinci Dünya Müharibəsinin veteranıdır. Müharibədən sonra Atlantik okeanı üzərindəki hərbi hava qüvvələri təyyarələrində uçdu və Atlantik üzərindən uçuşda həmin dövr üçün rekord vurdu. İkinci Dünya Müharibəsi illərində Mosquito bombardmançı təyyarələrini Kanadadan Britaniyaya daşınmasında iştirak edirdi.
İngiltərə Hərbi Hava Qüvvələrində cəmi iki il yarım müddətində 33 təyyarəni Avropaya uçaraq göndərdi. Bunun üçün hər birində min dollar aldığı əlli uçuş etdi. Sonradan bu pul o vaxt təcrübəsiz iş adamı olan Kirk üçün biznesdə başlanğıc kapitalı oldu. Pula sahib olduqdan sonra təyyarə ticarəti ilə məşğul olmağa başladı, eyni zamanda çarter aviakompaniyaları qurdu. O dövrdə Kirk Kirkoryan bu iş sahəsinin qabaqcıllarından idi.
1947-ci ildə 60 min dollara kiçik bir çarter firmasını, donanmasında cəmi üç təyyarəsi olan Los Angeles Air Service şirkətini satın aldı. Aviaşirkət Los Anceles və Las Vegası arasında uçuşlar edirdi. 1950-ci illərin sonlarında, Trans International Airlines, Transamerica Corporation və s. Kimi nəhəng şirkətlərlə sövdələşmələrə başladı və artıq milyonerə çevrilmişdi.
1962–1965-ci illərdə səhmlərlə işləyərək 5 il ərzində 37,6 milyon dollar qazandı.
1965-ci ildə Trans International Hava Yollarına qoşuldu və şirkətin ilkin açıq səhmlərini aldı. Sonrakı üç il ərzində şirkətin səhmlərinin qiyməti üç dəfədən çox artdı və 1968-ci ildə onu daha böyük Transamerica hava yollarına satdı. Müqavilənin şərtlərinə görə o 104 milyon dollar pul, həmçinin Transamerica-da təxminən 85 milyon dollar dəyərində böyük bir pay aldı.
1966-cı ildə təyyarə ticarəti ilə məşğul oldu və çarter aviaşirkətlərini açaraq 104 milyon dollar qazancla satdı. 1967-ci ildə Las Veqasdakı ən böyük hotelin (MGM Grand Hoteli) inşasına başlamaqla biznes istiqamətini dəyişdi. 1986-cı ildə həmin hoteli Renoda eyni adlı otel ilə birlikdə 594 milyon dollara satdı.
1968-ci ildə kino biznesinə başlamış və sonrakı illərdə Metro Goldwyn Mayerin (MGM) direktoru oldu, daha sonra United Artists (1976), Columbia Pictures (1980) və 20th Century Studios şirkətlərinə də rəhbərlik etdi. Səksəninci illər film istehsalı sahəsində passivlik ilə xarakterizə olunurdu və yaradıcı çatışmazlıq kino işinə təsir edə bilməzdi. Zərərlərə düçar olan Kerkoryan Columbia Pictures-dən yaxa qurtarmağa tələsdi və qumar biznesinə investisiya qoymağı daha etibarlı hesab etdi.
1987-ci ilin dekabrında Fortune ABŞ-nin ilk 400 milyonerinin siyahısını dərc etdi. Kerkoryan əlli birinci yerdə siyahıya daxil oldu. Üç il sonra United Artists şirkətini Avstraliya televiziya şəbəkəsinə bir milyard dollara satdı və otuz yeddinci yerə qədər irəlilədi.
90-cı illərin əvvəllərində Kirkoryan Chrysler Corporation avtomobil konserninin səhmlərini satın almağa başladı. Daha sonra, 6 may 1998-ci ildə, başqa bir şirkət — Alman Daimler-Benz ilə birləşmə elan edərək səhmlərinin qiymətinin bir günlük artması nəticəsində gündə 660 milyon dollar qazandı. İş adamı sonradan dəyəri 32 milyard avroya çatan şirkətin ən böyük səhmdarı olub.
Ayrıca, iş adamı Detroyt Üçlüyünün başqa bir istehsalçısı General Motorsun ən böyük səhmdarları sırasında idi.
Bundan başqa 1 milyard dollar dəyərində olan otellərə, kazinolara, yüksək səviyyəli aviaşirkətlərə və Las Veqasda Əyləncə Parkına sahib idi.
2008-ci ildə məşhur milyarder Kirk Kerkoryan ABŞ-nin üçüncü ən böyük avtomobil istehsalçısı " Ford "un 5,6% səhmlərini almaq üçün 861 milyon dollar ödəməli oldu. Nəticədə Kirk Kerkoryanın şirkəti Wellington Management (7.53%) və Brandes Investment Partners (7.35%) şirkətlərindən sonra Fordun üçüncü portfel investoru oldu.
Ermənistana və Qarabağa etdiyi yardımlar yeni yolların, o cümlədən strateji əhəmiyyətli magistral yolların təmiri və inşası, tunellərin və şəhər qurğularının yenilənməsinə imkan yaratdı. 1988-ci il zəlzələsindən zərər görən ərazilərdə fəlakət qurbanları yüzlərlə ev üçün tikdirdi. Bunlar Kirkoryan tərəfindən himayə edilən Lincy Xeyriyyə Fondu tərəfindən inşa edilmişdir. İlk dəfə 1998-ci ildə Ermənistana səfər edib. 1989-cu ildən sonra 26 il ərzində ABŞ-dən gələn maliyyə hesabına "Birləşmiş erməni fondu" vasitəsilə Ermənistan və Dağlıq Qarabağa 720 milyon dollar məbləğində humanitar yardım göndərib. Onun ölümü ilə "Birləşmiş erməni fondu" Ermənistan və Dağlıq Qarabağda fəaliyyətini dayandırıb. Hollivudda ilk dəfə "Qondarma erməni soyqırımı" mövzusunda olan Vədə filminin çəkilməsi üçün 100 milyon dollar ayırdı. Film romantik səhnələrlə dolu bir sevgi hekayəsi ətrafında soyqırımın təbliğatı idi.
Kirkorianın xeyriyyə dairəsi respublikanın mədəniyyət obyektlərinə də toxundu: muzeylər, teatrlar, sənət qalereyaları dəbdəbəli şəkildə yenidən qurulmuş və müasirləşdirilmişdi.
Rəqqasə Cin Mari Hardidən Treysi adında bir qızı və himayəsinə götürdüyü Linda adında başqa bir qızı vardı.
Fəxri adlar və mükafatlar
- Vətən ordeni ilə (27.05.2004) Ermənistanın Milli Qəhrəmanı adına layiq görülmüşdür (müstəsna ümummilli xidmətləri, Ermənistanın inkişafına və çiçəklənməsinə yönəlmiş fəaliyyətlərinə görə)
Müxtəlif
- 1890-cı ildə Kirkin babası Gaspar Xarberddən (Qərbi Ermənistan) Cənubi Kaliforniyaya köç etdi və San Joaquin Vadisində yerləşdi. On beş il sonra onun oğlu Hararon evləndi. Haharonun dörd övladı var idi. Kirk onların arasında ən gənc idi. Hararon 1921-ci ildə Amerikada iqtisadi böhran baş verənə qədər meyvə alveri ilə çətinliklə ailəsini dolandırırdı. Sonra özlərini təmin etmək üçün Kerkoryanailəsi Los-Anceles şəhərinə köçdülər.
- Kaliforniya, Beverly Hillsdə yerləşən öz holdinq şirkəti olan Tracinda Korporasiyasının prezidentidir. Şirkət iki qızı Tressi və Lindanın adını daşıyır. "Forbes" jurnalına görə, Kerkoryanın ümumi sərvəti 2007-ci ildə 15 milyard dollar olaraq qiymətləndirilib.
- Kirk müvəffəqiyyət qazanmaq formulunu belə izah edirdi. "Mən yalnız sümüyü tam çeynəməyə çalışmıram" deyə izah edir. — Səhm qiymətləri maksimuma çatana qədər gözləmirəm. Axı gözlənilmədən onlar düşə bilər. Mənfəət mənə ağlabatan görünəndə hərəkət edirəm və onları satıram."
- Milyarder şəxsi həyatını reklam etməyib. Las-Veqasın ətrafındakı lüks bir iqamətgahda yaşayırdı, dünya boyunca 18 milyon dollar dəyərində öz reaktiv təyyarəsi DC-9 və ya 45 metrlik yaxtasında səyahət edirdi.
Diaspora fəaliyyəti
- Kirk Kerkoryan ABŞ-dəki erməni diasporunun quruluş və təşkilatlarını da maliyyələşdirdi.
- 2010 — Los Angelesdəki Kaliforniya Universitetinə 200 milyon dollar bağışladı. Erməni tarixi adı altında "soyqırım" kafedrasının qurulmasını təmin etdi. Bir il sonra keçmiş həyat yoldaşı ilə birlikdə (Cin o vaxtlar artıq Blok soyadını almışdı) Kaliforniyanın Los Anceles Universitetində tibb araşdırmaları və elmi proqramlarını təbliğ edən, həmçinin xeyriyyəçilik təşəbbüslərini həyata keçirən "Xəyal Fondu" nun yaradıldığını elan etdi. Linsi Vəqfi bütün aktivlərini, eyni zamanda həyata keçirildiyi bütün xeyriyyəçilik proqramlarını Xəyal Fonduna bağışladı. 1989-cu ildə qurulan Linsi Vəqfi, tədqiqat və inkişaf proqramları və xeyriyyəçilik işlərinə 1,1 milyard dollardan çox pul bağışlamışdır. Lincy Fondu ABŞ və Ermənistandakı proqramları maliyyələşdirirdi. 2011-ci ildə Kirkoryan səbəb göstərmədən "Linsi" fondunun fəaliyyətini dondurub. Bir çox siyasətçi və ekspert bunu Kirkoryanın Ermənistandakı daxili situasiya və korrupsiyadan narazı qalması ilə əlaqələndirib.
- 2011 — Las Veqasda erməni mənşəli əfsanəvi tennisçi Andre Aqassinin qurduğu tennis akademiyasına 18 milyon dollar bağışladı.
Xatirəsi
Ermənistanda, Spitak zəlzələsindən zərər çəkmiş Gümrü və Spitak şəhərlərində ona abidələr qoyulub. Gümrünün əsas piyada küçələrindən biri onun adını daşıyır.
İstinadlar
- Kirk Kerkorian // Munzinger Personen (alm.).
- "U.S.-Armenian Tycoon Kirk Kerkorian Dies, by Emil Danielyan, Radio Liberty". 2023-07-24 tarixində . İstifadə tarixi: 2020-08-21.
- #7 Kirk Kerkorian 2017-07-12 at the Wayback Machine — Список миллиардеров Forbes, Forbes.com, 09.20.07
- #307 Kirk Kerkorian 2019-03-30 at the Wayback Machine — Список миллиардеров Forbes, Forbes.com, 03.10.10 (ing.)
- "Шарль Азнавур и Кирк Керкорян — Национальные Герои Армении". 2007-09-30 tarixində . İstifadə tarixi: 2020-08-21.
- "Hollivud devinin ölümü ermənilərə zərbə oldu". 2021-04-22 tarixində . İstifadə tarixi: 2020-08-24.
- "Başımıza hörülən corab başımıza keçirilən çuvaldan böyükdür — Yılmaz Özdil yazır". 2023-07-24 tarixində . İstifadə tarixi: 2020-08-24.
- Los Ancelesin ən varlı sakini Kirk Kerkoryan 2017-05-12 at the Wayback Machine. — VIP Armenia Community, 26 Jan 07
- Ованнисян, Арман. Фонд "Линси" прекращает свою деятельность и передаёт свои активы и программы UCLA 2017-04-27 at the Wayback Machine. — Радио Азатутюн, Февраль 15, 2011
- "Ermənistanda parlament seçkiləri öncəsi diaspor içində geopolitik mübarizə". 2022-03-30 tarixində . İstifadə tarixi: 2020-08-24.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Kirk Kerkoryan ing Kirk Kerkorian Kirk Kerkorian erm Քըրք Քըրքորեան Krikor Krikorian erm Գրիգոր Գրիգորեան 6 iyun 1917 Fresno Kaliforniya ABS 15 iyun 2015 Los Anceles Kaliforniya ermeni menseli Amerika is adami ve milyarder Qerargahi Beverly Hills Kaliforniya statinda yerlesen Tracinda Corporation holdinq sirketinin prezidenti ve sahibi olub Forbes jurnalina gore 2007 ci ilde Kerkoryanin umumi serveti 18 milyard dollar Forbes siyahisinda 7 ci yer 2010 cu ilde 3 1 milyard dollar Forbes milyarderler siyahisinda 307 ci yer 2012 ci ilde 3 3 milyard dollar olaraq qiymetlendirilmisdir 2015 ci ilde onun serveti teqriben 4 2 milyard dollar deyerinde idi Las Veqasdaki esas is adamlarindan biri ve meqakurortun atasi kimi taninirdi Las Veqasdaki otellerin ve kazinolarin 40 i Kirk Kerkoryana mexsus idi Beverli Hillsin en varli sakinlerinden biri idi Kirk Kerkoryanerm Քըրք ՔըրքորյանDogum tarixi 6 iyun 1917 1917 06 06 Dogum yeri Fresno Kaliforniya ABSVefat tarixi 15 iyun 2015 2015 06 15 98 yasinda Vefat yeri Los Anceles Los Anceles dairesi Kaliforniya ABSDefn yeri Inqlvud Park qebiristanligi d Fealiyyeti pilot tesebbuskar maliyyeci d bokscu film produseri is adamiFealiyyet illeri 1976 ci ilden Vikianbarda elaqeli mediafayllar 2004 cu ilde Ermenistanin Milli Qehremani adina layiq gorulmus ve Veten ordeni ile teltif edilmisdir Tercumeyi halABS de Fresno seherinde Kaliforniya stati ermeni muhacir ailesinde anadan olmusdur 1800 cu illerin sonunda Marasdan ABS ye koc etmis bir ailenin ovladi idi Atasi Aharon Qriqoryan anasi Liliya Qriqoryan 9 yasindan etibaren Kirk oz zehmeti ile pul qazanmaga basladi Sekkizinci sinifden sonra avtomexanik islemek ve boksla mesgul olmaq ucun mektebi terk etdi Qisa muddetden sonra yerli heveskarlar arasi orta agirliqli cekide cempion oldu 1935 ci ile qeder kicik biznesle mesgul idi 1939 cu ilde aviasiya ile maraqlanir Aviasiya mektebinde oxuyub Britaniya Kral Hava Quvvelerinin telimatci pilotu olub Ikinci Dunya Muharibesinin veteranidir Muharibeden sonra Atlantik okeani uzerindeki herbi hava quvveleri teyyarelerinde ucdu ve Atlantik uzerinden ucusda hemin dovr ucun rekord vurdu Ikinci Dunya Muharibesi illerinde Mosquito bombardmanci teyyarelerini Kanadadan Britaniyaya dasinmasinda istirak edirdi Ingiltere Herbi Hava Quvvelerinde cemi iki il yarim muddetinde 33 teyyareni Avropaya ucaraq gonderdi Bunun ucun her birinde min dollar aldigi elli ucus etdi Sonradan bu pul o vaxt tecrubesiz is adami olan Kirk ucun biznesde baslangic kapitali oldu Pula sahib olduqdan sonra teyyare ticareti ile mesgul olmaga basladi eyni zamanda carter aviakompaniyalari qurdu O dovrde Kirk Kirkoryan bu is sahesinin qabaqcillarindan idi 1947 ci ilde 60 min dollara kicik bir carter firmasini donanmasinda cemi uc teyyaresi olan Los Angeles Air Service sirketini satin aldi Aviasirket Los Anceles ve Las Vegasi arasinda ucuslar edirdi 1950 ci illerin sonlarinda Trans International Airlines Transamerica Corporation ve s Kimi neheng sirketlerle sovdelesmelere basladi ve artiq milyonere cevrilmisdi 1962 1965 ci illerde sehmlerle isleyerek 5 il erzinde 37 6 milyon dollar qazandi 1965 ci ilde Trans International Hava Yollarina qosuldu ve sirketin ilkin aciq sehmlerini aldi Sonraki uc il erzinde sirketin sehmlerinin qiymeti uc defeden cox artdi ve 1968 ci ilde onu daha boyuk Transamerica hava yollarina satdi Muqavilenin sertlerine gore o 104 milyon dollar pul hemcinin Transamerica da texminen 85 milyon dollar deyerinde boyuk bir pay aldi 1966 ci ilde teyyare ticareti ile mesgul oldu ve carter aviasirketlerini acaraq 104 milyon dollar qazancla satdi 1967 ci ilde Las Veqasdaki en boyuk hotelin MGM Grand Hoteli insasina baslamaqla biznes istiqametini deyisdi 1986 ci ilde hemin hoteli Renoda eyni adli otel ile birlikde 594 milyon dollara satdi 1968 ci ilde kino biznesine baslamis ve sonraki illerde Metro Goldwyn Mayerin MGM direktoru oldu daha sonra United Artists 1976 Columbia Pictures 1980 ve 20th Century Studios sirketlerine de rehberlik etdi Sekseninci iller film istehsali sahesinde passivlik ile xarakterize olunurdu ve yaradici catismazliq kino isine tesir ede bilmezdi Zererlere ducar olan Kerkoryan Columbia Pictures den yaxa qurtarmaga telesdi ve qumar biznesine investisiya qoymagi daha etibarli hesab etdi 1987 ci ilin dekabrinda Fortune ABS nin ilk 400 milyonerinin siyahisini derc etdi Kerkoryan elli birinci yerde siyahiya daxil oldu Uc il sonra United Artists sirketini Avstraliya televiziya sebekesine bir milyard dollara satdi ve otuz yeddinci yere qeder ireliledi 90 ci illerin evvellerinde Kirkoryan Chrysler Corporation avtomobil konserninin sehmlerini satin almaga basladi Daha sonra 6 may 1998 ci ilde basqa bir sirket Alman Daimler Benz ile birlesme elan ederek sehmlerinin qiymetinin bir gunluk artmasi neticesinde gunde 660 milyon dollar qazandi Is adami sonradan deyeri 32 milyard avroya catan sirketin en boyuk sehmdari olub Ayrica is adami Detroyt Ucluyunun basqa bir istehsalcisi General Motorsun en boyuk sehmdarlari sirasinda idi Bundan basqa 1 milyard dollar deyerinde olan otellere kazinolara yuksek seviyyeli aviasirketlere ve Las Veqasda Eylence Parkina sahib idi 2008 ci ilde meshur milyarder Kirk Kerkoryan ABS nin ucuncu en boyuk avtomobil istehsalcisi Ford un 5 6 sehmlerini almaq ucun 861 milyon dollar odemeli oldu Neticede Kirk Kerkoryanin sirketi Wellington Management 7 53 ve Brandes Investment Partners 7 35 sirketlerinden sonra Fordun ucuncu portfel investoru oldu Ermenistana ve Qarabaga etdiyi yardimlar yeni yollarin o cumleden strateji ehemiyyetli magistral yollarin temiri ve insasi tunellerin ve seher qurgularinin yenilenmesine imkan yaratdi 1988 ci il zelzelesinden zerer goren erazilerde felaket qurbanlari yuzlerle ev ucun tikdirdi Bunlar Kirkoryan terefinden himaye edilen Lincy Xeyriyye Fondu terefinden insa edilmisdir Ilk defe 1998 ci ilde Ermenistana sefer edib 1989 cu ilden sonra 26 il erzinde ABS den gelen maliyye hesabina Birlesmis ermeni fondu vasitesile Ermenistan ve Dagliq Qarabaga 720 milyon dollar mebleginde humanitar yardim gonderib Onun olumu ile Birlesmis ermeni fondu Ermenistan ve Dagliq Qarabagda fealiyyetini dayandirib Hollivudda ilk defe Qondarma ermeni soyqirimi movzusunda olan Vede filminin cekilmesi ucun 100 milyon dollar ayirdi Film romantik sehnelerle dolu bir sevgi hekayesi etrafinda soyqirimin tebligati idi Kirkorianin xeyriyye dairesi respublikanin medeniyyet obyektlerine de toxundu muzeyler teatrlar senet qalereyalari debdebeli sekilde yeniden qurulmus ve muasirlesdirilmisdi Reqqase Cin Mari Hardiden Treysi adinda bir qizi ve himayesine goturduyu Linda adinda basqa bir qizi vardi Fexri adlar ve mukafatlarVeten ordeni ile 27 05 2004 Ermenistanin Milli Qehremani adina layiq gorulmusdur mustesna umummilli xidmetleri Ermenistanin inkisafina ve ciceklenmesine yonelmis fealiyyetlerine gore Muxtelif1890 ci ilde Kirkin babasi Gaspar Xarberdden Qerbi Ermenistan Cenubi Kaliforniyaya koc etdi ve San Joaquin Vadisinde yerlesdi On bes il sonra onun oglu Hararon evlendi Haharonun dord ovladi var idi Kirk onlarin arasinda en genc idi Hararon 1921 ci ilde Amerikada iqtisadi bohran bas verene qeder meyve alveri ile cetinlikle ailesini dolandirirdi Sonra ozlerini temin etmek ucun Kerkoryanailesi Los Anceles seherine kocduler Kaliforniya Beverly Hillsde yerlesen oz holdinq sirketi olan Tracinda Korporasiyasinin prezidentidir Sirket iki qizi Tressi ve Lindanin adini dasiyir Forbes jurnalina gore Kerkoryanin umumi serveti 2007 ci ilde 15 milyard dollar olaraq qiymetlendirilib Kirk muveffeqiyyet qazanmaq formulunu bele izah edirdi Men yalniz sumuyu tam ceynemeye calismiram deye izah edir Sehm qiymetleri maksimuma catana qeder gozlemirem Axi gozlenilmeden onlar duse biler Menfeet mene aglabatan gorunende hereket edirem ve onlari satiram Milyarder sexsi heyatini reklam etmeyib Las Veqasin etrafindaki luks bir iqametgahda yasayirdi dunya boyunca 18 milyon dollar deyerinde oz reaktiv teyyaresi DC 9 ve ya 45 metrlik yaxtasinda seyahet edirdi Diaspora fealiyyetiKirk Kerkoryan ABS deki ermeni diasporunun qurulus ve teskilatlarini da maliyyelesdirdi 2010 Los Angelesdeki Kaliforniya Universitetine 200 milyon dollar bagisladi Ermeni tarixi adi altinda soyqirim kafedrasinin qurulmasini temin etdi Bir il sonra kecmis heyat yoldasi ile birlikde Cin o vaxtlar artiq Blok soyadini almisdi Kaliforniyanin Los Anceles Universitetinde tibb arasdirmalari ve elmi proqramlarini teblig eden hemcinin xeyriyyecilik tesebbuslerini heyata keciren Xeyal Fondu nun yaradildigini elan etdi Linsi Veqfi butun aktivlerini eyni zamanda heyata kecirildiyi butun xeyriyyecilik proqramlarini Xeyal Fonduna bagisladi 1989 cu ilde qurulan Linsi Veqfi tedqiqat ve inkisaf proqramlari ve xeyriyyecilik islerine 1 1 milyard dollardan cox pul bagislamisdir Lincy Fondu ABS ve Ermenistandaki proqramlari maliyyelesdirirdi 2011 ci ilde Kirkoryan sebeb gostermeden Linsi fondunun fealiyyetini dondurub Bir cox siyasetci ve ekspert bunu Kirkoryanin Ermenistandaki daxili situasiya ve korrupsiyadan narazi qalmasi ile elaqelendirib 2011 Las Veqasda ermeni menseli efsanevi tennisci Andre Aqassinin qurdugu tennis akademiyasina 18 milyon dollar bagisladi XatiresiErmenistanda Spitak zelzelesinden zerer cekmis Gumru ve Spitak seherlerinde ona abideler qoyulub Gumrunun esas piyada kucelerinden biri onun adini dasiyir IstinadlarKirk Kerkorian Munzinger Personen alm U S Armenian Tycoon Kirk Kerkorian Dies by Emil Danielyan Radio Liberty 2023 07 24 tarixinde Istifade tarixi 2020 08 21 7 Kirk Kerkorian 2017 07 12 at the Wayback Machine Spisok milliarderov Forbes Forbes com 09 20 07 307 Kirk Kerkorian 2019 03 30 at the Wayback Machine Spisok milliarderov Forbes Forbes com 03 10 10 ing Sharl Aznavur i Kirk Kerkoryan Nacionalnye Geroi Armenii 2007 09 30 tarixinde Istifade tarixi 2020 08 21 Hollivud devinin olumu ermenilere zerbe oldu 2021 04 22 tarixinde Istifade tarixi 2020 08 24 Basimiza horulen corab basimiza kecirilen cuvaldan boyukdur Yilmaz Ozdil yazir 2023 07 24 tarixinde Istifade tarixi 2020 08 24 Los Ancelesin en varli sakini Kirk Kerkoryan 2017 05 12 at the Wayback Machine VIP Armenia Community 26 Jan 07 Ovannisyan Arman Fond Linsi prekrashaet svoyu deyatelnost i peredayot svoi aktivy i programmy UCLA 2017 04 27 at the Wayback Machine Radio Azatutyun Fevral 15 2011 Ermenistanda parlament seckileri oncesi diaspor icinde geopolitik mubarize 2022 03 30 tarixinde Istifade tarixi 2020 08 24