Azərbaycan ovçuluq inancları — azərbaycanlıların mifik inanclarına və adət-ənənələrinə görə ovçuluqla bağlı inanclar, ov zamanı icra edilən rituallar və s.
İnanclar
Azərbaycan türklərinin ovçuluq inancları ilə Sibir Altay türklərinin mərasim və inancları bir-birinə bənzərdir. Azərbaycan ovçuluq inanclarına görə ovçular həm fiziki, həm əxlaqi baxımdan təmiz olmalı, ova çıxan adam haram yeməməli, yalan danışmamalı və pislik etməməlidir. Ovçular öz fəlakətlərini və ya xoşbəxtliyini əvvəlcə yuxuda görürlər. Kumandıların əfsanələrində və Azərbaycan türklərinin ovçuluq miflərində, nağıllarında yuxu motivi vacibdir. Hekayələrin birində ovçu pis yuxu görər, yuxuda "ova gəlmə!" deyilər. Lakin ovçu yuxuya məhəl qoymaz və dostları ilə ova çıxar. Ovçu evdən çıxandan sonra birdən hava soyuyar, sel basar. Üç gündən sonra ovçunun cəsədi tapılar.
Ovçular ov zamanı heyvanların adını çəkməz, onlara xüsusiyyətlərinə uyğun yeni ad verərlər. Azərbaycan türklərində həm ev, həm çöl heyvanlarına belə adlar verilir. Ayıya “yastıdaban”, “əyripəncə”, tülküyə “şələquyruq”, qurda “yalquzaq”, dovşana “haçaqulaq”, şahin quşuna “toğlugötürən”, eşşəyə “uzunqulaq”, itə “toplan”, pişiyə “məsdan”, ov silahına “dayan doldurum”, "aynalı" adları verilmişdir.
Şəki və Zəngəzur bölgələrinə aid ovçuluq mətnlərinə görə, maral ovlayan ovçuların başına pis işlər gələr.Naxçıvan və Şəki ovçuluq mətnlərinə görə, keygidər, süleyh quşu kimi totem quşlar ovlanmamalıdır. Süleyh quşunun əti yeyilsə də ovlanması yasaqdır. Ovçu onu tutanda qar fırtınasına yaxalanar, yağış yağar. Qarğanın da totem olması, ovlanmaması kimi inanclar mövcuddur, qarğa ovçuya köməkçi olan güclərdən hesab edilir. Qu quşunun sadiqliyi və fərdakarlığı ilə bağlı hekayələr də mövcuddur. Məsələn, qu quşunun dişisi erkək ovlanandan sonra özünü yerə ataraq öldürür. Qu quşunun ovlanmasının oxçuya bədbəxtlik gətirməsi, quşun ölməzdən əvvəl ovçuya baxması haqqında hekayə vardır.
İnanclara görə, əgər ovçu uğurla ov ovlaya bilmirsə, heyvanın ətindən hamilə və ya təzə doğmuş qadın yemişdir. Belə olan halda silah çiləyə düşmüş sayılır. Silahın çilədən çıxması üçün tüfəngin üstündən dişi it və ya əkiz doğmuş qadın üç dəfə tullanmalıdır. Naxçıvan bölgəsi ovçuluq inanclarında isə tüfəngin çilədən çıxardılması üçün qarğa ovlanmalıdır. Digər üsullar yeddi qapıdan yığılmış undan hazırlanmış qoğaldan tüfəngin lüləsinin keçirilməsi, iki yol ayrıcında tüfəngin daşların üstünə qoyularaq altından daş atılması, üç çərşənbə tüfəngin qırxaçar camının (dibinə xırda açarlar bərkidilmiş mis qabın) içində yuyulması, it nəcisinin daşın üstünə yığılıb vurulması daxildir. Çoxlu ova səbəb olan tüfəng "qansevən tüfəng" adlanır.
Azərbaycan inanclarına görə ovçu ovun qəlbini özü yeməlidir. Buna səbəb ovun sürətini və gücünü əldə etmək ola bilər. Ovlanan heyvanın başı və dərisi onu ovlayan ovçuya verilər. Zəngəzur folkloruna aid bu şeirdə ov ətinin satılmaması qaydası qeyd edilir:
Ovçu ovun atmasın
Ətin tərəziyə qoyub satmasın,
Ovçu sənin isbin-kisbin partlasın,
Bu dağda bir maral yaman ağladı.
Digər qaydalar ov ətinin içki ilə içilməməsi, ovdan qayıdarkən rastlaşılan hamıya ovdan pay verilməsi, ovçu sayılan ov quşlarına güllə atılmamasıdır. Ovçu gərək ovlamaq üçün bədənindən ət itirsin. Qafqazda, Azərbaycan türkləri daxil olmaqla, ovun yandırılmaması, torpağa basdırılması adəti mövcuddur. Heyvan ruhunun sümüklərdə yaşaması və daha sonra dirilməsi inancı vardır.
Meşə varlıqları ilə münasibət
Azərbaycanda ov tanrısının adı Bəkildir. Boynunda və başında ağ zolaq olan, qulağı deşik olan heyvan tanrının işarəsi sayılır, ovçuya var-dövlət, xoşbəxtlik gətirir. Bu ovun bir hissəsi ov tanrısına qurban verilər. Belə inanc həm Azərbaycan, həm Sibir türklərində mövcuddur. "Kitabi-Dədə Qorqud" dastanında ov heyvanın qulağını dələn Bəkilin ov rolu araşdırmaçılar tərəfindən qeyd edilir. Həmçinin Azərbaycanda ov tanrısına qoğal vermək ənənəsi mövcuddur.
Azərbaycan folklorunda ovlanma limitinə çatan ovçular Ov hamisi (qoruyucusu) ilə qarşılaşar və onlara xəbərdarlıq edilər. Belə ovçuların qabağından ov qaçmaz, başını və ya arxasını aşağı əyər, qız, gəlin cildində görünər. Bundan sonra ovçu silahını yerə basdırmalıdır, əks halda ölə bilər. Mifik mətnlərdə ov iyəsinin maral, ayı və ceyran şəklində variantları mövcuddur.
Azərbaycan folklorunda və meşə iyəsinin qadın cildində olması, ovçularla evlənməsi ilə bağlı hekayələrə rast gəlinir. Belə hekayələrdə ovçu arvadının sirrini biləndən sonra qadın marala çevrilib, evdən gedir. Daha sonra ovçu kasıb və bədbəxt olub ölür.
Hekayələrin birinə görə, ovçu ocaq başında istirahət edəndə onun yanına meymuna bənzər, qaradamı böyüklüyündə bir varlıq gəlib oturar. Ovçu varlığın onun hərəkətlərini və sözlərini yamsıladığını gördükdə yanan odlardan birini özünə yaxınlaşdırar. Varlıq da bunu edəndə tükləri yanar və qaçar.
Əfsanəvi ovçular
Ovçu Pirim
Ovçu Pirim Azərbaycan folklorunda gülməli bir qəhrəman olsa da, nağıllarda onun yeraltı dünyasının nümayəndəsi olan ilanların padşahının köməyi ilə heyvanların dilini bilməsi, onları qoruması, sirr saxlaması, peyğəmbər timsalında xalqın qayğısına qalaraq kasıblara kömək etməsi, ovçuluq qanunlarını pozduqda cəzalandırması, öz qardaşını və oğlunu öldürməsi motivləri təsvir edilmişdir.
İstinadlar
- Celilova, 2019. səh. 62
- Celilova, 2019. səh. 65-66
- Celilova, 2019. səh. 79
- Celilova, 2019. səh. 70
- Celilova, 2019. səh. 72
- Celilova, 2019. səh. 74
- Celilova, 2019. səh. 78
- Ləman Vaqif qızı Süleymanova. Şəki folklor mühiti, Bakı, 2012. – 248 səh. səh 97-98.
- Celilova, 2019. səh. 77
- Celilova, 2019. səh. 65
- Celilova, 2019. səh. 63-64
- Celilova, 2019. səh. 67-68
- Sarpkaya, S. (2022). AZERBAYCAN TÜRKLERİNİN EFSANELERİNDE EKOFOLKLOR BAKIŞ AÇISIYLA AV, SU VE AĞAÇ . Folklor Akademi Dergisi , 5 (1) , 59–77 . Retrieved from https://dergipark.org.tr/en/pub/folklor/issue/69545/1087187 2022-08-27 at the Wayback Machine
Ədəbiyyat
- Avcılık İnanç Ve Ritüellerine Bakış. Aynur Celilova. Sosyal Araştırmalar ve Davranış Bilimleri Dergisi, 2019, Cilt 5, Sayı 8, s. 62–86
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Azerbaycan ovculuq inanclari azerbaycanlilarin mifik inanclarina ve adet enenelerine gore ovculuqla bagli inanclar ov zamani icra edilen rituallar ve s InanclarOvculuq xalcasi Sirvan mektebi Azerbaycan turklerinin ovculuq inanclari ile Sibir Altay turklerinin merasim ve inanclari bir birine benzerdir Azerbaycan ovculuq inanclarina gore ovcular hem fiziki hem exlaqi baximdan temiz olmali ova cixan adam haram yememeli yalan danismamali ve pislik etmemelidir Ovcular oz felaketlerini ve ya xosbextliyini evvelce yuxuda gorurler Kumandilarin efsanelerinde ve Azerbaycan turklerinin ovculuq miflerinde nagillarinda yuxu motivi vacibdir Hekayelerin birinde ovcu pis yuxu gorer yuxuda ova gelme deyiler Lakin ovcu yuxuya mehel qoymaz ve dostlari ile ova cixar Ovcu evden cixandan sonra birden hava soyuyar sel basar Uc gunden sonra ovcunun cesedi tapilar Ovcular ov zamani heyvanlarin adini cekmez onlara xususiyyetlerine uygun yeni ad vererler Azerbaycan turklerinde hem ev hem col heyvanlarina bele adlar verilir Ayiya yastidaban eyripence tulkuye selequyruq qurda yalquzaq dovsana hacaqulaq sahin qusuna toglugoturen esseye uzunqulaq ite toplan pisiye mesdan ov silahina dayan doldurum aynali adlari verilmisdir Seki ve Zengezur bolgelerine aid ovculuq metnlerine gore maral ovlayan ovcularin basina pis isler geler Naxcivan ve Seki ovculuq metnlerine gore keygider suleyh qusu kimi totem quslar ovlanmamalidir Suleyh qusunun eti yeyilse de ovlanmasi yasaqdir Ovcu onu tutanda qar firtinasina yaxalanar yagis yagar Qarganin da totem olmasi ovlanmamasi kimi inanclar movcuddur qarga ovcuya komekci olan guclerden hesab edilir Qu qusunun sadiqliyi ve ferdakarligi ile bagli hekayeler de movcuddur Meselen qu qusunun disisi erkek ovlanandan sonra ozunu yere ataraq oldurur Qu qusunun ovlanmasinin oxcuya bedbextlik getirmesi qusun olmezden evvel ovcuya baxmasi haqqinda hekaye vardir Inanclara gore eger ovcu ugurla ov ovlaya bilmirse heyvanin etinden hamile ve ya teze dogmus qadin yemisdir Bele olan halda silah cileye dusmus sayilir Silahin cileden cixmasi ucun tufengin ustunden disi it ve ya ekiz dogmus qadin uc defe tullanmalidir Naxcivan bolgesi ovculuq inanclarinda ise tufengin cileden cixardilmasi ucun qarga ovlanmalidir Diger usullar yeddi qapidan yigilmis undan hazirlanmis qogaldan tufengin lulesinin kecirilmesi iki yol ayricinda tufengin daslarin ustune qoyularaq altindan das atilmasi uc cersenbe tufengin qirxacar caminin dibine xirda acarlar berkidilmis mis qabin icinde yuyulmasi it necisinin dasin ustune yigilib vurulmasi daxildir Coxlu ova sebeb olan tufeng qanseven tufeng adlanir Azerbaycan inanclarina gore ovcu ovun qelbini ozu yemelidir Buna sebeb ovun suretini ve gucunu elde etmek ola biler Ovlanan heyvanin basi ve derisi onu ovlayan ovcuya veriler Zengezur folkloruna aid bu seirde ov etinin satilmamasi qaydasi qeyd edilir Ovcu ovun atmasin Etin tereziye qoyub satmasin Ovcu senin isbin kisbin partlasin Bu dagda bir maral yaman agladi Diger qaydalar ov etinin icki ile icilmemesi ovdan qayidarken rastlasilan hamiya ovdan pay verilmesi ovcu sayilan ov quslarina gulle atilmamasidir Ovcu gerek ovlamaq ucun bedeninden et itirsin Qafqazda Azerbaycan turkleri daxil olmaqla ovun yandirilmamasi torpaga basdirilmasi adeti movcuddur Heyvan ruhunun sumuklerde yasamasi ve daha sonra dirilmesi inanci vardir Mese varliqlari ile munasibet Xalli maral Azerbaycan poct markasi Azerbaycanda ov tanrisinin adi Bekildir Boynunda ve basinda ag zolaq olan qulagi desik olan heyvan tanrinin isaresi sayilir ovcuya var dovlet xosbextlik getirir Bu ovun bir hissesi ov tanrisina qurban veriler Bele inanc hem Azerbaycan hem Sibir turklerinde movcuddur Kitabi Dede Qorqud dastaninda ov heyvanin qulagini delen Bekilin ov rolu arasdirmacilar terefinden qeyd edilir Hemcinin Azerbaycanda ov tanrisina qogal vermek enenesi movcuddur Azerbaycan folklorunda ovlanma limitine catan ovcular Ov hamisi qoruyucusu ile qarsilasar ve onlara xeberdarliq ediler Bele ovcularin qabagindan ov qacmaz basini ve ya arxasini asagi eyer qiz gelin cildinde goruner Bundan sonra ovcu silahini yere basdirmalidir eks halda ole biler Mifik metnlerde ov iyesinin maral ayi ve ceyran seklinde variantlari movcuddur Azerbaycan folklorunda ve mese iyesinin qadin cildinde olmasi ovcularla evlenmesi ile bagli hekayelere rast gelinir Bele hekayelerde ovcu arvadinin sirrini bilenden sonra qadin marala cevrilib evden gedir Daha sonra ovcu kasib ve bedbext olub olur Hekayelerin birine gore ovcu ocaq basinda istirahet edende onun yanina meymuna benzer qaradami boyukluyunde bir varliq gelib oturar Ovcu varligin onun hereketlerini ve sozlerini yamsiladigini gordukde yanan odlardan birini ozune yaxinlasdirar Varliq da bunu edende tukleri yanar ve qacar Efsanevi ovcularOvcu Pirim Ovcu Pirim Azerbaycan folklorunda gulmeli bir qehreman olsa da nagillarda onun yeralti dunyasinin numayendesi olan ilanlarin padsahinin komeyi ile heyvanlarin dilini bilmesi onlari qorumasi sirr saxlamasi peygember timsalinda xalqin qaygisina qalaraq kasiblara komek etmesi ovculuq qanunlarini pozduqda cezalandirmasi oz qardasini ve oglunu oldurmesi motivleri tesvir edilmisdir IstinadlarCelilova 2019 seh 62 Celilova 2019 seh 65 66 Celilova 2019 seh 79 Celilova 2019 seh 70 Celilova 2019 seh 72 Celilova 2019 seh 74 Celilova 2019 seh 78 Leman Vaqif qizi Suleymanova Seki folklor muhiti Baki 2012 248 seh seh 97 98 Celilova 2019 seh 77 Celilova 2019 seh 65 Celilova 2019 seh 63 64 Celilova 2019 seh 67 68 Sarpkaya S 2022 AZERBAYCAN TURKLERININ EFSANELERINDE EKOFOLKLOR BAKIS ACISIYLA AV SU VE AGAC Folklor Akademi Dergisi 5 1 59 77 Retrieved from https dergipark org tr en pub folklor issue 69545 1087187 2022 08 27 at the Wayback MachineEdebiyyatAvcilik Inanc Ve Rituellerine Bakis Aynur Celilova Sosyal Arastirmalar ve Davranis Bilimleri Dergisi 2019 Cilt 5 Sayi 8 s 62 86