Məaflar — Azərbaycan xanlıqlarında seçkin zümrələrdən biri, ictimai asayiş qoruyucuları. Məaf ərəbcə vergidən azad olunmuş anlamındadır. Məaf terminin türkcə sinonimi tarxandır.
Tarixşünaslıqda məaflar haqqında fərqli mülahizələr
Bir çox tədqiqatçılar maafları feodal sinfinə aid edirdilər. Məsələn, Azərbaycan kəndinin istər çar Rusiyası işğalından əvvəlki, istərsə də sonrakı dövrünün tarixini tədqiq edən Ə.Ubaydulin maafları feodal sinfinə aid edərək yazırdı: «Feodal pilləsinin ən aşağı mərhələsində maaflar dayanırdılar. Onları Azərbaycanın bəzi yerlərində tərxan da adlandırırlar». İ.P.Petruşevski isə maafları kəndlilər sinfinə daxil edir: «XVIII əsr Azərbaycan kəndliləri içərisində eyni cür hüququ olmayan bir neçə qrup var idi. Onlardan, ilk növbədə, maafları qeyd etməliyik». Digər bir əsərində isə İ.P.Petruşevski maafları feodal sinfinə aid edir: «Öz ictimai vəziyyətlərinə görə bəylərdən və bəzi köçərilərdən aşağıda duran, öz vilayətlərində hərbi qulluqda və feodal dəstələrində (çərik) olmaqdan başqa torpaq sahiblərinə heç bir vergi verməyən və mükəlləfiyyət daşımayan kiçik torpaq sahibləri maaflar adlanırdılar».
Ümumiyyətlə, qafqazşünasların əsərlərində, mənbələrdə, bu məsələyə baxışda fərqli fikirlər mövcuddur. Mənbələrin və qafqazşünasların əsərlərinin çoxunda, həmçinin, müasir alimlərin əsərlərində məaflar feodal sinfinə aid edilirlər, feodal pilləsini təsvir edərkən onları sonuncu pillədə saxlayırdılar.
Məafların sosial zümrə kimi formalaşması haqqında
Məaflar və ya ərəbcə muaflar vergi və mükəlləfiyyətlərdən azad edilənlər deməkdir. İ.P.Petruşevski qeyd edirdi ki, maaflar müsəlman dünyasında XI əsrdən məlumdur. «Bu termin geniş mənada divana, öz sahibkarlarına, kollektivinmi, fərqi yoxdur, kimin xeyrinə olursa-olsun, vergi verməkdən azad olunmuş hər bir şəxsə, yaxud hər bir kollektivə (kənd icması) deyilirdi». Buradan aydın olur ki, vergi və mükəlləfiyyətdən azad olmuş kəndlilər maaflar adlanırdılar, həm də təkcə kəndlilər deyil, vergidən azad olunmuş kənd icması da maaf adlanırdı.
Məsələn, Quba xanı özünün xüsusi fərmanı ilə Xudat kənd cəmiyyətini sədaqətli xidmət müqabilində vergidən azad etmişdi. Quba xanlığının Rusiya tərəfindən işğalı ərəfəsində verilmiş bu fərmanda deyilirdi: «Nəcabətli keşikçiləri (yaxud icması) olan Xudat cəmiyyəti maaf elan olunur və vergi verənlər siyahısından çıxarılırlar. Onlara toxunanlar (alçaldanlar) allahın qəzəbinə və peyğəmbərin nifrətinə (qarğışına) düçar olacaqlar. Bu cəmiyyətdən heç bir vergi və mükəlləfiyyət icrası tələb olunmasın».
Fərmanın mətnində maaf termini işlədilir. Belə güman etmək olmaz ki, Xudat kəndi vergidən azad edilsə də, onun camaatının hamısı maaf idi. Ə.Ubaydulin maafları Qərbi Avropa cəngavərləri ilə eyniləşdirirdi. Lakin sənədlərdən görünür ki, maaflar feodal, yaxud torpaq sahibkarları sırasına daxil edilmirdi. Kənddə yaşayan həmkəndlilərindən fərqli olaraq hərbi mükəlləfiyyət daşıyan və heç bir vergi verməyənlər maaflar hesab edilir.
Qarabağ xanlığında maaf adı daha çox işlək idi. Hərbi qulluqda və ya mülkü xidmətdə göstərdikləri müəyyən səylərə görə adi şəxslər xanlardan tarxanlıq torpaq, mülk, soyurqal alırdılar. Onlar xan fərmanı, təliqəsi ilə hər cür mükəlləfiyyətlərdən azad olunurdular. Vergidən azad şəxslərə maaflar deyirdilər.
Bir arxiv sənədində deyilir: "maaflar vəzifəsi ondan ibarətdir ki, xanların hökmü ilə düşmənə qarşı hücuma göndərilir, yerli rəislərin göstərişlərini yerinə yetirir, gözətçilərə başçılıq edir, ancaq xəzinəyə vergi vermirdilər".
Maaflıq həm bir şəxsə, həm də bütövlükdə bir obaya, hətta elə də aid edilirdi. Xanlıq dönəmində Cavanşir, Otuziki və başqa ellərin sıravi eldaşları da maaf sayılırdılar. Ona görə ki, onlar savaş zamanı canları, qanları ilə borclarını ödəyirdilər. Bu barədə Qarabağın iki xanın vəziri, görkəmli hüquqçu olmuş Mirzə Camal Cavanşir Qarabaği yazır: "Qarabağın bütün elləri adları dəftər və siyahıda yazılmış atlı qoşundan ibarət idi… Qarabağ ellərindən tövcü pulu və məhsuldan malcəhət alınmazdı.
Ruslar Qarabağda möhkəmləndən sonra xanlığın qayda-qanunlarını ləğv edib, öz qanunlarını qoydular. Qarabağ elləri maaflıqdan salındı. Onlar da başqaları kimi vergi ödəməyə başladılar. Lakin ayrı-ayrı adamların maaflıq hüququ saxlandı. Onlar xan tərəfindən verilmiş maaflıq təliqələrini qazı tərəfindən təsdiq etdirib vergi idarələrinə təqdim etdilər.
Mehdiqulu xan Cavanşirin hakimiyyəti dönəmində Şuşa şəhərində yaşayan maaflar: Rüstəm Fətəli oğlu (1791-1852), Babakişi Həzrətqulu oğlu (1792-?), Məşədi Ağa Məmmədqulu Səfi oğlu (1792-?), Kərbəlayı Yusif Kərbəlayı Paşa oğlu (1792-?), Ağakişi ağa Atakişi ağa oğlu Keştazlı (1793-?), Iskəndər Iskəndər oğlu (1794-?), Məmmədqasım Hüseyn oğlu (1799-1858) və başqaları.
Mənbə
- Gülmalıyev M.M. XVIII əsrin son rübü XIX əsrin I yarısında Azərbaycan kəndinin sosial-iqtisadi strukturu. Bakı: «Elm» nəşriyyatı, 1989.
- Петрушевский И.П. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI начале XIX вв. Л., 1949
- M.İ.Əmrahov,Ə.Çingizoğlu,H.İ.Həsənov, Qarabağ xanlığı, Bakı, "Mütərcim". 2008, 220 səh.
İstinadlar
- MDTA, fond 91, iş 78, vər. 268
- Qarabağnamələr, 1-ci kitab, Bakı, "Yazıçı", 2001,
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Meaflar Azerbaycan xanliqlarinda seckin zumrelerden biri ictimai asayis qoruyuculari Meaf erebce vergiden azad olunmus anlamindadir Meaf terminin turkce sinonimi tarxandir Tarixsunasliqda meaflar haqqinda ferqli mulahizelerBir cox tedqiqatcilar maaflari feodal sinfine aid edirdiler Meselen Azerbaycan kendinin ister car Rusiyasi isgalindan evvelki isterse de sonraki dovrunun tarixini tedqiq eden E Ubaydulin maaflari feodal sinfine aid ederek yazirdi Feodal pillesinin en asagi merhelesinde maaflar dayanirdilar Onlari Azerbaycanin bezi yerlerinde terxan da adlandirirlar I P Petrusevski ise maaflari kendliler sinfine daxil edir XVIII esr Azerbaycan kendlileri icerisinde eyni cur huququ olmayan bir nece qrup var idi Onlardan ilk novbede maaflari qeyd etmeliyik Diger bir eserinde ise I P Petrusevski maaflari feodal sinfine aid edir Oz ictimai veziyyetlerine gore beylerden ve bezi kocerilerden asagida duran oz vilayetlerinde herbi qulluqda ve feodal destelerinde cerik olmaqdan basqa torpaq sahiblerine hec bir vergi vermeyen ve mukellefiyyet dasimayan kicik torpaq sahibleri maaflar adlanirdilar Umumiyyetle qafqazsunaslarin eserlerinde menbelerde bu meseleye baxisda ferqli fikirler movcuddur Menbelerin ve qafqazsunaslarin eserlerinin coxunda hemcinin muasir alimlerin eserlerinde meaflar feodal sinfine aid edilirler feodal pillesini tesvir ederken onlari sonuncu pillede saxlayirdilar Meaflarin sosial zumre kimi formalasmasi haqqindaMeaflar ve ya erebce muaflar vergi ve mukellefiyyetlerden azad edilenler demekdir I P Petrusevski qeyd edirdi ki maaflar muselman dunyasinda XI esrden melumdur Bu termin genis menada divana oz sahibkarlarina kollektivinmi ferqi yoxdur kimin xeyrine olursa olsun vergi vermekden azad olunmus her bir sexse yaxud her bir kollektive kend icmasi deyilirdi Buradan aydin olur ki vergi ve mukellefiyyetden azad olmus kendliler maaflar adlanirdilar hem de tekce kendliler deyil vergiden azad olunmus kend icmasi da maaf adlanirdi Meselen Quba xani ozunun xususi fermani ile Xudat kend cemiyyetini sedaqetli xidmet muqabilinde vergiden azad etmisdi Quba xanliginin Rusiya terefinden isgali erefesinde verilmis bu fermanda deyilirdi Necabetli kesikcileri yaxud icmasi olan Xudat cemiyyeti maaf elan olunur ve vergi verenler siyahisindan cixarilirlar Onlara toxunanlar alcaldanlar allahin qezebine ve peygemberin nifretine qargisina ducar olacaqlar Bu cemiyyetden hec bir vergi ve mukellefiyyet icrasi teleb olunmasin Fermanin metninde maaf termini isledilir Bele guman etmek olmaz ki Xudat kendi vergiden azad edilse de onun camaatinin hamisi maaf idi E Ubaydulin maaflari Qerbi Avropa cengaverleri ile eynilesdirirdi Lakin senedlerden gorunur ki maaflar feodal yaxud torpaq sahibkarlari sirasina daxil edilmirdi Kendde yasayan hemkendlilerinden ferqli olaraq herbi mukellefiyyet dasiyan ve hec bir vergi vermeyenler maaflar hesab edilir Qarabag xanliginda maaf adi daha cox islek idi Herbi qulluqda ve ya mulku xidmetde gosterdikleri mueyyen seylere gore adi sexsler xanlardan tarxanliq torpaq mulk soyurqal alirdilar Onlar xan fermani teliqesi ile her cur mukellefiyyetlerden azad olunurdular Vergiden azad sexslere maaflar deyirdiler Bir arxiv senedinde deyilir maaflar vezifesi ondan ibaretdir ki xanlarin hokmu ile dusmene qarsi hucuma gonderilir yerli reislerin gosterislerini yerine yetirir gozetcilere basciliq edir ancaq xezineye vergi vermirdiler Maafliq hem bir sexse hem de butovlukde bir obaya hetta ele de aid edilirdi Xanliq doneminde Cavansir Otuziki ve basqa ellerin siravi eldaslari da maaf sayilirdilar Ona gore ki onlar savas zamani canlari qanlari ile borclarini odeyirdiler Bu barede Qarabagin iki xanin veziri gorkemli huquqcu olmus Mirze Camal Cavansir Qarabagi yazir Qarabagin butun elleri adlari defter ve siyahida yazilmis atli qosundan ibaret idi Qarabag ellerinden tovcu pulu ve mehsuldan malcehet alinmazdi Ruslar Qarabagda mohkemlenden sonra xanligin qayda qanunlarini legv edib oz qanunlarini qoydular Qarabag elleri maafliqdan salindi Onlar da basqalari kimi vergi odemeye basladilar Lakin ayri ayri adamlarin maafliq huququ saxlandi Onlar xan terefinden verilmis maafliq teliqelerini qazi terefinden tesdiq etdirib vergi idarelerine teqdim etdiler Mehdiqulu xan Cavansirin hakimiyyeti doneminde Susa seherinde yasayan maaflar Rustem Feteli oglu 1791 1852 Babakisi Hezretqulu oglu 1792 Mesedi Aga Memmedqulu Sefi oglu 1792 Kerbelayi Yusif Kerbelayi Pasa oglu 1792 Agakisi aga Atakisi aga oglu Kestazli 1793 Iskender Iskender oglu 1794 Memmedqasim Huseyn oglu 1799 1858 ve basqalari MenbeGulmaliyev M M XVIII esrin son rubu XIX esrin I yarisinda Azerbaycan kendinin sosial iqtisadi strukturu Baki Elm nesriyyati 1989 Petrushevskij I P Ocherki po istorii feodalnyh otnoshenij v Azerbajdzhane i Armenii v XVI nachale XIX vv L 1949 M I Emrahov E Cingizoglu H I Hesenov Qarabag xanligi Baki Mutercim 2008 220 seh IstinadlarMDTA fond 91 is 78 ver 268 Qarabagnameler 1 ci kitab Baki Yazici 2001 Hemcinin baxQarabag Qarabag xanligi