Azərbaycan Ermənistan Konfransı — Azərbaycan Xalq Cümhuriyyəti ilə Ermənistan Respublikası arasındakı mübahisəli məsələləri, o cümlədən sərhəd məsələlərini müzakirə etmək məqsədilə 1919-cu il dekabrın 14–21-də Bakıda keçirilmişdir.
Hadisələrin gedişatı
Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti konfransın keçirilməsi üçün bir sıra hazırlıq işləri görmüşdü. 1919-cu il oktyabrın 29-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyi konfransın keçirilməsi ilə bağlı Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinin 1919-cu il 7 oktyabr tarixli teleqramına cavab olaraq birdirmişdi ki, Cümhuriyyət Hökuməti öz qonşuları ilə mehriban münasibətlər qurmağa, bütün mübahisələri razılıq əsasında həll etməyə səy göstərir. Azərbaycan Hökuməti hələ 1919-cu ilin aprelində Ümumqafqaz konfransının çağırılmasına dair Gürcüstan hökumətinin təklifinə də razılıq vermiş və öz nümayəndələrini göndərmişdi. Konfransın işi yarımçıq qaldığından, Azərbaycan Hökuməti avqustda onun işinin yenidən bərpa edilməsinə razılıq vermişdi. Azərbaycan Hökuməti, eyni zamanda, hər iki dövlətə aid mübahisəli məsələlərin həlli üçün Ermənistan-Azərbaycan iclasının çağırılması haqqında Ermənistan hökumətinin təklifini də qəbul etmiş, erməni tərəfinin təklifində göstərilən məsələlərin gündəliyə daxil edilməsinə etiraz etməmiş, iki dövlət arasında təkcə müvəqqəti demarkasiya xəttinin yaradılması məsələsini deyil, Azər-baycan və Ermənistan respublikaları arasındakı bütün sərhəd mübahisələrinin qəti həlli məsələsini müzakirə etməyi zəruri saymışdı.
Müvafiq hazırlıq işləri aparıldıqdan sonra Cümhuriyyət Hökuməti konfransın çağırılması üçün Bakı şəhərini daha münasib bilmiş və Ermənistan hökuməti nümayəndələrini Bakıya dəvət etmişdi. Konfrans ərəfəsində, 1919-cu il noyabrın 23-də Azərbaycan və Ermənistan respublikaları arasında saziş imzalandı. Onun 4-cü bəndinə əsasən, hər iki hökumət qarşıdakı konfransa bərabər sayda nümayəndə göndərməli idi. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən konfransın sədri Fətəli xan Xoyski, nümayəndələri Məmməd Həsən Hacinski və Rəhim bəy Vəkilov, Ermənistan tərəfindən isə nümayəndə heyəti Arutünyants (sədr), knyaz Arqutinski-Dolqorukov və Bekzadyandan ibarət idi.
Keçirilən iclaslar
Konfransın ilk iclası Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri Məmməd Yusif Cəfərovun çıxışı ilə açıldı. O, açılış nitqində, Cənubi Qafqazın müstəqil respublikalara parçalanması ilə bu respublikalar arasındakı müna-sibətlərdə, onların ərazilərinin müəyyən olunmasında bir çox həll olunmamış, mübahisəli məsələlərin qaldığını bildirdi. İlk iclasda Fətəli xan Xoyski və Arutünyants nümayəndə heyətlərinin rəhbərləri kimi konfransı salamladılar. Müttəfiqlərin Ermənistandakı ali komissarı polkovnik Haskelin, Gürcüstanın Azərbaycandakı diplomatik nümayəndəsi Alşibayanın, Bakıdakı Erməni Milli Şurasının, Azərbaycan Parlamentində "Daşnaksutyun" fraksiyasının təbrik teleqramları dinlənildi. Hər iki nümayəndə heyətinin sədrlərindən ibarət rəyasət heyəti və iclaslara sədrlik qaydası müəyyənləşdirildi.
Konfransın dekabrın 15-də keçən növbəti iclasında müzakirə ediləcək məsələlərin qoyuluşu ətrafında fikir ayrılığı yarandı. Fətəli xan Xoyskinin ilk növbədə ərazi problemlərini müzakirə etmək təklifi və Məmməd Həsən Hacinskinin sərhəd mübahisələrinin 23 noyabr sazişinə uyğun olaraq həll edilməsini konfransın əsas vəzifəsi sayması Ermənistan tərəfindən (Arutünyants və Bekzadyan) etirazla qarşılandı. Onlar ərazi mübahisələrinin qəti həlli üçün hələ lazımi şərait və vaxtın yetişmədiyini bildirdilər. Erməni tərəfi, ilk növbədə, iqtisadi-maliyyə səciyyəli məsələlərin müzakirəsini təklif edirdi. Məmməd Həsən Hacinski Qafqaz Konfederasiyası yaradılmasını bir çox problemlərin həllində əsas çıxış yolu olduğunu vurğuladı. Dekabrın 17-də keçirilən iclasda əsas müzakirə Məmməd Həsən Hacınskinin qaldırdığı Cənubi Qafqaz Respublikaları Konfederasiyası məsələsinin konfransın gündəliyinə çıxarılması ətrafında getdi. Erməni nümayəndə heyəti bu məsələdə hökuməti tərəfindən səlahiyyətli olmadığını, lakin konfederasiya məsələsini prinsipcə dəstəkləyə biləcəklərini bəyan etdi. Konfederasiya məsələsi Azərbaycan tərəfindən ümumi iclasda da irəli sürüldü. Erməni nümayəndə heyəti bu təklifi dəstəklədi. Nəticədə, müvafiq qətnamə qəbul edilməsi qərara alındı. Həmin məsələnin növbəti Tiflis konfransının müzakirəsinə çıxarılması və hazırlanması üçün Cənubi Qafqaz respublikaları hökumətlərinə müvafiq təklif verilməsi nəzərdə tutuldu. Ərazi məsələsinə gəldikdə, bu məsələnin müzakirəsi 17 dekabr iclasında da baş tutmamış, növbəti iclasa saxlanılmış, məhkəmə-hüquq münasibətlərinə və konsulluq agentliklərinin təsis edilməsinə dair məsələlərin isə konfransın gündəliyinə salınması qərara alınmışdı. Fətəli xan Xoyskinin sədrlik etdiyi 19 dekabr iclasında konfederasiya məsələsinə yenidən önəm verilmiş, konfransın sonuncu — 21 dekabr tarixli iclasında tərəflər arasında əvvəlki iclaslarda razılaşdırılmış formada əlavə məsələlər müzakirəyə çıxarılmışdı. Ərazi, qaçqınlar, ticarət və dəmir yollarına dair müqavilələrin bağlanması məsələlərinə əlavə olaraq, hər iki respublika vətəndaşlarının məhkəmə-hüquq münasibətlərinə dair, həmçinin, Azərbaycan və Ermənistanın müxtəlif şəhərlərində konsulluqların təsisi məsələləri də konfransın gündəliyinə daxil edilmişdi.
Yekun nəticə
Konfrans Bakıdakı işini yekunlaşdıraraq, konfederasiya məsələsi ilə yanaşı,qalan məsələlərin də müzakirəsini Tiflis konfransına keçirməyi qərarlaşdırdı. Konfrans bəyan etdi ki, hər iki respublika arasında hərbi əməliyyatlar dayandırılmalı və bütün mübahisəli məsələlər sülh yolu ilə həll olunmalıdır. Ümumiyyətlə isə, konfrans iki dövlət arasındakı gərgin münasibətlərə heç bir aydınlıq gətirmədi, mübahisəli sərhəd-ərazi məsələlərinin, o cümlədən Zəngəzur probleminin həllində əməli addımlar atmadı, tərəflər arasındakı ziddiyyətləri həll edə bilməyərək, işini yarımçıq dayandırdı.
Həmçinin bax
Ədəbiyyat
- Azərbaycan tarixi, 7 cilddə, c,5, B., 2001.
- Aзepбaйджанская Демократическая Pecnублика. Документы и материалы (1918–1920), Б., 1998.
- Aзepбaйджанская Демократическая Pecnублика (1918–1920), Внешняя политика (документы и материалы) , Б., 1998.
İstinadlar
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 152-153. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Azerbaycan Ermenistan Konfransi Azerbaycan Xalq Cumhuriyyeti ile Ermenistan Respublikasi arasindaki mubahiseli meseleleri o cumleden serhed meselelerini muzakire etmek meqsedile 1919 cu il dekabrin 14 21 de Bakida kecirilmisdir Hadiselerin gedisati23 noyabr 1919 cu ilde Tbiliside Azerbaycan Ermenistan sazisinin imzalanmasi Oturanlar soldan saga Muttefiqlerin Ali komissari vezifesini icra eden polkovnik Ceyms Rey Ermenistan Hokumetinin bascisi Aleksandr Xatisyan Azerbaycan Hokumetinin bascisi Nesib bey Yusifbeyli Gurcustanin Xarici Isler naziri Yevgeni Gegeckori Azerbaycan Xalq Cumhuriyyeti Hokumeti konfransin kecirilmesi ucun bir sira hazirliq isleri gormusdu 1919 cu il oktyabrin 29 da Azerbaycan Xalq Cumhuriyyeti Xarici Isler Nazirliyi konfransin kecirilmesi ile bagli Ermenistan Respublikasinin Xarici Isler Nazirliyinin 1919 cu il 7 oktyabr tarixli teleqramina cavab olaraq birdirmisdi ki Cumhuriyyet Hokumeti oz qonsulari ile mehriban munasibetler qurmaga butun mubahiseleri raziliq esasinda hell etmeye sey gosterir Azerbaycan Hokumeti hele 1919 cu ilin aprelinde Umumqafqaz konfransinin cagirilmasina dair Gurcustan hokumetinin teklifine de raziliq vermis ve oz numayendelerini gondermisdi Konfransin isi yarimciq qaldigindan Azerbaycan Hokumeti avqustda onun isinin yeniden berpa edilmesine raziliq vermisdi Azerbaycan Hokumeti eyni zamanda her iki dovlete aid mubahiseli meselelerin helli ucun Ermenistan Azerbaycan iclasinin cagirilmasi haqqinda Ermenistan hokumetinin teklifini de qebul etmis ermeni terefinin teklifinde gosterilen meselelerin gundeliye daxil edilmesine etiraz etmemis iki dovlet arasinda tekce muveqqeti demarkasiya xettinin yaradilmasi meselesini deyil Azer baycan ve Ermenistan respublikalari arasindaki butun serhed mubahiselerinin qeti helli meselesini muzakire etmeyi zeruri saymisdi Muvafiq hazirliq isleri aparildiqdan sonra Cumhuriyyet Hokumeti konfransin cagirilmasi ucun Baki seherini daha munasib bilmis ve Ermenistan hokumeti numayendelerini Bakiya devet etmisdi Konfrans erefesinde 1919 cu il noyabrin 23 de Azerbaycan ve Ermenistan respublikalari arasinda sazis imzalandi Onun 4 cu bendine esasen her iki hokumet qarsidaki konfransa beraber sayda numayende gondermeli idi Azerbaycan Xalq Cumhuriyyeti terefinden konfransin sedri Feteli xan Xoyski numayendeleri Memmed Hesen Hacinski ve Rehim bey Vekilov Ermenistan terefinden ise numayende heyeti Arutunyants sedr knyaz Arqutinski Dolqorukov ve Bekzadyandan ibaret idi Kecirilen iclaslarKonfransin ilk iclasi Azerbaycan Xalq Cumhuriyyetinin xarici isler naziri Memmed Yusif Ceferovun cixisi ile acildi O acilis nitqinde Cenubi Qafqazin musteqil respublikalara parcalanmasi ile bu respublikalar arasindaki muna sibetlerde onlarin erazilerinin mueyyen olunmasinda bir cox hell olunmamis mubahiseli meselelerin qaldigini bildirdi Ilk iclasda Feteli xan Xoyski ve Arutunyants numayende heyetlerinin rehberleri kimi konfransi salamladilar Muttefiqlerin Ermenistandaki ali komissari polkovnik Haskelin Gurcustanin Azerbaycandaki diplomatik numayendesi Alsibayanin Bakidaki Ermeni Milli Surasinin Azerbaycan Parlamentinde Dasnaksutyun fraksiyasinin tebrik teleqramlari dinlenildi Her iki numayende heyetinin sedrlerinden ibaret reyaset heyeti ve iclaslara sedrlik qaydasi mueyyenlesdirildi Konfransin dekabrin 15 de kecen novbeti iclasinda muzakire edilecek meselelerin qoyulusu etrafinda fikir ayriligi yarandi Feteli xan Xoyskinin ilk novbede erazi problemlerini muzakire etmek teklifi ve Memmed Hesen Hacinskinin serhed mubahiselerinin 23 noyabr sazisine uygun olaraq hell edilmesini konfransin esas vezifesi saymasi Ermenistan terefinden Arutunyants ve Bekzadyan etirazla qarsilandi Onlar erazi mubahiselerinin qeti helli ucun hele lazimi serait ve vaxtin yetismediyini bildirdiler Ermeni terefi ilk novbede iqtisadi maliyye seciyyeli meselelerin muzakiresini teklif edirdi Memmed Hesen Hacinski Qafqaz Konfederasiyasi yaradilmasini bir cox problemlerin hellinde esas cixis yolu oldugunu vurguladi Dekabrin 17 de kecirilen iclasda esas muzakire Memmed Hesen Hacinskinin qaldirdigi Cenubi Qafqaz Respublikalari Konfederasiyasi meselesinin konfransin gundeliyine cixarilmasi etrafinda getdi Ermeni numayende heyeti bu meselede hokumeti terefinden selahiyyetli olmadigini lakin konfederasiya meselesini prinsipce destekleye bileceklerini beyan etdi Konfederasiya meselesi Azerbaycan terefinden umumi iclasda da ireli suruldu Ermeni numayende heyeti bu teklifi destekledi Neticede muvafiq qetname qebul edilmesi qerara alindi Hemin meselenin novbeti Tiflis konfransinin muzakiresine cixarilmasi ve hazirlanmasi ucun Cenubi Qafqaz respublikalari hokumetlerine muvafiq teklif verilmesi nezerde tutuldu Erazi meselesine geldikde bu meselenin muzakiresi 17 dekabr iclasinda da bas tutmamis novbeti iclasa saxlanilmis mehkeme huquq munasibetlerine ve konsulluq agentliklerinin tesis edilmesine dair meselelerin ise konfransin gundeliyine salinmasi qerara alinmisdi Feteli xan Xoyskinin sedrlik etdiyi 19 dekabr iclasinda konfederasiya meselesine yeniden onem verilmis konfransin sonuncu 21 dekabr tarixli iclasinda terefler arasinda evvelki iclaslarda razilasdirilmis formada elave meseleler muzakireye cixarilmisdi Erazi qacqinlar ticaret ve demir yollarina dair muqavilelerin baglanmasi meselelerine elave olaraq her iki respublika vetendaslarinin mehkeme huquq munasibetlerine dair hemcinin Azerbaycan ve Ermenistanin muxtelif seherlerinde konsulluqlarin tesisi meseleleri de konfransin gundeliyine daxil edilmisdi Yekun neticeKonfrans Bakidaki isini yekunlasdiraraq konfederasiya meselesi ile yanasi qalan meselelerin de muzakiresini Tiflis konfransina kecirmeyi qerarlasdirdi Konfrans beyan etdi ki her iki respublika arasinda herbi emeliyyatlar dayandirilmali ve butun mubahiseli meseleler sulh yolu ile hell olunmalidir Umumiyyetle ise konfrans iki dovlet arasindaki gergin munasibetlere hec bir aydinliq getirmedi mubahiseli serhed erazi meselelerinin o cumleden Zengezur probleminin hellinde emeli addimlar atmadi terefler arasindaki ziddiyyetleri hell ede bilmeyerek isini yarimciq dayandirdi Hemcinin baxZaqafqaziya KonfransiEdebiyyatAzerbaycan tarixi 7 cildde c 5 B 2001 Azepbajdzhanskaya Demokraticheskaya Pecnublika Dokumenty i materialy 1918 1920 B 1998 Azepbajdzhanskaya Demokraticheskaya Pecnublika 1918 1920 Vneshnyaya politika dokumenty i materialy B 1998 IstinadlarAzerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi I cild Baki Lider 2004 seh 152 153 ISBN 9952 417 14 2