Qarğabazar karvansarası — Füzuli rayonundan 8 kilometr cənubda yerləşən Qarğabazar kəndi qədim yaşayış məskənlərindən biridir. Qədim zamanlarda ölkələrarası ticarət vasitələrini qaydaya salan karvansaralardan həm də poçt-rabitə məqsədi üçün geniş istifadə olunmuşdur. Bir sözlə, yaxın və uzaq məmləkətlərin təbiət və cəmiyyətində baş vermiş dəyişiklikləri ilk növbədə karvansaralardan öyrənərlərmiş. Göründüyü kimi, dünya xalqlarının siyasi-iqtisadi və sosial-mədəni həyatının inkişafında karvansaraların rolu əvəzolunmaz idi. Mənbələrdən məlum olur ki, bütün orta əsrlər boyu Şərqi Qərb ölkələri ilə birləşdirən Azərbaycandan keçən karvan yolları və bu yollar üstündəki karvansaralardan bu məqsədlə müntəzəm surətdə istifadə olunmuşdur. Müasir dövrümüzə qədər gəlib çatmış, XVII əsrin yadigarı olan Qarğabazar kəndindəki karvansara da elə bu qəbildəndir. Bu da təbiidir. Çünki kənd Xudafərin körpüsündən keçən Şəki-Qarabağ-Hindistan və s. istiqamətli ipək ticarəti üçün çox əhəmiyyətli olan qədim karvan yolu üzərində yerləşir. XVII əsrdə əsas kütləsi yonulmamış daşdan tikilmiş karvansara planda bir küncü kəsilmiş uzunsov düzbucaqlı formadadır. Onun uzun tərəflərini başdan-başa tağbəndlə örtülü iki iri yerləşmə tutur. Bu uzun yerləşmələr karvan heyvanları üçün nəzərdə tutulub. Ensiz cənub tərəfdə iri ölçülü baştağ və ona yanlardan bitişik iki otaq giriş qrupunu təşkil edir. Karvansaranın əsas yaşayış otaqları girişlə üzbəüz, uzun heyətin ensiz şimal tərəfindədir. Bu otaqların əhəmiyyəti onların relyefin hündür yerində tikilməsində də özünü göstərir. Funksiyalarına və relyefə uyğun olaraq həmin otaqların önündə iki hündür səki düzəldilmişdir. Otaqların qapılarının açıldığı üst səki üç tağlı monumental eyvan kimi həll edilmişdir. Bu hissədə tağlar və tağ sütunları, eləcə də qonaq otaqları yonulmuş daşdan tikilmişdir. Bütün otaqlar və yerləşmələr bayırdan içəriyə doğru genişlənən kiçik pəncərələrlə işıqlandırılır. Qarğabazar karvansarası Azərbaycan mülki memarlığının yolüstü karvansara tipinin çox dəyərli bir örnəyidir.
Qarğabazar karvansarası | |
---|---|
Qarğabazar karvansarası | |
Ölkə | |
Şəhər | Füzuli rayonu |
Yerləşir | Füzuli rayonu |
Memar | Məlum deyil |
Tikilmə tarixi | 1681-ci il |
Uzunluğu | 37,70 m |
Eni | 23,67 m |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
O kəndin mərkəzində çox da hündür olmayan təpənin döşündə (eni 23,67, uzunu 34,70) inşa olunmuşdur. Elmi mənbələrdə onun tikilmə tarixi 1681-ci il göstərilsə də, karvansaranın memarı məlum deyil. Füzuli rayonundakı Qarğabazar kəndinin mərkəzində Karvansara tikildiyi kəndin adına uyğun olaraq adlandırılsa da, bu tarixi abidəyə bəzən Şah Abbas karvansarası da deyirlər. Giriş fraqmentdən göründüyü kimi, karvansaranın partalının birinci yarımdairə tağbənd ilə ondan nisbətən böyük olan ikinci oxvari tağbəndləri arasında xüsusi şəkildə yerləşdirilmiş üç ədəd kvadrat formalı daşlardan kənardakılar üzərində zoomorf və həndəsi ornamentlər işlənmişdir. Həmin daşların arasındakı nisbətən böyük daşın üzərində isə karvansara memarının adı və tikilmə tarixi həkk olunduğu güman edilir. Lakin orada tədqiqat işləri aparanda heç bir yazı nümunəsi qalmamışdır. Bu məsələ ilə əlaqədar yerli yaşlı sakinlərin dediyinə görə burada doğrudan da əski əlifba ilə yazılmış yazı nümunəsi olmuşdur.
Qarabağ abidələrinin başına min bir oyunlar açan və onların gözəl memarlıq bəzəkləri içərisinə öz xaçlarını çox böyük ustalıqla həkk edən erməni "sənətkarları" bütün Qarabağda analoqu olmayan Qarğabazar karvansarasının kitabəsinə də bu niyyətlə yanaşmış, lakin xaçı həkk etməyə vaxt çatmadığından yazını tamamilə məhv etməklə kifayətlənmişlər.
Memarlıq xüsusiyyətləri
Ümumi uzunluğu 37,70 m, eni isə 23,67 metrə çatan bu karvansaranın plan və memarlıq həlli mərkəzdən keçən oxa simmetrik həll olunaraq ümumi konstruksiyaya tabe edilmişdir. Onun həcm-məkan həllinə də xüsusi diqqət yetirildiyi açıqca hiss olunur. Ümumi şəkildə baxdıqda karvansara kompozisiyası bütöv bir orqanizm kimi baxılır. Burada hər bir otağın öz funksiyası var. Planda düzbucaqlı şəkildə həll olunmuş karvansara iki böyük ölçülü dəvəlikdən (zal), girişin sağ və sol tərəflərində gözətçilər üçün iki kiçik otaqdan, baş tərəfində isə karvansara sahibi və tacirlər üçün altı ədəd kvadrat şəkilli otaqlardan ibarətdir. Otaqların qapıları çox da böyük olmayan eyvana açılır. Həmin eyvanı mütənasib "qamətli" iki daş sütun və onları yuxarıdan tamamlayan yarımdairə şəkilli üç ədəd tağbənd bəzəyir. Sütunlar arasında yerləşdirilmiş daş pilləkənlər ümumi Həyətlə eyvan arasında əlaqə yaradır. Karvansaranın bütün bağlı otaqları sağ, sol və arxa tərəflərində yerləşdirildiyindən onun mərkəzində üstüaçıq şəkilli geniş həyət yaranır, bu da isti aylarda elə buradaca karvanların təhlükəsiz gecələməsinə imkan verir. Girişin sağ və sol tərəflərindəki gözətçi otaqları qarşısında torpağa batmış iki böyük sal daş diqqəti cəlb edir. Deyilənə görə gözətçilər həmin daşlar üstündə dayanaraq karvansaraya daxil olan karvanların yüklərinə baxarlarmış. Çox təəssüf ki, sonralar karvansara önündən keçən şose yolunun çəkilişi zamanı onun səviyyəsi xeyli qaldırıldığından yaxınlıqdakı yamaclardan axan sel suları karvansaranı basmış və nəticədə nəinki giriş, hətta bütün karvansara həyəti lil çöküntüləri altında qalmışdır. Bundan fərqli olaraq, karvansaranın yanındakı təpənin üstündə tikilmiş məscid binası çox yaxşı qalmışdır. Karvansaranın dəvələr saxlanılan hər iki zalında xüsusi kanalizasiya xətləri mövcuddur. Bu da onu bir daha sübut edir ki, Qarabağ memarlığında kanalizasiya məsələlərinə hələ çox qədimdən xüsusi diqqət yetirilmişdir. Ümumiyyətlə, Qarğabazar karvansarasının memarlıq həlli Qarabağın Alban dövrünə məxsus olan memarlıq ənənələrini yada salır. Memarlıq üslubuna görə Qarğabazar karvansarası Alban dövrü memarlıq ənənələrinin oxşarıdır.
Sonrakı vəziyyəti
Karvansara ölkənin daşınmaz tarixi abidələrindən hesab edilir. 1992-ci ildə Qarğabazar kəndinin işğalından sonra ermənilər bu tarixi-memarlıq abidəsini mal tövləsinə çevirmişlər.
İstinadlar
- "Qarğabazar karvansarayı (Füzuli)". 2022-04-05 tarixində . İstifadə tarixi: 2020-11-02.
- Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Гарғабазар карвансарасы // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. с. 233.
- "Füzuli rayonunun əsir abidələri". 2021-03-29 tarixində . İstifadə tarixi: 2020-11-02.
- "Qarğabazar kanrvansarayı". 2022-04-05 tarixində . İstifadə tarixi: 2020-11-02.
Xarici keçidlər
- "Qarabağ – mədəniyyətimizin beşiyi": Qarğabazar karvansarası
- Əsirlikdə olan tarixi abidələr
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax Qargabazar Qargabazar karvansarasi Fuzuli rayonundan 8 kilometr cenubda yerlesen Qargabazar kendi qedim yasayis meskenlerinden biridir Qedim zamanlarda olkelerarasi ticaret vasitelerini qaydaya salan karvansaralardan hem de poct rabite meqsedi ucun genis istifade olunmusdur Bir sozle yaxin ve uzaq memleketlerin tebiet ve cemiyyetinde bas vermis deyisiklikleri ilk novbede karvansaralardan oyrenerlermis Gorunduyu kimi dunya xalqlarinin siyasi iqtisadi ve sosial medeni heyatinin inkisafinda karvansaralarin rolu evezolunmaz idi Menbelerden melum olur ki butun orta esrler boyu Serqi Qerb olkeleri ile birlesdiren Azerbaycandan kecen karvan yollari ve bu yollar ustundeki karvansaralardan bu meqsedle muntezem suretde istifade olunmusdur Muasir dovrumuze qeder gelib catmis XVII esrin yadigari olan Qargabazar kendindeki karvansara da ele bu qebildendir Bu da tebiidir Cunki kend Xudaferin korpusunden kecen Seki Qarabag Hindistan ve s istiqametli ipek ticareti ucun cox ehemiyyetli olan qedim karvan yolu uzerinde yerlesir XVII esrde esas kutlesi yonulmamis dasdan tikilmis karvansara planda bir kuncu kesilmis uzunsov duzbucaqli formadadir Onun uzun tereflerini basdan basa tagbendle ortulu iki iri yerlesme tutur Bu uzun yerlesmeler karvan heyvanlari ucun nezerde tutulub Ensiz cenub terefde iri olculu bastag ve ona yanlardan bitisik iki otaq giris qrupunu teskil edir Karvansaranin esas yasayis otaqlari girisle uzbeuz uzun heyetin ensiz simal terefindedir Bu otaqlarin ehemiyyeti onlarin relyefin hundur yerinde tikilmesinde de ozunu gosterir Funksiyalarina ve relyefe uygun olaraq hemin otaqlarin onunde iki hundur seki duzeldilmisdir Otaqlarin qapilarinin acildigi ust seki uc tagli monumental eyvan kimi hell edilmisdir Bu hissede taglar ve tag sutunlari elece de qonaq otaqlari yonulmus dasdan tikilmisdir Butun otaqlar ve yerlesmeler bayirdan iceriye dogru genislenen kicik pencerelerle isiqlandirilir Qargabazar karvansarasi Azerbaycan mulki memarliginin yolustu karvansara tipinin cox deyerli bir orneyidir Qargabazar karvansarasiQargabazar karvansarasiQargabazar karvansarasi39 32 18 sm e 47 09 25 s u Olke AzerbaycanSeher Fuzuli rayonuYerlesir Fuzuli rayonuMemar Melum deyilTikilme tarixi 1681 ci ilUzunlugu 37 70 mEni 23 67 m Vikianbarda elaqeli mediafayllarTarixiO kendin merkezinde cox da hundur olmayan tepenin dosunde eni 23 67 uzunu 34 70 insa olunmusdur Elmi menbelerde onun tikilme tarixi 1681 ci il gosterilse de karvansaranin memari melum deyil Fuzuli rayonundaki Qargabazar kendinin merkezinde Karvansara tikildiyi kendin adina uygun olaraq adlandirilsa da bu tarixi abideye bezen Sah Abbas karvansarasi da deyirler Giris fraqmentden gorunduyu kimi karvansaranin partalinin birinci yarimdaire tagbend ile ondan nisbeten boyuk olan ikinci oxvari tagbendleri arasinda xususi sekilde yerlesdirilmis uc eded kvadrat formali daslardan kenardakilar uzerinde zoomorf ve hendesi ornamentler islenmisdir Hemin daslarin arasindaki nisbeten boyuk dasin uzerinde ise karvansara memarinin adi ve tikilme tarixi hekk olundugu guman edilir Lakin orada tedqiqat isleri aparanda hec bir yazi numunesi qalmamisdir Bu mesele ile elaqedar yerli yasli sakinlerin dediyine gore burada dogrudan da eski elifba ile yazilmis yazi numunesi olmusdur Karvansaranin plani ve kesiyi Qarabag abidelerinin basina min bir oyunlar acan ve onlarin gozel memarliq bezekleri icerisine oz xaclarini cox boyuk ustaliqla hekk eden ermeni senetkarlari butun Qarabagda analoqu olmayan Qargabazar karvansarasinin kitabesine de bu niyyetle yanasmis lakin xaci hekk etmeye vaxt catmadigindan yazini tamamile mehv etmekle kifayetlenmisler Memarliq xususiyyetleriUmumi uzunlugu 37 70 m eni ise 23 67 metre catan bu karvansaranin plan ve memarliq helli merkezden kecen oxa simmetrik hell olunaraq umumi konstruksiyaya tabe edilmisdir Onun hecm mekan helline de xususi diqqet yetirildiyi aciqca hiss olunur Umumi sekilde baxdiqda karvansara kompozisiyasi butov bir orqanizm kimi baxilir Burada her bir otagin oz funksiyasi var Planda duzbucaqli sekilde hell olunmus karvansara iki boyuk olculu develikden zal girisin sag ve sol tereflerinde gozetciler ucun iki kicik otaqdan bas terefinde ise karvansara sahibi ve tacirler ucun alti eded kvadrat sekilli otaqlardan ibaretdir Otaqlarin qapilari cox da boyuk olmayan eyvana acilir Hemin eyvani mutenasib qametli iki das sutun ve onlari yuxaridan tamamlayan yarimdaire sekilli uc eded tagbend bezeyir Sutunlar arasinda yerlesdirilmis das pillekenler umumi Heyetle eyvan arasinda elaqe yaradir Karvansaranin butun bagli otaqlari sag sol ve arxa tereflerinde yerlesdirildiyinden onun merkezinde ustuaciq sekilli genis heyet yaranir bu da isti aylarda ele buradaca karvanlarin tehlukesiz gecelemesine imkan verir Girisin sag ve sol tereflerindeki gozetci otaqlari qarsisinda torpaga batmis iki boyuk sal das diqqeti celb edir Deyilene gore gozetciler hemin daslar ustunde dayanaraq karvansaraya daxil olan karvanlarin yuklerine baxarlarmis Cox teessuf ki sonralar karvansara onunden kecen sose yolunun cekilisi zamani onun seviyyesi xeyli qaldirildigindan yaxinliqdaki yamaclardan axan sel sulari karvansarani basmis ve neticede neinki giris hetta butun karvansara heyeti lil cokuntuleri altinda qalmisdir Bundan ferqli olaraq karvansaranin yanindaki tepenin ustunde tikilmis mescid binasi cox yaxsi qalmisdir Karvansaranin develer saxlanilan her iki zalinda xususi kanalizasiya xetleri movcuddur Bu da onu bir daha subut edir ki Qarabag memarliginda kanalizasiya meselelerine hele cox qedimden xususi diqqet yetirilmisdir Umumiyyetle Qargabazar karvansarasinin memarliq helli Qarabagin Alban dovrune mexsus olan memarliq enenelerini yada salir Memarliq uslubuna gore Qargabazar karvansarasi Alban dovru memarliq enenelerinin oxsaridir Sonraki veziyyetiKarvansara olkenin dasinmaz tarixi abidelerinden hesab edilir 1992 ci ilde Qargabazar kendinin isgalindan sonra ermeniler bu tarixi memarliq abidesini mal tovlesine cevirmisler Istinadlar Qargabazar karvansarayi Fuzuli 2022 04 05 tarixinde Istifade tarixi 2020 11 02 Budagov B Ә Geјbullaјev G Ә Gargabazar karvansarasy Ermәnistanda Azәrbaјҹan mәnshәli toponimlәrin izaһly lүgәti Baky Oguz eli 1998 s 233 Fuzuli rayonunun esir abideleri 2021 03 29 tarixinde Istifade tarixi 2020 11 02 Qargabazar kanrvansarayi 2022 04 05 tarixinde Istifade tarixi 2020 11 02 Xarici kecidler Qarabag medeniyyetimizin besiyi Qargabazar karvansarasi Esirlikde olan tarixi abideler