Humanist psixologiya— Psixoanalitik istiqamət şəxsiyyətin motivasiyası və strukturunu öyrənməklə psixologiyada mühüm yenilikləri, kəşfləri meydana çıxardı. Lakin psixoanaliz şəxsiyyətin bir sıra keyfiyyətlərinin məqsədyönlü şəkildə inkişafının mümkünlüyünü inkar edirdi. Bundan başqa, psixoloqlar psixoanalitiklərin şəxsiyyətin inkişafının uşaqlıq dövründə başa çatması ilə razılaşmır, hesab edirdilər ki, şəxsiyyət həyatı boyu inkişaf edir.
Humanist psixologiyanın yaranması və inkişafı
Humanist psixologiya ötən əsrin 40-cı illərində ekzistensialit fəlsəfi məktəbin əsasında ABŞ-də yarandı. Onun ilk yaradıcılarından biri Q. Olport qeyd edirdi ki, Amerika psixologiyası Seçenov, Bine, Freyd və digər alimlərin yaratdıqlarını inkişaf etdirib, yayıb, sintez edib humanist psixologiyanı formalaşdırdı.30–50-ci illərdə aparılan tədqiqatlar göstərdi ki, insanın yalnız mühitə uyğunlaşdırılması motivasiyası kifayət etmir. Situasiyanın təzyiqini aradan qaldırmaq imkanları insanlarda deyildiyindən daha çoxdur. İnsanların mənəvi tərəflərinin inkişafı problemlərini ənənəvi təbii-elmi determinantlarla izah etmək mümkün deyildi. Deməli, yeni fəlsəfi yanaşmalar da tələb olunurdu. Humanist psixologiyada şəxsiyyətin cəmiyyətlə qarşılıqlı münasibəti, eləcə də sosial mühitin şəxsiyyətə təsiri məsələləri araşdırılmaqla başlandı. Humanist psixologiyanın nümayəndələri psixoanalizin şəxsiyyətlə mühit arasındakı barışmaz ziddiyyətin olması fikrini qəbul etmirdilər. Bununla yanaşı, ünsiyyət məsələlərini, şəxsiyyət və cəmiyyətin qarşılıqlı münasibətlərini öyrənərkən psixoanalizə də istinad edirdilər. Bununla belə, onlar göstərirdilər ki, psixologiya yalnız nevrotikləri deyil, həm də yaradıcılığı, normal insanları öyrənməlidir. Beləliklə, cəmiyyətin ideologiyasından, eləcə də psixologiyanın inkişafından şəxsiyyəti öyrənən yeni bir istiqamət — humanist psixologiya yarandı. Onun yaradıcıları isə məşhur Amerika psixoloqları Q. Olport, A. Maslou və K. Rocersdir.
Q. Olport
Humanist psixologiyanın ilk yaradıcılarından biri olan Q. Olport (1897–1967) humanist psixologiyanı həm insanın davranışını mexaniki şəkildə öyrənən biheviorizmə, həm də şəxsiyyəti biolojiləşdirən psixoanalizə alternativ bir istiqamət hesab edirdi. Olport eyni zamanda psixikası pozulmuş, nevrotik xəstələrin əlamətlərinin sağlam adamlara da şamil edilməsinin yolverilməzliyini qeyd edirdi. Qeyd edirdi ki, bihevioristlərin istifadə etdiyi müşahidə olunan faktların toplanması və təsvir edilməsi də düzgün deyil. Faktlar sistemləşdirilməli və təhlil olunmalıdır. Yalnız quru faktları toplayan psixoloqları Olport "başsız atlı"ya bənzədirdi. Olporta görə, insan ilk növbədə sosial varlıqdır, nəinki bioloji. Ona görə də ətrafdakı insanlarla, cəmiyyətlə əlaqə qurmadan şəxsiyyət inkişaf edə bilməz. Bu səbəbdən də psixo- analitiklərin şəxsiyyət və cəmiyyət antoqonist ziddiyyətdədir fikrini qəbul etmirdi. Olport göstərirdi ki, şəxsiyyət açıq sistem olduğundan başqa adamların və cəmiyyətin təsirinə də açıqdır. O, hesab edirdi ki, şəxsiyyətin cəmiyyətlə münasibəti mühitlə özü arasında tarazlıq yaratmaq deyil, qarşılıqlı ünsiyyət, münasibət və təsirdir. Bununla Olport o dövrlərdə qəbul edilən "İnkişaf insanın ətraf mühitə adaptasiyasıdır" fikrinə qarşı çıxırdı. Olport sübut edirdi ki, şəxsiyyətin inkişafının əsasında daimi inkişaf, özünütəkmilləşdirmə tələbatı durur. Olport şəxsiyyət konsepsiyasını yalnız nəzəri cəhətdən işləməmişdir. O həm də psixikanın öyrənilməsi ilə bağlı metodlar işləyib hazırlamışdı. Olporta görə, hər bir insanda oxşar keyfiyyətlər vardır. Lakin onların inkişaf səviyyəsi, şəxsiyyətin strukturunda yeri, müstəqilliyi hər bir şəxsdə fərqlidir. Bu fikrə istinad edərək o, çoxfaktorlu sorğu hazırlamışdır ki, onun köməyilə hər bir fərdin şəxsi keyfiyyətlərinin inkişaf səviyyəsini müəyyənləşdirmək mümkündür. Onların içərisində Minnesot Universitetinin (MMPİ) sorğusu daha geniş yayılıb və modifikasiya olunub. Bu metodla nəinki şəxsiyyətin strukturunu, həm də peşə yararlığını öyrənmək mümkündür. Olport daim bu metodları təkmilləşdirirdi və hesab edirdi ki, intervü anketə nisbətən daha etibarlı metoddur. Çünki intervü zamanı situasiyadan asılı olaraq sualları, onların qoyuluşunu dəyişdirmək mümkündür. Anketdə isə bu mümkün deyil.
R. Mey
R. Meyin nəzəri görüşlərinin əsasını insan psixikasının şəxsiyyətin özünü subyekt və obyekt kimi qavraması təşkil edir. Şüurun bu iki qütbü iradə azadlığını müəyyənləşdirir. Meyə görə, şəxsiyyət özünüdərk və identifikasiya ilə şərtlənir. O, psixoanalizdən qeyri- şüuriliyi götürür və onu insanın reallaşmayan qabiliyyəti və cəhdləri ilə əlaqələndirir. Reallaşmayan cəhd və qabiliyyətlər həyəcan yaradır və tədricən nevroza çevrlir. Ona görə də psixoterapevt ilk növbədə sərbəst inkişafa, özünütəkmilləşdirməyə mane olan səbəbləri müəyyənləşdirməyə çalışmalıdır. Sərbəstlik çevikliklə, dəyişikliyə hazır olmaqla bağlıdır və insana özünü dərk etməyə kömək edir. Belədə insan öz həyatını reallığa uyğun qura bilir.
A. Maslou
Humanist psixologiyanın başlıca məsələlərini: özünüfəallaşdırma, şəxsiyyətin inkişaf mexanizmləri və tələbatın növləri problemlərini də A. Maslou işləmişdir. Psixikanın formalaşmasına yeni yanaşmanın zəruri olduğunu qeyd edən Maslou göstərirdi ki, o nə antibihevioristdir, nə də antipsixoanalitik. Bu məktəblərin yanaşmalarını inkar etməsə də, onların ehkam kimi qəbul olunmasını da yolverilməz hesab edirdi. Bildirirdi ki, onlar insanın imkanlarını məhdudlaşdırır, inkişafına dar çərçivədən yanaşırlar. Maslouya görə, psixoanalizin çatışmazlıqlarından biri də şüurun rolunu məhdudlaşdırmaqla bağlıdır. Maslounun fikrincə, insanla heyvanın fərqindən biri də ondadır ki, insan mühitlə özü arasında tarazlıq yaratmağa çalışmır, əksinə, bu tarazlığı dağıtmağa cəhd edir. Mühitə uyğunlaşma, tarazlıq insanın özünüfəallaşdırmasını məhdudlaşdırır, hətta yox edir. Buna görə də inkişafa cəhd, şəxsi inkişaf, yəni özünüfəallaşdırma insanlığın və cəmiyyətin inkişafının əsasını təşkil edir. Maslou, eyni zamanda bihevioristlərin psixi həyatın bütovlükdə davranışla bağlılığına qarşı çıxırdı. Hesab edirdi ki, psixikanın ən vacib tərəfi özünüinkişafla bağlıdır. Maslou, demək olar ki, genişmiqyaslı, qlobal eksperimentlər aparmışdır. Eksperimentlər əsasən özünüfəallaşdırma ilə bağlı olmuş, nəzəri fikirlərinin təsdiqinə yönəldilmişdir. Psixoanalitiklərdən fərqli olaraq, o, hesab edirdi ki, psixologiya xəstə və orta səviyyəli adamları deyil, ən yaxşı, yaradıcı insanları öyrənməlidir. Ən qabiliyyətli adamları öyrənməklə psixologiya insanın imkanlarının sərhədlərini müəyyənləşdirə bilər. Maslouya görə, hər bir insan özünəməxsus keyfiyyət və qabiliyyətlərlə doğulur və bu onun "Mən"inin əsasnı təşkil edir. Hər bir şəxs bu imkanları bilməli, həyat və fəaliyyətində ondan istifadə etməlidir. Buna görə də insan şəxsiyyətini instinktlər deyil, dərk olunmuş motiv və cəhdlər formalaşdırır. Lakin özünüfəallaşdırma cəhdi ətraf mühitin bir sıra maneələrinə rast gəlir. Bu səbəbdən də bəzi insanlar çətinliklə rastlaşdıqda öz istəyindən imtina edir. Bu da izsiz ötüşmür, inkişafın qarşısını alır, nevroza səbəb olur. Maslou ilk dəfə olaraq şəxsiyyətin neqativ tərəfləri ilə yanaşı, pozitiv tərəflərinin də inkişafa təkan verdiyini göstərdi. Bu isə hər bir insanın özünüinkişafı və özünütəkmilləşdirməsidir.
Karl Rocers
Rocersin konsepsiyasının əsasını insana inam, onun şəxsiyyətinə hörmət təşkil edir. O yazır: "İnsana ən qiymətli hədiyyə onun emosional vəziyyətini dinləmək, hörmətlə yanaşmaq və öz yerini tapmaqda kömək etməkdir". Rocersin nəzəri baxışlarında ilkin yerlərdən birini insana inam tutur. Halbuki, Qərb sivilizasiyası, onun sosial institutları üçün insana inamsızlıq geniş yayılıb. Onlara görə insan təbiətən tənbəl və idarəolunmaz olduğundan daim kənar nəzarət altında olmalıdır. Rocersin konsepsiyasına görə insan daxili təbiəti etibarilə pozitiv, sosial və konstruktivdir. İkincisi, onun daxili təbiəti hər dəfə başqa admalarla qarşılıqlı münasibətdə olarkən, pozitiv münasibətlə üzləşərkən özünütəsdiqə doğru yönəlir. Rocers hesab edir ki, insanın özünü dərk etməsi üçün böyük imkanları vardır. Lakin bu imkanların inkişafı mühitdən asılıdır. Rocersə görə, ənənəvi təhsil sisteminin əsas çatızmazlığı təlimin və müəllimin rolunun həddən artıq şişirdilməsi ilə bağlıdır. Bu sistemdə düşündürücü təlimə və ümumiyyətlə şagirdin özünə az yer ayrılır. Şəxsiyyətyönümlü təhsildə isə şagird sərbəst olur, öz hərəkətlərinin məsuliyyətini dərk edir, təlim yaradıcılığına xidmət edir. Rocers uzunmüddətli müşahidə və tədqiqatlar nəticəsində belə bir qənaətə gəlmişdir ki, insanlara emosional və koqnitiv kömək həyatda daha yaxşı yaşamağa kömək edir, cəmiyyətdə isə pozitiv davranış artır. 70 – 80-ci illərdə isə belə bir qənaətə gəlir ki, konfliktdə olan qruplar arasında ünsiyyətin qurulması, insanların özünütəsdiqi onların şüurunda da pozitiv dəyişikliyə səbəb olur, arı-ayrı insanlarda və bütövlükdə cəmiyyətdə gərginlik azalır.
Xarici keçidlər
- Humanist Psixologiya: tarix, nəzəriyyə və əsas prinsiplər
İstinadlar
- Ramiz Əliyev. Psixologiya tarixi (az.). 2006.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Humanist psixologiya Psixoanalitik istiqamet sexsiyyetin motivasiyasi ve strukturunu oyrenmekle psixologiyada muhum yenilikleri kesfleri meydana cixardi Lakin psixoanaliz sexsiyyetin bir sira keyfiyyetlerinin meqsedyonlu sekilde inkisafinin mumkunluyunu inkar edirdi Bundan basqa psixoloqlar psixoanalitiklerin sexsiyyetin inkisafinin usaqliq dovrunde basa catmasi ile razilasmir hesab edirdiler ki sexsiyyet heyati boyu inkisaf edir psixologiyaHumanist psixologiyanin yaranmasi ve inkisafiHumanist psixologiya oten esrin 40 ci illerinde ekzistensialit felsefi mektebin esasinda ABS de yarandi Onun ilk yaradicilarindan biri Q Olport qeyd edirdi ki Amerika psixologiyasi Secenov Bine Freyd ve diger alimlerin yaratdiqlarini inkisaf etdirib yayib sintez edib humanist psixologiyani formalasdirdi 30 50 ci illerde aparilan tedqiqatlar gosterdi ki insanin yalniz muhite uygunlasdirilmasi motivasiyasi kifayet etmir Situasiyanin tezyiqini aradan qaldirmaq imkanlari insanlarda deyildiyinden daha coxdur Insanlarin menevi tereflerinin inkisafi problemlerini enenevi tebii elmi determinantlarla izah etmek mumkun deyildi Demeli yeni felsefi yanasmalar da teleb olunurdu Humanist psixologiyada sexsiyyetin cemiyyetle qarsiliqli munasibeti elece de sosial muhitin sexsiyyete tesiri meseleleri arasdirilmaqla baslandi Humanist psixologiyanin numayendeleri psixoanalizin sexsiyyetle muhit arasindaki barismaz ziddiyyetin olmasi fikrini qebul etmirdiler Bununla yanasi unsiyyet meselelerini sexsiyyet ve cemiyyetin qarsiliqli munasibetlerini oyrenerken psixoanalize de istinad edirdiler Bununla bele onlar gosterirdiler ki psixologiya yalniz nevrotikleri deyil hem de yaradiciligi normal insanlari oyrenmelidir Belelikle cemiyyetin ideologiyasindan elece de psixologiyanin inkisafindan sexsiyyeti oyrenen yeni bir istiqamet humanist psixologiya yarandi Onun yaradicilari ise meshur Amerika psixoloqlari Q Olport A Maslou ve K Rocersdir Q Olport Humanist psixologiyanin ilk yaradicilarindan biri olan Q Olport 1897 1967 humanist psixologiyani hem insanin davranisini mexaniki sekilde oyrenen biheviorizme hem de sexsiyyeti biolojilesdiren psixoanalize alternativ bir istiqamet hesab edirdi Olport eyni zamanda psixikasi pozulmus nevrotik xestelerin elametlerinin saglam adamlara da samil edilmesinin yolverilmezliyini qeyd edirdi Qeyd edirdi ki bihevioristlerin istifade etdiyi musahide olunan faktlarin toplanmasi ve tesvir edilmesi de duzgun deyil Faktlar sistemlesdirilmeli ve tehlil olunmalidir Yalniz quru faktlari toplayan psixoloqlari Olport bassiz atli ya benzedirdi Olporta gore insan ilk novbede sosial varliqdir neinki bioloji Ona gore de etrafdaki insanlarla cemiyyetle elaqe qurmadan sexsiyyet inkisaf ede bilmez Bu sebebden de psixo analitiklerin sexsiyyet ve cemiyyet antoqonist ziddiyyetdedir fikrini qebul etmirdi Olport gosterirdi ki sexsiyyet aciq sistem oldugundan basqa adamlarin ve cemiyyetin tesirine de aciqdir O hesab edirdi ki sexsiyyetin cemiyyetle munasibeti muhitle ozu arasinda tarazliq yaratmaq deyil qarsiliqli unsiyyet munasibet ve tesirdir Bununla Olport o dovrlerde qebul edilen Inkisaf insanin etraf muhite adaptasiyasidir fikrine qarsi cixirdi Olport subut edirdi ki sexsiyyetin inkisafinin esasinda daimi inkisaf ozunutekmillesdirme telebati durur Olport sexsiyyet konsepsiyasini yalniz nezeri cehetden islememisdir O hem de psixikanin oyrenilmesi ile bagli metodlar isleyib hazirlamisdi Olporta gore her bir insanda oxsar keyfiyyetler vardir Lakin onlarin inkisaf seviyyesi sexsiyyetin strukturunda yeri musteqilliyi her bir sexsde ferqlidir Bu fikre istinad ederek o coxfaktorlu sorgu hazirlamisdir ki onun komeyile her bir ferdin sexsi keyfiyyetlerinin inkisaf seviyyesini mueyyenlesdirmek mumkundur Onlarin icerisinde Minnesot Universitetinin MMPI sorgusu daha genis yayilib ve modifikasiya olunub Bu metodla neinki sexsiyyetin strukturunu hem de pese yararligini oyrenmek mumkundur Olport daim bu metodlari tekmillesdirirdi ve hesab edirdi ki intervu ankete nisbeten daha etibarli metoddur Cunki intervu zamani situasiyadan asili olaraq suallari onlarin qoyulusunu deyisdirmek mumkundur Anketde ise bu mumkun deyil R Mey R Meyin nezeri goruslerinin esasini insan psixikasinin sexsiyyetin ozunu subyekt ve obyekt kimi qavramasi teskil edir Suurun bu iki qutbu irade azadligini mueyyenlesdirir Meye gore sexsiyyet ozunuderk ve identifikasiya ile sertlenir O psixoanalizden qeyri suuriliyi goturur ve onu insanin reallasmayan qabiliyyeti ve cehdleri ile elaqelendirir Reallasmayan cehd ve qabiliyyetler heyecan yaradir ve tedricen nevroza cevrlir Ona gore de psixoterapevt ilk novbede serbest inkisafa ozunutekmillesdirmeye mane olan sebebleri mueyyenlesdirmeye calismalidir Serbestlik ceviklikle deyisikliye hazir olmaqla baglidir ve insana ozunu derk etmeye komek edir Belede insan oz heyatini realliga uygun qura bilir A Maslou Humanist psixologiyanin baslica meselelerini ozunufeallasdirma sexsiyyetin inkisaf mexanizmleri ve telebatin novleri problemlerini de A Maslou islemisdir Psixikanin formalasmasina yeni yanasmanin zeruri oldugunu qeyd eden Maslou gosterirdi ki o ne antibihevioristdir ne de antipsixoanalitik Bu mekteblerin yanasmalarini inkar etmese de onlarin ehkam kimi qebul olunmasini da yolverilmez hesab edirdi Bildirirdi ki onlar insanin imkanlarini mehdudlasdirir inkisafina dar cerciveden yanasirlar Maslouya gore psixoanalizin catismazliqlarindan biri de suurun rolunu mehdudlasdirmaqla baglidir Maslounun fikrince insanla heyvanin ferqinden biri de ondadir ki insan muhitle ozu arasinda tarazliq yaratmaga calismir eksine bu tarazligi dagitmaga cehd edir Muhite uygunlasma tarazliq insanin ozunufeallasdirmasini mehdudlasdirir hetta yox edir Buna gore de inkisafa cehd sexsi inkisaf yeni ozunufeallasdirma insanligin ve cemiyyetin inkisafinin esasini teskil edir Maslou eyni zamanda bihevioristlerin psixi heyatin butovlukde davranisla bagliligina qarsi cixirdi Hesab edirdi ki psixikanin en vacib terefi ozunuinkisafla baglidir Maslou demek olar ki genismiqyasli qlobal eksperimentler aparmisdir Eksperimentler esasen ozunufeallasdirma ile bagli olmus nezeri fikirlerinin tesdiqine yoneldilmisdir Psixoanalitiklerden ferqli olaraq o hesab edirdi ki psixologiya xeste ve orta seviyyeli adamlari deyil en yaxsi yaradici insanlari oyrenmelidir En qabiliyyetli adamlari oyrenmekle psixologiya insanin imkanlarinin serhedlerini mueyyenlesdire biler Maslouya gore her bir insan ozunemexsus keyfiyyet ve qabiliyyetlerle dogulur ve bu onun Men inin esasni teskil edir Her bir sexs bu imkanlari bilmeli heyat ve fealiyyetinde ondan istifade etmelidir Buna gore de insan sexsiyyetini instinktler deyil derk olunmus motiv ve cehdler formalasdirir Lakin ozunufeallasdirma cehdi etraf muhitin bir sira maneelerine rast gelir Bu sebebden de bezi insanlar cetinlikle rastlasdiqda oz isteyinden imtina edir Bu da izsiz otusmur inkisafin qarsisini alir nevroza sebeb olur Maslou ilk defe olaraq sexsiyyetin neqativ terefleri ile yanasi pozitiv tereflerinin de inkisafa tekan verdiyini gosterdi Bu ise her bir insanin ozunuinkisafi ve ozunutekmillesdirmesidir Karl Rocers Rocersin konsepsiyasinin esasini insana inam onun sexsiyyetine hormet teskil edir O yazir Insana en qiymetli hediyye onun emosional veziyyetini dinlemek hormetle yanasmaq ve oz yerini tapmaqda komek etmekdir Rocersin nezeri baxislarinda ilkin yerlerden birini insana inam tutur Halbuki Qerb sivilizasiyasi onun sosial institutlari ucun insana inamsizliq genis yayilib Onlara gore insan tebieten tenbel ve idareolunmaz oldugundan daim kenar nezaret altinda olmalidir Rocersin konsepsiyasina gore insan daxili tebieti etibarile pozitiv sosial ve konstruktivdir Ikincisi onun daxili tebieti her defe basqa admalarla qarsiliqli munasibetde olarken pozitiv munasibetle uzleserken ozunutesdiqe dogru yonelir Rocers hesab edir ki insanin ozunu derk etmesi ucun boyuk imkanlari vardir Lakin bu imkanlarin inkisafi muhitden asilidir Rocerse gore enenevi tehsil sisteminin esas catizmazligi telimin ve muellimin rolunun hedden artiq sisirdilmesi ile baglidir Bu sistemde dusundurucu telime ve umumiyyetle sagirdin ozune az yer ayrilir Sexsiyyetyonumlu tehsilde ise sagird serbest olur oz hereketlerinin mesuliyyetini derk edir telim yaradiciligina xidmet edir Rocers uzunmuddetli musahide ve tedqiqatlar neticesinde bele bir qenaete gelmisdir ki insanlara emosional ve koqnitiv komek heyatda daha yaxsi yasamaga komek edir cemiyyetde ise pozitiv davranis artir 70 80 ci illerde ise bele bir qenaete gelir ki konfliktde olan qruplar arasinda unsiyyetin qurulmasi insanlarin ozunutesdiqi onlarin suurunda da pozitiv deyisikliye sebeb olur ari ayri insanlarda ve butovlukde cemiyyetde gerginlik azalir Xarici kecidlerHumanist Psixologiya tarix nezeriyye ve esas prinsiplerIstinadlarRamiz Eliyev Psixologiya tarixi az 2006