Zebu (lat. Bos primigenius indicus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinin i̇btidai öküz növünə aid heyvan yarımnövü. Zebu Bos nəsli və yarımnəslinin tərkibində növ, bəlkə də yarımnöv mövqeyindədir.
Zebu | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Ranqsız: Dəstə: Klad: Klad: Klad: Yarımdəstə: İnfradəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Yarımnöv: Zebu | ||||
Beynəlxalq elmi adı | ||||
|
Adi qaramaldan fərqi
Zebu, təsvir etdiyimiz növlərə nisbətən, adi qaramala çox yaxındır. Bununla belə zebu ilə adi qaramal arasında olan ciddi fərqi nəzərdən qaçırmaq olmaz. Son 20–30 il müddətində aparılmış dəqiq tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, sümüyünün quruluşuna, daxili orqanların inkişafına və funksiyasına, ümumiyyətlə, morfoloji və fizioloji xüsusiyyətlərinə görə zebu qaramaldan əsaslı surətdə fərqlənir. Birinci və mühüm fərq bundadır ki, adi qaramalın normal sürətdə yaşaya bilmədiyi yerlərdə zebu özünü çox yaxşı hiss edir.
Ralf Filippsə görə, tur təkamül prosesində iki əsas tipə, yəni adi qaramala və zebuya parçalanmışdır. Adi qaramal Orta və Şimali Avropada, Rusiyada, zebu isə Cənubi Asiyada, Aralıq dənizinin şimal sahillərində və Afrikada yayılmışdır. Bununla da Filips zebunun mühitin təsiri altında formalaşdığını sübut etmiş olur; qaramal cinslərinin müasir yayılışı göstərir ki, yüksək və soyuq iqlimli yerlərdə tur törəmələri olan adi qaramal, alçaq relyefli və isti iqlimli yerlərdə isə zebular və zebuyabənzərlər əmələ gəlmiş və min illər davam edən dövr ərzində kütləvi sürətdə törəyib artmışlar.
Zebunun tura münasibəti məsələsinə gəldikdə, bunu ehtimal etmək olar ki, adi qaramalın və zebunun əjdadı tur olmuşdur. Həmin turlar yaşayış şəraitindən asılı olaraq bir-birindən fərqlənirlərmiş. Odur ki, tur tipli maldan mülayim və soyuq iqlimli yerlərdə adi qaramal, isti və quru havalı, susuz yerlərdə isə zebu törəmişdir.
Belə diferensasiya ehtimal daxilində olması, bir də zebuların məhz turların yayıldığı və əhliləşdirildiyi yerlərdə kütləvi sürətdə yetişdirilməsi ilə isbat edilir.
Zebunun cidov nahiyyəsində yerləşən hörgüc (Lənkəran zonası rayonlarında buna "gilə", hörgüclü malı isə "gilək" adlandırırlar) adətən onun əsas fərqləndirici əlaməti hesab olunur. Zebunun hörgücü dəvənin yağlı hörgücündən fərqli olaraq əzələdən və əzələ qatları arasında piylənmiş birləşdirici toxumadan ibarətdir. Bu rus ədəbiyyatında zebunun "donqar" mal adlandırmaq ilə də müəyyən dərəcədə əlaqədardır, lakin zebuda yalnız hörgücün olub-olmamasına əsaslanmaq olmaz.
Epşteyn tədqiqatçı Rivettə istinad edərək göstərir ki, hörgüc başlanğıc şəkildə olsa da, vəhşi turlar üçün xas olan əlamətdir. Müəllifin fikrinə görə bu xüsusiyyət əhliləşmiş malda da müşahidə edilə bilər. Maddi mədəniyyət əsərlərində aşkar edilən tur şəkillərin öyrənilməsi, habelə qaramalın qədim klassiklər tərəfindən verilmiş təsvirləri Rivettin bu fikrini tamamilə təsdiq edir. Vəhşi turlarda hörgücün başlanğıc şəkildə olması və əhliləşmiş qaramalda onun daha qüvvətli inkişaf etməsi Qobustan (Azərbaycan) qaya yazılarında aşkar görünür. Görünür ki, bu əlamət yalnız cənub turlarına məxsus imiş. Jak-de-Lorqanın XIX əsrin sonunda Lənkəran rayonu ərazisində apardığı qazıntılar zamanı Daş məqbərədə tapılmış boz aqat daşı üzərindəki zebu şəkli bu növün burada tunc dövründə yayıldığını sübut edir. Beləliklə, zebunun Azərbaycanda tariximizdən 3000–3500 il əvvəl yetişdirildiyini ehtimal etmək olar.
Zebunun yaranış məskənləri
Zebuların ilk dəfə harada və nə vaxt əmələ gəlməsinə dair rəylər də müxtəlifdir. Son zamanlaradək bir çox müəlliflər zebunun ilk dəfə olaraq Hindistanda əmələ gəldiyini iddia edirdilər. Buna əsas səbəb bu ölkənin başdan-başa zebu ölkəsi olmasıdır. Əsrimizin birinci yarısında aparılmış çoxlu tədqiqatlar artıq zebunun həqiqi vətənini dəqiq müəyyən etməyə imkan verir.
Hind maddi-mədəniyyəti tarixini tədqiq etmiş Oliver (1938) və Ueyyer (1942) qeyd edirlər ki, Hindistanın zebu cinslərindən bağnari, qaolao, onqole, hariana və onlara qohum olan qalan hörgüclü mal tariximizdən 2200–1500 il əvvəl arilərin qəsb etdikləri yol boyunca yerləşən rayonlarda yetişdirilir. Digər tədqiqatçı Ford (1939) arxeoloji qazıntılardan tapılmış qalıqlara əsaslanaraq qədim Hind mədəniyyətinin uzaq qərbdən alınmış təkan nəticəsində inkişaf etdiyini sübut edir. Bu isə zebunun yaranış mərkəzinin Hindistanda deyil, qərbdə olduğunu və zebunun Hind mədəniyyətindən xeyli əvvəl təkamül edib formalaşmasını göstərir.
Beləliklə, zebunun vətənini müəyyən etmək üçün maddi mədəniyyəti daha qədim olan isti iqlimli ölkələrə nəzər yetirmək lazım gəlir. Hepe (1948) heyvanların mənşəyi məsələsini təhlil edərək belə nəticəyə gəlmişdir ki, zebu öz əsas xassələrini, xüsusilə tropik və subtropik iqlimə yüksək dərəcədə uyğunluğunu hər hansı bir vəhşi növdən irsən qazanmamış, əksinə bunu mühit şəraitinə uyğunlaşmaq nəticəsində əldə edə bilmişdir. Epşteyn (1956) kranioloji tədqiqata əsaslanaraq göstərir ki, zebu kəlləsinin bütün əlamətləri turun hörgücsüz nəsillərinin əlamətlərinə tamamilə oxşardır. Bununla əlaqədar olaraq Epşteyn isti, quru iqlimli ölkələrin hörgücsüz malının mənşə etibarı ilə zebuya bağlı olduğunu təsdiq etmiş olur.
Xüsusiyyətləri
Bununla əlaqədar olaraq zebuluq əlamətlərinin dəqiq müəyyən edilməsi lazım gəlir. Zebu başlıca olaraq aşağıdakı əsas xüsusiyyətlərə malikdir: başı ensiz və uzundur (aşağıdan yuxarıya tərəf genişlənir), döşü və gövdəsi darısqaldır, bədəni qısadır, gerisi genişdir, tükləri qısa və seyrəkdir, sümüyü nazikdir, kəlləsinin profili batıq, alnı isə qabarıqdır, göz yuvalarının kənarları çıxıntılıdır. Buynuzları, adətən yuxarıya tərəf yönəlmişdir, uzunluğu və yoğunluğu olduqca müxtəlifdir, sağrısı sallaqdır, ayaqları quru və çox nazikdir. Zebuya xas olan morfoloji əlamətlərdən biri də döş fəqərələrindəki üst çıxıntıların zirvələrinin haçalanmasıdır.
Zebu Hindistanda, Pakistanda, Afrika ölkələrində, Yaxın Şərq ölkələrində – İranda, İraqda, Suriyada, İsraildə, Ərəbistan yarımadasında, Azərbaycanda və Orta Asiya Respublikalarında (Türkmənistanda, Özbəkistanda və Tacikistanda) yayılmışdır. Yalnız Hindistanda 150 milyon baş zebu vardır. Göstərilən ölkələrdən başqa, Cənubi Asiyanın şərq hissəsində yerləşən ölkələrdə də zebular və zebuyabənzər heyvanlar çox yayılmışdır. Məsələn, Hindi-Çində, Cənubi Çində yetişdirilməkdə olan zebuyabənzər mal zebuların törəmələridir. Zebu, həmçinin Birmada və İndoneziyada yetişdirilir və ondan müxtəlif məqsədlər üçün geniş istifadə edilir.
Zebunun müsbət xassələri onun yeni sahələr tutmasına səbəb olmuşdur. Hazırda Amerika Birləşmiş Ştatlarında 4 zebu növü yetişdirilir. Burada Texas ştatı zebuçuluq mərkəzinə çevrilmiş və Amerika zebusu olan bramanın vətənidir. 1959-cu ildə ABŞ-da təmiz zebuların sayı 300 min başdan artıq idi və zebu buradan Cənubi Amerika ölkələrinə, Avstraliyaya və hətta Afrikaya ixrac edilirdi. Zebunun yeni mərkəzlərindən biri də Braziliyadır. Burada zebunun təkmilləşmiş forması-hind-Braziliya zebusu yaradılmışdır. Zebu, ağır iqlimli ölkələrdə sərbəst yaşamaqdan başqa, bir sıra qiymətli təsərrüfat xassələrinə də malikdir. Bu, əsasən onun südünün çox yağlı olmasından və tərkibində qida maddələrinin çoxluğundan, kökəlmək və piy toplamaq qabiliyyətinin misilsiz inkişafından ibarətdir. Buna görə də zebudan müxtəlif istiqamətlərdə istifadə olunur. Xarici ölkələrdə zebunu ətlik cinslər yaratmaq məqsədi ilə ətlik zavod cinsləri ilə, keçmiş ittifaqda əsasən qarşıq məhsullu və südlük (qırmızı səhra, ostfriz və Latviya qonur) cinslər ilə çarpazlaşdırıb, hibrid nəsil alırlar. Alınan hibrid nəsil, adətən bir halda yüksək dərəcədə əzələli, çoxlu ətçıxarlı, digər halda isə yağlı südlü və istiyə davamlı olur.
Hindistan zebusunun təsvirini sindhi cinsinin timsalında veririk. Gövdəsi yığcam, başı mütənasib, alnı bəzən qabarıqdır, buynuzları dibində qalındır, kənara və yuxarıya tərəf yönəlmişdir, qulaqları həcmli olub, uzunluğu 26,6 sm, eni 16 sm və sallaqdır, dərisi orta dərəcədə qalındır, tünd piqmentlidir. Tükləri qısa və parlaqdır, dırnaqları möhkəmdir, lakin daşlıq yerlərdə tez yeyilir. Yelini çox həcmlidir və aşağıya tərəf sallanmışdır. Rəngi qırmızıdır, tünd-qırmızı və açıq-qırmızı rəngliləri də az deyildir. Buğalarının döşü və budları bədənə nisbətən daha tünd olur. Bəzilərinin alnında və döşündə ağ nişana təsadüf edilir.
Orta Asiya zebularının eksteryeri belə təsvir edilir: başı yüngül, quru və ensizdir, buynuzları müxtəlifşəkilli və istiqamətlidir; qulaqları nazik, düzduruşlu olub bir qədər kənarlara tərəf yönəlmişdir: boynu qısa və nazikdir, xidovu hündür və enlidir, hörgücünün böyüklüyü cinsiyyətindən və köklüyündən asılıdır və bir qayda olaraq buğalarda iridir; dalı düzdür; sağrısı bir qədər dikdir; quyruğu uzun və nazikdir; rəngi qara, qırmızı, bəzən qonur, sarı, kürən və ala-qırmızıdır.
Azərbaycan zebusu
Azərbaycan Zebusu respublikanın Lənkəran-Astara bölgəsində yayılmışdır. Azərbaycan zebusunun eksteryeri: başı xırda, yüngül və düz profillidir; peysər darağı qabarıqdır (bəzən düzdür); buynuzları möhkəmdir, dibində yoğun, uclarında isə çox nazikdir; yuxarıya, irəliyə və içəriyə tərəf yönəlmişlər. Buynuzları ağ, boz, qara və sarı rəngdədir. Boynu qısa, dərindir, orta qalınlıqdadır. Köklük dərəcəsi yüksək olan inəklərin hörgücünün uzunluğu orta hesabla 25,5 sm (bəzən 32,52 sm-ə çatır), hündürlüyü 15,5 sm, qucumu isə 72–85 sm olur. Buğaların hörgücünün uzunluğu 40 sm, hündürlüyü 30 sm, qalınlığı isə dibində 20 sm-dən artıq olur. Hörgüc, adətən əzələli və bərk olur və sallanmır. Döş dərisi çoxunda qüvvətli inkişaf etmişdir, çoxlu qatlar əmələ gətirir, boşdur və sallanır, dalı düz və gödəkdir. Beli uzun, enlidir, çoxunda yastıdır. Sağrısı dik çardakvarı olub, uzunluğu və eni azdır, quyruğu uzundur, dibi uca doğru nazikdir, sıx və gödək tüklüdür, ucundakı qotazı uzundur. Döşü ensizdir, dərinliyi orta dərəcədədir, qucumu azdır; qabırğaları yastıdır. Əzələsi quru və az inkişaf etmişdir. Şərait əlverişli olduqda əzələsi çox inkişaf edir və bədəni girdə, hamar şəkil alır. Südlük əlamətləri zəif inkişaf etmişdir. İllik süd məhsuldarlığı orta hesabla 500 kq-dır. Süddə yağlılığı isə 5–6%-dir.
Sinonimləri
- Bos indicus
- Bos taurus indicus
İstinadlar
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Zebu lat Bos primigenius indicus heyvanlar aleminin xordalilar tipinin memeliler sinfinin cutdirnaqlilar destesinin bosbuynuzlular fesilesinin esl okuz cinsinin i btidai okuz novune aid heyvan yarimnovu Zebu Bos nesli ve yarimneslinin terkibinde nov belke de yarimnov movqeyindedir ZebuElmi tesnifatDomen EukariotlarRanqsiz AmorpheaRanqsiz Ranqsiz Ranqsiz Ranqsiz FilozoaAlem HeyvanlarYarimalem EumetazoylarKlad Klad IkitereflisimmetriyalilarKlad Tipustu SonagizlilarTip XordalilarKlad Yarimtip OnurgalilarInfratip AgizcenelilerKlad Klad Klad Klad XoanlarKlad Klad Klad Klad Klad Sinifustu DordayaqlilarKlad Klad Sinif MemelilerKlad Klad Klad Klad Klad Klad Klad Yarimsinif Vehsi heyvanlarKlad EuteriyalarInfrasinif PlasentalilarMaqndeste Desteustu LavrazioterilerKlad Qranddeste Ranqsiz DirnaqlilarDeste CutdirnaqlilarKlad Klad Klad Yarimdeste GovseyenlerInfradeste Fesile BosbuynuzlularYarimfesile OkuzlerTriba Cins Esl okuzNov Ibtidai okuzYarimnov ZebuBeynelxalq elmi adiBos primigenius indicus L 1758Sekil axtarisiAdi qaramaldan ferqiZebu tesvir etdiyimiz novlere nisbeten adi qaramala cox yaxindir Bununla bele zebu ile adi qaramal arasinda olan ciddi ferqi nezerden qacirmaq olmaz Son 20 30 il muddetinde aparilmis deqiq tedqiqatlar neticesinde mueyyen edilmisdir ki sumuyunun qurulusuna daxili orqanlarin inkisafina ve funksiyasina umumiyyetle morfoloji ve fizioloji xususiyyetlerine gore zebu qaramaldan esasli suretde ferqlenir Birinci ve muhum ferq bundadir ki adi qaramalin normal suretde yasaya bilmediyi yerlerde zebu ozunu cox yaxsi hiss edir Ralf Filippse gore tur tekamul prosesinde iki esas tipe yeni adi qaramala ve zebuya parcalanmisdir Adi qaramal Orta ve Simali Avropada Rusiyada zebu ise Cenubi Asiyada Araliq denizinin simal sahillerinde ve Afrikada yayilmisdir Bununla da Filips zebunun muhitin tesiri altinda formalasdigini subut etmis olur qaramal cinslerinin muasir yayilisi gosterir ki yuksek ve soyuq iqlimli yerlerde tur toremeleri olan adi qaramal alcaq relyefli ve isti iqlimli yerlerde ise zebular ve zebuyabenzerler emele gelmis ve min iller davam eden dovr erzinde kutlevi suretde toreyib artmislar Zebunun tura munasibeti meselesine geldikde bunu ehtimal etmek olar ki adi qaramalin ve zebunun ejdadi tur olmusdur Hemin turlar yasayis seraitinden asili olaraq bir birinden ferqlenirlermis Odur ki tur tipli maldan mulayim ve soyuq iqlimli yerlerde adi qaramal isti ve quru havali susuz yerlerde ise zebu toremisdir Bele diferensasiya ehtimal daxilinde olmasi bir de zebularin mehz turlarin yayildigi ve ehlilesdirildiyi yerlerde kutlevi suretde yetisdirilmesi ile isbat edilir Zebunun cidov nahiyyesinde yerlesen horguc Lenkeran zonasi rayonlarinda buna gile horguclu mali ise gilek adlandirirlar adeten onun esas ferqlendirici elameti hesab olunur Zebunun horgucu devenin yagli horgucunden ferqli olaraq ezeleden ve ezele qatlari arasinda piylenmis birlesdirici toxumadan ibaretdir Bu rus edebiyyatinda zebunun donqar mal adlandirmaq ile de mueyyen derecede elaqedardir lakin zebuda yalniz horgucun olub olmamasina esaslanmaq olmaz Epsteyn tedqiqatci Rivette istinad ederek gosterir ki horguc baslangic sekilde olsa da vehsi turlar ucun xas olan elametdir Muellifin fikrine gore bu xususiyyet ehlilesmis malda da musahide edile biler Maddi medeniyyet eserlerinde askar edilen tur sekillerin oyrenilmesi habele qaramalin qedim klassikler terefinden verilmis tesvirleri Rivettin bu fikrini tamamile tesdiq edir Vehsi turlarda horgucun baslangic sekilde olmasi ve ehlilesmis qaramalda onun daha quvvetli inkisaf etmesi Qobustan Azerbaycan qaya yazilarinda askar gorunur Gorunur ki bu elamet yalniz cenub turlarina mexsus imis Jak de Lorqanin XIX esrin sonunda Lenkeran rayonu erazisinde apardigi qazintilar zamani Das meqberede tapilmis boz aqat dasi uzerindeki zebu sekli bu novun burada tunc dovrunde yayildigini subut edir Belelikle zebunun Azerbaycanda tariximizden 3000 3500 il evvel yetisdirildiyini ehtimal etmek olar Zebunun yaranis meskenleriZebularin ilk defe harada ve ne vaxt emele gelmesine dair reyler de muxtelifdir Son zamanlaradek bir cox muellifler zebunun ilk defe olaraq Hindistanda emele geldiyini iddia edirdiler Buna esas sebeb bu olkenin basdan basa zebu olkesi olmasidir Esrimizin birinci yarisinda aparilmis coxlu tedqiqatlar artiq zebunun heqiqi vetenini deqiq mueyyen etmeye imkan verir Hind maddi medeniyyeti tarixini tedqiq etmis Oliver 1938 ve Ueyyer 1942 qeyd edirler ki Hindistanin zebu cinslerinden bagnari qaolao onqole hariana ve onlara qohum olan qalan horguclu mal tariximizden 2200 1500 il evvel arilerin qesb etdikleri yol boyunca yerlesen rayonlarda yetisdirilir Diger tedqiqatci Ford 1939 arxeoloji qazintilardan tapilmis qaliqlara esaslanaraq qedim Hind medeniyyetinin uzaq qerbden alinmis tekan neticesinde inkisaf etdiyini subut edir Bu ise zebunun yaranis merkezinin Hindistanda deyil qerbde oldugunu ve zebunun Hind medeniyyetinden xeyli evvel tekamul edib formalasmasini gosterir Belelikle zebunun vetenini mueyyen etmek ucun maddi medeniyyeti daha qedim olan isti iqlimli olkelere nezer yetirmek lazim gelir Hepe 1948 heyvanlarin menseyi meselesini tehlil ederek bele neticeye gelmisdir ki zebu oz esas xasselerini xususile tropik ve subtropik iqlime yuksek derecede uygunlugunu her hansi bir vehsi novden irsen qazanmamis eksine bunu muhit seraitine uygunlasmaq neticesinde elde ede bilmisdir Epsteyn 1956 kranioloji tedqiqata esaslanaraq gosterir ki zebu kellesinin butun elametleri turun horgucsuz nesillerinin elametlerine tamamile oxsardir Bununla elaqedar olaraq Epsteyn isti quru iqlimli olkelerin horgucsuz malinin mense etibari ile zebuya bagli oldugunu tesdiq etmis olur XususiyyetleriBununla elaqedar olaraq zebuluq elametlerinin deqiq mueyyen edilmesi lazim gelir Zebu baslica olaraq asagidaki esas xususiyyetlere malikdir basi ensiz ve uzundur asagidan yuxariya teref genislenir dosu ve govdesi darisqaldir bedeni qisadir gerisi genisdir tukleri qisa ve seyrekdir sumuyu nazikdir kellesinin profili batiq alni ise qabariqdir goz yuvalarinin kenarlari cixintilidir Buynuzlari adeten yuxariya teref yonelmisdir uzunlugu ve yogunlugu olduqca muxtelifdir sagrisi sallaqdir ayaqlari quru ve cox nazikdir Zebuya xas olan morfoloji elametlerden biri de dos feqerelerindeki ust cixintilarin zirvelerinin hacalanmasidir Zebu Hindistanda Pakistanda Afrika olkelerinde Yaxin Serq olkelerinde Iranda Iraqda Suriyada Israilde Erebistan yarimadasinda Azerbaycanda ve Orta Asiya Respublikalarinda Turkmenistanda Ozbekistanda ve Tacikistanda yayilmisdir Yalniz Hindistanda 150 milyon bas zebu vardir Gosterilen olkelerden basqa Cenubi Asiyanin serq hissesinde yerlesen olkelerde de zebular ve zebuyabenzer heyvanlar cox yayilmisdir Meselen Hindi Cinde Cenubi Cinde yetisdirilmekde olan zebuyabenzer mal zebularin toremeleridir Zebu hemcinin Birmada ve Indoneziyada yetisdirilir ve ondan muxtelif meqsedler ucun genis istifade edilir Zebunun musbet xasseleri onun yeni saheler tutmasina sebeb olmusdur Hazirda Amerika Birlesmis Statlarinda 4 zebu novu yetisdirilir Burada Texas stati zebuculuq merkezine cevrilmis ve Amerika zebusu olan bramanin vetenidir 1959 cu ilde ABS da temiz zebularin sayi 300 min basdan artiq idi ve zebu buradan Cenubi Amerika olkelerine Avstraliyaya ve hetta Afrikaya ixrac edilirdi Zebunun yeni merkezlerinden biri de Braziliyadir Burada zebunun tekmillesmis formasi hind Braziliya zebusu yaradilmisdir Zebu agir iqlimli olkelerde serbest yasamaqdan basqa bir sira qiymetli teserrufat xasselerine de malikdir Bu esasen onun sudunun cox yagli olmasindan ve terkibinde qida maddelerinin coxlugundan kokelmek ve piy toplamaq qabiliyyetinin misilsiz inkisafindan ibaretdir Buna gore de zebudan muxtelif istiqametlerde istifade olunur Xarici olkelerde zebunu etlik cinsler yaratmaq meqsedi ile etlik zavod cinsleri ile kecmis ittifaqda esasen qarsiq mehsullu ve sudluk qirmizi sehra ostfriz ve Latviya qonur cinsler ile carpazlasdirib hibrid nesil alirlar Alinan hibrid nesil adeten bir halda yuksek derecede ezeleli coxlu etcixarli diger halda ise yagli sudlu ve istiye davamli olur Hindistan zebusunun tesvirini sindhi cinsinin timsalinda veririk Govdesi yigcam basi mutenasib alni bezen qabariqdir buynuzlari dibinde qalindir kenara ve yuxariya teref yonelmisdir qulaqlari hecmli olub uzunlugu 26 6 sm eni 16 sm ve sallaqdir derisi orta derecede qalindir tund piqmentlidir Tukleri qisa ve parlaqdir dirnaqlari mohkemdir lakin dasliq yerlerde tez yeyilir Yelini cox hecmlidir ve asagiya teref sallanmisdir Rengi qirmizidir tund qirmizi ve aciq qirmizi renglileri de az deyildir Bugalarinin dosu ve budlari bedene nisbeten daha tund olur Bezilerinin alninda ve dosunde ag nisana tesaduf edilir Orta Asiya zebularinin eksteryeri bele tesvir edilir basi yungul quru ve ensizdir buynuzlari muxtelifsekilli ve istiqametlidir qulaqlari nazik duzduruslu olub bir qeder kenarlara teref yonelmisdir boynu qisa ve nazikdir xidovu hundur ve enlidir horgucunun boyukluyu cinsiyyetinden ve kokluyunden asilidir ve bir qayda olaraq bugalarda iridir dali duzdur sagrisi bir qeder dikdir quyrugu uzun ve nazikdir rengi qara qirmizi bezen qonur sari kuren ve ala qirmizidir Azerbaycan zebusuEsas meqale Azerbaycan zebusu Azerbaycan Zebusu respublikanin Lenkeran Astara bolgesinde yayilmisdir Azerbaycan zebusunun eksteryeri basi xirda yungul ve duz profillidir peyser daragi qabariqdir bezen duzdur buynuzlari mohkemdir dibinde yogun uclarinda ise cox nazikdir yuxariya ireliye ve iceriye teref yonelmisler Buynuzlari ag boz qara ve sari rengdedir Boynu qisa derindir orta qalinliqdadir Kokluk derecesi yuksek olan ineklerin horgucunun uzunlugu orta hesabla 25 5 sm bezen 32 52 sm e catir hundurluyu 15 5 sm qucumu ise 72 85 sm olur Bugalarin horgucunun uzunlugu 40 sm hundurluyu 30 sm qalinligi ise dibinde 20 sm den artiq olur Horguc adeten ezeleli ve berk olur ve sallanmir Dos derisi coxunda quvvetli inkisaf etmisdir coxlu qatlar emele getirir bosdur ve sallanir dali duz ve godekdir Beli uzun enlidir coxunda yastidir Sagrisi dik cardakvari olub uzunlugu ve eni azdir quyrugu uzundur dibi uca dogru nazikdir six ve godek tukludur ucundaki qotazi uzundur Dosu ensizdir derinliyi orta derecededir qucumu azdir qabirgalari yastidir Ezelesi quru ve az inkisaf etmisdir Serait elverisli olduqda ezelesi cox inkisaf edir ve bedeni girde hamar sekil alir Sudluk elametleri zeif inkisaf etmisdir Illik sud mehsuldarligi orta hesabla 500 kq dir Sudde yagliligi ise 5 6 dir SinonimleriBos indicus Bos taurus indicusIstinadlarHemcinin bax