Mendel qanunu — Qreqor Yohan Mendelin təcrübə və tədqiqatlarına əsaslanan orqanizmlərin irsi əlamətlərinin nəsildən-nəsilə ötürülməsi prinsiplərini izah edən klassik genetikanın əsasını təşkil edən, irsiliyin molekulyar mexanizmlərini və "təmiz qamet hipotezini" izah edən qanun. Mendel qanununun məğzi ondan ibarət idi ki, hər bir canlı orqanizm irsi əlamətləri daşıyan, hal-hazırda gen adlandırılan əsas hissəciklərə malikdirlər. Bu hissəciklər vasitəsilə irsi xasiyyət və əlamətlər nəsildən-nəsilə ötürülmüş olur.
Tarixçə
Qeyd etmək lazımdır ki, Qreqor Yohan Mendelə qədər əldə olunmuş nəticələr qanun şəklində verməmişdir. XIX əsrin ortalarında (O.Sarje, Ş Noden) dominantlıq halı haqqında ilk təsəvvürlər meydana çıxmış olur. Çox vaxt birinci nəsil hibridləri bir-birilərinə və valideynlərin biri ilə (əlamət dominantlıq təşkil etdiyi üçün) oxşar olurlar. Resessiv olan və ya üzə çıxmayan əlamətlər itməyərək hibridlərin bibr-biri ilə çarpazlaşdırılmasından yaranan nəsildə üzə çıxa bilir. C. Qoss göstərmişdir ki, öz-özünə tozlanmada ikinci nəsil hibridlərində dominant əlamətlər iki cür: parçalanan və parçalanmayan ola bilirlər. Lakin tədqiqatçıların heç biri öz müşahidələrini nəzəri cəhətdən qiymətləndirə bilməmişdirlər. Növbəti iki biologiya imtahanından kəsilən Qreqor Yohan Mendel Avqustin monastrında abbatlıq etməyə başlamışdır. Bitkilərin müxtəlif əlamətləri onda böyük maraq yaradaraq 1856–1863 illərdə monastrın baxçasında noxud bitkisi üzərində bəzi tədqiqatlar apararaq irsi əlamətlərin qanunauyğunluğunu izah edən günümüzdə "Mendel qanunu" kimi tanınan qanununun izahını vermiş olur. 8 mart 1865 ci ildə Mendel öz təcrübə və tədqiqatlarının nəticələri haqqında Brno təbiətşünaslar cəmiyyətinə hesabat verir. Onun tədqiqatları cəmiyyətin işləri ilə birlikdə "Calaq bitkiləri üzərində təcrübələr" başlığı altında dərc olunur. Brno təbiətşünaslar cəmiyyətinin jurnalı prestij və bir o qədər də məşhur deyildir. Bu qəbildən olan dərclərə yalnız mərkəzi kitabxanalarda rast gəlmək mümkün idi. 1884-cü ildə Mendelin vəfatından sonra onun bu tədqiqatları unudulur və məşhurlaşa bilmir. 1900 ci ildən başlayaraq holland Huqo De Friz, alman Karl Korrens və avstriyalı Erix fon Çermak bir-birilərindən müstəqil şəkildə nəbati tədqiqatlar apararkən Mendelin məqaləsinə rast gəlirlər və anlayırlar ki, onların apardıqları tədqiqatlar Mendelin nəticələri ilə tam üs-üstə düşür. Beləliklə Mendelin dərci sağlığında ala bilmədiyi qiymətini alaraq və yayılaraq dünyanın 120 universitetinin kitabxanasına yetişmiş olur.
Metod və tədqiqatlar
- Mendel əlamət və xasiyyətlərin nəsildən-nəslə ötürüldüyünü öyrənmişdir.
- Menel öz təcrübə metodunu onun tədqiq etdiyi sortun iki toxumunun: hamar və kələkötür (qırışıq) alternativ olan əlamətləri üzərində qurmuşdur. Tədqiqatın bu düşünülmüş dar (əlamətlər) çərçivəsi irsiyyətin ümumi qanunauyğunluğunun əldə edilməsində əsas amil olmuşdur.
- Mendel ehtimal nəzəriyyəsinə əsaslanaraq planlı və əhatəli eksperiment aparmışdır. O, 34 noxud sortundan 22 "təmiz" (əlamət parçalanması müşahidə olunmayan öz-özünə tozlanan və öyrənilmiş) sortları seçmişdir. Sonra o, sortları süni şəkildə hibridləşdirərək alınan sortları öz aralarında calaşdıraraq 7 əlamətin irsi keçiriciliyini təxminən 20 000 ikinci nəsil hibridləri arasında öyrənmişdir. Eksperimentin uğuru bir də onda idi ki, noxud bitkisi təbii olaraq öz-özünə tozlanır və süni hibridləşməyə asan tabe olur.
- Mendel ilk dəfə biologiyada məlumatların analizi üçün dəqiq saylı metodlardan istifadə etmişdir. O, anlayırdı ki, təsadüfi xətaları kənarlaşdırmaq üçün böyük sayda calaşdırmalar aparılması labüddür.
Birinci nəsil hibridlərin oxşarlıq qanunu
Hibridlərdə valideynlərindən birinin əlamətinin üzə çıxmasını dominantlıq halı adlandırmışdır.
"Allel genli, müxtəlif əlamətli fərdlərin çarpazlaşdırılmasından alınan birinci nəsil hibridlərin fenotipi dominant əlamətlərlə xarakterizə olunaraq, genotip baxımından heteroziqotdurlar."
Mendelin bu qanunu "Dominantlıq qanunu" kimi də tanınır.
Dominantlıq halı
Qırmızı-çəhrayı çiçəkli və ağ çiçəkli noxud bitkisini bir-biriləri ilə çarpazlaşdırarkən Mendel görür ki, sonrakı nəsil noxud bitkisinin çiçəkləri qırmızı-çəhrayı rəngdə olub arasında bir dənə də olsun ağ çiçəkli noxud bitkisinə rast gəlinməmişdir. O, digər əlamətləri seçərək təcrübəni dəfələrlə təkrar etmiş: sarı noxud yaşıl noxudla carpazlaşdırıldıqda sonrakı nəsil toxumları sarı rəngli, hamar və qırışıq noxudlar çarpazlaşdırıldıqdan alınan nəsil toxumları hamar, hündürboylu və alçaqboylu noxud bitkilərinin çarpazlaşmasından alınan nəsil isə hündürboylu olmuşdur. Bu nəticələrə əsaslanaraq Mendel belə qərara gəlir ki, birinci nəsil hibridləri nəzərdə tutulmuş əlamət üzrə oxşardırlar. Valideynlərin birindən alınmış bu əlamət qüvvətlidir – dominantdır və alternativ zəif – resessiv əlaməti üstələmiş olur.
Yarımdominantlıq və qeyri-tam dominantlıq
Bəzi rəqib və ya əks əlamətlər özlərini tam deyil yarımçıq büruzə verirlər. Buna yarımdominantlıq deyilir. Məsələn, lat. Linaria bitkisinin qırmızımtılçəhrayı çiçəklisini ağ çiçəkli ilə çarpazlaşdırdıqda birinci nəsil hibridləri ağımtılçəhrayı rəngli çiçəklərə malik olurlar. Andaluziya qara rəngli toyuğunu ağ rənglisi ilə çarpazlaşdırdıqda birinci nəsil fərdləri boz rəngli olurlar. Yarımdominant heteroziqotlar resessiv və dominant homoziqotlar arası ortaq əlamətlərə malik olurlar. Yarımdominantlıqdan fərqli olaraq kodominantlıq zamanı heteroziqot əlamətlər eyni dərəcəli (qarışıq) olur. Kodominantlığa tipik nümunə kimi insanın qan qrupunun irsən ötürülməsini göstərmək olar. Insanda qan qrupunun əlamətlərini daşıyan A və B genləri dominant, 0 isə ressesivdir. Bu sistemə əsasən 00 I, AA və A0 II, BB və B0 III, AB isə IV qan qrupunu müəyyən edir. Bütün AA (I qrup) və BB (III qrup) genotiplərindən törənən insanlar AB (IV qrup) genotiplidirlər. Onların fenotipləri valideyn fenotipləri arasında aralıq təşkil etmir, çünki eritrositlərin səthində hər iki A və B aqlütinogeni mövcuddur. Yarımdominantlıq və kodominantlıq halları Mendel qanununu bir qədər dəyişmiş olur:
"Allel genli, müxtəlif əlamətli fərdlərin çarpazlaşdırılmasından alınan birinci nəsil hibridləri bu hallarda: dominantlıq halında dominant əlamətlə və ya kodominantlıq halında isə qarışıq (aralıq) əlamətlə oxşardırlar."
Əlamətlərin parçalanması qanunu
Əlamətlərin parçalanması qanunu və ya Mendelin II qanunu
"Monohibrid çarpazlaşma zamanı alınmış ikinci nəsil hibridləri arasında fenotip əlamətlər 3:1 nisbətində: 3/4 dominant, 1/4 resessiv olmaqla parçalanır."
İki təmiz ya allel fərdin çarpazlaşmasına monohibrid çarpazlaşma deyilir. heteroziqot fərdlərin çarpazlaşmasından törənən fərdlərin bir hissəsi dominant, digər hissəsi isə resessiv əlamətlərin daşıyıcısıdırlar. Resessiv əlamətlər birinci nəsil hibridlərində itməyərək, gizlin qalaraq ikinci nəsil hibridlərində üzə çıxırlar. Əlamətlərin parçalanması fenotip üzrə 3:1 nisbətində və genotip üzrə 1:2:1 nisbətində olması aşağıdakı şəraitdən aslıdır:
- Çoxsaylı çarpazlaşdırma öyrənildikdə
- A və a allel tərkibli qametlər bərabər saylı və eyni həyat qabiliyyətli olduqda
- Müxtəlif allelli qametlər bir-biriləri ilə eyni ehtimalda qarışırlar.
- Müxtəlif genotipli ziqotlar bərabər həyat qabiliyyətlidirlər.
İrsiyyət qanununun əsas müddəaları
- Əlamətlərin nəsildən-nəsilə ötürülməsinə diskret irsiyyət faktoru – gen (gen termini elmə 1909 cu ildə V. Yohannsen tərəfindən gətirilmişdir) cavabdehdir.
- Hər bir diploid fərd ya orqanizm əlamətə cavabdeh genin bir cüt allelinə malikdir; bunlardan biri ata, digəri isə anadan götürülmüş olur.
- İrsi faktorlar nəsildən-nəsilə cinsiyyət hüceyrələri vasitəsi ilə ötürülür. Qamet formalaşdıqda, hər birinə ancaq hər cütdən bir allel düşmüş olur. (O qamet təmiz sayılır ki, ikinci allelə malik olmur.)
Mənbələr
- H. Frederik Nijhout: Der Kontext macht’s!. Spektrum der Wissenschaft, April 2005, ISSN 0170–2971, S. 70–77.
- Н. П. Дубинин Общая генетика, М., "Наука", (1986), 560 стр.
Həmçinin bax
Xarici keçidlər
- Versuche über Pflanzen-Hybriden (1865): Mendels Original-Veröffentlichung
- Vererbungslehre in Bezug auf Zierfische 2011-08-17 at the Wayback Machine
- Computersimulation zu den mendelschen Regeln 2010-07-29 at the Wayback Machine
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mendel qanunu Qreqor Yohan Mendelin tecrube ve tedqiqatlarina esaslanan orqanizmlerin irsi elametlerinin nesilden nesile oturulmesi prinsiplerini izah eden klassik genetikanin esasini teskil eden irsiliyin molekulyar mexanizmlerini ve temiz qamet hipotezini izah eden qanun Mendel qanununun megzi ondan ibaret idi ki her bir canli orqanizm irsi elametleri dasiyan hal hazirda gen adlandirilan esas hisseciklere malikdirler Bu hissecikler vasitesile irsi xasiyyet ve elametler nesilden nesile oturulmus olur Mendelin I ve II qaununu izah eden sxemTarixceQeyd etmek lazimdir ki Qreqor Yohan Mendele qeder elde olunmus neticeler qanun seklinde vermemisdir XIX esrin ortalarinda O Sarje S Noden dominantliq hali haqqinda ilk tesevvurler meydana cixmis olur Cox vaxt birinci nesil hibridleri bir birilerine ve valideynlerin biri ile elamet dominantliq teskil etdiyi ucun oxsar olurlar Resessiv olan ve ya uze cixmayan elametler itmeyerek hibridlerin bibr biri ile carpazlasdirilmasindan yaranan nesilde uze cixa bilir C Qoss gostermisdir ki oz ozune tozlanmada ikinci nesil hibridlerinde dominant elametler iki cur parcalanan ve parcalanmayan ola bilirler Lakin tedqiqatcilarin hec biri oz musahidelerini nezeri cehetden qiymetlendire bilmemisdirler Novbeti iki biologiya imtahanindan kesilen Qreqor Yohan Mendel Avqustin monastrinda abbatliq etmeye baslamisdir Bitkilerin muxtelif elametleri onda boyuk maraq yaradaraq 1856 1863 illerde monastrin baxcasinda noxud bitkisi uzerinde bezi tedqiqatlar apararaq irsi elametlerin qanunauygunlugunu izah eden gunumuzde Mendel qanunu kimi taninan qanununun izahini vermis olur 8 mart 1865 ci ilde Mendel oz tecrube ve tedqiqatlarinin neticeleri haqqinda Brno tebietsunaslar cemiyyetine hesabat verir Onun tedqiqatlari cemiyyetin isleri ile birlikde Calaq bitkileri uzerinde tecrubeler basligi altinda derc olunur Brno tebietsunaslar cemiyyetinin jurnali prestij ve bir o qeder de meshur deyildir Bu qebilden olan derclere yalniz merkezi kitabxanalarda rast gelmek mumkun idi 1884 cu ilde Mendelin vefatindan sonra onun bu tedqiqatlari unudulur ve meshurlasa bilmir 1900 ci ilden baslayaraq holland Huqo De Friz alman Karl Korrens ve avstriyali Erix fon Cermak bir birilerinden musteqil sekilde nebati tedqiqatlar apararken Mendelin meqalesine rast gelirler ve anlayirlar ki onlarin apardiqlari tedqiqatlar Mendelin neticeleri ile tam us uste dusur Belelikle Mendelin derci sagliginda ala bilmediyi qiymetini alaraq ve yayilaraq dunyanin 120 universitetinin kitabxanasina yetismis olur Metod ve tedqiqatlarMendelin tedqiqat sxemiMendel elamet ve xasiyyetlerin nesilden nesle oturulduyunu oyrenmisdir Menel oz tecrube metodunu onun tedqiq etdiyi sortun iki toxumunun hamar ve kelekotur qirisiq alternativ olan elametleri uzerinde qurmusdur Tedqiqatin bu dusunulmus dar elametler cercivesi irsiyyetin umumi qanunauygunlugunun elde edilmesinde esas amil olmusdur Mendel ehtimal nezeriyyesine esaslanaraq planli ve ehateli eksperiment aparmisdir O 34 noxud sortundan 22 temiz elamet parcalanmasi musahide olunmayan oz ozune tozlanan ve oyrenilmis sortlari secmisdir Sonra o sortlari suni sekilde hibridlesdirerek alinan sortlari oz aralarinda calasdiraraq 7 elametin irsi keciriciliyini texminen 20 000 ikinci nesil hibridleri arasinda oyrenmisdir Eksperimentin uguru bir de onda idi ki noxud bitkisi tebii olaraq oz ozune tozlanir ve suni hibridlesmeye asan tabe olur Mendel ilk defe biologiyada melumatlarin analizi ucun deqiq sayli metodlardan istifade etmisdir O anlayirdi ki tesadufi xetalari kenarlasdirmaq ucun boyuk sayda calasdirmalar aparilmasi labuddur Birinci nesil hibridlerin oxsarliq qanunuHibridlerde valideynlerinden birinin elametinin uze cixmasini dominantliq hali adlandirmisdir Allel genli muxtelif elametli ferdlerin carpazlasdirilmasindan alinan birinci nesil hibridlerin fenotipi dominant elametlerle xarakterize olunaraq genotip baximindan heteroziqotdurlar Mendelin bu qanunu Dominantliq qanunu kimi de taninir Dominantliq hali Yarimdominantliq ve kodominantliq Qirmizi cehrayi cicekli ve ag cicekli noxud bitkisini bir birileri ile carpazlasdirarken Mendel gorur ki sonraki nesil noxud bitkisinin cicekleri qirmizi cehrayi rengde olub arasinda bir dene de olsun ag cicekli noxud bitkisine rast gelinmemisdir O diger elametleri secerek tecrubeni defelerle tekrar etmis sari noxud yasil noxudla carpazlasdirildiqda sonraki nesil toxumlari sari rengli hamar ve qirisiq noxudlar carpazlasdirildiqdan alinan nesil toxumlari hamar hundurboylu ve alcaqboylu noxud bitkilerinin carpazlasmasindan alinan nesil ise hundurboylu olmusdur Bu neticelere esaslanaraq Mendel bele qerara gelir ki birinci nesil hibridleri nezerde tutulmus elamet uzre oxsardirlar Valideynlerin birinden alinmis bu elamet quvvetlidir dominantdir ve alternativ zeif resessiv elameti ustelemis olur YarimdominantliqYarimdominantliq ve qeyri tam dominantliq Bezi reqib ve ya eks elametler ozlerini tam deyil yarimciq buruze verirler Buna yarimdominantliq deyilir Meselen lat Linaria bitkisinin qirmizimtilcehrayi ciceklisini ag cicekli ile carpazlasdirdiqda birinci nesil hibridleri agimtilcehrayi rengli ciceklere malik olurlar Andaluziya qara rengli toyugunu ag renglisi ile carpazlasdirdiqda birinci nesil ferdleri boz rengli olurlar Yarimdominant heteroziqotlar resessiv ve dominant homoziqotlar arasi ortaq elametlere malik olurlar Yarimdominantliqdan ferqli olaraq kodominantliq zamani heteroziqot elametler eyni dereceli qarisiq olur Kodominantliga tipik numune kimi insanin qan qrupunun irsen oturulmesini gostermek olar Insanda qan qrupunun elametlerini dasiyan A ve B genleri dominant 0 ise ressesivdir Bu sisteme esasen 00 I AA ve A0 II BB ve B0 III AB ise IV qan qrupunu mueyyen edir Butun AA I qrup ve BB III qrup genotiplerinden torenen insanlar AB IV qrup genotiplidirler Onlarin fenotipleri valideyn fenotipleri arasinda araliq teskil etmir cunki eritrositlerin sethinde her iki A ve B aqlutinogeni movcuddur Yarimdominantliq ve kodominantliq hallari Mendel qanununu bir qeder deyismis olur Allel genli muxtelif elametli ferdlerin carpazlasdirilmasindan alinan birinci nesil hibridleri bu hallarda dominantliq halinda dominant elametle ve ya kodominantliq halinda ise qarisiq araliq elametle oxsardirlar Elametlerin parcalanmasi qanunuElametlerin parcalanmasi qanunu ve ya Mendelin II qanunu Monohibrid carpazlasma zamani alinmis ikinci nesil hibridleri arasinda fenotip elametler 3 1 nisbetinde 3 4 dominant 1 4 resessiv olmaqla parcalanir Elametlerin parcalanmasi sxemi Iki temiz ya allel ferdin carpazlasmasina monohibrid carpazlasma deyilir heteroziqot ferdlerin carpazlasmasindan torenen ferdlerin bir hissesi dominant diger hissesi ise resessiv elametlerin dasiyicisidirlar Resessiv elametler birinci nesil hibridlerinde itmeyerek gizlin qalaraq ikinci nesil hibridlerinde uze cixirlar Elametlerin parcalanmasi fenotip uzre 3 1 nisbetinde ve genotip uzre 1 2 1 nisbetinde olmasi asagidaki seraitden aslidir Coxsayli carpazlasdirma oyrenildikde A ve a allel terkibli qametler beraber sayli ve eyni heyat qabiliyyetli olduqda Muxtelif allelli qametler bir birileri ile eyni ehtimalda qarisirlar Muxtelif genotipli ziqotlar beraber heyat qabiliyyetlidirler Irsiyyet qanununun esas muddealariElametlerin nesilden nesile oturulmesine diskret irsiyyet faktoru gen gen termini elme 1909 cu ilde V Yohannsen terefinden getirilmisdir cavabdehdir Her bir diploid ferd ya orqanizm elamete cavabdeh genin bir cut alleline malikdir bunlardan biri ata digeri ise anadan goturulmus olur Irsi faktorlar nesilden nesile cinsiyyet huceyreleri vasitesi ile oturulur Qamet formalasdiqda her birine ancaq her cutden bir allel dusmus olur O qamet temiz sayilir ki ikinci allele malik olmur MenbelerH Frederik Nijhout Der Kontext macht s Spektrum der Wissenschaft April 2005 ISSN 0170 2971 S 70 77 N P Dubinin Obshaya genetika M Nauka 1986 560 str Hemcinin baxQreqor Yohan MendelXarici kecidlerVersuche uber Pflanzen Hybriden 1865 Mendels Original Veroffentlichung Vererbungslehre in Bezug auf Zierfische 2011 08 17 at the Wayback Machine Computersimulation zu den mendelschen Regeln 2010 07 29 at the Wayback Machine