Şəmsi Əsədullayev — XX əsrin əvvəllərində Azərbaycanın neft maqnatı, multimilyonçu, ictimai xadim. Neftin Rusiyaya daşınmasında buxar gəmisindən birinci istifadə edən neftxuda.
Şəmsi Əsədullayev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Vəfat tarixi | |
Vəfat yeri | Yalta |
Vəfat səbəbi | günvurma |
Uşağı | Mirzə Əsədullayev |
Fəaliyyəti | təşəbbüskar |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Şəmsi Əsədullayev 1841-ci ildə Bakının Əmircan kəndində anadan olmuşdur.
Gənclik illəri
Şəmsi Əsədullayev də bir çox Bakı milyonçuları kimi yoxsul ailədən çıxmışdır. O, gənc yaşlarında kənddə atasının əkin-biçininə kömək edir, araba ilə biçilmiş taxılı daşıyır, xırman salırdı. Bu illərdə əmircanlıların əsas taxıl yerləri Suraxanı torpaqlarında idi. XX əsrin əvvələrində neft sənayesinin inkişafı ilə əlaqədar olaraq, bu torpaq sahələrinin mühüm bir hissəsi Suraxanıda neft çıxarılması və kerosin emalı ilə məşğul olan rus tacirlərindən Kokorev və Qubonin tərəfindən ucuz qiymətə alınmışdı. Onlar Suraxanıda Atəşgahın yanında kerosin emal edən bir zavod tikdirmişdilər. Torpaqsız qalan Suraxanı və Əmircan kəndinin sakinləri neft mədənlərində işləməyə məcbur olurlar. Şəmsi Əsədullayev də əkinçiliyi buraxaraq, neft işinə başlayır.
Milyonçu kimi fəaliyyəti
Əsədullayev 1860-cı ildə Kokorevin yanında işlər müdiri vəzifəsinə yüksələ bilir. Bir müddətdən sonra neft və duz podratçılığı ilə məşğul olur. O,15 il müddətində xeyli qazanc əldə etdikdən sonra podratçılığı buraxaraq, kerosin zavodu açır. 1890-cı illərdə neft işi ilə məşğul olan bir neçə nəfər ilə birlikdə şirkət təşkil edir. Əldə edilən neftin Rusiya bazarlarına çıxarılması onu daha çox düşündürürdü. Nahayət, 1891-ci ildə neftin Xəzər vasitəsi ilə daşınması sahəsində Bakı neft kapitalistləri içərisində ilk dəfə olaraq, buxar şxunu (iki və üç dorlu yelkənli gəmi) sifariş verir.
1874-cü ildə azacıq kapitalla primitiv üsullarla işləyən neftçıxarma kontoru açır. Artıq 1893-cü ildə bu kiçik kontor "Şəmsi Əsədullayev" adına yeni texnoloji üsullarla işləyən neftçıxarma firmasına çevrilir. 1893-cü ildə cəmi 500 manat kapitala malik "Şəmsi Əsədullayev" firması 1913-cü ildə artıq 10 milyon manat vəsaitə malik idi. Şəmsi Əsədullayev Sabunçu, Suraxanı və Ramanada yerləşən 37 neft buruğunun, mexaniki emalatxanaların və neftayırma zavodlarının, Xəzər dənizində neft və neft məhsulları daşıyan gəminin sahibi idi. Moskvada böyük daşınmaz mülkiyyətin sahibi idi.
1895-ci ildə təzə aldığı torpaq sahələrindən birində neft fontan vurur. Fontan 56 gün davam edir. Bu yataq hər gün 1 milyon 600 min pud neft verirdi. Bu, Bakı neft sənayesi tarixində ən məşhur fontanlardan biri idi.
O həm neft mədəni, həm də neft daşıyan dəniz və çay donanmasının sahibi olmuşdu. Şəhərin mərkəzində əsas fasadı Qoqol küçəsinə, digər iki yan fasadlarının biri Gimnaziya (Tolstoy) küçəsinə, digəri Karantin (Həzi Aslanov) küçəsinə baxan əzəmətli bina tikdirir.
Hələ 1880-ci ildə Volqa çayında və Xəzər dənizində gəmiçiliklə məşğul olan gəmiçilik şirkəti- “Qafqaz və Merkuri”, Bakıda sərnişin limanında yeni elektrik fənərləri quraşdırmışdı. O, şəxsi elektrik stansiyasına sahib olmuş və ona xidmət üçün xaricdən mütəxəssislər dəvət etmişdi.
Xarici sərmayə ilə yanaşı, yerli sərmayənin payı Şəmsi Əsədullayev və onun kimi digər Bakı milyonçularının sayəsində artırdı. Ramananın neftlə zəngin torpağına kapital qoyan yerli burjuaziyanın ilk nümayəndələrindən biri Ş.Əsədullayev olmuşdur. Kəndə yatırım qoyan milyonçu yerli əhalini işə cəlb etmiş, neft biznesi ilə bir sıra işlər görmüş, kənddə müxtəlif səpkili tikililər inşa etdirmişdir. Onun bir zamanlar tikdirdiyi binalar bu gün də kənd camaatı arasında “Əsədullayevin evləri”, “Əsədullayevin uşaqlarının evləri” adlanan milyonçuya aid fəhlə yataqxanaları Ramana qalasının arxasında mövcuddur.
Şəmsi Əsədullayev, Musa Nağıyevlə birlikdə 1896-cı ildə “Böyük Puta” adlı yerdə Məşədi Əbdülrəhman Məşədi Əliqulu oğluna məxsus 242 desyatinlik torpaq sahəsini satın alıb, neft mədənlərini salmışdılar. Ş.Əsədullayev 1900-cü ildə, 7.3 milyon pud neft çıxarmış, 11.5 milyon pud neft məhsulları satmışdır.
1904-cü ildə Ş.Əsədullayev və İbad bəy Tahirov Moskvada, Zakaspidə və İranda neft məhsulları satışı üzrə müqavilə bağlamışdır. 1907-ci ildə onun Ramanadakı mexaniki təmir emalatxanasında, qazan emalatxanasında, elektrik stansiyasında 466 nəfər, neft mədənində isə 16 nəfər fəhlə işləyirdi.
Əsədullayev, demək olar ki, bütün qış aylarını Moskvada və Peterburqda keçirirdi. Bakıda onun neft işləri ilə böyük oğlu Mirzə Əsədullayev məşğul olurdu. Volqada naviqasiya açılan kimi Bakıya gələr və neçə ay müddətində anbarlarda toplanmış nefti Rusiyaya öz müştərilərinə göndərməyə başladı.
Ş.Əsədullayev və Nobel qardaşları
Əsədullayevin neft hasilatı artdıqca onun Volqaboyu şəhərlərdə - Moskvada, Polşada, habelə Orta Asiyada, İranda neft anbarlarının sayı artırdı. Xəzər dənizi sahillərinə və Volqaboyu şəhərlərə öz gəmilərində neft daşıtdırıb satdırardı. Şəmsi Əsədullayevin adı həmişə Nobel qardaşlarının adı ilə qoşa çəkilirdi. Çünki bütün Rusiyada, Türküstanda, İranda, hətta Finlandiyada belə Nobellərin dükanı və kontoraları ilə üzbəüz, ya da ki, yanaşı kontor və dükan açıb Nobellərdən ucuz qiymətə neft satır və ona mane olurdu. Oktyabr ayının axırlarında Volaqada naviqasiya bağlananda Bakıda neftin qiyməti xeyli aşağı düşürdü; böyük neftxudalar, o cümlədən Şəmsi də xırda mədən sahiblərindən nefti ucuz alıb anbarlara vurur, yazda naviqasiya açılanda Rusiyaya daşıtdırardı.
Xeyriyyəçilik fəaliyyəti
Şəmsi Əsədullayev XX-ci əsrin əvvəllərində Azərbaycanın neft maqnatlarından biri olub. Onun adı həmişə Nobel qardaşlarının adı ilə yanaşı çəkilib. Ş.Əsədullayev Rusiyaya neft daşımaq üçün buxarlı gəmidən istifadə edən ilk neft sahibkarıdır. Bakıdakı mülkləri ilə yanaşı Peterburqda Neva çayının sahilində, Qış Sarayının yanında möhtəşəm bina inşa edə bilib. Həyat yoldaşı Mariya üçün Moskvada hovuz və oranjereya ilə füsünkar imarət alıb. Bütün bunlarla yanaşı o, həmçinin xeyriyyəçilik ilə də sıx məşğul olub. Öz malikanələrindən birini Müsəlman mədəni mərkəzinə (Tatar evinə) bağışlayıb.
Şəmsi Əsədullayev xeyriyyəçiliklə məşğul olmuş, elmə, mədəniyyətə xüsusi qayğı göstərmiş, onlarla azərbaycanlı gəncin Almaniyada, Fransada, Varşavada, Kazanda, Kiyevdə, Moskvada, Odessada, Peterburqda və Xarkovda oxumasına himayədarlıq etmişdir. Tiflisdə olan Aleksandr müəllimlər institutu onun şəxsi vəsaiti hesabına fəaliyyət göstərmişdir.
O, Moskvaya köçdükdən sonra da maarifçilik və xeyriyyə işlərini genişləndirmiş, yoxsul uşaqlar üçün məktəblər açdırmışdı. Moskvadakı Kiçik Tatar döngəsində tikdirdiyi evi o zaman təzə yaradılmış Tatar Mədəniyyət Cəmiyyətinə bağışlamışdı.
O, 1905-ci ilin avqust ayında Ümumrusiya müsəlmanlarının Nijni-Novqorodda keçirilmiş birinci qurultayının da iştirakçısı olmuşdur. Ümumrusiya müsəlmanlarının qurultayı da 1917-ci ilin may ayında Ş.Əsədullayevin müsəlmanlara bağışladığı binada keçirilmişdi. Həmçinin "Nəşri-maarif" cəmiyyətinin üzvü kimi fəaliyyət göstərmişdir. 1913-cü ildə isə Romanovlar sülaləsinin 300 illiyi münasibətilə Tiflis Müəllimlər İnstitutunda öz adına iki təqaüd təsis etmişdir.
Vəfatı
Əsədullayev 1913-cü il 21 apreldə Yaltada günvurmadan 72 yaşında vəfat etmişdir. Onun meyiti Bakıya gətirilərək dəfn edilmişdir.
Ailəsi
Şəmsi Əsədullayevin Bakıda bir müsəlman arvadı, iki oğlu (Mirzə, Əli) və üç qızı (Sara, Xədicə və Ağabacı) vardı. İkinci dəfə Şəmsi Mariya Petrovna adlı bir rus qadınla ailə qurur və 1903-cü ildə Moskvaya köçür.
Şəmsi Əsədullayev Peterburqda Neva çayı sahilində, “Qış sarayı” yaxınlığındakı məhəllədə əzəmətli bina ucaltmışdı. Moskvada həyat yoldaşı Mariya üçün içərisində çarhovuz və oranjereya olan təmtəraqlı mülk almışdı. Peterburqda və Moskvada bir neçə yerdə mülklər tikdirib, xeyriyyə işləri ilə məşğul olmuşdu.
Əsədullayevin böyük oğlu Mirzə Musa Nağıyevin qızı, kiçik oğlu Əli isə H.Z.Tağıyevin Leyla adlı qızı ilə evlənmişdi. Qızı Sara atasının işlər müdiri Zal Həsənovun həyat yoldaşı olub.
Paris şəhərində vəfat etmiş azərbaycanlı yazıçı Banin (Ümmülbanu) xanım Mirzə Əsədullayevin qızıdır. O, əsərlərini fransız dilində yazırdı. İki milyonçu babanın – Şəmsi Əsədullayevlə Musa Nağıyevin nəvəsidir. Şəmsi Əsədullayevin nəsil davamçılar, xüsusən, oğlu və nəvələri Azərbaycandan kənarda yaşamalarına baxmayaraq, yazıb-yaratmış, elmi, ictimai işlərlə məşğul olmuşlar.
Sovet rejimi
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra kommunist rejimi Əsədullayevin bütün mülkiyyətini milliləşdirdi. Həmçinin Şəmsi Əsədullayevin Mərdəkanda əzəmətli bir bağı vardı. Bu bağ özünün çox böyük sahəsi və əzəmətli tağvarı qapısı ilə fərqlənirdi. Bağ XIX əsrin axırlarında salınmışdı. Sovet hökuməti bu bağı da müsadirə edib, sanatoriyaya çevirdi.
Həmçinin bax
Xarici keçidlər
- NOBEL QARDAŞLARININ QƏNİMİ: ŞƏMSİ ƏSƏDULLAYEV
- Şəmsi Əsədullayev – məşhur neft maqnatımız
İstinadlar
- "Şəmsi Əsədullayev". 2021-11-27 tarixində . İstifadə tarixi: 2018-11-20.
- "Nobel qardaşlarının qənimi Şəmsi Əsədullayev" (PDF). 2022-03-08 tarixində (PDF). İstifadə tarixi: 2018-11-20.
- "Ömrünü qürbətdə başa vurdu". 2022-03-26 tarixində . İstifadə tarixi: 2018-11-20.
- "Əsədullayev Şəmsi" (PDF). 2019-03-20 tarixində (PDF). İstifadə tarixi: 2018-11-20.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Semsi Esedullayev XX esrin evvellerinde Azerbaycanin neft maqnati multimilyoncu ictimai xadim Neftin Rusiyaya dasinmasinda buxar gemisinden birinci istifade eden neftxuda Semsi EsedullayevDogum tarixi 1840Dogum yeri BakiVefat tarixi 21 aprel 1913Vefat yeri YaltaVefat sebebi gunvurmaUsagi Mirze EsedullayevFealiyyeti tesebbuskar Vikianbarda elaqeli mediafayllarHeyatiSemsi Esedullayev 1841 ci ilde Bakinin Emircan kendinde anadan olmusdur Genclik illeri Semsi Esedullayev de bir cox Baki milyonculari kimi yoxsul aileden cixmisdir O genc yaslarinda kendde atasinin ekin bicinine komek edir araba ile bicilmis taxili dasiyir xirman salirdi Bu illerde emircanlilarin esas taxil yerleri Suraxani torpaqlarinda idi XX esrin evvelerinde neft senayesinin inkisafi ile elaqedar olaraq bu torpaq sahelerinin muhum bir hissesi Suraxanida neft cixarilmasi ve kerosin emali ile mesgul olan rus tacirlerinden Kokorev ve Qubonin terefinden ucuz qiymete alinmisdi Onlar Suraxanida Atesgahin yaninda kerosin emal eden bir zavod tikdirmisdiler Torpaqsiz qalan Suraxani ve Emircan kendinin sakinleri neft medenlerinde islemeye mecbur olurlar Semsi Esedullayev de ekinciliyi buraxaraq neft isine baslayir Milyoncu kimi fealiyyetiEsedullayev 1860 ci ilde Kokorevin yaninda isler mudiri vezifesine yuksele bilir Bir muddetden sonra neft ve duz podratciligi ile mesgul olur O 15 il muddetinde xeyli qazanc elde etdikden sonra podratciligi buraxaraq kerosin zavodu acir 1890 ci illerde neft isi ile mesgul olan bir nece nefer ile birlikde sirket teskil edir Elde edilen neftin Rusiya bazarlarina cixarilmasi onu daha cox dusundururdu Nahayet 1891 ci ilde neftin Xezer vasitesi ile dasinmasi sahesinde Baki neft kapitalistleri icerisinde ilk defe olaraq buxar sxunu iki ve uc dorlu yelkenli gemi sifaris verir 1874 cu ilde azaciq kapitalla primitiv usullarla isleyen neftcixarma kontoru acir Artiq 1893 cu ilde bu kicik kontor Semsi Esedullayev adina yeni texnoloji usullarla isleyen neftcixarma firmasina cevrilir 1893 cu ilde cemi 500 manat kapitala malik Semsi Esedullayev firmasi 1913 cu ilde artiq 10 milyon manat vesaite malik idi Semsi Esedullayev Sabuncu Suraxani ve Ramanada yerlesen 37 neft burugunun mexaniki emalatxanalarin ve neftayirma zavodlarinin Xezer denizinde neft ve neft mehsullari dasiyan geminin sahibi idi Moskvada boyuk dasinmaz mulkiyyetin sahibi idi 1895 ci ilde teze aldigi torpaq sahelerinden birinde neft fontan vurur Fontan 56 gun davam edir Bu yataq her gun 1 milyon 600 min pud neft verirdi Bu Baki neft senayesi tarixinde en meshur fontanlardan biri idi O hem neft medeni hem de neft dasiyan deniz ve cay donanmasinin sahibi olmusdu Seherin merkezinde esas fasadi Qoqol kucesine diger iki yan fasadlarinin biri Gimnaziya Tolstoy kucesine digeri Karantin Hezi Aslanov kucesine baxan ezemetli bina tikdirir Hele 1880 ci ilde Volqa cayinda ve Xezer denizinde gemicilikle mesgul olan gemicilik sirketi Qafqaz ve Merkuri Bakida sernisin limaninda yeni elektrik fenerleri qurasdirmisdi O sexsi elektrik stansiyasina sahib olmus ve ona xidmet ucun xaricden mutexessisler devet etmisdi Xarici sermaye ile yanasi yerli sermayenin payi Semsi Esedullayev ve onun kimi diger Baki milyoncularinin sayesinde artirdi Ramananin neftle zengin torpagina kapital qoyan yerli burjuaziyanin ilk numayendelerinden biri S Esedullayev olmusdur Kende yatirim qoyan milyoncu yerli ehalini ise celb etmis neft biznesi ile bir sira isler gormus kendde muxtelif sepkili tikililer insa etdirmisdir Onun bir zamanlar tikdirdiyi binalar bu gun de kend camaati arasinda Esedullayevin evleri Esedullayevin usaqlarinin evleri adlanan milyoncuya aid fehle yataqxanalari Ramana qalasinin arxasinda movcuddur Semsi Esedullayev Musa Nagiyevle birlikde 1896 ci ilde Boyuk Puta adli yerde Mesedi Ebdulrehman Mesedi Eliqulu ogluna mexsus 242 desyatinlik torpaq sahesini satin alib neft medenlerini salmisdilar S Esedullayev 1900 cu ilde 7 3 milyon pud neft cixarmis 11 5 milyon pud neft mehsullari satmisdir 1904 cu ilde S Esedullayev ve Ibad bey Tahirov Moskvada Zakaspide ve Iranda neft mehsullari satisi uzre muqavile baglamisdir 1907 ci ilde onun Ramanadaki mexaniki temir emalatxanasinda qazan emalatxanasinda elektrik stansiyasinda 466 nefer neft medeninde ise 16 nefer fehle isleyirdi Esedullayev demek olar ki butun qis aylarini Moskvada ve Peterburqda kecirirdi Bakida onun neft isleri ile boyuk oglu Mirze Esedullayev mesgul olurdu Volqada naviqasiya acilan kimi Bakiya geler ve nece ay muddetinde anbarlarda toplanmis nefti Rusiyaya oz musterilerine gondermeye basladi S Esedullayev ve Nobel qardaslari Esedullayevin neft hasilati artdiqca onun Volqaboyu seherlerde Moskvada Polsada habele Orta Asiyada Iranda neft anbarlarinin sayi artirdi Xezer denizi sahillerine ve Volqaboyu seherlere oz gemilerinde neft dasitdirib satdirardi Semsi Esedullayevin adi hemise Nobel qardaslarinin adi ile qosa cekilirdi Cunki butun Rusiyada Turkustanda Iranda hetta Finlandiyada bele Nobellerin dukani ve kontoralari ile uzbeuz ya da ki yanasi kontor ve dukan acib Nobellerden ucuz qiymete neft satir ve ona mane olurdu Oktyabr ayinin axirlarinda Volaqada naviqasiya baglananda Bakida neftin qiymeti xeyli asagi dusurdu boyuk neftxudalar o cumleden Semsi de xirda meden sahiblerinden nefti ucuz alib anbarlara vurur yazda naviqasiya acilanda Rusiyaya dasitdirardi Xeyriyyecilik fealiyyeti Semsi Esedullayev XX ci esrin evvellerinde Azerbaycanin neft maqnatlarindan biri olub Onun adi hemise Nobel qardaslarinin adi ile yanasi cekilib S Esedullayev Rusiyaya neft dasimaq ucun buxarli gemiden istifade eden ilk neft sahibkaridir Bakidaki mulkleri ile yanasi Peterburqda Neva cayinin sahilinde Qis Sarayinin yaninda mohtesem bina insa ede bilib Heyat yoldasi Mariya ucun Moskvada hovuz ve oranjereya ile fusunkar imaret alib Butun bunlarla yanasi o hemcinin xeyriyyecilik ile de six mesgul olub Oz malikanelerinden birini Muselman medeni merkezine Tatar evine bagislayib Semsi Esedullayev xeyriyyecilikle mesgul olmus elme medeniyyete xususi qaygi gostermis onlarla azerbaycanli gencin Almaniyada Fransada Varsavada Kazanda Kiyevde Moskvada Odessada Peterburqda ve Xarkovda oxumasina himayedarliq etmisdir Tiflisde olan Aleksandr muellimler institutu onun sexsi vesaiti hesabina fealiyyet gostermisdir O Moskvaya kocdukden sonra da maarifcilik ve xeyriyye islerini genislendirmis yoxsul usaqlar ucun mektebler acdirmisdi Moskvadaki Kicik Tatar dongesinde tikdirdiyi evi o zaman teze yaradilmis Tatar Medeniyyet Cemiyyetine bagislamisdi O 1905 ci ilin avqust ayinda Umumrusiya muselmanlarinin Nijni Novqorodda kecirilmis birinci qurultayinin da istirakcisi olmusdur Umumrusiya muselmanlarinin qurultayi da 1917 ci ilin may ayinda S Esedullayevin muselmanlara bagisladigi binada kecirilmisdi Hemcinin Nesri maarif cemiyyetinin uzvu kimi fealiyyet gostermisdir 1913 cu ilde ise Romanovlar sulalesinin 300 illiyi munasibetile Tiflis Muellimler Institutunda oz adina iki teqaud tesis etmisdir VefatiEsedullayev 1913 cu il 21 aprelde Yaltada gunvurmadan 72 yasinda vefat etmisdir Onun meyiti Bakiya getirilerek defn edilmisdir Semsi Esedullayevin Bakinin Emircan qesebesinin qebiristanligindaki qebriAilesiSemsi Esedullayevin Bakida bir muselman arvadi iki oglu Mirze Eli ve uc qizi Sara Xedice ve Agabaci vardi Ikinci defe Semsi Mariya Petrovna adli bir rus qadinla aile qurur ve 1903 cu ilde Moskvaya kocur Semsi Esedullayev Peterburqda Neva cayi sahilinde Qis sarayi yaxinligindaki mehellede ezemetli bina ucaltmisdi Moskvada heyat yoldasi Mariya ucun icerisinde carhovuz ve oranjereya olan temteraqli mulk almisdi Peterburqda ve Moskvada bir nece yerde mulkler tikdirib xeyriyye isleri ile mesgul olmusdu Esedullayevin boyuk oglu Mirze Musa Nagiyevin qizi kicik oglu Eli ise H Z Tagiyevin Leyla adli qizi ile evlenmisdi Qizi Sara atasinin isler mudiri Zal Hesenovun heyat yoldasi olub Paris seherinde vefat etmis azerbaycanli yazici Banin Ummulbanu xanim Mirze Esedullayevin qizidir O eserlerini fransiz dilinde yazirdi Iki milyoncu babanin Semsi Esedullayevle Musa Nagiyevin nevesidir Semsi Esedullayevin nesil davamcilar xususen oglu ve neveleri Azerbaycandan kenarda yasamalarina baxmayaraq yazib yaratmis elmi ictimai islerle mesgul olmuslar Sovet rejimi1920 ci ilde Azerbaycan Xalq Cumhuriyyeti suqut etdikden sonra kommunist rejimi Esedullayevin butun mulkiyyetini millilesdirdi Hemcinin Semsi Esedullayevin Merdekanda ezemetli bir bagi vardi Bu bag ozunun cox boyuk sahesi ve ezemetli tagvari qapisi ile ferqlenirdi Bag XIX esrin axirlarinda salinmisdi Sovet hokumeti bu bagi da musadire edib sanatoriyaya cevirdi Hemcinin baxBanin Mirze EsedullayevXarici kecidlerNOBEL QARDASLARININ QENIMI SEMSI ESEDULLAYEV Semsi Esedullayev meshur neft maqnatimizIstinadlar Semsi Esedullayev 2021 11 27 tarixinde Istifade tarixi 2018 11 20 Nobel qardaslarinin qenimi Semsi Esedullayev PDF 2022 03 08 tarixinde PDF Istifade tarixi 2018 11 20 Omrunu qurbetde basa vurdu 2022 03 26 tarixinde Istifade tarixi 2018 11 20 Esedullayev Semsi PDF 2019 03 20 tarixinde PDF Istifade tarixi 2018 11 20