Nikola Bualo (fr. Nicolas Boileau-Despréaux; 1 noyabr 1636, Paris — 13 mart 1711, orda) — fransız şairi, tənqidçisi, nəzəriyyəçisi.
Nikola Bualo | |
---|---|
fr. Nicolas Boileau-Despréaux | |
Doğum tarixi | |
Doğum yeri | Paris, Fransa |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | Paris, Fransa |
Dəfn yeri |
|
Milliyyəti | Fransız |
Təhsili |
|
Fəaliyyəti | şair, yazıçı, ədəbiyyat tənqidçisi, vəkil, tarixçi |
Əsərlərinin dili | fransız dili |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Fransız klassisizminin Lafontendən sonra ikinci böyük şairi Bualo olmuşdur. O da Lafonten kimi qeyri-dramatik janrlarda yazdığı əsərlərlə məşhurlaşmışdır. Əgər Lafonten təmsil və mənzum nağıl janrında məşhur-laşmışdısa, Bualo müraciətləri və satiraları ilə tanınmışdır. Onun şeirləri quruluğu, ayıqlığı və satirik təmayülü ilə seçilir. Bualo dünya ədəbiyyatında daha çox fransız klassisizminin qanunvericisi, tanınmış rəhbəri və nəzəriyyəçisi kimi şöhrət qazanmışdır. Puşkin haqlı olaraq onu "fransız şairlərinin sərt hakimi" adlandırmışdır. Doğrudan da, Bualo Fransada ədəbiyyat tarixinin ən şanlı dövrlərindən birində ədəbi fikrin rəhbəri olmuşdur.
Nikola Bualo-Depreo 1 noyabr 1636-cı ildə Parisdə burjua ailəsində doğulmuşdur. Atası parlamentin böyük palatasında qeydiyyatçı, bütün qohumları isə məhkəmə məmurları idilər. Atası onu ruhani rütbəsinə hazırlayırdı. Ona görə də Bualo kolleci qurtaran kimi ilahiyyatı öyrənməyə başlayır, lakin xoşuna gəlmədiyi üçün hüquq fakültəsinə keçir, oranı qurtardıqdan sonra vəkillər silkinə qəbul olunur, ancaq Bualonu vəkillik sənəti cəlb etmir, şeirlər yazmağa girişir.
1657-ci ildə atası vəfat edəndə ona kiçik bir irs qalır. Hesabcıl və qənaətcil bir adam olan Bualo bu irs hesabına heç kəsdən asılı olmayan bir ömür sürür. Onun şeir yaradıcılığı madam Rambulyenin salonunda rövnəq tapan ədalı, təmtəraqlı ədəbiyyata qarşı yazılmış satiralarla başlayır. Bualonun 1660-1667-ci illərdə yazdığı satiralar sərbəst və cəsarətli fikirləri ilə diqqəti cəlb edir. Kral XIV Lüdovikə həsr etdiyi şeirində isə Bualo başqa şairlərdən fərqli olaraq yaltaqlanmır, yaltaqlığı, cırtdanları Atlant, qorxaqları Herkules kimi göstərməyi bacarmadığını söyləyib öz şəxsi ləyaqətini alçaltmır. 1666-cı ildə Bualo ilk dəfə öz satiralarını nəşr etdirir və hay-küylü bir müvəffəqiyyət qazanır. Bu hay-küy daha çox Bualonun satiralarındakı cəsarətli tənqidlərlə bağlı idi. Ədibin tənqidləri vaxtı keçmiş, həyatdan uzaq düşmüş cərəyanlara qarşı yönəlmişdi. Bualo fransız ədəbiyyatında ilk dəfə satiranı ədəbi tənqid silahına çevirmişdi. O, nəinki təkcə Fransada, bəlkə bütün Avropada ilk əsl ədəbi tənqidçi idi. Bualo əsərləri şəxsi zövqünə görə yox, ümumi estetik tələblərə görə qiymətləndirirdi, ən çox presiyoz /ədalı/ ədəbiyyatın nümayəndələrini tənqid edirdi.
1669-1677-ci illər arasında Bualo "Müraciət" janrına keçir və bu müddətdə bu janrda 9 əsər yazır. Bu janrda Horatsini örnək götürən şair formanın imkanlarından istifadə edərək incə şəkildə müxtəlif mövzularda oxucu ilə söhbət edir. Bir növ, forma etibarilə Nizaminin məqalətlərini xatırladan bu müraciətlərdə şair öz əxlaqi düşüncələrini qələmə alır. "Poeziya sənəti" /1674/ kitabının meydana çıxmasından sonra Bualo rəsmi olaraq XVII əsr Fransasının ədəbi ideoloqu kimi tanınmışdır. 1677-ci ildən saray tarixçisi təyin edilən şair Rasinlə birlikdə XIV Lüdovik dövrünün tarixini yazmaqla məşğul olur. Yarımçıq qalmış bu əsər 1726-ci ildə yanğından məhv olur.
Bualo az qala XIV Lüdovikin hakimiyyətinin sonuna qədər yaşayır. 1709-cu ildən hərəkət etmək qabiliyyətini itirən ədib 1711-ci ildə Parisdə vəfat edir.
Yaradıcılığı
Bualonun ədəbi irsi satiralardan, müraciətlərdən, "Rəhil" komik qəhrəmanlıq poemasından, "Poeziya sənəti" kitabı başda olmaqla bir sıra ədəbi nəzəri əsərlərdən ibarətdir. Müraciətlərində Bualo Horatsinin oynaq üslubuna yiyələnə bilməmişdir. Şair onlarda dünyanın nemətləri və insanların işğalçılıq ehtiraslarının ağla zidd olduğu haqqında /I müraciət/ danışır, məhkəmə çəkişmələrini çoxaldan ərizəbazların axmaqlığından /II müraciət/, insanlara zülm edən və onları həqiqət yolundan çəkindirən saxta ismətdən /III müraciət/, həqiqi səadətin özülü olan mənəvi təmkin və mülayimlikdən /V müraciət/, şəhər hay-küyündən uzaq kənd həyatının gözəlliklərindən /VI müraciət/, istedadlı şairə öz sənətini daha da inkişaf etdirməyə səbəb olan düşmənlərin olmasının əhəmiyyətindən /VII müraciət/, ancaq doğru olanın gözəl olması və səmimiliyin şair üçün ən yaxşı sifət olmasından /IX müraciət/ və s. söhbət açır. Bütün bu əxlaqi düşüncələr arasında şair dövrünün eybəcərliklərinə hücum edir, hərbçiləri, məhkəmə məmurlarını, pulun hakimiyyətini, yaltaqları, istedadsız şairləri qamçılayır. Satiralarında Bualo daha kəskindir. Artıq birinci satirasında o, varlı mesenatlara xidmət etmək istəməyən və sələmçilərin əlindən Parisdən baş götürüb qaçan gənc şairin başına gələn müsibətlərdən danışır. Şairin fikrincə, Parisdə ləyaqət və ağıl artıq dəbdə deyildir, qanun keşikçiləri ağı qara göstərirlər, təkəbbürlü eybəcərlik isə keşiş əsası ilə var-gəl edir, elm hər yerdən qovulur, yeganə dəbdə olan sənət isə məharətlə oğurlamaqdır. Bualonun uğursuz şair qəhrəmanı deyir: "Mən nə aldatmağı, nə ikiüzlülük etməyi, nə də yalan danışmağı bacarıram. Yonulmamış və məğrur bir adamam, qəlbim kobuddur, mən hər şeyi ancaq onun öz xüsusi adı ilə çağıra bilirəm. Pişiyə pişik deyirəm, prokuror Roleyə isə dələduz." Bu vaxt ancaq Molyer belə bir dillə danışmağa cəsarət edirdi. Məhz bu satirada Bualo Molyeri "nadir və şərəfli ağıl sahibi" adlandırmışdır. Sonrakı satiralarında da Bualo mövcud cəmiyyətin eybəcərliklərinə qarşı cəsarətlə çıxış edir, o cümlədən, 1664-cü ildə yazılmış dördüncü satirada axmaqlar silsiləsini nəzərdən keçirir. Burada Ərəstu fəlsəfəsi ilə ucdan-qulaqdan tanış olan pedant da, elmi məzəmmət edib öz nadanlığı ilə lovğalanan kübar cəmiyyətinin üzvü də, riyakar mömin də, pozğun qadın düşkünü də, acgöz xəsis də, yüngül xasiyyətli israfçı da satiraya hədəf edilir. Beşinci satirada isə zadəgan mənşəyi ilə öyünən yoxsullaşmış kübarlar ifşa olunur. Bualo onların qeyri-zadəgan varlılarla qohum olmaqla öz rövnəqini itirmiş rütbələrini qızılla təzələmək təşəbbüslərinə gülür. Molyer kimi o da acı bir sarkazmla etiraf edir ki, "mövcud cəmiyyətdə qızıl eybəcərliyə gözəllik görkəmi verir". Bualonun bədii irsində "Rəhil" poeması xüsusilə əhəmiyyətli yer tutur. Bu əsər fransız ədəbiyyatında komik qəhrəmanlıq janrının ən görkəmli nümunəsidir. Bu janr öz kökləri etibarilə antik ədəbiyyata gedib çıxır. Öz poemasında adi həyatdan götürülmüş "alçaq" mövzuda zarafatyana əsər yaradan Bualo təcrübədə sübut etməyə çalışırdı ki, "əsl qəhrəmanlıq poeması hadisələrlə yüklənməməlidir". Bualo burada burlesk poeziyasındakı yüksək süjetin "alçaq" şərhinə qarşı "alçaq" süjetin yüksək təcəssümünü qoymuşdur. Poemada iki kilsə xadimi arasında gedən toqquşma təsvir edilir. Onlardan biri kilsədə oxuyanlar üçün ayrılmış hündür yerdə bir rəhil qoyur. Bunun üstündə ruhanilər iki dəstəyə bölünüb vuruşurlar. Burada top mərmilərini qonşuluqda yerləşən kitabxanadan götürülmüş kitablar əvəz edir. Poemanın qəhrəmanlıq poemalarına məxsus təm-təraqlı bir ölçü ilə yazılması, Nifaq, Şayiə kimi alleqorik obrazların istifadə edilməsi onun komizmini daha da artırır. Poema XVII əsr ədəbiyyatında kilsə xadimlərini, onların məişət və əxlaqını açıq hörmətsizlik və ifşaçılıqla əks etdirən poetik əsərdir. Bualo öz dövründən başlayaraq daha çox poeziya tənqidçisi və nəzəriyyəçisi kimi tanınmışdır. Onun "Poeziya sənəti" kitabı meydana çıxan kimi klassisizmin əsl poetik kodeksi kimi qarşılandı. Horatsinin "Pizonlara məktub" əsərindən təsirlənən ədib fransız klassisizminin özünə qədərki nəzəriyyəçiləri tərəfindən irəli sürülən estetik fikirləri sistemləşdirmiş, orijinallığa meyl etmədən klassisistlər arasında formalaşan baxışla canlı və parlaq bir formada qələmə almışdır. Bualo bu işi o qədər məharətlə yerinə yetirmişdir ki, sonrakı nəsillər onları Bualonun hesab etmişlər. Kitabın bir çox misraları aforizm kimi dillər əzbəri olmuş, müəllifinə Fransanın xaricində də geniş şöhrət qazandırmışdır. Əsər dörd nəğməyə bölünür. Birinci nəğmədə poetik yaradıcılığın əsas prinsipləri şərh olunur, şeir yaradıcılığının, üslub və kompozisiyanın ümumi qanunları müəyyənləşdirilir. Ara-sıra fransız şeirinin tarixindən danışan Bualo erkən orta əsrlər və İntibah ədəbiyyatını yaxşı bilmədiyini nümayiş etdirir. Görünür ki, daha çox klassisizmin estetik prinsiplərinə uyaraq Malerbi Ronsardan daha üstün tutur. İkinci nəğmədə ayrı-ayrı poetik janrlar təhlil olunur. Lirik janrlardan idilliya, elegiya, oda, sonet, epiqram, satira, vodevil və nisbətən ötəri şəkildə rondo, ballada, madriqal səciyyələndirilir. Bütün janrların qanunlarını Bualo onların özlərindən çıxarır, formal cəhətlərə və əlamətlərə deyil, məzmunun spesifik xüsusiyyətlərinə əsaslanır. Üçüncü nəğmə faciə, komediya və epopeya janrına həsr olunmuşdur. Epopeya janrına fransız ədəbiyyatında layiqli nümunə tapa bilməyən Bualo daha çox Homer və Vergiliyə ehtiram əlaməti olaraq bu janrdan söhbət açır. Faciədən danışarkən Rasinin yaradıcılığını əsas nümunə götürür, komediyaya isə dostu Molyerdən çox Terensiyə istinad edir. Bualo Molyeri həddindən çox xəlqi yazıçı kimi həzm edə bilmir. Dördüncü nəğmədə Bualo şairlərə bir sıra əxlaqi öyüdlər verib onları var-dövlət arxasınca qaçmaq ehtirasından uzaq olmağa çağırır. Bualo "Poeziya sənəti"ndə Dekartın fəlsəfi metodunu ədəbiyyata tətbiq edir. Universal ağıl qarşısında səcdə edən Bualo şairləri ağlı sevməyə, ondan qüvvət almağa çağırırdı. Ağıl anlayışı altında Bualo mütləq, universal, hələ antik dövrdə yaranan, lakin orta əsrlərdə itirilən yüksək bədii zövqü nəzərdə tuturdu. Bualoya görə, onun dövründə həmin yüksək bədii zövq formasında başa düşülən universal ağıl yenidən cəmiyyətin yüksək dairələrinin başqa sözlə, saray və şəhərin nəsibi olmuşdur. Odur ki, Bualo şəhəri müşahidə et-məyi, sarayı öyrənməyi məsləhət görürdü. Başqa sözlə, Bualo sarayın zövqünə, baxışlarına, anlayışlarına, estetik qiymətlərinə uyğunlaşmaq və buna uyğun olaraq yazmağı tələb edirdi. Lafonten sarayın zövqünə xoş gəlməyən sərbəst aşiqanə novellalar yazdığı üçün kralın xoşuna gəlmədi. Bualo isə ustalıqla hərəkət edərək onun əleyhinə açıq çıxış etmədi. "Skapenin kələkləri" kimi kobud xalq şəbihi yaradan Molyeri Bualo öz istedadını alçaldan bir yazıçı kimi qiymətləndirdi. Belə çıxırdı ki, Bualo üçün ən yüksək sənət əsəri sarayın zövqünə uyğun, saray üçün yazılan əsərlərdir. Bualonun estetikasının məhdud cəhətlərindən biri bu idi. Digər tərəfdən ağlı sevməyə çağıran Bualo fikrin hiss və xəyal üzərində üstünlüyünü təsdiq edirdi. Lakin ağıl tərəfindən müəyyənləşdirilən həqiqəti gözəlliklə eyniləşdirir və onların hər ikisini təbiətdə, obyektiv gerçəklikdə axtarır. Bualo belə hesab edirdi ki, poeziya təbiəti əks etdirməklə, onu təqlid etməklə bütün insanlara eyni dərəcədə zövq verir və onun ədəbi qiyməti də özünü əsasən bunda təzahür edirdi. Lakin təbiəti təqlid etməyi sənətin əsas prinsiplərindən biri sayan Bualo özünün bu realist prinsipinə bəzi məhdudluqlar artırır. Şairləri "alçaq" təbiətə təqlid etməkdən çəkindirməyə çalışır. Halbuki özünün komik qəhrəmanlıq poemasında və bir sıra satiralarında işlək kobud predmetlərin təsvirindən çəkinmir. Burada onun nəzəriyyəsi ilə yaradıcılıq təcrübəsi bir-birini rədd edir. Təbiəti təqlidlə yanaşı Bualo poeziyanın "xoşa gəlmək" və "əyləndirmək" prinsiplərini də xüsusi qeyd edir. Poeziyanı təsadüflər, müstəsnalıqlar, eybəcər qəribəliklər deyil, ümumi hadisələr cəlb etməlidir. Bualoya görə, şair xüsusi və fərdi hadisələr arxasında ümumi, tipik xüsusiyyətləri görməli və əks etdirməlidir. Burada da mücərrəd və rasionalist tipikləşdirmə tələbi Bualonun təbiətə təqlid prinsipini xeyli dərəcədə məhdudlaşdırır. Antik yazıçılardan təbiətə təqlid etməyi öyrənməyə çağıran Bualo burada da məhdudluğa yol verir, antik müəlliflərdən ancaq XVII əsr Fransa həyatına uyğun gələn cəhətləri götürürdü. Bununla yanaşı Bualo antik poeziyasının sadəliyini, doğruluğunu, realizmini onun əsas gözəlliyi kimi düzgün hiss edirdi. Bualonun estetik görüşləri aristokratik səciyyə daşı-yır. O, aşağı təbəqələri, xalq nümayəndələri içərisindən çıxan oxucuları nəzərə almır, şairləri onların zövqünə uyğunlaşmaqdan çəkindirməyə çalışır. Xalq sənətini başa düşməyən Bualo bu sənəti vulqar, bazar, küçə sənəti kimi qiymətləndirirdi. Aristokratizmindən irəli gələn məhdudluqlarına baxmayaraq Bualonun əsəri mütərəqqi estetik fikrin formalaşması tarixində mühüm rol oynamışdır. Onun bədii doğruluq, aydınlıq, sadəlik, dil təmizliyi və s. haqqındakı nəzəri fikirləri indi də öz əhəmiyyətini itirməmişdir. Fransada, Almaniyada, Rusiyada "Poeziya sənəti" güclü təsirə malik olmuş, klassisizmin davam etdiyi dövrlərdə onun əsas qanunlar kodeksi kimi qarşılanmışdır. Bualoya həmişə yüksək qiymət verən Puşkin onun haqqında yazmışdır: "Fransızlarda XVII əsrin yüksək ağıl sahibləri xalq poeziyasını bələkdə gördülər və ona nifrət etdilər, ona görə də klassik antik dövrün nümayəndələrinə üz tutdular. Güclü istedada və kəskin ağla malik şair Bualo öz qanunnaməsini yazdı və söz sənəti ona təslim oldu." Bualonun "Poeziya sənəti" kitabı Azərbaycan dilinə tərcümə edilmiş və 1969-cu ildə çap olunmuşdur. Həmin nəşrə yazdığı müqəddimədə Ə.Ağayev müasir baxımdan Bualonun fikirlərini qiymətləndirərək yazır: "Ümumi dünyagörüşündəki və nəzəriyyəsindəki bir sıra ziddiyyətlərə, bədii ədəbiyyatın təcrübəsində və nəzəriyyəsində çoxdan aradan çıxmış və köhnəlmiş fikirlərinə baxmayaraq, Bualonun bütünlükdə bədii yaradıcılıq, istedad, yaradıcılıq zəhməti, bədii dil və sairə haqqında bir çox mülahizələri hələ də öz əhəmiyyətini itirməmişdir. Bu mülahizələrin xeylisi müasir nöqteyi-nəzərdən də maraqlıdır." Buraya ancaq onu əlavə edək ki, Bualonun ədəbiyyat tarixində xidməti təkcə onun bu gün üçün də maraqlı olan fikirləri ilə deyil, bütöv-lükdə öz dövrü üçün yenilik olan nəzəri müddəaları ilə müəyyənləşir, onlardakı mütərəqqi və məhdud cəhətlərin vəhdəti, tənasübü ilə ölçülür.
Xarici keçidlər
- Nicolas Boileau Despreaux // Académie française (fr.).
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Nikola Bualo fr Nicolas Boileau Despreaux 1 noyabr 1636 Paris 13 mart 1711 orda fransiz sairi tenqidcisi nezeriyyecisi Nikola Bualofr Nicolas Boileau DespreauxDogum tarixi 1 noyabr 1636Dogum yeri Paris FransaVefat tarixi 13 mart 1711 74 yasinda Vefat yeri Paris FransaDefn yeri Sen Jermen de Pre d Milliyyeti FransizTehsili Paris Universiteti Sen Lui Liseyi d Fealiyyeti sair yazici edebiyyat tenqidcisi vekil tarixciEserlerinin dili fransiz diliUzvluyu Fransa Akademiyasi 1684 1711 Vikianbarda elaqeli mediafayllarHeyatiFransiz klassisizminin Lafontenden sonra ikinci boyuk sairi Bualo olmusdur O da Lafonten kimi qeyri dramatik janrlarda yazdigi eserlerle meshurlasmisdir Eger Lafonten temsil ve menzum nagil janrinda meshur lasmisdisa Bualo muracietleri ve satiralari ile taninmisdir Onun seirleri qurulugu ayiqligi ve satirik temayulu ile secilir Bualo dunya edebiyyatinda daha cox fransiz klassisizminin qanunvericisi taninmis rehberi ve nezeriyyecisi kimi sohret qazanmisdir Puskin haqli olaraq onu fransiz sairlerinin sert hakimi adlandirmisdir Dogrudan da Bualo Fransada edebiyyat tarixinin en sanli dovrlerinden birinde edebi fikrin rehberi olmusdur Nikola Bualo Depreo 1 noyabr 1636 ci ilde Parisde burjua ailesinde dogulmusdur Atasi parlamentin boyuk palatasinda qeydiyyatci butun qohumlari ise mehkeme memurlari idiler Atasi onu ruhani rutbesine hazirlayirdi Ona gore de Bualo kolleci qurtaran kimi ilahiyyati oyrenmeye baslayir lakin xosuna gelmediyi ucun huquq fakultesine kecir orani qurtardiqdan sonra vekiller silkine qebul olunur ancaq Bualonu vekillik seneti celb etmir seirler yazmaga girisir 1657 ci ilde atasi vefat edende ona kicik bir irs qalir Hesabcil ve qenaetcil bir adam olan Bualo bu irs hesabina hec kesden asili olmayan bir omur surur Onun seir yaradiciligi madam Rambulyenin salonunda rovneq tapan edali temteraqli edebiyyata qarsi yazilmis satiralarla baslayir Bualonun 1660 1667 ci illerde yazdigi satiralar serbest ve cesaretli fikirleri ile diqqeti celb edir Kral XIV Ludovike hesr etdiyi seirinde ise Bualo basqa sairlerden ferqli olaraq yaltaqlanmir yaltaqligi cirtdanlari Atlant qorxaqlari Herkules kimi gostermeyi bacarmadigini soyleyib oz sexsi leyaqetini alcaltmir 1666 ci ilde Bualo ilk defe oz satiralarini nesr etdirir ve hay kuylu bir muveffeqiyyet qazanir Bu hay kuy daha cox Bualonun satiralarindaki cesaretli tenqidlerle bagli idi Edibin tenqidleri vaxti kecmis heyatdan uzaq dusmus cereyanlara qarsi yonelmisdi Bualo fransiz edebiyyatinda ilk defe satirani edebi tenqid silahina cevirmisdi O neinki tekce Fransada belke butun Avropada ilk esl edebi tenqidci idi Bualo eserleri sexsi zovqune gore yox umumi estetik teleblere gore qiymetlendirirdi en cox presiyoz edali edebiyyatin numayendelerini tenqid edirdi 1669 1677 ci iller arasinda Bualo Muraciet janrina kecir ve bu muddetde bu janrda 9 eser yazir Bu janrda Horatsini ornek goturen sair formanin imkanlarindan istifade ederek ince sekilde muxtelif movzularda oxucu ile sohbet edir Bir nov forma etibarile Nizaminin meqaletlerini xatirladan bu muracietlerde sair oz exlaqi dusuncelerini qeleme alir Poeziya seneti 1674 kitabinin meydana cixmasindan sonra Bualo resmi olaraq XVII esr Fransasinin edebi ideoloqu kimi taninmisdir 1677 ci ilden saray tarixcisi teyin edilen sair Rasinle birlikde XIV Ludovik dovrunun tarixini yazmaqla mesgul olur Yarimciq qalmis bu eser 1726 ci ilde yangindan mehv olur Bualo az qala XIV Ludovikin hakimiyyetinin sonuna qeder yasayir 1709 cu ilden hereket etmek qabiliyyetini itiren edib 1711 ci ilde Parisde vefat edir YaradiciligiLes Satires Bualonun edebi irsi satiralardan muracietlerden Rehil komik qehremanliq poemasindan Poeziya seneti kitabi basda olmaqla bir sira edebi nezeri eserlerden ibaretdir Muracietlerinde Bualo Horatsinin oynaq uslubuna yiyelene bilmemisdir Sair onlarda dunyanin nemetleri ve insanlarin isgalciliq ehtiraslarinin agla zidd oldugu haqqinda I muraciet danisir mehkeme cekismelerini coxaldan erizebazlarin axmaqligindan II muraciet insanlara zulm eden ve onlari heqiqet yolundan cekindiren saxta ismetden III muraciet heqiqi seadetin ozulu olan menevi temkin ve mulayimlikden V muraciet seher hay kuyunden uzaq kend heyatinin gozelliklerinden VI muraciet istedadli saire oz senetini daha da inkisaf etdirmeye sebeb olan dusmenlerin olmasinin ehemiyyetinden VII muraciet ancaq dogru olanin gozel olmasi ve semimiliyin sair ucun en yaxsi sifet olmasindan IX muraciet ve s sohbet acir Butun bu exlaqi dusunceler arasinda sair dovrunun eybecerliklerine hucum edir herbcileri mehkeme memurlarini pulun hakimiyyetini yaltaqlari istedadsiz sairleri qamcilayir Satiralarinda Bualo daha keskindir Artiq birinci satirasinda o varli mesenatlara xidmet etmek istemeyen ve selemcilerin elinden Parisden bas goturub qacan genc sairin basina gelen musibetlerden danisir Sairin fikrince Parisde leyaqet ve agil artiq debde deyildir qanun kesikcileri agi qara gosterirler tekebburlu eybecerlik ise kesis esasi ile var gel edir elm her yerden qovulur yegane debde olan senet ise meharetle ogurlamaqdir Bualonun ugursuz sair qehremani deyir Men ne aldatmagi ne ikiuzluluk etmeyi ne de yalan danismagi bacariram Yonulmamis ve megrur bir adamam qelbim kobuddur men her seyi ancaq onun oz xususi adi ile cagira bilirem Pisiye pisik deyirem prokuror Roleye ise deleduz Bu vaxt ancaq Molyer bele bir dille danismaga cesaret edirdi Mehz bu satirada Bualo Molyeri nadir ve serefli agil sahibi adlandirmisdir Sonraki satiralarinda da Bualo movcud cemiyyetin eybecerliklerine qarsi cesaretle cixis edir o cumleden 1664 cu ilde yazilmis dorduncu satirada axmaqlar silsilesini nezerden kecirir Burada Erestu felsefesi ile ucdan qulaqdan tanis olan pedant da elmi mezemmet edib oz nadanligi ile lovgalanan kubar cemiyyetinin uzvu de riyakar momin de pozgun qadin duskunu de acgoz xesis de yungul xasiyyetli israfci da satiraya hedef edilir Besinci satirada ise zadegan menseyi ile oyunen yoxsullasmis kubarlar ifsa olunur Bualo onlarin qeyri zadegan varlilarla qohum olmaqla oz rovneqini itirmis rutbelerini qizilla tezelemek tesebbuslerine gulur Molyer kimi o da aci bir sarkazmla etiraf edir ki movcud cemiyyetde qizil eybecerliye gozellik gorkemi verir Bualonun bedii irsinde Rehil poemasi xususile ehemiyyetli yer tutur Bu eser fransiz edebiyyatinda komik qehremanliq janrinin en gorkemli numunesidir Bu janr oz kokleri etibarile antik edebiyyata gedib cixir Oz poemasinda adi heyatdan goturulmus alcaq movzuda zarafatyana eser yaradan Bualo tecrubede subut etmeye calisirdi ki esl qehremanliq poemasi hadiselerle yuklenmemelidir Bualo burada burlesk poeziyasindaki yuksek sujetin alcaq serhine qarsi alcaq sujetin yuksek tecessumunu qoymusdur Poemada iki kilse xadimi arasinda geden toqqusma tesvir edilir Onlardan biri kilsede oxuyanlar ucun ayrilmis hundur yerde bir rehil qoyur Bunun ustunde ruhaniler iki desteye bolunub vurusurlar Burada top mermilerini qonsuluqda yerlesen kitabxanadan goturulmus kitablar evez edir Poemanin qehremanliq poemalarina mexsus tem teraqli bir olcu ile yazilmasi Nifaq Sayie kimi alleqorik obrazlarin istifade edilmesi onun komizmini daha da artirir Poema XVII esr edebiyyatinda kilse xadimlerini onlarin meiset ve exlaqini aciq hormetsizlik ve ifsaciliqla eks etdiren poetik eserdir Bualo oz dovrunden baslayaraq daha cox poeziya tenqidcisi ve nezeriyyecisi kimi taninmisdir Onun Poeziya seneti kitabi meydana cixan kimi klassisizmin esl poetik kodeksi kimi qarsilandi Horatsinin Pizonlara mektub eserinden tesirlenen edib fransiz klassisizminin ozune qederki nezeriyyecileri terefinden ireli surulen estetik fikirleri sistemlesdirmis orijinalliga meyl etmeden klassisistler arasinda formalasan baxisla canli ve parlaq bir formada qeleme almisdir Bualo bu isi o qeder meharetle yerine yetirmisdir ki sonraki nesiller onlari Bualonun hesab etmisler Kitabin bir cox misralari aforizm kimi diller ezberi olmus muellifine Fransanin xaricinde de genis sohret qazandirmisdir Eser dord negmeye bolunur Birinci negmede poetik yaradiciligin esas prinsipleri serh olunur seir yaradiciliginin uslub ve kompozisiyanin umumi qanunlari mueyyenlesdirilir Ara sira fransiz seirinin tarixinden danisan Bualo erken orta esrler ve Intibah edebiyyatini yaxsi bilmediyini numayis etdirir Gorunur ki daha cox klassisizmin estetik prinsiplerine uyaraq Malerbi Ronsardan daha ustun tutur Ikinci negmede ayri ayri poetik janrlar tehlil olunur Lirik janrlardan idilliya elegiya oda sonet epiqram satira vodevil ve nisbeten oteri sekilde rondo ballada madriqal seciyyelendirilir Butun janrlarin qanunlarini Bualo onlarin ozlerinden cixarir formal cehetlere ve elametlere deyil mezmunun spesifik xususiyyetlerine esaslanir Ucuncu negme facie komediya ve epopeya janrina hesr olunmusdur Epopeya janrina fransiz edebiyyatinda layiqli numune tapa bilmeyen Bualo daha cox Homer ve Vergiliye ehtiram elameti olaraq bu janrdan sohbet acir Facieden danisarken Rasinin yaradiciligini esas numune goturur komediyaya ise dostu Molyerden cox Terensiye istinad edir Bualo Molyeri heddinden cox xelqi yazici kimi hezm ede bilmir Dorduncu negmede Bualo sairlere bir sira exlaqi oyudler verib onlari var dovlet arxasinca qacmaq ehtirasindan uzaq olmaga cagirir Bualo Poeziya seneti nde Dekartin felsefi metodunu edebiyyata tetbiq edir Universal agil qarsisinda secde eden Bualo sairleri agli sevmeye ondan quvvet almaga cagirirdi Agil anlayisi altinda Bualo mutleq universal hele antik dovrde yaranan lakin orta esrlerde itirilen yuksek bedii zovqu nezerde tuturdu Bualoya gore onun dovrunde hemin yuksek bedii zovq formasinda basa dusulen universal agil yeniden cemiyyetin yuksek dairelerinin basqa sozle saray ve seherin nesibi olmusdur Odur ki Bualo seheri musahide et meyi sarayi oyrenmeyi meslehet gorurdu Basqa sozle Bualo sarayin zovqune baxislarina anlayislarina estetik qiymetlerine uygunlasmaq ve buna uygun olaraq yazmagi teleb edirdi Lafonten sarayin zovqune xos gelmeyen serbest asiqane novellalar yazdigi ucun kralin xosuna gelmedi Bualo ise ustaliqla hereket ederek onun eleyhine aciq cixis etmedi Skapenin kelekleri kimi kobud xalq sebihi yaradan Molyeri Bualo oz istedadini alcaldan bir yazici kimi qiymetlendirdi Bele cixirdi ki Bualo ucun en yuksek senet eseri sarayin zovqune uygun saray ucun yazilan eserlerdir Bualonun estetikasinin mehdud cehetlerinden biri bu idi Diger terefden agli sevmeye cagiran Bualo fikrin hiss ve xeyal uzerinde ustunluyunu tesdiq edirdi Lakin agil terefinden mueyyenlesdirilen heqiqeti gozellikle eynilesdirir ve onlarin her ikisini tebietde obyektiv gerceklikde axtarir Bualo bele hesab edirdi ki poeziya tebieti eks etdirmekle onu teqlid etmekle butun insanlara eyni derecede zovq verir ve onun edebi qiymeti de ozunu esasen bunda tezahur edirdi Lakin tebieti teqlid etmeyi senetin esas prinsiplerinden biri sayan Bualo ozunun bu realist prinsipine bezi mehdudluqlar artirir Sairleri alcaq tebiete teqlid etmekden cekindirmeye calisir Halbuki ozunun komik qehremanliq poemasinda ve bir sira satiralarinda islek kobud predmetlerin tesvirinden cekinmir Burada onun nezeriyyesi ile yaradiciliq tecrubesi bir birini redd edir Tebieti teqlidle yanasi Bualo poeziyanin xosa gelmek ve eylendirmek prinsiplerini de xususi qeyd edir Poeziyani tesadufler mustesnaliqlar eybecer qeribelikler deyil umumi hadiseler celb etmelidir Bualoya gore sair xususi ve ferdi hadiseler arxasinda umumi tipik xususiyyetleri gormeli ve eks etdirmelidir Burada da mucerred ve rasionalist tipiklesdirme telebi Bualonun tebiete teqlid prinsipini xeyli derecede mehdudlasdirir Antik yazicilardan tebiete teqlid etmeyi oyrenmeye cagiran Bualo burada da mehdudluga yol verir antik muelliflerden ancaq XVII esr Fransa heyatina uygun gelen cehetleri gotururdu Bununla yanasi Bualo antik poeziyasinin sadeliyini dogrulugunu realizmini onun esas gozelliyi kimi duzgun hiss edirdi Bualonun estetik gorusleri aristokratik seciyye dasi yir O asagi tebeqeleri xalq numayendeleri icerisinden cixan oxuculari nezere almir sairleri onlarin zovqune uygunlasmaqdan cekindirmeye calisir Xalq senetini basa dusmeyen Bualo bu seneti vulqar bazar kuce seneti kimi qiymetlendirirdi Aristokratizminden ireli gelen mehdudluqlarina baxmayaraq Bualonun eseri mutereqqi estetik fikrin formalasmasi tarixinde muhum rol oynamisdir Onun bedii dogruluq aydinliq sadelik dil temizliyi ve s haqqindaki nezeri fikirleri indi de oz ehemiyyetini itirmemisdir Fransada Almaniyada Rusiyada Poeziya seneti guclu tesire malik olmus klassisizmin davam etdiyi dovrlerde onun esas qanunlar kodeksi kimi qarsilanmisdir Bualoya hemise yuksek qiymet veren Puskin onun haqqinda yazmisdir Fransizlarda XVII esrin yuksek agil sahibleri xalq poeziyasini belekde gorduler ve ona nifret etdiler ona gore de klassik antik dovrun numayendelerine uz tutdular Guclu istedada ve keskin agla malik sair Bualo oz qanunnamesini yazdi ve soz seneti ona teslim oldu Bualonun Poeziya seneti kitabi Azerbaycan diline tercume edilmis ve 1969 cu ilde cap olunmusdur Hemin nesre yazdigi muqeddimede E Agayev muasir baximdan Bualonun fikirlerini qiymetlendirerek yazir Umumi dunyagorusundeki ve nezeriyyesindeki bir sira ziddiyyetlere bedii edebiyyatin tecrubesinde ve nezeriyyesinde coxdan aradan cixmis ve kohnelmis fikirlerine baxmayaraq Bualonun butunlukde bedii yaradiciliq istedad yaradiciliq zehmeti bedii dil ve saire haqqinda bir cox mulahizeleri hele de oz ehemiyyetini itirmemisdir Bu mulahizelerin xeylisi muasir noqteyi nezerden de maraqlidir Buraya ancaq onu elave edek ki Bualonun edebiyyat tarixinde xidmeti tekce onun bu gun ucun de maraqli olan fikirleri ile deyil butov lukde oz dovru ucun yenilik olan nezeri muddealari ile mueyyenlesir onlardaki mutereqqi ve mehdud cehetlerin vehdeti tenasubu ile olculur Xarici kecidler Sair ile elaqedar bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyani zenginlesdirin Nicolas Boileau Despreaux Academie francaise fr