Zəbur (ərəb dili: زبور, ibrani dili: תְּהִלִּים Təhillim, yunan dili ψαλτήριον Psalterion). Qədim ibrani dilində תְּהִלִּים (Təhillim) kəlməsi "Həmdlər" mənasına gəlir, qədim yunan dilində ψαλτήριον (Psalterion) kəlməsi isə sitraya bənzər çox simli bir alətin adı idi. 150 mədh və dualardan ibarət olan bu kitab yəhudi Müqəddəs Yazıları olan Tanaxın Yazılar (כְּתוּבִים Kətuvim) hissəsində yer alır.
Zəburun bölünməsi
Zəbur 150 məzmurdan (ruhani nəğmə) ibarətdir. Yəhudi Müqəddəs Yazılarının ən qədim tərcüməsi Septuagintada məzmurların sıra sayı Zəburun ibrani mətnindəkindən bir az fərqlənir. İbrani mətni ilə qədim yunan tərcüməsində (Septuaginta) olan sıra sayının fərqi aşağıdakı cədvəldə göstərilir:
Zəburun ibrani mətni | Qədim yunan tərcüməsinin mətni (Septuaginta) |
---|---|
1–8 | 1–8 |
9–10 | 9 |
11–113 | 10–112 |
114–115 | 113 |
116:1–9 | 114 |
116:10–19 | 115 |
117–146 | 116–145 |
147:1–11 | 146 |
147:12–20 | 147 |
148–150 | 148–150 |
Bibliyanın Septuagintadan edilən rus və digər tərcümələrində məzmurların sıra sayı Septuagintaya əsaslanır, lakin 2009-cu ildə nəşr olunan Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsində qədim ibrani mətn əsas götürülmüşdür.
Bundan əlavə, Zəbur kitabı ənənəvi olaraq 5 hissəyə bölünür: a) 1–41-ci məzmurlar; b) 42–72-ci məzmurlar; c) 73–89-cu məzmurlar; ç) 90–106-cı məzmurlar; e) 107–150-ci məzmurlar.
Zəburun müəllifləri
Məzmurların əksəriyyətində müəlliflərinin adları qeyd edilmişdir. Ümumiyyətlə, Zəburu çox vaxt "Davudun Zəburu" adlandırırlar. Doğrudan da, ən qədim məzmurların müəllifi Davud peyğəmbər olmuşdur. 150 məzmurdan 73-ü "Davudun məzmuru" sözləri ilə başlayır. 72-ci və 127-ci məzmur Süleymana, 90-cı məzmur isə Musaya aiddir. Asəf kimi başqa müəlliflər də qeyd olunub. Bir sıra məzmurların müəllifləri naməlumdur.
Zəburun əhəmiyyəti
Yəhudi Müqəddəs Yazılarından dünyada ən çox oxunan kitabı Zəburdur. Yəhudilər və xristianlar ibadətlərində Zəburdan geniş istifadə etmişlər və etməkdədirlər. Xristianlar İncil nəşrlərində çox vaxt İncildən sonra Zəbur kitabını da əlavə edirlər. İncildə Zəburdan çoxlu sitatlar gətirilir, İsa Məsih Zəburun ayələri ilə dua edir.
Zəburun məzmunu
Zəburda Müqəddəs Kitab dünyagörüşü əks olur: əzəldən var olan, yaradılışda və bəşəriyyətin tarixində Özünü izhar edən, bütün kainata hökmran olan yeganə Allahdan bəhs olunur. Zəburda mühüm yer tutur. Bir sıra məzmurlar İsrail xalqının rolu, tövbə və günahların bağışlanması mövzularına aiddir.
Bir çox məzmurlarda salehlərin bu dünyada çəkdikləri əziyyətlər ifadə olunur. Lakin qəmli-dərdli məzmurların sonunda həmişə ümid işığı var – əziyyət çəkən möminlər mütləq Rəbdən təsəlli tapır və xilasına ümid bağlayırlar. Möminlərin Allahdan istədikləri təkcə nemətlər deyil, Allahla ünsiyyətdir. Onlar Allahı sevirlər və qəlbən Ona bağlanmağa can atırlar:
Maral axar sulara həsrət qalan kimi, ey Allah, könlüm Sənin həsrətini çəkir! Ey var olan Allah, mənim qəlbim Sənin üçün susayıb… (Zəbur 42:1–2)
Bu səbəbdən, Zəburda Allahın qanunu qadağa və əmrlərdən ibarət olan bir sistem kimi deyil, gecə-gündüz dərin-dərin düşünə biləcəkləri bir möcüzə kimi qəbul olunur. Qanuna əməl etmək, Rəb Allaha yaxınlaşmaq deməkdir.
Ayrı-ayrı məzmurlarda Allaha düşmənlərindən qisas alması, onları lənətləyib cəzalandırması üçün yalvarışlar səslənir. Bu cür "qarğış məzmurları" janr baxımından qədim şərq poeziyasının bir növüdür. Bunlarda möminlərin qədim dövrdə mənəvi şüur mərhələsi öz əksini tapır. Daha sonra İsa Məsihin dünyaya gətirdiyi İncil möminləri bu şüurdan azad edib.
Zəburda xüsusilə xristianlar üçün dəyərli olan xilasla və Məsihlə bağlı ayələr vardır. Davudun ən qədim məzmurlarından 18-ci məzmur xilasdan bəhs edir. 2-ci məzmurda Davudun Oğlu, Allahın məsh etdiyi Şəxs eyni zamanda adlandırılır. Məsih millətlərin Hökmdarı olacaq və bütün millətlər Onun qarşısında təzim edəcəklər. Onun Padşahlığı sonsuza qədər davam edəcək. Məsih təkcə Davudun Oğlu deyil, həm də İbrahimin Oğlu olacaq və Allahın İbrahimə vəd etdiyi kimi, Onun vasitəsilə bütün millətlər xeyir-dua alacaqlar.Məsihin hökm sürməsi, düşmənin bütün qüvvətlərinin üzərinə tam qələbə olacaqdır. Dünyəvi bir padşah obrazının arxasında duran Məsihin obrazı Rəbbin əzab çəkən Qulu obrazına yaxındır. Məsihin taxta oturub Allahın Padşahlığını bərqərar etməzdən əvvəl əzab çəkəcəyi təyin edilmişdir. O, Allaha fəryad etdikdə, Allah ona cavab verəcək. İsa Məsih Özü Zəburun Ondan bəhs etdiyini öyrədirdi. 110-cu Zəburu izah edərkən, Məsihin böyük padşah olan Davud peyğəmbərdən də hədsiz dərəcədə üstün olduğunu deyirdi. Xristianlar Zəbur kitabına həmişə xüsusi hörmət və sevgi bəsləmişlər. Xristian sənətkarları əsrlər boyunca Zəburun ayələri üzərinə saysız-hesabsız mahnılar və şeirlər qoşublar, poetik tərcümə ediblər. , Şüts, Bax, Vivaldi, Şubert, Bortnyanskiy, , , , Frank, , və başqaları Zəburdan musiqi əsərlər bəstələyiblər.
İstinadlar
- Matta 27:46 "Doqquzuncu saata yaxın İsa uca səslə nida edərək dedi: "Eli, Eli, lema şavaqtani?" Bu "Ey Allahım, Allahım, niyə Məni tərk etdin?" deməkdir". Zəbur 22:1 "Ey Allahım, Allahım, niyə Məni tərk etdin?"
- Bax: Zəbur 3, 7, 13, 16 və s.
- Bax: Zəbur 1, 19, 119
- Məs., Zəbur 139
- Bax: Zəbur 2:2, 7, 11–12
- Bax: Zəbur 72:11
- Bax: 132-ci məzmur
- Bax: Zəbur 72:17; Yaradılış 12:1–3
- Bax: 110-cu məzmur
- Bax: Müqəddəs Kitab – Yeşaya 53
- Bax: Zəbur 89:44
- Bax: 22-ci məzmur. İsa Məsih çarmıxda ikən bu məzmurun sözləri ilə dua edirdi
- Bax: Matta 22:41–46
- Александр Мень. Словарь по библиологии. "Музыка и Библия"
Mənbə
- Zəbur onlayn: http://korpu.net/text/otnorth/PSA.pdf 2015-10-04 at the Wayback Machine
- Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Zebur ereb dili زبور ibrani dili ת ה ל ים Tehillim yunan dili psalthrion Psalterion Qedim ibrani dilinde ת ה ל ים Tehillim kelmesi Hemdler menasina gelir qedim yunan dilinde psalthrion Psalterion kelmesi ise sitraya benzer cox simli bir aletin adi idi 150 medh ve dualardan ibaret olan bu kitab yehudi Muqeddes Yazilari olan Tanaxin Yazilar כ תו ב ים Ketuvim hissesinde yer alir IXZeburun bolunmesiZebur 150 mezmurdan ruhani negme ibaretdir Yehudi Muqeddes Yazilarinin en qedim tercumesi Septuagintada mezmurlarin sira sayi Zeburun ibrani metnindekinden bir az ferqlenir Ibrani metni ile qedim yunan tercumesinde Septuaginta olan sira sayinin ferqi asagidaki cedvelde gosterilir Zeburun ibrani metni Qedim yunan tercumesinin metni Septuaginta 1 8 1 89 10 911 113 10 112114 115 113116 1 9 114116 10 19 115117 146 116 145147 1 11 146147 12 20 147148 150 148 150 Bibliyanin Septuagintadan edilen rus ve diger tercumelerinde mezmurlarin sira sayi Septuagintaya esaslanir lakin 2009 cu ilde nesr olunan Muqeddes Kitabin Azerbaycan diline tercumesinde qedim ibrani metn esas goturulmusdur Bundan elave Zebur kitabi enenevi olaraq 5 hisseye bolunur a 1 41 ci mezmurlar b 42 72 ci mezmurlar c 73 89 cu mezmurlar c 90 106 ci mezmurlar e 107 150 ci mezmurlar Zeburun muellifleriMezmurlarin ekseriyyetinde muelliflerinin adlari qeyd edilmisdir Umumiyyetle Zeburu cox vaxt Davudun Zeburu adlandirirlar Dogrudan da en qedim mezmurlarin muellifi Davud peygember olmusdur 150 mezmurdan 73 u Davudun mezmuru sozleri ile baslayir 72 ci ve 127 ci mezmur Suleymana 90 ci mezmur ise Musaya aiddir Asef kimi basqa muellifler de qeyd olunub Bir sira mezmurlarin muellifleri namelumdur Zeburun ehemiyyetiYehudi Muqeddes Yazilarindan dunyada en cox oxunan kitabi Zeburdur Yehudiler ve xristianlar ibadetlerinde Zeburdan genis istifade etmisler ve etmekdedirler Xristianlar Incil nesrlerinde cox vaxt Incilden sonra Zebur kitabini da elave edirler Incilde Zeburdan coxlu sitatlar getirilir Isa Mesih Zeburun ayeleri ile dua edir Zeburun mezmunuZeburda Muqeddes Kitab dunyagorusu eks olur ezelden var olan yaradilisda ve beseriyyetin tarixinde Ozunu izhar eden butun kainata hokmran olan yegane Allahdan behs olunur Zeburda muhum yer tutur Bir sira mezmurlar Israil xalqinin rolu tovbe ve gunahlarin bagislanmasi movzularina aiddir Bir cox mezmurlarda salehlerin bu dunyada cekdikleri eziyyetler ifade olunur Lakin qemli derdli mezmurlarin sonunda hemise umid isigi var eziyyet ceken mominler mutleq Rebden teselli tapir ve xilasina umid baglayirlar Mominlerin Allahdan istedikleri tekce nemetler deyil Allahla unsiyyetdir Onlar Allahi sevirler ve qelben Ona baglanmaga can atirlar Maral axar sulara hesret qalan kimi ey Allah konlum Senin hesretini cekir Ey var olan Allah menim qelbim Senin ucun susayib Zebur 42 1 2 Bu sebebden Zeburda Allahin qanunu qadaga ve emrlerden ibaret olan bir sistem kimi deyil gece gunduz derin derin dusune bilecekleri bir mocuze kimi qebul olunur Qanuna emel etmek Reb Allaha yaxinlasmaq demekdir Ayri ayri mezmurlarda Allaha dusmenlerinden qisas almasi onlari lenetleyib cezalandirmasi ucun yalvarislar seslenir Bu cur qargis mezmurlari janr baximindan qedim serq poeziyasinin bir novudur Bunlarda mominlerin qedim dovrde menevi suur merhelesi oz eksini tapir Daha sonra Isa Mesihin dunyaya getirdiyi Incil mominleri bu suurdan azad edib Zeburda xususile xristianlar ucun deyerli olan xilasla ve Mesihle bagli ayeler vardir Davudun en qedim mezmurlarindan 18 ci mezmur xilasdan behs edir 2 ci mezmurda Davudun Oglu Allahin mesh etdiyi Sexs eyni zamanda adlandirilir Mesih milletlerin Hokmdari olacaq ve butun milletler Onun qarsisinda tezim edecekler Onun Padsahligi sonsuza qeder davam edecek Mesih tekce Davudun Oglu deyil hem de Ibrahimin Oglu olacaq ve Allahin Ibrahime ved etdiyi kimi Onun vasitesile butun milletler xeyir dua alacaqlar Mesihin hokm surmesi dusmenin butun quvvetlerinin uzerine tam qelebe olacaqdir Dunyevi bir padsah obrazinin arxasinda duran Mesihin obrazi Rebbin ezab ceken Qulu obrazina yaxindir Mesihin taxta oturub Allahin Padsahligini berqerar etmezden evvel ezab cekeceyi teyin edilmisdir O Allaha feryad etdikde Allah ona cavab verecek Isa Mesih Ozu Zeburun Ondan behs etdiyini oyredirdi 110 cu Zeburu izah ederken Mesihin boyuk padsah olan Davud peygemberden de hedsiz derecede ustun oldugunu deyirdi Xristianlar Zebur kitabina hemise xususi hormet ve sevgi beslemisler Xristian senetkarlari esrler boyunca Zeburun ayeleri uzerine saysiz hesabsiz mahnilar ve seirler qosublar poetik tercume edibler Suts Bax Vivaldi Subert Bortnyanskiy Frank ve basqalari Zeburdan musiqi eserler besteleyibler IstinadlarMatta 27 46 Doqquzuncu saata yaxin Isa uca sesle nida ederek dedi Eli Eli lema savaqtani Bu Ey Allahim Allahim niye Meni terk etdin demekdir Zebur 22 1 Ey Allahim Allahim niye Meni terk etdin Bax Zebur 3 7 13 16 ve s Bax Zebur 1 19 119 Mes Zebur 139 Bax Zebur 2 2 7 11 12 Bax Zebur 72 11 Bax 132 ci mezmur Bax Zebur 72 17 Yaradilis 12 1 3 Bax 110 cu mezmur Bax Muqeddes Kitab Yesaya 53 Bax Zebur 89 44 Bax 22 ci mezmur Isa Mesih carmixda iken bu mezmurun sozleri ile dua edirdi Bax Matta 22 41 46 Aleksandr Men Slovar po bibliologii Muzyka i Bibliya MenbeZebur onlayn http korpu net text otnorth PSA pdf 2015 10 04 at the Wayback Machine Muqeddes Kitab Ehdi Etiq ve Ehdi Cedid Muqeddes Kitab sirketi Baki 2009