Yasuciro Ozu (yap. 小津 安二郎; d. 12 dekabr 1903 – ö. 12 dekabr 1963) yapon və dünya kinosunun tanınmış klassik kinorejissorlarından biridir.
Yasuciro Ozu | |
---|---|
小津 安二郎 | |
Doğum tarixi | |
Doğum yeri | Tokio, Yaponiya |
Vəfat tarixi | (60 yaşında) |
Vəfat yeri | Tokio, Yaponiya |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Vətəndaşlığı | |
Fəaliyyəti | Rejissor |
Fəaliyyət illəri | 1927—1962 |
Təhsili | |
Mükafatları | |
IMDb | ID0654868 |
a2pcinema.com/ozu-san/ | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Yapon və dünya kinematoqrafiyasının klassiklərindən biri olan Yasuciro Ozu 12 dekabr 1903-cü ildə Tokioda anadan olub. Ozunun doqquz yaşı olanda atası və anası ayrılır. On yaşı olanda gübrə taciri olan atası Ozunu kəndə – qohumlarının yanına göndərir. Yasuciro anasının yanında böyüyür. Bu hal rejissorun gələcək həyatına böyük təsir göstərir.
Vaseda Universitetinə qəbul üçün verdiyi imtahanda Ozu iki dəfə uğursuzluğa uğramışdı. Bir neçə ay kənd məktəbində müəllim işlədikdən sonra o, Tokioya qayıdır və 1923-cü ildə ailə əlaqələri sayəsində böyük kinokompaniya olan “Sötiku”ya operator köməkçisi vəzifəsinə düzəlir. Ozunu bu fikrə Toman İnsin “Sivilizasiya” (1911) filmi təhrik etmişdi. 1926-cı ildə o artıq rejissor assistenti idi və daha bir il sonra artıq öz filmini çəkməyə başlamışdı. Onun ilk işləri Hollivud nümunələrinə açıq təqliddir. Yasuciro çox sayda film çəkir. Təkcə 1930-cu ildə o, yeddi film ərsəyə gətirir.
Başlanğıcda onun sevimli janrı satirik komediya idi. Gənc Ozunun unikal yumor hissi “tələbəlik” lentlərində “Cavanlıq günləri” (1929), “Universiteti ki bitirdim...” (1929), “İmtahandan kəsildim...” (1930) kimi filmlərində əksini tapır. “Universiteti ki bitirdim...” filminin ironik adı iqtisadi böhranın yan keçmədiyi Yaponiyada qanadlı ifadəyə çevrilmişdi. Filmdə təhsil alan, lakin əlaqələri və pulları olmayan tələbələr üçün işin olmadığı vurğulanırdı.
Baxmayaraq ki, gəncliyində Ozu bir çox janrlarda uğurlu eksperimentlər aparmışdır, ən böyük uğuru onun ailə dramları qazanmışdır. Qəmli və lirik, yüngül yumorla rənglənmiş “Tokio Xoru” (1931), “Doğulmağa doğuldum” ( 1932), “Üzən ot barədə povest” (1934), “Tokio yataqxanası” (1935), “Ananı sevmək lazımdır” (1934) filmləri tamaşaçını yapon ailəsinin gündəlik həyatına daxil edir, uşaqlar və valideynlərin qəliz münasibətlərindən söz açırdı.
Yaponiya Çinlə müharibəyə başladıqdan sonra Yasuciro iki il ərzində orduda xidmət edir. Evə qayıtdıqdan sonra “şəxsi təcrübəsinə əsaslanaraq” hərbi dramlar çəkmək tapşırığı alır. Lakin Ozu məişət dramları çəkməyə davam edir.
Bu zamanlar çox sərt senzura mövcud idi. “Sadə yeməyin dadı” (1939) filmində belə bir epizod var: çağırışçı kədərli arvadı ilə birgə sadə süfrə arxasında əyləşir. Senzura göstəriş verir ki, qırmızı lobyalı bayram düyüsü daha uyğun olardı. Rejissor tabe olmur və filmin ssenarisini müharibənin sonunadək təxirə salır.
“Ata var idi” (1942) filmi Ozunun kədərli etiraf filmidir. 1934-cü ilin aprelində atasının 67 yaşında vəfat etməsi onun üçün dəhşətli zərbə olmuşdur. Yasuciro gəncliyi, təhsili, evlənməsi... barədə sadə hekayə danışır. Film atanın ölümü ilə başa çatır. Dəfndən və kremasiyadan sonra oğul kül olan urnanı qatarda gətirir, lakin adətə görə onu təmtəraqla əldə tutmaqdansa, baqaj bölməsinə qoyur. Bu hərəkət tək “qəhrəmanlıq ənənələrindən” şüurlu imtina olmayıb, həmçinin müharibə illərində hisslərin kütləşməsinə işarə edir. Kinotənqidçi İvasaki yazır ki, “Ozu müharibə zamanı kobudlaşan, adi görkəmlərindən məhrum olan, əsrlər ərzində formalaşan üslub və adətlərini itirən yaponları göstərmək istəmişdir”. Film bir çox insanı hiddətləndirmişdi, xüsusilə də final səhnəsi ilə.
Tezliklə Ozunu yenidən səfərbərliyə alır və hərbi filmlər çəkmək üçün Sinqapura yollayırlar. Yaponiya təslim olanda o, hərbi əsirlər üçün olan ingilis düşərgəsində bir neçə ay keçirir. Müharibədən sonraki filmlərində Ozu hər bir üzvünün “Biz bir-birimizə bu qədər yad ikən nə üçün bir yerdə yaşamalıyıq?” sualını verdiyi ailəni tədqiq etməyə başlayır. Rejissor sadə və dahiyanə cavab verir: “çünki insana tək yaşamaq çox kədərli və darıxdırıcıdır”.
Məhz bu dövrdən baş rolunu Sacuko Xaronun oynadığı “Gecikmiş bahar” (1949) filmindən sonra Ozu ilk olaraq vətənində sonradan isə onun sərhədlərindən kənarda klassik kimi qəbul olunmağa başladı.
Bütün ömrünü subay yaşayan və uşağı olmayan Yasuciro səmimi və ağrı ilə oğulların və qızların valideyn evini necə tərk etmələri, həyat yoldaşları arasında yadlaşmanın yaranması, insanların sonuncu illüziyalarının necə yox olması və ən əsası cəmiyyətin vahid ailə görüntüsünü necə itirməsi barədə danışır.
“Erkən yay” (1951) filmində ahıl valideynlər evdə qalmış yaşlı qızlarını əbəs yerə ərə verməyə çalışaraq, bununla da onu əzab çəkməyə vadar edirlər. “Gecikmiş bahar” və “Gecikmiş payız” (1960) filmlərində dul ata da bununla məşğuldur. Ozu insan münasibətlərinin bütün sferalarına təsir edən yadlaşmanı qeyd edir.
Yasuciro Ozunun son altı filmi rəngli filmdir lakin rejissorun sözlərinə görə o, “rəng qammasını daraltmağa, çalarları isə boğmağa çalışıb”. “Xigan bayramının gülləri” (1958) filmində Ozu özünün müharibədən əvvəlki “Ailə vodevili” ənənələrini inkişaf etdirir.
“Payızın sonları” (1960) və “Koxayaqava ailəsində payız” (1961) filmlərinin adında yaxınlaşan qocalığa işarə duyulmaqdadır.
Yaponiyada Ozunu “Kinonun allahı” adlandırırdılar, qərbdə isə uzun zaman başa düşmür və nümayiş etdirmirdilər. Demək olar ki, rejissorun ölümünə qədər bu belə idi.
Yasuciro Ozu anadan olduğu gün 12 dekabr 1963-cü ildə 60 yaşında vəfat etmişdir.
Üslubu
Midzoquti və yaxud Kurosavanın ehtirasla və dramatizmlə işlənmiş obrazlarından fərqli olaraq, Ozunun personajları, adətən, sakit, ləngdirlər və yüngül təbəssümlə danışırlar. Enerjili aktyor Xisay Morisiqe onun “Yayın sonu” filmində çəkilərkən aktyorun hər şeyi çox tez etməsi Ozunu qıcıqlandırırdı və hər səhnə çəkiləndən sonra o istehza ilə təkrarlayırdı: “Bəli, yaxşı oynanılıb, yaxşı oynanılıb. İndi isə, zəhmət olmasa, cənab Morisiqeyə bizim ssenarini verin”.
Ozu heykələ bənzər personajların, kompozisiyanın frontal (izləyiciyə yönəlmiş) olması, genişkünclü və uzunfokuslu obyetivli özünəməxsus unikal kinematoqrafik üslubun yaradıcısıdır. Yasuciro ultraalçaq rakursda çəkilişlər aparırdı (tatami üzərində əyləşmiş insanın baxış bucağına uyğun olaraq) və bu zaman kamera praktik olaraq tərpənmirdi bu da izləyiciyə personajlarla eyni otaqda olma hissini yaşadır. Onun təsvirləri kəskin lakonikdir və tamaşaçıda emosiya yaradacaq bütün səhnələr çıxarılır. Ozunun filmlərində tənqidi qiymətləndirmə və sentimentalizmə yer yoxdur.
Xatirəsi
Yasuciro Ozu Kitakamakura dəmiryolu stansiyasının yanında qəbirstanlıqda dəfn edilmişdir. Başdaşı abidəsində “Heç nə” kimi tərcümə edilən heroqlif təsvir edilmişdir. O, bütün həyatını yanında keçirdiyi 86 yaşında anasının ölümündən cəmi 22 ay sonra dünyasını dəyişmişdir.
Yasuciro Ozunun ölümündən sonraki şöhrəti onun yaşadığı zamanki şöhrətini geridə qoymuşdur. Məşhur Amerikalı tənqidçi, ssenarist və rejissor Pol Şreyder onu “İlahi” üslubun rejissorları sırasına daxil etmiş, Vim Venders isə Ozuya “Tokio-qa”(1981) filmini həsr etmişdir. Vendersin fikrinə görə “Ozunun əsərləri – yüz saat proyeksiyada bir-tək uzun filmdir və bu yüz saat – dünya kinosunun ən müqəddəs sərvətidir”.
Filmoqrafiya
Mənbə
Xarici keçidlər
İstinadlar
- "BFI | Sight & Sound | Top Ten Poll 2002 — The Critics' Top Ten Directors". 2011-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-17.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Yasuciro Ozu yap 小津 安二郎 d 12 dekabr 1903 o 12 dekabr 1963 yapon ve dunya kinosunun taninmis klassik kinorejissorlarindan biridir Yasuciro Ozu小津 安二郎Dogum tarixi 12 dekabr 1903Dogum yeri Tokio YaponiyaVefat tarixi 12 dekabr 1963 60 yasinda Vefat yeri Tokio YaponiyaVefat sebebi xerceng xesteliyiVetendasligi YaponiyaFealiyyeti RejissorFealiyyet illeri 1927 1962Tehsili Vaseda UniversitetiMukafatlariIMDb ID0654868a2pcinema com ozu san Vikianbarda elaqeli mediafayllarHeyatiYapon ve dunya kinematoqrafiyasinin klassiklerinden biri olan Yasuciro Ozu 12 dekabr 1903 cu ilde Tokioda anadan olub Ozunun doqquz yasi olanda atasi ve anasi ayrilir On yasi olanda gubre taciri olan atasi Ozunu kende qohumlarinin yanina gonderir Yasuciro anasinin yaninda boyuyur Bu hal rejissorun gelecek heyatina boyuk tesir gosterir Vaseda Universitetine qebul ucun verdiyi imtahanda Ozu iki defe ugursuzluga ugramisdi Bir nece ay kend mektebinde muellim isledikden sonra o Tokioya qayidir ve 1923 cu ilde aile elaqeleri sayesinde boyuk kinokompaniya olan Sotiku ya operator komekcisi vezifesine duzelir Ozunu bu fikre Toman Insin Sivilizasiya 1911 filmi tehrik etmisdi 1926 ci ilde o artiq rejissor assistenti idi ve daha bir il sonra artiq oz filmini cekmeye baslamisdi Onun ilk isleri Hollivud numunelerine aciq teqliddir Yasuciro cox sayda film cekir Tekce 1930 cu ilde o yeddi film erseye getirir Baslangicda onun sevimli janri satirik komediya idi Genc Ozunun unikal yumor hissi telebelik lentlerinde Cavanliq gunleri 1929 Universiteti ki bitirdim 1929 Imtahandan kesildim 1930 kimi filmlerinde eksini tapir Universiteti ki bitirdim filminin ironik adi iqtisadi bohranin yan kecmediyi Yaponiyada qanadli ifadeye cevrilmisdi Filmde tehsil alan lakin elaqeleri ve pullari olmayan telebeler ucun isin olmadigi vurgulanirdi Baxmayaraq ki gencliyinde Ozu bir cox janrlarda ugurlu eksperimentler aparmisdir en boyuk uguru onun aile dramlari qazanmisdir Qemli ve lirik yungul yumorla renglenmis Tokio Xoru 1931 Dogulmaga doguldum 1932 Uzen ot barede povest 1934 Tokio yataqxanasi 1935 Anani sevmek lazimdir 1934 filmleri tamasacini yapon ailesinin gundelik heyatina daxil edir usaqlar ve valideynlerin qeliz munasibetlerinden soz acirdi Yaponiya Cinle muharibeye basladiqdan sonra Yasuciro iki il erzinde orduda xidmet edir Eve qayitdiqdan sonra sexsi tecrubesine esaslanaraq herbi dramlar cekmek tapsirigi alir Lakin Ozu meiset dramlari cekmeye davam edir Bu zamanlar cox sert senzura movcud idi Sade yemeyin dadi 1939 filminde bele bir epizod var cagirisci kederli arvadi ile birge sade sufre arxasinda eylesir Senzura gosteris verir ki qirmizi lobyali bayram duyusu daha uygun olardi Rejissor tabe olmur ve filmin ssenarisini muharibenin sonunadek texire salir Ata var idi 1942 filmi Ozunun kederli etiraf filmidir 1934 cu ilin aprelinde atasinin 67 yasinda vefat etmesi onun ucun dehsetli zerbe olmusdur Yasuciro gencliyi tehsili evlenmesi barede sade hekaye danisir Film atanin olumu ile basa catir Defnden ve kremasiyadan sonra ogul kul olan urnani qatarda getirir lakin adete gore onu temteraqla elde tutmaqdansa baqaj bolmesine qoyur Bu hereket tek qehremanliq enenelerinden suurlu imtina olmayib hemcinin muharibe illerinde hisslerin kutlesmesine isare edir Kinotenqidci Ivasaki yazir ki Ozu muharibe zamani kobudlasan adi gorkemlerinden mehrum olan esrler erzinde formalasan uslub ve adetlerini itiren yaponlari gostermek istemisdir Film bir cox insani hiddetlendirmisdi xususile de final sehnesi ile Tezlikle Ozunu yeniden seferberliye alir ve herbi filmler cekmek ucun Sinqapura yollayirlar Yaponiya teslim olanda o herbi esirler ucun olan ingilis dusergesinde bir nece ay kecirir Muharibeden sonraki filmlerinde Ozu her bir uzvunun Biz bir birimize bu qeder yad iken ne ucun bir yerde yasamaliyiq sualini verdiyi aileni tedqiq etmeye baslayir Rejissor sade ve dahiyane cavab verir cunki insana tek yasamaq cox kederli ve darixdiricidir Mehz bu dovrden bas rolunu Sacuko Xaronun oynadigi Gecikmis bahar 1949 filminden sonra Ozu ilk olaraq veteninde sonradan ise onun serhedlerinden kenarda klassik kimi qebul olunmaga basladi Butun omrunu subay yasayan ve usagi olmayan Yasuciro semimi ve agri ile ogullarin ve qizlarin valideyn evini nece terk etmeleri heyat yoldaslari arasinda yadlasmanin yaranmasi insanlarin sonuncu illuziyalarinin nece yox olmasi ve en esasi cemiyyetin vahid aile goruntusunu nece itirmesi barede danisir Erken yay 1951 filminde ahil valideynler evde qalmis yasli qizlarini ebes yere ere vermeye calisaraq bununla da onu ezab cekmeye vadar edirler Gecikmis bahar ve Gecikmis payiz 1960 filmlerinde dul ata da bununla mesguldur Ozu insan munasibetlerinin butun sferalarina tesir eden yadlasmani qeyd edir Yasuciro Ozunun son alti filmi rengli filmdir lakin rejissorun sozlerine gore o reng qammasini daraltmaga calarlari ise bogmaga calisib Xigan bayraminin gulleri 1958 filminde Ozu ozunun muharibeden evvelki Aile vodevili enenelerini inkisaf etdirir Payizin sonlari 1960 ve Koxayaqava ailesinde payiz 1961 filmlerinin adinda yaxinlasan qocaliga isare duyulmaqdadir Yaponiyada Ozunu Kinonun allahi adlandirirdilar qerbde ise uzun zaman basa dusmur ve numayis etdirmirdiler Demek olar ki rejissorun olumune qeder bu bele idi Yasuciro Ozu anadan oldugu gun 12 dekabr 1963 cu ilde 60 yasinda vefat etmisdir UslubuOzu Tokiya povesti filminin cekilisleri zamani Midzoquti ve yaxud Kurosavanin ehtirasla ve dramatizmle islenmis obrazlarindan ferqli olaraq Ozunun personajlari adeten sakit lengdirler ve yungul tebessumle danisirlar Enerjili aktyor Xisay Morisiqe onun Yayin sonu filminde cekilerken aktyorun her seyi cox tez etmesi Ozunu qiciqlandirirdi ve her sehne cekilenden sonra o istehza ile tekrarlayirdi Beli yaxsi oynanilib yaxsi oynanilib Indi ise zehmet olmasa cenab Morisiqeye bizim ssenarini verin Ozu heykele benzer personajlarin kompozisiyanin frontal izleyiciye yonelmis olmasi geniskunclu ve uzunfokuslu obyetivli ozunemexsus unikal kinematoqrafik uslubun yaradicisidir Yasuciro ultraalcaq rakursda cekilisler aparirdi tatami uzerinde eylesmis insanin baxis bucagina uygun olaraq ve bu zaman kamera praktik olaraq terpenmirdi bu da izleyiciye personajlarla eyni otaqda olma hissini yasadir Onun tesvirleri keskin lakonikdir ve tamasacida emosiya yaradacaq butun sehneler cixarilir Ozunun filmlerinde tenqidi qiymetlendirme ve sentimentalizme yer yoxdur XatiresiYasuciro Ozunun mezarinin uzerine perestiskarlari sevimli ickisi sakeni getirirler Yasuciro Ozu Kitakamakura demiryolu stansiyasinin yaninda qebirstanliqda defn edilmisdir Basdasi abidesinde Hec ne kimi tercume edilen heroqlif tesvir edilmisdir O butun heyatini yaninda kecirdiyi 86 yasinda anasinin olumunden cemi 22 ay sonra dunyasini deyismisdir Yasuciro Ozunun olumunden sonraki sohreti onun yasadigi zamanki sohretini geride qoymusdur Meshur Amerikali tenqidci ssenarist ve rejissor Pol Sreyder onu Ilahi uslubun rejissorlari sirasina daxil etmis Vim Venders ise Ozuya Tokio qa 1981 filmini hesr etmisdir Vendersin fikrine gore Ozunun eserleri yuz saat proyeksiyada bir tek uzun filmdir ve bu yuz saat dunya kinosunun en muqeddes servetidir FilmoqrafiyaMenbeXarici kecidlerIstinadlar BFI Sight amp Sound Top Ten Poll 2002 The Critics Top Ten Directors 2011 06 23 tarixinde arxivlesdirilib Istifade tarixi 2018 05 17