Yanardağ — Bakı şəhəri yaxınlığında Abşeron yarımadasında, Xəzər dənizinin sahilində, Məhəmmədi kəndi ərazisində, dağın ətəyində təbii qazın çıxması nəticəsində alovlanan, tarixi bilinməyən təbiət abidəsi.
Yanardağ | |
---|---|
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon | |
| |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Bakı şəhər mərkəzindən 27 km, kənd mərkəzindən isə təqribən 2 km məsafədə, Məhəmmədi-Digah şose yolunun sol istiqamətində yerləşir.
Xüsusiyyətləri
Ərazidəki yanmalar, yerin dərinliklərindəki mövcud neftli-qazlı çöküntü laylarında süxur yuyulmaları, tektonik qırılmalar, habelə palçıq vulkanlarının püskürməsi — bir sözlə vulkanik-tektonik proseslərin getməsi nəticəsində, yaranan çatlar vasitəsilə səthə çıxan təbii qaz axınlarının alışıb yanması nəticəsində əmələ gəlmişdir. Bəzən Yanardağda alovun hündürlüyü 10–15 metrə çatır. Buradakı yanma prosesinin tarixin hələ qədim dövrlərindən getməsi ilə bağlı məlumatlar həm ərazidə aparılan geoloji tədqiqatlar, həm də verilən tarixi mənbələr vasitəsi ilə öz təsdiqini tapmışdır ki, bu yanmaların da tarixinin hələ eradan əvvəlki dövrlərdən başlandığı görülməkdədir.
Yanardağın əks istiqamətində yanan üç təpə olub. İndi isə həmin təpələr sönüb. Bakının rəmzi hesab olunan üç yanar alov dili və dəniz simvolu da Yanardağın mövcudluğuna istinadən qəbul edilib. Erkən orta əsrlər dövrünü işıqlandıran bir çox mənbələrdə Bakı şəhərinin Xəzər dənizi sahillərində gecə-gündüz yanan torpaqların, hətta yanan suyun olması ilı bağlı maraqlı məlumatlar verilmiş, ərazi Atəş-i Baquan adlandırılmışdır. Ərazidə "əbədi odların" olması və onların gecə-gündüz yanması ilə bağlı məlumat verən, belə ilk mənbələrdən biri və demək olar ki, birincisi bizanslı Paniyalı Priskdir. Prisk V əsrin əvvəllərində Qafqaz Albaniyası Bakısını təsvir edərkən "sualtı qayadan qalxan od"dan söz açaraq yazır. "Kaspi dəniz sahillərində sualtı qayalar mövcuddur ki, buradan gecə-gündüz od çıxır. Odun şöləsi ay işığında daha füsünkar görsənərək ətraf sahil torpaqları öz işığında görünən edir". Bundan başqa, buradakı yanan torpaqlarla bağlı əl-Məsudinin "Muruc əz-zəhəb və məavhin-əl cavhar", əl-Farisi əl-İstəxrinin "Kitab əl-masalik vəl-mamalik" ("Yollar və məmləkətlər haqqında kitab"), əl-Müqəddəsinin "Əhsən ət-təqasim fi mərifət əl-əqalim" ("İqlimlərim öyrənilməsi üçün ən yaxşı bölgü"), Əbu Həmid əl-Əndəlusi əl-Qərnatinin "Tuhfət əl-əlbab və nuxbat əl-əcab" ("Ağıllara töhfə və möcüzələrin seçilməsi"), Yaqut İbn Abdullah ər-Rumi əl-Həməvinin (1179–1229) "Mucəm əl-Büldən" ("Ölkələrin lüğəti"), Əbu Duləf əl-Yənbuinin "Risalələr", X əsrə aid "Hudud əl-Aləm" adlı müəllifi məlum olmayan əsərdə, Məhəmməd ibn Nədcib Bekrananın XIII əsrə aid "Cahan-namə" əsərində, XIII əsrə aid müəllifi bəlli olmayan coğrafiyaçının kitabında, XIV əsr tarixçisi Həmdullah Qəzvininin "Nüzhət əl-Qulub" əsərində, XV əsrdə yaşayan coğrafiyaşünas ibn-Əyasin məlumatlarında və s.-də təsadüf olunmaqdadır.
"Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu
Azərbaycan Respublikası Prezidentinin 02 may 2007-ci il tarixli sərəncamı ilə "Yanar dağ"ın ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edilmişdir. Qoruğun ərazisi isə 64,55 hektar təşkil edir. Bu əraziyə Qurd yuvası, min yaşı olan iki qəbiristanlıq və qədim məscid, Qotursu bulağı, Əli daşı, Kardaşı, Qırməki vadisi və Yanardağ aiddir.
Xarici keçidlər
- "Yanar dağ" dövlət tarix-mədəniyyət və təbiət qoruğu
- Möcüzəvi Yanardağ [ölü keçid]
- İnanclar məskəni [ölü keçid]
İstinadlar
- . 2012-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-05.
- ""Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu". 2017-08-08 tarixində . İstifadə tarixi: 2013-02-05.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Yanardag Baki seheri yaxinliginda Abseron yarimadasinda Xezer denizinin sahilinde Mehemmedi kendi erazisinde dagin eteyinde tebii qazin cixmasi neticesinde alovlanan tarixi bilinmeyen tebiet abidesi YanardagYerlesmesi40 30 06 sm e 49 53 28 s u Olke AzerbaycanRayon AbseronYanardagYanardag Vikianbarda elaqeli mediafayllar Baki seher merkezinden 27 km kend merkezinden ise teqriben 2 km mesafede Mehemmedi Digah sose yolunun sol istiqametinde yerlesir XususiyyetleriYanardag Tebiet Qorugu yenidenqurmadan sonra Erazideki yanmalar yerin derinliklerindeki movcud neftli qazli cokuntu laylarinda suxur yuyulmalari tektonik qirilmalar habele palciq vulkanlarinin puskurmesi bir sozle vulkanik tektonik proseslerin getmesi neticesinde yaranan catlar vasitesile sethe cixan tebii qaz axinlarinin alisib yanmasi neticesinde emele gelmisdir Bezen Yanardagda alovun hundurluyu 10 15 metre catir Buradaki yanma prosesinin tarixin hele qedim dovrlerinden getmesi ile bagli melumatlar hem erazide aparilan geoloji tedqiqatlar hem de verilen tarixi menbeler vasitesi ile oz tesdiqini tapmisdir ki bu yanmalarin da tarixinin hele eradan evvelki dovrlerden baslandigi gorulmekdedir Yanardagin eks istiqametinde yanan uc tepe olub Indi ise hemin tepeler sonub Bakinin remzi hesab olunan uc yanar alov dili ve deniz simvolu da Yanardagin movcudluguna istinaden qebul edilib Erken orta esrler dovrunu isiqlandiran bir cox menbelerde Baki seherinin Xezer denizi sahillerinde gece gunduz yanan torpaqlarin hetta yanan suyun olmasi ili bagli maraqli melumatlar verilmis erazi Ates i Baquan adlandirilmisdir Erazide ebedi odlarin olmasi ve onlarin gece gunduz yanmasi ile bagli melumat veren bele ilk menbelerden biri ve demek olar ki birincisi bizansli Paniyali Priskdir Prisk V esrin evvellerinde Qafqaz Albaniyasi Bakisini tesvir ederken sualti qayadan qalxan od dan soz acaraq yazir Kaspi deniz sahillerinde sualti qayalar movcuddur ki buradan gece gunduz od cixir Odun solesi ay isiginda daha fusunkar gorsenerek etraf sahil torpaqlari oz isiginda gorunen edir Bundan basqa buradaki yanan torpaqlarla bagli el Mesudinin Muruc ez zeheb ve meavhin el cavhar el Farisi el Istexrinin Kitab el masalik vel mamalik Yollar ve memleketler haqqinda kitab el Muqeddesinin Ehsen et teqasim fi merifet el eqalim Iqlimlerim oyrenilmesi ucun en yaxsi bolgu Ebu Hemid el Endelusi el Qernatinin Tuhfet el elbab ve nuxbat el ecab Agillara tohfe ve mocuzelerin secilmesi Yaqut Ibn Abdullah er Rumi el Hemevinin 1179 1229 Mucem el Bulden Olkelerin lugeti Ebu Dulef el Yenbuinin Risaleler X esre aid Hudud el Alem adli muellifi melum olmayan eserde Mehemmed ibn Nedcib Bekrananin XIII esre aid Cahan name eserinde XIII esre aid muellifi belli olmayan cografiyacinin kitabinda XIV esr tarixcisi Hemdullah Qezvininin Nuzhet el Qulub eserinde XV esrde yasayan cografiyasunas ibn Eyasin melumatlarinda ve s de tesaduf olunmaqdadir Yanardag Dovlet Tarix Medeniyyet ve Tebiet QoruguAbide gosteren yazi Azerbaycan Respublikasi Prezidentinin 02 may 2007 ci il tarixli serencami ile Yanar dag in erazisi dovlet tarix medeniyyet ve tebiet qorugu elan edilmisdir Qorugun erazisi ise 64 55 hektar teskil edir Bu eraziye Qurd yuvasi min yasi olan iki qebiristanliq ve qedim mescid Qotursu bulagi Eli dasi Kardasi Qirmeki vadisi ve Yanardag aiddir Xarici kecidler Yanar dag dovlet tarix medeniyyet ve tebiet qorugu Mocuzevi Yanardag olu kecid Inanclar meskeni olu kecid Istinadlar 2012 04 03 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2013 02 05 Yanardag Dovlet Tarix Medeniyyet ve Tebiet Qorugu 2017 08 08 tarixinde Istifade tarixi 2013 02 05 Vikianbarda Yanardag ile elaqeli mediafayllar var