Xırdalan Cümə məscidi — Xırdalan şəhərində yerləşən müsəlman dini məbədi. Məscid 1842-ci ildə inşa edilib.
Xırdalan Cümə məscidi | |
---|---|
Ölkə | Azərbaycan |
Yerləşir | Abşeron rayonu, Xırdalan şəhəri |
Aidiyyatı | Qafqaz Müsəlmanları İdarəsi |
Tikilmə tarixi | 1842 |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Minarələri | 1 |
Günbəzləri | 1 |
Material | ağ daş |
Vəziyyəti | fəaliyyət göstərir |
Rəsmi sayt | scwra.gov.az |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Tarixi
Xırdalan Cümə məscidi 1842-ci ildə (hicri-qəməri ilə 1263-cü il) Axund Hacı Molla Qafur Molla Ələskər oğlunun təşəbbüsü və Xırdalan kəndinin imkanlı adamlarının maddi yardımı ilə inşa olunub. Məscid vaxtilə həmin ərazidə yerləşmiş kiçik köhnə məscidin yerində tikilib. Tikintidə istifadə olunan daşlar at-araba ilə Alatava və Güzdəkdən daşınıb gətirilmişdir.
Məscid Bakı-Abşeron memarlığı üçün ənənəvi üslubda tikilib. 1937-ci ildə minarəsi dağıdılmış, əsas binadan bir müddət kolxozun taxıl anbarı kimi istifadə olunub. Məscidin həyətindəki minarənin daşları sökülərək Xırdalan kənd məktəbinin tikintisində istifadə olunmuşdur. Hazırkı minarə isə 1999-cu ildə tikilmişdir. Hazırda məscidin nəzdində mədrəsə də fəaliyyət göstərir. Burada ərəb dilini və Quranı öyrənmək istəyənlərlə dini təhsil almış müəllimlər məşğul olur.
Hazırda məsciddə dindarların rahat ibadət etməsi üçün bütün şərait mövcuddur.
Haqqında
Şirvan-Abşeron məscidlərinə xas asimmetrik tək minarəsi olan Xırdalan məscidinin əsas binası daxili ölçüləri 12-16 metr olan böyük ibadət zalından və 2 yan otaqdan ibarətdir. Yan otaqların birindən məscidin arxasındakı həyətə çıxış var. Xırdalan məscidi iki mərtəbəlidir, yəni yan otaqların üstündə həyətdən ayrıca girişi olmaqla 4-12 metr ölçüdə qadınlar üçün ibadətxana da vardır ki, bura xüsusi dəmir şəbəkə ilə əhatə olunmuşdur. Dini mərasimlər zamanı kişilər aşağıda, qadınlar isə yuxarı mərtəbədə ibadətlə məşğul olurlar.
Xırdalan Cümə məscidinin kişilər üçün ibadət otağı 180, qadınlar üçün ikinci mərtəbədə yerləşən ibadət otağı isə 48 kv. metrdir.
Böyük ibadət zalının ortasında ornamentlə və yazılarla bəzədilmiş günbəz vardır. Dörd metr diametrində olan gümbəz daxildən 4 tağlı sütunlar üzərində dayanmışdır. Sütunların tikilməsində inşaat materialı kimi bütün kənd əhalisindən yığılmış yumurtaların sarısından istifadə edilmişdir. Gümbəzin 4 vitraj pəncərəsi var. Minarənin hündürlüyü 32 metrdir. Daxildən tavanın günbəz hissəsində dairəvi şəkildə dörd dəfə “Kəlmeyi-şəhadət” yazılmışdır. Məscid binası düzbucaqlı formadadır.
Məscidin cənub şərq divarının mərkəzində müqəddəs Kəbənin istiqamətini bildirən mehrab var. Mehrabın ətrafında oxvari ornament işlənmişdir.
Məscidin minbəri 1899-cu ildə Hacı Hümbətəli adlı kənd sakini tərəfindən məscidə hədiyyə edilmişdir.
İstinadlar
- ""Xırdalan Cümə" məscidi Abşeron rayonu". 2022-08-04 tarixində . İstifadə tarixi: 2022-02-15.
- "Xırdalan məscidi". 2022-02-15 tarixində . İstifadə tarixi: 2022-02-15.
Xarici keçidlər
- Xırdalan - Cümə məscidi
- Abşeron rayonu Xırdalan Cümə məscidi
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Xirdalan Cume mescidi Xirdalan seherinde yerlesen muselman dini mebedi Mescid 1842 ci ilde insa edilib Xirdalan Cume mescidi40 26 51 sm e 49 45 22 s u Olke AzerbaycanYerlesir Abseron rayonu Xirdalan seheriAidiyyati Qafqaz Muselmanlari IdaresiTikilme tarixi 1842Uslubu Sirvan Abseron memarliq mektebiMinareleri 1Gunbezleri 1Material ag dasVeziyyeti fealiyyet gosterirResmi sayt scwra gov azAzerbaycandaki tarixi abidelerin milli qeydiyyatiKateqoriyaMescidEhemiyyetiYerli ehemiyyetliTarixiXirdalan Cume mescidi 1842 ci ilde hicri qemeri ile 1263 cu il Axund Haci Molla Qafur Molla Elesker oglunun tesebbusu ve Xirdalan kendinin imkanli adamlarinin maddi yardimi ile insa olunub Mescid vaxtile hemin erazide yerlesmis kicik kohne mescidin yerinde tikilib Tikintide istifade olunan daslar at araba ile Alatava ve Guzdekden dasinib getirilmisdir Mescid Baki Abseron memarligi ucun enenevi uslubda tikilib 1937 ci ilde minaresi dagidilmis esas binadan bir muddet kolxozun taxil anbari kimi istifade olunub Mescidin heyetindeki minarenin daslari sokulerek Xirdalan kend mektebinin tikintisinde istifade olunmusdur Hazirki minare ise 1999 cu ilde tikilmisdir Hazirda mescidin nezdinde medrese de fealiyyet gosterir Burada ereb dilini ve Qurani oyrenmek isteyenlerle dini tehsil almis muellimler mesgul olur Hazirda mescidde dindarlarin rahat ibadet etmesi ucun butun serait movcuddur HaqqindaSirvan Abseron mescidlerine xas asimmetrik tek minaresi olan Xirdalan mescidinin esas binasi daxili olculeri 12 16 metr olan boyuk ibadet zalindan ve 2 yan otaqdan ibaretdir Yan otaqlarin birinden mescidin arxasindaki heyete cixis var Xirdalan mescidi iki mertebelidir yeni yan otaqlarin ustunde heyetden ayrica girisi olmaqla 4 12 metr olcude qadinlar ucun ibadetxana da vardir ki bura xususi demir sebeke ile ehate olunmusdur Dini merasimler zamani kisiler asagida qadinlar ise yuxari mertebede ibadetle mesgul olurlar Xirdalan Cume mescidinin kisiler ucun ibadet otagi 180 qadinlar ucun ikinci mertebede yerlesen ibadet otagi ise 48 kv metrdir Boyuk ibadet zalinin ortasinda ornamentle ve yazilarla bezedilmis gunbez vardir Dord metr diametrinde olan gumbez daxilden 4 tagli sutunlar uzerinde dayanmisdir Sutunlarin tikilmesinde insaat materiali kimi butun kend ehalisinden yigilmis yumurtalarin sarisindan istifade edilmisdir Gumbezin 4 vitraj penceresi var Minarenin hundurluyu 32 metrdir Daxilden tavanin gunbez hissesinde dairevi sekilde dord defe Kelmeyi sehadet yazilmisdir Mescid binasi duzbucaqli formadadir Mescidin cenub serq divarinin merkezinde muqeddes Kebenin istiqametini bildiren mehrab var Mehrabin etrafinda oxvari ornament islenmisdir Mescidin minberi 1899 cu ilde Haci Humbeteli adli kend sakini terefinden mescide hediyye edilmisdir Istinadlar Xirdalan Cume mescidi Abseron rayonu 2022 08 04 tarixinde Istifade tarixi 2022 02 15 Xirdalan mescidi 2022 02 15 tarixinde Istifade tarixi 2022 02 15 Xarici kecidlerXirdalan Cume mescidi Abseron rayonu Xirdalan Cume mescidi