Xosrovun çimən Şirini görməsi — I Şah Təhmasibin sifarişi ilə 1539–1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Sultan Məhəmməd tərəfindən çəkilmiş rəsm əsəridir. Tədqiqatçıların fikrincə, daha əvvəl də, bu mövzuda müxtəlif rəssamlar tərəfindən rəsmlər çəkilməsinə baxmayaraq, məhz Sultan Məhəmmədin əsərində mövzü özünün klassik həllini tapmışdır. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır.
Xosrovun çimən Şirini görməsi | ||
---|---|---|
| ||
Rəssam | Sultan Məhəmməd | |
Tarixi | 1539-1543 | |
Üslubu | Təbriz miniatür məktəbi | |
Sifarişçi | I Şah Təhmasib | |
Saxlanıldığı yer | Britaniya Milli Kitabxanası |
Mövzu
Nizaminin "Xosrov və Şirin" poemasında, Şirini axtarmaq üçün Ərmənə gələn Xosrov, yolda çayda çimən gözəllə qarşılaşır. Onu, hürkütməmək üçün, gizlincə izləyən Xosrov, saraya gəldikdən sonra, yolda gördüyü gözəlin Şirin olduğunu başa düşür. Mövzuya dəfələrlə, müxtəlif rəssamlar tərəfindən müraciət olunsa da, onların yaratdıqları miniatürlərdə daimi bir sxem yoxdur. XV–XVI əsr Şiraz və Təbriz miniatürlərində kompozisiyanın əsas quruluşunun bədii cəhətdən ifadə edilməsindəki fərdi fərqlərə baxmadan, süjet inkişafının vahid yolu müşahidə olunursa, Hindistanda XVII əsrin sonlarında bu mövzulu rəsmlərin kompozisiyası tamamilə ayrı əsasda yaradılırdı.
"Xosrovun çimən Şirini görməsi" süjetini təsvir edən ən qədim miniatür 1420-ci il tarixli Berlin əlyazmasındakı Şiraz məktəbinə aid nümunədir.
Təsvir
Miniatürün mərkəzində şaxəli ağaclar və bəyaz çiçəklərlə örtülmüş qaya fonlu bir mənzrədə gözlənilməz yad kişinin — Xosrovun ona baxmasını görüb özünü itirmiş, ilk hərəkətlə uzun qara saçları ilə çılpaqlığını gizlətməyə çalışan Şirin təsvir olunmuşdur. Gözəl miniatür dili ilə nəql edilən bu süjet şux və əlvan boyalarla işləndiyindən zərif və zəngin rəng qammasına malikdir. Miniatürdə üç fiqur — yuxarıda atlı Xosrov, aşağıda Şirin və Şəbdiz təsvir edilmişdir. Fiqurların sakit və ahəstə hərəkət ritmi olduqca təbiidir. Bu ritm, xüsusilə Xosrov və onun yorğa addımlı atının fiqurunda, Şirinin çimdiyi suyun dalğalı xəttlərində, Şəbdizin baş atıb geriyə qanırılmasında və s. təzahür edir.
Kompozisiyanın ümumi müvazinəti, rəng uyğunluğunun ustalıqla seçilməsi ətraf mənzərə və s. kimi təfərrüatların zərif işlənməsi bu miniatürü səciyyələndirən cəhətlərdir. Burada təbiət sakit, personajların həyəcanı isə lirik planda əks etdirilmişdir. Əgər burdakı qəhrəmanların təsviri şərtidirsə, obrazların həllində ənənəvi qanunlardan kənara çıxıla bilmirsə, təbiət təsvirləri olduqca orijinaldır. Onlar, real və lirik planda verilmişdir. Başqa sözlə, Sultan Məhəmməd bu əsəri ilə əsl mənada bitkin poetik mənzərə obrazı yaratmağa nail olmuşdur. Zəngin rəng çalarlarının incəliyi mənzərəyə təlqin edilən valehedici gözəlliyi daha da artırmışdır. Süjetdən irəli gələn qeyri-adi vəziyyət və bu vəziyyətin doğurduğu dinamika, hətta personajların çöhrəsində heç bir psixoloji ifadə oxunmasa belə, rəssam, onların keçirdiyi həyəcan və duyğuları əl-qol hərəkətlərinin köməyi ilə verməyə nail olmuşdur.
İstinadlar
- Zamanov, 1981. səh. 28
- "Khamsah of Nizami". bl.uk. Britaniya Milli Kitabxanası. 2016-10-29 tarixində . İstifadə tarixi: 5 avqust 2017.
- Gəncəvi, Nizami. Xosrov və Şirin (PDF). Bakı: Lider nəşriyyatı. 2004. 113. 2022-03-20 tarixində (PDF). İstifadə tarixi: 2017-08-05.
- Zamanov, 1981. səh. 27
- Denike, B.P. XV-XVII əsrlər Azərbaycan və Şərq incəsənətində Nizami süjetləri ("Nizami" almanaxı, IV kitab). Elm. 108.
- Zamanov, 1981. səh. 29
Ədəbiyyat
- Zamanov, Nadir. Nizami poeziyası və təsviri sənət (Azərbaycan SSR EA Memarlıq və İncəsənət İnstitutu). Bakı: Elm. 1981. səh. 190.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Xosrovun cimen Sirini gormesi I Sah Tehmasibin sifarisi ile 1539 1543 cu illerde hazirlanmis ve Tebriz miniatur mektebinin senetkarlari terefinden cekilmis resmlerle bezedilmis Nizami Gencevinin Xemse elyazmasina daxil olan Sultan Mehemmed terefinden cekilmis resm eseridir Tedqiqatcilarin fikrince daha evvel de bu movzuda muxtelif ressamlar terefinden resmler cekilmesine baxmayaraq mehz Sultan Mehemmedin eserinde movzu ozunun klassik hellini tapmisdir Miniaturun daxil oldugu elyazma hazirda Britaniya Milli Kitabxanasinda MS Or 2265 saxlanilir Xosrovun cimen Sirini gormesiRessam Sultan MehemmedTarixi 1539 1543Uslubu Tebriz miniatur mektebiSifarisci I Sah TehmasibSaxlanildigi yer Britaniya Milli KitabxanasiMovzuNizaminin Xosrov ve Sirin poemasinda Sirini axtarmaq ucun Ermene gelen Xosrov yolda cayda cimen gozelle qarsilasir Onu hurkutmemek ucun gizlince izleyen Xosrov saraya geldikden sonra yolda gorduyu gozelin Sirin oldugunu basa dusur Movzuya defelerle muxtelif ressamlar terefinden muraciet olunsa da onlarin yaratdiqlari miniaturlerde daimi bir sxem yoxdur XV XVI esr Siraz ve Tebriz miniaturlerinde kompozisiyanin esas qurulusunun bedii cehetden ifade edilmesindeki ferdi ferqlere baxmadan sujet inkisafinin vahid yolu musahide olunursa Hindistanda XVII esrin sonlarinda bu movzulu resmlerin kompozisiyasi tamamile ayri esasda yaradilirdi Xosrovun cimen Sirini gormesi sujetini tesvir eden en qedim miniatur 1420 ci il tarixli Berlin elyazmasindaki Siraz mektebine aid numunedir TesvirMiniaturun merkezinde saxeli agaclar ve beyaz ciceklerle ortulmus qaya fonlu bir menzrede gozlenilmez yad kisinin Xosrovun ona baxmasini gorub ozunu itirmis ilk hereketle uzun qara saclari ile cilpaqligini gizletmeye calisan Sirin tesvir olunmusdur Gozel miniatur dili ile neql edilen bu sujet sux ve elvan boyalarla islendiyinden zerif ve zengin reng qammasina malikdir Miniaturde uc fiqur yuxarida atli Xosrov asagida Sirin ve Sebdiz tesvir edilmisdir Fiqurlarin sakit ve aheste hereket ritmi olduqca tebiidir Bu ritm xususile Xosrov ve onun yorga addimli atinin fiqurunda Sirinin cimdiyi suyun dalgali xettlerinde Sebdizin bas atib geriye qanirilmasinda ve s tezahur edir Kompozisiyanin umumi muvazineti reng uygunlugunun ustaliqla secilmesi etraf menzere ve s kimi teferruatlarin zerif islenmesi bu miniaturu seciyyelendiren cehetlerdir Burada tebiet sakit personajlarin heyecani ise lirik planda eks etdirilmisdir Eger burdaki qehremanlarin tesviri sertidirse obrazlarin hellinde enenevi qanunlardan kenara cixila bilmirse tebiet tesvirleri olduqca orijinaldir Onlar real ve lirik planda verilmisdir Basqa sozle Sultan Mehemmed bu eseri ile esl menada bitkin poetik menzere obrazi yaratmaga nail olmusdur Zengin reng calarlarinin inceliyi menzereye telqin edilen valehedici gozelliyi daha da artirmisdir Sujetden ireli gelen qeyri adi veziyyet ve bu veziyyetin dogurdugu dinamika hetta personajlarin cohresinde hec bir psixoloji ifade oxunmasa bele ressam onlarin kecirdiyi heyecan ve duygulari el qol hereketlerinin komeyi ile vermeye nail olmusdur IstinadlarZamanov 1981 seh 28 Khamsah of Nizami bl uk Britaniya Milli Kitabxanasi 2016 10 29 tarixinde Istifade tarixi 5 avqust 2017 Gencevi Nizami Xosrov ve Sirin PDF Baki Lider nesriyyati 2004 113 2022 03 20 tarixinde PDF Istifade tarixi 2017 08 05 Zamanov 1981 seh 27 Denike B P XV XVII esrler Azerbaycan ve Serq incesenetinde Nizami sujetleri Nizami almanaxi IV kitab Elm 108 Zamanov 1981 seh 29EdebiyyatZamanov Nadir Nizami poeziyasi ve tesviri senet Azerbaycan SSR EA Memarliq ve Incesenet Institutu Baki Elm 1981 seh 190