Xoşbəxt ölüm (fr. La mort heureuse) — fransız yazıçı Alber Kamünün 1936-1938-ci illərdə yazdığı roman. Əslində roman müəllifin ilk romanı olsa da, Kamü onun böyük hissəsini yazıb qurtardıqdan sonra kitabı çap etdirməməyə qərar verir. O, 1936-cı ildə romanı yazmaq üçün qeydlər götürməyə başlayır. Əsər ilk dəfə Kamünün ölümündən 11 il sonra, 1971-ci il 4 apreldə Qallimard Nəşriyyatı tərəfindən çap olunur. Riçard Hovard tərəfindən tərcümə edilən ingiliscə versiyası isə 1972-ci ildə nəşr edilir.
Xoşbəxt ölüm | |
---|---|
fr. La mort heureuse | |
Müəllif | Alber Kamü |
Orijinalın dili | fransız |
Ölkə | Fransa |
Orijinalın nəşr ili | 1971 |
Səhifə | 230 |
Xoşbəxt ölüm ilə müəllifin 1942-ci ildə çap olunan və ən məşhur əsərlərindən sayılan Yad romanı arasındakı oxşarlıq diqqəti cəlb edir. Əsərin Patris Merso adlı baş qəhrəmanı bir çox cəhətdən Yad romanındakı Mersoya bənzəyir. Qəhrəmanların hər ikisi Əlcəzair əsilli fransız işçidir, müxtəlif səbəblərdən adam öldürür və bundan peşmanlıq duymurlar. İki hissədən ibarət olan Xoşbəxt ölüm üçüncü şəxsin dilindən yazıldığı halda, Yad romanının qəhrəmanı öz başına gələnləri özü nəql edir.
Kamü sonralar etiraf etmişdir ki, o, nə istədiyini özü də dəqiq anlamadan bir çox məsələyə toxunmağa və hər şeyi eyni vaxtda söyləməyə çalışmışdı. Romanda avtobioqrafik ünsürlər də nəzərə çarpır. Əsər üzərində işləyərkən yetərincə gənc olan Kamü keçmiş xatirələrindən təsirlənmiş, Əlcəzairdə dənizçiliklə bağlı işdə çalışdığı, vərəmdən əziyyət çəkdiyi və Avropaya səyahət etdiyi vaxtlar əldə etdiyi müxtəlif təcrübələrdən əsərində də istifadə etmişdir. Əsər yaşamaq iradəsi, insanın öz xoşbəxtliyini özü yaratması, bunu etmək üçün isə zamana (daha doğrusu, pula) ehtiyacı olması kimi bir çox ekzistensial mövzuları əhatə edir.
Mən çox yaxşı bilirəm ki, varlı insanların əksəriyətinin xoşbəxtliyin nə olduğu haqda anlayışı belə yoxdur, amma məsələ bu deyil. Pulu olmaq elə vaxtı olmaq deməkdir. Nəzərdə tutduğum şey, bax, budur. Vaxtı almaq olar. Hər şeyi almaq olar. Varlı olmaq insanın xoşbəxt olmağa vaxtının olması deməkdir. |
Məzmunu
Romanın "Təbii ölüm" adlı birinci hissəsində sıxıcı bir ofis işində çalışan Patris Mersonun boş həyatının monotonluğu və Marta adlı sevgilisi ilə olan mənasız münasibəti təsvir olunur. Tanış olduğu Rolan Zaqrey ( yunan mifilogiyasında obraz adıdır) adlı varlı, əlil bir adam ona bu sözləri deyir:
Xoşbəxt olmaq vaxt alır. Özü də, lap çox vaxt. Elə xoşbəxtlik özü də səbir istəyir. Demək olar, hamımız pulumuzu vaxt qazanmaq üçün istifadə etməli olduğumuz halda, bütün həyatımızı pul qazanmağa sərf edirik. |
Beləcə, Zaqrey puç olmuş həyatının mənasızlığını bəyan edir və Merso bu varlı adamın pulu ilə özünə xoşbəxtlik yaratmaq üçün onu öldürməyə qərar verir.
"Şüurlu ölüm" adlı ikinci hissədə isə Mersonun daha sonra Avropaya etdiyi səhayət təsvir edilir. Qatarla bir şəhərdən digərinə gedən Merso heç yerdə rahatlıq tapa bilmir və Əlcəzairə qayıdıb üç qadın dostu ilə dəniz yaxınlığındakı bir evdə yaşamağı qərar alır. Burada hər kəsin sadəcə bir məqsədi var: dünyadan əlini üzüb xoşbəxtlik axtarmaq. Lüsyena adlı sevmədiyi kəndli bir qızla evlənən Merso tək qalmağa ehtiyac duyur və kənddə dəniz qırağında bir ev alıb orada yalnız yaşayır.
Özünə, eləcə də, hər şeyə qarşı son dərəcə laqeyd olan Merso elə yalnız idi ki, gecənin bu vaxtı öz həyatı ona çox uzaq göründü. Amma, eyni zamanda, hiss etdi ki, ən azından, axtardığı şeyi tapıb: indi onun içini bürüyən dinclik hissi axtarışında olduğu bu səssiz özünütərkdən doğub və heç qəzəb hissi belə duymadan ondan imtina etməyə həddən artıq həvəsli olan bu dünya bunun üçün ona kömək edib. |
Ağır xəstə olan Merso, nəhayət, xoşbəxt ölümü dadır:
Və o, daşlar arasında daş olub, fərəhli ürəklə tərpənməz dünyaların həqiqətlərinə müraciət etdi. |
İstinadlar və qeydlər
- Kamü əsər yazankən həmişə qeyd dəftəri tutur və bunu əsərinin "laboratoriya"sı hesab edirdi.
- Albert Camus (préf. Présentation d'Agnès Spiquel), Paris, éditions Gallimard, 2010, 171 p. ISBN 978-2-07-040246-5
- Albert Camus (1995). A Happy Death. Vintage International.[ölü keçid]
- Alber Kamü (2003). Xoşbəxt ölüm. Qanun Nəşriyyatı. 2020-08-11 at the Wayback Machine
Xarici keçidlər
- Review by , The New York Times, 13 June 1972
- Notes on A Happy Death by Bob Corbett
- A Happy Death, translated by Richard Howard
- From In Review by David Latham
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Xosbext olum fr La mort heureuse fransiz yazici Alber Kamunun 1936 1938 ci illerde yazdigi roman Eslinde roman muellifin ilk romani olsa da Kamu onun boyuk hissesini yazib qurtardiqdan sonra kitabi cap etdirmemeye qerar verir O 1936 ci ilde romani yazmaq ucun qeydler goturmeye baslayir Eser ilk defe Kamunun olumunden 11 il sonra 1971 ci il 4 aprelde Qallimard Nesriyyati terefinden cap olunur Ricard Hovard terefinden tercume edilen ingilisce versiyasi ise 1972 ci ilde nesr edilir Xosbext olumfr La mort heureuseMuellif Alber KamuOrijinalin dili fransizOlke FransaOrijinalin nesr ili 1971Sehife 230 Xosbext olum ile muellifin 1942 ci ilde cap olunan ve en meshur eserlerinden sayilan Yad romani arasindaki oxsarliq diqqeti celb edir Eserin Patris Merso adli bas qehremani bir cox cehetden Yad romanindaki Mersoya benzeyir Qehremanlarin her ikisi Elcezair esilli fransiz iscidir muxtelif sebeblerden adam oldurur ve bundan pesmanliq duymurlar Iki hisseden ibaret olan Xosbext olum ucuncu sexsin dilinden yazildigi halda Yad romaninin qehremani oz basina gelenleri ozu neql edir Kamu sonralar etiraf etmisdir ki o ne istediyini ozu de deqiq anlamadan bir cox meseleye toxunmaga ve her seyi eyni vaxtda soylemeye calismisdi Romanda avtobioqrafik unsurler de nezere carpir Eser uzerinde isleyerken yeterince genc olan Kamu kecmis xatirelerinden tesirlenmis Elcezairde denizcilikle bagli isde calisdigi veremden eziyyet cekdiyi ve Avropaya seyahet etdiyi vaxtlar elde etdiyi muxtelif tecrubelerden eserinde de istifade etmisdir Eser yasamaq iradesi insanin oz xosbextliyini ozu yaratmasi bunu etmek ucun ise zamana daha dogrusu pula ehtiyaci olmasi kimi bir cox ekzistensial movzulari ehate edir Men cox yaxsi bilirem ki varli insanlarin ekseriyetinin xosbextliyin ne oldugu haqda anlayisi bele yoxdur amma mesele bu deyil Pulu olmaq ele vaxti olmaq demekdir Nezerde tutdugum sey bax budur Vaxti almaq olar Her seyi almaq olar Varli olmaq insanin xosbext olmaga vaxtinin olmasi demekdir MezmunuRomanin Tebii olum adli birinci hissesinde sixici bir ofis isinde calisan Patris Mersonun bos heyatinin monotonlugu ve Marta adli sevgilisi ile olan menasiz munasibeti tesvir olunur Tanis oldugu Rolan Zaqrey yunan mifilogiyasinda obraz adidir adli varli elil bir adam ona bu sozleri deyir Xosbext olmaq vaxt alir Ozu de lap cox vaxt Ele xosbextlik ozu de sebir isteyir Demek olar hamimiz pulumuzu vaxt qazanmaq ucun istifade etmeli oldugumuz halda butun heyatimizi pul qazanmaga serf edirik Belece Zaqrey puc olmus heyatinin menasizligini beyan edir ve Merso bu varli adamin pulu ile ozune xosbextlik yaratmaq ucun onu oldurmeye qerar verir Suurlu olum adli ikinci hissede ise Mersonun daha sonra Avropaya etdiyi sehayet tesvir edilir Qatarla bir seherden digerine geden Merso hec yerde rahatliq tapa bilmir ve Elcezaire qayidib uc qadin dostu ile deniz yaxinligindaki bir evde yasamagi qerar alir Burada her kesin sadece bir meqsedi var dunyadan elini uzub xosbextlik axtarmaq Lusyena adli sevmediyi kendli bir qizla evlenen Merso tek qalmaga ehtiyac duyur ve kendde deniz qiraginda bir ev alib orada yalniz yasayir Ozune elece de her seye qarsi son derece laqeyd olan Merso ele yalniz idi ki gecenin bu vaxti oz heyati ona cox uzaq gorundu Amma eyni zamanda hiss etdi ki en azindan axtardigi seyi tapib indi onun icini buruyen dinclik hissi axtarisinda oldugu bu sessiz ozunuterkden dogub ve hec qezeb hissi bele duymadan ondan imtina etmeye hedden artiq hevesli olan bu dunya bunun ucun ona komek edib Agir xeste olan Merso nehayet xosbext olumu dadir Ve o daslar arasinda das olub ferehli urekle terpenmez dunyalarin heqiqetlerine muraciet etdi Istinadlar ve qeydlerKamu eser yazanken hemise qeyd defteri tutur ve bunu eserinin laboratoriya si hesab edirdi Albert Camus pref Presentation d Agnes Spiquel Paris editions Gallimard 2010 171 p ISBN 978 2 07 040246 5 Albert Camus 1995 A Happy Death Vintage International olu kecid ISBN 978 0 307 82784 5 Alber Kamu 2003 Xosbext olum Qanun Nesriyyati 2020 08 11 at the Wayback Machine ISBN 9789952266214Xarici kecidlerReview by The New York Times 13 June 1972 Notes on A Happy Death by Bob Corbett A Happy Death translated by Richard Howard From In Review by David Latham