Xilaskar Məsih monastırı – Culfa rayonunun Qazançı kəndi ərazisində, Qədim Cuğa şəhər yeri yaxınlığında yerləşən monastır. Tikili Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi kimi qeydiyyata alınmışdır.
Xilaskar Məsih monastırı | |
---|---|
erm. Սուրբ Ամենափրկիչ վանք | |
Ölkə | Azərbaycan |
Şəhər | Culfa |
Yerləşir | Qazançı |
Aidiyyatı | Sünik kilsəsi |
Tikilmə tarixi | IX-X əsrlər |
İstinad nöm. | 409 |
Kateqoriya | Məbəd |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
Sünik və Qafqaz Albaniyası kilsələrinin Erməni Qriqorian Kilsəsinə tabe edilməsindən sonra, həmin kilsələrin tabeliyində olan bütün dini tikililər kimi, Müqəddəs Məsih kilsəsi də erməni kilsəsi kimi inkişad etmiş, orta əsrlərdə isə şərqdə ən məşhur erməni monastırlarından birinə çevrilmişdir. Buna baxmayaraq IX-X əsrlərə aid edilən monastır başkilsəsi, VIII-X əsrlər Qafqaz Albaniyasının memarlığı üçün xarakterik olan xüsusiyyətləri daşımaqdadır.
Yerləşməsi
Cuğa nekropolunun şimal-qərb tərəfində yerləşən dərin vadi qədim dövrlərdən “Küləklər vadisi” adıyla tanınır. Xilaskar Məsih monastırı həmin vadinin sonundakı yüksək Əlincədağın ətəyində, Cuğa nekropolundan təxminən 3 km aralıda, tarixi Əlincəqala və Qazançı qalalarının yaxınlığında yerləşir. Monastırın cənub tərəfində Araz çayı, digər tərəfdə isə Əlincəçay axır. Monastırdan şərq tərəfdə tarixi Cuğa şəhərinin xarabalıqları və Gülüstan türbəsi yerləşir.
Tarixi
Mesrop Smbatyanın verdiyi məlumata görə, monastırın əsası 1271-ci ildə Vaqram adlı bir nəfər tərəfindən qoyulmuşdur. Lakin, yazılı mənbələrdə monastırın adı 1271-ci ildən əvvəl də çəkilir. 976-cı ildə erməni katolikosu I Xaçikin Culfadakı Müqəddəs Stepanos monastırına torpaq bağışlaması haqqında sənəddə Xilaskar Məsih monastırının da adı çəkilir.
Abidənin ilk tədqiqatçısı olan İ. P. Şeblıkin onun başkilsəsini IX-X əsrərə aid edir.G. Məmmədova isə əlavə edir ki, məbədin memarlığında XVII əsr üçün xarakterik olan bir sıra xüsusiyyətləri də müşahidə etmək mümkündür.
Memarlıq xüsusiyyətləri
Kompleksə Müqəddəs Məsih kilsəsi, narteks, yemək zalı, iki və bir mərtəbəli köməkçi binalar və kompleksi əhatə edən qala divarları daxildir.
Müqəddəs Məsih kilsəsi
Planda düzbucaqlı formaya malik olan kilsə binası daxildən iki cüt böyük pilon vasitəsiylə üç nefə bölünmüşdür. Mərkəzi nefin ortasında ikiüzlü baraban üzərində çadırvari günbəz ucaldılmışdır. Kvadrat formalı ibadət zalına şərq tərəfdən nalvari formaya malik altar və iki yan otaq birləşir. Kilsənin qaranlıq daxili həcmi, divar yüksəkliklərində yerləşdirilmiş çox dar pəncərələr vasitəsiylə işıqlandırılır və içəridə mistik ab-hava yaranır.
Kilsənin mərkəzi nefi üstünlüyü göstərən hündür döşəməyə malik deyil və bir qədər maili olan ümumi ikitərəfli damla örtülmüşdür.
Kilsənin bütün dekorativ elementlərdən məhrum olan divarları, tünd boz bazalt daşlardan hörülmüşdür və ətraf mühitin peyzajında bu material tikiliyə sərt və möhtəşəm görünüş bəxş edir. Kilsənin dövrümüzə çatmış yeganə girişi onun qərb divarında yerləşir və ikimərkəzli oxvari tağa balik portala malikdir. Cənub və şimal divarlarının qərb tərəfində yarısı yer altında qalmış, yarısı isə qapadılmış daha iki qapı yeri vardır.
İstinadlar
- "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı" (PDF). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2 avqust 2001. 2021-07-07 tarixində (PDF). İstifadə tarixi: 20 iyul 2020.
- Щеблыкин, 1947. səh. 40
- Мамедова, 2004. səh. 94
- Արգամ Այվազյան, Ջուղա, «Սովետական գրող» հրատարակչություն, Երևան - 1984 թվական, էջ 27-28։
- "Սամվել Կարապետյան, Նախիջևան քարտեզագիրք, Երևան, 2012 թվական, էջ 24:". 2021-10-28 tarixində . İstifadə tarixi: 2020-07-23.
- Արգամ Այվազյան, Նախիջևանի ԻՍՍՀ հայկական հուշարձանները, Երևան, «Հայաստան» հրատարակչություն, 1986 թվական։
- Մեսրոպ Սմբատյանց, Նկարագիր Սուրբ Կարապետի վանից երնջակայ եւ շրջակայից նորա, Տփղիս, 1904, էջ 484
- Կալվածագրեր և տնտեսական այլ գործարքների վերաբերյալ արխիվային վավերագրեր, պրակ 1-ին, կազմեց՝ Հար․ Աբրահամյան, Երևան, 1941, էջ 6։
- Мамедова, 2004. səh. 95
Ədəbiyyat
- Щеблыкин, И. П. Архитектура VIII-X веков (Архитектура Азербайджана: эпоха Низами). Баку: Гос. архитектур. изд-во. 1947.
- Мамедова, Гюльчохра, Зодчество Кавказской Албании, Баку: Чашыоглу, 2004
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Xilaskar Mesih monastiri Culfa rayonunun Qazanci kendi erazisinde Qedim Cuga seher yeri yaxinliginda yerlesen monastir Tikili Azerbaycan Respublikasi Medeniyyet Nazirliyi terefinden olke ehemiyyetli tarix memarliq abidesi kimi qeydiyyata alinmisdir Xilaskar Mesih monastirierm Սուրբ Ամենափրկիչ վանք38 58 39 sm e 45 32 53 s u Olke AzerbaycanSeher CulfaYerlesir QazanciAidiyyati Sunik kilsesiTikilme tarixi IX X esrlerAzerbaycandaki tarixi abidelerin milli qeydiyyatiIstinad nom 409KateqoriyaMebedEhemiyyetiOlke ehemiyyetliXilaskar Mesih monastiri Sunik ve Qafqaz Albaniyasi kilselerinin Ermeni Qriqorian Kilsesine tabe edilmesinden sonra hemin kilselerin tabeliyinde olan butun dini tikililer kimi Muqeddes Mesih kilsesi de ermeni kilsesi kimi inkisad etmis orta esrlerde ise serqde en meshur ermeni monastirlarindan birine cevrilmisdir Buna baxmayaraq IX X esrlere aid edilen monastir baskilsesi VIII X esrler Qafqaz Albaniyasinin memarligi ucun xarakterik olan xususiyyetleri dasimaqdadir YerlesmesiCuga nekropolunun simal qerb terefinde yerlesen derin vadi qedim dovrlerden Kulekler vadisi adiyla taninir Xilaskar Mesih monastiri hemin vadinin sonundaki yuksek Elincedagin eteyinde Cuga nekropolundan texminen 3 km aralida tarixi Elinceqala ve Qazanci qalalarinin yaxinliginda yerlesir Monastirin cenub terefinde Araz cayi diger terefde ise Elincecay axir Monastirdan serq terefde tarixi Cuga seherinin xarabaliqlari ve Gulustan turbesi yerlesir TarixiMesrop Smbatyanin verdiyi melumata gore monastirin esasi 1271 ci ilde Vaqram adli bir nefer terefinden qoyulmusdur Lakin yazili menbelerde monastirin adi 1271 ci ilden evvel de cekilir 976 ci ilde ermeni katolikosu I Xacikin Culfadaki Muqeddes Stepanos monastirina torpaq bagislamasi haqqinda senedde Xilaskar Mesih monastirinin da adi cekilir Abidenin ilk tedqiqatcisi olan I P Seblikin onun baskilsesini IX X esrere aid edir G Memmedova ise elave edir ki mebedin memarliginda XVII esr ucun xarakterik olan bir sira xususiyyetleri de musahide etmek mumkundur Memarliq xususiyyetleriKomplekse Muqeddes Mesih kilsesi narteks yemek zali iki ve bir mertebeli komekci binalar ve kompleksi ehate eden qala divarlari daxildir Muqeddes Mesih kilsesi Planda duzbucaqli formaya malik olan kilse binasi daxilden iki cut boyuk pilon vasitesiyle uc nefe bolunmusdur Merkezi nefin ortasinda ikiuzlu baraban uzerinde cadirvari gunbez ucaldilmisdir Kvadrat formali ibadet zalina serq terefden nalvari formaya malik altar ve iki yan otaq birlesir Kilsenin qaranliq daxili hecmi divar yuksekliklerinde yerlesdirilmis cox dar pencereler vasitesiyle isiqlandirilir ve iceride mistik ab hava yaranir Kilsenin merkezi nefi ustunluyu gosteren hundur dosemeye malik deyil ve bir qeder maili olan umumi ikiterefli damla ortulmusdur Kilsenin butun dekorativ elementlerden mehrum olan divarlari tund boz bazalt daslardan horulmusdur ve etraf muhitin peyzajinda bu material tikiliye sert ve mohtesem gorunus bexs edir Kilsenin dovrumuze catmis yegane girisi onun qerb divarinda yerlesir ve ikimerkezli oxvari taga balik portala malikdir Cenub ve simal divarlarinin qerb terefinde yarisi yer altinda qalmis yarisi ise qapadilmis daha iki qapi yeri vardir Istinadlar Dunya ehemiyyetli dasinmaz tarix ve medeniyyet abidelerinin siyahisi PDF Azerbaycan Respublikasi Medeniyyet Nazirliyi 2 avqust 2001 2021 07 07 tarixinde PDF Istifade tarixi 20 iyul 2020 Sheblykin 1947 seh 40 Mamedova 2004 seh 94 Արգամ Այվազյան Ջուղա Սովետական գրող հրատարակչություն Երևան 1984 թվական էջ 27 28 Սամվել Կարապետյան Նախիջևան քարտեզագիրք Երևան 2012 թվական էջ 24 2021 10 28 tarixinde Istifade tarixi 2020 07 23 Արգամ Այվազյան Նախիջևանի ԻՍՍՀ հայկական հուշարձանները Երևան Հայաստան հրատարակչություն 1986 թվական Մեսրոպ Սմբատյանց Նկարագիր Սուրբ Կարապետի վանից երնջակայ եւ շրջակայից նորա Տփղիս 1904 էջ 484 Կալվածագրեր և տնտեսական այլ գործարքների վերաբերյալ արխիվային վավերագրեր պրակ 1 ին կազմեց Հար Աբրահամյան Երևան 1941 էջ 6 Mamedova 2004 seh 95EdebiyyatSheblykin I P Arhitektura VIII X vekov Arhitektura Azerbajdzhana epoha Nizami Baku Gos arhitektur izd vo 1947 Mamedova Gyulchohra Zodchestvo Kavkazskoj Albanii Baku Chashyoglu 2004