Vila (bolqar və serb — vila; makedon — samovila; xorvat və sloven — vila; slovak — víla; polyak — wiła; bolqar — orisnitsa) — cənub slavyanlarının və qismən slovakların inanclarında və folklorunda əsasən müsbət xüsusiyyətlərə malik olan qadın mifoloji varlıq. Lakin ona zərər verən insanlardan qisas ala bilər ki, bu da onu qismən rusalkalara və bəzi tanrıçalara bənzədir.
Vila | |
---|---|
![]() | |
Digər mədəniyyətlərdə | Rusalka, undine |
![]() |
Təsviri
Onlar uzun, bəzən yerə qədər çatan açıq saçlı və qanadlı gözəl (bəzi hallarda eybəcər) qızlar kimi təsvir olunurlar. Üzərlərinə uzun sehrli paltar və ya örtük geyinirlər ki, bunun altında onların dırnaqlı ayaqlarını (keçi, at və ya ulağa bənzər) gizlətdikləri deyilir.
Cənub slavyanlarında
Cənub slavyan mifologiyasında vilaların ayaqları keçi, at və ya ulağa bənzəyir. Onlar bu ayaqları uzun, ağ paltarlarla gizlədirlər. İnsanlara, xüsusilə kişilərə qarşı dostyana münasibət bəsləyir, yetimlərə və zülmə məruz qalanlara kömək edirlər. Lakin vilaları qəzəbləndirsəniz, amansız cəzalandıra bilərlər, hətta bir baxışları ilə insanı öldürmək gücünə sahibdirlər. Onlar həm sağalda, həm də ölümün yaxınlaşmasını xəbər verə bilərlər, lakin özləri də ölümsüz deyillər.
Vilalar quşlar kimi uça bilirlər və dağlarda yaşayırlar. Bu səbəbdən Serbiya və Çernoqoriyada dağ bulaqları "vilina voda" (vilanın suyu) adlanır. Onlar quyulara və göllərə sahiblik edir, suyun axınını dayandıra bilirlər. Əgər onların qanadlarını alsanız, uçmaq qabiliyyətlərini itirər və adi qadına çevrilərlər. Bu xüsusiyyətlərindən kişilər tez-tez istifadə edərək vilaları ələ keçirib onlarla evlənirdilər. Lakin belə nikahlar heç vaxt uğurlu olmurdu — vila hiylə ilə qanadlarını geri alır və uçub gedirdi. Belə evliliklərdən doğulan uşaqlar çox vaxt atalarının himayəsində qalırdılar, lakin bəzən vila anası uşağını özü ilə aparırdı.
Bolqar inanclarına görə, vilalar əsasən yaz və yay aylarında, xüsusilə dini bayramlar zamanı, xüsusilə Pasxada meydana çıxırlar. XIII əsr bolqar mənbələrində vilalara "samovila" deyilir və onları xaç suyuna salınmadan ölən qızların ruhları hesab edirlər.
Bolqar xalq poeziyasında "yuda" adlanan və insanlara düşmən münasibət bəsləyən vilalardan bəhs edilir. Əvvəlcə "yuda" sözü güclü, hiyləgər və kinli mənalarını ifadə edirdi. Zamanla bu söz "vila", "samodiva" və "samovila" ilə sinonimləşdi. Bolqarlarda səs oxşarlığı səbəbindən "yuda" sözü bəzən "İuda" (İuda İskariot) ilə qarışdırılmış və nəticədə o, folklorda ayrıca bir obraz kimi formalaşmışdır.
Qərbi slavyanlarda
Qərbi slavyan xalqlarının inanclarında vilalar həyatda ikən günahsız öldürülmüş qızların ruhları kimi təsvir olunurlar. Onlar rahatlıq tapa bilmədikləri üçün sağlığında onlara pislik etmiş insanlara zərər verirlər. Bu baxımdan vilalar rus mifologiyasındakı rusalkalara və ukraynalı mavkalara bənzəyirlər.
XIX əsr alman şairi Henrix Heyne vilaları toylarından əvvəl vəfat etmiş qızların ruhları kimi təsvir edirdi. Onlar gecələr görünür və dan yeri sökülən kimi yox olurlar. Uzun ağ gəlinliklər geyinir, başlarına çələng və üzük taxırlar. Əgər gecə gənc bir kişiyə rast gəlsələr, onu sehrli rəqsə cəlb edirlər və bu rəqsdə o, ölür. Heyne vilaların slavyan mənşəli bir əfsanə olduğunu bildirirdi və onları elflərlə və bakxantlarla müqayisə edirdi.
Slavyan vilalarını, rusalkaları və poludnitsaları Buslayev və Afanasyev alman elfləri və valkiriya ilə müqayisə etmişlər.
Şərqi slavyanlarda
Şərqi slavyan mifologiyasında vilalar haqqında açıq-aşkar xalq inancı yoxdur. Lakin bəzi qədim rus ədəbiyyat nümunələrində, məsələn, "Xristianlığı sevən və düzgün imanı müdafiə edən birinin sözü" kimi mətnlərdə vilalara istinad olunur. Bu isə cənub slavyanlarının ədəbi təsirinin nəticəsi kimi izah edilir.
Bəzi tədqiqatçılar vilaların rus rusalkalarına uyğun olduğunu düşünürlər. Ehtimal olunur ki, həm vilalar, həm də rusalkalar qədim hind-avropa inanclarının davamıdır və ölənlərin ruhları ilə bağlı mifik təsəvvürlərdən yaranmışdır.
Ədəbiyyatda və incəsənətdə
Viktor Hüqonun "Les Orientales" (1828) əsərində "les wilis" adlı şeirdə vilalar təsvir olunmuşdur. Henrix Heyne "De l'Allemagne" (1835) əsərində bəhs edərək vilaları təsvir etmişdir.Coan Roulinqin Harri Potter seriyasında vilalar sehrli varlıqlardır. Onlar gözəl qadın formasında olub, mahnı və rəqsləri ilə kişiləri ovsunlaya bilirlər. Lakin qəzəbləndikdə dəhşətli quşabənzər məxluqlara çevrilib od saçırlar. Harri Potter və Alov Qədəhi kitabında Bolqarıstan Qviddiç komandasının maskotları vilalardır. Fler Delakurun nənəsi də vila olmuşdur. Hezer Volterin Malice duologiyasında vilalar qaranlıq qüvvələri təmsil edən feylər kimi təsvir edilir.
Teatr və opera
Adolf Adamın "Jizel" baletində vilalar aldadılmış və toydan əvvəl ölmüş qızların ruhları kimi təqdim olunur. Onlar gecələr meşədə toplaşıb gənc kişiləri rəqsləri ilə öldürürlər, lakin sübh çağında yox olurlar. Cakomo Puççininin ilk operası "Le Villi" də eyni mövzuya əsaslanır və 1884-cü ildə Milanda tamaşaya qoyulmuşdur. "The Merry Widow" (1905) operettasında "The Vilia Song" mahnısı vilalardan bəhs edir. Burada bir ovçu meşədə vilaya aşiq olur, lakin o, yox olur.
İstinadlar
- Reiter, Norbert. Mythologie der alten Slaven // Haussig, Hans Wilhelm (redaktor). Wörterbuch der Mythologie (alman). 2. 1973. 163–208.
- Monteiro, Prista. A vila. Sociedade Portuguesa de Autores. 1985. OCLC 988222089.
- The Greenwood Encyclopedia of Folktales and Fairy Tales. Edited by Donald Haase. Greenwood Publishing Group, 2008. p. 880.
- Kononenko, Natalie (2007). Slavic Folklore: A Handbook. Greenwood Press. pp. 40, 186. ISBN .
- Marjanović, Luka (1898). Hrvatske narodne pjesme, Junačke pjesme Muhamedovske (in Croatian). Zagreb: Matica Hrvatska. p. 36.
- Copeland, F. S. "Some Aspects of Slovene Folklore". Folklore. 60 (2). 1949: 283. doi:10.1080/0015587X.1949.9717929.
- Copeland, F. S. "Slovene Folklore". Folklore. 42 (4). 1931: 431. doi:10.1080/0015587X.1931.9718415. JSTOR 1256300.
- Juric, Dorian. "A Call for Functional Differentiation of the South Slavic Vila". The Journal of Indo-European Studies. 38 (1–2). 2010: 172–202. ProQuest 1095612316.
- Ajdačić, Dejan. "Вила љубавница у књижевности српског романтизма" [The Lover Fairy in Romantic Serbian Literature]. Studia Mythologica Slavica (serb). 5. 5 May 2015: 191. doi:10.3986/sms.v5i0.1802.
- Pócs, Éva. "Tündéres and the Order of St Ilona or, did the Hungarians have fairy magicians?". Acta Ethnographica Hungarica. 54 (2). December 2009: 379–396. doi:10.1556/AEthn.54.2009.2.9.
- Colbert, David. The Magical Worlds of Harry Potter. 2001. ISBN .
- Santiago-Irizarry, Vilma. "The Ubiquity of Performance: Theory and Practice in Expressive Genres". Reviews in Anthropology. 44 (2). 2015: 75. doi:10.1080/00938157.2015.1029832.
Ədəbiyyat
- Jurić, Dorian. "Where Does the Vila Live? Returning to a Simple Question". Folklore. 134 (1). 2023: 48–72. doi:10.1080/0015587X.2022.2093966.
- Miller, Dean. "Supernatural Beings and 'Song and Dance': Celtic and Slavic Exemplars". Studia Celto-Slavica. 6. 2012: 101–112. doi:10.54586/VOJO4470.
- Плотникова, А. А. "Южнославянские персонажи типа вила в свете «балканского» на Балканах". Славянское и балканское языкознание (rus). 14. 2003: 228–248.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vila bolqar ve serb vila makedon samovila xorvat ve sloven vila slovak vila polyak wila bolqar orisnitsa cenub slavyanlarinin ve qismen slovaklarin inanclarinda ve folklorunda esasen musbet xususiyyetlere malik olan qadin mifoloji varliq Lakin ona zerer veren insanlardan qisas ala biler ki bu da onu qismen rusalkalara ve bezi tanricalara benzedir VilaDiger medeniyyetlerde Rusalka undine Vikianbarda elaqeli mediafayllarTesviriOnlar uzun bezen yere qeder catan aciq sacli ve qanadli gozel bezi hallarda eybecer qizlar kimi tesvir olunurlar Uzerlerine uzun sehrli paltar ve ya ortuk geyinirler ki bunun altinda onlarin dirnaqli ayaqlarini keci at ve ya ulaga benzer gizletdikleri deyilir Cenub slavyanlarinda Cenub slavyan mifologiyasinda vilalarin ayaqlari keci at ve ya ulaga benzeyir Onlar bu ayaqlari uzun ag paltarlarla gizledirler Insanlara xususile kisilere qarsi dostyana munasibet besleyir yetimlere ve zulme meruz qalanlara komek edirler Lakin vilalari qezeblendirseniz amansiz cezalandira bilerler hetta bir baxislari ile insani oldurmek gucune sahibdirler Onlar hem sagalda hem de olumun yaxinlasmasini xeber vere bilerler lakin ozleri de olumsuz deyiller Vilalar quslar kimi uca bilirler ve daglarda yasayirlar Bu sebebden Serbiya ve Cernoqoriyada dag bulaqlari vilina voda vilanin suyu adlanir Onlar quyulara ve gollere sahiblik edir suyun axinini dayandira bilirler Eger onlarin qanadlarini alsaniz ucmaq qabiliyyetlerini itirer ve adi qadina cevrilerler Bu xususiyyetlerinden kisiler tez tez istifade ederek vilalari ele kecirib onlarla evlenirdiler Lakin bele nikahlar hec vaxt ugurlu olmurdu vila hiyle ile qanadlarini geri alir ve ucub gedirdi Bele evliliklerden dogulan usaqlar cox vaxt atalarinin himayesinde qalirdilar lakin bezen vila anasi usagini ozu ile aparirdi Bolqar inanclarina gore vilalar esasen yaz ve yay aylarinda xususile dini bayramlar zamani xususile Pasxada meydana cixirlar XIII esr bolqar menbelerinde vilalara samovila deyilir ve onlari xac suyuna salinmadan olen qizlarin ruhlari hesab edirler Bolqar xalq poeziyasinda yuda adlanan ve insanlara dusmen munasibet besleyen vilalardan behs edilir Evvelce yuda sozu guclu hiyleger ve kinli menalarini ifade edirdi Zamanla bu soz vila samodiva ve samovila ile sinonimlesdi Bolqarlarda ses oxsarligi sebebinden yuda sozu bezen Iuda Iuda Iskariot ile qarisdirilmis ve neticede o folklorda ayrica bir obraz kimi formalasmisdir Qerbi slavyanlarda Qerbi slavyan xalqlarinin inanclarinda vilalar heyatda iken gunahsiz oldurulmus qizlarin ruhlari kimi tesvir olunurlar Onlar rahatliq tapa bilmedikleri ucun sagliginda onlara pislik etmis insanlara zerer verirler Bu baximdan vilalar rus mifologiyasindaki rusalkalara ve ukraynali mavkalara benzeyirler XIX esr alman sairi Henrix Heyne vilalari toylarindan evvel vefat etmis qizlarin ruhlari kimi tesvir edirdi Onlar geceler gorunur ve dan yeri sokulen kimi yox olurlar Uzun ag gelinlikler geyinir baslarina celeng ve uzuk taxirlar Eger gece genc bir kisiye rast gelseler onu sehrli reqse celb edirler ve bu reqsde o olur Heyne vilalarin slavyan menseli bir efsane oldugunu bildirirdi ve onlari elflerle ve bakxantlarla muqayise edirdi Slavyan vilalarini rusalkalari ve poludnitsalari Buslayev ve Afanasyev alman elfleri ve valkiriya ile muqayise etmisler Serqi slavyanlarda Serqi slavyan mifologiyasinda vilalar haqqinda aciq askar xalq inanci yoxdur Lakin bezi qedim rus edebiyyat numunelerinde meselen Xristianligi seven ve duzgun imani mudafie eden birinin sozu kimi metnlerde vilalara istinad olunur Bu ise cenub slavyanlarinin edebi tesirinin neticesi kimi izah edilir Bezi tedqiqatcilar vilalarin rus rusalkalarina uygun oldugunu dusunurler Ehtimal olunur ki hem vilalar hem de rusalkalar qedim hind avropa inanclarinin davamidir ve olenlerin ruhlari ile bagli mifik tesevvurlerden yaranmisdir Edebiyyatda ve incesenetdeEmma Hardinq Jizel baletinde Vila Kralicasi obrazinda kostyumda Viktor Huqonun Les Orientales 1828 eserinde les wilis adli seirde vilalar tesvir olunmusdur Henrix Heyne De l Allemagne 1835 eserinde behs ederek vilalari tesvir etmisdir Coan Roulinqin Harri Potter seriyasinda vilalar sehrli varliqlardir Onlar gozel qadin formasinda olub mahni ve reqsleri ile kisileri ovsunlaya bilirler Lakin qezeblendikde dehsetli qusabenzer mexluqlara cevrilib od sacirlar Harri Potter ve Alov Qedehi kitabinda Bolqaristan Qviddic komandasinin maskotlari vilalardir Fler Delakurun nenesi de vila olmusdur Hezer Volterin Malice duologiyasinda vilalar qaranliq quvveleri temsil eden feyler kimi tesvir edilir Teatr ve opera Adolf Adamin Jizel baletinde vilalar aldadilmis ve toydan evvel olmus qizlarin ruhlari kimi teqdim olunur Onlar geceler mesede toplasib genc kisileri reqsleri ile oldururler lakin subh caginda yox olurlar Cakomo Puccininin ilk operasi Le Villi de eyni movzuya esaslanir ve 1884 cu ilde Milanda tamasaya qoyulmusdur The Merry Widow 1905 operettasinda The Vilia Song mahnisi vilalardan behs edir Burada bir ovcu mesede vilaya asiq olur lakin o yox olur IstinadlarReiter Norbert Mythologie der alten Slaven Haussig Hans Wilhelm redaktor Worterbuch der Mythologie alman 2 1973 163 208 Monteiro Prista A vila Sociedade Portuguesa de Autores 1985 OCLC 988222089 The Greenwood Encyclopedia of Folktales and Fairy Tales Edited by Donald Haase Greenwood Publishing Group 2008 p 880 Kononenko Natalie 2007 Slavic Folklore A Handbook Greenwood Press pp 40 186 ISBN 978 0 313 33610 2 Marjanovic Luka 1898 Hrvatske narodne pjesme Junacke pjesme Muhamedovske in Croatian Zagreb Matica Hrvatska p 36 Copeland F S Some Aspects of Slovene Folklore Folklore 60 2 1949 283 doi 10 1080 0015587X 1949 9717929 Copeland F S Slovene Folklore Folklore 42 4 1931 431 doi 10 1080 0015587X 1931 9718415 JSTOR 1256300 Juric Dorian A Call for Functional Differentiation of the South Slavic Vila The Journal of Indo European Studies 38 1 2 2010 172 202 ProQuest 1095612316 Ajdacic Dejan Vila љubavnica u kњizhevnosti srpskog romantizma The Lover Fairy in Romantic Serbian Literature Studia Mythologica Slavica serb 5 5 May 2015 191 doi 10 3986 sms v5i0 1802 Pocs Eva Tunderes and the Order of St Ilona or did the Hungarians have fairy magicians Acta Ethnographica Hungarica 54 2 December 2009 379 396 doi 10 1556 AEthn 54 2009 2 9 Colbert David The Magical Worlds of Harry Potter 2001 ISBN 0 9708442 0 4 Santiago Irizarry Vilma The Ubiquity of Performance Theory and Practice in Expressive Genres Reviews in Anthropology 44 2 2015 75 doi 10 1080 00938157 2015 1029832 EdebiyyatJuric Dorian Where Does the Vila Live Returning to a Simple Question Folklore 134 1 2023 48 72 doi 10 1080 0015587X 2022 2093966 Miller Dean Supernatural Beings and Song and Dance Celtic and Slavic Exemplars Studia Celto Slavica 6 2012 101 112 doi 10 54586 VOJO4470 Plotnikova A A Yuzhnoslavyanskie personazhi tipa vila v svete balkanskogo na Balkanah Slavyanskoe i balkanskoe yazykoznanie rus 14 2003 228 248