Vidiadxar Suracprasad Naypol (ing. Sir Vidiadhar Surajprasad Naipaul; 17 avqust 1932[…], Çaquanas – 11 avqust 2018[…], London) — hind əsilli Britaniya yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2001).
Vidiadxar Suracprasad Naypol | |
---|---|
ing. Vidiadhar Surajprasad Naipaul | |
Doğum adı | Vidiadhar Surajprasad Naipaul |
Təxəllüsü | V. S. Naipaul |
Doğum tarixi | 17 avqust 1932[…] |
Doğum yeri | |
Vəfat tarixi | 11 avqust 2018[…](85 yaşında) |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, roman yazıçısı, jurnalist, esseist |
Fəaliyyət illəri | 1957–11 avqust 2018 |
Janrlar | roman, esse, hekayə |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
XXI yüzilliyin ilk Nobel mükafatı laureatı, hind əsilli Britaniya yazıçısı Vidiadxar Suracprasad Naypol Trinidad və Tobaqoda doğulmuşdur. O, öz ölkəsi miqyasında bir sıra tanınmış ədəbi şəxsiyyətlər və siyasətçilər yetirən Kapildeo nəslindən idi. Kapildeo nəsli Karib hövzəsinə Hindistanın cənubundan köçmüşdü. Vidiadxarın atası Seeperesad Naypol (1906-1953) "Trinidad Guardian" qəzetinin müxbiri idi. Onun "Qurudevanın macəraları" romanı ölümündən çox sonra, 1976-cı ildə Londonda nəşr edilmişdi. Əslində, zavallı ata qonorar hesabına ailəsinin maddi vəziyyətini bir qədər düzəltmək üçün roman yazmağa girişmiş və əsərin əlyazmasını 50-ci illərin sonlarında Londonda təhsil alan oğlu Vidiadxar Naypola göndərmişdi. Seeperesad hər iki oğlunun ədəbiyyata həvəslərini hər vasitə ilə təşviq edirdi. Nobel laureatının kiçik qardaşı Şiva Naypol (1945-1985) da Britaniya yazıçısı və jurnalist kimi yaxşı tanınırdı.
1950-ci ildə İngiltərənin xeyriyyə fondlarından aldığı təqaüd hesabına Oksford universitetinə daxil olan Vidiadxar Naypol ciddi maddi sıxıntılarla üzləşmişdi. İş tapmaq cəhdləri heç bir nəticələr verməyəndə hətta həyatına qəsd etmək fikrinə düşmüşdü. Əslində, atası kimi naəlaclıqdan başladığı yazı-pozu fəaliyyəti tezliklə onu ağır maddi və mənəvi böhrandan çıxarmışdı.
Hindli müəllif "Sirli massajçı" (1957), "Əldəqayırma" (1967), "Partizanlar" (1974) romanları ilə tələbkar ingilis oxucusunun nəzərində özünü fərqli dəsti-xətti və dünyabaxışı olan yazıçı kimi tanıtmışdı. Bir çox sənətkarlar kimi Naypolun da roman, povest və hekayələrinin əsərdən əsərə inkişaf edən dəyişməz mövzusu var. Bu əski müstəmləklərdən gəlmiş insanların yeni şəraitə uyğunlaşmaq uğrunda apardıqları mübarizənin təsviridir.
Naypolun romanları forma baxımından da ümumi bir modelə sığışa bilər. Yazıçı eyni əsər daxilində bədii təsvir, avtobioqrafik çalarlar, sosioloji tədqiqat, jurnalist reportaji ünsürlərinin hamısından yararlanmağa üstünlük verirdi. Bu yolla da oxucuları sanki hadisələrin içərisinə çəkməyə, iştirakçıya çevirməyə çalışırdı. Melanxoliya hissləri, təklik iztirabları, böyük şəhərlər və yad insanlar qarşısında qorxu onun qəhrəmanları üçün səciyyəvi duyğulardır.
Vidiadxar Naypol Buker mükafatı alan ilk Britaniya hindistanlısıdır. Yazıçı həmin mükafata 1971-ci ildə "Azad ölkədə" romanına görə layiq görülmüşdür. Lakin Naypolun kitabları tənqid tərəfindən hərarətlə qarşılansa da, mükafatlarla qeyd olunsa da, heç zaman kütləvilik qazana bilməmiş və yüksək zövqlü, tələbkar Britaniya oxucusunun nəzərində bestsellerə çevrilməmişdir.
İngilis kraliçası Elizavetanın 1990-cı ildə Böyük Britaniya imperiyasının cəngavəri titulu verdiyi Naypol mənşəcə indus olduğunu unudaraq "üçüncü dünya" ölkələrinə, xüsusən də islam dünyasına münasibətdə özünü ən qatı Britaniya imperialistlərindən də hikkəli aparması ilə fərqlənir. Onun "Afrikanın gələcəyi yoxdur" fikrinə etirazını bildirən digər trinidadlı Nobel laureatı Derek Uolkott yazıçının soyadını bilərəkdən V.Nightfall ("gecə qaranlığı") şəklində yazmışdır. Naypolun ərəb dünyası haqqında qaramsar fikirləri Fələstin əsilli görkəmli şərqşünas Edvard Səidin kəskin etirazları ilə qarşılanmışdır.
Hələ 1981-ci ildə "Möminlər arasında" adlı kitabında Məhəmməd təliminin qatı əleyhdarlarından biri kimi çıxış edən Vidiadxar Naypolun bir sıra məqalə və esseləri Hindistan müsəlmanlarına və ümumiyyətlə, islama qarşı çevrilmişdir. Onun fikrincə, ətalətli və geridə qalmış islam cəmiyyəti müasir dövrdə insanlığa ünvanlanan çağırışlara cavab verməkdə acizdir. Maraqlıdır ki, bu sözləri söyləyən hind əsilli, Trinidad doğumlu və Britaniya vətəndaşı yazıçının ikinci xanımı islama etiqad edən Pakistan jurnalisti Nadirə Ələvi-Naypoldur. Vidiadxar Naypol isə yalnız Hindistan deyil, Pakistan əleyhinə də bir sıra sərt və ədalətsiz fikirlərin müəllifidir.
Fanatik indusların 1992-ci ildə 350 illik tarixi olan qədim islam mədəniyyəti abidəsini – Bəbri məscidini yerlə-yeksan etməsini Naypol Hindistanda yaradıcı enerjinin üzə çıxması faktı kimi mənalandırmışdı. Onun fikrincə, müsəlman-türklərin indiki Hindistan ərazisində qurduqları Böyük Moqollar imperiyası hind xalqının tarixinə və mədəniyyətinə sağalmaz yaralar vurmuşdur.
2001-ci ilin 11 sentyabrından az sonra müsəlman düşmənçiliyi ilə tanınan Vidiadxar Naypola Nobel mükafatı verilməsini İsveç Akademiyasının ABŞ-yə məhəbbət izharı və müsəlman dünyasına aşağılayıcı mesaj kimi dəyərləndirənlər də tapılmışdı. Naypol mükafatı "adətən müzakirəsi məqbul sayılmayan faktlar üzərində düşünməyə vadar edən güzəştsiz düzlüyünə görə" almışdı. Bəzi mütəxəssislərin fikrincə Naypol Nobel mükafatına hələ 80-ci illərdə layiq görülməli idi. Çünki o, elə həmin illərdə artıq ədəbiyyatda öz sözünü demiş yazıçı idi. Təsdaüfi deyil ki, İosif Brodski 1986-cı ildə ədəbiyyat üzrə Nobel mükafatını alanda demişdir: "Gərək bu il mükafatı Naypola verəydilər".
Vidiadxar Naypol son dərəcə qapalı həyat keçirir. Özünün heç bir ictimai, yaxud siyasi cəmiyyətlə bağlı olmadığını, fikirlərinin hamısının yalnız şəxsi xarakter daşıdığını iddia edir. Yeddi illik sükutdan sonra o, 2001-ci ildə "Həyatın yarısı" romanını yazmış və yenidən susmuşdur.
Əsərləri
- The Mystic Masseur — (1957)
- The Suffrage of Elvira — (1958)
- Miguel Street — (1959)
- A House for Mr Biswas — (1961)
- Mr. Stone and the Knights Companion — (1963)
- A Flag on the Island — (1967)
- The Mimic Men — (1967)
- In a Free State — (1971) — Buker mükafatına layiq görülüb.
- Guerillas — (1975)
- A Bend in the River — (1979)
- Finding the Centre — (1984)
- The Enigma of Arrival — (1987)
- A Way in the World — (1994) avtobioqrafiya.
- Half a Life — (2001)
- Magic Seeds — (2004)
- The Middle Passage: Impressions of Five Societies — British, French and Dutch in the West Indies and South America – (1962)
- An Area of Darkness – (1964)
- The Loss of El Dorado — (1969)
- The Overcrowded Barracoon and Other Articles – (1972)
- India: A Wounded Civilization – (1977)
- A Congo Diary – (1980)
- The Return of Eva Perón and the Killings in Trinidad – ([1980)
- Among the Believers: An Islamic Journey – (1981)
- Finding the Centre – (1984)
- Reading & Writing: A Personal Account – (2000)
- A Turn in the South – (1989)
- India: A Million Mutinies Now – (1990)
- Homeless by Choice – (1992)
- Bombay (Raghubir Singh ilə birgə) — (1994)
- Beyond Belief: Islamic Excursions among the Converted Peoples – (1998)
- Between Father and Son: Family Letters – (1999)
- Literary Occasions: Essays – (2003)
İstinadlar
- Sir V.S. Naipaul // Encyclopædia Britannica (ing.).
- V. S. Naipaul // Internet Speculative Fiction Database (ing.). 1995.
- https://www.bbc.co.uk/news/uk-45159149.
Mənbə
- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.
Xarici keçidlər
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vidiadxar Suracprasad Naypol ing Sir Vidiadhar Surajprasad Naipaul 17 avqust 1932 Caquanas 11 avqust 2018 London hind esilli Britaniya yazicisi Edebiyyat uzre Nobel mukafati laureati 2001 Vidiadxar Suracprasad Naypoling Vidiadhar Surajprasad NaipaulDogum adi Vidiadhar Surajprasad NaipaulTexellusu V S NaipaulDogum tarixi 17 avqust 1932 1932 08 17 Dogum yeri Caquanas Trinidad ve TobaqoVefat tarixi 11 avqust 2018 2018 08 11 85 yasinda Vefat yeri London Boyuk London Ingiltere Birlesmis KralliqTehsili Universitet kolleci Oksford d Fealiyyeti yazici roman yazicisi jurnalist esseistFealiyyet illeri 1957 11 avqust 2018Janrlar roman esse hekayeUzvluyu Amerika Incesenet ve Elmler Akademiyasi Kral Edebiyyat Cemiyyeti d Mukafatlari Vikianbarda elaqeli mediafayllarHeyatiXXI yuzilliyin ilk Nobel mukafati laureati hind esilli Britaniya yazicisi Vidiadxar Suracprasad Naypol Trinidad ve Tobaqoda dogulmusdur O oz olkesi miqyasinda bir sira taninmis edebi sexsiyyetler ve siyasetciler yetiren Kapildeo neslinden idi Kapildeo nesli Karib hovzesine Hindistanin cenubundan kocmusdu Vidiadxarin atasi Seeperesad Naypol 1906 1953 Trinidad Guardian qezetinin muxbiri idi Onun Qurudevanin maceralari romani olumunden cox sonra 1976 ci ilde Londonda nesr edilmisdi Eslinde zavalli ata qonorar hesabina ailesinin maddi veziyyetini bir qeder duzeltmek ucun roman yazmaga girismis ve eserin elyazmasini 50 ci illerin sonlarinda Londonda tehsil alan oglu Vidiadxar Naypola gondermisdi Seeperesad her iki oglunun edebiyyata heveslerini her vasite ile tesviq edirdi Nobel laureatinin kicik qardasi Siva Naypol 1945 1985 da Britaniya yazicisi ve jurnalist kimi yaxsi taninirdi 1950 ci ilde Ingilterenin xeyriyye fondlarindan aldigi teqaud hesabina Oksford universitetine daxil olan Vidiadxar Naypol ciddi maddi sixintilarla uzlesmisdi Is tapmaq cehdleri hec bir neticeler vermeyende hetta heyatina qesd etmek fikrine dusmusdu Eslinde atasi kimi naelacliqdan basladigi yazi pozu fealiyyeti tezlikle onu agir maddi ve menevi bohrandan cixarmisdi Hindli muellif Sirli massajci 1957 Eldeqayirma 1967 Partizanlar 1974 romanlari ile telebkar ingilis oxucusunun nezerinde ozunu ferqli desti xetti ve dunyabaxisi olan yazici kimi tanitmisdi Bir cox senetkarlar kimi Naypolun da roman povest ve hekayelerinin eserden esere inkisaf eden deyismez movzusu var Bu eski mustemleklerden gelmis insanlarin yeni seraite uygunlasmaq ugrunda apardiqlari mubarizenin tesviridir Naypolun romanlari forma baximindan da umumi bir modele sigisa biler Yazici eyni eser daxilinde bedii tesvir avtobioqrafik calarlar sosioloji tedqiqat jurnalist reportaji unsurlerinin hamisindan yararlanmaga ustunluk verirdi Bu yolla da oxuculari sanki hadiselerin icerisine cekmeye istirakciya cevirmeye calisirdi Melanxoliya hissleri teklik iztirablari boyuk seherler ve yad insanlar qarsisinda qorxu onun qehremanlari ucun seciyyevi duygulardir Vidiadxar Naypol Buker mukafati alan ilk Britaniya hindistanlisidir Yazici hemin mukafata 1971 ci ilde Azad olkede romanina gore layiq gorulmusdur Lakin Naypolun kitablari tenqid terefinden heraretle qarsilansa da mukafatlarla qeyd olunsa da hec zaman kutlevilik qazana bilmemis ve yuksek zovqlu telebkar Britaniya oxucusunun nezerinde bestsellere cevrilmemisdir Ingilis kralicasi Elizavetanin 1990 ci ilde Boyuk Britaniya imperiyasinin cengaveri titulu verdiyi Naypol mensece indus oldugunu unudaraq ucuncu dunya olkelerine xususen de islam dunyasina munasibetde ozunu en qati Britaniya imperialistlerinden de hikkeli aparmasi ile ferqlenir Onun Afrikanin geleceyi yoxdur fikrine etirazini bildiren diger trinidadli Nobel laureati Derek Uolkott yazicinin soyadini bilerekden V Nightfall gece qaranligi seklinde yazmisdir Naypolun ereb dunyasi haqqinda qaramsar fikirleri Felestin esilli gorkemli serqsunas Edvard Seidin keskin etirazlari ile qarsilanmisdir Hele 1981 ci ilde Mominler arasinda adli kitabinda Mehemmed teliminin qati eleyhdarlarindan biri kimi cixis eden Vidiadxar Naypolun bir sira meqale ve esseleri Hindistan muselmanlarina ve umumiyyetle islama qarsi cevrilmisdir Onun fikrince etaletli ve geride qalmis islam cemiyyeti muasir dovrde insanliga unvanlanan cagirislara cavab vermekde acizdir Maraqlidir ki bu sozleri soyleyen hind esilli Trinidad dogumlu ve Britaniya vetendasi yazicinin ikinci xanimi islama etiqad eden Pakistan jurnalisti Nadire Elevi Naypoldur Vidiadxar Naypol ise yalniz Hindistan deyil Pakistan eleyhine de bir sira sert ve edaletsiz fikirlerin muellifidir Fanatik induslarin 1992 ci ilde 350 illik tarixi olan qedim islam medeniyyeti abidesini Bebri mescidini yerle yeksan etmesini Naypol Hindistanda yaradici enerjinin uze cixmasi fakti kimi menalandirmisdi Onun fikrince muselman turklerin indiki Hindistan erazisinde qurduqlari Boyuk Moqollar imperiyasi hind xalqinin tarixine ve medeniyyetine sagalmaz yaralar vurmusdur 2001 ci ilin 11 sentyabrindan az sonra muselman dusmenciliyi ile taninan Vidiadxar Naypola Nobel mukafati verilmesini Isvec Akademiyasinin ABS ye mehebbet izhari ve muselman dunyasina asagilayici mesaj kimi deyerlendirenler de tapilmisdi Naypol mukafati adeten muzakiresi meqbul sayilmayan faktlar uzerinde dusunmeye vadar eden guzestsiz duzluyune gore almisdi Bezi mutexessislerin fikrince Naypol Nobel mukafatina hele 80 ci illerde layiq gorulmeli idi Cunki o ele hemin illerde artiq edebiyyatda oz sozunu demis yazici idi Tesdaufi deyil ki Iosif Brodski 1986 ci ilde edebiyyat uzre Nobel mukafatini alanda demisdir Gerek bu il mukafati Naypola vereydiler Vidiadxar Naypol son derece qapali heyat kecirir Ozunun hec bir ictimai yaxud siyasi cemiyyetle bagli olmadigini fikirlerinin hamisinin yalniz sexsi xarakter dasidigini iddia edir Yeddi illik sukutdan sonra o 2001 ci ilde Heyatin yarisi romanini yazmis ve yeniden susmusdur EserleriThe Mystic Masseur 1957 The Suffrage of Elvira 1958 Miguel Street 1959 A House for Mr Biswas 1961 Mr Stone and the Knights Companion 1963 A Flag on the Island 1967 The Mimic Men 1967 In a Free State 1971 Buker mukafatina layiq gorulub Guerillas 1975 A Bend in the River 1979 Finding the Centre 1984 The Enigma of Arrival 1987 A Way in the World 1994 avtobioqrafiya Half a Life 2001 Magic Seeds 2004 The Middle Passage Impressions of Five Societies British French and Dutch in the West Indies and South America 1962 An Area of Darkness 1964 The Loss of El Dorado 1969 The Overcrowded Barracoon and Other Articles 1972 India A Wounded Civilization 1977 A Congo Diary 1980 The Return of Eva Peron and the Killings in Trinidad 1980 Among the Believers An Islamic Journey 1981 Finding the Centre 1984 Reading amp Writing A Personal Account 2000 A Turn in the South 1989 India A Million Mutinies Now 1990 Homeless by Choice 1992 Bombay Raghubir Singh ile birge 1994 Beyond Belief Islamic Excursions among the Converted Peoples 1998 Between Father and Son Family Letters 1999 Literary Occasions Essays 2003 IstinadlarSir V S Naipaul Encyclopaedia Britannica ing V S Naipaul Internet Speculative Fiction Database ing 1995 https www bbc co uk news uk 45159149 MenbeVilayet Quliyev Edebiyyat sahesinde Nobel mukafati laureatlari Baki Kitab alemi Nesriyyat Poliqrafiya Merkezi 2009 seh Xarici kecidlerHemcinin bax