"Sonra biz rəqs etdik" (gürc. და ჩვენ ვიცეკვეთ) — 2019-cu ildə Levan Akinin rejissorluğu ilə çəkilmiş İsveç-Gürcüstan ortaq istehsalı olan dram filmidir. Filmdə əsas rolları Levan Gelbakiani, Baçi Valişvili və Ana Cavaxişvili canlandırmışlar.
Sonra biz rəqs etdik | |
---|---|
gürc. და ჩვენ ვიცეკვეთ | |
Janr | dram filmi, LGBT mövzulu film[d] |
Əsas mövzu | Gürcüstan xalq rəqsləri, emansipasiya, Eşqə düşmə, Hirs[d], mühafizəkarlıq, Maskulanlıq, Gürcüstan mədəniyyəti |
Rejissor | Levan Akin |
Prodüser | Lüdviq Andersson |
Ssenari müəllifi | Levan Akin |
Baş rollarda | Ana Cavaxişvili |
Operator | Lisabi Fridell |
Bəstəkar | Zviad Mqebri |
İstehsalçı | French Quarter Film |
İlk baxış tarixi | 16 may, 2019 (Kann kinofestivalı) 13 sentyabr 2019 (İsveç) 9 noyabr 2019 (Gürcüstan) |
Müddət | 105 dəq. |
Ölkələr | İsveç Gürcüstan |
Dil | gürcü dili |
İl | 2019 |
Rəng | 105 dəq. |
IMDb | ID8963708 |
Xarici video | |
---|---|
Filmin rəsmi treyleri |
Film, Gürcüstan Milli Rəqslər Ansamblının solistləri olan Merab və İrakli arasındakı rəqib münasibətlərinin romantik sevgi hisslərinə çevrilməsindən bəhs edir.
Filmin premyerası 2019-cu ildə Kann kinofestivalı çərçivəsində keçirilən Rejissor ikihəftəliyində baş tutmuşdur. İsveçdə filmin premyerası 13 sentyabr 2019-cu ildə, Gürcüstanda isə həmin ilin 9 noyabrında həyata keçirilmişdir. Gürcüstanda filmin premyerası homofobik qüvvələrin nümayişləri və asayişi pozmaq cəhdləri ilə müşayət olunmuşdur.
Film 92-ci Oskar mükafatlarında "Ən yaxşı xarici film" nominasiyasında İsveçi təmsil etmək üçün seçilmişdir.
Xülasə
Merab (Levan Gelbakiani) partnyoru Mari (Ana Cavaxişvili) ilə birlikdə Gürcüstan Milli Rəqslər Ansamblında çalışır. İraklinin (Baçi Valişvili) ansambl heyətinə qoşulmasından sonra onlar arasında güclü rəqabət yaranır və sonradan bu rəqabət romantik sevgi hisslərinə çevrilir.
Rollarda
- Levan Gelbakiani — Merab
- Baçi Valişvili — İrakli
- Ana Cavaxişvili — Mari
- Giorgi Sereteli — David
- Tamar Buknikaşvili — Teona
- Levan Qabrava — Luka
- Anano Maxaradze
- Ninutsa Gabisonia
Qəbulu
Tənqidçilərin mövqeyi
Rəy aqqreqatoru olan Rotten Tomatoes saytında 14 tənqidçinin rəyi əsasında film, 93% təravətli balla qiymətləndirilmişdir. 2019-cu ilin iyulunda Odessa Beynəlxalq Film Festivalında "Sonra biz rəqs etdik" filmi Qran-Pri mükafatını qazanmış, izləyicilərin seçimi əsasında isə Ən yaxşı film və Ən yaxşı aktyor nominasiyalarında qalib seçilmişdir. 2019-cu ilin avqustunda Levan Gelbakiani filmdə canlandırdığı rola görə Sarayevo Film Festivalında Ən yaxşı aktyor nominasiyasında "Sarayevonun ürəyi" mükafatına layiq görülmüşdür. 2019-cu ilin oktyabrında film, Ən yaxşı bədii film nominasiyasında Ayris mükafatına layiq görülmüşdür.
Etirazlar
Filmin Gürcüstan premyerasının elan edilməsindən sonra ultra-konservativ və rusiyapərəst qruplar Tbilisi və Batumidə yayıma mane olacaqları ilə bağlı məlumat yaymışdılar. Bundan sonra Gürcüstan Daxili İşlər Nazirliyi vətəndaşların özünü ifadə azadlığının qorunacağı ilə bağlı bəyanat yaymışdı. Uşaqların Müdafiəsi İctimai Hərəkatının rəhbəri Levan Palavandişvili, rusiyapərəst iş adamı Levan Vasadze, Rusiya Yevgeni Primakov Fondunun rəhbəri Dimitri Lortkipanidze və ultra-millətçi Gürcü Marşı hərəkatının rəhbəri Sandro Breqadze "gürcü və xristian dəyərlərinə zidd" olan filmin yayımının qarşısını almaq üçün kinoteatrlara üz tutacaqlarını bildirmişdilər.
Hədələrə cavab verən rejissor Levan Akin qeyd edir ki, "Film izləmək üçün bilet almış insanların təhlükəsizlikləri ilə risk etmələri və hətta hücuma məruz qalma ehtimalını gözə almış olmaları absurddur. Mən bu filmi sevgi və qayğı ilə çəkmişəm. Gürcü Pravoslav Kilsəsi premyeranı dəstəkləməsə də istənilən zorakılığa qarşı olduğunu bildirmişdir."
8 noyabr 2019-cu ildə Gürcüstan Daxili İşlər Nazirliyi premyeranın keçiriləcəyi "Amirani" kinoteatrını polis nəzarətinə vermiş və ətrafına xüsusi təyinatlı hərbi qüvvələr toplamışdır. Polis qüvvələri "Amirani" kinoteatrının girişini nəzarətə götürmüşlər. Həmin gün bir qədər sonra Gürcü Marşı hərəkatının bir neçə yüz üzvü güc vasitəsiylə kinoteatra daxil olmağa çalışda da, polis iğtişaşçıların qarşısını almışdır. İğtişaşçılar kimliklərini gizlətmək üçün üzlərinə maskalar geyinmiş və polisə qarşı pirotexnikadan istifadə etmişlər.
Polis, Gürcüstan İnzibati Cinayətlər Kodeksinin 173 və 166-cı maddələrini pozduqlarına görə iki nəfəri həbs etmişdir. Nümayişçilər filmi izləmək üçün kinoteatra gəlmiş liderlərindən biri olan David Berdzenişviliyə hücum etmişlər. İğtişaşçıların hücumu nəticəsində kinoteatrdan çıxan liberal-aktivist Ana Subeliani başından zədə almış və xəstəxanaya yerləşdirilmişdir.
İstinadlar
- Ахметели, Нина. ""А потом мы танцевали". Фильм о геях вызвал протесты в Грузии". bbc.com. BBC Russia. 9 ноября 2019. 2022-05-12 tarixində . İstifadə tarixi: 10 noyabr 2019.
- და ჩვენ ვიცეკვეთ (gürc.). 2019.
- .
- Bradshaw P. (ing.). // The Guardian.com 2020. ISSN 1756-3224; 1354-4322
- Keslassy, Elsa. "Cannes: Deerskin With Jean Dujardin to Open Directors' Fortnight". Variety (ingilis). 4 April 2019. 25 April 2019 tarixində . İstifadə tarixi: 10 noyabr 2019.
- Goodfellow, Melanie. "Cannes Directors' Fortnight unveils genre-heavy 2019 selection". ScreenDaily. 2019-07-04 tarixində . İstifadə tarixi: 10 noyabr 2019.
- Lindblad, Helena. "Oscarsbidraget And then we danced ligger helt rätt i tiden". . 28 August 2019. 14 September 2019 tarixində . İstifadə tarixi: 10 noyabr 2019.
- Dalton, Ben. "Sweden submits Cannes title 'And Then We Danced' for international feature Oscar". ScreenDaily. 28 August 2019. 31 October 2019 tarixində . İstifadə tarixi: 10 noyabr 2019.
- "And Then We Danced". Rotten Tomatoes. . 2020-11-12 tarixində . İstifadə tarixi: 10 noyabr 2019.
- Petrasiuk, Oleg; Istomina, Toma. "10th Odesa International Film Festival celebrates cinematography, announces winners". Kyiv Post. Kyiv Post. 2021-03-03 tarixində . İstifadə tarixi: 10 noyabr 2019.
- "25th Sarajevo Film Festival Awards". Sarajevo Film Festival. 2020-10-08 tarixində . İstifadə tarixi: 10 noyabr 2019.
- "Arxivlənmiş surət". Twitter. 2019-10-13 tarixində . İstifadə tarixi: 10 noyabr 2019.
- "Protesters clash with police officers at "Apollo" cinema in Batumi". 2020-10-21 tarixində . İstifadə tarixi: 2019-11-10.
- "Georgian police vow to ensure peace amid threats voiced before premiere of film on gay love". 2020-10-08 tarixində . İstifadə tarixi: 2019-11-10.
- "Police mobilized at Amirani Cinema". 2020-10-08 tarixində . İstifadə tarixi: 2019-11-10.
- "Georgian March members trying to forcibly enter Amirani Cinema". 2020-10-19 tarixində . İstifadə tarixi: 2019-11-10.
- "Police detain two protesters outside Amirani Cinema". 2021-05-14 tarixində . İstifadə tarixi: 2019-11-10.
- "Republican Party leader physically assaulted at Amirani Cinema". 2021-05-14 tarixində . İstifadə tarixi: 2019-11-10.
- "Civil activist injured outside Amirani Cinema". 2021-05-14 tarixində . İstifadə tarixi: 2019-11-10.
Xarici keçidlər
- And Then We Danced — Internet Movie Database saytında.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sonra biz reqs etdik gurc და ჩვენ ვიცეკვეთ 2019 cu ilde Levan Akinin rejissorlugu ile cekilmis Isvec Gurcustan ortaq istehsali olan dram filmidir Filmde esas rollari Levan Gelbakiani Baci Valisvili ve Ana Cavaxisvili canlandirmislar Sonra biz reqs etdikgurc და ჩვენ ვიცეკვეთJanr dram filmi LGBT movzulu film d Esas movzu Gurcustan xalq reqsleri emansipasiya Esqe dusme Hirs d muhafizekarliq Maskulanliq Gurcustan medeniyyetiRejissor Levan AkinProduser Ludviq AnderssonSsenari muellifi Levan AkinBas rollarda Ana CavaxisviliOperator Lisabi FridellBestekar Zviad MqebriIstehsalci French Quarter FilmIlk baxis tarixi 16 may 2019 Kann kinofestivali 13 sentyabr 2019 Isvec 9 noyabr 2019 Gurcustan Muddet 105 deq Olkeler Isvec GurcustanDil gurcu diliIl 2019Reng 105 deq IMDb ID8963708Xarici videoFilmin resmi treyleri Film Gurcustan Milli Reqsler Ansamblinin solistleri olan Merab ve Irakli arasindaki reqib munasibetlerinin romantik sevgi hisslerine cevrilmesinden behs edir Filmin premyerasi 2019 cu ilde Kann kinofestivali cercivesinde kecirilen Rejissor ikihefteliyinde bas tutmusdur Isvecde filmin premyerasi 13 sentyabr 2019 cu ilde Gurcustanda ise hemin ilin 9 noyabrinda heyata kecirilmisdir Gurcustanda filmin premyerasi homofobik quvvelerin numayisleri ve asayisi pozmaq cehdleri ile musayet olunmusdur Film 92 ci Oskar mukafatlarinda En yaxsi xarici film nominasiyasinda Isveci temsil etmek ucun secilmisdir XulaseMerab Levan Gelbakiani partnyoru Mari Ana Cavaxisvili ile birlikde Gurcustan Milli Reqsler Ansamblinda calisir Iraklinin Baci Valisvili ansambl heyetine qosulmasindan sonra onlar arasinda guclu reqabet yaranir ve sonradan bu reqabet romantik sevgi hisslerine cevrilir RollardaLevan Gelbakiani Merab Baci Valisvili Irakli Ana Cavaxisvili Mari Giorgi Sereteli David Tamar Buknikasvili Teona Levan Qabrava Luka Anano Maxaradze Ninutsa GabisoniaQebuluTenqidcilerin movqeyi Rey aqqreqatoru olan Rotten Tomatoes saytinda 14 tenqidcinin reyi esasinda film 93 teravetli balla qiymetlendirilmisdir 2019 cu ilin iyulunda Odessa Beynelxalq Film Festivalinda Sonra biz reqs etdik filmi Qran Pri mukafatini qazanmis izleyicilerin secimi esasinda ise En yaxsi film ve En yaxsi aktyor nominasiyalarinda qalib secilmisdir 2019 cu ilin avqustunda Levan Gelbakiani filmde canlandirdigi rola gore Sarayevo Film Festivalinda En yaxsi aktyor nominasiyasinda Sarayevonun ureyi mukafatina layiq gorulmusdur 2019 cu ilin oktyabrinda film En yaxsi bedii film nominasiyasinda Ayris mukafatina layiq gorulmusdur Etirazlar Filmin Gurcustan premyerasinin elan edilmesinden sonra ultra konservativ ve rusiyaperest qruplar Tbilisi ve Batumide yayima mane olacaqlari ile bagli melumat yaymisdilar Bundan sonra Gurcustan Daxili Isler Nazirliyi vetendaslarin ozunu ifade azadliginin qorunacagi ile bagli beyanat yaymisdi Usaqlarin Mudafiesi Ictimai Herekatinin rehberi Levan Palavandisvili rusiyaperest is adami Levan Vasadze Rusiya Yevgeni Primakov Fondunun rehberi Dimitri Lortkipanidze ve ultra milletci Gurcu Marsi herekatinin rehberi Sandro Breqadze gurcu ve xristian deyerlerine zidd olan filmin yayiminin qarsisini almaq ucun kinoteatrlara uz tutacaqlarini bildirmisdiler Hedelere cavab veren rejissor Levan Akin qeyd edir ki Film izlemek ucun bilet almis insanlarin tehlukesizlikleri ile risk etmeleri ve hetta hucuma meruz qalma ehtimalini goze almis olmalari absurddur Men bu filmi sevgi ve qaygi ile cekmisem Gurcu Pravoslav Kilsesi premyerani desteklemese de istenilen zorakiliga qarsi oldugunu bildirmisdir 8 noyabr 2019 cu ilde Gurcustan Daxili Isler Nazirliyi premyeranin kecirileceyi Amirani kinoteatrini polis nezaretine vermis ve etrafina xususi teyinatli herbi quvveler toplamisdir Polis quvveleri Amirani kinoteatrinin girisini nezarete goturmusler Hemin gun bir qeder sonra Gurcu Marsi herekatinin bir nece yuz uzvu guc vasitesiyle kinoteatra daxil olmaga calisda da polis igtisascilarin qarsisini almisdir Igtisascilar kimliklerini gizletmek ucun uzlerine maskalar geyinmis ve polise qarsi pirotexnikadan istifade etmisler Polis Gurcustan Inzibati Cinayetler Kodeksinin 173 ve 166 ci maddelerini pozduqlarina gore iki neferi hebs etmisdir Numayisciler filmi izlemek ucun kinoteatra gelmis liderlerinden biri olan David Berdzenisviliye hucum etmisler Igtisascilarin hucumu neticesinde kinoteatrdan cixan liberal aktivist Ana Subeliani basindan zede almis ve xestexanaya yerlesdirilmisdir IstinadlarAhmeteli Nina A potom my tancevali Film o geyah vyzval protesty v Gruzii bbc com BBC Russia 9 noyabrya 2019 2022 05 12 tarixinde Istifade tarixi 10 noyabr 2019 და ჩვენ ვიცეკვეთ gurc 2019 Bradshaw P ing The Guardian com2020 ISSN 1756 3224 1354 4322 Keslassy Elsa Cannes Deerskin With Jean Dujardin to Open Directors Fortnight Variety ingilis 4 April 2019 25 April 2019 tarixinde Istifade tarixi 10 noyabr 2019 Goodfellow Melanie Cannes Directors Fortnight unveils genre heavy 2019 selection ScreenDaily 2019 07 04 tarixinde Istifade tarixi 10 noyabr 2019 Lindblad Helena Oscarsbidraget And then we danced ligger helt ratt i tiden 28 August 2019 14 September 2019 tarixinde Istifade tarixi 10 noyabr 2019 Dalton Ben Sweden submits Cannes title And Then We Danced for international feature Oscar ScreenDaily 28 August 2019 31 October 2019 tarixinde Istifade tarixi 10 noyabr 2019 And Then We Danced Rotten Tomatoes 2020 11 12 tarixinde Istifade tarixi 10 noyabr 2019 Petrasiuk Oleg Istomina Toma 10th Odesa International Film Festival celebrates cinematography announces winners Kyiv Post Kyiv Post 2021 03 03 tarixinde Istifade tarixi 10 noyabr 2019 25th Sarajevo Film Festival Awards Sarajevo Film Festival 2020 10 08 tarixinde Istifade tarixi 10 noyabr 2019 Arxivlenmis suret Twitter 2019 10 13 tarixinde Istifade tarixi 10 noyabr 2019 Protesters clash with police officers at Apollo cinema in Batumi 2020 10 21 tarixinde Istifade tarixi 2019 11 10 Georgian police vow to ensure peace amid threats voiced before premiere of film on gay love 2020 10 08 tarixinde Istifade tarixi 2019 11 10 Police mobilized at Amirani Cinema 2020 10 08 tarixinde Istifade tarixi 2019 11 10 Georgian March members trying to forcibly enter Amirani Cinema 2020 10 19 tarixinde Istifade tarixi 2019 11 10 Police detain two protesters outside Amirani Cinema 2021 05 14 tarixinde Istifade tarixi 2019 11 10 Republican Party leader physically assaulted at Amirani Cinema 2021 05 14 tarixinde Istifade tarixi 2019 11 10 Civil activist injured outside Amirani Cinema 2021 05 14 tarixinde Istifade tarixi 2019 11 10 Xarici kecidlerAnd Then We Danced Internet Movie Database saytinda