Uzun Həsən məscidi və ya Həsən Padşah məscidi (fars. مسجد حسن پادشاه ) - 1470-ci ildə Ağqoyunlu hökmdarı Uzun Həsənin əmri ilə Təbrizdə Sahib Abad meydanında inşa edilən məscid.
Uzun Həsən məscidi | |
---|---|
Ölkə | |
Yerləşir | Təbriz şəhristanı |
Üslubu | Səfəvi memarlığı[d] |
Material | kərpic, kaşı |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Uzun Həsən məscidi Nəsriyyə digər adı ilə Sahib Abad kompleksinin tərkib hissələrindən biri olub Təbrizdə, Sahib Abad meydanında yerləşir. Əsası 1466-cı ildə Qaraqoyunlu Cahanşah tərəfindən qoyulan Sahib Abad kompleksi günümüzdə mövcud deyil. 1467-ci ildə Ağqoyunlular hakimiyyətə gəldikdən sonra kompleksə öz binalarını əlavə edirlər. XV əsrdə Ağqoyunlu sarayında olan venesiyalı elçi İosafat Barbaro kompleks haqqında məlumatlar vermişdir. Daha sonra Xunci İsfahaninin qeydlərində kompleksə daxil olan Sultan Xəlil dövründə inşa edilib Sultan Yaqub tərəfindən inşaası davam etdirilən türbə barədə məlumatlar var. Məscid eyni yerdə yerləşən qaraqoyunlu məscidinin əvəzinə tikilmişdir.
Uzun Həsən məscidi ilə yanaşı Sahibüləmr məscidi də qalmaqdadır. Məscidin əsası Uzun Həsən tərəfindən qoyulub. Xunci qeydlərində yazır ki, Sultan Yaqub dövründə bura yararsız halda olduğundan Yaqubun anası Məlikə Səlcuqşah Bəyim məscidi barpa etdirdi. Bura yeni bir eyvan və üzəri mavi çinilərlə bəzədilmiş günbəz əlavə edildi. Mənbələrdə məscidin daş konstruksiyalı olduğu söylənilir ki, bu da onu ağqoyunlu memarlığının nadir nümunəsinə çevirir.
Səfəvilər dövründə, 1585-ci ildə osmanlılar qalanı mühasirəyə alanda Uzun Həsən məscidi zədələnir. Təbriz qüvvələrinin hücumçulara qarşı mübarizə məntəqələrindən biri kimi Uzun Həsən məscidindən istifadə etdikləri məlumdur. 1635-ci ildə osmanlılar şəhəri yenidən talan etdikdə, Uzun Həsən məscidi müftilərin xahişi ilə dağıdılmadı. Məscid xilas olsa da, əvvəllər onun şərq tərəfində tikilmiş bitişik Səfəvi məscidi xaraba vəziyyətə qaldı. Bu məscid 1679-cu ildə yenidən bərpa edilmişdir. Lakin 1780-ci ildə baş vermiş zəlzələ bütün nə ciddi ziyan vurmdu. Zəlzələdən sonra məscid yenidən 1826-cu ildə Uzun Həsənin soyundan olan Mirzə Mehdi Qadi tərəfindən bərpa etdirilir. Həmin tarixdən etibarən məscidlə bağlı məlumata rast gəlinmir.
Memarlıq xüsusiyyətləri
Övliya Çələbi Təbrizə səfəri zamanı Uzun Həsən məscidini görmüş və bu barədə aşağıdakıları yazmışdır:
Bu, Təbrizdə xiffətdən canını verib bu came yaxınlığında dəfn olunmuş Uzun Həsən camesidir ki, başdan-ayağa içi-bayırı, dörd bir tərəfi və qübbələri cümlə Kaşi çinisi ilə döşənmiş misilsiz bir camedir. Həqiqətən, Həsən hüsnü-nəzəri ilə elə bir müstəhsən (gözəl, məqbul) came inşa etdirmişdir ki, sanki Misirdəki Sultan Həsən camesidir. Minbəri və mehrabı, müəzzin guşəsi üzrə olan incə işlər və min bir sənət, minlərlə mahir mərmər ustası bir yerə cəm olsa o mehrab və minbərə bir tişə və ərrə, yəni dəstərə [mişar] vurmağa qadir deyildir. Camenin içində dörd bir tərəfində pəncərələrində olan dəmirçilik işi, büllur, nəcəf, moran şüşələrindəki sənətkar fəndləri heç bir camedə yoxdur. Qiblə qapısının dörd bir tərəfində olan cürbəcür zihlər, muqarnəs, islimilər və kitabələr, turuncalar, girişmələr, naxışlı rumilər var ki, hər biri aşkar bir sehrlə ustad qələmkarın qızıl əlinin məharətini əyan və bəyan edər. Və cümlə darvaza və pəncərələr üzərində Yaquti-Müstəsimi xətti ilə gözəl yazılar yazılmışdır. Və mehrabın hər iki tərəfində sarı rəngli yərəqani daşı vardır ki, hər biri bir İran-Turan xəracına dəyər, sanki kəhrəbadır. Bu sütunların bənzəri Misir, Şam, İraqi-Ərəb və Əcəmdə yoxdur. Yalnız bu Həsən camesindədir. |
Günümüzdə məscidin böyük günbəzli zalının yalnız bir hissəsi qalmaqdadır. Onun şərq hissəsi tamamilə dağılsa da sonralar Səfəvi və Qacar dövründə yenidən barpa edilib. Qərb hissədə 2 sadə, 2 künc sütunu üzərində 3 original niş qorunub saxlanılıb. Şimal və cənub tərəfdə yalnız 2 nişin qalıqları qalıb. Bu dörd tərəf birlikdə uzunluğu təqribən 20 metr olan dördkünc günbəz yuvasını əhatə edirdi. Günbəz hər tərəfdən 4 sütunla çevrələnmişdi (2 sadə, 2 kütləvi). Hal-hazırda günbəz dağılmışdır. Sadəcə 3 metrəlik hissəsi günümüzə qədər gəlib çıxıb. Güman ki, əvvəllər bu hissə ibadət üçün istifadə olunub. Buna səbəb mehrabın bəzi hissələrinin hələ də qalmasıdır. Məscidin məkan quruluşu Təbrizdəki Göy Məscid və Sahibüləmr məscidi ilə oxşardır. Buna səbəb hər iki məscidin günbəzlərlə örtülməsidir. Məscid İran memarlıq ənənələrindən daha çox Osmanlı modellərinə yaxın olan memarlıq elementləri daşıyır. Məscidin kənarında XIX əsrdə bərpa edilən mədrəsənin qalıqlarına rast gəlmək mümkündür. Bundan başqa Uzun Həsən məscidinin dağıntıları arasında çoxlu sayda keramika örtükləri aşkar edilmişdir. Onların bəziləri bərpa olunaraq sütunlar üzərinə yerləşdirisə də, böyük bir qismi anbarda saxlanılır. Onların texniki və üslub xüsusiyyətləri Aqqoyunlu dövrünə aiddir.
Məscidin şimal divarının çöl hissəsi kobalt və firuzəyi rəngli bannai kərpiclərlə bəzədilib. Bu haşiyə firuzəyi zəmində kobalt nöqtələrindən ibarətdir. Bənnai kərpiclərdən əsasən xarici dekorasiyada istifadə olunurdu. Məscidin xarabalıqlarında kobalt fonunda qara konturlu ağ dördbucaqlı naxışla boyanmış kiçik kvadrat formada şirli plitələr də aşkar edilmişdir. Bu cür mavi-ağ rəngli piltələr görünür ki, Bənnai dekorasiyasının bir hissəsi idi. Bu dekorasiyaya Göy Məscidin xarici örtüyündə də rast gəlindiyi üçün hər iki abidənin eyni heyət tərəfindən tikildiyi düşünülür. Təbrizdəki bu türkmən abidələrinin hər ikisi arasında möhkəm əlaqəni Uzun Həsən məscidinin daxili interyerində də görmək mümkündür. Keramik piltələr sütunlar və nişlər boyunca qalır. Hər künc üzəri müqərnəsli daş sütunlarla ön plana çıxır. Sütunların üst hissısi əsasən mozaik plitələrdən panellərlə örtülüb. Mehrabın özü kirəmitlə deyil, əksinə, sadə heykəltəraşlıq tağı ilə bəzədilmiş düzbucaqlı alebastr plitəsi ilə bəzədilib. Mehrabın üstündəki panel dördkünc kobalt və zərli kaşı ilə örtülmüşdür ki, bu texnika dövrü üçün belə nadir bir hal idi.
Uzun Həsən məscidinin dağıntıları arasında çoxlu mozaik plitələr tapılıb. Palitrada XV əsrin ikinci yarısında inkişaf edən türkmən repertuarına xas olan nəbati və bitki naxışlarından istifadə edilmişdir. Qismən bərpa edilmiş sütunlarda hələ də yalnız bəzi mozaika plitə panelləri görünür. Sütunların yuxarı panellərində XV əsr memarlığına xas olan incə bitki naxışları ilə təchiz olunmuş həndəsi kompozisiyalar nəzərə çarpır. Bu kompozisiyalara ağ fonda bitki naxışlarını əks etdirən kiçik, pastilşəkilli mavi-ağ plitələr qarışıb. İran və Orta Asiyada belə ağ-mavi kaşı nümunələrinə çox az rast gəlinsə də Uzun Həsən məscidində onlardan geniş istifadə olunub. Almaz formalı mavi və ağ plitələr Təbrizdə istehsal olunan mavi və ağ kaşıların geniş çeşidliliyini göstərir.
Məscidin xarabalıqlarında kiçik bir mavi-ağ kitabə sahəsi də aşkar edilmişdir. Fraqmentdə kobalt fonunda qara xəttlə təsvir edilmiş iki ağ kursiv hərflərin bir hissəsi görünür.
Uzun Həsən məscidində tapılan nadir memarlıq ünsürlərindən biri mavi ağ rəngli qabarmalı bitki naxışlı fraqmentlərdir. Bu nümunələr həmçinin Göy Məscidin minarələrində qarşımıza çıxır. Uzun müddət bu bir neçə fraqment öz memarlıq üslubunun bilinən yeganə örnəkləri idi. Lakin Uzun Həsən məscidinin tədqiqi zamanı buradan 2 çanta dolusu belə bəzək nümunələri toplanmışdır.
Mavi-ağ plitələrin çeşidi daha da genişdir. Qalan dadolar keramik plitələri və daş poliqonları birləşdirən həndəsi şəbəkələrdən ibarətdir. Kompozisiya almaz formalı, beşbucaqlılar və qoşa beşbucaqlarla əhatə olunmuş ulduzlara əsaslanır. Qiblə tərəfində bu kompozisiyalar müxtəlif növ oxşar plitələrlə doldurulub. Buna görə də Uzun Həsən məscidi tamamilə qeyri-adi mavi-ağ kirəmit düzümünə malikdir. Bu piltələrin yaxından incələsək burada 2 fərqli istehsal texnikasından istifadə edildiyini görmək olar.
Təbrizdə Uzun Həsən məscidindən mavi-ağ piltələr |
Onların əksəriyyəti ağ kobalt və qara boyalarla rənglənmiş şirəaltı ornamentlərdir. Lakin çox nadir piltələrdə eyni forma olsa da şirə üstü dekorasiyaya - ağ fonda qara haşiyəli kobalt bəzəklər- rast gəlmək mümkündür. Türkmən torpaqlarında bu cür "qara xətt" texnikasının istifadəsinə az rast gəlinir ki, Uzun Həsən məscidi də bunu nadir örnəklərindəndir. Son olaraq yivləri əhatə edən haşiyələrlə yanaşı həyəti çevrələyən çoxbucaqlı piltələr fərqli dekorasiyaya sahibdir. Bu plitələr çox incə relyefli çiçək ornamentinə malikdir. Aşağı hissələr şəffaf şirə altında qara boya ilə boyanıb. Rəng sxemi xüsusi diqqətə layiqdir. Bəzi yerlərdə kobalt və firuzəyi şirə ilə yanaşı, digər panellərdə yaşıl və müstəsna sarımtıl qəhvəyi rəng şirələrdən istifadə edilib. Bu cür qara-yaşıl və qara-firuzəyi kermaika növlərinə əsasən XV əsrin sonlarında rast gəlinir və onlar Kubaçi keramikaları ilə əlaqələndirilir. Lakin Uzun Həsən məscidində istifadə edilən eyni rəngli keramikalar Ağqoyunlu dövrü üçün nadir sayılan nümunədir. Kafellərdən birində yüngül relyef effektli xəttatlıq rəsm və polixrom şıraltı rəngləmə təsvir edilmişdir. Bu qeyri-adi xüsusiyyət Təbrizdə kirəmit istehsalının orijinallığının təcəssümüdür.
İstinadlar
- https://www.jstor.org/stable/26551681.
- https://jfaup.ut.ac.ir/article_80910.html.
- Woods, 1993. səh. 50
- Aube, 2016. səh. 34
- Aube, 2016. səh. 36
- Aube, 2016. səh. 41
- Aube, 2016. səh. 35
- Rıhtım, 2012. səh. 58
- Aube, 2016. səh. 37
- Aube, 2016. səh. 38
- Aube, 2016. səh. 42
- Aube, 2016. səh. 44
Həmçinin bax
Mənbə
- Sandra Aube. The Uzun Hasan Mosque in Tabriz: New Perspectives on a Tabrizi Ceramic Tile Workshop // Muqarnas Online. № 33 (1). Brill. 2016. ISSN 2211-8993.
- Mehmet Rıhtım. EVLİYA ÇƏLƏBİ SƏYAHƏTNAMƏSİNDƏ AZƏRBAYCAN. Bakı: Qafqaz Universiteti Qafqaz Araşdırmalar İnstitutu Nəşri. 2012. ISBN .
- John E. Woods. 300 yıllık Türk İmparatorluğu Akkoyunlular. İstanbul: Millet Yayınları. 1993.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Uzun Hesen mescidi ve ya Hesen Padsah mescidi fars مسجد حسن پادشاه 1470 ci ilde Agqoyunlu hokmdari Uzun Hesenin emri ile Tebrizde Sahib Abad meydaninda insa edilen mescid Uzun Hesen mescidi38 05 05 sm e 46 17 40 s u Olke IranYerlesir Tebriz sehristaniUslubu Sefevi memarligi d Material kerpic kasi Vikianbarda elaqeli mediafayllarTarixiUzun Hesen mescidi Nesriyye diger adi ile Sahib Abad kompleksinin terkib hisselerinden biri olub Tebrizde Sahib Abad meydaninda yerlesir Esasi 1466 ci ilde Qaraqoyunlu Cahansah terefinden qoyulan Sahib Abad kompleksi gunumuzde movcud deyil 1467 ci ilde Agqoyunlular hakimiyyete geldikden sonra komplekse oz binalarini elave edirler XV esrde Agqoyunlu sarayinda olan venesiyali elci Iosafat Barbaro kompleks haqqinda melumatlar vermisdir Daha sonra Xunci Isfahaninin qeydlerinde komplekse daxil olan Sultan Xelil dovrunde insa edilib Sultan Yaqub terefinden insaasi davam etdirilen turbe barede melumatlar var Mescid eyni yerde yerlesen qaraqoyunlu mescidinin evezine tikilmisdir Uzun Hesen mescidi ile yanasi Sahibulemr mescidi de qalmaqdadir Mescidin esasi Uzun Hesen terefinden qoyulub Xunci qeydlerinde yazir ki Sultan Yaqub dovrunde bura yararsiz halda oldugundan Yaqubun anasi Melike Selcuqsah Beyim mescidi barpa etdirdi Bura yeni bir eyvan ve uzeri mavi cinilerle bezedilmis gunbez elave edildi Menbelerde mescidin das konstruksiyali oldugu soylenilir ki bu da onu agqoyunlu memarliginin nadir numunesine cevirir Sefeviler dovrunde 1585 ci ilde osmanlilar qalani muhasireye alanda Uzun Hesen mescidi zedelenir Tebriz quvvelerinin hucumculara qarsi mubarize menteqelerinden biri kimi Uzun Hesen mescidinden istifade etdikleri melumdur 1635 ci ilde osmanlilar seheri yeniden talan etdikde Uzun Hesen mescidi muftilerin xahisi ile dagidilmadi Mescid xilas olsa da evveller onun serq terefinde tikilmis bitisik Sefevi mescidi xaraba veziyyete qaldi Bu mescid 1679 cu ilde yeniden berpa edilmisdir Lakin 1780 ci ilde bas vermis zelzele butun ne ciddi ziyan vurmdu Zelzeleden sonra mescid yeniden 1826 cu ilde Uzun Hesenin soyundan olan Mirze Mehdi Qadi terefinden berpa etdirilir Hemin tarixden etibaren mescidle bagli melumata rast gelinmir Memarliq xususiyyetleriOvliya Celebi Tebrize seferi zamani Uzun Hesen mescidini gormus ve bu barede asagidakilari yazmisdir Bu Tebrizde xiffetden canini verib bu came yaxinliginda defn olunmus Uzun Hesen camesidir ki basdan ayaga ici bayiri dord bir terefi ve qubbeleri cumle Kasi cinisi ile dosenmis misilsiz bir camedir Heqiqeten Hesen husnu nezeri ile ele bir mustehsen gozel meqbul came insa etdirmisdir ki san ki Misirdeki Sultan Hesen camesidir Minberi ve mehrabi muezzin gusesi uzre olan ince isler ve min bir senet minlerle mahir mermer ustasi bir yere cem olsa o mehrab ve minbere bir tise ve erre yeni destere misar vurmaga qadir deyildir Camenin icinde dord bir terefinde pencerelerinde olan demircilik isi bullur necef moran suselerindeki senetkar fendleri hec bir camede yoxdur Qible qapisinin dord bir terefinde olan curbecur zihler muqarnes islimiler ve kitabeler turuncalar girismeler naxisli rumiler var ki her biri askar bir sehrle ustad qelemkarin qizil elinin meharetini eyan ve beyan eder Ve cumle darvaza ve pencereler uzerinde Yaquti Mustesimi xetti ile gozel yazilar yazilmisdir Ve mehrabin her iki terefinde sari rengli yereqani dasi vardir ki her biri bir Iran Turan xeracina deyer sanki kehrebadir Bu sutunlarin benzeri Misir Sam Iraqi Ereb ve Ecemde yoxdur Yalniz bu Hesen camesindedir Tebrizdeki Uzun Hesen mescidi bannai bezekli pencere cercivesi Gunumuzde mescidin boyuk gunbezli zalinin yalniz bir hissesi qalmaqdadir Onun serq hissesi tamamile dagilsa da sonralar Sefevi ve Qacar dovrunde yeniden barpa edilib Qerb hissede 2 sade 2 kunc sutunu uzerinde 3 original nis qorunub saxlanilib Simal ve cenub terefde yalniz 2 nisin qaliqlari qalib Bu dord teref birlikde uzunlugu teqriben 20 metr olan dordkunc gunbez yuvasini ehate edirdi Gunbez her terefden 4 sutunla cevrelenmisdi 2 sade 2 kutlevi Hal hazirda gunbez dagilmisdir Sadece 3 metrelik hissesi gunumuze qeder gelib cixib Guman ki evveller bu hisse ibadet ucun istifade olunub Buna sebeb mehrabin bezi hisselerinin hele de qalmasidir Mescidin mekan qurulusu Tebrizdeki Goy Mescid ve Sahibulemr mescidi ile oxsardir Buna sebeb her iki mescidin gunbezlerle ortulmesidir Mescid Iran memarliq enenelerinden daha cox Osmanli modellerine yaxin olan memarliq elementleri dasiyir Mescidin kenarinda XIX esrde berpa edilen medresenin qaliqlarina rast gelmek mumkundur Bundan basqa Uzun Hesen mescidinin dagintilari arasinda coxlu sayda keramika ortukleri askar edilmisdir Onlarin bezileri berpa olunaraq sutunlar uzerine yerlesdirise de boyuk bir qismi anbarda saxlanilir Onlarin texniki ve uslub xususiyyetleri Aqqoyunlu dovrune aiddir Tebrizdeki Uzun Hesen mescidi kerpic panellere cevrilmis mavi ag dordbucaq piltelerTebrizdeki Uzun Hesen mescidi alebastr mehrabinin ustunde zerli kobalt pilteli qible divari Mescidin simal divarinin col hissesi kobalt ve firuzeyi rengli bannai kerpiclerle bezedilib Bu hasiye firuzeyi zeminde kobalt noqtelerinden ibaretdir Bennai kerpiclerden esasen xarici dekorasiyada istifade olunurdu Mescidin xarabaliqlarinda kobalt fonunda qara konturlu ag dordbucaqli naxisla boyanmis kicik kvadrat formada sirli pliteler de askar edilmisdir Bu cur mavi ag rengli pilteler gorunur ki Bennai dekorasiyasinin bir hissesi idi Bu dekorasiyaya Goy Mescidin xarici ortuyunde de rast gelindiyi ucun her iki abidenin eyni heyet terefinden tikildiyi dusunulur Tebrizdeki bu turkmen abidelerinin her ikisi arasinda mohkem elaqeni Uzun Hesen mescidinin daxili interyerinde de gormek mumkundur Keramik pilteler sutunlar ve nisler boyunca qalir Her kunc uzeri muqernesli das sutunlarla on plana cixir Sutunlarin ust hissisi esasen mozaik plitelerden panellerle ortulub Mehrabin ozu kiremitle deyil eksine sade heykelterasliq tagi ile bezedilmis duzbucaqli alebastr plitesi ile bezedilib Mehrabin ustundeki panel dordkunc kobalt ve zerli kasi ile ortulmusdur ki bu texnika dovru ucun bele nadir bir hal idi Uzun Hesen mescidinin dagintilari arasinda coxlu mozaik pliteler tapilib Palitrada XV esrin ikinci yarisinda inkisaf eden turkmen repertuarina xas olan nebati ve bitki naxislarindan istifade edilmisdir Qismen berpa edilmis sutunlarda hele de yalniz bezi mozaika plite panelleri gorunur Sutunlarin yuxari panellerinde XV esr memarligina xas olan ince bitki naxislari ile techiz olunmus hendesi kompozisiyalar nezere carpir Bu kompozisiyalara ag fonda bitki naxislarini eks etdiren kicik pastilsekilli mavi ag pliteler qarisib Iran ve Orta Asiyada bele ag mavi kasi numunelerine cox az rast gelinse de Uzun Hesen mescidinde onlardan genis istifade olunub Almaz formali mavi ve ag pliteler Tebrizde istehsal olunan mavi ve ag kasilarin genis cesidliliyini gosterir Mescidin xarabaliqlarinda kicik bir mavi ag kitabe sahesi de askar edilmisdir Fraqmentde kobalt fonunda qara xettle tesvir edilmis iki ag kursiv herflerin bir hissesi gorunur Uzun Hesen mescidinde tapilan nadir memarliq unsurlerinden biri mavi ag rengli qabarmali bitki naxisli fraqmentlerdir Bu numuneler hemcinin Goy Mescidin minarelerinde qarsimiza cixir Uzun muddet bu bir nece fraqment oz memarliq uslubunun bilinen yegane ornekleri idi Lakin Uzun Hesen mescidinin tedqiqi zamani buradan 2 canta dolusu bele bezek numuneleri toplanmisdir Mavi ag plitelerin cesidi daha da genisdir Qalan dadolar keramik pliteleri ve das poliqonlari birlesdiren hendesi sebekelerden ibaretdir Kompozisiya almaz formali besbucaqlilar ve qosa besbucaqlarla ehate olunmus ulduzlara esaslanir Qible terefinde bu kompozisiyalar muxtelif nov oxsar plitelerle doldurulub Buna gore de Uzun Hesen mescidi tamamile qeyri adi mavi ag kiremit duzumune malikdir Bu piltelerin yaxindan incelesek burada 2 ferqli istehsal texnikasindan istifade edildiyini gormek olar Tebrizde Uzun Hesen mescidinden mavi ag pilteler Onlarin ekseriyyeti ag kobalt ve qara boyalarla renglenmis sirealti ornamentlerdir Lakin cox nadir piltelerde eyni forma olsa da sire ustu dekorasiyaya ag fonda qara hasiyeli kobalt bezekler rast gelmek mumkundur Turkmen torpaqlarinda bu cur qara xett texnikasinin istifadesine az rast gelinir ki Uzun Hesen mescidi de bunu nadir orneklerindendir Son olaraq yivleri ehate eden hasiyelerle yanasi heyeti cevreleyen coxbucaqli pilteler ferqli dekorasiyaya sahibdir Bu pliteler cox ince relyefli cicek ornamentine malikdir Asagi hisseler seffaf sire altinda qara boya ile boyanib Reng sxemi xususi diqqete layiqdir Bezi yerlerde kobalt ve firuzeyi sire ile yanasi diger panellerde yasil ve mustesna sarimtil qehveyi reng sirelerden istifade edilib Bu cur qara yasil ve qara firuzeyi kermaika novlerine esasen XV esrin sonlarinda rast gelinir ve onlar Kubaci keramikalari ile elaqelendirilir Lakin Uzun Hesen mescidinde istifade edilen eyni rengli keramikalar Agqoyunlu dovru ucun nadir sayilan numunedir Kafellerden birinde yungul relyef effektli xettatliq resm ve polixrom siralti rengleme tesvir edilmisdir Bu qeyri adi xususiyyet Tebrizde kiremit istehsalinin orijinalliginin tecessumudur Istinadlarhttps www jstor org stable 26551681 https jfaup ut ac ir article 80910 html Woods 1993 seh 50 Aube 2016 seh 34 Aube 2016 seh 36 Aube 2016 seh 41 Aube 2016 seh 35 Rihtim 2012 seh 58 Aube 2016 seh 37 Aube 2016 seh 38 Aube 2016 seh 42 Aube 2016 seh 44Hemcinin baxUzun Hesen Sahibulemr mescidiMenbeSandra Aube The Uzun Hasan Mosque in Tabriz New Perspectives on a Tabrizi Ceramic Tile Workshop Muqarnas Online 33 1 Brill 2016 ISSN 2211 8993 Mehmet Rihtim EVLIYA CELEBI SEYAHETNAMESINDE AZERBAYCAN Baki Qafqaz Universiteti Qafqaz Arasdirmalar Institutu Nesri 2012 ISBN 978 9952 468 13 7 John E Woods 300 yillik Turk Imparatorlugu Akkoyunlular Istanbul Millet Yayinlari 1993