Tokio Texnologiya İnstitutu (yap. 東京工業大学) — Yaponiyanın Tokio şəhərində yerləşən ali təhsil müəssisəsi; dünyanın ən nüfuzlu elmi-tədqiqat mərkəzlərindən biridir.
Tokio Texnologiya İnstitutu 東工大 | |
---|---|
東京工業大学 | |
Əsası qoyulub | 1881 |
Tip | Dövlət |
Tələbə sayı | 9986 |
Şəhər | Tokio şəhəri |
Ölkə | |
Sayt | titech.ac.jp |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
1881-ci il mayın 26-da, Meydzi hakimiyyəti bərpa edildikdən 14 il sonra Tokio şəhərində Tokio Texniki Peşə Məktəbi yaradılır. 1890-cı ildə həmin məktəb Tokio Texnikumu, 1901-ci ildə isə Tokio Ali Texniki Məktəbi adlandırılır. Meydzi hökuməti dövlətin inkişaf səviyyəsi üzrə Qərbi ötüb keçmək üçün, ilk növbədə, ölkədə modernləşmiş mühəndis və sənətkar hazırlığına diqqət ayırır. İlk vaxtlar məktəb Tokio şəhərinin şərqində Kuramae ərazisində yerləşir. Lakin 1923-cü ildə baş vermiş Böyük Kanto zəlzələsi zamanı məktəbin binaları dağıntıya məruz qalır. 1929-cu ildə məktəb Tokionun cənubundakı Ookayama ərazisinə köçürülür və Milli Universitet statusu qazanır.
II Dünya müharibəsindən sonra, 1949-cu ildə Yaponiyada yeni təhsil sistemi qəbul edilir. Ali məktəbin Tokio Milli Universiteti adı Tokio Texnologiya İnstitutu ilə əvəz olunur. Müharibədən sonrakı bərpa və yenidənqurma dövründə institut sürətlə inkişaf etməyə başlayır, yüksək səviyyədə ixtisaslaşmış mühəndis, alim, iş adamları yetişdirir. İnstitutun nəzdində yeni məktəblər, elmi-tədqiqat laboratoriyaları açılır. 1971-ci ildə institutun Səhiyyə Xidməti, 1975-ci ildə Fənlərarası Elm və Texnika Məktəbi, 1976-ci ildə Hesablama Mərkəzi, 1988-ci ildə Kusatsu-Şirane Vulkan Tədqiqatları Rəsədxanası və əcnəbi tələbələr üçün Təhsil Mərkəzi, 1990-cı ildə Biologiya Elmləri və Biotexnologiya Məktəbi, 1994-cü ildə İnformatika və Texnika Məktəbi, 1997-ci ildə Radioizotop Tədqiqat Mərkəzi, 1999-cu ildə Qabaqcıl Maliyyə Texnologiyaları Tədqiqatları Mərkəzi və digər müəssisələr yaradılır.
2004-cü ilin aprelindən Tokio Texnologiya İnstitutu müstəqil inzibati müəssisə kimi "Tokio Texnologiya İnstitutu Milli Universitet Korporasiyası" adı altında fəaliyyət göstərməyə başlayır.
Müasir vəziyyəti
Tokio Texnologiya İnstitutu üç kampusdan ibarətdir. Bunlar Ookayama, Suzukakeday və Tamaçi tələbə şəhərcikləridir. Ookayama kampusu Mequro palatasında (Tokio şəhərində 23 inzibati ərazi) Ookayama dəmiryolu stansiyasının yaxınlığında, Tamaçi kampusu Minato palatasının Şibaura rayonunda Tamaçi stansiyasının yaxınlığında, Suzukakeday kampusu isə Midori-Ku palatasının (Yokohama şəhərində 18 inzibati ərazidən biri) Naqatsuta-Ço ərazisində yerləşir.
Tokio Texnologiya İnstitutunun nəzdində 3 bakalavr məktəbi, 6 ali məktəb (magistr və doktorantlar, tədqiqatçılar üçün), 3 institut, 5 elmi-tədqiqat laboratoriyası, çoxlu sayda mərkəz fəaliyyət göstərir.
Bakalavr məktəbləri
Elm Məktəbi Riyaziyyat, Fizika, Kimya, İnformasiya elmləri, Yer və Planet elmləri departamentlərindən, Mühəndislik Məktəbi Metallurgiya, Orqanik və polimer materiallar, Qeyri-orqanik materiallar, Kimya maşınqayırması, Tətbiqi kimya, Polimerlər kimyası, Maşınqayırma mühəndisliyi və elmi, Mexanika və intellektual sistemlər mühəndisliyi, Mexanika-aerokosmik texnikası, İdarəetmə və sistemlər texnikası, Sənaye və sistemlər texnikası, Elektriklik və elektron mühəndislik, Kompüter elmləri, Vətəndaş və ekologiya mühəndisliyi, Memarlıq və inşaat texnikası, Sosial mühəndislik, Beynəlxalq inkişaf mühəndisliyi departamentlərindən, Biologiya və Biotexnologiya Məktəbi Bioelmlər, Biotexnologiyalar departamentlərindən ibarətdir.
Ali məktəblər
Elm və Texnika Məktəbi Riyaziyyat, Hissəciklər, nüvə fizikası və astrofizika, Sıxlaşdırılmış materiya fizikası, Kimya, Yer və Planet elmləri, Kimya və materialşünaslıq, Metallurgiya və keramika elmləri, Orqanik və polimer materiallar, Tətbiqi kimya, Kimya maşınqayırması, Mexanika elmləri və mühəndisliyi, Mexanika və idarəetmə texnikası, Mexanika-aerokosmik texnikası, Elektriklik və elektron mühəndislik, Fiziki elektronika, Kommunikasiya və kompleks sistemlər, Vətəndaş mühəndisliyi, Memarlıq və inşaat texnikası, Beynəlxalq inkişaf mühəndisliyi, Nüvə texnikası departamentlərindən, Dəqiq Elmlər üzrə İnteraktiv Tədqiqatlar Mərkəzindən, Təsvir Elmləri və Mühəndislik laboratoriyasından, Biologiya Elmləri və Biotexnologiya Məktəbi Həyat elmləri, Biologiya elmləri, Bioloji informasiya, Biomühəndislik, Biomolekulyar mühəndislik departamentlərindən, Fənlərarası Elmlər və Mühəndislik Məktəbi İnnovativ və ixtisaslaşdırılmış materiallar, Elektron kimya, Material elmləri və texnika, Ekologiya elmləri və texnika, Ətraf mühit quruculuğu, Enerji elmləri, Ekologiya kimyası və mühəndisliyi, Elektronika və və tətbiqi fizika, Mikromexanika mühəndisliyi, Hesablama məlumatı və sistemlər elmi, İnformasiya işlənməsi departamentlərindən, İnformasiya Elmləri və Texnika Məktəbi Riyaziyyat və hesablama elmləri, Kompüter elmləri, Mexanika və iqlim informatikası departamentlərindən, Qərar Elmləri və Texnikası Məktəbi İnsan sistemləri, Dəyər və qərar elmləri, Sənaye mühəndisliyi və idarəetmə, Sosial mühəndislik departamentlərindən, İnnovasiya Menecmenti Məktəbi Texnologiyaların idarəolunması, İnnovasiyalar departamentlərindən ibarətdir.
Tokio Texnologiya İnstitutuna Kimya Resursları, Dəqiqlik və Məlumat, Mikrosistemlər Elmi-Tədqiqat, Material və Konstruksiyalar, Nüvə reaktorları tədqiqatı laboratoriyaları, Birləşdirilmiş Tədqiqat, Qlobal Edge, Məhsuldar Lider İnkubasiyası Platforması institutları, filial kimi fəaliyyət göstərən Tokio Texnologiya İnstitutu Elm və Texnika Ali Məktəbi, Sağlamlıq, Tədqiqat və Təhsil Texnologiyalarının İnkişafı, Qlobal İnformasiya Hesablama, Aşağı Temperatur Fizikası, Fotoqalvanika Elmi-Tədqiqat, Tədris Müəssisələri Elmi, Vulkan Maye Tədqiqatları, Beynəlxalq Tələbə, Kvant Nanoelektronika Tədqiqatları, Yeni Nanomateriallar Tədqiqatları, Xarici dil Tədrisi, Asiya-Afrika Biologiyası, Bioloji Resurslar və İnformatika, Super-Mexaniki Sistemlər, Qabaqcıl Maliyyə Texnologiyaları, Struktur Mühəndislik Tədqiqatları, Beynəlxalq Yüksək Molekulyar Tədqiqatlar, Seysmik Şəhər Tikintisi, Böyükmasştablı İnformasiya Resursları, Layihələşdirmə və İstehsal Əməkdaşlığı və s. mühüm elmi-tədqiqat mərkəzləri daxildir.
Kitabxana sistemi
Tokio Texnologiya İnstitutunun kitabxana sistemi Yaponiyada ən zəngin elmi və texniki nəşrlərə malik olan kitabxanadır. 1977-ci ildə kitabxana Yaponiya Təhsil Nazirliyi (MEXT) tərəfindən texnologiya sahəsi üzrə Xarici Periodik Nəşrlər Milli Mərkəzi təyinatı alıb, həmin ildən etibarən mühüm beynəlxalq elmi konfrans və tədbirlər səviyyəsində minlərlə elmi iş və digər nəşrlər çap edir. 1998-ci ildə kitabxananın elektron xidməti yaradılıb. Bu xidmət institutun müxtəlif kampuslarında fəaliyyət göstərən beş kitabxananı birləşdirərək istifadəçilərin akademik resursları əldə etmələrini asanlaşdırır, onlara geniş imkanlar yaradır. Hazırda kitabxana sisteminə dəqiq elmlər və texnologiya sahəsinə aid 1 milyona yaxın kitab, 20 minə yaxın jurnal və s. daxildir. Qeyd olunan rəqəmlər mütəmadi olaraq artmaqdadır.
Yataqxanaları
Tokio Texnologiya İnstitutu yetərincə tələbə yerləşdirə biləcək rahat və yüksək şəraitlə təchiz edilmiş yataqxanalara malikdir. Bunlardan Şofu Qakuşa, Senzoku-ike Beynəlxalq, Şofu, Umeqaoka, Komaba Beynəlxalq yataqxanalarını, Tokio Beynəlxalq Mübadilə Mərkəzini qeyd etmək olar. Şofu Qakuşa yataqxanası oğlanlar üçün nəzərdə tutulub. Yataqxananın binaları Ookayama və Suzukakeday kampuslarında yerləşir. Senzoku-ike yataqxanası Ookayama kampusunun yaxınlığındadır, qızlar, eləcə də əcnəbi tələbə və tədqiqatçılar üçün nəzərdə tutulub. Əcnəbi tələbələr üçün Şofu yataqxanasında 46, Umeqaoka yataqxanasında 50, Komaba yataqxanasında 70, Tokio Beynəlxalq Mübadilə Mərkəzində 22 bir nəfərlik otaq mövcuddur. İnstitutda əcnəbi tələbələrin sayı 1000-dən artıq olduğundan tələbə yalnız bir il yataqxanada qala bilər. Təkcə Komaba yataqxanasında və Tokio Beynəlxalq Mübadilə Mərkəzində iki il eyni otaqda qalmağa icazə verilir. Hər il yeni qəbul olunan tələbələr həmin otaqlarda yerləşdirilir, yuxarı kurs tələbələri isə onlara təklif olunan özəl mənzillərdə otaq tuturlar. Ookayama kampusu yaxınlığındakı özəl mənzillərdə otaqların aylıq qiyməti 60000–70000 yen, Suzukakeday kampusu yaxınlığında isə 50000–60000 yen təşkil edir. Ookayama kampusunda yerləşən Beynəlxalq Ev yalnız tədqiqatçılar üçün nəzərdə tutulub.
Tələbə həyatı
Tokio Texnologiya İnstitutunda 80 klub və gənclər təşkilatı, eləcə də mədəni və idman birlikləri ("Los Guaracheros" latın caz qrupu, "Şin-qi-tay" (ruh-texnika-fiziki güc) karate, velosport klubu, "Chor Kleines" qarışıq xor qrupu, xizəkçilər qrupu, "Çağırış və yaratmaq" adlı (təyyarə və elektromobil yaradıcıları dəstəsi və s.) mövcuddur. Bu təşkilatlar həftənin üçüncü gününü çıxmaqla ödənişli fəaliyyət göstərir. Təşkilatlar yeni üzvləri aprel ayında qəbul edir, köhnə üzvlər üçün isə hər zaman açıq olur. Gənclərin dərsdən sonrakı həyatının səmərəli keçməsi üçün institutda bir çox tədbirlər görülür.
Kontingent
Tokio Texnologiya İnstitutunun prezidenti 2007-ci ilin oktyabrından bu vəzifəyə təyin edilmiş texniki elmlər doktoru, professor Keniçi İqadır. K. İqa Tokio Texnologiya İnstitutunda bakalavr, magistr və doktorluq dərəcələri alıb, eləcə də həmin ali təhsil ocağında 30 il dərs deyib və elmi-tədqiqatlar aparıb. İnstitutun əməkdaşlarının ümumi sayı 1710 nəfərdir. Onların 1150 nəfərini akademik, qalan hissəsini isə inzibati heyət təşkil edir.
2009–2010-cu tədris ilində Tokio Texnologiya İnstitutunda ümumilikdə 9986 nəfər təhsilalan qeydə alınmışdır. Onların 4860 nəfərini bakalavr, 3484 nəfərini magistratura, 1524 nəfərini doktorantura səviyyələrində təhsil alan, 118 nəfərini isə instituta tədqiqat aparmaq üçün gələnlər təşkil edib. İnstitutda dünyanın 100-ə yaxın ölkəsindən 1149 nəfər əcnəbi tələbə təhsil alıb. Əcnəbi tələbələrin əksər hissəsi Çin, Koreya, Vyetnam, İndoneziyadan olan gənclərdir. Dünya üzrə institutun 90000-dən çox məzunu var.
Tokio Texnologiya İnstitutu yüksək intellektə malik gənc kadrlar hazırlayan elm və texnologiya mərkəzidir. Burada saysız-hesabsız elmi tədqiqatlar həyata keçirilir, dünyanın müxtəlif aparıcı universitetləri ilə layihələr hazırlanır. İnstitutun daha sürətli inkişafını təmin etmək məqsədi ilə bu təhsil ocağında ümumi təhsili genişləndirmək, tələbələri ən yeni texnologiyalarla təchiz etmək, gənclərdə yüksək etik hisslər aşılamaq, problemləri tez aşkarlamaq və həll etmək bacarıqlarını, müstəqil yaradıcılıqla məşğul olmaq və tədqiqatlar aparmaq keyfiyyətlərini gücləndirmək və s. üzrə yeni-yeni proqramlar qəbul edilir. İnstitutun missiyası qlobal insan potensialının inkişafına yönəldilib.
Tokio Texnologiya İnstitutunun prezidenti 2010–2011-ci tədris ilinin açılışında çıxış edərkən rəhbərlik etdiyi elm ocağı haqqında deyib:
"Tokoday (Tokio Texnologiya İnstitutu) Yaponiyanın ən böyük milli elm və texnologiya universitetidir. 2011-ci ildə biz 130 illik yubileyimizi qeyd edəcəyik. Bizim məqsədimiz hər zaman cəmiyyətin inkişafına fayda vermək, yeni dəyərlər yaratmaqdan ibarət olub. Biz azadlıq və sərbəstliyə hörmət edir, haqq-ədalətin tərəfində durur, dünyanın inamını qazanmağa çalışırıq. Dünya dəyişir və insan həyatının keyfiyyətini yüksəldən daha yeni texnologiyalara tələbat yaranır. Bu isə bizim, Tokio Texnologiya İnstitutunun dünyada yerini daha da möhkəmləndirir. İndi bizim zamanımızdır. Gəlin cəmiyyətimizin rifahı yolunda birgə səylə çalışaq və bəşəriyyətə fərqli və yüksək səviyyəli elmi nailiyyətlər bəxş edək!"
Xarici əlaqələri
Tokio Texnologiya İnstitutu Avropa və Asiyanın aparıcı universitetləri arasında tələbə və alim mübadiləsi həyata keçirən LAOTSE beynəlxalq şəbəkəsinə daxildir.
Şərqi Asiya Tədqiqat Universitetləri Assosiasiyasının üzvüdür.
Büdcəsi
2009–2010-cu tədris ilində Tokio Texnologiya İnstitutunun illik gəlir və xərcləri 47983000000 yen olub. Gəlirlərin 45%-ni əməliyyat qrantları, 30%-ni sponsorların yardımları, 13,1%-ni təhsil haqqı və s. yığımlar, qalanlarını isə digər vəsaitlər, xərclərin isə 34,2%-ni əməkdaşların əməkhaqqı və digər xidmətlər, 30,3%-ni yardımlar, 13,4%-ni təhsil və tədqiqat, qalanlarını isə başqa məsrəflər təşkil edib.
Təhsil haqqı
2010–2011-ci tədris ilində Tokio Texnologiya İnstitutunda təhsil haqqı oxuyanlarını bakalavriat, magistratura və ya doktorantura dərəcələrində oxumalarından asılı olmayaraq 535800 yendir. Buraya tədqiqat aparmaq üçün gələnlər ildə 356400 yen ödəyirlər.
Tokio Texnologiya İnstitutu tələbələrə 50-dən çox təqaüd proqramı təklif edir. Təqaüd almaq üçün tələbə ərizə ilə instituta müraciət etməlidir. Əsas təqaüd Yaponiya hökumətinin təqdim etdiyi 7 kateqoriyadan ibarət MEXT təqaüd proqramıdır. Bu təqaüdə əsasən bakalavr pilləsində təhsil alanlar ayda 128000, magistratura pilləsində 157000, doktorantura pilləsində isə 158000 yen alırlar.
Reytinqi
Böyük Britaniyanın "Times Higher Education Supplement — QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Tokio Texnologiya İnstitutu Münhen Texniki Universiteti ilə birgə 100 ən yaxşı ali məktəb arasında 55-ci yerdə olmuşdur.
2010-cu ildə "Times Higher Education World University Rankings"in açıqlamasına əsasən Tokio Texnologiya İnstitutu dünyanın ən nüfuzlu universitetləri arasında 112-ci yerdə, "QS World University Rankings"in açıqlamasına əsasən isə 60-cı yerdə idi.
Məşhur məzunları
Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:
- Naoto Kan – Yaponiyanın Baş naziri;
- – Yaponiya Biznes Federasiyasının sabiq sədri;
- – "Nintendo" şirkətinin baş direktoru;
- – "Fujitsu" şirkətinin sabiq icraçı direktoru;
- Hideki Sirakava – kimya üzrə Nobel mükafatı laureatı;
- – biznesmen və analitik, ilk noutbukun prototipini yaradan şəxs;
- – şair, filosof, ədəbiyyat tənqidçisi;
- – robot texnologiyasının yaradıcılarından biri;
- – ferrit maqnitlərini kəşf etmiş alim;
- – məşhur riyaziyyatçı;
- – "Kinema Junpo" film jurnalının yaradıcısı.
Həmçinin bax
Mənbə
- Lamiyə Əliyeva, Dünya universitetləri: Tokio Texnologiya İnstitutu 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 10.12.2010, № 48. (az.)
İstinadlar
- 17 Members 2022-07-09 at the Wayback Machine. aearu.org (ing.)
Xarici keçidlər
- titech.ac.jp — Tokio Texnologiya İnstitutunun rəsmi saytı
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Tokio Texnologiya Institutu yap 東京工業大学 Yaponiyanin Tokio seherinde yerlesen ali tehsil muessisesi dunyanin en nufuzlu elmi tedqiqat merkezlerinden biridir Tokio Texnologiya Institutu 東工大東京工業大学35 36 18 sm e 139 41 02 s u Esasi qoyulub 1881Tip DovletTelebe sayi 9986Seher Tokio seheriOlke YaponiyaSayt titech ac jp Vikianbarda elaqeli mediafayllarTarixi1881 ci il mayin 26 da Meydzi hakimiyyeti berpa edildikden 14 il sonra Tokio seherinde Tokio Texniki Pese Mektebi yaradilir 1890 ci ilde hemin mekteb Tokio Texnikumu 1901 ci ilde ise Tokio Ali Texniki Mektebi adlandirilir Meydzi hokumeti dovletin inkisaf seviyyesi uzre Qerbi otub kecmek ucun ilk novbede olkede modernlesmis muhendis ve senetkar hazirligina diqqet ayirir Ilk vaxtlar mekteb Tokio seherinin serqinde Kuramae erazisinde yerlesir Lakin 1923 cu ilde bas vermis Boyuk Kanto zelzelesi zamani mektebin binalari dagintiya meruz qalir 1929 cu ilde mekteb Tokionun cenubundaki Ookayama erazisine kocurulur ve Milli Universitet statusu qazanir II Dunya muharibesinden sonra 1949 cu ilde Yaponiyada yeni tehsil sistemi qebul edilir Ali mektebin Tokio Milli Universiteti adi Tokio Texnologiya Institutu ile evez olunur Muharibeden sonraki berpa ve yenidenqurma dovrunde institut suretle inkisaf etmeye baslayir yuksek seviyyede ixtisaslasmis muhendis alim is adamlari yetisdirir Institutun nezdinde yeni mektebler elmi tedqiqat laboratoriyalari acilir 1971 ci ilde institutun Sehiyye Xidmeti 1975 ci ilde Fenlerarasi Elm ve Texnika Mektebi 1976 ci ilde Hesablama Merkezi 1988 ci ilde Kusatsu Sirane Vulkan Tedqiqatlari Resedxanasi ve ecnebi telebeler ucun Tehsil Merkezi 1990 ci ilde Biologiya Elmleri ve Biotexnologiya Mektebi 1994 cu ilde Informatika ve Texnika Mektebi 1997 ci ilde Radioizotop Tedqiqat Merkezi 1999 cu ilde Qabaqcil Maliyye Texnologiyalari Tedqiqatlari Merkezi ve diger muessiseler yaradilir 2004 cu ilin aprelinden Tokio Texnologiya Institutu musteqil inzibati muessise kimi Tokio Texnologiya Institutu Milli Universitet Korporasiyasi adi altinda fealiyyet gostermeye baslayir Muasir veziyyetiOokayama kampusuSuzukakeday kampusu Tokio Texnologiya Institutu uc kampusdan ibaretdir Bunlar Ookayama Suzukakeday ve Tamaci telebe sehercikleridir Ookayama kampusu Mequro palatasinda Tokio seherinde 23 inzibati erazi Ookayama demiryolu stansiyasinin yaxinliginda Tamaci kampusu Minato palatasinin Sibaura rayonunda Tamaci stansiyasinin yaxinliginda Suzukakeday kampusu ise Midori Ku palatasinin Yokohama seherinde 18 inzibati eraziden biri Naqatsuta Co erazisinde yerlesir Tokio Texnologiya Institutunun nezdinde 3 bakalavr mektebi 6 ali mekteb magistr ve doktorantlar tedqiqatcilar ucun 3 institut 5 elmi tedqiqat laboratoriyasi coxlu sayda merkez fealiyyet gosterir Bakalavr mektebleri Elm Mektebi Riyaziyyat Fizika Kimya Informasiya elmleri Yer ve Planet elmleri departamentlerinden Muhendislik Mektebi Metallurgiya Orqanik ve polimer materiallar Qeyri orqanik materiallar Kimya masinqayirmasi Tetbiqi kimya Polimerler kimyasi Masinqayirma muhendisliyi ve elmi Mexanika ve intellektual sistemler muhendisliyi Mexanika aerokosmik texnikasi Idareetme ve sistemler texnikasi Senaye ve sistemler texnikasi Elektriklik ve elektron muhendislik Komputer elmleri Vetendas ve ekologiya muhendisliyi Memarliq ve insaat texnikasi Sosial muhendislik Beynelxalq inkisaf muhendisliyi departamentlerinden Biologiya ve Biotexnologiya Mektebi Bioelmler Biotexnologiyalar departamentlerinden ibaretdir Ali mektebler Elm ve Texnika Mektebi Riyaziyyat Hissecikler nuve fizikasi ve astrofizika Sixlasdirilmis materiya fizikasi Kimya Yer ve Planet elmleri Kimya ve materialsunasliq Metallurgiya ve keramika elmleri Orqanik ve polimer materiallar Tetbiqi kimya Kimya masinqayirmasi Mexanika elmleri ve muhendisliyi Mexanika ve idareetme texnikasi Mexanika aerokosmik texnikasi Elektriklik ve elektron muhendislik Fiziki elektronika Kommunikasiya ve kompleks sistemler Vetendas muhendisliyi Memarliq ve insaat texnikasi Beynelxalq inkisaf muhendisliyi Nuve texnikasi departamentlerinden Deqiq Elmler uzre Interaktiv Tedqiqatlar Merkezinden Tesvir Elmleri ve Muhendislik laboratoriyasindan Biologiya Elmleri ve Biotexnologiya Mektebi Heyat elmleri Biologiya elmleri Bioloji informasiya Biomuhendislik Biomolekulyar muhendislik departamentlerinden Fenlerarasi Elmler ve Muhendislik Mektebi Innovativ ve ixtisaslasdirilmis materiallar Elektron kimya Material elmleri ve texnika Ekologiya elmleri ve texnika Etraf muhit quruculugu Enerji elmleri Ekologiya kimyasi ve muhendisliyi Elektronika ve ve tetbiqi fizika Mikromexanika muhendisliyi Hesablama melumati ve sistemler elmi Informasiya islenmesi departamentlerinden Informasiya Elmleri ve Texnika Mektebi Riyaziyyat ve hesablama elmleri Komputer elmleri Mexanika ve iqlim informatikasi departamentlerinden Qerar Elmleri ve Texnikasi Mektebi Insan sistemleri Deyer ve qerar elmleri Senaye muhendisliyi ve idareetme Sosial muhendislik departamentlerinden Innovasiya Menecmenti Mektebi Texnologiyalarin idareolunmasi Innovasiyalar departamentlerinden ibaretdir Tokio Texnologiya Institutuna Kimya Resurslari Deqiqlik ve Melumat Mikrosistemler Elmi Tedqiqat Material ve Konstruksiyalar Nuve reaktorlari tedqiqati laboratoriyalari Birlesdirilmis Tedqiqat Qlobal Edge Mehsuldar Lider Inkubasiyasi Platformasi institutlari filial kimi fealiyyet gosteren Tokio Texnologiya Institutu Elm ve Texnika Ali Mektebi Saglamliq Tedqiqat ve Tehsil Texnologiyalarinin Inkisafi Qlobal Informasiya Hesablama Asagi Temperatur Fizikasi Fotoqalvanika Elmi Tedqiqat Tedris Muessiseleri Elmi Vulkan Maye Tedqiqatlari Beynelxalq Telebe Kvant Nanoelektronika Tedqiqatlari Yeni Nanomateriallar Tedqiqatlari Xarici dil Tedrisi Asiya Afrika Biologiyasi Bioloji Resurslar ve Informatika Super Mexaniki Sistemler Qabaqcil Maliyye Texnologiyalari Struktur Muhendislik Tedqiqatlari Beynelxalq Yuksek Molekulyar Tedqiqatlar Seysmik Seher Tikintisi Boyukmasstabli Informasiya Resurslari Layihelesdirme ve Istehsal Emekdasligi ve s muhum elmi tedqiqat merkezleri daxildir Kitabxana sistemiTokio Texnologiya Institutunun kitabxana sistemi Yaponiyada en zengin elmi ve texniki nesrlere malik olan kitabxanadir 1977 ci ilde kitabxana Yaponiya Tehsil Nazirliyi MEXT terefinden texnologiya sahesi uzre Xarici Periodik Nesrler Milli Merkezi teyinati alib hemin ilden etibaren muhum beynelxalq elmi konfrans ve tedbirler seviyyesinde minlerle elmi is ve diger nesrler cap edir 1998 ci ilde kitabxananin elektron xidmeti yaradilib Bu xidmet institutun muxtelif kampuslarinda fealiyyet gosteren bes kitabxanani birlesdirerek istifadecilerin akademik resurslari elde etmelerini asanlasdirir onlara genis imkanlar yaradir Hazirda kitabxana sistemine deqiq elmler ve texnologiya sahesine aid 1 milyona yaxin kitab 20 mine yaxin jurnal ve s daxildir Qeyd olunan reqemler mutemadi olaraq artmaqdadir YataqxanalariTokio Texnologiya Institutu yeterince telebe yerlesdire bilecek rahat ve yuksek seraitle techiz edilmis yataqxanalara malikdir Bunlardan Sofu Qakusa Senzoku ike Beynelxalq Sofu Umeqaoka Komaba Beynelxalq yataqxanalarini Tokio Beynelxalq Mubadile Merkezini qeyd etmek olar Sofu Qakusa yataqxanasi oglanlar ucun nezerde tutulub Yataqxananin binalari Ookayama ve Suzukakeday kampuslarinda yerlesir Senzoku ike yataqxanasi Ookayama kampusunun yaxinligindadir qizlar elece de ecnebi telebe ve tedqiqatcilar ucun nezerde tutulub Ecnebi telebeler ucun Sofu yataqxanasinda 46 Umeqaoka yataqxanasinda 50 Komaba yataqxanasinda 70 Tokio Beynelxalq Mubadile Merkezinde 22 bir neferlik otaq movcuddur Institutda ecnebi telebelerin sayi 1000 den artiq oldugundan telebe yalniz bir il yataqxanada qala biler Tekce Komaba yataqxanasinda ve Tokio Beynelxalq Mubadile Merkezinde iki il eyni otaqda qalmaga icaze verilir Her il yeni qebul olunan telebeler hemin otaqlarda yerlesdirilir yuxari kurs telebeleri ise onlara teklif olunan ozel menzillerde otaq tuturlar Ookayama kampusu yaxinligindaki ozel menzillerde otaqlarin ayliq qiymeti 60000 70000 yen Suzukakeday kampusu yaxinliginda ise 50000 60000 yen teskil edir Ookayama kampusunda yerlesen Beynelxalq Ev yalniz tedqiqatcilar ucun nezerde tutulub Telebe heyatiTokio Texnologiya Institutunda 80 klub ve gencler teskilati elece de medeni ve idman birlikleri Los Guaracheros latin caz qrupu Sin qi tay ruh texnika fiziki guc karate velosport klubu Chor Kleines qarisiq xor qrupu xizekciler qrupu Cagiris ve yaratmaq adli teyyare ve elektromobil yaradicilari destesi ve s movcuddur Bu teskilatlar heftenin ucuncu gununu cixmaqla odenisli fealiyyet gosterir Teskilatlar yeni uzvleri aprel ayinda qebul edir kohne uzvler ucun ise her zaman aciq olur Genclerin dersden sonraki heyatinin semereli kecmesi ucun institutda bir cox tedbirler gorulur KontingentTokio Texnologiya Institutunun prezidenti 2007 ci ilin oktyabrindan bu vezifeye teyin edilmis texniki elmler doktoru professor Kenici Iqadir K Iqa Tokio Texnologiya Institutunda bakalavr magistr ve doktorluq dereceleri alib elece de hemin ali tehsil ocaginda 30 il ders deyib ve elmi tedqiqatlar aparib Institutun emekdaslarinin umumi sayi 1710 neferdir Onlarin 1150 neferini akademik qalan hissesini ise inzibati heyet teskil edir 2009 2010 cu tedris ilinde Tokio Texnologiya Institutunda umumilikde 9986 nefer tehsilalan qeyde alinmisdir Onlarin 4860 neferini bakalavr 3484 neferini magistratura 1524 neferini doktorantura seviyyelerinde tehsil alan 118 neferini ise instituta tedqiqat aparmaq ucun gelenler teskil edib Institutda dunyanin 100 e yaxin olkesinden 1149 nefer ecnebi telebe tehsil alib Ecnebi telebelerin ekser hissesi Cin Koreya Vyetnam Indoneziyadan olan genclerdir Dunya uzre institutun 90000 den cox mezunu var Tokio Texnologiya Institutu yuksek intellekte malik genc kadrlar hazirlayan elm ve texnologiya merkezidir Burada saysiz hesabsiz elmi tedqiqatlar heyata kecirilir dunyanin muxtelif aparici universitetleri ile layiheler hazirlanir Institutun daha suretli inkisafini temin etmek meqsedi ile bu tehsil ocaginda umumi tehsili genislendirmek telebeleri en yeni texnologiyalarla techiz etmek genclerde yuksek etik hissler asilamaq problemleri tez askarlamaq ve hell etmek bacariqlarini musteqil yaradiciliqla mesgul olmaq ve tedqiqatlar aparmaq keyfiyyetlerini guclendirmek ve s uzre yeni yeni proqramlar qebul edilir Institutun missiyasi qlobal insan potensialinin inkisafina yoneldilib Tokio Texnologiya Institutunun prezidenti 2010 2011 ci tedris ilinin acilisinda cixis ederken rehberlik etdiyi elm ocagi haqqinda deyib Tokoday Tokio Texnologiya Institutu Yaponiyanin en boyuk milli elm ve texnologiya universitetidir 2011 ci ilde biz 130 illik yubileyimizi qeyd edeceyik Bizim meqsedimiz her zaman cemiyyetin inkisafina fayda vermek yeni deyerler yaratmaqdan ibaret olub Biz azadliq ve serbestliye hormet edir haqq edaletin terefinde durur dunyanin inamini qazanmaga calisiriq Dunya deyisir ve insan heyatinin keyfiyyetini yukselden daha yeni texnologiyalara telebat yaranir Bu ise bizim Tokio Texnologiya Institutunun dunyada yerini daha da mohkemlendirir Indi bizim zamanimizdir Gelin cemiyyetimizin rifahi yolunda birge seyle calisaq ve beseriyyete ferqli ve yuksek seviyyeli elmi nailiyyetler bexs edek Xarici elaqeleriTokio Texnologiya Institutu Avropa ve Asiyanin aparici universitetleri arasinda telebe ve alim mubadilesi heyata keciren LAOTSE beynelxalq sebekesine daxildir Serqi Asiya Tedqiqat Universitetleri Assosiasiyasinin uzvudur Budcesi2009 2010 cu tedris ilinde Tokio Texnologiya Institutunun illik gelir ve xercleri 47983000000 yen olub Gelirlerin 45 ni emeliyyat qrantlari 30 ni sponsorlarin yardimlari 13 1 ni tehsil haqqi ve s yigimlar qalanlarini ise diger vesaitler xerclerin ise 34 2 ni emekdaslarin emekhaqqi ve diger xidmetler 30 3 ni yardimlar 13 4 ni tehsil ve tedqiqat qalanlarini ise basqa mesrefler teskil edib Tehsil haqqi2010 2011 ci tedris ilinde Tokio Texnologiya Institutunda tehsil haqqi oxuyanlarini bakalavriat magistratura ve ya doktorantura derecelerinde oxumalarindan asili olmayaraq 535800 yendir Buraya tedqiqat aparmaq ucun gelenler ilde 356400 yen odeyirler Tokio Texnologiya Institutu telebelere 50 den cox teqaud proqrami teklif edir Teqaud almaq ucun telebe erize ile instituta muraciet etmelidir Esas teqaud Yaponiya hokumetinin teqdim etdiyi 7 kateqoriyadan ibaret MEXT teqaud proqramidir Bu teqaude esasen bakalavr pillesinde tehsil alanlar ayda 128000 magistratura pillesinde 157000 doktorantura pillesinde ise 158000 yen alirlar ReytinqiBoyuk Britaniyanin Times Higher Education Supplement QS World Universities Rankings jurnalinin 2009 cu ilde apardigi dunya universitetlerinin reytinqine esasen Tokio Texnologiya Institutu Munhen Texniki Universiteti ile birge 100 en yaxsi ali mekteb arasinda 55 ci yerde olmusdur 2010 cu ilde Times Higher Education World University Rankings in aciqlamasina esasen Tokio Texnologiya Institutu dunyanin en nufuzlu universitetleri arasinda 112 ci yerde QS World University Rankings in aciqlamasina esasen ise 60 ci yerde idi Meshur mezunlariBuranin mezunu olan meshurlardan misal olaraq asagidakilarin adlarini cekmek olar Naoto Kan Yaponiyanin Bas naziri Yaponiya Biznes Federasiyasinin sabiq sedri Nintendo sirketinin bas direktoru Fujitsu sirketinin sabiq icraci direktoru Hideki Sirakava kimya uzre Nobel mukafati laureati biznesmen ve analitik ilk noutbukun prototipini yaradan sexs sair filosof edebiyyat tenqidcisi robot texnologiyasinin yaradicilarindan biri ferrit maqnitlerini kesf etmis alim meshur riyaziyyatci Kinema Junpo film jurnalinin yaradicisi Hemcinin bax Universitet portaliMenbeLamiye Eliyeva Dunya universitetleri Tokio Texnologiya Institutu 2014 09 09 at the Wayback Machine Azerbaycan muellimi qezeti 10 12 2010 48 az Istinadlar17 Members 2022 07 09 at the Wayback Machine aearu org ing Xarici kecidlertitech ac jp Tokio Texnologiya Institutunun resmi sayti