Bu məqaləni lazımdır. |
Teyyub Mirzəhəsən oğlu Axundov (30 yanvar 1920, Bakı – 3 dekabr 1991) — Azərbaycan kinooperatoru, rejissor, ssenarist, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1991).
Teyyub Axundov | |
---|---|
Doğum tarixi | 30 yanvar 1920 |
Doğum yeri | |
Vəfat tarixi | 3 dekabr 1991 (71 yaşında) |
Fəaliyyəti | kinematoqraf, rejissor, ssenarist |
IMDb | ID1113307 |
Həyatı
Teyyub Mirzəhəsən oğlu Axundov 1920-ci il yanvarın 30-da Bakıda anadan olub. Kiçik yaşlarından fotoqrafiya və kinoya böyük həvəs göstərib. 14 yaşında kinostudiyaya gəlir. O vaxt Bakı kinostudiyasında görkəmli kinodramaturq C. Cabbarlının eyniadlı əsəri əsasında "Almaz" filminin çəkilişləri aparılırdı. Sənətə meylli gənc həvəskar da həmin filmin yaradıcı heyətinə operator assistenti kimi işə qəbul edilir. 1938-ci ilə qədər də operator assistenti kimi fəaliyyət göstərir.
Teyyub Axundov sevdiyi sənətdə püxtələşmək üçün kinostudiyada çəkilən filmlərdə böyük həvəslə çalışır, peşəkar rejissor və operatorlardan sənətin sirlərini öyrənməkdən zövq alırdı. 1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda, digər vətənpərvər oğullar kimi, o da cəbhəyə gedir. Ukrayna cəbhəsində vuruşur, Stalinqrad, Kirovoqrad, Nikolayev, Kişinyov, Budapeşt, Praqa uğrunda döyüşlərdə iştirak edir. İki dəfə yaralanaraq hospitala düşür. Qələbə xəbərini Vyanada eşidir.
Ön cəbhədə şücaətlə döyüşən Teyyub Axundov eyni zamanda döyüş bölgəsində əlinə keçən fotoaparatla əsgər dostlarının, viran qalmış şəhər və kəndlərin, müharibənin dəhşətlərindən əziyyət çəkən insanların acınacaqlı həyatını lentə alır, özü də bilmədən müharibənin salnaməsini yaradır. Bu fotolardan sonralar sənədli filmlərdə də istifadə edilir.
1946-cı ilin iyununda ordudan tərxis olunaraq böyük yaradıcılıq eşqi ilə Bakı kinostudiyasına qayıdır. Elə həmin ildə rəhbərlik tərəfindən kinostudiyanın bir neçə işçisi ilə birlikdə Moskvaya — Dövlət Kinematoqrafiya İnstitutuna ali kino təhsili almağa göndərilir. Orda məşhur Rusiya kinooperatorları Anatoli Qolovnya və Mark Magitsondan operator sənətinin sirlərini öyrənir. Doğma kinostudiyaya qayıtdıqdan sonra isə geniş dünyagörüşünü və zəngin mütaliəsini səmərəli iş əmsalına çevirib Azərbaycan kinosunda orijinal yaradıcılıq nümayiş etdirir. İstedadlı operator ona tapşırılan hər bir mövzuya diqqətlə yanaşır, aktyor psixologiyasına yaxından bələd olur, rejissor istəyini dəqiq yerinə yetirirdi. Bütün bunlar gənc, lakin kifayət qədər həyat təcrübəsi olan kinooperator üçün vacib idi. Kinorejissorlar da tarixi-bioqrafik ("Mahnı belə yaranır"), detektiv ("Onu bağışlamaq olarmı?"), tarixi-inqilabi ("Qatır Məmməd"), hərbi-vətənpərvərlik ("Dağlarda döyüş"), lirik-psixoloji ("Tütək səsi", "Şərikli çörək") və başqa janrlarda çəkilən filmlərdə kamera arxasına keçməyi ona həvalə edirdilər.
İstedadlı kinooperator 1954-cü ildə Yan Frid və Hüseyn Seyidzadənin çəkdiyi "Doğma xalqıma" adlı ekran əsərinin operatorlarından biri olur. Bu, Azərbaycanın ilk rəngli bədii-sənədli filmi idi. O, filmdə tanınmış operatorlar Ə. Atakişiyev və X. Babayevlə birlikdə çalışır. Bir il sonra isə müstəqil operator kimi görkəmli rejissor T. Tağızadənin "Görüş" filmində (C. Məmmədovla birgə) çalışır. Azərbaycan və Özbəkistan pambıqçılarının ənənəvi dostluğuna həsr edilmiş, kənd zəhmətkeşlərinin həyatından bəhs edən, natura çəkilişləri bol olan filmdə Teyyub Axundov müxtəlif rakurslu çəkilişlər vasitəsilə özünün yaradıcılıq kredosunu təsdiqləyir, milli kinomuzda peşəkar operator məktəbinin banilərindən birinə çevrilir. Kinorejissorların diqqətini çəkən sənətkar bundan sonra bir-birinin ardınca müxtəlif janrlı filmlərin çəkilişinə dəvət alır. Onun ümumi yaradıcılığına 25 sənədli, 17 bədii ekran əsəri, "Mozalan" kinojurnalının 8 filmi daxildir. Peşəkar operatorun çəkdiyi sadə süjetli filmlər belə maraqlı və mənalı kadr kompozisiyasına görə tamaşaçını darıxdırmır, filmləri baxımlı edirdi.
Görkəmli rejissor Rza Təhmasib Teyyub Axundovun nəzəri və praktik biliyinin daha genişplanlı və məzmunlu ekran əsərləri işləməsinə imkan verdiyini görür və 1959-cu ildə quruluş verdiyi "Onu bağışlamaq olarmı?" filmini lentə almağı ona həvalə edir. Teyyub Axundov xatirələrində yazır: "Çəkdiyim filmlər içərisində "Onu bağışlamaq olarmı?" və "Birisigün gecəyarısı" filmlərinin çəkiliş proseslərini heç vaxt unutmuram. Bu filmlərdə çox geniş yaradıcılıq imkanları var idi, mən də bundan gen-bol istifadə etdim".
Ümumiyyətlə, rejissor ideyasının məhsulu olan filmləri operatorların fərdi yaradıcılıq üslubları formalaşdırır. Məsələn, Teyyub müəllim kinorejissor Ş. Mahmudbəyovun "Romeo mənim qonşumdur" filmində komediya janrının tələblərinə uyğun olan müxtəlif rakurslu, ümumi planlı, panoramlı çəkilişlərdən məharətlə istifadə edib. Hadisələrin koloritini, personajların düşdüyü vəziyyətin komizmini artırmaq, əsərin mahiyyətini çatdırmaq üçün birinci plan portret çəkilişlərini müxtəlif rakursundan göstərib, prototiplərin hiss, həyəcanlarını qabarıq əks etdirib. Tarixi-inqilabi filmlərdə isə əsərin məzmunundan irəli gələn tələblərə əsasən aktyor peşəkarlığı nəzərdə tutulmaq şərti ilə ümumi plan təsvirlərinə üstünlük verib. Bu janrda çəkilən filmlərdə personajların, demək olar ki, hamısı əsas qəhrəman hesab olunur.
Teyyub müəllim quruluşçu operator olduğu "Mahnı belə yaranır", "Sehrli xalat", "Dağlarda döyüş", "Od içində" və başqa filmlərdə maraqlı məişət boyalarına geniş yer verərək janr və üslub cazibədarlığı göstərmişdir. Onun çəkdiyi hər bir kadrın ümumi kompozisiyası məkanın və mühitin ab-havasını dəqiq çatdırır. Məsələn, "Sehrli xalat" filmində pionerlər sarayına toplaşan uşaqların cəsurluğunu, orta əsrlərdə yaşayan xan və vəzirlərin məkrli niyyətlərini, fərqli cəhətlərini işığın, rənglərin ümumi vəhdətindən, cazibəsindən yaranan rəngarəng təsvirlər vasitəsilə izləyirik. Peşəkar operatorun əsas məqsədi hər kadrın məna çalarlarını, mövzuda olan məntiqi mənanı qabartmaq, nağıldakı reallığı belə nəzərə çarpdırmaq idi. Operatorluq sənətinin ümdə vəzifəsi olan rəng və işıq seçimində heç vaxt yanılmayan Teyyub Axundov çəkdiyi bütün filmlərdə həyat faktlarından yaranmış tabloları qabarıq canlandırır, ədəbi əsərin mahiyyətini tam açır, real qəbul etdiyimiz obrazların gerçək simasını müəyyənləşdirirdi. Belə kinematoqrafçılarımız sayəsində də filmlərimiz milli kontekstdə inkişaf edir, peşəkar aktyor məktəbi yetişirdi.
Kinorejissor Ş. Mahmudbəyovun "Şərikli çörək" filmində peşəkar aktyor heyətinin tərkibində olan uşaq aktyorların kamera qarşısındakı sərbəst ifası, filmin ideya məzmununun maksimal səviyyədə açılması rejissor traktovkası ilə bərabər operator peşəkarlığı, səmimiyyəti ilə bağlıdır. Filmdə rol alan kiçik aktyorlar müharibə illərinin əzabını yaşayan uşaq dünyasının mündəricəsini canlı və dolğun çatdırdılar. Buna görə də müharibənin görünməyən dəhşətləri haqqında bitkin təsəvvür yaradan azyaşlı aktyorların adı uzun illər teatr və kinoda çalışan peşəkar aktyorlarla birlikdə fəxrlə çəkildi, vurğulandı.
Azərbaycan kinosuna layiqli imza atan kinooperatorun çəkdiyi filmlər haqqında çox danışmaq olar. Onun lentə aldığı bədii filmlər yüksək mükafatlara layiq görülüb. Teyyub müəllim xronika sahəsində də uzun illər çalışıb, operator kimi "Sülh uğrunda mübarizə", "Onun 150 yaşı var", "Çağırışa cavab", "Azərbaycan subtropiklərində", rejissor-operator kimi "Gənc metallurqlar", "Mən Xəzər dənizçisiyəm", "Şirvan qoruğu", rejissor kimi "Mikayıl Müşfiq", "Bizim qayğılarımız" və s. sənədli filmləri çəkib.
Teyyub Axundov 1991-ci il dekabrın 3-də, 71 yaşında vəfat etmişdir.
Filmoqrafiya
- 20+1 (film, 1986) (qısametrajlı bədii süjet-Mozalan № 105)
- Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film) — quruluşçu operator
- Ankilostomidoz (film, 1940)
- Azərbaycan aşıqları (film, 1938)
- Azərbaycanın subtropiklərində (film, 1963)
- Bağçada rahat yer (1978)
- Birisigün, gecəyarısı... (film, 1981)
- Bizim katib (film, 1972)
- Bizim qayğılarımız (film, 1979)
- Bu, Qum adasında olmuşdur (film, 1962)
- Dağlarda döyüş (film, 1967)
- Doğma xalqıma (film, 1954)
- Görüş (film, 1955)
- Mahnı belə yaranır (film, 1957)
- Mikayıl Müşfiq (film, 1978)
- Mollanın sərgüzəşti (film, 1960)
- Neftayırmanın yeni kompleksi fəaliyyətdədir (film, 1976)
- Od içində (film, 1978)
- (Onu bağışlamaq olarmı? (film, 1959))
- Onun 150 yaşı var (film, 1958)
- Özfəaliyyət Yaradıcılığı Festivalı (film, 1976)
- Pambığın mexanikləşdirilmiş yığımı (film, 1961)
- Pambıq toxumçuluğu (film, 1980)
- Poçt qutusu (film, 1967)
- Qanköçürmə (film, 1938)
- Qatır Məmməd (film, 1974)
- Romeo mənim qonşumdur (film, 1963)
- Samur-Dəvəçi kanalı (film, 1940)
- Sehrli xalat (film, 1964)
- Sovet Azərbaycanının 50 illiyi (film, 1970)
- Sumqayıt (film, 1971)
- Şəhər üzərində mahnı (film, 1965)
- Şərikli çörək (film, 1969)
- Şirvan qoruğu (film, 1977)
- Tütək səsi (film, 1975)
- Yeni həyat qurucuları (film, 1949)
- Yeni horizont (film, 1940)
İstinadlar
Mənbə
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 32.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Teyyub Mirzehesen oglu Axundov 30 yanvar 1920 Baki 3 dekabr 1991 Azerbaycan kinooperatoru rejissor ssenarist Azerbaycan SSR emekdar incesenet xadimi 1991 Teyyub AxundovDogum tarixi 30 yanvar 1920 1920 01 30 Dogum yeri Baki Baki quberniyasi AXCVefat tarixi 3 dekabr 1991 1991 12 03 71 yasinda Fealiyyeti kinematoqraf rejissor ssenaristIMDb ID1113307HeyatiTeyyub Mirzehesen oglu Axundov 1920 ci il yanvarin 30 da Bakida anadan olub Kicik yaslarindan fotoqrafiya ve kinoya boyuk heves gosterib 14 yasinda kinostudiyaya gelir O vaxt Baki kinostudiyasinda gorkemli kinodramaturq C Cabbarlinin eyniadli eseri esasinda Almaz filminin cekilisleri aparilirdi Senete meylli genc heveskar da hemin filmin yaradici heyetine operator assistenti kimi ise qebul edilir 1938 ci ile qeder de operator assistenti kimi fealiyyet gosterir Teyyub Axundov sevdiyi senetde puxtelesmek ucun kinostudiyada cekilen filmlerde boyuk hevesle calisir pesekar rejissor ve operatorlardan senetin sirlerini oyrenmekden zovq alirdi 1941 ci ilde Boyuk Veten muharibesi baslayanda diger vetenperver ogullar kimi o da cebheye gedir Ukrayna cebhesinde vurusur Stalinqrad Kirovoqrad Nikolayev Kisinyov Budapest Praqa ugrunda doyuslerde istirak edir Iki defe yaralanaraq hospitala dusur Qelebe xeberini Vyanada esidir On cebhede sucaetle doyusen Teyyub Axundov eyni zamanda doyus bolgesinde eline kecen fotoaparatla esger dostlarinin viran qalmis seher ve kendlerin muharibenin dehsetlerinden eziyyet ceken insanlarin acinacaqli heyatini lente alir ozu de bilmeden muharibenin salnamesini yaradir Bu fotolardan sonralar senedli filmlerde de istifade edilir 1946 ci ilin iyununda ordudan terxis olunaraq boyuk yaradiciliq esqi ile Baki kinostudiyasina qayidir Ele hemin ilde rehberlik terefinden kinostudiyanin bir nece iscisi ile birlikde Moskvaya Dovlet Kinematoqrafiya Institutuna ali kino tehsili almaga gonderilir Orda meshur Rusiya kinooperatorlari Anatoli Qolovnya ve Mark Magitsondan operator senetinin sirlerini oyrenir Dogma kinostudiyaya qayitdiqdan sonra ise genis dunyagorusunu ve zengin mutaliesini semereli is emsalina cevirib Azerbaycan kinosunda orijinal yaradiciliq numayis etdirir Istedadli operator ona tapsirilan her bir movzuya diqqetle yanasir aktyor psixologiyasina yaxindan beled olur rejissor isteyini deqiq yerine yetirirdi Butun bunlar genc lakin kifayet qeder heyat tecrubesi olan kinooperator ucun vacib idi Kinorejissorlar da tarixi bioqrafik Mahni bele yaranir detektiv Onu bagislamaq olarmi tarixi inqilabi Qatir Memmed herbi vetenperverlik Daglarda doyus lirik psixoloji Tutek sesi Serikli corek ve basqa janrlarda cekilen filmlerde kamera arxasina kecmeyi ona hevale edirdiler Istedadli kinooperator 1954 cu ilde Yan Frid ve Huseyn Seyidzadenin cekdiyi Dogma xalqima adli ekran eserinin operatorlarindan biri olur Bu Azerbaycanin ilk rengli bedii senedli filmi idi O filmde taninmis operatorlar E Atakisiyev ve X Babayevle birlikde calisir Bir il sonra ise musteqil operator kimi gorkemli rejissor T Tagizadenin Gorus filminde C Memmedovla birge calisir Azerbaycan ve Ozbekistan pambiqcilarinin enenevi dostluguna hesr edilmis kend zehmetkeslerinin heyatindan behs eden natura cekilisleri bol olan filmde Teyyub Axundov muxtelif rakurslu cekilisler vasitesile ozunun yaradiciliq kredosunu tesdiqleyir milli kinomuzda pesekar operator mektebinin banilerinden birine cevrilir Kinorejissorlarin diqqetini ceken senetkar bundan sonra bir birinin ardinca muxtelif janrli filmlerin cekilisine devet alir Onun umumi yaradiciligina 25 senedli 17 bedii ekran eseri Mozalan kinojurnalinin 8 filmi daxildir Pesekar operatorun cekdiyi sade sujetli filmler bele maraqli ve menali kadr kompozisiyasina gore tamasacini darixdirmir filmleri baximli edirdi Gorkemli rejissor Rza Tehmasib Teyyub Axundovun nezeri ve praktik biliyinin daha genisplanli ve mezmunlu ekran eserleri islemesine imkan verdiyini gorur ve 1959 cu ilde qurulus verdiyi Onu bagislamaq olarmi filmini lente almagi ona hevale edir Teyyub Axundov xatirelerinde yazir Cekdiyim filmler icerisinde Onu bagislamaq olarmi ve Birisigun geceyarisi filmlerinin cekilis proseslerini hec vaxt unutmuram Bu filmlerde cox genis yaradiciliq imkanlari var idi men de bundan gen bol istifade etdim Umumiyyetle rejissor ideyasinin mehsulu olan filmleri operatorlarin ferdi yaradiciliq uslublari formalasdirir Meselen Teyyub muellim kinorejissor S Mahmudbeyovun Romeo menim qonsumdur filminde komediya janrinin teleblerine uygun olan muxtelif rakurslu umumi planli panoramli cekilislerden meharetle istifade edib Hadiselerin koloritini personajlarin dusduyu veziyyetin komizmini artirmaq eserin mahiyyetini catdirmaq ucun birinci plan portret cekilislerini muxtelif rakursundan gosterib prototiplerin hiss heyecanlarini qabariq eks etdirib Tarixi inqilabi filmlerde ise eserin mezmunundan ireli gelen teleblere esasen aktyor pesekarligi nezerde tutulmaq serti ile umumi plan tesvirlerine ustunluk verib Bu janrda cekilen filmlerde personajlarin demek olar ki hamisi esas qehreman hesab olunur Teyyub muellim quruluscu operator oldugu Mahni bele yaranir Sehrli xalat Daglarda doyus Od icinde ve basqa filmlerde maraqli meiset boyalarina genis yer vererek janr ve uslub cazibedarligi gostermisdir Onun cekdiyi her bir kadrin umumi kompozisiyasi mekanin ve muhitin ab havasini deqiq catdirir Meselen Sehrli xalat filminde pionerler sarayina toplasan usaqlarin cesurlugunu orta esrlerde yasayan xan ve vezirlerin mekrli niyyetlerini ferqli cehetlerini isigin renglerin umumi vehdetinden cazibesinden yaranan rengareng tesvirler vasitesile izleyirik Pesekar operatorun esas meqsedi her kadrin mena calarlarini movzuda olan mentiqi menani qabartmaq nagildaki realligi bele nezere carpdirmaq idi Operatorluq senetinin umde vezifesi olan reng ve isiq seciminde hec vaxt yanilmayan Teyyub Axundov cekdiyi butun filmlerde heyat faktlarindan yaranmis tablolari qabariq canlandirir edebi eserin mahiyyetini tam acir real qebul etdiyimiz obrazlarin gercek simasini mueyyenlesdirirdi Bele kinematoqrafcilarimiz sayesinde de filmlerimiz milli kontekstde inkisaf edir pesekar aktyor mektebi yetisirdi Kinorejissor S Mahmudbeyovun Serikli corek filminde pesekar aktyor heyetinin terkibinde olan usaq aktyorlarin kamera qarsisindaki serbest ifasi filmin ideya mezmununun maksimal seviyyede acilmasi rejissor traktovkasi ile beraber operator pesekarligi semimiyyeti ile baglidir Filmde rol alan kicik aktyorlar muharibe illerinin ezabini yasayan usaq dunyasinin mundericesini canli ve dolgun catdirdilar Buna gore de muharibenin gorunmeyen dehsetleri haqqinda bitkin tesevvur yaradan azyasli aktyorlarin adi uzun iller teatr ve kinoda calisan pesekar aktyorlarla birlikde fexrle cekildi vurgulandi Azerbaycan kinosuna layiqli imza atan kinooperatorun cekdiyi filmler haqqinda cox danismaq olar Onun lente aldigi bedii filmler yuksek mukafatlara layiq gorulub Teyyub muellim xronika sahesinde de uzun iller calisib operator kimi Sulh ugrunda mubarize Onun 150 yasi var Cagirisa cavab Azerbaycan subtropiklerinde rejissor operator kimi Genc metallurqlar Men Xezer denizcisiyem Sirvan qorugu rejissor kimi Mikayil Musfiq Bizim qaygilarimiz ve s senedli filmleri cekib Teyyub Axundov 1991 ci il dekabrin 3 de 71 yasinda vefat etmisdir Filmoqrafiya20 1 film 1986 qisametrajli bedii sujet Mozalan 105 Alman klinikasina sexsi sefer film 1988 tammetrajli bedii film quruluscu operator Ankilostomidoz film 1940 Azerbaycan asiqlari film 1938 Azerbaycanin subtropiklerinde film 1963 Bagcada rahat yer 1978 Birisigun geceyarisi film 1981 Bizim katib film 1972 Bizim qaygilarimiz film 1979 Bu Qum adasinda olmusdur film 1962 Daglarda doyus film 1967 Dogma xalqima film 1954 Gorus film 1955 Mahni bele yaranir film 1957 Mikayil Musfiq film 1978 Mollanin serguzesti film 1960 Neftayirmanin yeni kompleksi fealiyyetdedir film 1976 Od icinde film 1978 Onu bagislamaq olarmi film 1959 Onun 150 yasi var film 1958 Ozfealiyyet Yaradiciligi Festivali film 1976 Pambigin mexaniklesdirilmis yigimi film 1961 Pambiq toxumculugu film 1980 Poct qutusu film 1967 Qankocurme film 1938 Qatir Memmed film 1974 Romeo menim qonsumdur film 1963 Samur Deveci kanali film 1940 Sehrli xalat film 1964 Sovet Azerbaycaninin 50 illiyi film 1970 Sumqayit film 1971 Seher uzerinde mahni film 1965 Serikli corek film 1969 Sirvan qorugu film 1977 Tutek sesi film 1975 Yeni heyat quruculari film 1949 Yeni horizont film 1940 IstinadlarMenbeKino Enciklopedicheskij slovar Gl red S I Yutkevich Redkol Yu S Afanasev V E Baskakov I V Vajsfeld i dr Moskva Sovetskaya enciklopediya 1987 str 32 Azerbaycan Milli Ensiklopediyasi Azerbaycan Ramiz Memmedov Kino Azerbaycan Milli Ensiklopediyasi Elmi Merkezi 2007 seh 813