Teksel adasında gürcü üsyanı (nid. Opstand der Georgiërs; gürc. ქართველთა აჯანყება ტექსელზე) - Gürcü legionu birliklərindən təşkil olunmuş Böyük Tamaranın adını daşıyan 822-ci piyada batalyonu tərəfindən Hollandiyanın şimalında yerləşən Teksel adasında başladılmış üsyan. Vermaxta qarşı başladılan üsyan hərəkatı 1945-ci ilin 5 aprelindən 20 may tarixinə qədər davam etmişdir. Avropa cəbhəsində son döyüş olaraq tarixə keçmiş üsyan nəticəsində Gürcü legionu məğlub edilmiş, 565 gürcü və 812 Vermaxt əsgəri həlak olmuşdur.
Teksel adasında gürcü üsyanı ქართველთა აჯანყება ტექსელზე | |||
---|---|---|---|
Tarix | 5 aprel 1945 - 20 may 1945 | ||
Yeri | Teksel, Hollandiya | ||
Nəticəsi | Gürcü birlikləri məğlub oldu. Üçüncü Reyx əsgərləri Kanada qüvvələrinə təslim oldular. | ||
Münaqişə tərəfləri | |||
| |||
Komandan(lar) | |||
| |||
İtkilər | |||
| |||
Vikianbarda əlaqəli mediafayllar |
Arxa plan
Hollandiyanın şimal sahillərində yerləşən Teksel adası Adolf Hitler tərəfindən yaradılmış mühüm istinad nöqtələrindən biri idi. Müttəfiq qoşunların Normandiya sahillərinə qoşun çıxarmasının ardından adanın əhəmiyyəti azalmışdır. İkinci dünya müharibəsi dönəmində Tekseldə gürcülərdən ibarət 800 nəfərlik birlik saxlanılırdı. Şərq cəbhəsində aparılan hərbi əməliyyatlar zamanı Vermaxt qüvvələrinə əsir düşən gürcülərdən ibarət Gürcüstan legionu 1941-ci ilin dekabr ayında yaradılmışdır. Digər legion birləşmələrində olduğu kimi gürcülər də öz ölkələrinin sovet işğalından azad edilməsi üçün döyüşürdülər.
Legionun xidmətindən 1943-cü ilin iyun ayında Polşanın Radom şəhəri yaxınlığında yerləşən Krusznya bölgəsindəki meşəlik ərazidə partizanlarla döyüşdə istifadə olunmuşdur. Teksel adasındakı üsyanı təşkil etmiş 822-ci piyada batalyonu da həmin ildə Polşada yaradılmışdır. 1943-cü ilin 24 avqust tarixində qərb sərhədlərinə göndərilir. Gürcülərdən təşkil edilmiş batalyon 1943-cü ilin 30 avqust tarixində Hollandiyanın Zandvoort şəhərinə çatır. 1943-cü ilin sentyabrından 1945-ci ilin fevral tarixinə qədər batalyon Zandvoort şəhərində yaradılmış (alm. Unterabschnitt Zandvoort) adlı hissədə xidmət keçir. Batalyonun tərkibində gizli təşkilatın yaranmasından şübhələnən alman komandanlığı 822-ci piyada batalyonunu 1945-ci ilin 6 fevralında Teksel adasına göndərir.
Üçüncü Reyxin SSRİ və müttəfiq dövlətlər qarşısında məğlub olacağını anlayan 822-ci piyada batalyonu 1945-ci ilin 5 aprel gecəsi Teksel adasında qaldıqları hərbi hissədə üsyan başlatdılar. Qısa zamanda ada tamamilə gürcülərin nəzarəti altına keçir. 400 nəfərə yaxın alman əsgərinin üsyanın ilk gecəsində yatdıqları zaman bıçaq və süngülərlə öldürüldüyü ehtimal edilməkdədir. Digər Reyx əsgərlərinin silahlı qarşıdurma və hazırlanan ani basqınlar zamanı öldürüldüyü güman edilir. Teksel adasının yerli sakinləri olan hollandlar da gürcülərə köməklik edirdilər. Belə ki, olaraq adlandırılan qüvvələr gürcülərlə planlı hərəkət etməklə Üçüncü Reyxin ada üzərində olan hakimiyyətinə faktiki son qoymuşdu.
Adanın cənub və şimal sahillərinin qorunması uğursuzluqla nəticələnmişdir. Tekselin şimal bölgəsində yerləşən alman topçu batareyası adada mövcud olan tək alman qüvvəsi idi və həmin birlik belə gürcü-holland müqavimətçilərinə qarşı istənilən mübarizəni göstərə bilmirdi. Mərkəzdən adanın gürcülər tərəfindən ələ keçirilməsi xəbəri gəldikdən sonra Tekselin şimalında yerləşən topçu batareyasına (alm. Unterabschnitt Zandvoort) istiqamətində atəş açmaq əmri verilir. 2.000 silahlı və 163-cü Marine-Schützenregiment adlı birlik qısa zamanda Tekselə göndərilir. Növbəti beş həftə ərzində Tekselə nəzarət uğrunda tərəflər arasında döyüş başlanır. Eierland və ada mayakı ətrafında şiddətli döyüşlər yaşanır.
Aparılan döyüşlərdə gürcülərə Şalva Loladze komandanlıq edirdi. Üçüncü Reyx qüvvələrinin komandanı isə Klaus Breitner olmuşdur. Ada yerliləri tərəfindən yaradılmış və gürcülər tərəfdən döyüşən komandanı Kelder idi. Şalva Loladze 25 aprel tarixində baş tutan döyüş zamanı öldürülür. Almanların müqavimətinə 20 may tarixinə qədər davam gətirə bilən gürcülər həmin tarixdə məğlub oldular. Adada yaşayan hollandlar bəzi gürcüləri gizlətməyə nail olmuşdu. Alman birliklərin rəhbəri mayor Klaus Breitner baş verənləri xəyanət, başqa heçnə olaraq şərh etmişdir. Öldürülən gürcülərin bir çoxu döyüş zamanı, bir qismi isə döyüşdən sonra sıraya düzülərək güllələnmişdir.
45 gün davam edən üsyan nəticəsində 565 gürcü, 812 alman və 120 nəfər Teksel adasında yaşayan holland öldürüldü. Ən böyük zərərlərdən biri də adanın kənd təsərrüfatına dəymişdi. Onlarla ferma və ev gürcülərin gizlədilməsi bəhanəsi ilə almanlar tərəfindən yandırıldı. Ümumiyyətlə, adaya 3.77 milyon dollar həcmində ziyanın dəydiyi təxmin olunur. 9 may tarixində Berlin əməliyyatın qələbə ilə başa çatdırılmasının ardından Avropanın bir çox bölgələrində olduğu kimi Teksel adasında yerləşən alman qüvvələr də təslim olmağa başladılar. Təslim olma prosesi 1945-ci ilin 20 mayına qədər davam etdi və qısa bir alman idarəsinin ardından ada Kanada qüvvələrinin nəzarəti alına keçdi.
Nəticə
Baş verən üsyanda öldürülən gürcülər Teksel adasının kiçik Ouderxild şəhərində salınan fəxri məzarlıqda dəfn edildilər. Sağ qalan şəxslərin SSRİ-yə qaytarılması və ya Avropada nasistlər üçün yaradılmış həbs düşərgələrində saxlanılması planlaşdırılırdı. Gürcü əsirlərin sovetlərə təhvil verilməsi ilə bağlı qərar Yalta şəhərində keçirilən konfransda əldə olundu. Beləliklə Teksel adasında baş vermiş gürcü üsyanında sağ qalan 228 nəfər gürcü əsilli şəxs SSRİ-yə təhvil verildi. Sağ qalanların demək olar ki, hamısı ada sakinlərinin evlərində və fermalarında gizlədilmiş gürcülər idi. Üçüncü Reyx tərəfindən döyüşmüş gürcülərə qarşı münasibət birmənalı şəkildə mənfi idi. Bu səbəbdən gürcü əsirlər rejimə qarşı gələn şəxslərin toplandığı əmək düşərgələrinə göndərildi.
düşərgələrində üsyanda iştirak etmiş 26 gürcü müəmmalı şəkildə itkin düşdü. Sağ qalmağı bacaranlara sadəcə 1950-ci ildə evlərinə qayıtmağa icazə verildi. 1991-ci ilə qədər SSRİ-nin Niderlandda yerləşən səfirliyi tərəfindən Teksel adasında yerləşən gürcü toplu məzarlığı hər ilin 4 may tarixində düzənli şəkildə ziyarət olunmuşdur. 2005-ci ilin 4 may tarixində isə dönəmin Gürcüstan prezidenti Mixail Saakaşvili adanı ziyarət etməklə məzarlığı ziyarət etmiş ən yüksək rütbəli gürcü məmuru olmuşdur.
Öldürülən almanların bir qismi adada yerləşən kiçik Den Burq qəsəbəsinin məzarlığında dəfn edildilər. Daha sonra məzarların bir qismi Niderlandın Limburq şəhəri yaxınlığında yerləşən Ysselsteyn hərbi məzarlığına köçürüldü. Tekseldə baş verən üsyandan sağ çıxan şəxslər düşərgələrində öz cəzalarını çəkdikdən sonra Gürcüstanda yaşamağa başladılar. Üsyanın son iştirakçılarından biri 2007-ci ildə Gürcüstanın Zuqdidi şəhərində ahıl yaşında vəfat etdi. Bir digər üsyan iştirakçısı və eyni zamanda üsyanın təşkilatçılarından olan Eqeny Artamidze 2010-cu ilin 22 iyun tarixində 90 yaşında vəfat etdi. Teksel adasında baş vermiş gürcü üsyanın tək şahidi Qrişa Bainduraşvilidir. 88 yaşlı qoca bu gün Tbilisi şəhərinin 40 km qərbində yerləşən Kaspi kəndində yaşamaqdadır.
İtkilər
Kanada birlikləri 1945-ci ilin 20 may tarixində Teksel adasına tam nəzarəti ələ aldılar. İki gün ərzində 1.535 alman əsgəri silahsızlaşdırıldı. SSRİ Smerç qüvvələri adaya gələn zaman kanadalılar tərəfindən əsir götürülmüş 228 nəfər gürcü ilə qarşılaşdılar. Smerç qüvvələrinin komandiri üçün hazırlanmış raportda aprel-may ayları arasında baş vermiş üsyan zamanı 470 gürcü və 2.347 almanın öldürüldüyü göstərilmişdir. 1949-cu ildə Alman Müharibə Məzarları Komitəsi təkrar dəfn prosesi üçün Tekseldə açılmış məzarlarda 812 alman əsgərinin qalıqlarına rast gəldiyini qeyd etmişdir. Cənazələr təkrar dəfn edilməkləri üçün Ysselsteyn hərbi məzarlığına göndərilmişdir. Teksel adasında yerləşən hesablama bürosunun qeydlərinə, əsasən üsyan nəticəsində 565 gürcü, 120 ada sakini olan holland və 800 nəfərə yaxın alman öldürülmüşdür.
Ehtimallara görə Smerç qüvvələrinin komandiri üçün hazırlanmış raportda göstərilən 2.347 ölü alman sayısı şişirdilmişdir. Əsas versiya öldürülən almanlarla (812 nəfər) silahsızlaşdırılmış almanların (1.535) ümumi sayının ölü sayısı kimi təqdim olunması ilə bağlıdır. Theo Smit adlı üsyançıları dəstəkləyən və adada yaşayan holland çörəkçinin səhvən gürcü bir əsgəri öldürdüyü də raportda qeyd olunmuşdur.
İstinadlar
- BBC "Coast" programme, 19 October 2012
- Zaloga, Steven J. The Atlantic Wall (2): Belgium, The Netherlands, Denmark and Norway. Osprey Publishing. 2011. səh. 57. ISBN .
- Der Spiegel, 20/1995. "Der Geburtstag des Todes The Birthday of Death", p. 188
- Der Spiegel, p. 189
- Der Spiegel, p. 190
- . 2011-07-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-05.
- "President Respects Georgian Hero" 2012-02-06 at the Wayback Machine. Daily Georgian Times, 18 July 2007.
- The German War Graves Commission called the event Umbettung, roughly "exhumation and reburial"
- http://vvv.texel.net/mooi_texel/historie/opstandgeorgiers&lng=de 2009-09-24 at the Wayback Machine, See History section
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Teksel adasinda gurcu usyani nid Opstand der Georgiers gurc ქართველთა აჯანყება ტექსელზე Gurcu legionu birliklerinden teskil olunmus Boyuk Tamaranin adini dasiyan 822 ci piyada batalyonu terefinden Hollandiyanin simalinda yerlesen Teksel adasinda basladilmis usyan Vermaxta qarsi basladilan usyan herekati 1945 ci ilin 5 aprelinden 20 may tarixine qeder davam etmisdir Avropa cebhesinde son doyus olaraq tarixe kecmis usyan neticesinde Gurcu legionu meglub edilmis 565 gurcu ve 812 Vermaxt esgeri helak olmusdur Teksel adasinda gurcu usyani ქართველთა აჯანყება ტექსელზეTeksel adasinda yerlesen gurcu mezarligiTarix 5 aprel 1945 20 may 1945Yeri Teksel HollandiyaNeticesi Gurcu birlikleri meglub oldu Ucuncu Reyx esgerleri Kanada quvvelerine teslim oldular Munaqise terefleriGurcu legionu Kanada Ucuncu ReyxKomandan lar Salva Loladze V H Kelder Klaus BreitnerItkiler565 Gurcu 120 Holland 812 Alman Vikianbarda elaqeli mediafayllarArxa planQara xettlerin yaninda gosterilmis gun ve saatlar gurculerin hemin erazilerde olan nezaretini gosterir Adanin simalinda yerlesen alman topcu bateriyasina gurculerin yaxinlasmasi mumkun olmamisdir Hollandiyanin simal sahillerinde yerlesen Teksel adasi Adolf Hitler terefinden yaradilmis muhum istinad noqtelerinden biri idi Muttefiq qosunlarin Normandiya sahillerine qosun cixarmasinin ardindan adanin ehemiyyeti azalmisdir Ikinci dunya muharibesi doneminde Tekselde gurculerden ibaret 800 neferlik birlik saxlanilirdi Serq cebhesinde aparilan herbi emeliyyatlar zamani Vermaxt quvvelerine esir dusen gurculerden ibaret Gurcustan legionu 1941 ci ilin dekabr ayinda yaradilmisdir Diger legion birlesmelerinde oldugu kimi gurculer de oz olkelerinin sovet isgalindan azad edilmesi ucun doyusurduler Legionun xidmetinden 1943 cu ilin iyun ayinda Polsanin Radom seheri yaxinliginda yerlesen Krusznya bolgesindeki meselik erazide partizanlarla doyusde istifade olunmusdur Teksel adasindaki usyani teskil etmis 822 ci piyada batalyonu da hemin ilde Polsada yaradilmisdir 1943 cu ilin 24 avqust tarixinde qerb serhedlerine gonderilir Gurculerden teskil edilmis batalyon 1943 cu ilin 30 avqust tarixinde Hollandiyanin Zandvoort seherine catir 1943 cu ilin sentyabrindan 1945 ci ilin fevral tarixine qeder batalyon Zandvoort seherinde yaradilmis alm Unterabschnitt Zandvoort adli hissede xidmet kecir Batalyonun terkibinde gizli teskilatin yaranmasindan subhelenen alman komandanligi 822 ci piyada batalyonunu 1945 ci ilin 6 fevralinda Teksel adasina gonderir Ucuncu Reyxin SSRI ve muttefiq dovletler qarsisinda meglub olacagini anlayan 822 ci piyada batalyonu 1945 ci ilin 5 aprel gecesi Teksel adasinda qaldiqlari herbi hissede usyan baslatdilar Qisa zamanda ada tamamile gurculerin nezareti altina kecir 400 nefere yaxin alman esgerinin usyanin ilk gecesinde yatdiqlari zaman bicaq ve sungulerle oldurulduyu ehtimal edilmekdedir Diger Reyx esgerlerinin silahli qarsidurma ve hazirlanan ani basqinlar zamani oldurulduyu guman edilir Teksel adasinin yerli sakinleri olan hollandlar da gurculere komeklik edirdiler Bele ki olaraq adlandirilan quvveler gurculerle planli hereket etmekle Ucuncu Reyxin ada uzerinde olan hakimiyyetine faktiki son qoymusdu Adanin cenub ve simal sahillerinin qorunmasi ugursuzluqla neticelenmisdir Tekselin simal bolgesinde yerlesen alman topcu batareyasi adada movcud olan tek alman quvvesi idi ve hemin birlik bele gurcu holland muqavimetcilerine qarsi istenilen mubarizeni gostere bilmirdi Merkezden adanin gurculer terefinden ele kecirilmesi xeberi geldikden sonra Tekselin simalinda yerlesen topcu batareyasina alm Unterabschnitt Zandvoort istiqametinde ates acmaq emri verilir 2 000 silahli ve 163 cu Marine Schutzenregiment adli birlik qisa zamanda Teksele gonderilir Novbeti bes hefte erzinde Teksele nezaret ugrunda terefler arasinda doyus baslanir Eierland ve ada mayaki etrafinda siddetli doyusler yasanir Aparilan doyuslerde gurculere Salva Loladze komandanliq edirdi Ucuncu Reyx quvvelerinin komandani ise Klaus Breitner olmusdur Ada yerlileri terefinden yaradilmis ve gurculer terefden doyusen komandani Kelder idi Salva Loladze 25 aprel tarixinde bas tutan doyus zamani oldurulur Almanlarin muqavimetine 20 may tarixine qeder davam getire bilen gurculer hemin tarixde meglub oldular Adada yasayan hollandlar bezi gurculeri gizletmeye nail olmusdu Alman birliklerin rehberi mayor Klaus Breitner bas verenleri xeyanet basqa hecne olaraq serh etmisdir Oldurulen gurculerin bir coxu doyus zamani bir qismi ise doyusden sonra siraya duzulerek gullelenmisdir 45 gun davam eden usyan neticesinde 565 gurcu 812 alman ve 120 nefer Teksel adasinda yasayan holland olduruldu En boyuk zererlerden biri de adanin kend teserrufatina deymisdi Onlarla ferma ve ev gurculerin gizledilmesi behanesi ile almanlar terefinden yandirildi Umumiyyetle adaya 3 77 milyon dollar hecminde ziyanin deydiyi texmin olunur 9 may tarixinde Berlin emeliyyatin qelebe ile basa catdirilmasinin ardindan Avropanin bir cox bolgelerinde oldugu kimi Teksel adasinda yerlesen alman quvveler de teslim olmaga basladilar Teslim olma prosesi 1945 ci ilin 20 mayina qeder davam etdi ve qisa bir alman idaresinin ardindan ada Kanada quvvelerinin nezareti alina kecdi NeticeTeksel adasinda saxlanilan gurculer Bas veren usyanda oldurulen gurculer Teksel adasinin kicik Ouderxild seherinde salinan fexri mezarliqda defn edildiler Sag qalan sexslerin SSRI ye qaytarilmasi ve ya Avropada nasistler ucun yaradilmis hebs dusergelerinde saxlanilmasi planlasdirilirdi Gurcu esirlerin sovetlere tehvil verilmesi ile bagli qerar Yalta seherinde kecirilen konfransda elde olundu Belelikle Teksel adasinda bas vermis gurcu usyaninda sag qalan 228 nefer gurcu esilli sexs SSRI ye tehvil verildi Sag qalanlarin demek olar ki hamisi ada sakinlerinin evlerinde ve fermalarinda gizledilmis gurculer idi Ucuncu Reyx terefinden doyusmus gurculere qarsi munasibet birmenali sekilde menfi idi Bu sebebden gurcu esirler rejime qarsi gelen sexslerin toplandigi emek dusergelerine gonderildi dusergelerinde usyanda istirak etmis 26 gurcu muemmali sekilde itkin dusdu Sag qalmagi bacaranlara sadece 1950 ci ilde evlerine qayitmaga icaze verildi 1991 ci ile qeder SSRI nin Niderlandda yerlesen sefirliyi terefinden Teksel adasinda yerlesen gurcu toplu mezarligi her ilin 4 may tarixinde duzenli sekilde ziyaret olunmusdur 2005 ci ilin 4 may tarixinde ise donemin Gurcustan prezidenti Mixail Saakasvili adani ziyaret etmekle mezarligi ziyaret etmis en yuksek rutbeli gurcu memuru olmusdur Oldurulen almanlarin bir qismi adada yerlesen kicik Den Burq qesebesinin mezarliginda defn edildiler Daha sonra mezarlarin bir qismi Niderlandin Limburq seheri yaxinliginda yerlesen Ysselsteyn herbi mezarligina kocuruldu Tekselde bas veren usyandan sag cixan sexsler dusergelerinde oz cezalarini cekdikden sonra Gurcustanda yasamaga basladilar Usyanin son istirakcilarindan biri 2007 ci ilde Gurcustanin Zuqdidi seherinde ahil yasinda vefat etdi Bir diger usyan istirakcisi ve eyni zamanda usyanin teskilatcilarindan olan Eqeny Artamidze 2010 cu ilin 22 iyun tarixinde 90 yasinda vefat etdi Teksel adasinda bas vermis gurcu usyanin tek sahidi Qrisa Baindurasvilidir 88 yasli qoca bu gun Tbilisi seherinin 40 km qerbinde yerlesen Kaspi kendinde yasamaqdadir ItkilerKanada birlikleri 1945 ci ilin 20 may tarixinde Teksel adasina tam nezareti ele aldilar Iki gun erzinde 1 535 alman esgeri silahsizlasdirildi SSRI Smerc quvveleri adaya gelen zaman kanadalilar terefinden esir goturulmus 228 nefer gurcu ile qarsilasdilar Smerc quvvelerinin komandiri ucun hazirlanmis raportda aprel may aylari arasinda bas vermis usyan zamani 470 gurcu ve 2 347 almanin oldurulduyu gosterilmisdir 1949 cu ilde Alman Muharibe Mezarlari Komitesi tekrar defn prosesi ucun Tekselde acilmis mezarlarda 812 alman esgerinin qaliqlarina rast geldiyini qeyd etmisdir Cenazeler tekrar defn edilmekleri ucun Ysselsteyn herbi mezarligina gonderilmisdir Teksel adasinda yerlesen hesablama burosunun qeydlerine esasen usyan neticesinde 565 gurcu 120 ada sakini olan holland ve 800 nefere yaxin alman oldurulmusdur Ehtimallara gore Smerc quvvelerinin komandiri ucun hazirlanmis raportda gosterilen 2 347 olu alman sayisi sisirdilmisdir Esas versiya oldurulen almanlarla 812 nefer silahsizlasdirilmis almanlarin 1 535 umumi sayinin olu sayisi kimi teqdim olunmasi ile baglidir Theo Smit adli usyancilari destekleyen ve adada yasayan holland corekcinin sehven gurcu bir esgeri oldurduyu de raportda qeyd olunmusdur IstinadlarBBC Coast programme 19 October 2012 Zaloga Steven J The Atlantic Wall 2 Belgium The Netherlands Denmark and Norway Osprey Publishing 2011 seh 57 ISBN 1780961456 Der Spiegel 20 1995 Der Geburtstag des Todes The Birthday of Death p 188 Der Spiegel p 189 Der Spiegel p 190 2011 07 24 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 07 05 President Respects Georgian Hero 2012 02 06 at the Wayback Machine Daily Georgian Times 18 July 2007 The German War Graves Commission called the event Umbettung roughly exhumation and reburial http vvv texel net mooi texel historie opstandgeorgiers amp lng de 2009 09 24 at the Wayback Machine See History section Vikianbarda Teksel adasinda gurcu usyani ile elaqeli mediafayllar var