Taskiqidə sifilisin tədqiqatı — Alabama ştatının Taskiqi şəhərində 1932–1972-ci illərdə aparılmış tibbi eksperiment tarixə ən utandırıcı təcrübələrdən biri kimi daxil olub. Eksperiment ABŞ-nin İctimai sağlamlıq Xidmətinin himayəsi altında keçirilirdi. Təcrübənın əsas məqsədi insanlardan təcrübə obyekti kimi istifadə edərək sifilisin bütün mərhələlərini öyrənmək idi. Təcrübələrin aparılması üçün 600 afroamerikalı kişi (bu şəxslərdən 200-ü sifilis xəstəliyinə yoluxmamışdı) seçilmişdi.
Tuskigi Sifilis Araşdırması | |
---|---|
Tarix | 1932—1972 |
Yeri | Taskiqi, Alabama |
Vikianbarda əlaqəli mediafayllar |
1947-ci ilə qədər aparılan araşdırmalar nəticəsində sifilisin müalicəsində penisilinin əhəmiyyətli rol oynadığı müəyyən edilmişdi. Lakin, xəstələrə bu barədə heç bir məlumat verilməmişdi. Alimlər penisilin haqqında məlumatları xəstələrdən gizlədərək araşdırmalarını davam etdirirdilər. Onlar tədqiqat iştirakçılarının digər xəstəxanalarda müalicə almasına mane olurdular. Bu tədqiqatlar 1972-ci ilə qədər davam etmişdir. Tədqiqatların dayandırılmasına səbəb isə yuxarıda qeyd olunan məlumatların mətbuata sızması olmuşdur. Bu tibbi zorakılıq nəticəsində yüzlərlə insan əziyyət çəkərək sifilisdən ölmüş, ailə üzvlərini, yoldaşlarını bu xəstəliyə yoluxdurmuş, sifilisli uşaqların doğulmasına səbəb olmuşlar. Bu təcrübə insanları müalicə etmək məqsədi daşımayan və ən uzun müddətli araşdırma kimi tibb tarixinə keçmişdir. İyirminci əsrdə qaradərililərin ağdərililərə qarşı şübhə ilə yanaşmasının ən parlaq simvolik mənbəyi də bu araşdırma hesab edilir.
Tarixi
İctimai Səhiyyə Xidməti qərargahının cinsi yolla keçən xəstəliklər şöbəsində sifilis tədqiqat qrupu yaradıldı. Dr. Klark Taliaferro bu qrupun ilk üzvlərindən biri idi. Klarkın əsas ideyası 6–9 ay müddətində sifilis xəstəsi olan bir qrup qaradərililəri tədqiqat üçün seçmək və onların xəstəliyinin mərhələlərini müşahidə etmək idi. Doktor Klark araşdırmalara başladıqdan bir il sonra təqaüdə çıxmışdır.
Dr. Klark Taliaferro Yudgina Dibbleri və Oliver Vengeri təcrübədə iştirak etməyə dəvət etmişdir. Sonrakı dövrdə həmin həkimlər birlikdə tədqiqatın bütün mərhələlərini hazırlamışdırlar. Venger və onun əməkdaşları tədqiqat metodlarının inkişafında həlledici rol oynamışdırlar. Dr. Raymond Vonderler tədqiqat proqramının direktoru təyin edildi və layihənin uzunmüddətli təqibini müəyyən edən planlar hazırladı. Məsələn, Raymond onurğanın lümbal punksiya üçün xəstələrin razılığını almağa başladı və xəstələrə bu üsulu xeyirli bir üsul kimi təqdim etdi. Doktor Raymond Vonderler 1943-cü ildə sifilisin müalicəsində penisilindən ilk dəfə istifadə etdikdən sonra təqaüdə çıxdı.
Afroamerikalı tibb bacısı Yunis Rivers də layihəyə cəlb edilənlər arasında idi. Doktor Vonderlerin afroamerikalı tibb bacısını bu işə cəlb etməkdə əsas məqsədi qaradərili xəstələr arasında etibar qazanmaq idi. Böyük Depressiya dövründə həkimlər yoxsul olduqları üçün tibbi sığortası olmayan aşağı gəlirli qaradərililəri "Miss Rivers İcmasına" qoşulmağa dəvət etməyə başladılar. Həmin icma nümayəndələrinə xəstəxanaya pulsuz gediş, yemək və yüngül xəstəliklərin müalicəsi kimi xidmətlər təqdim olunurdu. Tədqiqat çoxillik bir layihəyə çevrildiyindən illər ərzində direktorlar, səhiyyə işçiləri dəyişilmişdi. Bu dövrlərdə isə tədqiqata tibb bacısı Yunis Rivers rəhbərlik etmişdi. Yunis Rivers 40 il bu layihədə iştirak etmişdir.
1940-cı illərin sonlarında Amerikada həkimlər sifilisin müalicə üsulunun penisilindən istifadə etmək olduğunu artıq bilirdilər. Lakin, onlar yenədə də penisilindən istifadə edərək xəstələri sağaltmaq əvəzinə, öz tədqiqatlarına davam etməyi üstün tutdular. İkinci Dünya müharibəsindən sonra nasist tibbi tədqiqatları edən həkimlərin təcrübələrinin üzəri açıldı və bunun nəticəsində beynəlxalq qanunlarda dəyişikliklər edildi. Tibbi tədqiqat subyektlərinin hüquqlarını müəyyən edən Nürnberq Məcəlləsi qəbul edildi. Lakin, tədqiqat prinsiplərinin bu qanunlarla uyğunluğunu heç kim yoxlamadı. 1972-ci ildə tədqiqat "The Washington Star" və "The New York Times" qəzetlərində dərc olunmaqla ictimaiyyətə açıqlandı.
Lakin İctimai Səhiyyə Xidmətinin Cinsi yolla keçən xəstəliklər şöbəsinin müdiri doktor Heller hələ də araşdırmanın etikasını müdafiə edərək çıxış etdi:
Bu şəxslərin statusu etik müzakirələrə açıq deyildir. Onları xəstə insanlar kimi qəbul etmək lazım deyil. Klinik material, obyekt kimi qəbul etmək lazımdır.
Tədqiqatın detalları
Tədqiqat Makon əhalisi arasında sifilis hallarını müalicə etmək üçün başladıldı. Əvvəlcə xəstələrə altı aydan səkkiz aya qədər nəzarət edildi, daha sonra isə salvarsan, civə məlhəmləri və vismut preparatları ilə müalicələrinə başlanıldı. Bu maddələr zəif təsirli və yüksək toksikliyə malik idilər. Tədqiqatın ilkin məqsədi yoxsul qaradərili əhaliyə kömək etmək idi. Tədqiqatda yerli qaradərili həkimlər və xəstələrin müalicə xərclərinin bir hissəsini ödəyən Rozenvald fondu da iştirak etmişdir. Tədqiqat üçün 2 qrup yaradıldı. Birinci qrupa sifilisli xəstələr, ikinci qrupa isə sağlam insanlar cəlb edilirdi. Birinci qrup 399 nəfərdən, ikinci qrup isə 201 nəfərdən ibarət idi.
ABŞ-də Böyük Depressiyanın başlaması nəticəsində Rozenvald fondu tədqiqatları maliyyələşdirmək təklifini geri götürdü. Bunun nəticəsində maliyyə problemləri yarandı, hətta bu problemlər nəticəsində tədqiqatın bağlanma riski yarandı. Həkimlər arasında keçirilən iclasda sifilisin inkişafı və fəsadları haqqında material toplamaq üçün müayinələrin davam etdirilməsi qərara alındı.
Tədqiqatın dayandırılması
1966-cı ildə San-Fransiskodan olan zöhrəvi xəstəliklər tədqiqatçısı Piter Buxtun zöhrəvi xəstəliklərin tədqiqat şöbəsinə Taskiqi tədqiqat etikası ilə bağlı narahatlıqlarını ifadə edən məktub yazdı. Lakin, Xəstəliklərə Nəzarət Mərkəzi tədqiqatın davam etdirilməsinin zəruri olduğunu təsdiqlədi. Bu mərkəz tədqiqatı təsdiqlədi və maliyyələşdirdi.
İctimai Səhiyyə Xidmətində çalışan Villiam Karter Cenkins irqi ayrı-seçkiliyə son qoymağa həsr olunmuş Drum jurnalını təsis etdi. Villiam bu jurnalda tədqiqatın dayandırılmasını tələb edən bir məqalə dərc etdi. Lakin, bu məqalə də heç bir nəticə vermədi.
Piter Buxtun bu yoldan geri çəkilmədi və nəhayət, 25 iyul 1972-ci ildə Washington Star qəzetində yeni bir məqalə dərc edə bildi. Bu məqalə ertəsi gün New York Times qəzetinin ön səhifələrində yer aldı. 1972-ci ildə ictimai etirazlar nəticəsində tədqiqatı qiymətləndirmək üçün xüsusi məsləhət qrupu yaradıldı. Məsləhət qrupu araşdırmanın tibbi cəhətdən əsassız olduğuna dair hökm verdi və dərhal dayandırılmasını əmr etdi. ABŞ hökuməti tədqiqat iştirakçılarına və onların ailələrinə 9 milyon dollar təzminat və pulsuz tibbi xidmət göstərmək qərarı aldı.
Nəticələri
Tədqiqatlar nəticəsində üzərində tədqiqat aparılan 399 nəfərdən yalnız 74-ü sağ qalmışdı. Bunlardan 28 nəfər sifilisdən, 100 nəfər isə onun yaratdığı fəsadlardan dünyasını dəyişmişdi. Xəstəlikdən əziyyət çəkən kişilərin 40-nın həyat yoldaşlarında da bu xəstəlik aşkar edilmiş, 19 körpə bu xəstəliklə dünyaya gəmişdir. 1974-cü ildə keçirilən konqresdə akt qəbul edildi və insan subyektləri ilə bağlı tədqiqatlara dair qaydaları tənzimləmək üçün komissiya yaradıldı. 16 may 1997-ci ildə ABŞ prezidenti Bill Klinton rəsmi olaraq bu tədqiqatın iştirakçılarından üzr istədi və öz çıxışında aşağıdakıları qeyd etdi:
Olanları dəyişdirmək olmur. Lakin, səssizliyə son qoya, səhvlərimizi etiraf edə bilərik. Amerika xalqı adından deyə bilərik ki, Birləşmiş Ştatlar hökuməti bu baş verənlərdən utanır və mən bu hökumətin adından üzr istəyirəm… Afroamerikalı vətəndaşlarımıza demək istəyirəm ki, irqi ayrı — seçiciliyi təmsil edən bu araşdırmaya razılıq verdiyimiz üçün çox təəssüf edirəm.
Taskiqi tədqiqatı qaradərili cəmiyyətin Birləşmiş Ştatlarda ictimai səhiyyəyə olan inamını əhəmiyyətli dərəcədə sarsıtdı. Afrikalı amerikalılar arasında QİÇS-in bir soyqırım forması olduğuna dair geniş yayılmış bir inanc formalaşdı. Sui-qəsd nəzəriyyəsinə əsasən hökumət irq müharibəsində QİÇS-dən silah kimi istifadə edərək qaradərili cəmiyyətdə narkotikdən sui-istifadəni təbliğ edirdi. Nəticədə qaradərili insanlar həkimlərə etibar etmirlər. Tədqiqat həmçinin bir çox yoxsul afroamerikalıların müntəzəm profilaktik müalicə almaq istəməməsinə səbəb oldu.
1990-cı ildə Cənubi Xristianlıq Konfransı ABŞ-ın beş şəhərində 1056 afroamerikalı kilsə üzvləri arasında sorğu keçirdi. Müəyyən olundu ki, respondentlərin 34%-i QİÇS-in texnogen virus olduğuna, 35%-i QİÇS-in bir soyqırım forması olduğuna inanır. İştirakçıların 44%-i isə hökumətin QİÇS haqqında həqiqəti söyləmədiyini irəli sürdü. ABŞ-də bu və digər tədqiqatların və insanlar üzərində aparılan təcrübələrin nəticələri Biotibbi və Davranış Tədqiqat subyektlərinin Hüquqlarının Müdafiəsi üzrə Milli Komissiyanın yaradılmasına və Milli Tədqiqat Aktının qəbul edilməsinə səbəb oldu.
2005-ci ildə 1946–1948-ci illər arasında ABŞ-ın Qvatemala vətəndaşları üzərində sifilislə bağlı analoji tədqiqat apardığını təsdiq edən sənədlər yayımlandı. Bu araşdırmada 83 nəfərin Qvatemala eksperimentinin qurbanı olduğu irəli sürüldü.
Elmi ictimaiyyətin qiymətləndirilməsi
Bu araşdırmanın bir çox afroamerikalının tibb və səhiyyə müəssisələrinə etibar etməməsinin ən başlıca səbəbi olduğu qeyd edilmişdi. Freimut və onunla həmfikir olan bir çox alimlər isə qaradərililər arasında həkimlərə inamsızlığın səbəbini tibb sahəsi üzrə olan məlumatsızlıqda görür.
Bu təcrübə ilə bağlı açıq və dürüst müzakirələrin aparılması afroamerikalılar arasında tibbə inamsızlığın aradan qaldırılmasına və onlar arasında QİÇS haqqında maarifləndirməni yaxşılaşdırmağa kömək edəcəyi fərz olunur.
İstinadlar
- "Tuskegee Study - Timeline". NCHHSTP. CDC. June 25, 2008. May 19, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 4, 2008.
- Thomas S. B., Quinn S. C. The Tuskegee Syphilis Study, 1932 to 1972: implications for HIV education and AIDS risk education programs in the black community Arxivləşdirilib 2021-01-23 at the Wayback Machine //American journal of public health. — 1991. — Т. 81. — № 11. — С. 1498–1505. doi:10.1016/j.forsciint.2010.04.003
- Dula A. African American suspicion of the healthcare system is justified: what do we do about it? //Cambridge Quarterly of Healthcare Ethics. — 1994. — Т. 3. — № 03. — С. 347–357.
- "Research Ethics: The Tuskegee Syphilis Study". Archived from the original on 2011-03-18. İstifadə tarixi: 2024-07-01.
- "REMARKS BY THE PRESIDENT IN APOLOGY FOR STUDY DONE IN TUSKEGEE". 2014-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-19.
- "Corbie‐Smith G. et al. Attitudes and beliefs of African Americans toward participation in medical research //Journal of general internal medicine. — 1999. — Т. 14. — №. 9. — С. 537—546". 2015-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-03.
- "Архивированная копия" (PDF). 2021-01-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-03.
- Cohen E. "Tuskegee's ghosts: Fear hinders black marrow donation". CNN. 2007-02-26. 2021-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-12-04.
- "Research Ethics: The Tuskegee Syphilis Study". Tuskegee University. 2012-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-12-04.
- "Boulware L. E. et al. Race and trust in the health care system //Public health reports. — 2003. — Т. 118. — №. 4. — С. 358". 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-03.
- "Braunstein J. B. et al. Race, medical researcher distrust, perceived harm, and willingness to participate in cardiovascular prevention trials //Medicine. — 2008. — Т. 87. — №. 1. — С. 1-9". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-07.
Xarici keçidlər
- U. S. Public Health Service Syphilis Study at Tuskegee, at the Center for Disease Control
- Review of the TSS
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Taskiqide sifilisin tedqiqati Alabama statinin Taskiqi seherinde 1932 1972 ci illerde aparilmis tibbi eksperiment tarixe en utandirici tecrubelerden biri kimi daxil olub Eksperiment ABS nin Ictimai saglamliq Xidmetinin himayesi altinda kecirilirdi Tecrubenin esas meqsedi insanlardan tecrube obyekti kimi istifade ederek sifilisin butun merhelelerini oyrenmek idi Tecrubelerin aparilmasi ucun 600 afroamerikali kisi bu sexslerden 200 u sifilis xesteliyine yoluxmamisdi secilmisdi Tuskigi Sifilis ArasdirmasiTarix 1932 1972Yeri Taskiqi Alabama Vikianbarda elaqeli mediafayllar 1947 ci ile qeder aparilan arasdirmalar neticesinde sifilisin mualicesinde penisilinin ehemiyyetli rol oynadigi mueyyen edilmisdi Lakin xestelere bu barede hec bir melumat verilmemisdi Alimler penisilin haqqinda melumatlari xestelerden gizlederek arasdirmalarini davam etdirirdiler Onlar tedqiqat istirakcilarinin diger xestexanalarda mualice almasina mane olurdular Bu tedqiqatlar 1972 ci ile qeder davam etmisdir Tedqiqatlarin dayandirilmasina sebeb ise yuxarida qeyd olunan melumatlarin metbuata sizmasi olmusdur Bu tibbi zorakiliq neticesinde yuzlerle insan eziyyet cekerek sifilisden olmus aile uzvlerini yoldaslarini bu xesteliye yoluxdurmus sifilisli usaqlarin dogulmasina sebeb olmuslar Bu tecrube insanlari mualice etmek meqsedi dasimayan ve en uzun muddetli arasdirma kimi tibb tarixine kecmisdir Iyirminci esrde qaraderililerin agderililere qarsi subhe ile yanasmasinin en parlaq simvolik menbeyi de bu arasdirma hesab edilir TarixiHekim Oliver Venqer Ictimai Sehiyye Xidmeti qerargahinin cinsi yolla kecen xestelikler sobesinde sifilis tedqiqat qrupu yaradildi Dr Klark Taliaferro bu qrupun ilk uzvlerinden biri idi Klarkin esas ideyasi 6 9 ay muddetinde sifilis xestesi olan bir qrup qaraderilileri tedqiqat ucun secmek ve onlarin xesteliyinin merhelelerini musahide etmek idi Doktor Klark arasdirmalara basladiqdan bir il sonra teqaude cixmisdir Dr Klark Taliaferro Yudgina Dibbleri ve Oliver Vengeri tecrubede istirak etmeye devet etmisdir Sonraki dovrde hemin hekimler birlikde tedqiqatin butun merhelelerini hazirlamisdirlar Venger ve onun emekdaslari tedqiqat metodlarinin inkisafinda helledici rol oynamisdirlar Dr Raymond Vonderler tedqiqat proqraminin direktoru teyin edildi ve layihenin uzunmuddetli teqibini mueyyen eden planlar hazirladi Meselen Raymond onurganin lumbal punksiya ucun xestelerin raziligini almaga basladi ve xestelere bu usulu xeyirli bir usul kimi teqdim etdi Doktor Raymond Vonderler 1943 cu ilde sifilisin mualicesinde penisilinden ilk defe istifade etdikden sonra teqaude cixdi Tibb bacisi Yunis Rivers Afroamerikali tibb bacisi Yunis Rivers de layiheye celb edilenler arasinda idi Doktor Vonderlerin afroamerikali tibb bacisini bu ise celb etmekde esas meqsedi qaraderili xesteler arasinda etibar qazanmaq idi Boyuk Depressiya dovrunde hekimler yoxsul olduqlari ucun tibbi sigortasi olmayan asagi gelirli qaraderilileri Miss Rivers Icmasina qosulmaga devet etmeye basladilar Hemin icma numayendelerine xestexanaya pulsuz gedis yemek ve yungul xesteliklerin mualicesi kimi xidmetler teqdim olunurdu Tedqiqat coxillik bir layiheye cevrildiyinden iller erzinde direktorlar sehiyye iscileri deyisilmisdi Bu dovrlerde ise tedqiqata tibb bacisi Yunis Rivers rehberlik etmisdi Yunis Rivers 40 il bu layihede istirak etmisdir 1940 ci illerin sonlarinda Amerikada hekimler sifilisin mualice usulunun penisilinden istifade etmek oldugunu artiq bilirdiler Lakin onlar yenede de penisilinden istifade ederek xesteleri sagaltmaq evezine oz tedqiqatlarina davam etmeyi ustun tutdular Ikinci Dunya muharibesinden sonra nasist tibbi tedqiqatlari eden hekimlerin tecrubelerinin uzeri acildi ve bunun neticesinde beynelxalq qanunlarda deyisiklikler edildi Tibbi tedqiqat subyektlerinin huquqlarini mueyyen eden Nurnberq Mecellesi qebul edildi Lakin tedqiqat prinsiplerinin bu qanunlarla uygunlugunu hec kim yoxlamadi 1972 ci ilde tedqiqat The Washington Star ve The New York Times qezetlerinde derc olunmaqla ictimaiyyete aciqlandi Lakin Ictimai Sehiyye Xidmetinin Cinsi yolla kecen xestelikler sobesinin mudiri doktor Heller hele de arasdirmanin etikasini mudafie ederek cixis etdi Bu sexslerin statusu etik muzakirelere aciq deyildir Onlari xeste insanlar kimi qebul etmek lazim deyil Klinik material obyekt kimi qebul etmek lazimdir Tedqiqatin detallariHekim terefinden placebonun tetbiqi Tedqiqat Makon ehalisi arasinda sifilis hallarini mualice etmek ucun basladildi Evvelce xestelere alti aydan sekkiz aya qeder nezaret edildi daha sonra ise salvarsan cive melhemleri ve vismut preparatlari ile mualicelerine baslanildi Bu maddeler zeif tesirli ve yuksek toksikliye malik idiler Tedqiqatin ilkin meqsedi yoxsul qaraderili ehaliye komek etmek idi Tedqiqatda yerli qaraderili hekimler ve xestelerin mualice xerclerinin bir hissesini odeyen Rozenvald fondu da istirak etmisdir Tedqiqat ucun 2 qrup yaradildi Birinci qrupa sifilisli xesteler ikinci qrupa ise saglam insanlar celb edilirdi Birinci qrup 399 neferden ikinci qrup ise 201 neferden ibaret idi ABS de Boyuk Depressiyanin baslamasi neticesinde Rozenvald fondu tedqiqatlari maliyyelesdirmek teklifini geri goturdu Bunun neticesinde maliyye problemleri yarandi hetta bu problemler neticesinde tedqiqatin baglanma riski yarandi Hekimler arasinda kecirilen iclasda sifilisin inkisafi ve fesadlari haqqinda material toplamaq ucun muayinelerin davam etdirilmesi qerara alindi Tedqiqatin dayandirilmasiTedqiqatci Piter Buxtun 1966 ci ilde San Fransiskodan olan zohrevi xestelikler tedqiqatcisi Piter Buxtun zohrevi xesteliklerin tedqiqat sobesine Taskiqi tedqiqat etikasi ile bagli narahatliqlarini ifade eden mektub yazdi Lakin Xesteliklere Nezaret Merkezi tedqiqatin davam etdirilmesinin zeruri oldugunu tesdiqledi Bu merkez tedqiqati tesdiqledi ve maliyyelesdirdi Heyatda qalan Carli Pollard Ictimai Sehiyye Xidmetinde calisan Villiam Karter Cenkins irqi ayri seckiliye son qoymaga hesr olunmus Drum jurnalini tesis etdi Villiam bu jurnalda tedqiqatin dayandirilmasini teleb eden bir meqale derc etdi Lakin bu meqale de hec bir netice vermedi Heyatda qalan Herman Sau Piter Buxtun bu yoldan geri cekilmedi ve nehayet 25 iyul 1972 ci ilde Washington Star qezetinde yeni bir meqale derc ede bildi Bu meqale ertesi gun New York Times qezetinin on sehifelerinde yer aldi 1972 ci ilde ictimai etirazlar neticesinde tedqiqati qiymetlendirmek ucun xususi meslehet qrupu yaradildi Meslehet qrupu arasdirmanin tibbi cehetden esassiz olduguna dair hokm verdi ve derhal dayandirilmasini emr etdi ABS hokumeti tedqiqat istirakcilarina ve onlarin ailelerine 9 milyon dollar tezminat ve pulsuz tibbi xidmet gostermek qerari aldi NeticeleriTedqiqatlar neticesinde uzerinde tedqiqat aparilan 399 neferden yalniz 74 u sag qalmisdi Bunlardan 28 nefer sifilisden 100 nefer ise onun yaratdigi fesadlardan dunyasini deyismisdi Xestelikden eziyyet ceken kisilerin 40 nin heyat yoldaslarinda da bu xestelik askar edilmis 19 korpe bu xestelikle dunyaya gemisdir 1974 cu ilde kecirilen konqresde akt qebul edildi ve insan subyektleri ile bagli tedqiqatlara dair qaydalari tenzimlemek ucun komissiya yaradildi 16 may 1997 ci ilde ABS prezidenti Bill Klinton resmi olaraq bu tedqiqatin istirakcilarindan uzr istedi ve oz cixisinda asagidakilari qeyd etdi Olanlari deyisdirmek olmur Lakin sessizliye son qoya sehvlerimizi etiraf ede bilerik Amerika xalqi adindan deye bilerik ki Birlesmis Statlar hokumeti bu bas verenlerden utanir ve men bu hokumetin adindan uzr isteyirem Afroamerikali vetendaslarimiza demek isteyirem ki irqi ayri seciciliyi temsil eden bu arasdirmaya raziliq verdiyimiz ucun cox teessuf edirem Tedqiqat istirakcilari qrupu Taskiqi tedqiqati qaraderili cemiyyetin Birlesmis Statlarda ictimai sehiyyeye olan inamini ehemiyyetli derecede sarsitdi Afrikali amerikalilar arasinda QICS in bir soyqirim formasi olduguna dair genis yayilmis bir inanc formalasdi Sui qesd nezeriyyesine esasen hokumet irq muharibesinde QICS den silah kimi istifade ederek qaraderili cemiyyetde narkotikden sui istifadeni teblig edirdi Neticede qaraderili insanlar hekimlere etibar etmirler Tedqiqat hemcinin bir cox yoxsul afroamerikalilarin muntezem profilaktik mualice almaq istememesine sebeb oldu 1990 ci ilde Cenubi Xristianliq Konfransi ABS in bes seherinde 1056 afroamerikali kilse uzvleri arasinda sorgu kecirdi Mueyyen olundu ki respondentlerin 34 i QICS in texnogen virus olduguna 35 i QICS in bir soyqirim formasi olduguna inanir Istirakcilarin 44 i ise hokumetin QICS haqqinda heqiqeti soylemediyini ireli surdu ABS de bu ve diger tedqiqatlarin ve insanlar uzerinde aparilan tecrubelerin neticeleri Biotibbi ve Davranis Tedqiqat subyektlerinin Huquqlarinin Mudafiesi uzre Milli Komissiyanin yaradilmasina ve Milli Tedqiqat Aktinin qebul edilmesine sebeb oldu 2005 ci ilde 1946 1948 ci iller arasinda ABS in Qvatemala vetendaslari uzerinde sifilisle bagli analoji tedqiqat apardigini tesdiq eden senedler yayimlandi Bu arasdirmada 83 neferin Qvatemala eksperimentinin qurbani oldugu ireli suruldu Elmi ictimaiyyetin qiymetlendirilmesiBu arasdirmanin bir cox afroamerikalinin tibb ve sehiyye muessiselerine etibar etmemesinin en baslica sebebi oldugu qeyd edilmisdi Freimut ve onunla hemfikir olan bir cox alimler ise qaraderililer arasinda hekimlere inamsizligin sebebini tibb sahesi uzre olan melumatsizliqda gorur Bu tecrube ile bagli aciq ve durust muzakirelerin aparilmasi afroamerikalilar arasinda tibbe inamsizligin aradan qaldirilmasina ve onlar arasinda QICS haqqinda maariflendirmeni yaxsilasdirmaga komek edeceyi ferz olunur Istinadlar Tuskegee Study Timeline NCHHSTP CDC June 25 2008 May 19 2014 tarixinde arxivlesdirilib Istifade tarixi December 4 2008 Thomas S B Quinn S C The Tuskegee Syphilis Study 1932 to 1972 implications for HIV education and AIDS risk education programs in the black community Arxivlesdirilib 2021 01 23 at the Wayback Machine American journal of public health 1991 T 81 11 S 1498 1505 doi 10 1016 j forsciint 2010 04 003 Dula A African American suspicion of the healthcare system is justified what do we do about it Cambridge Quarterly of Healthcare Ethics 1994 T 3 03 S 347 357 Research Ethics The Tuskegee Syphilis Study Archived from the original on 2011 03 18 Istifade tarixi 2024 07 01 REMARKS BY THE PRESIDENT IN APOLOGY FOR STUDY DONE IN TUSKEGEE 2014 10 11 tarixinde arxivlesdirilib Istifade tarixi 2010 06 19 Corbie Smith G et al Attitudes and beliefs of African Americans toward participation in medical research Journal of general internal medicine 1999 T 14 9 S 537 546 2015 12 19 tarixinde arxivlesdirilib Istifade tarixi 2016 01 03 Arhivirovannaya kopiya PDF 2021 01 23 tarixinde arxivlesdirilib PDF Istifade tarixi 2017 10 03 Cohen E Tuskegee s ghosts Fear hinders black marrow donation CNN 2007 02 26 2021 02 01 tarixinde arxivlesdirilib Istifade tarixi 2008 12 04 Research Ethics The Tuskegee Syphilis Study Tuskegee University 2012 04 28 tarixinde arxivlesdirilib Istifade tarixi 2008 12 04 Boulware L E et al Race and trust in the health care system Public health reports 2003 T 118 4 S 358 2021 01 16 tarixinde arxivlesdirilib Istifade tarixi 2017 10 03 Braunstein J B et al Race medical researcher distrust perceived harm and willingness to participate in cardiovascular prevention trials Medicine 2008 T 87 1 S 1 9 2016 03 04 tarixinde arxivlesdirilib Istifade tarixi 2016 01 07 Xarici kecidlerVikianbarda Taskiqide sifilisin tedqiqati ile elaqeli mediafayllar var U S Public Health Service Syphilis Study at Tuskegee at the Center for Disease Control Review of the TSS