Talan həftəsi, Yağmalama həftəsi və ya Qrabnedelya — 1920-ci ildə Aprel işğalından sonra Bakıda bolşeviklər tərəfindən törədilmiş və bir həftə boyunca davam etmiş talan hadisəsi.
Talan həftəsi | |
---|---|
| |
Tarix | 1920-ci il |
Yeri | Bakı |
Tanınır | Qrabnedelya |
Baş vermiş hadisələr
Yorq Baberovski öz əsərində qeyd edir ki, bolşeviklər Azərbaycana işğalçı kimi gəlmişdilər. Onlar respublikanı qətllər və talan meydanına çevirmişdilər. Bir neçə ay davam edən terror özündən sonra qorxunc dağıntı izləri qoymuşdu.
İşğaldan sonra bolşeviklər insanların əmlakını müsadirə edir, onların qiymətli əşyalarını talan edirdilər. Müsadirə edilmiş və ya sahibləri öldürülmüş evlərə bolşeviklərin özləri köçürdülər. Bakı İcraiyyə Komitəsinin 1920-ci il dekabrın 23-də keçirilən iclasında bütün Bakının hərbçilərlə dolu olduğu və onların 10-12 mininin fərdi mənzillərdə yaşadıqları qeyd olunub.
XI qızıl ordunun xüsusi şöbəsi, digər cəza orqanları Azərbaycandakı partiyaların, müxtəlif siyasi təşkilatların rəhbərlərinin, üzvlərinin təqib və həbs olunmasını getdikcə gücləndirirdilər. Onlar Azərbaycan ziyalılarının nümayəndələrini təcrid edir və qırırdılar, yüzlərlə adam Solovetsk adalarına, Suzdala, Novqoroda və digər ucqar yerlərdəki həbs düşərgələrinə göndərildilər.
Təkcə ilk iki gün ərzində Bayıl həbsxanasında 300 (üç yüz) nəfərin güllələndiyi bildirilir.
Əsassız həbslər, insanların təqibi və şəhərlərin talanması daha sonra ölkə ərazisində onlarla üsyanın baş verməsinə səbəb oldu.
Bundan başqa varlıların əmlakını müsadirə etmək adı ilə evləri talayan qızıl ordulular çox vaxt bahalı restoranlarda içki məclisləri təşkil edir və sərxoş olduqdan sonra da şəhər əhalisinə problem yaradırdılar. Əsgərlərinin nizamsız hərəkətlərinə görə, sərxoş olmaqlarına görə isə XI Qızıl Ordu spirtli içki satanları günahkar görürdü. Belə ki, 23 iyun 1923-cü ildə Bakı şəhər qarnizonunun rəisi Bakı komendantına spirtli içki satan şəxsləri müəyyən etdikdə heç bir məhkəmə və araşdırmasız onların fəhlə-kəndli hökumətinin düşməni elan edib güllələnmələri haqqında əmr verir.
Qızıl ordulu əsgərlərin özbaşınalıqları o həddə çatır ki XI Qızıl Ordunun komandanı Mixail Levandovski 8 iyun 1920-ci ildə verdiyi 269 nömrəli qərarında qızıl ordulu əsgərlərin qarət və soyğunçuluq hadisələrində iştiraklarını təsdiqləyərək onların tez-tez məscidləri və müsəlmanlar üçün müqəddəs olan yerləri dağıtdıqlarını qeyd edir. Onların bu hadisələrdə daha çox ermənilərdən istifadə etdiyini də qeyd edərək insanların bu tip hallara görə onlarla mübarizəyə qalxdıqlarını yazır. Və qızıl ordulu əsgərləri həddindən artıq olan qəddarlıqdan və millətlərdən birinə himayədarlıq etməkdən uzaq durmağa çağırır.
16-23 oktyabr 1920-ci ildə keçirilmiş Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının II Qurultayında Nəriman Nərimanov burjuaziyaya qarşı aparılan ekspropriasiya zamanı yerli qaydaların və müsəlman əhalinin psixologiyasının nəzərə alınmasını təklif edir. O deyir ki ekspropriasiyanı zavodlara, fabriklərə, banklara, teatrlara qarşı aparmaq gərəkdir. Daha kişilərdən onların kostyumlarını, qadınlardan isə onların zinət əşyalarını və hətta bəzi radikal yoldaşlar tərəfindən tələb olunan alt paltarlarını almağa gərək yoxdur.
Şəhərin vəziyyəti
Əsgərlərin şəhərdə səkilərdə belə atla gəzməsi səkilərin dağılmasına səbəb olmuşdu. Yalnız 2 ay keçdikdən sonra 6 iyul 1920-ci ildə şəhərdəki qarnizon rəisi atlılara səki ilə getməyi qadağan etdi.
Nəriman Nərimanov Bakıya mayın 16-da gəlir. Bura gələndə onun məqsədi Şərqə nümunə olacaq bir respublika qurmaq idi ancaq, burada "Talan həftəsi"ni, XI ordunun özbaşınalıqlarını, qarət-talanı görərək ilk istefa ərizəsini yazır. Bununla bağlı Nəriman Nərimanov Stalinə yazdığı "Ucqarlarda inqilabımızın tarixinə dair" məktubunda yazır:
Biləcəridə məni bəzi yoldaşlar qarşıladılar və görünür mənim gəlişimə çox sevinirdilər. “Bəlkə Sizə qədər olan biabırçılıqlara son qoyulacaqdır?” Onlar belə dedilər. Mən onları sakitləşdirdim və gələcək çətin işdə mənə kömək etməyi xahiş etdim. İnqilab komitəsinin Rəyasət Heyəti o zaman məndən (sədrdən), Mirzə Davud Hüseynovdan (müavindən) və bir nəfər üzv Qarayevdən ibarət idi. “Azərbaycanı başdan-başa qarət edirlər, sağa və sola güllələyirlər”. Bəzi yoldaşlar məni (onların arasında nə Qarayev, nə Hüseynov var idi) bu sözlərlə qarşılamışdılar. İşlərlə tanış olduqdan sonra mən İnqilab Komitəsinin Rəyasət Heyətinin iclasını təyin etdim və o zaman faktiki olaraq hər şeyi idarə edən yol. Pankratovu dəvət etdim. Mən belə bir məsələ qoydum ki, İnqilab Komitəsinin sanksiyası olmadan heç kim güllələnməsin. Mirzə Davud Hüseynov və Qarayev bunun əleyhinə çıxdılar. Beləliklə, hər şey əvvəlki kimi davam edirdi... |
1920-ci il sentyabrın 20-də Azərbaycanın Moskvadakı təmsilçisi Behbud ağa Şahtaxtinskinin Leninə ünvanlandığı məktubda bunlar qeyd olunub:
Qızıl Ordu … özünü mürtəce aparır, yerlərdən heyrətamiz məruzələr alınmaqdadır. İş qadın və qızların açıqcasına zorlanmasına qədər gedib çıxır... Azərbaycan kəndliləri ancaq bir şeyi xahiş edir və yalvarırlar: nə varsa, hər şeyi dərhal, bir dəfəyə götürün və bizi gündəlik evə soxulmalardan xilas edin. Azərbaycan kəndlilərinin hal-hazırda vəziyyəti fövqəladə dərəcədə ağırdır. Onlar, hətta ağ neft belə əldə edə bilmirlər belə ki, ağ nefti kəndlərinə daşıdıqları bütün arabaları yolda Qızıl Ordu müsadirə edir. Kəndlilər tarlaları əkməkdən imtina edirlər..Öz çörəyi ilə yaşayan Azərbaycan indi çörəksiz qalıbdır, ac Gürcüstan və Ermənistanın isə indi çörəyi boldur. |
1921 -ci il fevralın 22-də isə özbaşına axtarışlar keçirilməsinin və ev əmlakının müsadirəsinin qarşısını almaq tədbirləri haqqında N.N.Nərimanovun imzası ilə əmr verildi.
İşğaldan sonrakı günlərdə şəhərdə talan başlamış və bir neçə gün davam etmişdir. Bakılılar davam edən bu talanı «Talan həftəsi» adlandırmışdılar. Soyğunçular evlərə, idarələrə basqın edir, arvadların qulaqlarından, boyunlarından qızıl bər-bəzəyi güclə çıxarır, qiymətli avadanlığı aparırdılar.
Yalnız 1920-ci ilin may ayının 1-də Rusiyaya "Buniyad" gəmisi ilə 67.528 pud neft, "Rus" gəmisi ilə isə 76.697 pud mazut göndərilmişdir.
Məhəmməd Əmin Rəsulzadə "Azərbaycan Cümhuriyyəti" əsərinin “Qızıl imperializm” başlıqlı X bölməsində bolşeviklərin Bakıya girdikdən sonra talan həftəsində banklardan oğurlanan, yağmalanan daş-qaşla, qızıl, gümüş, bəzək şeyləri, nağd puldan, Həştərxana daşınan mal, çeşidli şeylərdən başqa 300 milyon put (4 milyard 800 milyon kilo) neftlə 750 min pud (12 milyon kilo) pambıq, çoxlu ipək apardıqlarını qeyd edib.
1920-ci il 30 apreldən 2 maya qədər Bakıdan Həştərxana ümumilikdə 1.3 milyon pud neft aparan 12 paraxod yola düşüb. Volqa-Xəzər donanması Rusiyaya may ayında 15 milyon pud, iyun ayında 21.2 milyon pud neft və neft məhsulu çatdırıb. Aprel işğalından 1920-ci ilin oktyabr ayının sonuna qədər Azərbaycandan Rusiyaya göndərilən neftin həcmi ümumilikdə 145 milyon pud idi.
Talan həftəsində bir çox ziyalılar, milyonçular, siyasətçi və hərbçilər də güllələnirlər. Murtuza Muxtarov Vrangel (indiki Əhməd Cavad) və Persidski (indiki Murtuza Muxtarov) küçələrinin tinindəki mənzilinə basqın etmiş iki bolşevikə atəş açmış. Anosov soyadlı əsgəri vurduqdan sonra ikinci güllə ilə də özünü vurur.
30 dekabr 1920-ci ildə Fəhlələrin yaşayış şəraitinin yaxşılaşdırılması üzrə fövqəladə komissiyanın verdiyi hesabata əsasən rəsmi şəkildə şəhər əhalisindən 10 pudu qızıl digər qismi isə gümüş olmaqla ümumilikdə 225 pud qiymətli əşya müsadirə olunub. Bundan başqa əhalidən çoxlu sayda brilyant və qiymətli daşlar eləcə də 4 min xalça da müsadirə edilib.
Hətta Anastas Mikoyan öz xatirələrində Bakıdan gedərkən ona Azərbaycanda partiya Mərkəzi Komitəsi tərəfindən adyal, balışlar və müsadirə olunmuş, qızıldan düzəldilmiş qadın saatının da verildiyini qeyd edib.
1921-ci ilin may ayında baş tutmuş Birinci Ümumazərbaycan fəhlə, kəndli, qızıl əsgər və matros deputatların Qurultayında Nəriman Nərimanov bir çox nümayəndələrin suallarını cavablandırıb. O suallardan birinə belə cavab verib:
Burjuyların əmlakının müsadirəsi barədə suallar verirlər. Bunu əlbəttə ki həyata keçirmək lazımdır. Ancaq bu nizamlı şəkildə olmalıdır. Əgər siz hardasa bur burjuyun olduğunu bilirsizsə onun nəyi varsa almaq lazımdır. Ona ancaq qaşıq və boşqab saxlamaq gərəkdir. Ancaq danışırdılar ki bəzi şəhərlərdə bu lap pis olub. Bizdə heç olmasa bu proses təcrübəli yoldaşların nəzarəti altında keçirilirdi. Məsələn qulaqlardan sırğaları dartıb çıxarırdılar. Və biz təəccüblənirdik ki, xalq özünə qarşı olan bu davranışa necə səbrlə yanaşır. Müsəlman kütlənin məlum psixologiyasını rəhbər tutaraq əmr verildi ki, müsəlman qadınlardan onların bəzək əşyaları alınmasın. Ancaq bizim bəzi ağılsız yoldaşlar zinət əşyalarını müsadirə etməkləri bir yana qulaqlardan sırğaları birbaşa dartıb çıxarırdılar. |
Mədəniyyətdə
Taxt oyunları serialının yeddinci mövsümün epizodlarından biri 1920-ci ildə Aprel işğalından sonra Azərbaycanda baş vermiş hadisələrdən təsirlənərək təsvir edilib. Bunu "The Independent" qəzetinə verdiyi müsahibədə səhnələr üçün kostyumları hazırlayan britaniyalı dizayner Mişel Klepton qeyd edib. O öz müsahibəsində bunları deyib:
Bu, döyüş meydanında dotrakilərin Lannisterləri məğlub etdiyi vaxt baş verir. Onlar ilk dəfə məğlub olan düşmənlərin paltarlarını çıxardırlar. Azərbaycanda yaşanan sovet işğalı zamanı döyüş iştirakçılarının düşmən üzərindən yaxşı paltoları götürməsi ideyası mənim çox xoşuma gəldi. Müharibənin sonlarında bolşevikləri demokratlardan ayırmaq olduqca çətin idi. |
İstinadlar
- Nəzərli, 2014. səh. 161
- Qılman İlkin. Bakı və bakılılar (PDF). Bakı: Nurlar nəşriyyatı. 2006. səh. 210. ISBN .
- Əbdülvahab Yurdsevər. Azerbaycan İstiklal Savaşından Sahneler. Ankara: Gece Kitaplığı. 2020. səh. 56. ISBN .
- Nəsiman Yaqublu. Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası. Bakı: Qanun Nəşriyyatı. 2018. səh. 19. ISBN .
- Baberovski, 2010. səh. 249
- Lətif Şamxal. "Советизация Азербайджана" (rus). Каспiй. 23.11.2019. 05.05.2022 tarixində . İstifadə tarixi: 05.05.2022.
- Azərbaycan Respublikasının Dövlət Arxivi, f. 1933, in. 1, i. 12 v.201
- Məsul redaktor: Cəmil Quliyev . (PDF). VI. Bakı: Elm nəşriyyatı. 2008. səh. 11. ISBN .
- Baberovski, 2010. səh. 251
- Nəzərli, 2014. səh. 173
- Nəzərli, 2014. səh. 174
- Mustafazadə, 2006. səh. 149-150
- Firdovsiyyə Əhmədova. Nəriman Nərimanov – ideal və gerçəklik. Bakı: Elm və həyat. 1998. səh. 88.
- Nəzərli, 2014. səh. 180
- Sevda İsmayıllı. "'Ruslar Bakıdadır!' və ya 'Talan həftəsi' (23-cü yazı)" (az.). Azadlıq Radiosu. 3 may 2018. 3 May 2018 tarixində . İstifadə tarixi: 30 may 2021.
- Sevda İsmayıllı. "Gizli sənədlərdən görünən Nərimanov" (az.). Azadlıq Radiosu. 25 may 2015. 12 September 2016 tarixində . İstifadə tarixi: 30 may 2021.
- Nəriman Nərimanov. (PDF). Bakı: Azərnəşr. 1992. səh. 12-13. ISBN . Archived from the original on 2021-11-18. İstifadə tarixi: 2021-11-18.
- Nəzərli, 2014. səh. 96
- Şamil Rəhmanzadə. Azərbaycan-Gürcüstan münasibətlərində ərazi məsələləri: Azərbaycanın şimal-qərb bölgəsinin materialları əsasında: 1917-1930-cu illərin əvvəlləri. Bakı: Aspoliqraf. 2008. səh. 120. 2023-07-14 tarixində . İstifadə tarixi: 2023-07-14.
- Ataxan Paşayev, Mark Naydel. Декреты Азревкома, 1920–1921 гг: сборник документов / Azərbaycan İnqilab Komitəsinin dekretləri 1920-1921-ci illər: sənədlər toplusu. Bakı: Azərnəşr. 1988. səh. 196. ISBN .
- Nəzərli, 2014. səh. 161
- Nəsiman Yaqublu. Müsavat partiyasının tarixi (PDF). Bakı: Adiloğlu nəşriyyatı. 2012. səh. 127. 2021-06-08 tarixində (PDF). İstifadə tarixi: 2023-05-12.
- Məhəmməd Əmin Rəsulzadə. Azərbaycan Cümhuriyyəti (PDF). Bakı: Elm nəşriyyatı. 1990. səh. 72. ISBN .
- Nəzərli, 2014. səh. 148-149
- Рафиев, Б.Дж. Если снять гриф секретности очерки новейшей истории Азербайджана. Qlazov: Глазовская типография. 2008. səh. 16-17.
- Vasili Yemelyanov. На заре новой жизни. Bakı: Azərnəşr. 1979. səh. 224.
- Anastas Mikoyan. В начале двадцатых. Moskva: Издательство политической литературы. 1975. səh. 98.
- Нариманов Н.Н. Избранные произведения: в трёх томах. II,1918-1921. Bakı: Azərnəşr. 1989. səh. 500-501.
- Megan Townsend. "Game of Thrones season 7: Costume designer Michele Clapton talks female power dressing, war and 'The Crown'" (ingilis). The Independent. 29 avqust 2017. 11 noyabr 2020 tarixində . İstifadə tarixi: 5 mart 2021.
Ədəbiyyat
- Nəzərli, Əzizə. XI Красная армия в Северном Азербайджане: оккупация, расправы, бесчинства / XI Qırmızı Ordu Şimali Azərbaycanda: işğal, zorakılıq, özbaşınalıq (PDF). Bakı: Elm və təhsil nəşriyyatı. 2014. 392. 2021-04-26 tarixində (PDF). İstifadə tarixi: 2021-11-18.
- Mustafazadə, Rəhman. Две Республики: азербайджано-российские отношения в 1918–1922 гг (PDF). Moskva: МИК. 2006. ISBN . 2022-05-13 tarixində (PDF). İstifadə tarixi: 2022-05-13.
- Baberovski, Yorq. Враг есть везде. Сталинизм на Кавказе / Düşmən hər yerdədir. Qafqazda stalinizm. Moskva: Российская политическая энциклопедия. 2010. 855. 2020-10-30 tarixində . İstifadə tarixi: 2022-05-13.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Talan heftesi Yagmalama heftesi ve ya Qrabnedelya 1920 ci ilde Aprel isgalindan sonra Bakida bolsevikler terefinden toredilmis ve bir hefte boyunca davam etmis talan hadisesi Talan heftesiAprel isgalinda Bakiya catmis zirehli qatarin qarsisinda Kirov Mikoyan Orconikidze Levandovski ve qizil ordu esgerleri Baki 1920 ci il Tarix 1920 ci ilYeri BakiTaninir QrabnedelyaBas vermis hadiselerYorq Baberovski oz eserinde qeyd edir ki bolsevikler Azerbaycana isgalci kimi gelmisdiler Onlar respublikani qetller ve talan meydanina cevirmisdiler Bir nece ay davam eden terror ozunden sonra qorxunc daginti izleri qoymusdu Isgaldan sonra bolsevikler insanlarin emlakini musadire edir onlarin qiymetli esyalarini talan edirdiler Musadire edilmis ve ya sahibleri oldurulmus evlere bolseviklerin ozleri kocurduler Baki Icraiyye Komitesinin 1920 ci il dekabrin 23 de kecirilen iclasinda butun Bakinin herbcilerle dolu oldugu ve onlarin 10 12 mininin ferdi menzillerde yasadiqlari qeyd olunub XI qizil ordunun xususi sobesi diger ceza orqanlari Azerbaycandaki partiyalarin muxtelif siyasi teskilatlarin rehberlerinin uzvlerinin teqib ve hebs olunmasini getdikce guclendirirdiler Onlar Azerbaycan ziyalilarinin numayendelerini tecrid edir ve qirirdilar yuzlerle adam Solovetsk adalarina Suzdala Novqoroda ve diger ucqar yerlerdeki hebs dusergelerine gonderildiler Tekce ilk iki gun erzinde Bayil hebsxanasinda 300 uc yuz neferin gullelendiyi bildirilir Esassiz hebsler insanlarin teqibi ve seherlerin talanmasi daha sonra olke erazisinde onlarla usyanin bas vermesine sebeb oldu Bundan basqa varlilarin emlakini musadire etmek adi ile evleri talayan qizil ordulular cox vaxt bahali restoranlarda icki meclisleri teskil edir ve serxos olduqdan sonra da seher ehalisine problem yaradirdilar Esgerlerinin nizamsiz hereketlerine gore serxos olmaqlarina gore ise XI Qizil Ordu spirtli icki satanlari gunahkar gorurdu Bele ki 23 iyun 1923 cu ilde Baki seher qarnizonunun reisi Baki komendantina spirtli icki satan sexsleri mueyyen etdikde hec bir mehkeme ve arasdirmasiz onlarin fehle kendli hokumetinin dusmeni elan edib gullelenmeleri haqqinda emr verir Qizil ordulu esgerlerin ozbasinaliqlari o hedde catir ki XI Qizil Ordunun komandani Mixail Levandovski 8 iyun 1920 ci ilde verdiyi 269 nomreli qerarinda qizil ordulu esgerlerin qaret ve soygunculuq hadiselerinde istiraklarini tesdiqleyerek onlarin tez tez mescidleri ve muselmanlar ucun muqeddes olan yerleri dagitdiqlarini qeyd edir Onlarin bu hadiselerde daha cox ermenilerden istifade etdiyini de qeyd ederek insanlarin bu tip hallara gore onlarla mubarizeye qalxdiqlarini yazir Ve qizil ordulu esgerleri heddinden artiq olan qeddarliqdan ve milletlerden birine himayedarliq etmekden uzaq durmaga cagirir 16 23 oktyabr 1920 ci ilde kecirilmis Azerbaycan Kommunist bolsevikler Partiyasinin II Qurultayinda Neriman Nerimanov burjuaziyaya qarsi aparilan ekspropriasiya zamani yerli qaydalarin ve muselman ehalinin psixologiyasinin nezere alinmasini teklif edir O deyir ki ekspropriasiyani zavodlara fabriklere banklara teatrlara qarsi aparmaq gerekdir Daha kisilerden onlarin kostyumlarini qadinlardan ise onlarin zinet esyalarini ve hetta bezi radikal yoldaslar terefinden teleb olunan alt paltarlarini almaga gerek yoxdur Seherin veziyyeti Esgerlerin seherde sekilerde bele atla gezmesi sekilerin dagilmasina sebeb olmusdu Yalniz 2 ay kecdikden sonra 6 iyul 1920 ci ilde seherdeki qarnizon reisi atlilara seki ile getmeyi qadagan etdi Neriman Nerimanov Bakiya mayin 16 da gelir Bura gelende onun meqsedi Serqe numune olacaq bir respublika qurmaq idi ancaq burada Talan heftesi ni XI ordunun ozbasinaliqlarini qaret talani gorerek ilk istefa erizesini yazir Bununla bagli Neriman Nerimanov Staline yazdigi Ucqarlarda inqilabimizin tarixine dair mektubunda yazir Bileceride meni bezi yoldaslar qarsiladilar ve gorunur menim gelisime cox sevinirdiler Belke Size qeder olan biabirciliqlara son qoyulacaqdir Onlar bele dediler Men onlari sakitlesdirdim ve gelecek cetin isde mene komek etmeyi xahis etdim Inqilab komitesinin Reyaset Heyeti o zaman menden sedrden Mirze Davud Huseynovdan muavinden ve bir nefer uzv Qarayevden ibaret idi Azerbaycani basdan basa qaret edirler saga ve sola gulleleyirler Bezi yoldaslar meni onlarin arasinda ne Qarayev ne Huseynov var idi bu sozlerle qarsilamisdilar Islerle tanis olduqdan sonra men Inqilab Komitesinin Reyaset Heyetinin iclasini teyin etdim ve o zaman faktiki olaraq her seyi idare eden yol Pankratovu devet etdim Men bele bir mesele qoydum ki Inqilab Komitesinin sanksiyasi olmadan hec kim gullelenmesin Mirze Davud Huseynov ve Qarayev bunun eleyhine cixdilar Belelikle her sey evvelki kimi davam edirdi Neriman Nerimanov isgalci XI qirmizi ordunun komandanlari Mixail Levandovski ve Mixail Yefremov ile birlikde 1920 ci il 1920 ci il sentyabrin 20 de Azerbaycanin Moskvadaki temsilcisi Behbud aga Sahtaxtinskinin Lenine unvanlandigi mektubda bunlar qeyd olunub Qizil Ordu ozunu murtece aparir yerlerden heyretamiz meruzeler alinmaqdadir Is qadin ve qizlarin aciqcasina zorlanmasina qeder gedib cixir Azerbaycan kendlileri ancaq bir seyi xahis edir ve yalvarirlar ne varsa her seyi derhal bir defeye goturun ve bizi gundelik eve soxulmalardan xilas edin Azerbaycan kendlilerinin hal hazirda veziyyeti fovqelade derecede agirdir Onlar hetta ag neft bele elde ede bilmirler bele ki ag nefti kendlerine dasidiqlari butun arabalari yolda Qizil Ordu musadire edir Kendliler tarlalari ekmekden imtina edirler Oz coreyi ile yasayan Azerbaycan indi coreksiz qalibdir ac Gurcustan ve Ermenistanin ise indi coreyi boldur 1921 ci il fevralin 22 de ise ozbasina axtarislar kecirilmesinin ve ev emlakinin musadiresinin qarsisini almaq tedbirleri haqqinda N N Nerimanovun imzasi ile emr verildi Isgaldan sonraki gunlerde seherde talan baslamis ve bir nece gun davam etmisdir Bakililar davam eden bu talani Talan heftesi adlandirmisdilar Soyguncular evlere idarelere basqin edir arvadlarin qulaqlarindan boyunlarindan qizil ber bezeyi gucle cixarir qiymetli avadanligi aparirdilar Yalniz 1920 ci ilin may ayinin 1 de Rusiyaya Buniyad gemisi ile 67 528 pud neft Rus gemisi ile ise 76 697 pud mazut gonderilmisdir Mehemmed Emin Resulzade Azerbaycan Cumhuriyyeti eserinin Qizil imperializm basliqli X bolmesinde bolseviklerin Bakiya girdikden sonra talan heftesinde banklardan ogurlanan yagmalanan das qasla qizil gumus bezek seyleri nagd puldan Hesterxana dasinan mal cesidli seylerden basqa 300 milyon put 4 milyard 800 milyon kilo neftle 750 min pud 12 milyon kilo pambiq coxlu ipek apardiqlarini qeyd edib 1920 ci il 30 aprelden 2 maya qeder Bakidan Hesterxana umumilikde 1 3 milyon pud neft aparan 12 paraxod yola dusub Volqa Xezer donanmasi Rusiyaya may ayinda 15 milyon pud iyun ayinda 21 2 milyon pud neft ve neft mehsulu catdirib Aprel isgalindan 1920 ci ilin oktyabr ayinin sonuna qeder Azerbaycandan Rusiyaya gonderilen neftin hecmi umumilikde 145 milyon pud idi Talan heftesinde bir cox ziyalilar milyoncular siyasetci ve herbciler de gullelenirler Murtuza Muxtarov Vrangel indiki Ehmed Cavad ve Persidski indiki Murtuza Muxtarov kucelerinin tinindeki menziline basqin etmis iki bolsevike ates acmis Anosov soyadli esgeri vurduqdan sonra ikinci gulle ile de ozunu vurur 30 dekabr 1920 ci ilde Fehlelerin yasayis seraitinin yaxsilasdirilmasi uzre fovqelade komissiyanin verdiyi hesabata esasen resmi sekilde seher ehalisinden 10 pudu qizil diger qismi ise gumus olmaqla umumilikde 225 pud qiymetli esya musadire olunub Bundan basqa ehaliden coxlu sayda brilyant ve qiymetli daslar elece de 4 min xalca da musadire edilib Hetta Anastas Mikoyan oz xatirelerinde Bakidan gederken ona Azerbaycanda partiya Merkezi Komitesi terefinden adyal balislar ve musadire olunmus qizildan duzeldilmis qadin saatinin da verildiyini qeyd edib 1921 ci ilin may ayinda bas tutmus Birinci Umumazerbaycan fehle kendli qizil esger ve matros deputatlarin Qurultayinda Neriman Nerimanov bir cox numayendelerin suallarini cavablandirib O suallardan birine bele cavab verib Burjuylarin emlakinin musadiresi barede suallar verirler Bunu elbette ki heyata kecirmek lazimdir Ancaq bu nizamli sekilde olmalidir Eger siz hardasa bur burjuyun oldugunu bilirsizse onun neyi varsa almaq lazimdir Ona ancaq qasiq ve bosqab saxlamaq gerekdir Ancaq danisirdilar ki bezi seherlerde bu lap pis olub Bizde hec olmasa bu proses tecrubeli yoldaslarin nezareti altinda kecirilirdi Meselen qulaqlardan sirgalari dartib cixarirdilar Ve biz teeccublenirdik ki xalq ozune qarsi olan bu davranisa nece sebrle yanasir Muselman kutlenin melum psixologiyasini rehber tutaraq emr verildi ki muselman qadinlardan onlarin bezek esyalari alinmasin Ancaq bizim bezi agilsiz yoldaslar zinet esyalarini musadire etmekleri bir yana qulaqlardan sirgalari birbasa dartib cixarirdilar MedeniyyetdeTaxt oyunlari serialinin yeddinci movsumun epizodlarindan biri 1920 ci ilde Aprel isgalindan sonra Azerbaycanda bas vermis hadiselerden tesirlenerek tesvir edilib Bunu The Independent qezetine verdiyi musahibede sehneler ucun kostyumlari hazirlayan britaniyali dizayner Misel Klepton qeyd edib O oz musahibesinde bunlari deyib Bu doyus meydaninda dotrakilerin Lannisterleri meglub etdiyi vaxt bas verir Onlar ilk defe meglub olan dusmenlerin paltarlarini cixardirlar Azerbaycanda yasanan sovet isgali zamani doyus istirakcilarinin dusmen uzerinden yaxsi paltolari goturmesi ideyasi menim cox xosuma geldi Muharibenin sonlarinda bolsevikleri demokratlardan ayirmaq olduqca cetin idi IstinadlarNezerli 2014 seh 161 Qilman Ilkin Baki ve bakililar PDF Baki Nurlar nesriyyati 2006 seh 210 ISBN 9952 426 12 7 Ebdulvahab Yurdsever Azerbaycan Istiklal Savasindan Sahneler Ankara Gece Kitapligi 2020 seh 56 ISBN 9786257904827 Nesiman Yaqublu Azerbaycan Milli Azadliq Herekati Ensiklopediyasi Baki Qanun Nesriyyati 2018 seh 19 ISBN 978 9952 36 521 4 Baberovski 2010 seh 249 Letif Samxal Sovetizaciya Azerbajdzhana rus Kaspij 23 11 2019 05 05 2022 tarixinde Istifade tarixi 05 05 2022 Azerbaycan Respublikasinin Dovlet Arxivi f 1933 in 1 i 12 v 201 Mesul redaktor Cemil Quliyev PDF VI Baki Elm nesriyyati 2008 seh 11 ISBN 978 9952 448 44 03 Baberovski 2010 seh 251 Nezerli 2014 seh 173 Nezerli 2014 seh 174 Mustafazade 2006 seh 149 150 Firdovsiyye Ehmedova Neriman Nerimanov ideal ve gerceklik Baki Elm ve heyat 1998 seh 88 Nezerli 2014 seh 180 Sevda Ismayilli Ruslar Bakidadir ve ya Talan heftesi 23 cu yazi az Azadliq Radiosu 3 may 2018 3 May 2018 tarixinde Istifade tarixi 30 may 2021 Sevda Ismayilli Gizli senedlerden gorunen Nerimanov az Azadliq Radiosu 25 may 2015 12 September 2016 tarixinde Istifade tarixi 30 may 2021 Neriman Nerimanov PDF Baki Azernesr 1992 seh 12 13 ISBN 5 552 01028 0 Archived from the original on 2021 11 18 Istifade tarixi 2021 11 18 Nezerli 2014 seh 96 Samil Rehmanzade Azerbaycan Gurcustan munasibetlerinde erazi meseleleri Azerbaycanin simal qerb bolgesinin materiallari esasinda 1917 1930 cu illerin evvelleri Baki Aspoliqraf 2008 seh 120 2023 07 14 tarixinde Istifade tarixi 2023 07 14 Ataxan Pasayev Mark Naydel Dekrety Azrevkoma 1920 1921 gg sbornik dokumentov Azerbaycan Inqilab Komitesinin dekretleri 1920 1921 ci iller senedler toplusu Baki Azernesr 1988 seh 196 ISBN 9785552000142 Nezerli 2014 seh 161 Nesiman Yaqublu Musavat partiyasinin tarixi PDF Baki Adiloglu nesriyyati 2012 seh 127 2021 06 08 tarixinde PDF Istifade tarixi 2023 05 12 Mehemmed Emin Resulzade Azerbaycan Cumhuriyyeti PDF Baki Elm nesriyyati 1990 seh 72 ISBN 5 8056 0416 0 Nezerli 2014 seh 148 149 Rafiev B Dzh Esli snyat grif sekretnosti ocherki novejshej istorii Azerbajdzhana Qlazov Glazovskaya tipografiya 2008 seh 16 17 Vasili Yemelyanov Na zare novoj zhizni Baki Azernesr 1979 seh 224 Anastas Mikoyan V nachale dvadcatyh Moskva Izdatelstvo politicheskoj literatury 1975 seh 98 Narimanov N N Izbrannye proizvedeniya v tryoh tomah II 1918 1921 Baki Azernesr 1989 seh 500 501 Megan Townsend Game of Thrones season 7 Costume designer Michele Clapton talks female power dressing war and The Crown ingilis The Independent 29 avqust 2017 11 noyabr 2020 tarixinde Istifade tarixi 5 mart 2021 EdebiyyatNezerli Ezize XI Krasnaya armiya v Severnom Azerbajdzhane okkupaciya raspravy beschinstva XI Qirmizi Ordu Simali Azerbaycanda isgal zorakiliq ozbasinaliq PDF Baki Elm ve tehsil nesriyyati 2014 392 2021 04 26 tarixinde PDF Istifade tarixi 2021 11 18 Mustafazade Rehman Dve Respubliki azerbajdzhano rossijskie otnosheniya v 1918 1922 gg PDF Moskva MIK 2006 ISBN 5 87902 097 5 2022 05 13 tarixinde PDF Istifade tarixi 2022 05 13 Baberovski Yorq Vrag est vezde Stalinizm na Kavkaze Dusmen her yerdedir Qafqazda stalinizm Moskva Rossijskaya politicheskaya enciklopediya 2010 855 2020 10 30 tarixinde Istifade tarixi 2022 05 13