Tahir Əkbər (tam adı: Tahir İsmayıl oğlu Əkbərov; 20 yanvar 1946, Bakı – 2 mart 2018, Bakı) — azərbaycanlı bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2012).
Tahir Əkbər | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 20 yanvar 1946 |
Doğum yeri | |
Vəfat tarixi | 2 mart 2018 (72 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, müğənni, mühazirəçi |
Fəaliyyət illəri | 1969-cu ildən |
Janr | klassik musiqi |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Tahir Əkbər müxtəlif janrlarda, xor musiqisi, simfonik və kamera əsərləri yaradıb. Onun "Simfonik rənglər" və ilahiyyat mövzusunda yazdığı "Amin" əsəri Azərbaycan professional musiqisində yeni janr hesab olunur. Bəstəkar onlarla mahnının, o cümlədən, "Dərdin alım", "Heç küsməyin yeridirmi?", "Azərbaycan", "Əzizim", "Heyfim gəldi", "Qalardım", "Bir qız bir oğlanındır" və "Xəzəllərin rəqsi" mahnılarının müəllifidir.
Həyatı
Tahir İsmayıl oğlu Əkbərov 1946-cı il yanvarın 20-də Bakı şəhərində anadan olmuşdur. O, 1960–1965-ci illərdə Dzerjinski adına Musiqi Məktəbinin fortepiano şöbəsində, 1965–1969-cu illərdə isə Həmzə Həkimzadə Niyazi adına Daşkənd Musiqi Texnikumunun musiqi nəzəriyyəsi şöbəsində təhsil alıb. Ailəsi ilə Daşkəndə köçən Tahir Əkbər buradakı məclislərin birində bəstəkar-pedaqoq, professor Boris İsaakoviç Zeydmanla görüşüb. Hələ uşaq yaşlarından musiqiyə böyük maraq göstərən Tahir Əkbər bəstəkarın diqqətini cəlb edir və Boris Zeydman gənc bəstəkarın əsərləri ilə tanış olduqdan sonra Tahir İsmayılova onun sinfində oxumağı təklif edir. Beləliklə, Tahir Əkbər 1970-ci ildə Muxtar Əşrəfi adına Daşkənd Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə, Boris Zeydmanın sinfinə daxil olur. O konservatoriyanı 1975-ci ildə bəstəkar-musiqişünas kimi bitirib. Tahir Əkbər Boris Zeydmanın sonuncu tələbəsi olmuşdur.
Tahir Əkbər 1980-ci ildə ailəsi ilə Bakıya köçüb və həmin il Azərbaycan Dövlət Radio və Televiziyasında musiqi redaktoru vəzifəsində işləməyə başlayıb. O, 1985-ci ildə SSRİ Bəstəkarlar İttifaqına üzv qəbul edilmişdir. Onun SSRİ Bəstəkarlar İttifaqına üzv seçilməsi üçün resenziya professor Boris Zeydman tərəfindən verilib.
Tahir Əkbər Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olub.
Bəstəkarın 60 illik yubileyi 2006-cı il noyabr ayının 9-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında Bəstəkarlar Birliyinin təqdimatı və Azərbaycan Mədəniyyət Nazirliyinin sərəncamı ilə təntənəli surətdə keçirilib.
2012-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Tahir Əkbərə Əməkdar incəsənət xadimi fəxri adı verilmişdir.
2016-cı il aprelin 18-də isə Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında onun 70 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib.
Vəfatı
Tahir Əkbər 2 mart 2018-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmiş,Qurd Qapısı məzarlığında dəfn olunmuşdur.
Yaradıcılığı
Tahir Əkbərin yaradıcılığında həm xor musiqisinə, hər simfonik musiqiyə, həm də kamera musiqisinə rast gəlinir. Bəstəkar öz əsərlərində xalq musiqisinə, dini mövzuya, vətənpərvərlik və digər aktual mövzulara müraciət etmişdir. Azərbaycan professional musiqisində bəzi yeni janrların yaranması Tahir Əkbərin adı ilə əlaqələndirilir. Belə ki, "Simfonik rənglər" əsəri, ilahiyyat mövzusunda yazdığı "Amin" əsəri və onun davamı kimi yazdığı "Ya Rəbb" adlı volkal musiqi poemasında o, Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun və Ramiz Mustafayevin əsərləri üçün xarakterik olan din ilə əlaqəli musiqi ənənələrini davam etdirmiş, xüsusi özəlliklə sitat gətirmədən təsəvvüf ayinlərinə xas əhval-ruhiyyəli kompozisiyalar yaratmışdır. Beləliklə, Azərbaycan musiqisində təsəvvüf musiqisi janrının təməli qoyulmuşdur.
Tahir Əkbər əsərlərində Azərbaycan xalq musiqisinin ənənələrini istifadə etmiş və inkişaf etdirmişdir. Onun mürəkkəb formalı musiqi əsəri olan "Simfonik rənglər" əsəri həm də yeni bir simfonik forma kimi dəyərləndirilir. Azərbaycanın Xalq Artisti, tanınmış musiqişünas-alim Ramiz Zöhrabov qeyd etmişdir ki, "Simfonik rənglər" janrı Azərbaycan professional musiqi ədəbiyyatı üçün yeni janrdır. Tahir Əkbər bu əsərində muğam şöbələri arasında ifa olunan rənglərin hər birini müstəqil formada bir instrumental pyes kimi dəyərləndirmişdir. O, 6 rəngdən ibarət bu silsilədə hər bir muğama xas rəngin ayrılıqda emosianal əhval-ruhiyyəsini və ritmik xüsusiyyətlərini vurğulamış, eyni zamanda onlar arasında əlaqə yaradaraq vahid bir simfonik əsər yaratmağa çalışmışdır. Bu əsər həmçinin, bəstəkarın diplom işi olmuş, layiq görülmüşdür. Nataliya Yanov-Yanovskaya bu əsərdə bəstakarın işi haqqında bunları qeyd edib: "O, muğam silsiləsindən müəyyən hissələri götürüb onu məntiqli şəkildə ardıcıllıqla əlaqələndirərək yeni forma, necə deyərlər "ikinci planlı" forma yaratmağı qarşısına məqsəd qoyur. Belə ki, Tahir Əkbər milli nümunələrdən heç də sitat kimi istifadə etmir, ancaq onların emosianal və intonasiya-ritmik xüsusiyyətlərini göstərməyə çalışır." Azərbaycandan kənarda yazılmış "Simfonik rənglər" əsəri həm də, bəstəkarın öz vətəninə, doğma ənənələrə bağlılığını nümayiş etdirir. Bəstəkar özü verdiyi bir müsahibədə vurğulamışdır ki, "Özbəkistanda oxuyanda o qədər qürbət acısı çəkmişəm ki, bu, əsərlərimə də öz təsirini göstərir".
Tahir Əkbərin Bəxtiyar Vahabzadənin sözlərinə yazılmış "Amin" musiqili kompozisiyasında insanın həqiqət yolunda keçirdiyi iztirabların təcüssümü bədii-estetik cəhətdən diqqəti cəlb edir. Tahir Əkbər bu kompozisiyada ilahilərə xas olan heca vəzni bölgüsünü: 7:10 heca bölgüsünü qoruyub saxlamışdır. Bu əsərin melodiyası həmçinin, ideya cəhətdən azanın intonasiya nümunəsinə tabedir. "Amin" kompozisiyasının sonunda sözsüz bağlı bir səslə vokal partiyası səslənir və fortepiano həmin quruluşu olduğu kimi təkrarlayır. Bu əsər müğənni Brilyant Dadaşovanın ifasında Norveçdə Nobel mükafatının 100 illiyi ilə əlaqədar olaraq diskə salınmış və dünya xalqlarını sülhə çağıran bu disk Avropada yayılmışdır. Solistlər, bədii qiraət, xor kapellası və böyük simfonik orkestr üçün yazılmış "Ya Rəbb" poeması isə fadiyoz ostinatosunda başlayır və həmin ostinato fonunda əsərin əvvəlində azan səslənir. Əsərin sözləri Cabir Novruza məxsusdur.
Tahir Əkbərin yaradıcılığında mahnı janrı əsas yer tutur. O, Fikrət Qoca, Bəxtiyar Vahabzadə və Hüseyn Arifin sözlərinə mahnılar yazmış, bu mahnılar efir və ekranlarda daim səsləndirilərək dinləyicilərin rəğbətini qazanmışdır. Bəstəkar qürbətdə ikən mahnı yazmayıb. O, Azərbaycana qayıtdıqdan sonra mahnı yazmağa başlamış və məhz mahnılar ilə qürbətdə keçirdiyi hissləri göstərməyə çalışmışdır. Mahnılarında müxtəlif mövzulara toxunan bəstəkarın bəstələdiyi onlarla mahnı, o cümlədən "Dərdin alım", "Heç küsməyin yeridirmi", "Azərbaycan", "Əzizim", "Heyfim gəldi", "Qalardım", "Bir qız bir oğlanındır", "Xəzəllərin rəqsi", "Şuşanın şikəstəsi" və başqa mahnılar bir çox tanınmış müğənni tərəfindən ifa olunub. Tahir Əkbərin bəstələdiyi mahnıların ifaçıları arasında Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Mirzə Babayev, Elmira Rəhimova var. Onun mahnıları Türkiyə müğənnilərinin də ifalarında səsləndirilmiş və sevilmiş, həmin müğənnilərdən biri olan Nəşə Qaraböcək bəstəkarın "Heç küsməyin yeridirmi?" mahnısını repertuarına daxil etmişdir.
Tahir Əkbərin müəllifi olduğu "Ana laylası" mahnısı Şövkət Ələkbərova tərəfindən ifa edilib, Şöhlət Əfşarın sözlərinə yazılmış və Şuşanın işğalının 20 illiyinə həsr olunmuş "Şuşanın şikəstəsi" mahnısını isə ilk dəfə Nəzakət Teymurova ifa edib. "Şuşanın şikəstəsi" həmçinin, Azərbaycanın Xalq Artisti Nurəddin Mehdixanlı tərəfindən də ifa olunmuşdur. Bəstəkarın muğam üçlüyü və simfonik orkestr üçün yazılmış "Bülbül" mahnı-romansı 1937-ci il repressiyası qurbanlarına həsr olunmuşdur. Bu əsərdə o, 2–3 janrın vəhdətini ortaya qoymuş, kamera musiqisi ilə xalq musiqisindən bəhrələnmiş müstəqil bir janr yaratmışdır. Tahir Əkbər Azərbaycan musiqisinin bir çox janrına müraciət etməklə yanaşı, rus musiqisinin intonasiyalarına da müraciət etmişdir. Belə ki, o, Aleksey Surkovun sözlərinə "U mavzoleya" adlı kantata yazmışdır. Tahir Əkbərin "Qapımı bağlı saxlama" mahnısı isə Azərbaycan və ispan musiqisinin vəhdətindən yaranmış özünəməxsus musiqi nümunəsidir. Bəstəkar bu əsərində də, öz işlərində milli ənənələrə sadiq qalmaqla birlikdə özünəməxsus dəstxətti, üslubu ilə fərqləndiyini sübut etmişdir.
Bəstəkarın son illərdə yazdığı "El oğlu, hay ver", "Canım Azərbaycanım" mahnıları, xor və orkestr üçün H. Həsənoğlunun sözlərinə bəstələdiyi və Heydər Əliyevin xatirəsinə həsr etdiyi "Həmrəylik himni" onun son nailiyyətlərindəndir. "El oğlu, hay ver" mahnısı Şanxayda keçirilən 8-ci Beynəlxalq Asiya müsabiqəsində 26 ölkədən finala çıxan qaliblərdən biri olmuşdur. Mahnı ideya baxımından dünya azərbaycanlılarına ünvanlanır və onları həmrəyliyə çağırır. Bəstəkarın Dünya Azərbaycanlılarının 2-ci qurultayı ərəfəsində Heydər Əliyevin xatirəsinə həsr etdiyi "Həmrəylik himni" əsəri xor və simfonik orkestrin ifasında səsləndirilmişdir. Onun Heydər Əliyevin 90 illiyinə həsr etdiyi "Yaşayırsan Ulu Öndər" adlı mahnısı Xatirə Rəhimbəylinin sözlərinə yazılmış, əməkdar artist Aygün Zeynalova və Azərbaycan Dövlət Televiziyası və Radiosunun "Bənövşə uşaq xoru" tərəfindən ifa olunmuşdur. Mahnıya çəkilmiş klip Azərbaycan Bəstəkarlar İttifaqında ilk dəfə olaraq "Heydar Əliyevin Azərbaycan musiqisinin inkişafında rolu" mövzusunda keçirilmiş elmi-praktik kofransda təqdim edilmişdir. Əsər konfrans iştirakçıları tərəfindən rəğbətlə qarşılanmış, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə Tahir Əkbərin bu əsərini yüksək qiymətləndirmişdir. Digər əsərlərində olduğu kimi, bəstəkar bu mahnısında da xor və solo vokal partiyasını orkestrlə birləşdirmişdir.
Mükafatları
- ("Simfonik rənglər" əsərinə görə)
- "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 14 sentyabr 2012
Filmoqrafiya
- Zəlimxan dastanı (film, 2007)
İstinadlar
- Əliyeva, Lətifəxanım. Tahir Əkbərov. Bakı: Şərq-Qərb. 2014. ISBN .
- "Tanınmış bəstəkar Tahir Əkbər 72 yaşında vəfat edib". Report İnformasiya Agentliyi (az.). 2020-06-21. 2024-05-22 tarixində . İstifadə tarixi: 2024-05-22.
- "Tahir Əkbərin 70 illik yubileyi keçiriləcək – FOTO". Oxu.az (az.). 2024-05-22 tarixində . İstifadə tarixi: 2024-05-22.
- "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2012-ci il tarixli Sərəncamı". president.az (azərb.). Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. 14 sentyabr 2012, 18:30. 23 September 2017 tarixində . İstifadə tarixi: 8 may 2016.
- "Mahnı Teatrında bəstəkar Tahir Əkbərin yaradıcılıq gecəsi keçirilib". AZƏRTAC. 18.04.2016.
- ARB 24. "Bəstəkar Tahir Əkbər dəfn olundu" (az.). Youtube.com. 03.03.2018. 2022-03-21 tarixində . İstifadə tarixi: 2018-03-03.
- Xəyalə Rəis. "İnsanların ürəyini vərəqləyə bilən bəstəkar". Kaspi. 2017-11-07. 12. 2024-05-22 tarixində . İstifadə tarixi: 2024-05-22.
- . 2013-09-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-28.
Xarici keçidlər
- Şəhla Həmidova — Gül olaydım ömrünə
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Tahir Ekber tam adi Tahir Ismayil oglu Ekberov 20 yanvar 1946 Baki 2 mart 2018 Baki azerbaycanli bestekar Azerbaycan Respublikasinin emekdar incesenet xadimi 2012 Tahir EkberUmumi melumatlarDogum tarixi 20 yanvar 1946 1946 01 20 Dogum yeri Baki Azerbaycan SSR SSRIVefat tarixi 2 mart 2018 2018 03 02 72 yasinda Vefat yeri Baki AzerbaycanVetendasligi Azerbaycan SSRIMilliyyeti azerbaycanliMusiqici melumatlariFealiyyeti bestekar mugenni muhazireciFealiyyet illeri 1969 cu ildenJanr klassik musiqiMukafatlari 2012 Vikianbarda elaqeli mediafayllar Tahir Ekber muxtelif janrlarda xor musiqisi simfonik ve kamera eserleri yaradib Onun Simfonik rengler ve ilahiyyat movzusunda yazdigi Amin eseri Azerbaycan professional musiqisinde yeni janr hesab olunur Bestekar onlarla mahninin o cumleden Derdin alim Hec kusmeyin yeridirmi Azerbaycan Ezizim Heyfim geldi Qalardim Bir qiz bir oglanindir ve Xezellerin reqsi mahnilarinin muellifidir HeyatiTahir Ismayil oglu Ekberov 1946 ci il yanvarin 20 de Baki seherinde anadan olmusdur O 1960 1965 ci illerde Dzerjinski adina Musiqi Mektebinin fortepiano sobesinde 1965 1969 cu illerde ise Hemze Hekimzade Niyazi adina Daskend Musiqi Texnikumunun musiqi nezeriyyesi sobesinde tehsil alib Ailesi ile Daskende kocen Tahir Ekber buradaki meclislerin birinde bestekar pedaqoq professor Boris Isaakovic Zeydmanla gorusub Hele usaq yaslarindan musiqiye boyuk maraq gosteren Tahir Ekber bestekarin diqqetini celb edir ve Boris Zeydman genc bestekarin eserleri ile tanis olduqdan sonra Tahir Ismayilova onun sinfinde oxumagi teklif edir Belelikle Tahir Ekber 1970 ci ilde Muxtar Esrefi adina Daskend Dovlet Konservatoriyasinin bestekarliq sobesine Boris Zeydmanin sinfine daxil olur O konservatoriyani 1975 ci ilde bestekar musiqisunas kimi bitirib Tahir Ekber Boris Zeydmanin sonuncu telebesi olmusdur Tahir Ekber 1980 ci ilde ailesi ile Bakiya kocub ve hemin il Azerbaycan Dovlet Radio ve Televiziyasinda musiqi redaktoru vezifesinde islemeye baslayib O 1985 ci ilde SSRI Bestekarlar Ittifaqina uzv qebul edilmisdir Onun SSRI Bestekarlar Ittifaqina uzv secilmesi ucun resenziya professor Boris Zeydman terefinden verilib Tahir Ekber Azerbaycan Bestekarlar Ittifaqinin uzvu olub Bestekarin 60 illik yubileyi 2006 ci il noyabr ayinin 9 da Azerbaycan Dovlet Akademik Filarmoniyasinda Bestekarlar Birliyinin teqdimati ve Azerbaycan Medeniyyet Nazirliyinin serencami ile tenteneli suretde kecirilib 2012 ci ilde Prezident Ilham Eliyevin serencami ile Tahir Ekbere Emekdar incesenet xadimi fexri adi verilmisdir 2016 ci il aprelin 18 de ise Azerbaycan Bestekarlar Ittifaqi terefinden Resid Behbudov adina Dovlet Mahni Teatrinda onun 70 illik yubileyine hesr olunmus yaradiciliq gecesi kecirilib Vefati Tahir Ekber 2 mart 2018 ci ilde uzun suren xestelikden sonra vefat etmis Qurd Qapisi mezarliginda defn olunmusdur YaradiciligiTahir Ekberin yaradiciliginda hem xor musiqisine her simfonik musiqiye hem de kamera musiqisine rast gelinir Bestekar oz eserlerinde xalq musiqisine dini movzuya vetenperverlik ve diger aktual movzulara muraciet etmisdir Azerbaycan professional musiqisinde bezi yeni janrlarin yaranmasi Tahir Ekberin adi ile elaqelendirilir Bele ki Simfonik rengler eseri ilahiyyat movzusunda yazdigi Amin eseri ve onun davami kimi yazdigi Ya Rebb adli volkal musiqi poemasinda o Uzeyir Hacibeylinin Fikret Emirovun ve Ramiz Mustafayevin eserleri ucun xarakterik olan din ile elaqeli musiqi enenelerini davam etdirmis xususi ozellikle sitat getirmeden tesevvuf ayinlerine xas ehval ruhiyyeli kompozisiyalar yaratmisdir Belelikle Azerbaycan musiqisinde tesevvuf musiqisi janrinin temeli qoyulmusdur Tahir Ekber eserlerinde Azerbaycan xalq musiqisinin enenelerini istifade etmis ve inkisaf etdirmisdir Onun murekkeb formali musiqi eseri olan Simfonik rengler eseri hem de yeni bir simfonik forma kimi deyerlendirilir Azerbaycanin Xalq Artisti taninmis musiqisunas alim Ramiz Zohrabov qeyd etmisdir ki Simfonik rengler janri Azerbaycan professional musiqi edebiyyati ucun yeni janrdir Tahir Ekber bu eserinde mugam sobeleri arasinda ifa olunan renglerin her birini musteqil formada bir instrumental pyes kimi deyerlendirmisdir O 6 rengden ibaret bu silsilede her bir mugama xas rengin ayriliqda emosianal ehval ruhiyyesini ve ritmik xususiyyetlerini vurgulamis eyni zamanda onlar arasinda elaqe yaradaraq vahid bir simfonik eser yaratmaga calismisdir Bu eser hemcinin bestekarin diplom isi olmus Lenin komsomolu mukafatina layiq gorulmusdur Nataliya Yanov Yanovskaya bu eserde bestakarin isi haqqinda bunlari qeyd edib O mugam silsilesinden mueyyen hisseleri goturub onu mentiqli sekilde ardicilliqla elaqelendirerek yeni forma nece deyerler ikinci planli forma yaratmagi qarsisina meqsed qoyur Bele ki Tahir Ekber milli numunelerden hec de sitat kimi istifade etmir ancaq onlarin emosianal ve intonasiya ritmik xususiyyetlerini gostermeye calisir Azerbaycandan kenarda yazilmis Simfonik rengler eseri hem de bestekarin oz vetenine dogma enenelere bagliligini numayis etdirir Bestekar ozu verdiyi bir musahibede vurgulamisdir ki Ozbekistanda oxuyanda o qeder qurbet acisi cekmisem ki bu eserlerime de oz tesirini gosterir Tahir Ekberin Bextiyar Vahabzadenin sozlerine yazilmis Amin musiqili kompozisiyasinda insanin heqiqet yolunda kecirdiyi iztirablarin tecussumu bedii estetik cehetden diqqeti celb edir Tahir Ekber bu kompozisiyada ilahilere xas olan heca vezni bolgusunu 7 10 heca bolgusunu qoruyub saxlamisdir Bu eserin melodiyasi hemcinin ideya cehetden azanin intonasiya numunesine tabedir Amin kompozisiyasinin sonunda sozsuz bagli bir sesle vokal partiyasi seslenir ve fortepiano hemin qurulusu oldugu kimi tekrarlayir Bu eser mugenni Brilyant Dadasovanin ifasinda Norvecde Nobel mukafatinin 100 illiyi ile elaqedar olaraq diske salinmis ve dunya xalqlarini sulhe cagiran bu disk Avropada yayilmisdir Solistler bedii qiraet xor kapellasi ve boyuk simfonik orkestr ucun yazilmis Ya Rebb poemasi ise fadiyoz ostinatosunda baslayir ve hemin ostinato fonunda eserin evvelinde azan seslenir Eserin sozleri Cabir Novruza mexsusdur Tahir Ekberin yaradiciliginda mahni janri esas yer tutur O Fikret Qoca Bextiyar Vahabzade ve Huseyn Arifin sozlerine mahnilar yazmis bu mahnilar efir ve ekranlarda daim seslendirilerek dinleyicilerin regbetini qazanmisdir Bestekar qurbetde iken mahni yazmayib O Azerbaycana qayitdiqdan sonra mahni yazmaga baslamis ve mehz mahnilar ile qurbetde kecirdiyi hissleri gostermeye calismisdir Mahnilarinda muxtelif movzulara toxunan bestekarin bestelediyi onlarla mahni o cumleden Derdin alim Hec kusmeyin yeridirmi Azerbaycan Ezizim Heyfim geldi Qalardim Bir qiz bir oglanindir Xezellerin reqsi Susanin sikestesi ve basqa mahnilar bir cox taninmis mugenni terefinden ifa olunub Tahir Ekberin bestelediyi mahnilarin ifacilari arasinda Sovket Elekberova Zeyneb Xanlarova Mirze Babayev Elmira Rehimova var Onun mahnilari Turkiye mugennilerinin de ifalarinda seslendirilmis ve sevilmis hemin mugennilerden biri olan Nese Qarabocek bestekarin Hec kusmeyin yeridirmi mahnisini repertuarina daxil etmisdir Tahir Ekberin muellifi oldugu Ana laylasi mahnisi Sovket Elekberova terefinden ifa edilib Sohlet Efsarin sozlerine yazilmis ve Susanin isgalinin 20 illiyine hesr olunmus Susanin sikestesi mahnisini ise ilk defe Nezaket Teymurova ifa edib Susanin sikestesi hemcinin Azerbaycanin Xalq Artisti Nureddin Mehdixanli terefinden de ifa olunmusdur Bestekarin mugam ucluyu ve simfonik orkestr ucun yazilmis Bulbul mahni romansi 1937 ci il repressiyasi qurbanlarina hesr olunmusdur Bu eserde o 2 3 janrin vehdetini ortaya qoymus kamera musiqisi ile xalq musiqisinden behrelenmis musteqil bir janr yaratmisdir Tahir Ekber Azerbaycan musiqisinin bir cox janrina muraciet etmekle yanasi rus musiqisinin intonasiyalarina da muraciet etmisdir Bele ki o Aleksey Surkovun sozlerine U mavzoleya adli kantata yazmisdir Tahir Ekberin Qapimi bagli saxlama mahnisi ise Azerbaycan ve ispan musiqisinin vehdetinden yaranmis ozunemexsus musiqi numunesidir Bestekar bu eserinde de oz islerinde milli enenelere sadiq qalmaqla birlikde ozunemexsus destxetti uslubu ile ferqlendiyini subut etmisdir Bestekarin son illerde yazdigi El oglu hay ver Canim Azerbaycanim mahnilari xor ve orkestr ucun H Hesenoglunun sozlerine bestelediyi ve Heyder Eliyevin xatiresine hesr etdiyi Hemreylik himni onun son nailiyyetlerindendir El oglu hay ver mahnisi Sanxayda kecirilen 8 ci Beynelxalq Asiya musabiqesinde 26 olkeden finala cixan qaliblerden biri olmusdur Mahni ideya baximindan dunya azerbaycanlilarina unvanlanir ve onlari hemreyliye cagirir Bestekarin Dunya Azerbaycanlilarinin 2 ci qurultayi erefesinde Heyder Eliyevin xatiresine hesr etdiyi Hemreylik himni eseri xor ve simfonik orkestrin ifasinda seslendirilmisdir Onun Heyder Eliyevin 90 illiyine hesr etdiyi Yasayirsan Ulu Onder adli mahnisi Xatire Rehimbeylinin sozlerine yazilmis emekdar artist Aygun Zeynalova ve Azerbaycan Dovlet Televiziyasi ve Radiosunun Benovse usaq xoru terefinden ifa olunmusdur Mahniya cekilmis klip Azerbaycan Bestekarlar Ittifaqinda ilk defe olaraq Heydar Eliyevin Azerbaycan musiqisinin inkisafinda rolu movzusunda kecirilmis elmi praktik kofransda teqdim edilmisdir Eser konfrans istirakcilari terefinden regbetle qarsilanmis Azerbaycan Bestekarlar Ittifaqinin sedri professor Firengiz Elizade Tahir Ekberin bu eserini yuksek qiymetlendirmisdir Diger eserlerinde oldugu kimi bestekar bu mahnisinda da xor ve solo vokal partiyasini orkestrle birlesdirmisdir Mukafatlari Lenin komsomolu mukafati Simfonik rengler eserine gore Azerbaycan Respublikasinin emekdar incesenet xadimi fexri adi 14 sentyabr 2012FilmoqrafiyaZelimxan dastani film 2007 IstinadlarEliyeva Letifexanim Tahir Ekberov Baki Serq Qerb 2014 ISBN 978 9952 498 57 8 Taninmis bestekar Tahir Ekber 72 yasinda vefat edib Report Informasiya Agentliyi az 2020 06 21 2024 05 22 tarixinde Istifade tarixi 2024 05 22 Tahir Ekberin 70 illik yubileyi kecirilecek FOTO Oxu az az 2024 05 22 tarixinde Istifade tarixi 2024 05 22 Azerbaycan Respublikasinin medeniyyet xadimlerine fexri adlarin verilmesi haqqinda Azerbaycan Respublikasi Prezidentinin 14 sentyabr 2012 ci il tarixli Serencami president az azerb Azerbaycan Respublikasi Prezidentinin resmi internet sayti 14 sentyabr 2012 18 30 23 September 2017 tarixinde Istifade tarixi 8 may 2016 Mahni Teatrinda bestekar Tahir Ekberin yaradiciliq gecesi kecirilib AZERTAC 18 04 2016 ARB 24 Bestekar Tahir Ekber defn olundu az Youtube com 03 03 2018 2022 03 21 tarixinde Istifade tarixi 2018 03 03 Xeyale Reis Insanlarin ureyini vereqleye bilen bestekar Kaspi 2017 11 07 12 2024 05 22 tarixinde Istifade tarixi 2024 05 22 2013 09 02 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2013 04 28 Xarici kecidlerSehla Hemidova Gul olaydim omrune