Tadeuş Lada (Faddey) Zabloski (pol. Tadeusz Łada Zabłocki; 27 avqust 1811, Polşa – 1847[…], İrəvan quberniyası) — polyak şairi, , tərcüməçisi.
Tadeuş Zabloski | |
---|---|
pol. Tadeusz Łada Zabłocki | |
Doğum tarixi | 27 avqust 1811 |
Doğum yeri | |
Vəfat tarixi | 1847[…] |
Vəfat yeri | |
Vəfat səbəbi | vəba |
Elm sahələri | poeziya, tərcümə, etnoqrafiya |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Polyak şlyaxtiçinin (imtiyazlı zadəgan sinfi) ailəsində anadan olmuşdur.
Vitebsk gimnaziyasını bitirdikdən sonra 1831-ci ildə İmperator Moskva universitetinin dil və ədəbiyyat bölməsinə qəbul edilir. Təhsil aldığı dövrdə V. Belinskinin təşkil etdiyi "11 nömrəli ədəbiyyat cəmiyyəti" adlı tələbə dərnəyinin üzvü olmuşdur.
Yan Saviniçlə birlikdə universitetin polyak tələbələrindən ibarət "Ana dilini sevənlər" gizli cəmiyyətini yaratmışdır. 1833-cü ildə çarın əleyhinə yazılmış mahnını yaydığı üçün həbs edilmiş, universitetdən xaric olunmuş və Vitebskə göndərilmişdi. İstintaq 2 il davam etdi.
Tadeuş Zabloskiyə çıxarılan hökmə uyğun olaraq Qafqaza sürgün edilmiş və sıravi qismində minaaxtaranlar batalyonuna qəbul edilmişdir. Dağlılarla müharibələrdə iştirak etmişdir.
1839-cu ildən əsasən Tiflisdə yaşamış, Yakov Polonski, gürcü şairləri N. Barataşvili və M. Tumanişvili ilə, Aleksandr Çavçavadzenin qızları və Yekaterina Dadiani ilə, azərbaycanlı şair və tarixçi Abbasqulu ağa Bakıxanovla dostluq etmişdir.
Daha sonra, hərbi xidmətdən azad edilmiş və İrəvan quberniyasında yerləşən Kulpa duz mədənlərinə müdir təyin edilmişdir.
1847-ci ilin avqustunda vəbadan vəfat etmişdir.
Yaradıcılığı
Şairin şerləri "Ateneum", "Zvezda", "Rubon", "Literaturniy ejeqodnik" kimi Polşa jurnallarında dərc edilmişdir.
1845-ci ildə Roman Podberezski və Y. Kraşevski tərəfindən Zabloskinin şerlər toplusu Sankt-Peterburqda nəşr edildi.
Şair ana yurdu Vitebskə "Vitebskin ətrafları" poemasını, "Dvinaya" elegiyasını, "Davjan gölü", "Viliya" və sair şerlərini həsr etmişdir. "Lyaşko" balladasının müəllifidir.
"Poetik təcrübələr", ""Slavyan sivilizasiyası və ədəbiyyatı tarixi üçün materiallar və "Gürcü ədəbiyyatı tarixinə baxışlar" əsərlərini yazsa da, hamısı əlyazma şəklində qalmışdır.
O həm də, tərcüməçilik fəaliyyəti ilə məşğul olmuş, qərbi avropalı müəlliflərin əsərlərini polyak dilinə tərcümə etmişdir. Onun tərcüməsində Ukrayna xalq mahnıları 1845-ci ildə Parisdə nəşr edilmişdir.
Zabloski və Azərbaycan
Tadeuş Zabloski Qafqaz xalqlarının tarixini, ədəbiyyatını və etnoqrafiyasını tədqiq etmişdir. O gürcü və azərbaycanlı yazıçılar haqqında irihəcmli məlumatlar toplamışdı.
1841-ci ildə o əvvəlcə Qubaya, Şahdağın ətəyinə gəlmiş, daha sonra Dərbənd və Şamaxını ziyarət etmişdi. Şamaxıda o "Şamaxı dağı"nda (çox güman ki, Osman dağ (588 metr)) olmuşdur. 1843-cü ildə Roman Podberezskiyə yazdığı məktubda bildirmişdi ki, o həm də İrəvanda, Naxçıvanda və Ordubadda da olmuşdur.
Abbasqulu Ağa Bakıxanovun "Gülüstani-İrəm" ("Zaqafqaziya diyarının şərq hissəsinin tarixi") əsərini rus dilinə tərcümə etmişdir. Şair həmçinin "Koroğlu" dastanının bəzi epizodlarını da tərcümə etmişdir. O ilk dəfə Polşalı oxucuya təqdim olunan Azərbaycan folklorunun mini-antalogiyası kimi bir toplu yaratmışdı. Zabloski şair Molla Pənah Vaqifin Ağa Məhəmməd xan Qacarın ölümünə yazdığı şeri də rus dilinə tərcümə edərək ilk dəfə onun avropalı oxucu tərəfindən oxunmasına imkan yaratmışdır. Öz tərcümələrində şair bəzi türk sözlərini saxlayaraq onları izah etmişdir..
Şairin 1845-ci ildə dərc edilmiş şerlər toplusunda onun poetik irsi üç dövrə bölünmüşdür və üçüncü dövr Azərbaycanla bağlıdır. Təxminən 40-dək şeri əhatə edən bu dövrü şairin anasına həsr etdiyi şer açır. Bu şerlərin əsas mövzusu vətən həsrətidir. Belə şerlərə misal olaraq "Qafqaz dağlarındakı ağcaqayına" (1839) şerini göstərmək olar.
Bu dövrə aid şerlərə "Xəzər dənizin sahilində düşüncələr" (aprel 1841, Dərbənd), "Şirvanın Şamaxı dağlarından mənzərəsi" (1839, Şamaxı), "Nisə", "Qafqaz çöllərində", "Şər ruhlar xoru", "Sazandar", "Dağlı qıza", "Dava", "Şahln peyğəmbər İbrahimlə mübahisəsi" şerlərini aid etmək olar.
İstinadlar
- Çex Milli Hakimiyyət Məlumat bazası.
- Tadeusz Łada-Zabłocki // Faceted Application of Subject Terminology.
- Tadeusz Łada-Zabłocki // NUKAT. 2002.
- ЛАДА–ЗАБЛОЦКІ ТАДЭВУШ [ölü keçid]
- . 2017-06-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-13.
- "ЛАДА-ЗАБЛОЦКІ Тадэвуш Гіляравіч". 2016-03-05 tarixində . İstifadə tarixi: 2014-05-13.
- . 2016-05-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-22.
- Абдуллабекова Гюляр Гасан кызы. Азербайджанско-польские литературные связи XIX–XXI веков. Баку, "Мутарджим", 2012, стр 60–62
- Абдуллабекова Гюляр Гасан кызы. Азербайджанско-польские литературные связи XIX–XXI веков. Баку, "Мутарджим", 2012, стр 53–57
Mənbə
- Хаўстовіч, М. Душа вярталася на бераг Лучосы. Лёс і творчасць Тадэвуша Лады-Заблоцкага // Роднае слова. — 1994. — № 10. — С. 11;
- Абдуллабекова Гюляр Гасан кызы. Азербайджанско-польские литературные связи XIX–XXI веков. Баку, "Мутарджим", 2012;
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Tadeus Lada Faddey Zabloski pol Tadeusz Lada Zablocki 27 avqust 1811 Polsa 1847 Irevan quberniyasi polyak sairi tercumecisi Tadeus Zabloskipol Tadeusz Lada ZablockiDogum tarixi 27 avqust 1811 1811 08 27 Dogum yeri PolsaVefat tarixi 1847 Vefat yeri Irevan quberniyasi Rusiya imperiyasiVefat sebebi vebaElm saheleri poeziya tercume etnoqrafiya Vikianbarda elaqeli mediafayllarHeyatiPolyak slyaxticinin imtiyazli zadegan sinfi ailesinde anadan olmusdur Vitebsk gimnaziyasini bitirdikden sonra 1831 ci ilde Imperator Moskva universitetinin dil ve edebiyyat bolmesine qebul edilir Tehsil aldigi dovrde V Belinskinin teskil etdiyi 11 nomreli edebiyyat cemiyyeti adli telebe derneyinin uzvu olmusdur Yan Savinicle birlikde universitetin polyak telebelerinden ibaret Ana dilini sevenler gizli cemiyyetini yaratmisdir 1833 cu ilde carin eleyhine yazilmis mahnini yaydigi ucun hebs edilmis universitetden xaric olunmus ve Vitebske gonderilmisdi Istintaq 2 il davam etdi Tadeus Zabloskiye cixarilan hokme uygun olaraq Qafqaza surgun edilmis ve siravi qisminde minaaxtaranlar batalyonuna qebul edilmisdir Daglilarla muharibelerde istirak etmisdir 1839 cu ilden esasen Tiflisde yasamis Yakov Polonski gurcu sairleri N Baratasvili ve M Tumanisvili ile Aleksandr Cavcavadzenin qizlari ve Yekaterina Dadiani ile azerbaycanli sair ve tarixci Abbasqulu aga Bakixanovla dostluq etmisdir Daha sonra herbi xidmetden azad edilmis ve Irevan quberniyasinda yerlesen Kulpa duz medenlerine mudir teyin edilmisdir 1847 ci ilin avqustunda vebadan vefat etmisdir YaradiciligiSairin serleri Ateneum Zvezda Rubon Literaturniy ejeqodnik kimi Polsa jurnallarinda derc edilmisdir 1845 ci ilde Roman Podberezski ve Y Krasevski terefinden Zabloskinin serler toplusu Sankt Peterburqda nesr edildi Sair ana yurdu Vitebske Vitebskin etraflari poemasini Dvinaya elegiyasini Davjan golu Viliya ve sair serlerini hesr etmisdir Lyasko balladasinin muellifidir Poetik tecrubeler Slavyan sivilizasiyasi ve edebiyyati tarixi ucun materiallar ve Gurcu edebiyyati tarixine baxislar eserlerini yazsa da hamisi elyazma seklinde qalmisdir O hem de tercumecilik fealiyyeti ile mesgul olmus qerbi avropali muelliflerin eserlerini polyak diline tercume etmisdir Onun tercumesinde Ukrayna xalq mahnilari 1845 ci ilde Parisde nesr edilmisdir Zabloski ve AzerbaycanTadeus Zabloski Qafqaz xalqlarinin tarixini edebiyyatini ve etnoqrafiyasini tedqiq etmisdir O gurcu ve azerbaycanli yazicilar haqqinda irihecmli melumatlar toplamisdi 1841 ci ilde o evvelce Qubaya Sahdagin eteyine gelmis daha sonra Derbend ve Samaxini ziyaret etmisdi Samaxida o Samaxi dagi nda cox guman ki Osman dag 588 metr olmusdur 1843 cu ilde Roman Podberezskiye yazdigi mektubda bildirmisdi ki o hem de Irevanda Naxcivanda ve Ordubadda da olmusdur Abbasqulu Aga Bakixanovun Gulustani Irem Zaqafqaziya diyarinin serq hissesinin tarixi eserini rus diline tercume etmisdir Sair hemcinin Koroglu dastaninin bezi epizodlarini da tercume etmisdir O ilk defe Polsali oxucuya teqdim olunan Azerbaycan folklorunun mini antalogiyasi kimi bir toplu yaratmisdi Zabloski sair Molla Penah Vaqifin Aga Mehemmed xan Qacarin olumune yazdigi seri de rus diline tercume ederek ilk defe onun avropali oxucu terefinden oxunmasina imkan yaratmisdir Oz tercumelerinde sair bezi turk sozlerini saxlayaraq onlari izah etmisdir Sairin 1845 ci ilde derc edilmis serler toplusunda onun poetik irsi uc dovre bolunmusdur ve ucuncu dovr Azerbaycanla baglidir Texminen 40 dek seri ehate eden bu dovru sairin anasina hesr etdiyi ser acir Bu serlerin esas movzusu veten hesretidir Bele serlere misal olaraq Qafqaz daglarindaki agcaqayina 1839 serini gostermek olar Bu dovre aid serlere Xezer denizin sahilinde dusunceler aprel 1841 Derbend Sirvanin Samaxi daglarindan menzeresi 1839 Samaxi Nise Qafqaz collerinde Ser ruhlar xoru Sazandar Dagli qiza Dava Sahln peygember Ibrahimle mubahisesi serlerini aid etmek olar IstinadlarCex Milli Hakimiyyet Melumat bazasi Tadeusz Lada Zablocki Faceted Application of Subject Terminology Tadeusz Lada Zablocki NUKAT 2002 LADA ZABLOCKI TADEVUSh olu kecid 2017 06 20 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2014 05 13 LADA ZABLOCKI Tadevush Gilyaravich 2016 03 05 tarixinde Istifade tarixi 2014 05 13 2016 05 26 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2021 01 22 Abdullabekova Gyulyar Gasan kyzy Azerbajdzhansko polskie literaturnye svyazi XIX XXI vekov Baku Mutardzhim 2012 str 60 62 Abdullabekova Gyulyar Gasan kyzy Azerbajdzhansko polskie literaturnye svyazi XIX XXI vekov Baku Mutardzhim 2012 str 53 57MenbeHaystovich M Dusha vyartalasya na berag Luchosy Lyos i tvorchasc Tadevusha Lady Zablockaga Rodnae slova 1994 10 S 11 Abdullabekova Gyulyar Gasan kyzy Azerbajdzhansko polskie literaturnye svyazi XIX XXI vekov Baku Mutardzhim 2012 Xarici kecidler