Təhzibül-əxlaq — Abbasqulu ağa Bakıxanovun pedaqogika və psixologiyaya dair elmi və nəzəri məsələləri əhatə edən fəlsəfi əsəri. Fars dilində qələmə alınan bu əsər 12 fəsil və nəticədən ibarətdir. Müəllif əsərdə cəmiyyət haqqındakı fikirlərini bir sistem şəklinə salaraq təqdim edir. Əsər, Sovet dövründə pedaqoji bir əsər kimi qiymətləndirilsə və dini-təsəvvüfi məzmunu ilə didaktik yönü gözardı edilsə də, əsərdə Şərq ədəbiyyatında geniş yayılan klassik dini-təsəvvüfi və didaktik xarakterli əsərlərin XIX əsr elmi və metodologiyası ilə birləşdirildiyi və dövrün tələbləri nəzərə alınaraq sintezə nail olunduğu görünür.
Təhzibül-əxlaq |
---|
Tədqiqi
Bakıxanovun əxlaq düşüncəsi, xüsusilə də "Təhzibül-Əxlaq" əsəri ilə bağlı ən geniş tədqiqat Heydər Hüseynov tərəfindən aparılmışdır. Rus dilinə və Azərbaycan türkcəsinə tərcümə edilmiş olan bu əsərin indiyədək tənqidi mətni hazırlanmayıb. Qeyd etmək lazımdır ki, əsərin hər iki dilə edilən tərcümələrində bir sıra səhvlər və uyğunsuzluqlar mövcuddur. Əsərin bir digər tədqiqatçısı Dr. Elmin Əliyevdir. O," Abbaskulu Bakühanlı ve Ahlak Düşüncesi" adlı dissertasiyasında "Təhzibül-Əxlaq" əsərinin Bakıxanov üçün önəminə diqqət çəkir. Əliyev yazır ki, Bakıxanov bu əsəri 1832-ci ildə yəni hərbi həyatının sonlarında qələmə alıb. "Mütəfəkkirimizin bu risalədən əvvəl müxtəlif mövzulara dair "Riyazül-Qüds" (1820/21), "Qanuni-Qüds" (1828/29), "Mişkatül-Ənvar" (1829/30) və "Kəşfül-Qərayib" (1830) kimi əsərlər yazmış olması, "Təhzibül-Əxlaq"ın istifadə olunan mənbələr, məzmun, problemə yanaşma mövzuları, dil və üslub baxımından müəyyən təcrübəyə və biliklərə malik bir müəllif tərəfindən qələmə alındığını göstərir. Eyni zamanda, "Təhzibül-Əxlaq" Bakıxanovun yeni tip təhsil və tədris verməyi nəzərdə tutduğu məktəb layihəsi və onun təhsil haqqında düşüncələri ilə də bağlıdır. Belə ki, müəllifin özü tərəfindən uşaqların təhsilini asanlaşdırmaq məqsədilə yazıldığı bildirilən "Nəsayeh" adlı əsər bu əsərin xülasəsi kimi təqdim edilmişdir. Mütəfəkkirin "Təhzibül-Əxlaq"ın bir nüsxəsini Bakıda şəxsi kitabxanasında saxlaması da əsəri dərs kitabı kimi gördüyünə dair fikirlərimizi dəstəkləyir."
Quruluşu və məzmunu
Bakıxanovun əsasən fəlsəfə, xüsusilə isə əxlaq mövzusunda qələmə aldığı ən önəmli əsəri olan "Təhzibül-Əxlaq" dibacə, müqəddimə, on iki bölmə və xatimədən ibarətdir. Qeyd etmək lazımdır ki, müəllif risalənin əvvəlindən sonuna qədər əsasən klassik dövrün tərtib üslubunu izləyib. Əsərin dibacəsi, klassik dövrdə olduğu kimi, "bismillah", Tanrıya dua, Həzrət Məhəmməd və "hidayət nuru" olaraq təsvir edilən ailəsinə salavat və salamla başlayır. Həmçinin, bu hissədə "Təhzibül-Əxlaq"ın adı və tərtib tarixi, müəllifin adı, təxəllüsü və atasının adı qeyd olunmuşdur. Bununla yanaşı, mütəfəkkir əsərin məzmununa əlavə olaraq bölmələrin başlıqlarını da sadalamış və risalənin sonuna qədər bu planı izləyib. "Təhzibül-Əxlaq"ın dibacə hissəsi Bakıxanovun əsərin yazdığı zaman istifadə etdiyi metod, əsərin yunan, avropa və islam ədəbiyyatından tərtib edilmiş mənbələri, yazılma məqsədi və mütəfəkkirin ümumi əxlaq düşüncəsi haqqında mühüm məlumatları da özündə ehtiva edir. Müəllifin əsərin əvvəlində məlumat və əməl arasında sıx bir əlaqənin olduğuna və ya olmalı olduğuna vurğu etməsi, xeyiri daha çox pislikdən çəkinmək şəklində şərh etməsi bu baxımdan çox mənalıdır. Eyni zamanda, maarifi əldə etməyin din/şəriətlə yanaşı, dövlətin davamlılığı üçün də zəruri olduğuna diqqət çəkməsi, öz əxlaq düşüncəsini din və dövlət/cəmiyyət arasında tarazlıq yaratmaq yolu ilə ortaya qoyduğunu göstərir.
"Təhzibül-Əxlaq"ın müqəddiməsi hikmətin mənası və əhəmiyyəti, onu qazanma yolları və insanı çatdıracağı son məqsəd haqqında yazılmışdır. Müəllif burada insanların hikmətin mahiyyətinə dair düşüncələrinin yanlış olduğunu qeyd edir və bunun bir nəticəsi olaraq səhv elm anlayışını tənqid edir. Bu bölmənin ən əhəmiyyətli cəhəti hikmət, elm, ağıl, adət, əxlaq və qədər anlayışlarının bir-biri ilə bağlı şəkildə araşdırılmasıdır. Bakıxanov öz təcrübəsini sözlərlə ifadə edərək həqiqətə çatmağın zəruriliyini vurğulayır. O, bu bölmədə "təcrübə" anlayışının üzərində xüsusi dayanır və indiyədək mövcud olan fəlsəfi axınları bir neçə qrupa bölərək təhlil edir.
Bakıxanov əsəri aşağıdakı başlıqlara (bab) ayırmışdır:
1. Bab: Etidalın gözlənilməsi
2. Bab: Yaxşılığın fəziləti haqqında
3. Bab: Hüzura çatmaq haqqında
4. Bab: Adətə bağlılıq
5. Bab: Şöhrətin mənası
6. Bab: Məhəbbət haqqında
7. Bab: Əməlin faydaları haqqında
8. Bab: Ədəb qaydaları
9. Bab: Təvazö qaydaları
10. Bab: İnsafın xüsusiyyətləri
11. Bab: Qənaətin gərəkliyi
12. Bab: Təvəkkülün mənası
A. Bakıxanovun əxlaq nəzəriyyəsində etidal prinsipi mühüm yer tutur. Onun fikrinə görə, hər bir şeydə etidala riayət etmək lazımdır. Bakıxanov təbiətdən və insanın həyatından çoxlu misal gətirərək qeyd edir ki, hər şeydə azlıq faydasız olduğu kimi, çoxluq da zərərlidir.
Müəllif bu bölmələrdən, "Məhəbbət haqqında" adlı başlıqda olduğu kimi, bəzilərini klassik mənbələrdən götürmüşdür. Bəzi başlıqları isə ehtimal olunur ki, yazıçı, öz dövründə bu mövzulara daha çox vurğu etmə ehtiyacı hiss etdiyinə görə istifadə etmişdir. "Təhzibül-əxlaq"ın ən geniş bölməsinin "Ədəb qaydaları" olması da Bakıxanovun sosial həyata verdiyi əhəmiyyətin bir göstəricisidir. Şöhrət, qənaət, təvəkkül kimi mövzuların ayrıca bölmələr şəklində araşdırılması, müəllifin təsəvvüfə olan marağından qaynaqlandığı söylənilə bilər.
Əsərin diqqət çəkən orijinal cəhətlərindən biri, bir çox klassik əxlaq kitablarında olduğu kimi, məsələyə nəfs kimi metafizik problemlərin araşdırılması ilə başlamamış olmasıdır. Belə ki, dövrünün təhsil və elm anlayışını tənqid etməklə mövzuya giriş edən müəllif, "Müqəddimə"də hikmətin insana nə kimi faydalar verə biləcəyini sorğulamağa başlayır və bunun üçün lazım olan əxlaqi yetkinliyə çatma yollarını on iki bölmədə ümumiləşdirir. Əsərin "Xatimə" bölməsində isə müəllif hikmətə çatmaq və əxlaqi yetkinliyə nail olmaq istəyən birinin hansı faydaları əldə edəcəyini izah etmək üçün metafizik mövzulara toxunmuş, varlığın mənası və mövcudluğun zəruriliyi üzərində dayanmışdır.
Xatimədə müəllif yazır: "Varlıqda yox olmaqlıq yoxdur, biz varlığın haldan-hala keçərək dəyişməsinə yox olmaq adını qoymuşuq, bütün şeylər məhv olar, bir şəkildən başqa şəklə keçər, lakin yox olmaz. Bu varlığın özüdür."
Bakıxanov kainat və allah məsələlərinin şərhində islam irticaçılarından və şəriətçilərindən ayrılır. Öz dövrünün maarifçisi olaraq, o hər bir məsələdə ağılı rəhbər tutduğu kimi, allahı da ağıl vasitəsilə dərk etməyə çalışır. O, idealist mütəfəkkir olaraq, allahı müstəqil mənəvi bir varlıqdan — vücudi-külldən ibarət görür və ona iradə və ixtiyar qərar verir. Lakin bu vücudi-küllündən ibarət olduğu bütün idealist filosoflar üçün qaranlıq qaldığı kimi, onun üçün də dərk olunmamış qalır.
Bakıxanov "Təvazö qaydaları" bölməsində təvazökarlığı insan varlığının yaraşığı, zahiri və mənəvi mənfəətlərin mənbəyi bilmişdir. Mütəfəkkir yazır: "Əxlaq gözəlliyi haqqında demək lazımdır ki, bu xüsusiyyət hər kəsdə fitri olarsa, onun dostu çox olar."
Əsərin qaynaqları
"Təhzibül-əxlaq"ın mənbələrinin müəyyənləşdirilməsini asanlaşdıran ən mühüm cəhət müəllifin istinad etdiyi ziyalı və şairlərin adlarını qeyd etməsidir. Həmçinin, sitat gətirilən ifadələrin daha tünd rəngdə yazılması mümkün səhvlərin müəyyən dərəcədə qarşısını alır. Bununla belə, müəllifin adlarını qeyd etmədiyi mənbələrdən faydalandığı da çox güman ki, mümkündür. Bəzi yerlərdə ayə, hədis və şeirləri dəyişdirərək sitat gətirdiyi də görünür.
Əsərin mənbələri ilə bağlı diqqətəlayiq bir digər cəhət, Bakıxanovun "təcrübə" anlayışına verdiyi əhəmiyyət və izləməyə çalışdığı metod baxımından Qəzzalıya (ö.1111) bənzəməsidir. Müəllif indiyədək ortaya çıxan heç bir əsərində Qəzzalıya birbaşa istinad etmədiyi üçün, ondan nə dərəcədə və hansı əsərləri üzərindən təsirləndiyini söyləmək çox çətindir. Lakin onun İşraqi ənənədən olan bəzi filosoflardan iqtibaslar etdiyini nəzərə alsaq, ən azı Şiənin Qəzzalisi kimi qəbul edilən Feyz Kaşaninin əsərlərindən xəbərdar olduğunu söyləmək mümkündür. Çünki o, əsərində ayə və hədislərlə yanaşı, İncil və Nəhcül-Bəlağədən də iqtibaslar etmiş, Sokrata istinad etmişdir. Bunlara əlavə olaraq, 165 misradan ibarət əsərin mənzum mənbələri arasında Mövlana Cəlaləddin Rumi, Sənai Qəznəvi, Şah Qasım Ənvar, Həllac Mənsur, Hafiz Şirazi, Mahmud Səbzəvari, Sədi Şirazi, Muxtəsəm Kaşani, Baba Əfdal Kaşani, Mir Fəndirisk və digər şair və filosofların əsərlərini də qeyd etmək olar.
Nüsxələri
Bakıxanovun 1832/33-cü (1248 h) ildə fars dilində yazdığı əsərinin müəllifə aidiyyəti məsələsində hər hansı bir şübhə yoxdur. Müəllif özü əsərin adını, yazılma tarixini və müəllifinin kimliyini, elmi fəaliyyətlərinin ən məhsuldar dövründə yazdığı "Təhzibül- Əxlaq"ın dibacə hissəsində açıq şəkildə qeyd etmişdir. Bakıxanov "Gülistan-i İrəm" adlı əsərində də "Təhzibül- Əxlaq" haqqında məlumat verərək, əsərin adını çəkmiş və onun Yunan, Avropa və İslam filosoflarının kitablarından faydalanaraq qələmə aldığı eklektik bir əxlaq risaləsi olduğunu vurğulamışdır. Bundan əlavə, alimin əsərin bir nüsxəsini şəxsi kitabxanasında saxladığına dair məlumatlar da mövcuddur.
Əsərin adı müəllif tərəfindən "Təhzibül-Əxlaq" olaraq qeyd edilsə də, rus dilindən ərəb dilinə tərcümə olunmuş bir kataloqda yanlışlıqla "Tahsinül-Əxlaq" kimi qeyd edilmişdir. Rusca kataloqda əsərin adı farsca deyil, rusca "Kniga Nastavleniy" kimi verilib.
Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutu Kitabxanasında əsərin dörd əlyazma nüsxəsi mövcuddur. Bunlardan birincisi tədqiqatçılar tərəfindən istinad edilən 1837/38 (1253 h.q.) tarixli nüsxədir. Bu əlyazma həm tarixi, həm də yazı tərzi baxımından müəllifin öz əlyazması kimi qəbul edilə bilər. Həmçinin əlyazmanın 56/a vərəqində Bakıxanovun imzası kimi tanınan "Neməti bəsəd kitab dilqoşa" və "əl-An li və seyekunü kema kane liğayrî" ifadələri də yer alır. Ümumilikdə qırx bir vərəqdən ibarət olan bu farsca yazmanın mətni "nəstəliq", mətndəki ərəb dilində ifadələr isə "nəsx" xətti ilə yazılmışdır. Bölmə başlıqları və sitat gətirilən şairlərin adları qırmızı mürəkkəblə, ayə və hədislər isə tünd qara rənglə yazılmışdır.
Eyni kitabxanadakı ikinci nüsxə isə tamamilə qara mürəkkəblə köçürülmüşdür; ayə və hədislər, əsərlərindən sitat gətirilən müəlliflərin adları və bəzi bölmə başlıqları çox yerdə daha böyük hərflərlə və tünd qara rəngdə yazılmışdır. Digər əlyazmada olduğu kimi burada da mətndəki ifadələrin böyük hissəsi "nəstəliq", bəzi ifadələr isə "nəsx" xətti ilə yazılmışdır. Yalnız (a) səhifələrində yazı olan bu nüsxə, əlli yeddi vərəqdən ibarətdir. Tarix və yer göstərilmədən Yədullah Şərifi tərəfindən köçürülmüş olduğu qeyd olunan əlyazmanın XIX əsrdə və ya XX əsrin əvvəllərində köçürülmüş olması ehtimal olunur. Çünki Yədullah Şərifi Bakıxanovun "Nəsəyih" adlı əsərinin də bir nüsxəsini köçürmüşdür. Bu əlyazmanın köçürülmə tarixi isə 13 iyul 1907-ci ilə (2 Cəmadiyəlaxir 1325) təsadüf edir.
Əsərin eyni kitabxanada iki əlavə nüsxəsi də mövcuddur. Farsca yazılmış hər iki nüsxə (b) səhifələrində yazı olmayan səksən iki vərəqdən ibarətdir. Müstənsihlərin adları və köçürmə tarixləri qeyd olunmayan, nəsx və nəstəliq xətti ilə yazılmış bu nüsxələrdə səhifələrin əvvəl və sonu A–153 nömrəli nüsxədəki kimi eynidir.
İstinadlar
- Əliyev, 2007. səh. 106
- Əliyev, 2007. səh. 108
- Qasımzadə, 2017. səh. 146
- Qasımzadə, 1956. səh. 79
- Bakıxanov, 2005. səh. 6
- Qasımzadə, 2017. səh. 147
- Məmmədov, 2006. səh. 313
- Əliyev, 2007. səh. 109
- Məmməd, 2010. səh. 52
- Əliyev, 2007. səh. 105
- Qasımzadə, 1956. səh. 77
Mənbə
- Qasımzadə F. S. Abbasqulu ağa Bakıxanov Qüdsi. Bakı: Uşaqgəncnəşr. 1956. səh. 168.
- Bakıxanov A. A. Seçilmiş əsərləri. Tərtib edəni, fars dilindən tərcümələr, müqəddimə, qeyd və şərhlərin müəllifi: M. Sultanov. Bakı: "Avrasiya Press" nəşriyyatı. 2005. səh. 488. ISBN .
- Məmmədov Z. C. Azərbaycan fəlsəfəsi tarixi. Bakı: "Şərq-Qərb" Nəşriyyat evi. 2006. səh. 328. ISBN .
- Əliyev, Elmin. ABBASKULU BAKÜHANLI VE AHLÂK DÜŞÜNCESİ (türk). İstanbul: T.C. MARMARA ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ İLAHİYAT ANABİLİM DALI İSLAM FELSEFESİ BİLİM DALI. 2007.
- Məmməd T. Q. XIX əsr Azərbaycan ədəbiyyatı (dərslik). I hissə. Bakı: "Apostrof" Çap evi. 2010. səh. 162. ISBN .
- Qasımzadə F. S. XIX əsr Azərbaycan ədəbiyyatı. Bakı: "Elm və təhsil" NPM. 2017. səh. 552. ISBN .
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Tehzibul exlaq Abbasqulu aga Bakixanovun pedaqogika ve psixologiyaya dair elmi ve nezeri meseleleri ehate eden felsefi eseri Fars dilinde qeleme alinan bu eser 12 fesil ve neticeden ibaretdir Muellif eserde cemiyyet haqqindaki fikirlerini bir sistem sekline salaraq teqdim edir Eser Sovet dovrunde pedaqoji bir eser kimi qiymetlendirilse ve dini tesevvufi mezmunu ile didaktik yonu gozardi edilse de eserde Serq edebiyyatinda genis yayilan klassik dini tesevvufi ve didaktik xarakterli eserlerin XIX esr elmi ve metodologiyasi ile birlesdirildiyi ve dovrun telebleri nezere alinaraq sinteze nail olundugu gorunur Tehzibul exlaqTedqiqiBakixanovun exlaq dusuncesi xususile de Tehzibul Exlaq eseri ile bagli en genis tedqiqat Heyder Huseynov terefinden aparilmisdir Rus diline ve Azerbaycan turkcesine tercume edilmis olan bu eserin indiyedek tenqidi metni hazirlanmayib Qeyd etmek lazimdir ki eserin her iki dile edilen tercumelerinde bir sira sehvler ve uygunsuzluqlar movcuddur Eserin bir diger tedqiqatcisi Dr Elmin Eliyevdir O Abbaskulu Bakuhanli ve Ahlak Dusuncesi adli dissertasiyasinda Tehzibul Exlaq eserinin Bakixanov ucun onemine diqqet cekir Eliyev yazir ki Bakixanov bu eseri 1832 ci ilde yeni herbi heyatinin sonlarinda qeleme alib Mutefekkirimizin bu risaleden evvel muxtelif movzulara dair Riyazul Quds 1820 21 Qanuni Quds 1828 29 Miskatul Envar 1829 30 ve Kesful Qerayib 1830 kimi eserler yazmis olmasi Tehzibul Exlaq in istifade olunan menbeler mezmun probleme yanasma movzulari dil ve uslub baximindan mueyyen tecrubeye ve biliklere malik bir muellif terefinden qeleme alindigini gosterir Eyni zamanda Tehzibul Exlaq Bakixanovun yeni tip tehsil ve tedris vermeyi nezerde tutdugu mekteb layihesi ve onun tehsil haqqinda dusunceleri ile de baglidir Bele ki muellifin ozu terefinden usaqlarin tehsilini asanlasdirmaq meqsedile yazildigi bildirilen Nesayeh adli eser bu eserin xulasesi kimi teqdim edilmisdir Mutefekkirin Tehzibul Exlaq in bir nusxesini Bakida sexsi kitabxanasinda saxlamasi da eseri ders kitabi kimi gorduyune dair fikirlerimizi destekleyir Qurulusu ve mezmunuBakixanovun esasen felsefe xususile ise exlaq movzusunda qeleme aldigi en onemli eseri olan Tehzibul Exlaq dibace muqeddime on iki bolme ve xatimeden ibaretdir Qeyd etmek lazimdir ki muellif risalenin evvelinden sonuna qeder esasen klassik dovrun tertib uslubunu izleyib Eserin dibacesi klassik dovrde oldugu kimi bismillah Tanriya dua Hezret Mehemmed ve hidayet nuru olaraq tesvir edilen ailesine salavat ve salamla baslayir Hemcinin bu hissede Tehzibul Exlaq in adi ve tertib tarixi muellifin adi texellusu ve atasinin adi qeyd olunmusdur Bununla yanasi mutefekkir eserin mezmununa elave olaraq bolmelerin basliqlarini da sadalamis ve risalenin sonuna qeder bu plani izleyib Tehzibul Exlaq in dibace hissesi Bakixanovun eserin yazdigi zaman istifade etdiyi metod eserin yunan avropa ve islam edebiyyatindan tertib edilmis menbeleri yazilma meqsedi ve mutefekkirin umumi exlaq dusuncesi haqqinda muhum melumatlari da ozunde ehtiva edir Muellifin eserin evvelinde melumat ve emel arasinda six bir elaqenin olduguna ve ya olmali olduguna vurgu etmesi xeyiri daha cox pislikden cekinmek seklinde serh etmesi bu baximdan cox menalidir Eyni zamanda maarifi elde etmeyin din serietle yanasi dovletin davamliligi ucun de zeruri olduguna diqqet cekmesi oz exlaq dusuncesini din ve dovlet cemiyyet arasinda tarazliq yaratmaq yolu ile ortaya qoydugunu gosterir Tehzibul Exlaq in muqeddimesi hikmetin menasi ve ehemiyyeti onu qazanma yollari ve insani catdiracagi son meqsed haqqinda yazilmisdir Muellif burada insanlarin hikmetin mahiyyetine dair dusuncelerinin yanlis oldugunu qeyd edir ve bunun bir neticesi olaraq sehv elm anlayisini tenqid edir Bu bolmenin en ehemiyyetli ceheti hikmet elm agil adet exlaq ve qeder anlayislarinin bir biri ile bagli sekilde arasdirilmasidir Bakixanov oz tecrubesini sozlerle ifade ederek heqiqete catmagin zeruriliyini vurgulayir O bu bolmede tecrube anlayisinin uzerinde xususi dayanir ve indiyedek movcud olan felsefi axinlari bir nece qrupa bolerek tehlil edir Bakixanov eseri asagidaki basliqlara bab ayirmisdir 1 Bab Etidalin gozlenilmesi 2 Bab Yaxsiligin fezileti haqqinda 3 Bab Huzura catmaq haqqinda 4 Bab Adete bagliliq 5 Bab Sohretin menasi 6 Bab Mehebbet haqqinda 7 Bab Emelin faydalari haqqinda 8 Bab Edeb qaydalari 9 Bab Tevazo qaydalari 10 Bab Insafin xususiyyetleri 11 Bab Qenaetin gerekliyi 12 Bab Tevekkulun menasi A Bakixanovun exlaq nezeriyyesinde etidal prinsipi muhum yer tutur Onun fikrine gore her bir seyde etidala riayet etmek lazimdir Bakixanov tebietden ve insanin heyatindan coxlu misal getirerek qeyd edir ki her seyde azliq faydasiz oldugu kimi coxluq da zererlidir Muellif bu bolmelerden Mehebbet haqqinda adli basliqda oldugu kimi bezilerini klassik menbelerden goturmusdur Bezi basliqlari ise ehtimal olunur ki yazici oz dovrunde bu movzulara daha cox vurgu etme ehtiyaci hiss etdiyine gore istifade etmisdir Tehzibul exlaq in en genis bolmesinin Edeb qaydalari olmasi da Bakixanovun sosial heyata verdiyi ehemiyyetin bir gostericisidir Sohret qenaet tevekkul kimi movzularin ayrica bolmeler seklinde arasdirilmasi muellifin tesevvufe olan maragindan qaynaqlandigi soylenile biler Eserin diqqet ceken orijinal cehetlerinden biri bir cox klassik exlaq kitablarinda oldugu kimi meseleye nefs kimi metafizik problemlerin arasdirilmasi ile baslamamis olmasidir Bele ki dovrunun tehsil ve elm anlayisini tenqid etmekle movzuya giris eden muellif Muqeddime de hikmetin insana ne kimi faydalar vere bileceyini sorgulamaga baslayir ve bunun ucun lazim olan exlaqi yetkinliye catma yollarini on iki bolmede umumilesdirir Eserin Xatime bolmesinde ise muellif hikmete catmaq ve exlaqi yetkinliye nail olmaq isteyen birinin hansi faydalari elde edeceyini izah etmek ucun metafizik movzulara toxunmus varligin menasi ve movcudlugun zeruriliyi uzerinde dayanmisdir Xatimede muellif yazir Varliqda yox olmaqliq yoxdur biz varligin haldan hala kecerek deyismesine yox olmaq adini qoymusuq butun seyler mehv olar bir sekilden basqa sekle kecer lakin yox olmaz Bu varligin ozudur Bakixanov kainat ve allah meselelerinin serhinde islam irticacilarindan ve serietcilerinden ayrilir Oz dovrunun maarifcisi olaraq o her bir meselede agili rehber tutdugu kimi allahi da agil vasitesile derk etmeye calisir O idealist mutefekkir olaraq allahi musteqil menevi bir varliqdan vucudi kullden ibaret gorur ve ona irade ve ixtiyar qerar verir Lakin bu vucudi kullunden ibaret oldugu butun idealist filosoflar ucun qaranliq qaldigi kimi onun ucun de derk olunmamis qalir Bakixanov Tevazo qaydalari bolmesinde tevazokarligi insan varliginin yarasigi zahiri ve menevi menfeetlerin menbeyi bilmisdir Mutefekkir yazir Exlaq gozelliyi haqqinda demek lazimdir ki bu xususiyyet her kesde fitri olarsa onun dostu cox olar Eserin qaynaqlari Tehzibul exlaq in menbelerinin mueyyenlesdirilmesini asanlasdiran en muhum cehet muellifin istinad etdiyi ziyali ve sairlerin adlarini qeyd etmesidir Hemcinin sitat getirilen ifadelerin daha tund rengde yazilmasi mumkun sehvlerin mueyyen derecede qarsisini alir Bununla bele muellifin adlarini qeyd etmediyi menbelerden faydalandigi da cox guman ki mumkundur Bezi yerlerde aye hedis ve seirleri deyisdirerek sitat getirdiyi de gorunur Eserin menbeleri ile bagli diqqetelayiq bir diger cehet Bakixanovun tecrube anlayisina verdiyi ehemiyyet ve izlemeye calisdigi metod baximindan Qezzaliya o 1111 benzemesidir Muellif indiyedek ortaya cixan hec bir eserinde Qezzaliya birbasa istinad etmediyi ucun ondan ne derecede ve hansi eserleri uzerinden tesirlendiyini soylemek cox cetindir Lakin onun Israqi eneneden olan bezi filosoflardan iqtibaslar etdiyini nezere alsaq en azi Sienin Qezzalisi kimi qebul edilen Feyz Kasaninin eserlerinden xeberdar oldugunu soylemek mumkundur Cunki o eserinde aye ve hedislerle yanasi Incil ve Nehcul Belageden de iqtibaslar etmis Sokrata istinad etmisdir Bunlara elave olaraq 165 misradan ibaret eserin menzum menbeleri arasinda Movlana Celaleddin Rumi Senai Qeznevi Sah Qasim Envar Hellac Mensur Hafiz Sirazi Mahmud Sebzevari Sedi Sirazi Muxtesem Kasani Baba Efdal Kasani Mir Fendirisk ve diger sair ve filosoflarin eserlerini de qeyd etmek olar NusxeleriBakixanovun 1832 33 cu 1248 h ilde fars dilinde yazdigi eserinin muellife aidiyyeti meselesinde her hansi bir subhe yoxdur Muellif ozu eserin adini yazilma tarixini ve muellifinin kimliyini elmi fealiyyetlerinin en mehsuldar dovrunde yazdigi Tehzibul Exlaq in dibace hissesinde aciq sekilde qeyd etmisdir Bakixanov Gulistan i Irem adli eserinde de Tehzibul Exlaq haqqinda melumat vererek eserin adini cekmis ve onun Yunan Avropa ve Islam filosoflarinin kitablarindan faydalanaraq qeleme aldigi eklektik bir exlaq risalesi oldugunu vurgulamisdir Bundan elave alimin eserin bir nusxesini sexsi kitabxanasinda saxladigina dair melumatlar da movcuddur Eserin adi muellif terefinden Tehzibul Exlaq olaraq qeyd edilse de rus dilinden ereb diline tercume olunmus bir kataloqda yanlisliqla Tahsinul Exlaq kimi qeyd edilmisdir Rusca kataloqda eserin adi farsca deyil rusca Kniga Nastavleniy kimi verilib Azerbaycan Milli Elmler Akademiyasi Elyazmalar Institutu Kitabxanasinda eserin dord elyazma nusxesi movcuddur Bunlardan birincisi tedqiqatcilar terefinden istinad edilen 1837 38 1253 h q tarixli nusxedir Bu elyazma hem tarixi hem de yazi terzi baximindan muellifin oz elyazmasi kimi qebul edile biler Hemcinin elyazmanin 56 a vereqinde Bakixanovun imzasi kimi taninan Nemeti besed kitab dilqosa ve el An li ve seyekunu kema kane ligayri ifadeleri de yer alir Umumilikde qirx bir vereqden ibaret olan bu farsca yazmanin metni nesteliq metndeki ereb dilinde ifadeler ise nesx xetti ile yazilmisdir Bolme basliqlari ve sitat getirilen sairlerin adlari qirmizi murekkeble aye ve hedisler ise tund qara rengle yazilmisdir Eyni kitabxanadaki ikinci nusxe ise tamamile qara murekkeble kocurulmusdur aye ve hedisler eserlerinden sitat getirilen muelliflerin adlari ve bezi bolme basliqlari cox yerde daha boyuk herflerle ve tund qara rengde yazilmisdir Diger elyazmada oldugu kimi burada da metndeki ifadelerin boyuk hissesi nesteliq bezi ifadeler ise nesx xetti ile yazilmisdir Yalniz a sehifelerinde yazi olan bu nusxe elli yeddi vereqden ibaretdir Tarix ve yer gosterilmeden Yedullah Serifi terefinden kocurulmus oldugu qeyd olunan elyazmanin XIX esrde ve ya XX esrin evvellerinde kocurulmus olmasi ehtimal olunur Cunki Yedullah Serifi Bakixanovun Neseyih adli eserinin de bir nusxesini kocurmusdur Bu elyazmanin kocurulme tarixi ise 13 iyul 1907 ci ile 2 Cemadiyelaxir 1325 tesaduf edir Eserin eyni kitabxanada iki elave nusxesi de movcuddur Farsca yazilmis her iki nusxe b sehifelerinde yazi olmayan seksen iki vereqden ibaretdir Mustensihlerin adlari ve kocurme tarixleri qeyd olunmayan nesx ve nesteliq xetti ile yazilmis bu nusxelerde sehifelerin evvel ve sonu A 153 nomreli nusxedeki kimi eynidir IstinadlarEliyev 2007 seh 106 Eliyev 2007 seh 108 Qasimzade 2017 seh 146 Qasimzade 1956 seh 79 Bakixanov 2005 seh 6 Qasimzade 2017 seh 147 Memmedov 2006 seh 313 Eliyev 2007 seh 109 Memmed 2010 seh 52 Eliyev 2007 seh 105 Qasimzade 1956 seh 77MenbeQasimzade F S Abbasqulu aga Bakixanov Qudsi Baki Usaqgencnesr 1956 seh 168 Bakixanov A A Secilmis eserleri Tertib edeni fars dilinden tercumeler muqeddime qeyd ve serhlerin muellifi M Sultanov Baki Avrasiya Press nesriyyati 2005 seh 488 ISBN 9952421034 Memmedov Z C Azerbaycan felsefesi tarixi Baki Serq Qerb Nesriyyat evi 2006 seh 328 ISBN 9789952340051 Eliyev Elmin ABBASKULU BAKUHANLI VE AHLAK DUSUNCESI turk Istanbul T C MARMARA UNIVERSITESI SOSYAL BILIMLER ENSTITUSU ILAHIYAT ANABILIM DALI ISLAM FELSEFESI BILIM DALI 2007 Memmed T Q XIX esr Azerbaycan edebiyyati derslik I hisse Baki Apostrof Cap evi 2010 seh 162 ISBN 9789952444490 Qasimzade F S XIX esr Azerbaycan edebiyyati Baki Elm ve tehsil NPM 2017 seh 552 ISBN 9789952817621 Xarici kecidler