Sunizadə Seyid Mehmed Əmin Əfəndi (v. iyul 1665, Beşiktaş) — Osmanlı alimi, müdərrisi və şeyxülislamı.
Sunizadə Mehmed Əmin Əfəndi | |
---|---|
Əvvəlki | Əsir Mehmed Əfəndi |
Sonrakı | Minkarizadə Yəhya Əfəndi |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | İyul 1665 |
Vəfat yeri |
Həyatı
Sultan Əhməd dövrünün Hələb qazısı olan Sunullah Əfəndinin oğludur. Anası Əmir Sultanın şəcərəsindən olduğu üçün bəzi mənbələrdə Seyid ünvanıyla anılır. İlk təhsilini atasından aldıqdan sonra İstanbula gələrək dövrün üləmasından dini təhsil almışdır. Ardından 1627-ci ilin oktyabrında Nişançı Mehmed Paşa mədrəsəsinə müdərris təyin olundu və 1640-cı ilin sentyabrına qədər müxtəlif mədrəsələrdə fəaliyyət göstərdi.
Daha sonra qazılığa keçdi və 1641-ci ilin oktyabrında Saloniki qazısı oldu. 1646-cı ilin avqustunda Hələb, 1647-ci ilin yanvarında Qahirə qazılığına gətirildi. 1649-cu ildə isə İstanbul qazısı seçildi. 12 avqust 1650-ci ildə bu vəzifəsindən ayrıldı və uzun müddət dövlət vəzifələrindən uzaq qaldı. Dövrün tarixçiləri o illər haqqında danışarkən Mehmed Əmin Əfəndinin adını tez-tez işlədir. Belə ki, 1653-cü ilin siyasi böhranları əsnasında dövrün şeyxülislamı olan Bahai Mehmed Əfəndi, uşaqlıq dostu olduğu Mehmed Əmin Əfəndiyə Anadolu başqazılığa vəd etmiş, ancaq bu vədini yerinə yetirə bilməmişdir. Nəhayət, 24 sentyabr 1654-cü ildə Anadolu başqazılığına gətirilən Mehmed Əmin Əfəndi 1655-ci ilin avqustunda təqaüdə ayrıldı. Ancaq 2 il sonra 1657-ci ilin mayında Rumeli başqazısı təyin edilsə də, 1658-ci ilin aprelində vəzifədən ayrıldı. 1661-ci ildə ikinci dəfə Rumeli başqazısı seçildi və 3 fevral 1662-ci ildə sədrəzəmlə rəqabət aparan Əsir Mehmed Əfəndinin vəzifədən alınmasıyla şeyxülislamlığa gətirildi.
Dövrün qaynaqlarında Mehmed Əmin Əfəndi haqqında bir çox mənfi rəylər yazılsa da, 21 noyabr 1662-ci ildə vəzifədən alınmasının əsas səbəbi olduqca yaşlı olması idi. Bundan başqa o illərdə təhlükəli hal alan Məlamiyyə təriqəti üzvləri haqqında verdiyi fətvalar da vəzifədən alınma səbəbi olaraq göstərilə bilər.
Seyid Mehmed Əmin Əfəndi 1665-ci ilin iyulunda Beşiktaşdakı köşkündə vəfat etdi. Məzarı Üsküdardakı Mahmud Hüdayi həzrətlərinin dərgahındadır.
Mənbə
- Naîmâ, Târih, V, 19, 131, 244, 352–356, 428;
- Silâhdar, Târih, I, 229;
- Şeyhî, Vekāyiu’l-fuzalâ, I, 316–318;
- La‘lîzâde Abdülbâki, Sergüzeşt: Aşka ve Âşıklara Dair, Melâmî Büyükleri (haz. Tahir Hafızalioğlu), İstanbul 2001, s. 57;
- Sicill-i Osmânî, IV, 175;
- İlmiyye Salnâmesi, s. 481–482;
- Uzunçarşılı, Osmanlı Tarihi, III/2, s. 478;
- Danişmend, Kronoloji2, V, 129;
- Abdülkadir Altunsu, Osmanlı Şeyhülislâmları, Ankara 1972, s. 92;
- Mehmet Nermi Haskan, Yüzyıllar Boyunca Üsküdar, İstanbul 2001, I, 91–92, 106;
- Mehmet İpşirli, "Üsküdar’da Medfun Şeyhülislâmlar", Üsküdar Sempozyumu IV: Bildiriler (ed. Coşkun Yılmaz), İstanbul 2007, II, 447–448;
- "Melâmiyye", DİA, XXIX, 32
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sunizade Seyid Mehmed Emin Efendi v iyul 1665 Besiktas Osmanli alimi muderrisi ve seyxulislami Sunizade Mehmed Emin Efendi53 Osmanli seyxulislamiEvvelkiEsir Mehmed EfendiSonrakiMinkarizade Yehya EfendiSexsi melumatlarVefat tarixi Iyul 1665Vefat yeri Besiktas Konstantinopol Osmanli imperiyasiHeyatiSultan Ehmed dovrunun Heleb qazisi olan Sunullah Efendinin ogludur Anasi Emir Sultanin seceresinden oldugu ucun bezi menbelerde Seyid unvaniyla anilir Ilk tehsilini atasindan aldiqdan sonra Istanbula gelerek dovrun ulemasindan dini tehsil almisdir Ardindan 1627 ci ilin oktyabrinda Nisanci Mehmed Pasa medresesine muderris teyin olundu ve 1640 ci ilin sentyabrina qeder muxtelif medreselerde fealiyyet gosterdi Daha sonra qaziliga kecdi ve 1641 ci ilin oktyabrinda Saloniki qazisi oldu 1646 ci ilin avqustunda Heleb 1647 ci ilin yanvarinda Qahire qaziligina getirildi 1649 cu ilde ise Istanbul qazisi secildi 12 avqust 1650 ci ilde bu vezifesinden ayrildi ve uzun muddet dovlet vezifelerinden uzaq qaldi Dovrun tarixcileri o iller haqqinda danisarken Mehmed Emin Efendinin adini tez tez isledir Bele ki 1653 cu ilin siyasi bohranlari esnasinda dovrun seyxulislami olan Bahai Mehmed Efendi usaqliq dostu oldugu Mehmed Emin Efendiye Anadolu basqaziliga ved etmis ancaq bu vedini yerine yetire bilmemisdir Nehayet 24 sentyabr 1654 cu ilde Anadolu basqaziligina getirilen Mehmed Emin Efendi 1655 ci ilin avqustunda teqaude ayrildi Ancaq 2 il sonra 1657 ci ilin mayinda Rumeli basqazisi teyin edilse de 1658 ci ilin aprelinde vezifeden ayrildi 1661 ci ilde ikinci defe Rumeli basqazisi secildi ve 3 fevral 1662 ci ilde sedrezemle reqabet aparan Esir Mehmed Efendinin vezifeden alinmasiyla seyxulislamliga getirildi Dovrun qaynaqlarinda Mehmed Emin Efendi haqqinda bir cox menfi reyler yazilsa da 21 noyabr 1662 ci ilde vezifeden alinmasinin esas sebebi olduqca yasli olmasi idi Bundan basqa o illerde tehlukeli hal alan Melamiyye teriqeti uzvleri haqqinda verdiyi fetvalar da vezifeden alinma sebebi olaraq gosterile biler Seyid Mehmed Emin Efendi 1665 ci ilin iyulunda Besiktasdaki koskunde vefat etdi Mezari Uskudardaki Mahmud Hudayi hezretlerinin dergahindadir MenbeNaima Tarih V 19 131 244 352 356 428 Silahdar Tarih I 229 Seyhi Vekayiu l fuzala I 316 318 La lizade Abdulbaki Serguzest Aska ve Asiklara Dair Melami Buyukleri haz Tahir Hafizalioglu Istanbul 2001 s 57 Sicill i Osmani IV 175 Ilmiyye Salnamesi s 481 482 Uzuncarsili Osmanli Tarihi III 2 s 478 Danismend Kronoloji2 V 129 Abdulkadir Altunsu Osmanli Seyhulislamlari Ankara 1972 s 92 Mehmet Nermi Haskan Yuzyillar Boyunca Uskudar Istanbul 2001 I 91 92 106 Mehmet Ipsirli Uskudar da Medfun Seyhulislamlar Uskudar Sempozyumu IV Bildiriler ed Coskun Yilmaz Istanbul 2007 II 447 448 Melamiyye DIA XXIX 32