Spayk İsrail istehsalı 4-cü nəsil daşına bilən, atəş aç-unut prinsipi ilə işləyən tank əleyhinə idarəolunan raket kompleksidir (TƏİR). İsrailin "Rafael Advanced Defence Systems" şirkəti tərəfindən istehsal olunur. 2016-cı il məlumatlarına əsasən, Spayk ailəsinə aid təqribən 25,600 raket 25 ölkəyə satılıb ki, bu ölkələrdən biri də Azərbaycandır.
Spayk | |
---|---|
Tipi | Tank əleyhinə idarəolunan raket (TƏİR) |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1981 - davam edir (Spayk NLOS) 1997 - davam edir |
İstismara başlanması | 1997 |
İstifadə edilən döyüşlər | İkinci İntifada, Qəzzə müharibəsi, Aprel döyüşləri 2020 ikinci qarabağ müharibəsi |
İstehsal tarixçəsi | |
İstehsalçı | Rafael Advanced Defence Systems |
İstehsal illəri | 1981 - davam edir |
Variantları | Spayk-SR Spayk-MR Spayk-LR Spayk-ER Spayk NLOS |
Xüsusiyyətləri | |
Məsafə | 1.5 km (Spayk-SR) 2.5 km (Spayk-MR) 4 km (Spayk-LR) 8 km (Spayk-ER) 25 km (Spayk NLOS) |
Mərminin başlanğıc sürəti | 30 saniyədə atəşə hazır vəziyyətə gətirilir, hər atəşdən sonra 15 saniyə ərzində yenidən hazır vəziyyətə gətirilir |
Effektiv məsafə | 1.5 km (Spayk-SR) 2.5 km (Spayk-MR) 4 km (Spayk-LR) 8 km (Spayk-ER) 25 km (Spayk NLOS) |
Vikianbarda əlaqəli mediafayllar |
Raket hədəfi avtonom şəkildə və ya operatorun nişan alması ilə də vura bilir. İkinci halda raketin operator pultuna göndərdiyi videosiqnal əsasında qərar qəbul edilir. Operator artıq havada olan raketin uçuşu korrektə edə bilər. Görünməyən hədəflərə zərbə endirmək üçün raketə əlavə informasiya daxil olmalıdır (məsələn peyk və ya dronlardan).
Variantları
Spayk-SR
"Spayk" ailəsinin ən kiçik nümayəndəsi daşınan "Spayk-SR" (Short range- kiçik məsafə) kompleksidir. Raketin buraxılışı tank əleyhinə qumbaraatanlar kimi çiyin üstündən edilir. Silahın qısa məsafəli versiyası 2012-ci ildə təqdim olunub. Çəkisi 9.8 kq olan bu raket minimum 50 m, maksimum 1.5 km arasında yerləşən hədəfləri məhv etmək üçün nəzərdə tutulub. 2016-cı ilin mayında "Rafael" şirkəti bu silahı özünün ilk xarici müştərisinə satdı.
Spayk-MR
Orta məsafəli versiya olan bu raket əsas modelə daha yaxındır. 14 kq çəkisi olan bu raket isə minimum 200 m, maksimum 2500 m məsafədə yerləşən hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Əsasən xüsusi təyinatlılar tərəfindən istifadə olunur.
Spayk-LR
Uzun məsafəli versiya. Raketin çəkisi 14 kq, ümumi sistemin çəkisi isə 45 kq-dan azdır. Maksimum atış məsafəsi 4 km olan bu raket əsasən piyada qoşun tərəfindən istifadə olunur və ya yüngül döyüş maşınlarının üzərinə quraşdırıla bilər. Zirehi dəlmə qabiliyyəti 700 mm-dən çoxdur. 2014-cü ilin əvvəllərində "Rafael" şirkəti bu variantın atış məsafəsinin 5 km-ə qaldırıldığını və yüngül helikopterlərə quraşdırmağın da mümkün olacağını açıqladı.
Spayk-ER
Silahın ekstra-uzun məsafəli versiyası. Həmçinin NT-Dandy və ya NT-D olaraq da tanınır. Atış məsafəsi minimum 400 m, maksimum 8 km təşkil edir. Adətən maşınların üzərində quraşdırılan bu sistem digərlərindən daha ağır olması və diametrinin daha böyük olması ilə fərqlənir. Raketin bu variantı piyadalar, yüngül zirehli maşınlar və helikopterlərə quraşdırıla bilər. Raketin çəkisi 34 kq, buraxıcı qurğunun çəkisi 30 kq, helikopter versiyasının çəkisi isə 55 kq-dır. Zirehi dəlmə qabiliyyəti 1,000 mm-dir.
Spayk NLOS
Ultra-uzun məsafəli bu raketin maksimum atış məsafəsi 25 km-dir. Görünüş zonasından uzaqda qalan hədəfləri vurmaq üçün nəzərdə tutulub. Spaykın digər variantlarından nəzərə çarpacaq dərəcədə böyük olan bu variantın ümumi çəkisi təqribən 70 kq-dır. Hədəfi 95% dəqiqliklə vuran Spayk NLOS həm yerdən, həm də helikopterdən atıla bilər. Raketlərdə kumulyativ, yaxud fuqas tipli döyüş başlığından istifadə oluna bilər. Yom Kippur müharibəsi bir daha göstərdi ki, döyüş zamanı idarə olunan taktiki yer-yer tipi raketlərin olması çox vacibdir. Kod adı Tamuz olan ilk variant 1981-ci ildə xidmətə daxil oldu, lakin, 2011-ci ilə qədər ictimaiyyətə təqdim olunmadı.
Mini-Spayk
2 sentyabr 2009-cu ildə Spayk ailəsinin yeni üzvü olan Mini-Spayk təqdim olundu. Əsasən şəhər döyüşləri üçün hazırlanmış bu variantın atış məsafəsi 1.3-1.5 km arasındadır. 2016-cı ildən etibarən bu variantın istehsalı dayandırıldı.
Tətbiqi
Azərbaycan ordusu tərəfindən Aprel döyüşlərində istifadə olunub. 2017-ci ildə Azərbaycan ordusu Qarabağda bir Spayk raketi vasitəsilə Ermənistana aid Osa HHM vasitəsini vurduqdan sonra Ermənistan ordusu cəbhə boyunca bütün zirehli və zirehsiz texnikalarını, o cümlədən HHM vasitələrini 8 km geriyə çəkməyə məcbur oldu.
İstifadəçilər
Həmçinin bax
İstinadlar
- http://www.defensenews.com/story/defense/air-space/strike/2016/06/14/rafael-spike-sr-anti-tank-missile/85863524/
- . 2011-10-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-20.
- (PDF). 2008-11-16 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-05-20.
- "Arxivlənmiş surət". 2017-03-21 tarixində . İstifadə tarixi: 2017-05-20.
- "Arxivlənmiş surət". 2012-12-26 tarixində . İstifadə tarixi: 2017-05-20.
- . 2017-11-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-20.
- . 2020-08-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-08-08.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Spayk Israil istehsali 4 cu nesil dasina bilen ates ac unut prinsipi ile isleyen tank eleyhine idareolunan raket kompleksidir TEIR Israilin Rafael Advanced Defence Systems sirketi terefinden istehsal olunur 2016 ci il melumatlarina esasen Spayk ailesine aid teqriben 25 600 raket 25 olkeye satilib ki bu olkelerden biri de Azerbaycandir SpaykTipi Tank eleyhine idareolunan raket TEIR Olke IsrailIstismar tarixcesiIstismar illeri 1981 davam edir Spayk NLOS 1997 davam edirIstismara baslanmasi 1997Istifade edilen doyusler Ikinci Intifada Qezze muharibesi Aprel doyusleri 2020 ikinci qarabag muharibesiIstehsal tarixcesiIstehsalci Rafael Advanced Defence SystemsIstehsal illeri 1981 davam edirVariantlari Spayk SR Spayk MR Spayk LR Spayk ER Spayk NLOSXususiyyetleriMesafe 1 5 km Spayk SR 2 5 km Spayk MR 4 km Spayk LR 8 km Spayk ER 25 km Spayk NLOS Merminin baslangic sureti 30 saniyede atese hazir veziyyete getirilir her atesden sonra 15 saniye erzinde yeniden hazir veziyyete getirilirEffektiv mesafe 1 5 km Spayk SR 2 5 km Spayk MR 4 km Spayk LR 8 km Spayk ER 25 km Spayk NLOS Vikianbarda elaqeli mediafayllar Raket hedefi avtonom sekilde ve ya operatorun nisan almasi ile de vura bilir Ikinci halda raketin operator pultuna gonderdiyi videosiqnal esasinda qerar qebul edilir Operator artiq havada olan raketin ucusu korrekte ede biler Gorunmeyen hedeflere zerbe endirmek ucun rakete elave informasiya daxil olmalidir meselen peyk ve ya dronlardan VariantlariSpayk SR Spayk ailesinin en kicik numayendesi dasinan Spayk SR Short range kicik mesafe kompleksidir Raketin buraxilisi tank eleyhine qumbaraatanlar kimi ciyin ustunden edilir Silahin qisa mesafeli versiyasi 2012 ci ilde teqdim olunub Cekisi 9 8 kq olan bu raket minimum 50 m maksimum 1 5 km arasinda yerlesen hedefleri mehv etmek ucun nezerde tutulub 2016 ci ilin mayinda Rafael sirketi bu silahi ozunun ilk xarici musterisine satdi Spayk MR Orta mesafeli versiya olan bu raket esas modele daha yaxindir 14 kq cekisi olan bu raket ise minimum 200 m maksimum 2500 m mesafede yerlesen hedefleri mehv etmek ucun nezerde tutulub Esasen xususi teyinatlilar terefinden istifade olunur Spayk LR Uzun mesafeli versiya Raketin cekisi 14 kq umumi sistemin cekisi ise 45 kq dan azdir Maksimum atis mesafesi 4 km olan bu raket esasen piyada qosun terefinden istifade olunur ve ya yungul doyus masinlarinin uzerine qurasdirila biler Zirehi delme qabiliyyeti 700 mm den coxdur 2014 cu ilin evvellerinde Rafael sirketi bu variantin atis mesafesinin 5 km e qaldirildigini ve yungul helikopterlere qurasdirmagin da mumkun olacagini aciqladi Spayk ER Silahin ekstra uzun mesafeli versiyasi Hemcinin NT Dandy ve ya NT D olaraq da taninir Atis mesafesi minimum 400 m maksimum 8 km teskil edir Adeten masinlarin uzerinde qurasdirilan bu sistem digerlerinden daha agir olmasi ve diametrinin daha boyuk olmasi ile ferqlenir Raketin bu varianti piyadalar yungul zirehli masinlar ve helikopterlere qurasdirila biler Raketin cekisi 34 kq buraxici qurgunun cekisi 30 kq helikopter versiyasinin cekisi ise 55 kq dir Zirehi delme qabiliyyeti 1 000 mm dir Spayk NLOS Ultra uzun mesafeli bu raketin maksimum atis mesafesi 25 km dir Gorunus zonasindan uzaqda qalan hedefleri vurmaq ucun nezerde tutulub Spaykin diger variantlarindan nezere carpacaq derecede boyuk olan bu variantin umumi cekisi teqriben 70 kq dir Hedefi 95 deqiqlikle vuran Spayk NLOS hem yerden hem de helikopterden atila biler Raketlerde kumulyativ yaxud fuqas tipli doyus basligindan istifade oluna biler Yom Kippur muharibesi bir daha gosterdi ki doyus zamani idare olunan taktiki yer yer tipi raketlerin olmasi cox vacibdir Kod adi Tamuz olan ilk variant 1981 ci ilde xidmete daxil oldu lakin 2011 ci ile qeder ictimaiyyete teqdim olunmadi Mini Spayk 2 sentyabr 2009 cu ilde Spayk ailesinin yeni uzvu olan Mini Spayk teqdim olundu Esasen seher doyusleri ucun hazirlanmis bu variantin atis mesafesi 1 3 1 5 km arasindadir 2016 ci ilden etibaren bu variantin istehsali dayandirildi TetbiqiAzerbaycan ordusu terefinden Aprel doyuslerinde istifade olunub 2017 ci ilde Azerbaycan ordusu Qarabagda bir Spayk raketi vasitesile Ermenistana aid Osa HHM vasitesini vurduqdan sonra Ermenistan ordusu cebhe boyunca butun zirehli ve zirehsiz texnikalarini o cumleden HHM vasitelerini 8 km geriye cekmeye mecbur oldu Istifadeciler Spayk istifadecileri Azerbaycan Belcika Cili Kolumbiya Xorvatiya Cexiya Ekvador Finlandiya Almaniya Hindistan Israil Italiya Latviya Litva Niderland Polsa Peru Portuqaliya Ruminiya Sinqapur Sloveniya Cenubi Koreya Ispaniya Birlesmis KralliqHemcinin baxAprel doyusleri Tank eleyhine idareolunan raket Israil Silahli QuvveleriIstinadlarhttp www defensenews com story defense air space strike 2016 06 14 rafael spike sr anti tank missile 85863524 2011 10 08 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2017 05 20 PDF 2008 11 16 tarixinde orijinalindan PDF arxivlesdirilib Istifade tarixi 2017 05 20 Arxivlenmis suret 2017 03 21 tarixinde Istifade tarixi 2017 05 20 Arxivlenmis suret 2012 12 26 tarixinde Istifade tarixi 2017 05 20 2017 11 16 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2017 05 20 2020 08 11 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2020 08 08