Bu məqalədəki məlumatların olması üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni lazımdır. |
Seyid Ziyaəddin Təbatəbai (1888 – 29 avqust 1969) — İranın baş naziri.
Seyid Ziyaəddin Təbatəbai | |
---|---|
İranın baş naziri[d] | |
21 fevral 1921 – 4 iyun 1921 | |
Əvvəlki | Fəthulla xan Əkbər[d] |
Sonrakı | Əhməd Qəvam |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şiraz, İran |
Vəfat tarixi | |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi, jurnalist |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Seyid Ziyaəddin Təbatəbai 1888-ci ildə Fars ostanının Şiraz şəhərində anadan olmuşdur. Seyid Əli ağa Yəzdinin oğludur. Ana tərəfdən Şirazlıdır. O, mükəmməl təhsil almışdı. Jurnalistika ilə məşğul olmuşdur. İngilislər tərəfindən ələ alınmış, qacarlara qarşı çıxmışdı.
İslahatçı-modernist dairələrin təbliğatının əsas istiqamətlərindən biri də ölkənin iqtisadi və siyasi həyatını, eləcə də silahlı qüvvələrini Böyük Britaniyanın nəzarətinə tabe edən 1919-cu il müqaviləsinin ləğvi idi. Bu müqavilənin ləğvi tələbini ictimaiyyətin geniş təbəqələri müdafiə edirdi. Hətta iş o yerə gəlib çatdı ki, Sultan Əhməd şah da onun təsdiq edilməsinin əleyhinə olduğunu bildirdi. Buna baxmayaraq Britaniya mövqelərini təhvil vermək, İran səhnəsini tərk etmək fikrində deyildi. Yeni dəyişmiş şərtlərdə o, İranda mövqelərini saxlamaq və gücləndirmək üçün siyasətini daha üstüörtülü, amma daha radikal şəkildə yürütməyə başladı. Hələ 1920-ci ilin yanvarın 29-da Böyük Britaniyanın Mesopotamiyadakı ali komissarı Sir Persy Cox Tehrandakı İngilis səfirinə yazdığı uzun teleqramda öz hərbi hissələrinin İrandan çıxarılması ehtimalını bildirir, 1919-cu il müqaviləsinin mövcud şərtləri üstündə israr etməyin mümkünsüzlüyünü dilə gətirir, İran Məclisini qane edə biləcək yeni müqavilə haqqında fikirlərini bildirdikdən sonra yazırdı: "Yeni müqavilənin imzalanması vaxtı elə şərait yarana bilər ki, indiki şahın (Əhməd şah Qacarın) sülalənin başqa bir üzvü ilə dəyişdirilməsinə, ya da bu sülalənin başqa birisi ilə dəyişdirilməsinə razılaşmalı olaq." Bir il sonra İngilis səfiri öz naziri Cursona yazdığı gizli teleqramda İranın şimal hissəsində demokratik hərəkatların qələbəsi müqabilində ölkənin güneyində İngiltərənin nüfuzu altında ayrıca, müstəqil dövlətin yaradılmasını təklif edirdi. İngilis səfirliyinin 1919-cu il müqaviləsini təsdiq etdirmək yönündə növbəti cəhdi İran hökumətinin istefasına səbəb oldu, baş nazir Sepəhdarın 1921-ci ilin fevralın 16-da yeni hökumət təşkil etmək cəhdi də siyasi böhranı aradan qaldıra bilmədi. Britaniyanın bir qrup nümayəndəsi çıxış yolunu İran zabitlərinin əli ilə dövlət çevrilişində görürdü. Bu istiqamətdə fəal hazırlıq işləri aparılırdı. Fevral ayının 21-də kazak diviziyasının Qəzvin dəstəsi Rza xanın başçılığı ilə Tehranda əsas dövlət idarələrini tutdu, yüksək rütbəli onlarla dövlət məmuru həbs edildi. Ölkədə İngilis maraqlarının müdafiəçisi Seyid Ziya (Seyid Ziyaəddin Təbatəbai) baş nazir təyin edildi. Seyid Ziya az sonra verdiyi bəyanatda bir sıra islahatların aparılacağını, "milləti xilas edəcəyini" bildirdi. Fevralın 26-da çoxdan hazırlanmış Sovet-İran müqaviləsi imzalandı. İngilislərin razılığı ilə martın 24-də 1919-cu il Britaniya-İran müqaviləsinin ləğv olunduğu elan edildi. Aprelin 17-də isə baş nazir İngilis qoşunlarının İranı tərk etməsi haqqında müraciətlə çıxış etdi, halbuki bu müqavilə faktik olaraq ləğv olunmuşdu, İngilis qoşunlarının İranı tərk etməsi isə dövlət çevrilişindən əvvəl başlanmışdı. Yeni baş nazirin bu hərəkətləri ilk öncə kütlə arasında çaşqınlıq yaratdı. Seyid Ziya hökumətinə rəğbətlə yanaşan Britaniya maliyyə müşavirinin yardımçısı H. Balfour yazırdı ki, Təbrizdə İran millətçiliyi mövqeyindən çıxış edənlər "çətin vəziyyətə düşmüşdülər, çünki yeni rejim onların proqramına tam uyğun ruhda fəaliyyət göstərirdisə də, onun [Seyid Ziyanın] İngilislərlə yaxın dostluğu faktı Təbrizlilərin gözündə ən böyük maneə idi."
Ölkədə demokratik hərəkatı yatırdıb, qayda-qanun yarada bilmədiyindən tezliklə mülkədar-burjua dairələri Siyid Ziyaya qarşı çıxış etməyə başladılar. Əski aristokratiya onun "ifşaedici" çıxışlarından, eləcə də Qacar şahzadələrindən bəzilərinin həbsindən narazı idi. Artan ümumi narazılıqdan dövlət çevrilişinin əsas fiquru, kazak diviziyasının yeni komandiri Polkovnik Rza Xan Savadkuhi istifadə etdi, əski müttəfiqi Seyid Ziyaya qarşı kampaniyaya qoşuldu. Yeni Qəvamüssəltənə hökumətində hərbi nazir vəzifəsi tutan Rza Xan hakimiyyət pillələrində sürətlə irəliləməyə başladı. Bu sahədə ona İngilislər həssas yardım etdilər. Ölkənin hərbi qüvvələrini əlinə keçirmiş hərbi nazir 1923-cü ildə artıq siyasi hakimiyyətə iddia edirdi. 1923-cü ilin oktyabrında xaricdən ölkəyə qayıtmış Sultan Əhməd Şah, Rza Xanı baş nazir təyin etməyə məcbur oldu. Yeni baş nazirin təzyiqi ilə yenidən xarici gedən Sultan Əhməd Şah qardaşını özünün naibi elan etdi, ancaq o gedəndən sonra Rza Xan, şah naibindən siyasətə qarışmayacağı haqqında yazılı öhdəlik aldı. Artıq 1923-cü ilin sonlarından Rza Xan, Qacar sülaləsinin devrilməsi, ümumiyyətlə monarxiyanın ləğvi və ölkədə respublika rejiminin yaranması istiqamətində kampaniyaya başladı. Rza xan hökumətinin gizli rəhbərliyi altında Qacarların devrilməsi və "respublika uğrunda hərəkat" gedişində mitinq və nümayişlər keçirilir, qəzetlərdə Qacarların İranın tərəqqisinə mane olması, respublika idarə üsulunun üstünlüklər təbliğ edilir, məclisdə bu məsələrlə bağlı Rza xanın tərəfdarları müxtəlif formalarda mübarizə aparırdılar. Qacarların İran tarixindəki rolu mətbuatda bir sıra hallarda fars irqçiliyi forması alırdı. Təbliğatın bu tərəfi o qədər aydın görünürdü ki, Sovet Azərbaycanında belə bunun fərqində olanlar vardı. Kommunist yazıçı Məmməd Səid Ordubadi 1924-cü ilin aprelin 2-də "Kommunist" qəzetində bu təbliğata etiraz edərək yazırdı ki, bəzi İran qəzetləri Qacarların "farslara biganə olduğuna (türk olduqlarına) işarə ilə onların iş başından çəkilməsini lazım biliyorlar."
Seyid Ziya Təbatəbainin başçılığı ilə yaranan siyasi təşkilatlar, onlarin mətbu organları, o cümlədən "Rəəd" qəzeti sağ cərəyanları birləşdirərək, sol qüvvələrə qarşı genişmiqyaslı mübarizəyə başladılar.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaledeki melumatlarin yoxlanilabiler olmasi ucun elave menbelere ehtiyac var Daha etrafli melumat ve ya meqaledeki problemlerle bagli muzakire aparmaq ucun diqqet yetire bilersiniz Lutfen meqaleye etibarli menbeler elave ederek bu meqaleni tekmillesdirmeye komek edin Menbesiz mezmun problemler yarada ve siline biler Problemler hell edilmemis sablonu meqaleden cixarmayin Bu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Seyid Ziyaeddin Tebatebai 1888 29 avqust 1969 Iranin bas naziri Seyid Ziyaeddin TebatebaiIranin bas naziri d 21 fevral 1921 4 iyun 1921EvvelkiFethulla xan Ekber d SonrakiEhmed QevamSexsi melumatlarDogum tarixi 1888Dogum yeri Siraz IranVefat tarixi 29 avqust 1969Vefat yeri Tehran Tehran sehristani Tehran ostani IranFealiyyeti siyasetci jurnalist Vikianbarda elaqeli mediafayllarHeyatiSeyid Ziyaeddin Tebatebai 1888 ci ilde Fars ostaninin Siraz seherinde anadan olmusdur Seyid Eli aga Yezdinin ogludur Ana terefden Sirazlidir O mukemmel tehsil almisdi Jurnalistika ile mesgul olmusdur Ingilisler terefinden ele alinmis qacarlara qarsi cixmisdi Islahatci modernist dairelerin tebligatinin esas istiqametlerinden biri de olkenin iqtisadi ve siyasi heyatini elece de silahli quvvelerini Boyuk Britaniyanin nezaretine tabe eden 1919 cu il muqavilesinin legvi idi Bu muqavilenin legvi telebini ictimaiyyetin genis tebeqeleri mudafie edirdi Hetta is o yere gelib catdi ki Sultan Ehmed sah da onun tesdiq edilmesinin eleyhine oldugunu bildirdi Buna baxmayaraq Britaniya movqelerini tehvil vermek Iran sehnesini terk etmek fikrinde deyildi Yeni deyismis sertlerde o Iranda movqelerini saxlamaq ve guclendirmek ucun siyasetini daha ustuortulu amma daha radikal sekilde yurutmeye basladi Hele 1920 ci ilin yanvarin 29 da Boyuk Britaniyanin Mesopotamiyadaki ali komissari Sir Persy Cox Tehrandaki Ingilis sefirine yazdigi uzun teleqramda oz herbi hisselerinin Irandan cixarilmasi ehtimalini bildirir 1919 cu il muqavilesinin movcud sertleri ustunde israr etmeyin mumkunsuzluyunu dile getirir Iran Meclisini qane ede bilecek yeni muqavile haqqinda fikirlerini bildirdikden sonra yazirdi Yeni muqavilenin imzalanmasi vaxti ele serait yarana biler ki indiki sahin Ehmed sah Qacarin sulalenin basqa bir uzvu ile deyisdirilmesine ya da bu sulalenin basqa birisi ile deyisdirilmesine razilasmali olaq Bir il sonra Ingilis sefiri oz naziri Cursona yazdigi gizli teleqramda Iranin simal hissesinde demokratik herekatlarin qelebesi muqabilinde olkenin guneyinde Ingilterenin nufuzu altinda ayrica musteqil dovletin yaradilmasini teklif edirdi Ingilis sefirliyinin 1919 cu il muqavilesini tesdiq etdirmek yonunde novbeti cehdi Iran hokumetinin istefasina sebeb oldu bas nazir Sepehdarin 1921 ci ilin fevralin 16 da yeni hokumet teskil etmek cehdi de siyasi bohrani aradan qaldira bilmedi Britaniyanin bir qrup numayendesi cixis yolunu Iran zabitlerinin eli ile dovlet cevrilisinde gorurdu Bu istiqametde feal hazirliq isleri aparilirdi Fevral ayinin 21 de kazak diviziyasinin Qezvin destesi Rza xanin basciligi ile Tehranda esas dovlet idarelerini tutdu yuksek rutbeli onlarla dovlet memuru hebs edildi Olkede Ingilis maraqlarinin mudafiecisi Seyid Ziya Seyid Ziyaeddin Tebatebai bas nazir teyin edildi Seyid Ziya az sonra verdiyi beyanatda bir sira islahatlarin aparilacagini milleti xilas edeceyini bildirdi Fevralin 26 da coxdan hazirlanmis Sovet Iran muqavilesi imzalandi Ingilislerin raziligi ile martin 24 de 1919 cu il Britaniya Iran muqavilesinin legv olundugu elan edildi Aprelin 17 de ise bas nazir Ingilis qosunlarinin Irani terk etmesi haqqinda muracietle cixis etdi halbuki bu muqavile faktik olaraq legv olunmusdu Ingilis qosunlarinin Irani terk etmesi ise dovlet cevrilisinden evvel baslanmisdi Yeni bas nazirin bu hereketleri ilk once kutle arasinda casqinliq yaratdi Seyid Ziya hokumetine regbetle yanasan Britaniya maliyye musavirinin yardimcisi H Balfour yazirdi ki Tebrizde Iran milletciliyi movqeyinden cixis edenler cetin veziyyete dusmusduler cunki yeni rejim onlarin proqramina tam uygun ruhda fealiyyet gosterirdise de onun Seyid Ziyanin Ingilislerle yaxin dostlugu fakti Tebrizlilerin gozunde en boyuk manee idi Olkede demokratik herekati yatirdib qayda qanun yarada bilmediyinden tezlikle mulkedar burjua daireleri Siyid Ziyaya qarsi cixis etmeye basladilar Eski aristokratiya onun ifsaedici cixislarindan elece de Qacar sahzadelerinden bezilerinin hebsinden narazi idi Artan umumi naraziliqdan dovlet cevrilisinin esas fiquru kazak diviziyasinin yeni komandiri Polkovnik Rza Xan Savadkuhi istifade etdi eski muttefiqi Seyid Ziyaya qarsi kampaniyaya qosuldu Yeni Qevamusseltene hokumetinde herbi nazir vezifesi tutan Rza Xan hakimiyyet pillelerinde suretle irelilemeye basladi Bu sahede ona Ingilisler hessas yardim etdiler Olkenin herbi quvvelerini eline kecirmis herbi nazir 1923 cu ilde artiq siyasi hakimiyyete iddia edirdi 1923 cu ilin oktyabrinda xaricden olkeye qayitmis Sultan Ehmed Sah Rza Xani bas nazir teyin etmeye mecbur oldu Yeni bas nazirin tezyiqi ile yeniden xarici geden Sultan Ehmed Sah qardasini ozunun naibi elan etdi ancaq o gedenden sonra Rza Xan sah naibinden siyasete qarismayacagi haqqinda yazili ohdelik aldi Artiq 1923 cu ilin sonlarindan Rza Xan Qacar sulalesinin devrilmesi umumiyyetle monarxiyanin legvi ve olkede respublika rejiminin yaranmasi istiqametinde kampaniyaya basladi Rza xan hokumetinin gizli rehberliyi altinda Qacarlarin devrilmesi ve respublika ugrunda herekat gedisinde mitinq ve numayisler kecirilir qezetlerde Qacarlarin Iranin tereqqisine mane olmasi respublika idare usulunun ustunlukler teblig edilir meclisde bu meselerle bagli Rza xanin terefdarlari muxtelif formalarda mubarize aparirdilar Qacarlarin Iran tarixindeki rolu metbuatda bir sira hallarda fars irqciliyi formasi alirdi Tebligatin bu terefi o qeder aydin gorunurdu ki Sovet Azerbaycaninda bele bunun ferqinde olanlar vardi Kommunist yazici Memmed Seid Ordubadi 1924 cu ilin aprelin 2 de Kommunist qezetinde bu tebligata etiraz ederek yazirdi ki bezi Iran qezetleri Qacarlarin farslara bigane olduguna turk olduqlarina isare ile onlarin is basindan cekilmesini lazim biliyorlar Seyid Ziya Tebatebainin basciligi ile yaranan siyasi teskilatlar onlarin metbu organlari o cumleden Reed qezeti sag cereyanlari birlesdirerek sol quvvelere qarsi genismiqyasli mubarizeye basladilar Hemcinin bax