Sebasta və ya Eleusa Sebasta (yun. Ελαιούσα Σεβαστή) ― Anadolunun cənub sahilindəki Kilikiyada, Silifke istiqamətindəki Mersindən 55 km (34 mil) məsafədə yerləşən qədim Roma yaşayış məntəqəsi.
Sebasta | |
---|---|
Alternativ adı | Eleusa Sebasta |
Yer | Mersin ili, Türkiyə |
Region | Kilikiya |
Tip | Yaşayış məntəqəsi |
Tarix | |
Əsası qoyulub | E.ə. II əsr |
Mədəniyyətlər | Kappadokiya, Roma, Bizans |
Yer qeydləri | |
Vəziyyəti | Dağıntı |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Eleusa (Ελαιούσα) adı yunan dilində yağ mənasını verən elaion (ἔλαιον) sözündən qaynaqlanır. Məntəqənin belə adlandırlmasına səbəb Eleusada zeytun ağacının çox olması idi. Məntəqə eramızdan əvvəl II əsrdə Aralıq dənizində dar bərzəx ilə materikə əlavə edilmiş kiçik adada qurulmuşdur.
Şəhərin inkişafında zeytun əkilməsi ilə birlikdə Roma imperatoru Avqustun hakimiyyəti dövründə Kappadokiya kralı olmuş Arxelayın burada məskunlaşması da rol oynamışdır. Bərzəxdə yeni şəhər quran Arxelay buranı latın dilindəki "Avqust"-un yunanca ekvivalenti olan Sebaste adlandırdı. Şəhər Roma imperatoru Vespasianın 74-cü ildə Kilikiyanı quldurlardan təmizləməsi ilə qızıl dövrünüə girdi.
Qədim mənbələr şəhərin mövcudluğunu və kilsələrin və bazilikaların son Roma və erkən Bizans dövrünə qədər necə gəlib çatdığını izah edir. 6-cı əsrdə şəhərin qonşuluğundakı Korikusun inkişaf etməyə başlaması ilə Eleusa Sebaste yavaş-yavaş tarix səhnəsindən silinməyə başladı.
1995-ci ildən bəri İtalyan arxeoloqu Yevqeniya Şnayderin rəhbərliyi altında qazıntı işlərinin aparıldığı ada demək olar ki, tamamilə qum altında qalmışdır. Hər iki tərəfdəki limanın təhlükəsizliyini təmin edən yerdə yerləşən orijinal yaşayış məntəqəsi bu gün yarımadadır. Yarımadanın qərb körfəzinə baxan tərəfdə hamam, sistern, müdafiə divarı və dalğaqıranın dağıntıları görülə bilər. Buna baxmayaraq, şəhərdə aşkarlanmış ən vacib tapıntı döşəməsi mozaika ilə döşənmiş hamam və dairəvi bir baza üzərində yerləşən kiçik bazilikadır.
Elausa Sebaste dağıntıları həmçinin, qədim Kilikiya şəhərləri arasında ən zəngin və ən təsir edici nekropolu ehtiva edir. Şəhərin şimalındakı təpədə yerləşən "Qəbirlər xiyabanı"nda limon ağacları arasında səpələnmiş müxtəlif formalı və ölçülü yüzə yaxın qəbir var.
Şəhərin iki girişini Lamos ("Limon") çayından dağıntılara su aparan qədim su boruları bəzəyir. Xüsusilə də şəhərin qərbindəki su kəməri nisbətən yaxşı vəziyyətdədir. Əsrlər əvvəl bu su boruları Korikusa qədər gedən kanal sistemi yaratmışdır.
İstinadlar
- Schneider, Eugenia Equini. Elaiussa Sebaste: A Port City Between East and West, An Archaeological Guide. Homer Kitabevi. 2008. ISBN . 2021-07-25 tarixində . İstifadə tarixi: 2021-07-25.
Ədəbiyyat
- Edwards, Robert W., "Sebaste (Cilicia)". The Eerdmans Encyclopedia of Early Christian Art and Archaeology, ed., Paul Corby Finney. Grand Rapids, Michigan: William B. Eerdmans Publishing. 2016. 489–491. ISBN .
- // Encyclopedia of the Hellenic World (Volume 1, Asia Minor). Foundation of the Hellenic World. 2006. 2007-10-08 tarixində orijinalından arxivləşdirilib.
- Skylife October 2005, a periodical of Turkish Airlines
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sebasta ve ya Eleusa Sebasta yun Elaioysa Sebasth Anadolunun cenub sahilindeki Kilikiyada Silifke istiqametindeki Mersinden 55 km 34 mil mesafede yerlesen qedim Roma yasayis menteqesi Sebasta36 29 01 sm e 34 10 25 s u Alternativ adi Eleusa SebastaYer Mersin ili TurkiyeRegion KilikiyaTip Yasayis menteqesiTarixEsasi qoyulub E e II esrMedeniyyetler Kappadokiya Roma BizansYer qeydleriVeziyyeti DagintiSebasta Vikianbarda elaqeli mediafayllarTarixiEleusa Elaioysa adi yunan dilinde yag menasini veren elaion ἔlaion sozunden qaynaqlanir Menteqenin bele adlandirlmasina sebeb Eleusada zeytun agacinin cox olmasi idi Menteqe eramizdan evvel II esrde Araliq denizinde dar berzex ile materike elave edilmis kicik adada qurulmusdur Seherin inkisafinda zeytun ekilmesi ile birlikde Roma imperatoru Avqustun hakimiyyeti dovrunde Kappadokiya krali olmus Arxelayin burada meskunlasmasi da rol oynamisdir Berzexde yeni seher quran Arxelay burani latin dilindeki Avqust un yunanca ekvivalenti olan Sebaste adlandirdi Seher Roma imperatoru Vespasianin 74 cu ilde Kilikiyani quldurlardan temizlemesi ile qizil dovrunue girdi Qedim menbeler seherin movcudlugunu ve kilselerin ve bazilikalarin son Roma ve erken Bizans dovrune qeder nece gelib catdigini izah edir 6 ci esrde seherin qonsulugundaki Korikusun inkisaf etmeye baslamasi ile Eleusa Sebaste yavas yavas tarix sehnesinden silinmeye basladi 1995 ci ilden beri Italyan arxeoloqu Yevqeniya Snayderin rehberliyi altinda qazinti islerinin aparildigi ada demek olar ki tamamile qum altinda qalmisdir Her iki terefdeki limanin tehlukesizliyini temin eden yerde yerlesen orijinal yasayis menteqesi bu gun yarimadadir Yarimadanin qerb korfezine baxan terefde hamam sistern mudafie divari ve dalgaqiranin dagintilari gorule biler Buna baxmayaraq seherde askarlanmis en vacib tapinti dosemesi mozaika ile dosenmis hamam ve dairevi bir baza uzerinde yerlesen kicik bazilikadir Elausa Sebaste dagintilari hemcinin qedim Kilikiya seherleri arasinda en zengin ve en tesir edici nekropolu ehtiva edir Seherin simalindaki tepede yerlesen Qebirler xiyabani nda limon agaclari arasinda sepelenmis muxtelif formali ve olculu yuze yaxin qebir var Seherin iki girisini Lamos Limon cayindan dagintilara su aparan qedim su borulari bezeyir Xususile de seherin qerbindeki su kemeri nisbeten yaxsi veziyyetdedir Esrler evvel bu su borulari Korikusa qeder geden kanal sistemi yaratmisdir IstinadlarSchneider Eugenia Equini Elaiussa Sebaste A Port City Between East and West An Archaeological Guide Homer Kitabevi 2008 ISBN 978 9944483230 2021 07 25 tarixinde Istifade tarixi 2021 07 25 EdebiyyatEdwards Robert W Sebaste Cilicia The Eerdmans Encyclopedia of Early Christian Art and Archaeology ed Paul Corby Finney Grand Rapids Michigan William B Eerdmans Publishing 2016 489 491 ISBN 978 0 8028 9017 7 Encyclopedia of the Hellenic World Volume 1 Asia Minor Foundation of the Hellenic World 2006 2007 10 08 tarixinde orijinalindan arxivlesdirilib Skylife October 2005 a periodical of Turkish Airlines