Saçaqlıqanadlılar və ya tripslər (lat. Thysanoptera) — buğumayaqlılar tipinin paraneopteralar dəstəüstünə aid olan dəstə.
Saçaqlıqanadlılar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Ranqsız: ???: Saçaqlıqanadlılar | ||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
| ||||||||||||
|
Xarici quruluşu
0,5-5,0 mm uzunluğunda uzunsov, yaraşıqlı, seyrək qıllarla örtülmüş bədəni olan xırda cücülərdir. Alnı güclü şəkildə çəpləşmiş, aşağıdan və arxadan ağız orqanları ilə ağız konusuna keçir və arxaya yönəlmişdir. Ağız konusunu üst və alt dodaqlar əmələ gətirir. Onun içərisində deşici qılların – şəklini dəyişmiş üst və alt çənələrin uc hissələri yerləşir. Öz əsası ilə onlar başın içərisinə çəkilmişdir, özü də bir yerə yığılan alt cüt sorucu borunu əmələ gətirir. Ağız orqanlarının asimmetrikliyi bundadır ki, yalnız sol üst çənə inkişaf etmiş, üst dodaq sağ və sol kənarlar üzrə eyni uzunluğa malik deyildir. Bunun nəticəsində üzlüyün alt sərhəddi düzgün deyil. Tripslərdə ağız orqanlarının və başın üz hissəsinin asimmetrikliyi onların yeganə özünəməxsusluğunu təşkil edir. Qida substratının deşilməsi təxminən düzqanadlılarda və taxtabitilərdə olduğu kimi baş verir, yəni burada deşici qıllar iştirak edir, ağız konusu isə bayırda qalır. Gözləri nisbətən az miqdarda iri fasetlərdən ibarətdir. Gözlər arasında üçbucaq şəklində bəzən rudimentar olan, bəzən də ümumiyyətlə olmayan 3 sadə gözcük yerləşmişdir. Bəzi növlərdə başın gözlər arasındakı qabaq kənarı fır əmələ gətirir. Bığcıqları 6-9 buğumludur. Ayrı-ayrı buğumların nisbi uzunluğu və eni daimidir. Terebrantia yarımdəstəsində bığcıqların 6-cı buğumu adətən, ayrılıqda hər bir buğumdan uzundur. Son buğumlar isə çox qısadır (bığcıqlar 7 buğumludursa, 7-ci buğum). Onlar qrifel və ya stilus adlanır. Bığcıqların buğumlarında qrifel və ilk iki buğumdan başqa trixoma adlanan duyğu orqanları (ehtimal ki, iybilmə) da yerləşir. Trixomalar uzunsov, adətən yüngülcə əyilmiş və ya pulcuqlu olur. Birincilər mikroskop altında adi tükcükləri xatırladır, ancaq onlardan xeyli yoğun və bir qayda olaraq, daha açıq rənglidir, cüt və ya sadə (tək) ola bilər. Öndöş başla birləşərək qanaddöşü əmələ gətirir ki, bu da qanadsız formalarda çox daralmış olur. Ayaqları qaçış tiplidir, ancaq budları (qabaq ayaqların) bəzi növlərdə çox yoğunlaşmışdır. Terebrantia yarımdəstəsində pəncələr 2 buğumlu, Tubilifera y/dəstəsində qabaq ayaqların pəncələri 4, orta və arxa ayaqlarınkı 2 buğumludur. Pəncələrin ucunda 2 xitiləşmiş lövhə ilə qovuşan, başqa cücülərin caynaqları ilə homoloji olan qovuqşəkilli əmziklər vardır. Bəzi növlərin bud, baldır və pəncələrində dişciklər və ya tikanlar vardır. Qanadları ensizdir, dinclik vaxtı bel boyunca yığılır. Qanadların kənarında uzun zərif tüklərdən saçaq vardır. Əksər Tubilifera-da qabaq qanadların arxa kənarının zirvə hissəsində başqa istiqamətə yönələrək haşiyəni kəsən az miqdarda tükcüklər vardır. Bunlar əlavə kirpikcik adlanır. Qanadların damarlanması yastılanmışdır, Aelothripidae fəsiləsində daha çox inkişaf etmişdir. Qanad damarlarında qıllar bitmişdir. Bir çox trips növlərində qanadlar çox gödəlmişdir və ya tamamilə yoxdur. Normal inkişaf etmiş qanadlar qarıncığın zirvəsinə ya bir qədər çatmır, ya da ondan o tərəfə uzanır. Bəzi növlərlə həm normal inkişaf etmiş (F.macroptera), həm gödəlmiş qanadlı (F. brachyptera), həm də qanadsız (F. aptera) formalar vardır. Qarıncıq 10 inkişaf etmiş və 2 rudimentar seqmentdən ibarətdir. Terebrantia dişilərinin qarıncığının ucunda IX və X seqmentlərin çuxuruna yığıla bilən diş-diş yumurtaqoyan vardır. Bəzi növlərin qarıncığında iri tikanlar və ya artımlar vardır.
Həyat tərzi
Əksər növlərin tipik yaşayış yeri – bitkilərin çiçəkləri, qismən yarpaqları və meyvələri, eləcə də mamır, şibyə, çim, ağac qabıqlarının çatlarıdır. Əksər növlər bitki şirələri ilə qidalanır, ancaq ətyeyən və qarışıq qidalı növlər də vardır. Bir çox növlər mədəni bitkilərin ciddi ziyanvericiləridir, bəziləri isə bitkilərin xəstəlik törədicilərini keçirir. Ayrı-ayrı ətyeyən növlər gənələri, zərərli tripsləri, mənənələri məhv etməklə nəzərəçarpacaq fayda verir.
Yayılması
MDB-də 230 növ, Azərbaycanda 52 növ və 4 yarımnöv məlumdur. Bir çox növlər müxtəlif mədəni bitkilərin ziyanvericisi, bəzi növlər isə yırtıcıdır. Azərbaycanda pambıq ziyanvericisi kimi Thrips tabaci L., Th. gossypii Jak., Th. franeniae Bagn., Franklinella intensa Tryb., Thaeniothris frici P., haplothrips reuteri Korny, H. azerbaidjani jak. et Kurb və b. məlumdur. Yırtıcılardan Asolothrips fasciatus L., Scolothrips acariphagus Jak., S. longicornis Priesner. göstərmək olar. Zərərli trips formaları arasında tütün tripsi Thrips tabaci Lind. mühüm təsərrüfat əhəmiyyətinə malikdir. Azərbaycan şəraitində bu ziyanverici hər yerə yayılmışdır. 100-dən artıq mədəni və yabanı bitki növlərində qidalanır.
Təsnifatı
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 2005.
- Mound L. A. Order Thysanoptera Haliday, 1836. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 201–202. , 978-1-86977-850-7
- Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004
Xarici keçidlər
- Ekoloji təmiz kənd təsərrüfatı haqqında 2017-05-17 at the Wayback Machine
- Thysanoptera
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sacaqliqanadlilar ve ya tripsler lat Thysanoptera bugumayaqlilar tipinin paraneopteralar desteustune aid olan deste SacaqliqanadlilarElmi tesnifatDomen EukariotlarRanqsiz AmorpheaRanqsiz Ranqsiz Ranqsiz Ranqsiz FilozoaAlem HeyvanlarYarimalem EumetazoylarKlad Klad IkitereflisimmetriyalilarKlad Ranqsiz IlkagizlilarTipustu TuleyenlerRanqsiz PanarthropodaRanqsiz Tip BugumayaqlilarKlad Yarimtip AltiayaqlilarSinif HeseratlarRanqsiz Yarimsinif QanadlilarBudaq Infrasinif YeniqanadlilarRanqsiz Ranqsiz Paraneopteralar SacaqliqanadlilarBeynelxalq elmi adiThysanoptera Alexander Henry Haliday 1836Sekil axtarisiITIS 103348NCBI 30262EOL 1095FW 176587Xarici qurulusu0 5 5 0 mm uzunlugunda uzunsov yarasiqli seyrek qillarla ortulmus bedeni olan xirda cuculerdir Alni guclu sekilde ceplesmis asagidan ve arxadan agiz orqanlari ile agiz konusuna kecir ve arxaya yonelmisdir Agiz konusunu ust ve alt dodaqlar emele getirir Onun icerisinde desici qillarin seklini deyismis ust ve alt cenelerin uc hisseleri yerlesir Oz esasi ile onlar basin icerisine cekilmisdir ozu de bir yere yigilan alt cut sorucu borunu emele getirir Agiz orqanlarinin asimmetrikliyi bundadir ki yalniz sol ust cene inkisaf etmis ust dodaq sag ve sol kenarlar uzre eyni uzunluga malik deyildir Bunun neticesinde uzluyun alt serheddi duzgun deyil Tripslerde agiz orqanlarinin ve basin uz hissesinin asimmetrikliyi onlarin yegane ozunemexsuslugunu teskil edir Qida substratinin desilmesi texminen duzqanadlilarda ve taxtabitilerde oldugu kimi bas verir yeni burada desici qillar istirak edir agiz konusu ise bayirda qalir Gozleri nisbeten az miqdarda iri fasetlerden ibaretdir Gozler arasinda ucbucaq seklinde bezen rudimentar olan bezen de umumiyyetle olmayan 3 sade gozcuk yerlesmisdir Bezi novlerde basin gozler arasindaki qabaq kenari fir emele getirir Bigciqlari 6 9 bugumludur Ayri ayri bugumlarin nisbi uzunlugu ve eni daimidir Terebrantia yarimdestesinde bigciqlarin 6 ci bugumu adeten ayriliqda her bir bugumdan uzundur Son bugumlar ise cox qisadir bigciqlar 7 bugumludursa 7 ci bugum Onlar qrifel ve ya stilus adlanir Bigciqlarin bugumlarinda qrifel ve ilk iki bugumdan basqa trixoma adlanan duygu orqanlari ehtimal ki iybilme da yerlesir Trixomalar uzunsov adeten yungulce eyilmis ve ya pulcuqlu olur Birinciler mikroskop altinda adi tukcukleri xatirladir ancaq onlardan xeyli yogun ve bir qayda olaraq daha aciq renglidir cut ve ya sade tek ola biler Ondos basla birleserek qanaddosu emele getirir ki bu da qanadsiz formalarda cox daralmis olur Ayaqlari qacis tiplidir ancaq budlari qabaq ayaqlarin bezi novlerde cox yogunlasmisdir Terebrantia yarimdestesinde penceler 2 bugumlu Tubilifera y destesinde qabaq ayaqlarin penceleri 4 orta ve arxa ayaqlarinki 2 bugumludur Pencelerin ucunda 2 xitilesmis lovhe ile qovusan basqa cuculerin caynaqlari ile homoloji olan qovuqsekilli emzikler vardir Bezi novlerin bud baldir ve pencelerinde discikler ve ya tikanlar vardir Qanadlari ensizdir dinclik vaxti bel boyunca yigilir Qanadlarin kenarinda uzun zerif tuklerden sacaq vardir Ekser Tubilifera da qabaq qanadlarin arxa kenarinin zirve hissesinde basqa istiqamete yonelerek hasiyeni kesen az miqdarda tukcukler vardir Bunlar elave kirpikcik adlanir Qanadlarin damarlanmasi yastilanmisdir Aelothripidae fesilesinde daha cox inkisaf etmisdir Qanad damarlarinda qillar bitmisdir Bir cox trips novlerinde qanadlar cox godelmisdir ve ya tamamile yoxdur Normal inkisaf etmis qanadlar qarincigin zirvesine ya bir qeder catmir ya da ondan o terefe uzanir Bezi novlerle hem normal inkisaf etmis F macroptera hem godelmis qanadli F brachyptera hem de qanadsiz F aptera formalar vardir Qarinciq 10 inkisaf etmis ve 2 rudimentar seqmentden ibaretdir Terebrantia disilerinin qarinciginin ucunda IX ve X seqmentlerin cuxuruna yigila bilen dis dis yumurtaqoyan vardir Bezi novlerin qarinciginda iri tikanlar ve ya artimlar vardir Heyat terziEkser novlerin tipik yasayis yeri bitkilerin cicekleri qismen yarpaqlari ve meyveleri elece de mamir sibye cim agac qabiqlarinin catlaridir Ekser novler bitki sireleri ile qidalanir ancaq etyeyen ve qarisiq qidali novler de vardir Bir cox novler medeni bitkilerin ciddi ziyanvericileridir bezileri ise bitkilerin xestelik toredicilerini kecirir Ayri ayri etyeyen novler geneleri zererli tripsleri meneneleri mehv etmekle nezerecarpacaq fayda verir YayilmasiMDB de 230 nov Azerbaycanda 52 nov ve 4 yarimnov melumdur Bir cox novler muxtelif medeni bitkilerin ziyanvericisi bezi novler ise yirticidir Azerbaycanda pambiq ziyanvericisi kimi Thrips tabaci L Th gossypii Jak Th franeniae Bagn Franklinella intensa Tryb Thaeniothris frici P haplothrips reuteri Korny H azerbaidjani jak et Kurb ve b melumdur Yirticilardan Asolothrips fasciatus L Scolothrips acariphagus Jak S longicornis Priesner gostermek olar Zererli trips formalari arasinda tutun tripsi Thrips tabaci Lind muhum teserrufat ehemiyyetine malikdir Azerbaycan seraitinde bu ziyanverici her yere yayilmisdir 100 den artiq medeni ve yabani bitki novlerinde qidalanir TesnifatiIstinadlarIntegrated Taxonomic Information System ing 2005 Mound L A Order Thysanoptera Haliday 1836 Animal Biodiversity An Outline of Higher level Classification and Survey of Taxonomic Richness red Z Zhang 2011 C 3148 burax 1 S 201 202 ISBN 978 1 86977 849 1 978 1 86977 850 7 Azerbayvcanin heyvanlar alemi II cild Baki Elm 2004Xarici kecidlerEkoloji temiz kend teserrufati haqqinda 2017 05 17 at the Wayback Machine Thysanoptera