Sahibə Əliqulu qızı Əhmədova (11 yanvar 1956, Hacılar, Ağcabədi rayonu – 16 mart 2024, Bakı) — Azərbaycanın opera müğənnisi, xanəndə, Azərbaycan Respublikasının Əməkdar artisti.
Sahibə Əhmədova | |
---|---|
azərb. Sahibə Əliqulu qızı Əhmədova | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 11 yanvar 1956 |
Doğum yeri | |
Vəfat tarixi | 16 mart 2024(68 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Vətəndaşlığı | |
Milliyyəti | azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | opera müğənnisi |
Mükafatları |
Həyatı
Əhmədova Sahibə Əliqulu qızı 1956-cı il yanvar ayının 11-i Ağcabədi rayonunun Hacılar kəndində anadan olub. Orta təhsilini həmin rayonun Boyat kəndində alıb. Uşaqlıqdan milli musiqiyə böyük marağı olub. İlk musiqi müəllimi Ağcabədi rayonunda fəaliyyət göstərən "Rast" ansamblının tanınmış xanəndələrindən olan əmisi oğlu Sabir Abbasov olub. 1975-ci ildə Asəf Zeynallı adına Orta-ixtisas Musiqi Texnikumunun xanəndəlik fakültəsinin muğam şöbəsinə daxil olub və görkəmli muğam ustadı, Əməkdar müəllim Nəriman Əliyevdən dərs alaraq muğam sənətinin sirlərini öyrənib. Texnikumda təhsilini davam etdirməklə yanaşı, 1976-cı ilin oktyabr ayından etibarən ustad tarizən Bəhram Mansurovun təşəbbüsü ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında işə başlayıb. Opera səhnəsində ilk ifa etdiyi obraz M. Maqomayevin "Şah İsmayıl" operasından Ərəbzəngi obrazı olub. Elə ilk gündən Sahibə xanımın özünəməxsus tərzdə və yüksəs peşəkarlıqla ifa etdiyi bu obraz tamaşaçıların yaddaşında bu günə qədərdə böyük iz buraxıb və haqlı olaraq da "Səhnəmizin Ərəbzəngisi" adını qazanıb. Sonralar isə opera səhnəsində silsilə ana obrazlarında çıxış edib. Ü. Hacıbəylinin "Leyli və Məcnun" operasında Leylinin anası, Məcnunun anası, Z. Hacıbəyovun "Aşıq Qərib" operasında Qəribin anası, Ş. Axundovanın "Gəlin qayası" operasında Camalın anası, R. Mustafayevin "Vaqif" operasında qarı və s. obrazları müvəffəqiyyətlə ifa edib. Operanın nəzdində respublikamızın hüdudlarından kənarda Rusiya, Bolqarıstan, Türkiyə kimi bir çox ölkələrdə qastrol səfərlərində olub. Həmçinin Sahibə xanım M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti olaraq bir çox dövlət səviyyəli tədbirlərin və konsert proqramlarının iştirakçısı olub. Muğam və xalq mahnılarımızın mahir ifaçısı olan Sahibə xanımın ifasında "Bayatı-Şiraz", "Çahargah", "Şur", "Segah", "Orta Mahur", "Mahur-hindi", "Rahab", "Bayatı-kürd", "Qatar", "Şahnaz" muğam dəstgahları, "Qarabağ şikəstəsi", "Arazbarı", "Simayi-Şəms" kimi zərbi-muğamları lentə alınıb və bir çoxu Azərbaycan Televiziyasının Qızıl Fondunda saxlanılır. O cümlədən, Sahibə xanım "Uca dağlar", "Ahu kimi", "Alma almaya bənzər", "Dağlardan aşdım" və s. xalq mahnılarını böyük şövqlə ifa edib. Uzun illər göstərdiyi fəaliyyətin nəticəsi olaraq bir çox diplom və fəxri fərmanlarla təltif olunub. 16 sentyabr 2006-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Respublikanın "Əməkdar artist"i fəxri adına layiq görülüb.
16 mart 2024-cü ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
İstinadlar
- https://media.az/society/1067953750/skonchalas-izvestnaya-hanende-zasluzhennaya-artistka-azerbaydzhana-sahiba-ahmedova/.
- "Arxivlənmiş surət" (PDF). 2021-10-20 tarixində (PDF). İstifadə tarixi: 2024-03-17.
- "Arxivlənmiş surət". 2024-03-17 tarixində . İstifadə tarixi: 2024-03-17.
- "Azərbaycanın tanınmış aktrisası vəfat etdi". Oxu.Az (az.). 2024-03-16. 2024-03-17 tarixində . İstifadə tarixi: 2024-03-17.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sahibe Eliqulu qizi Ehmedova 11 yanvar 1956 Hacilar Agcabedi rayonu 16 mart 2024 Baki Azerbaycanin opera mugennisi xanende Azerbaycan Respublikasinin Emekdar artisti Sahibe Ehmedovaazerb Sahibe Eliqulu qizi Ehmedova Umumi melumatlarDogum tarixi 11 yanvar 1956 1956 01 11 Dogum yeri Hacilar Agcabedi rayonu Azerbaycan SSR SSRIVefat tarixi 16 mart 2024 2024 03 16 68 yasinda Vefat yeri Baki AzerbaycanVefat sebebi xerceng xesteliyiVetendasligi AzerbaycanMilliyyeti azerbaycanliMusiqici melumatlariFealiyyeti opera mugennisiMukafatlari 2006HeyatiEhmedova Sahibe Eliqulu qizi 1956 ci il yanvar ayinin 11 i Agcabedi rayonunun Hacilar kendinde anadan olub Orta tehsilini hemin rayonun Boyat kendinde alib Usaqliqdan milli musiqiye boyuk maragi olub Ilk musiqi muellimi Agcabedi rayonunda fealiyyet gosteren Rast ansamblinin taninmis xanendelerinden olan emisi oglu Sabir Abbasov olub 1975 ci ilde Asef Zeynalli adina Orta ixtisas Musiqi Texnikumunun xanendelik fakultesinin mugam sobesine daxil olub ve gorkemli mugam ustadi Emekdar muellim Neriman Eliyevden ders alaraq mugam senetinin sirlerini oyrenib Texnikumda tehsilini davam etdirmekle yanasi 1976 ci ilin oktyabr ayindan etibaren ustad tarizen Behram Mansurovun tesebbusu ile Azerbaycan Dovlet Akademik Opera ve Balet Teatrinda ise baslayib Opera sehnesinde ilk ifa etdiyi obraz M Maqomayevin Sah Ismayil operasindan Erebzengi obrazi olub Ele ilk gunden Sahibe xanimin ozunemexsus terzde ve yukses pesekarliqla ifa etdiyi bu obraz tamasacilarin yaddasinda bu gune qederde boyuk iz buraxib ve haqli olaraq da Sehnemizin Erebzengisi adini qazanib Sonralar ise opera sehnesinde silsile ana obrazlarinda cixis edib U Hacibeylinin Leyli ve Mecnun operasinda Leylinin anasi Mecnunun anasi Z Hacibeyovun Asiq Qerib operasinda Qeribin anasi S Axundovanin Gelin qayasi operasinda Camalin anasi R Mustafayevin Vaqif operasinda qari ve s obrazlari muveffeqiyyetle ifa edib Operanin nezdinde respublikamizin hududlarindan kenarda Rusiya Bolqaristan Turkiye kimi bir cox olkelerde qastrol seferlerinde olub Hemcinin Sahibe xanim M Maqomayev adina Azerbaycan Dovlet Akademik Filarmoniyasinin solisti olaraq bir cox dovlet seviyyeli tedbirlerin ve konsert proqramlarinin istirakcisi olub Mugam ve xalq mahnilarimizin mahir ifacisi olan Sahibe xanimin ifasinda Bayati Siraz Cahargah Sur Segah Orta Mahur Mahur hindi Rahab Bayati kurd Qatar Sahnaz mugam destgahlari Qarabag sikestesi Arazbari Simayi Sems kimi zerbi mugamlari lente alinib ve bir coxu Azerbaycan Televiziyasinin Qizil Fondunda saxlanilir O cumleden Sahibe xanim Uca daglar Ahu kimi Alma almaya benzer Daglardan asdim ve s xalq mahnilarini boyuk sovqle ifa edib Uzun iller gosterdiyi fealiyyetin neticesi olaraq bir cox diplom ve fexri fermanlarla teltif olunub 16 sentyabr 2006 ci il tarixinde Azerbaycan Respublikasi Prezidentinin Serencami ile Respublikanin Emekdar artist i fexri adina layiq gorulub 16 mart 2024 cu ilde uzun suren xestelikden sonra dunyasini deyisib Istinadlarhttps media az society 1067953750 skonchalas izvestnaya hanende zasluzhennaya artistka azerbaydzhana sahiba ahmedova Arxivlenmis suret PDF 2021 10 20 tarixinde PDF Istifade tarixi 2024 03 17 Arxivlenmis suret 2024 03 17 tarixinde Istifade tarixi 2024 03 17 Azerbaycanin taninmis aktrisasi vefat etdi Oxu Az az 2024 03 16 2024 03 17 tarixinde Istifade tarixi 2024 03 17